Məhkəmə qərarları › İş №1(101)-1619/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1619/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1619/2021 02.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Şahid3 ilə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşının və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi narkotik vasitəni onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyini qabaqcadan vəd verib şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşının müəyyən edilməmiş vaxtda və şəraitdə ünvan 2 ünvanının yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in İ siyahısına daxil edilən 6024 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini cinayətkar qrupun digər üzvü Şahid3 onun göstərişi ilə 02 yanvar 2021-ci il tarixdə saat 19:10 radələrində qoyulduğu yerdən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid3 həmin gün saat 19:10-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs Şahid3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 6 ədəd yapışqan lentlə bərkidilmiş bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1004 qram, 1006 qram, 1005 qram, 1009 qram, 1015 qram və 985 qram, ümumi təmiz çəkisi külli miqdar 6024 qram narkotik vasitə heroin Şahid3 sağ əlində tutduğu 01 ədəd qara rəngli polietilen bağlamanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə satıcısı deyil, lakin narkotik vasitədən istifadə edir. Onun saxlanılmağına səbəb olan uzaq qohumu Şahid3lə bir kənddə yaşamışdır. Pərvinlə birlikdə də narkotik vasitə istifadə etmişdir. Pərvin ona olan borcunu ödəmədiyinə görə aralarında mübahisə olmuşdur. Ona narkotik vasitə alması üçün o, Pərvinə pul vermiş, Pərvin isə narkotik vasitəni alıb ona gətirmişdir. Pərvin özünün tutulmasının səbəbi olaraq onun Pərvinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə polisə məlumat verməsi olduğunu düşünmüşdür və intiqam almaq məqsədilə yalan ifadə verərək onu tutdurmaq istəmişdir. Pərvinin tutulduğu gün sonuncu ona zəng edərək borcunu qaytaracağını demiş, lakin borcunu ödəməmişdir. Saxlanıldığı gün o, ailəsi ilə birlikdə Şəmkir rayonuna getmiş, daha sonra ona polis bölməsindən zəng vurulmuş, o, polis bölməsinə getmiş, polis bölməsində olarkən ona Pərvinin ondan şikayət etdiyi bildirilmişdir. Daha sonra o, Bakıya gətirilmişdir. O, Pərvinlə narkotik barəsində söhbət etməmiş və ittiham aktında göstərilən narkotik vasitə ona məxsus deyildir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ittiham aktında göstərilən İran İslam Respublikası vətəndaşı olan Qasım adlı şəxslə o, İran İslam Respublikasında tanış olmuşdur. Qızı onkoloji xəstəlikdən əziyyət çəkdiyinə və pula ehtiyacı olduğuna görə o, Qasımdan 2500 manat borc pul almışdır. Əli adlı şəxsi isə tanımır. X7 Respublikasında taksi sürücüsü kimi fəaliyyət göstərmiş, o, qızı ilə həkimə Qasımın taksisi ilə gedərkən aralarında münasibət yaranmışdır. Əli adlı şəxslə onun telefon yazışmaları olmuş, o, Əliyə narkotik vasitə almaq üçün yazmış, lakin bir şey almamışdır. O, Pərvinə narkotik vasitə götürməsi və ya alması ilə bağlı hər hansı göstəriş verməmişdir. Hadisə baş verdiyi gün o, Pərvinlə telefon vasitəsilə əlaqə saxlamış, lakin görüşməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, bir ildir “kakos" deyilən narkotik vasitə olan heroindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmiş, narkotik vasitə heroini “İnstagram” və “Facebook” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Əli və Qasım adlı şəxslərdən almışdır. Daha sonra o, narkotik vasitələrin satışı ilə məşğul olmağa başlamışdır. Belə ki, o, həmin İran İslam Respublikasının vətəndaşı olan Əli və Qasım adlı şəxslərdən narkotik vasitəni münasib qiymətə həmin şəxslərin ona göndərdikləri kart hesablarına pulu köçürməklə almış, daha sonra aldığı maddələri bölərək satmışdır. İranlıdan mal almaq sərfəli olduğundan o, bu işlə mütəmadi olaraq məşğul olmağa başlamışdır. Şahid3 uşaqlıqdan etibarən tanımışdır. Belə ki, Pərvin Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olsa da, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşamışdır. O da Çinarlı qəsəbəsində bərbər işləmişdir. Tanışlıqları da həmin dövrdə olmuşdur. Təqribən tutulmamışdan 1 il öncə o işləmək üçün Bakı şəhərinə gəlmiş, burada Pərvinlə görüşə bilməsə də əlaqəsi kəsilməmişdir. 2020-ci ilin yay aylarında Pərvinlə rastlaşmış, daha sonra mütəmadi olaraq görüşməyə başlamışlar. Pərvin həmçinin onların evinə gedib-gələn adam olmuşdur. Bir gün onun kirayə yaşadığı “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən mənzildə olarkən o, narkotik vasitə olan heroin istifadə etdiyini və heroinin satışı ilə məşğul olduğunu Pərvinə bildirmişdir. Ancaq yenə də iranlıdan çox miqdarda mal almadığını bildirmişdir. Hər dəfə 400-500 manat civarında mal almış, həmin malı da hissə-hissə olmaqla bir qədər baha qiymətə satmışdır. Bundan sonra o, Pərvinə onunla birlikdə gedərək aldığı narkotik vasitələri götürüb ona verməsi müqabilində pul verə biləcəyini demişdir. Ancaq pulların məbləğləri ilə bağlı danışmamışlar. Bundan sonra bir neçə dəfə Pərvinlə gedərək iranlının dediyi yerlərdə narkotik vasitəni götürməsini Pərvinə demiş, Pərvin də götürüb ona vermişdir. O da bu işin müqabilində Pərvinə məbləğlərini xatırlamadığı qədər pul vermişdir. O da Pərvinlə birlikdə narkotik vasitənin qoyulduğu yerə getmiş, həmin yerdə o, Pərvinə telefonda narkotik vasitənin qoyulduğu yerin fotoşəklini göstərirmiş və özü bir qədər kənarda dayanmış, Pərvin şəkildəki yerdən narkotik vasitəni götürüb ona vermişdir. Beləcə bir neçə dəfə Pərvin narkotik vasitəni götürüb ona vermişdir. O, maddi imkansızlıq ucbatından və qızı X2 onkoloji xəstə olduğu üçün bu işlə məşğul olmuşdur. Ona həm özü üçün istifadə etməyə, həm də bir hissəsini satıb pul düzəltmək üçün heroin lazım olmuşdur. O, İran İslam Respublikasının vətəndaşı olan adını xatırlamadığı şəxslə bu barədə danışmışdır. Bu zaman o artıq narkotik vasitəni İİR vətəndaşları Əli və Qasımdan almamışdır. İİR vətəndaşı olan adını xatırlamadığı şəxs ona həmin şəxsin dediyi yerdən narkotik vasitəni götürüb başqa yerə qoyması müqabilində ona bir qədər heroin verəcəyini bildirmişdir. İİR vətəndaşı ona 2 kq heroinin qoyulduğu yerin fotoşəklini göndərəcəyini, onun da heroini götürüb başqa yerə qoyacağını və ona 100 qram heroin verəcəyini bildirmiş, o da bu təkliflə razılaşmışdır. Bu zaman Pərvin onunla əlaqə saxlayıb pula ehtiyacı olduğunu demişdir. O da Pərvinə gedib onun dediyi yerdən narkotik vasitəni götürməsini və bunun müqabilində Pərvinə 100 manat verəcəyini bildirmişdir. Pərvin də onunla razılaşmışdır. 02 yanvar 2021-ci il tarixdə Pəvinlə o, “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüşlər. Pərvinə 2 manat pul verib həmin pulu arvadına məxsus ********** saylı mobil nömrəyə köçürməsini istəmişdir. Həmin nömrəni həmin vaxt o işlətmişdir. Pərvin də həmin nömrəyə pulu yükləmişdir. Pərvin gələnə kimi o, taksi çağırmış, sonra taksiyə minib yola düşmüşlər. Pərvin ondan narkotik vasitənin miqdarını soruşduqda təqribən 2 kq olduğunu demişdir. Bundan qabaq Pərvin narkotik vasitəni götürərkən narkotik vasitənin miqdarı az olmuşdur. Buna göə də Pərvin bir qədər təəccüblənmişdir. O, Pərvinlə gedib narkotik vasitənin qoyulduğu yerə çatmış, həmin yerdə taksidən düşmüş və Pərvinə narkotik vasitənin qoyulduğu yerin şəklini göstərib Pərvini narkotik vasitənin qoyulduğu yerə göndərmişdir. Özü isə Pərvindən bir qədər aralıda dayanaraq Pərvinin narkotik vasitəni götürüb ona verməsini gözləmişdir. Bununla işlər yolunda getməsə özünü sığortalamağa çalışmışdır. Pərvin onun dediyi yerdən narkotik vasitəni götürmüşdür. Saat 19:10 radələrində ünvan 2 ünvanının yaxınlığında narkotik vasitəni ona vermək üçün gətirərkən iki nəfər mülki geyimdə olan şəxs Pərvinə yaxınlaşmışdır. O həmin şəxslərin polis əməkdaşları olmasını bilmiş və dərhal qaçaraq oradan uzaqlaşmış və gedib Şəmkir rayonunda qalmış, ara bir qədər sakitləşəndən sonra geriyə qayıtmağı düşünmüşdür. 22 may 2021-ci il tarixdə Şəmkir rayonunda polis əməkdaşları tərəfindən saxlanılmışdır. O polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir (cild 1, iş vərəqi 174-177). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 yanvar 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Şahid3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil oldmuş, alınmış məlumat barədə raportla Baş İdarənin rəhbərliyinə məruzə edilərək Şahid3 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 02 yanvar 2021-ci il tarixli qərar çıxarılmış və Baş İdarənin əməkdaşı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat-axlarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 19 radələrində ünvan 2 ünvanının yaxınlığında Şahid3 bənzər şəxs saxlanılmışdır. Həmin şəxsin Şahid3 olması müəyyən edilmiş, Şahid3 əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Şahid3 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dəvət olunaraq Şahid3 təqdim olunmuş, daha sonra Şahid3 şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, bundan sonra Şahid3 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış və götürmə 02 yanvar 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmış, Şahid3 dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid3 əlində tutduğu qara rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmiş, sonra əynində olan gödəkçənin cibindən bir ədəd mobil telefon, 20 manatlıq pul əskinası, içərisində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd “E-manat” ödəniş sisteminə aid qəbz və bir ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Şahid3 təqdim etdiyi sellofan torbanın içərisindən baxış zamanı altı ədəd büküm aşkar edilmiş, altı ədəd büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində heroinə bənzər kütlələr olması müəyyən edilmiş, sonra Şahid3 təqdim etdiyi bükümlər tərəzidə çəkilmiş, Şahid3 təqdim etdiyi bükümlər qara rəngli sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 üzərində aşkar edilmiş bir ədəd mobil telefon, Şahid3 şəxsiyyət vəsiqəsi və “E-manat” ödəniş sisteminə aid olan qəbz əhəmiyyət kəsb etdiyindən götürülmüş, bir ədəd 20 manatlıq pul əskinası və içərisində siqaret dənələri olan siqaret qutusu Şahid3 özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitə heroini deyilən yerdən Təqsirləndirilən şəxs tapşırığı ilə götürüb sonuncuya çatdıracağını, heroini götürən zaman Təqsirləndirilən şəxs yaxınlıqda olduğunu, pul qazanmaq məqsədi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirmişdir. Şəxsi axtarış başa çatdırıldıqdan sonra şəxsi axtarışın gedişinə və nəticələrinə dair protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan etibarən tanıyır. Belə ki, o, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olsa da, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşamış, Təqsirləndirilən şəxs da Çinarlı qəsəbəsində bərbər işləmişdir. Tanışlıqları da həmin dövrdə olmuşdur. Bir neçə il öncə o, işləmək üçün Bakı şəhərinə gəlmiş, bundan sonra onun Zaurla əlaqəsi kəsilmişdir. 2020-ci ilin yay aylarında NZS qəsəbəsində kafelərin birində olarkən Zauru görmüş, Zaurla görüşüb bir-biri ilə əlaqə saxlamaq üçün nömrələrini götürmüşlər. 1-2 ay sonra “Neftçilər” metrostansiyasının yaxınlığında yenidən Zauru görmüş, oradan Zaurun kirayə yaşadığı “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən mənzilinə getmişlər. Orada Zaur narkotik vasitə olan heroin istifadə etdiyini bildirmişdir. O, Zaura evinin kirayəsi üçün ona 100 manat pul lazım olduğunu demiş, Zaur ona pulun qarşılığı olaraq Badamdarda dediyi yerdə bağlamanın olduğunu, həmin bağlamanı götürüb ona verməyini istəmişdir. O da Zaurun dediyi kimi etmişdir. O, Zaurla gedib bağlamanın qoyulduğu yerə çatmış, orada taksidən düşmüşlər. Zaur ona bağlamanın qoyulduğu yeri göstərib onu bağlamanın qoyulduğu yerə göndərmiş, özü ondan bir qədər aralıda dayanaraq onun bağlamanı götürüb verməyini gözləmişdir. O, Zaurun dediyi yerdən bağlamanı götürmüş, bağlamanı götürdükdən sonra iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər. O da özünü təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu üzərində keçiriləcək prosessual hərəkətlərdə iştirak etməyi üçün Baş İdarəyə dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərində şəxsi axtarış başlamazdan öncə ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o, əlində olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Torbaya baxış keçirildikdə içərisində altı ədəd büküm olduğu məlum olmuşdur. Aşkar edilmiş altı ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr qablaşdırılmış, üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sifahi sorğu zamanı o, bağlamanı tanışı Təqsirləndirilən şəxs çatdıracağını bildirmişdir. Şəxsi axtarış keçirilməsinin nəticələrinə dair protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, o, narkotik vasitəni Badamdar qəsəbəsində marketin arxasındakı binanın önündən götürmüş, narkotik vasitə yerdə olmuş, o, narkotik vasitəni götürəndən sonra polis əməkdaşlarının onu tutduğunu görəndə Zaur hadisə yerindən qaçmışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı, habelə özü barədə cinayət işi üzrə məhkəmədə verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadələrində Şahid3 göstərmişdir ki, o, Bakıya gəlib Zaurla “Neftçilər” metrostansiyasının yaxınlığında görüşəndən sonra oradan Zaurun kirayə yaşadığı "Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən mənzilə getmişlər. Mənzildə Zaur narkotik vasitə olan heroin istifadə etdiyini və heroinin satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra Zaur ona aldığı narkotik vasitələri götürüb Zaura verməsi müqabilində ona pul verə biləcəyini demişdir. Ancaq pulların məbləğləri ilə bağlı danışmamışlar. Bundan sonra 2 dəfə o, Zaurla gedib Zaurun dediyi yerlərdən narkotik vasitəni götürüb Zaura vermişdir. Belə ki, Zaur da onunla birlikdə narkotik vasitənin qoyulduğu yerə getmiş, həmin yerdə Zaur ona telefonda narkotik vasitənin qoyulduğu yerin fotoşəklini göstərmiş və Zaur özü bir qədər kənarda dayanmış, o, şəkildəki yerdən narkotik vasitəni götürüb bir qədər kənarda dayanmış Zaura vermişdir. Beləcə iki dəfə Zaurun dediyi narkotik vasitəni götürüb Zaura vermişdir. Bunun müqabilində Zaur ona bir dəfə 60 manat, bir dəfə də 80 manat pul vermişdir. O, maddi imkansızlıq ucbatından bu işlə məşğul olmuşdur. Sonuncu dəfə tutulmamışdan 2 gün qabaq o, Zaura evinin kirayəsi üçün ona 100 manat pul lazım olduğunu bildirmiş, Zaur da gedib Zaurun dediyi yerdən narkotik vasitəni götürməsini və bunun müqabilində ona 100 manat verəcəyini demişdir. O da Zaurla razılaşmışdır. 02 yanvar 2021-ci il tarixdə Zaurla o, “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüş, Zaurdan narkotik vasitənin miqdarını soruşduqda Zaur təqribən 2 kq olduğunu demişdir. Bundan qabaq iki dəfə o, narkotik vasitəni götürərkən narkotik vasitənin miqdarı az olmuşdur. O, Zaurla gedib narkotik vasitənin qoyulduğu yerə çatmışdır. Həmin yerdə taksidən düşmüş və Zaur ona narkotik vasitənin qoyulduğu yerin şəklini göstərib onu narkotik vasitənin qoyulduğu yerə göndərmişdir. Zaur özü isə ondan bir qədər aralıda dayanaraq onun narkotik vasitəni götürüb Zaura verməsini gözləmişdir. O, Zaurun ona dediyi yerdən narkotik vasitəni götürmüşdür. Qara rəngdə olan bağlamanı əlinə alarkən bağlamanın içərisində olan narkotik vasitənin çox olduğunu bilmişdir. Narkotik vasitəni aparıb Təqsirləndirilən şəxs vermək istəyərkən iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini ona təqdim etmişlər. Ondan öz anket məlumatlarını bildirməsini istəmişlər. O özünü təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib və üzərində keçiriləcək prosessual hərəkətlərdə iştirak etməsi üçün Baş İdarəyə dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində müdafiəçi ilə təmin olunmuş, daha sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirməyə başlanılmışdır. Şəxsi axtarış başlamazdan öncə ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra sağ əlində tutduğu qara rəngli sellofan torbanı təqdim edib içərisində "kakos” adlanan narkotik vasitə heroin olduğunu demişdir. Torbaya baxış keçirildikdə içərisində altı ədəd büküm olduğu məlum olmuşdur. Bükümlərə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroinə bənzər maddələr olması müəyyən edilmişdir. Aşkar edilmiş altı ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr qablaşdırılmış, qablaşmanın üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o, aşkar edilmiş heroinin özünə məxsus olduğunu, həmin heroini deyilən yerdən götürüb tanışı Təqsirləndirilən şəxs çatdıracağını, heroini deyilən yerdən götürən zaman Təqsirləndirilən şəxs yaxınlıqda olduğunu, pul qazanmaq məqsədi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, polis əməkdaşalrı tərəfindən ona qarşı hər hansı bir zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 206-209, 234-246). Məhkəmə baxışı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib və ifadəsindəki imzaları ona məxsus olub-olmadığı, istintaq ifadəsini təsdiq edib-etmədiyi soruşularkən, o, ibtidai istintaqdakı ifadəsini deyil, bu iş üzrə məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Şahid3 məhkəmə baxışı zamanı veridyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadə cinayət hadisəsi ilə bağlı halları qismən təsdiq edir, işin digər materialları ilə tam təsdiq edildiyindən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi daha dolğun və inandırıcıdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 16.03.2021-ci il tarixli qərardan görünür ki, Şahid3 barəsində olan cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 1-2). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01.01.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.1989-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Şahid3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 02.01.2021-ci il tarixli qərardan görünür ki, Şahid3 ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 11-12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02.01.2021-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri xx.xx.1989-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Şahid3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qanunsuz dövriyyəsində şübhəli olduğu üçün yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 16). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 02.01.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 20:15də videoçəkiliş aparılmaqla Şahid3 üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Şahid3 sağ əlində saxladığı qara rəngli torbanı təqdim etmiş, torbanın içində 06 ədəd bükümdə, tünd qəhvəyi rəngli, spesifik iyə malik, qablaşdırma ilə birlikdə ümumi çəkisi heroinə bənzər kütlələr aşkar edilmiş, qeyd edilən kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi 6 kq 145 qram olmuşdur. Həmin bükümlər müvafiq qaydada götürülmüşdür (cild 1, iş vərəqi 35-37). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materalların məhkəmə ekspertizasının 03.01.2021-ci il tarixli, 6/10 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şahid3 ...” və s. yazılar, imzalar olan 01 ədəd qara rəngli polietilen bağlamadakı 06 ədəd yapışqan lentlə bərkidilmiş bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1004 qram, 1006 qram, 1005 qram, 1009 qram, 1015 qram, 985 qram, ümumi təmiz çəkiləri 6024 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 06 ədəd bağlamadakı heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat 90 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 44-49). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC mobil operatorundan daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 12.02.2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 21.03.2020-ci il tarixdə “Axwamin xeyir. Bayraminiz mubarek.ay qa zeng elemeye utandim varsa gelim mene bir çimdikde ver smendeyem cekdim verdiyini. Sehere kimi burdayam” məzmunlu, 29.04.2020-ci il tarixdə “SABAHKİNİ GOTUMUSEM İSDİYİREM YANDİRAM İKİ TUSDU QOYAM NE DEYSEN” məzmunlu, 09.08.2020-ci il tarixdə “Bunun aqzini .... deyir gelin gelmisik deyir mal atan adamim teli gotumur nese diyen problemi var gozduyun” məzmunlu, 25.08.2020-ci il tarixdə “Sen Allah 5-6 tustuluk pati gedir qurban olaram” məzmunlu, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi arasında 15.09.2020-ci il tarixdə “Qaqulya neynirsen brat olurem bir manata pulum yoxtu mene biraz pati vere bilersiz zaurada de evezini cixaram gunuzu yatmisam indi durmusam ureyim partli yir senol qardas yani alindra bilersen brat 10 manatig saba 15 man vererem?” məzmunlu, “Ay qa Allaha and ola pati yoxdu” məzmunlu, “Bildim brat canin sag olsun pervin sen qardasan senol optum qa zaurada salam de saba gelende 5 manati getirecem de uzurlu saysin ona bugune demistim alinmadi” məzmunlu, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi arasında 15.09.2020-ci il tarixdə “Gardawim men gelirem o terefe cixdim burdan. 2 dene kola olacag. gardawimsan imkan varsa 0.5 ayri 1.5 ayri qoy” məzmunlu, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi arasında “qaqa qoydugun yeri yazda mene” məzmunlu, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi arasında “Qaqa pati olsa 1 dene das” məzmunlu, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 25.12.2020-ci il tarixli “Gelim Zaur saat 2di deyim qayidim 1 cimdik pati ver” məzmunlu sms yazışmaları olmuşdur (cild 1, iş vərəqi 99). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC mobil operatorundan daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 14.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***- ***-**-** saylı mobil nömrə istifadəçisi arasında 10.01.2020-ci il tarixdə "ZAUR VAHİD YOXDU DEYE DUSUBLER EL AYAQA OLA BİLSİN 20 YE YARİ ALSİN, YADA 15 DİK GOTURECEKE' məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 20.01.2020-ci il tarixdə “Bidene 0.5 hazir saxla gelirem” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə 051-633- 53-83 saylı mobil nömrə istifadəçisi arasında 25.01.2020-ci il tarixdə “Meni qaqa bir iki dene qadan allam das pati atarsan onun yanina seni verene sukur pul cibimdedi narahat olma" məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında 28.01.2020-ci il tarixdə “Patida olacaq хевег ele isdiyenlere” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında 09,02.2020-ci il tarixdə "1 qramda pati gotu” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi arasında 20.02.2021-ci il tarixdə "Qaqa mene bir dene daş sa qurban olaram başım aqriıyır" məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 23.02.2020-ci il tarixdə “Patpiresi gotur gelirem mende" məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 27.02.2020-ci il tarixdə “Qaqa men dedim senle ne edirem se isdili eleyirem dedim ki qaqa patinda olsa bidene daw veresende payinan 3 deyqey uc qardawin yanindayam cix qaqa burdayam uje” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 02.03.2020-ci il tarixdə " Qaqa bele senin olsun tilfon pirablem yoxdu atamin goru iki cet dedim verecem sene buyun ele deyib aidim ona gore dedim ki yari alindira bilseydiy men ozum vererem iki cet i cehenem serde on manat duzelderem qaqa bele senol mende vezyet pisdi i cox diremiwem evdende hec uzume baxmilar vezyetim pisdi menim" məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 06.03.2020-ci il tarixdə "Ay zaur qadanalaram qardawim cox berk aqridayam imkan olsa bitikede pati olsa tapwirarsan qoyarda menimcun. Zaur xecaletinen cixacam senin boyuy qardaw)" məzmunlu, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 21.03.2020-ci il tarixdə “Axwamin xeyir.Bayraminiz mubarek.ay qa zeng elemeye utandim varsa gelim mene bir çimdikde ver smendexem çekdim verdiyini. Sehere kimi burdayam" məzmunlu, 29.04.2020-ci il tarixdə "SABAHKİNİ GOTUMUSEM İSDİYİREM YANDİRAM İKİ TUSDU QOYAM NE DEYSEN” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***- ***-**-** saylı mobil nömrə arasında 16,05.2020-ci il tarixdə “Salam menim qaqam sen allah goturende mada 1 qram de pul cibimdedi hazir saxlyiram sen allah meni yaddan cxarma sa arxeynem seni verene sukur" məzmunlu. ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 04.06.2020-ci il tarixdə "kolani yari gotresi oldum qalani pencerc istediker sende yoxduda” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 11.06.2020-ci il tarixdə “Qaqa agrdan olurem bitike neyinsə var yata bilmirem” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 16.06.2020-ci il tarixdə “2dene koku goture bilersen qardasim” məzmunlu, ***- ***-**-** saylı mobil nömrə istifadəçisi ilə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə arasında 05.07.2020-ci il tarixdə "Zaur qa burda narmanli pati var gor kolaynan deiwən. Var.elçindi mehleden” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 06.07.2020-ci il tarixdə "Qaqa 1 qiram pati ozde artixlamasinan neqe kolaynan deyiwmey OLAR MARAXLANMAX MÜMKÜNDÜ" məzmunlu. ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 10.07.2020-ci il tarixdə "Qaqa pati var isdiyirscn yig damsaq” məzmunlu. ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə arasında 19.07.2020-ci il tarixdə "BİR QRAM KOLA LAZLMD ALİNİR TEZ YİQ" məzmunlu. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında 17.08.2020-ci il tarixdə "Senan dediyin patples temasi var zeng ele mene” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında “İqram pati goturdun 3 saat gozdedim bir cekimlik ma vermedin allah senden razi olsun” məzmunlu, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 25.08.2020-ci il tarixdə “Sen Allah 5-6 tustuluk pati gedir qurban olaram” məzmunlu. ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 01.09.2020-ci il tarixdə "Ay radnoy bu xesde mali Qaqava nece reva gordun axi radnoyumsan” məzmunlu, ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 05.09.2020-ci il tarixdə "iki dene daw pati verersende mene qaqa bawim partdiyir” məzmunlu. ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 06.09.2020-ci il tarixdə "Sen balivin cani dunen verdiyin yari ela idi qaqa deyersen yari temiz olsun qadan alaram cixdim evden çatanda yigacam sen balavin cani teleni sondurme doğmam” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 13.09.2020-ci il tarixdə “Gardawim bidene imkan ele mennen daniwda canu yierem mene 15 sot torpağ birde 2-3 daw lazimdi. prosta bidene giymeti daniwardugda sennen” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 17.09.2020-ci il tarixdə "QAQA KOLA LAZİMDİ BİRDE PATİ LAZİMDİ İDENE”. ‘'QAQA KOLA ALİNMAZ? 2DENE" məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə arasında 28.12.2020-ci il tarixdə “qaqa yeni var yoxuna nehlet iki kola ik patinin yerini elemiwem haa yeni dunenkimi pel vurulmasin iwim haa pulsuz qalacam” məzmunlu sms yazışmaları olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 məxsus ***-***-**-** saylı mobil nömrə arasında dəfələrlə danışıqlar olmuşdur (cild 1, iş vərəqi 218-220). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC mobil operatorundan daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 14.06.2021-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 06.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “bir tike patida ver mene imkan varsa" məzmunlu. +**********88 saylı İran İslam Respublikasına məxsus mobil nömrə istifədəçisi 09.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Zaura deyinki telfon sondurmekden heçne hel olmaz, mene pulum lazimdi. yoxsa men neynirem birinin heyetinan ellewem, ramiz neçe iller zehmet çekib qelib yetiwib bu meqama. onun heyetinnan oynamasin” məzmunlu. ***-***- **-** saylı mobil nömrə istifadəçisi 31.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Qaqas bayax dediyim adam yigmisdi. 30manatlari var, hem pati hemde yari istyir. ama tezde. catmadi adam? Axrinci danismagmizdan 1 saat keçdi” məzmunlu sms göndərmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən 23.04.2020-ci il tarixdə Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə "Qaqa yaman pis aqryıram gor birteher elye bilisen bugune qadanallam" məzmunlu. 25.08.2020ci il tarixdə ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “Senan pati gelibdi lazim olsa 2 side var xeber ele” məzmunlu, 06.11.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “Menim qardaşım partples varsa iki üc dene qoyardın görüm ne gösderir yaxşı olsa gelen res 10 dene eliyerik” məzmunlu sms göndərmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 11.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Demrsen şişe İdenedi?”. “Koladida nebilim 6_7_8 getrde" məzmunlu. ***-***-**- ** saylı mobil nömrə istifədəçisi 22,01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “qaqa ustumde pul azdi qaqa bidene 10 azn pati vere bilersen mi mene iwe gedim axwam qayda nda verim senol emele geler mi qaqa” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 24.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “wuwe gotrmey istyrem sende 50m vare onu istyrremki duzeldm gogrum catmir pulum” məzmunlu. ***-***- **-** saylı mobil nömrə istifadəçisi 28.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “60Manat di 1.birde yari ver” məzmunlu sms göndərmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən 21.01.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə istifadəçisinə "Ay qaqa gör efsaynəynən görusub kolanda götüre bilersen gelim iyirmi yanvara göturum camahat senöl bezdirib meni” məzmunlu, 26.04.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə istifadəçisinə "Xaqani qadanallam ordasansa mene 1 qram götür gelen kimi puluyu verim sabah men Şamaxya gedcccm Cümünen bizi görsün birde hardan alaciq orda” məzmunlu, 06.05.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “‘Qardaşım bir üc manatdıq bezin vur get bir cet götür gel düzelek saat 8de mal götrecem yaxşı olacaq narahat olma 13 man verccem 250 de vurmuşam irana qaqa” məzmunlu sms göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 məxsus ***-***-**-** saylı mobil nömrə arasında dəfələrlə danışıqlar olmuşdur (cild 1, iş vərəqi 223-224). İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07.01.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuna uyğun hesab edilmişdir (cild 1, iş vərəqi 104). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 30.08.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid3 istintaqda verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı narkotik vasitə götürməyə getdiklərini və həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının ona göndərdiyini etiraf etmişdir (cild 1, iş vərəqi 210-213). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26.07.2021-ci il tarixli, 2474 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 247-248). İşdə olan maddi sübut hesab edilməsi haqqında 11.01.2021-ci il tarixli qərardan görünür ki, Şahid3 götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 6023,7 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 93-95). Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.06.2021-ci il tarixli, 1(101)-967/2021 saylı hökmündən görünür ki, Şahid3 həmin hökmlə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrilə təqsirli bilinib 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, maddi sübut olan 6023,7 qram narkotik vasitə heroinin məhv edilməsi, ekspertiza xərci olan 109,90 (yüz doqquz manat 90 qəpik) manat pulun Şahid3 tutulması qərara alınmışdır (cild 1, iş vərəqi 225-233). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 20.08.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş 02 ədəd “CD" disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 249- 263). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 234.1 maddəsilə təqsirli bilinib qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 225-233). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 22.08.2021-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 281-282). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Şahid3 aşkar edilmiş narkotik vasitələrə onun heç bir aidiyyətinin olmaması, həmin narkotiklərlə bağlı Pərvinlə söhbət etməməsi, narkotik vasitə satıcısı olmaması, Şahid3 özünün tutulmasının səbəbi olaraq onun Pərvinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə polisə məlumat verdiyini düşündüyündən ondan intiqam almaq məqsədilə yalan ifadə verərək onu tutdurmaq istəməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edərək, müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham məhkəmədə öz təsdiqini tamamilə tapmışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllər həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinib qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır. Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu hazırkı cinayət əməllərini isə 02 yanvar 2021-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin olunacaq cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokollardan, müstəntiqin və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində axtarış elan edilmiş, axtarışda olan Təqsirləndirilən şəxs faktiki 22 may 2021-ci ildə tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 24 may 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 may 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 127-130, 153, 162, 187-192). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 22 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə maddi sübut olan 6023,7 qram narkotik vasitə heroinin və 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.06.2021-ci il tarixli, 1(101)-967/2021 saylı hökmü ilə həll olunduğunu nəzərə almalıdır. Məhkəmə hesab edir ki, digər maddi sübutlar - "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Digər maddi sübut - 6023,7 qram narkotik vasitə heroinin və 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.06.2021-ci il tarixli, 1(101)-967/2021 saylı hökmü ilə həll olunduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar