Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1619/2022 13.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X17 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi - atası X2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 40, mənzil 33-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 17 may 2022-ci il tarixdə yaşadığı evdə olan zaman qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid3 anası Şahid2 mobil telefonla zəng edərək hadisədən bir neçə gün əvvəl yaşadıqları evdə keçirilən yığıncaqda sonuncunun qardaşı Valeh Əliyeva məxsus olan mobil telefonun onun tərəfindən oğurlanmadığını bildirib telefonda mübahisə edən zaman Şahid2 əri Zərərçəkmiş şəxs kənardan onun ölmüş atasının ünvanına nalayiq ifadələr işlətməsini eşitdiyini bəhanə edərək xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyi nömrəsiz ünvandakı fərdi yaşayış evinin həyətində olan ev quşları saxlamaq üçün nəzərdə tutulan yerin dam örtüyündə saxlanılan məişət təyinatlı mətbəx bıçağını götürüb şalvarının bel hissəsində gizlətdikdən sonra saat 21 radələrində Zərərçəkmiş şəxsla mobil telefonla danışıb görüşmək üçün vədləşdikləri ünvan 2 ünvanının qarşısında, “Al” marketin yaxınlığında yol kənarına gələrək orada yenə sonuncunun onun ölmüş atasının ünvanına nalayiq ifadələr işlətməsini eşitdiyini bildirib bunu cüzi səbəb kimi bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqində qoyub xuliqanlıq niyyəti ilə sonuncunu qəsdən öldürmək məqsədi ilə şalvarının bel hissəsində özü ilə gətirdiyi məişət təyinatlı mətbəx bıçağını çıxardaraq sonuncunun üzərinə hücum edib bıçaqla Zərərçəkmiş şəxs hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan yuxarı ətrafların 4 ədəd kəsilmiş yarası xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs ondan qaçıb xilas olmağa çalışan zaman sonuncunu qəsdən öldürməyə yönəlmiş öz cinayətkar niyyətini başa çatdırmaqda israrlılıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs bel nahiyəsinin daxilə keçməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid perikardın və ağciyər kötüyünün zədələnməsi ilə müşayiət olunan perikardın və ağciyər kötüyünün zədələnmələri fonunda inkişaf etmiş massiv (çoxlu) qanitirmə ilə nəticələnərək ölümünə səbəb olmuş döş qəfəsinin ön səthinin daxilə keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirmiş, sonuncu almış olduğu həmin xəsarətlərin təsirindən yerə yıxılması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən bədənin sıyrıqları xəsarətlərini yetirməklə sonuncunu qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində doğulmuş və ailədə 2 qardaş olmuşlar. Qardaşının adı Türkandır. Türkan evlidir və ailəsi ilə birlikdə Lökbatan qəsəbəsində yaşayır. X16 2019-ci ildə dünyasını dəyişmişdir. Anası Şahid5 isə onunla birlikdə Sabunçu rayonu, Şuşa şəhərciyində birlikdə yaşamışdır. Orta təhsilini Mingəçevir şəhərində yerləşən 4 saylı orta məktəbdə almış, məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində yerləşən 2005-ci ildə tibb kollecinə daxil olmuş, 2010-ci ilin fevral ayında isə kolleci bitirmiş, bitirdikdən sonra 2010-cu il tarixdə ailə quraraq 2011-ci il tarixdə Naxçıvanda yerləşən hərbi hissələrdən birinə gizir feldşer kimi işə girmişdir. Birinci evliliyindən iki övladı olmuşdur. Övladlarından böyüyü 2011-ci il təvəllüdlü oğlu Hüseyn, kiçiyi isə 2014-ci il təvəllüdlü Mələkdir. 2015-ci ilin iyun ayının 15-i tarixdə hərbi hissə də birgə işlədiyi maxe iş yoldaşı ona söyüş söydüyü üçün bıçaqla vurmuşdur. Həmin vaxt Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş və məhkəmənin hökmü ilə 940 manat cərimə edilmişdir. Barəsində məhkəmənin ittiham hökmü olduğu üçün onu hərbi xidmətdən təxris etmişlər. Bundan 1 ay sonra ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb, təcili tibbi yardım şöbəsində feldşer vəzifəsində işləməyə başlamışdır. Orada 1 il işlədikdən sonra Gəncə şəhərində özəl klinikalardan birində işləmişdir. Orada da bir il işlədikdən sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. O, Bakı şəhərində də müxtəlif özəl klinikalarda feldşer və anestezist kimi işləmiş, 2019-cu il tarixdə atası dünyasını dəyişdikdən sonra həyat yoldaşından boşanmış, boşandıqdan sonra keçmiş arvadı öz atasının evinə, o isə qardaşı Türkanın evinə köçmüşdür. 2022-ci ilin fevral ayında anasının əmisi nəvəsi Aytacla ailə quraraq birlikdə Şuşa şəhərciyində yaşamağa başlamışdır. O, 2019-cu ildən narkotik vasitəyə alüdə olmuş narkotik vasitə alüdəçisi olduğu üçün bir neçə dəfə müalicə də almışdır. Aytacla evlənən zaman qayınanası qızıl üzük hədiyyə vermiş, hadisədən iki ay öncə həm maddi çətinliyi olduğu üçün, həm də narkotik vasitəyə ehtiyacı olduğundan həmin hədiyyə üzüyü 400 manata satıb ehtiyaclarına ödəmişdir. O həmin qızıl üzüyü satan zaman yoldaşı Aytaca da bu barədə məlumat vermişdir. Hadisədən təxmini olaraq 1 ay öncə Aytac ona işləmək istədiyini bildirmiş, o, ilk öncə Aytacın işləməsinə razı olmasa da, sonradan razılıq vermişdir. Aytac işlədiyi vaxtlarda bir gün qayınanası onun anasına zəng edərək Aytacın harada olduğunu soruşmuş, həmin vaxt o da evdə olmuşdur. Anası qayınanasına Aytacın işdə olduğunu dedikdə danışıq əsnasında qayınanası anasına "Taleh necə öz qeyrətinə sığışdırır ki, o oturub evdə, arvadı işləyir" demişdir. Həmin vaxt o, telefonu anasından götürüb qayınanası ilə telefonda mübahisə edib ailə məsələlərinə qarışmamasını bildirmişdir. Bu hadisədən sonra təxmini olaraq bir həftə, on gün müddətində qayınanası Kəmalə ilə danışmamışdır. Daha sonra qayınanasının ad günündə evlərinə gedib, ad günü keçirib, barışmışlar. Aprel ayının 18-dən hadisənin baş verdiyi may ayının 17-si tarixədək münasibətlər qaydasında olmuşdur. O, may avının 12-si tarixindən Qabil ilə birlikdə fəhləlik etməyə başlamış, hər səhər evdən arvadı Aytacı da götürüb anasının evində düşürdükdən sonra Qabil ilə birlikdə iş yerinə getmişlər. 15 may 2022-ci il tarixdə qayınanasıgildə qonaqlıq təşkil olunmuş, həmin qonaqlıqda o, bacanağı Abbas, Qabil, qayınanasının qardaşları, eləcə də Valeh iştirak etmişlər. Həmin qonaqlıq başlamadan əvvəl stolları düzəldən zaman stolun üzərində telefonun olmasını görüb yanında olan arvadı Aytacdan həmin telefonun kimə məxsus olmasını soruşmuş, Aytac ona telefonun dayısı Valehə məxsus olduğunu dedikdən sonra, o həmin telefonu babasına aparması üçün Valehin nəvəsinə vermiş, həmin vaxt Aysel də bunu görmüşdür. Həmin gün məclisin sonuna yaxın Valeh telefonunu tapa bilmədiyi üçün hamı həmin telefonu axtarmağa başmış, hətta Valehin nömrəsinə zəng etsələr də, telefon sönülü olduğundan zəng çatmamışdır. Həmin vaxt Valeh özü də telefonunun enerjisinin az olduğunu demiş, bundan sonra məclis dağılmış və hamı öz evinə getmişdir. May ayının 15-i səhər işə gedərkən Aytacı anasıgildə qoymuş, axşam işdən qayıdan zaman yorğun olduğu üçün həmin gün qayınanasıgildə gecələmiş və səhəri gün yuxudan oyanıb Qabil ilə birlikdə işə getmişdir. Həmin vaxt onun nə Qabil, nə də qayınanası ilə heç bir mübahisəsi olmamışdır. 17 may 2022-ci il tarixdə səhər işə getmiş və saat təxmini olaraq 19 radələrində işdən qayıdaraq qayınanasının evindən Aytacı götürmüş və taksi ilə öz evlərinə getmişlər. Yolda olan zaman Aytacın üz cizgilərindən problem olduğunu hiss etmiş, Aytacdan nə baş verdiyini soruşduqda sonuncu ona evdə deyəcəyini bildirmişdir. Evə çatdıqda Aytac ona 2 gün öncə qonaqlıqda olan zaman dayısı Valehə məxsus telefonu götürüb içərisindən nömrəni çıxaran zaman evin önündə olan avtomobilin içərisindəki kameraya düşdüyünü bildirmiş, o, Aytaca telefonu götürmədiyini deyərək həmin görüntünü göstərməsini bildirmişdir. Bundan sonra Aytacın telefonu ilə qayınanasına zəng edib Aytacın kameraya düşdüyünü deməsini bildirmiş və həmin görüntünü ona göstərməsini istəmişdir. Qayınanası belə bir görüntünün olmadığını desə də, onunla telefonda mübahisə etməyə başlamış və əvvəllər üzüyü satmaq məsələsini də yenidən xatırlatdıqda, o, üzüyün özünün olduğunu və istədiyini edəcəyini bildirib, ailə məsələlərinə qarışmamağı demişdir. Bundan sonra mübahisə kəskinləşmiş və qayınanası ona telefonda nalayiq ifadələr işlətmiş, o da qayınanasını təhqir etmişdir. Həmin vaxt evdə Aytacdan əlavə qardaşı Türkan və anası olmuş, telefonda kənardan Qabilin də ona və dünyasını dəyişmiş atasına nalayiq ifadələr işlətdiyini eşitmiş, qayınanası da onun atasını və anasını təhqir etmişdir. Həmin vaxt anası da evdə olduğu üçün qaynanasının ona etdiyi təhqirləri eşitmiş, sonra qardaşı Türkan telefonu onun əlindən götürüb kənara çəkilərək qayınanası ilə telefonda danışmağa başlamışdır. Qardaşı Türkan telefonla danışığı bitirdikdən sonra onun yanına gəlib mübahisə yaratmamağı bildirib, ailə üzvlərinin təhqir edilməsinə nə üçün şərait yaratdığını demişdir. Bu sözdən sonra o, evdən bıçaq götürüb çıxmaq istəyən zaman qardaşı önünü kəsmiş, ona yol verməyəcəyi təqdirdə özünə xəsarət yetirəcəyini bildirmişdir. Qardaşı ona imkan verməmiş, bıçağı əlindən alaraq polisə məlumat verəcəyini demişdir. Qardaşı bundan sonra ona evdən çıxmağa imkan vermiş, o, evdən çıxarkən həyətdə toyuq-cücə saxlamaq üçün olan yerin dam örtüyünün arasında olan və toyuq-cücəyə yem doğramaq üçün istifadə etdiyi bıçağı götürüb belinə yerləşdirərək qaça-qaça evdən çıxıb taksiyə oturub bacanağı Abbasgilə yola düşmüşdür. Abbasın evinə çatan zaman Abbası çağırıb evə daxil olmuş, evdə olan zaman Abbasa qayınanası və qayınatası ilə telefonda mübahisə etdiyini bildirmiş, mübahisə barədə Abbasa danışmış və bu məsələni yoluna qoymaqda, qohum olduqları üçün belə söhbətlərin doğru olmadığını qayınatası və qayınanasına izah etməkdə ona kömək etməsini xahiş etmişdir. Həmin vaxt Abbasın anası da evdə olmuş və Abbasın anası onun qayınanası Kəmaləyə zəng edərək mübahisə yaratmamağı, söhbətləri yoluna qoymağı məsləhət görmüşdür. Bundan sonra o, Abbasa qayınanasının evinə gedib söhbət edərək məsələni yoluna qoymalarını bildirmiş, Abbas da onunla razılaşmışdır. Evdən çıxdıqdan sonra onlar yolda marketə girmiş, Abbas oradan siqaret almış, o isə “go" spirtli içkisi alıb içmək istəsə də, Abbas icazə vermədiyi üçün içki içməmişdir. Marketdən çıxan zaman Qabil Abbasa zəng edib onları “AL market”-in yanına çağırmış, onlar həmin marketə tərəf gedən zaman qardaşı Türkan Abbasın telefonuna zəng edib, onu telefona çağırmış, telefonda ona geri qayıtmağını, evdə sakitləşdikdən sonra söhbət etməyə gedəcəklərini demiş, o isə qardaşına narahat olmamasını, gedib söhbət edib qayıdacağını deyib, telefonu söndürərək Abbasa qaytarmışdır. Görüş yeri olan "Al marketin" yanına çatdıqda Qabil də oraya gəlib çatmış, Qabil ona hadisənin baş verdiyi yerə tərəf, yəni yolun o biri tərəfinə keçməyi təklif etmişdir. O həmin vaxt Qabilin əsəbi olduğunu və əsəbdən əsdiyini görmüşdür. Bundan sonra onlar yolun əks tərəfinə keçmiş, orada "Kamaz" markalı yük avtomobili olmuşdur. Onlar həmin kamazm qarşısında dayanaraq söhbət etməyə başlamış, bu hadisələr baş verən zaman Abbas da onların yanında olmuş və onları sakitləşdirməyə çalışmışdır. İlk öncə o, Qabilə “bizim ailə məsələmizə qarışma demişdimmi sizə?" deyə bildirmişdir. Qabil isə ona “qarışacam hələ bir tərəfə də keçəcəm" demişdir. O bundan sonra Qabilə "niyə atamı təhqir edirsiniz, o artıq dünyasını dəyişib" demiş, sonuncu isə ona arvadını təhqir etdiyini dedikdə, o, cavab olaraq, birinci arvadının onu təhqir etdiyini bildirmişdir. Bundan sonra Qabil onun qolundan yapışaraq onu kamazla orada olan hasarın arasında olan boşluq sahəyə tərəf çəkmiş, o həmin vaxt Qabilin üz cizgilərindən onu vurmaq istədiyini hiss etdiyindən, belinin sağ tərəfində şalvarın içinə yerləşdirib üzərinə gödəkcəni saldığı bıçağı belindən çıxarıb Qabilə zərbə vurmaq istəmiş, Qabil qollarını qabağa verdikdə, o, bıçaqla sonuncunun qollarına 3-4 zərbə vurduqdan sonra Qabil üzünü çevirib qaçmaq istəyərkən ondan təxmini olaraq 2-3 metr uzaqlaşmış, o da Qabilin arxasınca gedərkən Qabil yenidən ona tərəf çevrilmiş, o bu zaman Qabilin bel nahiyəsindən 1 ədəd bıçaq zərbəsi endirmiş, daha sonra 1 ədəd Qabilin qarın boşluğuna zərbə endirmək istəyən zaman Qabil özünü qabağa verdiyindən zərbəsi sonuncunun ürək nahiyəsinə dəymişdir. Həmin vaxt Abbas onları aralamağa çalışmış, bıçağı Qabilin ürək nahiyəsindən çıxaran zaman Qabil arxa-arxaya doğru gedərək başı "Kamaz" markalı avtomobilə dəymiş və yerə yıxılmışdır. Abbas da dərhal Qabilə tərəf getmişdir. O bundan sonra qaçmağa başlamış, 30-40 metr qaçdıqdan sonra geri qayıdıb Qabilə kömək etmək fikrinə düşsə də, artıq insanların Qabilin ətrafına yığıldığını gördükdə fikrini dəyişib bıçaqla birlikdə oradan uzaqlaşmışdır. Həmin vaxt qaranlıq olduğu üçün ağacların arasına keçib biraz nəfəsini dərdikdən sonra özünə ver tapıb gecələmiş, səhər tezdən yuxudan oyandıqdan sonra, saat 11-12 radələrində Balaxanı ərazisində tanımadığı şəxsdən 5 manat məbləğində narkotik vasitə olan "kakos" alıb istifadə etmiş, daha sonra yaşadığı mənzilə qayıtmışdır. Orada olan zaman qonşuluqda yaşayan şəxslərdən birindən 17 may 2022-ci il tarixdə baş verən hadisədə bıçaqla vurulan şəxsin öldüyünü öyrənmiş, daha sonra qonşulardan telefon taparaq qardaşına zəng etmiş və polisə təslim olacağım bildirmişdir. Daha sonra Suraxanı RPİ-nin 31-ci PB-nə gedərək könüllü təslim olmuş və hadisə zamanı istifadə etdiyi bıçağı da təqdim etmişdir. Aytacla evləndikdən təxmini olaraq 1 ay sonra evdə olan zaman aralarında mübahisə yaranmış, Aylac həmin zaman evdən çıxıb getmək istəsə də, o, Aytaca mübahisəni uzatmamağı bildirmişdir. Aytacın anası və Qabili çağıraraq mübahisəni yoluna qoymağa çalışmışdır. Həmin vaxt Qabil və Kəmalə ilə evdə söhbətləşən zaman Qabil ona səsini qaldırdığı üçün o, bir qədər əsəbiləşib onun evində belə danışmamasını və tonunu aşağı salmasını bildirsə də, 2 gün sonra o, Qabilin evinə gedib üzrxahlıq etmiş, bundan başqa Qabil ilə hər hansı bir mübahisələri olmamışdır. Hadisə vaxtı üzərində qısa qol köynək, boz rəngli idman şalvarı, boz rəngli gödəkcə və boz rəngli ayaqqabı olmuşdur. Hadisə günü spirtli içki və narkotik vasitə istifadə etməmişdir. Sonuncu dəfə hadisədən əvvəl 12 may 2022-ci il tarixdə yenə də tanımadığı şəxsdən aldığı “kakos” və "ptlı" adlı narkotik vasitədən istifadə etmiş, sonuncu dəfə isə hadisədən sonra 18 may 2022-ci il tarixdə “kakos” adlı narkotik vasitədən istifadə etmişdir. Hadisə vaxtı istifadə etdiyi bıçağı həyətdəki toyuq-cücə saxlanılan yerin üzərindən götürən zaman həyətdə heç kəs olmadığı üçün bıçağı götürməsinə heç kəs şahid olmamış, bıçağı evdən götürüb çıxmaqda niyyəti kimisə, eləcə də Qabili öldürmək deyil, getdiyi yerdə Qabil və ya qayınanası ilə hansısa mübahisə baş versə və ya Qabil onu vursa bıçaqla qorxudmaq olmuşdur. O, əvvəllər mobil telefon istifadə etsə də, sonradan telefonu satıb şəxsi ehtiyaclarına sərf etmiş, ilkin evliliyindən iki azyaşlı övladı olduğu üçün hər ay məhkəmənin qərarı ilə 260 manat aliment kəsilmişdir. O, bir müddət həmin alimenti ödəsə də, son vaxtlar maddi çətinliyi olduğu üçün ödəyə bilməmiş, 2021-ci ilin avqust ayında da aliment borcuna görə 8 sutka inzibati həbs cəzası almışdır. Hadisə vaxtı heç bir xəsarət almamış və bədəni üzərində qanaxma ilə müşayiət edilən heç bir xəsarət olmamışdır. Hadisənin səhərsi polis bölməsinə gedib təslim olan zaman bıçağı polislərə təmiz halda təqdim etmək üçün üzərindəki qan izlərini silmişdir. 15 may 2022-ci il tarixdə olan yığıncaqda telefon götürməmişdir. Ailəsinin onun yığıncaqda olan telefonu götürdüyünü gördüklərini ona Aytac demişdir. Yığıncaqdan sonra qayınanasına zəng etməkdə məqsədi sadəcə kiməsə məxsus telefonu götürmədiyini bildirmək olmuşdur. Qayınanasının anası və dünyasını dəyişmiş atasının ünvanına nalayiq ifadələr işlətməsi onu çox əsəbləşdirmişdir. Qabil qayınanasının söylədiklərini kənardan təsdiq etmiş, həmçinin o da valideynlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Qabillə telefonda mübahisələri olmamışdır. Qabillə görüşən zaman əvvəlcə məsələni həll etmək üçün bir qədər söhbət etmişlər. Görüşə gedərkən nə ilə qarşılaşacağını bilmədiyindən və Qabilin onu vurmasından ehtiyat etdiyindən üzərində bıçaq götürmüşdür. Abbasla onu görüşə Qabil çağırmışdır. Mobil telefon danışığı zamanı nalayiq ifadələri əvvəlcə qayınanası işlətmişdir. Hadisə yerinə gedərkən Qabili öldürmək niyyəti olmamışdır. Qabillə görüşmə məqsədi valideynlərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün üzr istəməsini tələb etmək olmuşdur. Hadisənin səhərisi Qabilin öldüyünü bildikdə özü polisə gedib təslim olmuşdur. Narkotik vasitənin heroin növündən istifadə etmişdir. Hadisə yerindən qaçan zaman Qabili sadəcə yaraladığını ehtimal etmiş, öləcəyini düşünməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun böyük övladı olmuş, oğlu Qabil Mariya adlı şəxslə evlənmiş, həmin evlilikdən 2 qızı olmuşdur. Təxminən 2018-ci ilə qədər Qabil və ailəsi ilə birlikdə onun evində yaşamışlar. Qabilin normal ailəsi və işi olmuş, həmin vaxt Qabil “Panda” boya fabrikində işləmişdir. O həmin vaxt Qabilin arvadı Mariyadan Qabilin həmin fabrikdə birlikdə işlədiyi Kəmalə adlı qadınla münasibəti olduğunu öyrənmişdir. Qabil evi tərk edərək Suraxanı rayonu ərazisində Kəmalə ilə birlikdə yaşamağa başlamışdır. Qabil öz arvadı Mariyadan rəsmi qaydada boşanmamışdır. O, Kəmaləni, ümumiyyətlə, tanımamış, bu məsələni öyrənəndən sonra həmin evə gedib Qabillə danışmış, sonuncudan öz evinə, ailəsinin yanına gəlməyini xahiş etmiş, lakin oğlu ona gələcəyini desə də, evə qayıtmamışdır. Bundan əlavə Qabilin yaşadığı Kəmalə adlı qadının əvvəllər bir neçə dəfə evli olmasını, həmin evliliklərdən 3 qızı olmasını öyrənmişdir. Qabil Kəmalə və sonuncunun qızları ilə birlikdə yaşamışdır. O, birinci gedişindən təxminən bir ay sonra yenə Qabilin yanına getmiş, lakin Qabil yenə evə qayıtmamışdır. Bundan sonra bir daha həmin evə getməmişdir. Təxminən bir il öncə Qabilin qızı Sevincə elçi gəlmiş, o, Qabilə telefonla zəng vuraraq “gəl qızının başında dur, özün ərə ver” demişdir. Qabil isə yenə də gələcəyini desə də, gəlməmişdir. Buna qədər arabir Qabillə telefonla danışsa da, bu hadisədən sonra danışmamışdır. O, Qabillə danışmasa da, Qabilin qızları ilə əlaqəsi qalmış, arada telefonla danışmış, lakin görüşməmişlər. Qabilin Kəmalədən bir qızı olmuşdur. Qabilin ögey qızlarından biri evlənmiş, həmin vaxt Qabil zəng vurub qardaşı Nadiri toya çağırmış, lakin Nadir toya getməmişdir. Nadir arabir qardaşı Qabil ilə danışmışdır. Həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, gecə saat 00:00 radələrində Kəmalə onun oğlu Nadirə zəng vuraraq Qabilin ölməsini demiş, Nadir də ona məlumat vermişdir. Sonuncu dəfə oğlu Qabili hadisədən təxmini olaraq il yarım müddət əvvəl görmüşdür. Qabil yeni ailə qurduqdan sonra onlar ayrı yaşamışlar və bu səbəbdən də gediş-gəlişləri demək olar ki, olmamışdır. Ümumiyyətlə, Təqsirləndirilən şəxs əvvəllər görməmiş və tanımamışdır. Talehin arvadı Aytacı əvvəllər bir-iki dəfə görsə də, həmin vaxt Aytac hələ Talehlə ailə qurmamışdır. Qabil təbiətcə sakit adam olmuş, hər hansı şəxslə dava-dalaşının olmasının şahidi olmamışdır. Hər kəslə yaxşı yola getmişdir. Qabil ilə uzun müddətdir əlaqə saxlamamış, lakin bildiyi qədəri ilə Qabil ***-***-**-** nömrəli telefon nömrəsindən istifadə etmişdir. Hadisənin şahidi olmamışdır. 15 may tarixində olan yığıncaqda iştirak etməmişdir. Təqsirləndirilən şəxslə barışmamış, ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadının ögey atasıdır. Qayınatası Qabil fəhlə işləmiş, heç kimlə işi olmayan, öz işində-gücündə olan normal insan olmuşdur. Onların qayınataları ilə normal münasibətləri olmuşdur. O, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Qayınatası Qabil isə ailəsi ilə birlikdə Suraxanı rayonu ərazisində kirayədə yaşamışdır. Onların daimi gedişgəlişi olmuş, evləri təxminən 2 kilometr məsafədə olmuşdur. Təqsirləndirilən şəxs onun kiçik bacanağıdır. Taleh bir neçə ay öncə baldızı Aytacla evlənib birlikdə “Şuşa" şəhərciyində yaşamışlar. Taleh onun qayınanası Kəmalənin qohumu olmuşdur. Talehlə qayınatası Qabil arasında əvvəllər hər hansı münaqişə olmamış, normal münasibətləri olmuş, hər ikisi tikintidə fəhlə işləmişdir. Bir neçə gün öncə baldızı Fatimənin yığıncağı olmuş, Fatiməyə elçi gəlmişdir. Həmin məclis qayınatası Qabilin kirayədə qaldığı evdə baş tutmuşdur. Onlar hamısı həmin məclisdə iştirak etmişlər. Taleh də öz arvadı və anası ilə birlikdə orada iştirak etmişdir. Həmin məclis şən keçmiş, heç bir problem olmamış, hər kəsin bir birinə münasibəti normal olmuşdur. Onun eşitdiyinə görə, Taleh narkotik vasitə istifadəçisi olmuş, hətta Taleh özü ona bildirmişdir ki, əvvəllər narkotik vasitə istifadə etsə də, hazırda bir müddətdir ki, istifadə etmir. Ancaq Taleh çox spirtli içki içən olmuş, hətta spirti su ilə qarışdırıb içmişdir. 17 may 2022-ci il tarixdə saat təxminən 21:00 radələrində o, işdən yaşadığı evə gəlmişdir. Yemək yeyərkən anası ona Talehin onu çağırdığını bildirmişdir. O, Talehi evə dəvət edərək nə olduğunu soruşmuş, Taleh ona Qabillə və evdəkilərlə dava etdiyini bildirmişdir. Həmin an onun istifadəsində olan telefon nömrəsinə ***-***-**-** telefon nömrəsindən zəng gəlmiş, zəng vuran şəxs Talehin qardaşı Türkan olduğunu bildirmiş, Türkan ona Talehin onlarda olub-olmadığını soruşmuşdur. O, Talehin onların evində olduğunu dedikdə, Talehi telefona istəmiş, o, Talehə telefonu vermiş, Taleh qardaşı ilə danışa-danışa evdən çölə çıxmış, o da Talehin arxasınca çıxmış, o, Talehin telefonda "o mənim atamın qəbrini niyə söyüb, mənim atam söyüləsi kişi deyil", "mən gəlmirəm, gəl özün apar” kimi sözlər dediyini eşitmişdir. Sonra Taleh telefonu ona vermişdir ki, "al özün danış səbrim çatmır", o, Türkanla danışanda Türkan ona Talehi nəzərdə tutub "onu gətir evə" demiş, o isə "uşaq deyil ki, gətirim, deyirəm, gəlmir", "gəl qardaşını götür" demiş və telefonu söndürmüşdür. Həmin anda Taleh evdən çıxıb qaçmağa başlamış, o, Talehin arxasınca qaçmış, elə hamin anda qayınatası Qabil istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə ona zəng etmiş, Qabil ondan Talehin yanında olub-olmadığını soruşmuşdur. O, Talehin yanında olduğunu dedikdə Qabil ona "gəlirəm Al marketin yanına, Taleh gəlsin ora" demişdir. O isə Qabilə Talehin "Al” marketə tərəf qaçdığını demiş və telefonu söndürmüşdür. O həmin vaxt Talehin arxasınca qaçmış, qaça-qaça telefonla danışmış, birdən Taleh məhlələrin içində gözdən itmiş, o, “Al” market istiqamətində qaçmağa davam etmiş, “Al” marketin yanına çatanda görmüşdür ki, orada heç kəs yoxdur. Qabilin yaşadığı ev tərəfə getmişdir ki, bəlkə Taleh ora getmişdir. O həmin küçəyə girəndə Talehin Qabilin yanından qaçaraq uzaqlaşdığını, Qabilin isə arxa-arxaya gedib yıxıldığını görmüşdür. Qabil tutmağa çalışmış, lakin tuta bilməmişdir. Qabil orada olan “Kamaz” markalı yük maşının yanında yerə yıxılmışdır. Qabil yerdə olarkən bədənindən qan axdığını görmüş, o, Qabili çağıranda cavab verməmiş, xırıldamışdır. Çox qorxmuş və dərhal Qabilin yaşadığı evə istiqamət alaraq qayınanası Kəmaləyə bu barədə məlumat vermək üçün gedən zaman qayınanasının da hadisənin baş verdiyi istiqamətdə gəldiyini görmüşdür. Qayınanası hadisə yerinə gələn zaman Qabilin yerdə yıxıldığı istiqamətə baxmışdır. Qayınanası donmuş vəziyyətdə olmuş, o, qayınanasına Qabilin vurulduğunu bildirib onların evi istiqamətinə qaçmışdır ki, evdə hər hansı bir kişi varsa köməyə çağırsın. Həmin vaxt o, qayınanasının onu gördüyünü dəqiq bilməsə də, o, qayınanasını hadisə yerində görmüşdür. Daha sonra Qabilin evinə gedərək Kəmalənin qardaşı Zakirə məlumat vermişdir. Onlar dərhal Qabilin yanına getmişdir. Qabilin nəbzini yoxladıqda görmüşdür ki, nəbzi atır. Ətrafdakı insanlar təcili tibbi yardım çağırmışlar. Həkim gəlib yoxlamış və Qabilin öldüyünü bildirmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Talehin Qabili vurmasını görməmiş, Talehin Qabilin yanında qaçaraq uzaqlaşdığını, Qabilin isə arxa-arxaya doğru gedib yıxıldığını görmüşdür. Həmin vaxt küçədə onlardan başqa kiminsə olmasına fikir verməsə də, sonradan qayınanasının da hadisə yerinə gəldiyini görmüşdür. Qabilin bıçaqlanıb Talehin qaçdığını görən zaman ona aydın olmuşdur ki, Taleh qayınatası Qabili bıçaqlayıb, ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs qaçarkən hava qaranlıq olduğu üçün sonununcunun əlində bıçaq və ya digər kəsici-deşici alət olmasını görməmişdir. Hadisənin baş vermə anının şahidi olmamışdır. Talehlə Qabil arasındakı mübahisə zamanı yanlarında olmamışdır. 15 may 2022-ci il tarixində olan yığıncaqda Talehin mobil telefon götürməsinin şahidi olmamışdır. Talehlə qayınanası Kəmalə arasındakı telefon danışıqlarının şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs ilə 5 ilə yaxın müddətdir ki, rəsmi olaraq nikaha girməsələr də, faktiki olaraq ər-arvad münasibətində yaşamışlar və evliliklərindən 3 yaşlı qız uşaqları vardır. Zərərçəkmiş şəxs onun ikinci əridir. Qabildən əvvəl o, evli olmuş və 3 qızı var. Onların hər biri evlənmiş və ayrı yaşayırlar. Qabil özü də əvvəl evli olmuş və 2 qızı vardır. Qabil tikintilərdə fəhləliklə məşğul olmuşdur. Onun birinci evliliyindən olan Fatimə adlı qızı Tovuz rayonunda yaşayır. Digər iki qızı isə öz ərləri ilə birlikdə ayrı yaşayırlar. Aytac adlı qızı Təqsirləndirilən şəxs adlı şəxslə evli olmuşdur. Digər qızı Tacirə isə Abbas adlı şəxslə evlidir. Qabil onun ikinci əri olsa da, birinci evliliyindən olan qızlarla daimi yaxşı münasibəti və gediş-gəlişi olmuşdur. 17 may 2022-ci il tarixdə əri Qabil hər zamankı qaydada axşam saat 20 radələrində işdən çıxıb evə gəlmişdir. Qabil evə gələn zaman onun anası və qardaşı Zakir də onlara qonaq gəlmişlər. Evdə olan zaman Qabil ac olduğu üçün ona yemək vermişdir. Qabil yeməyini yedikdən təxmini 10-15 dəqiqə sonra evdən "küçənin başına çıxıram" deyərək çıxmışdır. Qabil hər zaman yeməkdən sonra axşamlar evdən çıxmışdır. Qabil evdən çıxan zaman evdə 3 yaşlı qızı, anası və qardaşı Zakir olmuşdur. O həmin zaman evin həyətində paltar sərmişdir. Paltarları sərdikdən sonra Qabil evdən çıxdıqdan təxminən 30 dəqiqə sonra həyətdəki zibilləri götürüb küçənin başındakı zibil qabına tullamaq üçün evdən çıxmışdır. Evdən zibili tullamaq üçün çıxdıqdan sonra küçənin başına, yolun kənarına çatan zaman Qabilin yük maşının altında üzüüstə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O, yük maşının altında uzanan şəxsin Qabil olduğunu paltarlarından tanımışdır. Qabil evdən çıxan zaman üzərində boz rəngli şalvar və qısa qol köynək olmuşdur. O, Qabilə yaxınlaşan zaman uzaqdan kürəkəni Talehin Qabilin olduğu istiqamətə qaçdığını görmüşdür. Taleh onun Qabilin yanına gəldiyini gördükdən sonra istiqamətini dəyişib, əks istiqamətə qaçmışdır. O həmin zaman Talehin onu tanıdığını və ya ora yaxınlaşan hər hansı bir şəxs olduğunu zənn etdiyini dəqiq bilməmişdir. O, Qabilə yaxınlaşan zaman Qabilin yerdə qanlar içərisində olmasının şahidi olmuşdur. Bundan sonra Qabilin üzünü çevirmiş, Qabilin yarasını görmüş və əynində olan qara rəngli köynəyi çıxararaq Qabilin yarasının üzərinə sıxmışdır. Bundan sonra qışqırmağa başlamışdır ki, ətrafda olan insanlar köməyə gəlsinlər. Həmin vaxt öz mobil telefonu ilə qardaşı Qurbana zəng etmiş və bildirmişdir ki, "Qabil öldü tez gəl evimizin yanına". Təcili yardım gələn zaman artıq Qabilin öldüyünü bildirərək tibbi yardım göstərməmiş və polislərə məlumat verilmişdir. Taleh onun qızı Aytacın əri olmasından əlavə, həm də onun əmisi nəvəsidir. Taleh əvvəl "Stimul" klinikasında feldşer işləmiş və bildiyi qədəri ilə əvvəllər məhkumluğu olmuşdur. Talehin bundan əlavə narkotik vasitə istifadəçisi olduğunu da eşitmişdir. Qabilin əvvəllər Talehlə hər hansı bir mübahisəsinin və ya dava dalaşının olmasının şahidi olmamış, Aysel ilə isə hər hansı bir mübahisələri olmuşsa da, onun bundan məlumatı yoxdur. Onunla isə Talehin iki dəfə mübahisələri olmuşdur. Bunlardan birincisi təxmini olaraq hadisədən 1 ay əvvəl olmuşdur. Bu mübahisə Aytacla evlənən zaman ona verdikləri qızıl üzük səbəbindən olmuşdur. Talehə aldıqları üzük böyük ölçüdə olduğu üçün bir-iki dəfə həmin üzüyü ölçüsünü balacalatmaq üçün istəmişdir. Taleh isə hər dəfə müxtəlif bəhanələr gətirib üzüyü taxmamış, verməkdən imtina etmişdir. Bundan sonra Talehlə Aytacın məclisdə telefonla çəkilmiş şəkilində Talehin barmağında üzüyünün olmamasından şübhələnmiş və Aytacdan soruşanda Talehin həmin üzüyü itirdiyini bildirmişdir. Bundan sonra o, Talehdən üzüyü nə etdiyini soruşan zaman sonuncu həmin üzüyü əvvəlcə itirdiyini, sonra isə lombarda qoyub pul götürdüyünü demişdir. O, Talehlə mübahisə edən zaman Taleh ona "əcəb etmişəm, üzüyü nə istəyərəm onu da edərəm" deyə mübahisə etmişlər. 17 may 2022-ci il tarixdə axşam saatlarında o, evdə olan zaman Talehlə yenidən telefonda mübahisə etmişlər. Həmin vaxt Taleh öz evində olmuş və Aytac sonuncunun yanında olmuşdur. O, Talehlə Aytacın telefonu vasitəsi ilə danışmışdır. Qardaşı Valehin bir müddət öncə telefonunun itməsinə görə Talehdən şübhələnmişdir. Çünki Taleh narkotik vasitə istifadəçisi olduğuna görə düşünmüşdür ki, Valehin telefonunu satıb narkotikə xərcləmişdir. O, Talehlə mübahisə edən zaman Qabil və qardaşı Zakir də evdə olmuş və Qabillə Zakir də onun Talehlə mübahisəsini eşitmişdir. O, telefon söhbətini Talehə deyən zaman Taleh onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, küçə həyatı yaşayan biri olduğunu demişdir. O da Talehə onun küçə həyatı yaşayan biri olduğunu sübut etməsini bildirmiş, sübut etməyənin "köpək oğlu" olduğunu deyib atasının ünvanına belə bir söz işlətmişdir. Taleh də telefonda ona ölmüş atasına niyə söyüş söydüyünü soruşmuşdur. Bundan sonra mübahisələri başa çatmış, telefon zəngi bitmişdir. Həmin vaxt Talehlə mübahisələrini eşidən Qabil onu sakitləşdirməyə çalışmışdır. Bundan sonra Qabil evdə yeməyini oturub yemişdir. Talehlə telefonda birbirilərinin ünvanına nalayiq ifadələr işlədib mübahisə edən zaman Taleh onlara gəlməsi barədə heç nə bildirməmişdir. Qabilin evdən çıxan zaman telefonunu özü ilə götürübgötürməməsini dəqiq xatırlamır. Qabilin üzünü çevirib sinəsinə qara rəngli köynəyini sonuncunun axan qanını kəsmək üçün istifadə etmişdir. Qabil evə gələrkən əsəbi olmamış və Talehlə heç bir mübahisəsi olmamışdır. Qabil ara-sıra işdən gəldikdən sonra küçəyə çıxmışdır. Taleh telefon zəngində onun ünvanına nalayiq ifadələr işlətmişdir. Mübahisədən sonra evdə olarkən Qabilin telefonuna zəng gəldiyini görməmişdir. Qabil evdən çıxarkən evdə heç kimə Talehlə görüşəcəyini deməmişdir. Qabil evdən çıxarkən hara getdiyini soruşduqda ona dostları ilə görüşəcəyini bildirmişdir. Hadisənin baş vermə anını görməmişdir. Talehlə Qabilin əvvəllər mübahisəsi olmamışdır. Taleh onun ünvanına nalayiq ifadə işlətdiyi üçün onun atasına söymüşdür. Telefon danışığı zamanı Qabil kənardan Talehin ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Valehin telefonunun oğurlanmasını və Talehdən şübhələndiyini qızı Aytaca demişdir ki, bu məsələni Talehlə dəqiqləşdirsin. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onların əsli Tovuz rayonundan olsa da, Mingəçevir şəhərində doğulmuşlar. Ailədə 2 qardaşdırlar və anası da Talehlə birgə yaşamışdır. O, evlidir, ailəsi ilə birlikdə Lökbatan qəsəbəsində yaşayır. Taleh tibb kollecini bitirmiş və əvvəllər müxtəlif vaxtlarda müxtəlif xəstəxanalarda feldşer kimi işləmiş, Naxçıvan MR-də feldşer kimi işləyən zaman iş yoldaşını bıçaqla vurduğu üçün əvvəllərdə cərimə cəzasına məhkum olunmuşdur. Taleh əvvəl evli olmuş, 2 övladı vardır. Taleh ilk evliliyindən olan ailəsindən boşanmışdır. Taleh 2022-ci ilin fevral ayının 13-də yenidən Aytac adlı şəxslə ailə qurmuşdur. O, 17 may 2022-ci il tarixdə anasını görmək üçün anasının Talehlə birgə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən evinə getmişdir. Anası ilə evdə olan zaman Taleh və arvadı Aytac taksi ilə evə gəlmişlər. Talehin evə girmədən öncə qapının ağzında arvadı Aytacla mübahisə etdiklərini görmüşdür. Daha sonra Talehlə arvadı evə girib, öz otaqlarına keçmişlər. Taleh və arvadı otaqda olarkən nəisə danışdıqlarını eşitsə də, söhbətlərinə qulaq asmamışdır. Biraz keçdikdən sonra Talehgilin yataq otaqlarından səslərinin yüksəldiyini eşitmiş və başa düşmüşdür ki, mübahisə sonuncular mübahisə edirlər. Lakin o, yenə də ailə söhbətlərinə qarışmamaq üçün qulaq asmasa da, içəridən gələn səs-küyü eşitmişdir. Biraz keçdikdən sonra içəridən təhqiramiz sözlərin istifadə edildiyini eşitmişdir. Talehin həmin vaxt "mənə kopəkoğlu deyirsən?" deməsini eşitmişdir. Talehin də təhqiramiz sözlərdən istifadə etdiyini eşitmişdir. Daha sonra Taleh və arvadı otaqdan çıxdıqdan sonra Taleh tələsik formada evdən çıxmağa çalışmışdır. O həmin vaxt Talehi sakitləşdirməyə çalışsa da, Taleh ona qulaq asmamış və evdən tələsik çıxmışdır. Taleh evdən çıxmadan öncə ona əsəbi formada "mən oğruyam ki, telefon oğurlayım" desə də, söhbətin nədən getdiyini anlamamış və sonradan Aytac ona Talehin telefonda anası və ögey atası Qabil ilə mübahisə etdiyini demişdir. Təxmini olaraq yarım saata yaxın müddət sonra Talehin arvadı Aytac ona Talehin Abbasgilə getdiyini demişdir. Abbas Talehin bacanağıdır. O, Abbasa zəng edərək Talehi evə gətirməsini bildirmişdir. Lakin Abbas ona "onu necə gətirim axı uşaq deyil ki" demişdir. Bundan sonra telefonda Talehlə danışmış və evə qayıtmasını bildirsə də, Taleh razılaşmamışdır. Talehlə Abbas həmin vaxt küçədə olmuşlar, lakin sonuncuların hara getdiklərini bilməmiş, daha sonra qohumlardan adını dəqiq xatırlamadığı şəxs zəng edərək Talehin Qabili öldürdüyünü demiş, onlar da evdən çıxıb hadisənin baş verdiyi ünvana getmişlər. Taleh evdən çıxarkən bıçaq götürməmiş, Talehin arxasınca həyətə çıxmadığı üçün həyətdən də bıçaq götürübgötürməməsinin şahidi olmamışdır. Talehin əvvəllər Qabil ilə hər hansı dava-dalaşı olmamış, hətta hadisədən son 3-4 gün əvvəl bir yerdə işləməyə başlamışlar. Onlar evdə olarkən Talehə kiminsə təhqir işlətdiyini, onun "mənə köpəkoğlu deyirsən" sözünü işlətməsindən anlamışdır, lakin kimin onu təhqir etməsini yaxud Qabilin təhqir etməsini eşitməmişdir. Danışılanlardan belə başa düşmüşdür ki, Aytacın ailəsi Talehi oğurluq etməklə ittiham edir. Taleh evdən çıxan zaman çox əsəbi olmuşdur. Taleh polisə təslim olmağa özü tək getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, onun Abbas adlı oğlu 2020-ci ildə X9 ilə evlənmişdir. Tacirənin anası Kəmalə əvvəllər Lətif adlı şəxslə evli olub boşanmış, sonradan isə Qabil adlı şəxslə evlənmişdir. Kəmalənin birinci evliliyindən üç qızı, ikinci evliliyindən isə bir qızı vardır. Qabili 3 ilə yaxın müddətdir ki, qudası Kəmalənin əri kimi tanımış və tanıdığı qədəri ilə sonuncu sakit təbiətli insan olmuş, hər hansı şəxslə problem yaşamasının şahidi olmamışdır. Qabil tikintilərdə fəhlə işləmişdir. Kəmalənin digər qızı Aytac da əvvəllər evli olub, boşanmış, 2022-ci ilin fevral ayında Taleh adlı şəxslə evlənmişdir. O. Talehi əvvəllər iki dəfə görmüş, birinci dəfə Aytacla toyunda, ikinci dələ isə hadisədən bir neçə gün öncə Kəmalənin digər qızı Fatimənin elçilik mərasimində görmüşdür. 17 may 2022-ci il tarixdə axşam saat təxminən 21:00 radələrində evdə olmuş, həmin vaxt Abbas da işdən çıxıb evə gəlmiş, sonuncu evdə yemək yeyən zaman Taleh onların evinə gəlib, qapını döymüş, o isə Talehi evə dəvət etdikdə, Taleh ona Abbası görmək istədiyini bildirmişdir. Taleh onların evinə gələn zaman əsəbi olmuş, o, Talehdən nə baş verdiyini soruşduqda sonuncu ona heçnə demədən, evə Abbasın yanına keçib, söhbət etməyə başlamışdır. O da Talehin əsəbi olduğunu görüb, evin digər otağına keçmiş və Kəmaləyə zəng edərək kürəkəni Talehin onların evinə gəldiyini və əsəbi olduğunu deyib nə baş verdiyini soruşmuşdur. Kəmalə ilə danışan zaman sonuncunun da əsəbi olduğunu hiss etmişdir. Həmin vaxt Kəmalə ona Talehi evdən qovmağını bildirmişdir. O isə Talehin qonaq olduğunu deyib sonuncunu qovmağın düzgün olmadığını bildirmişdir. Taleh onların evində biraz oturduqdan sonra Abbasla birgə evdən çıxmışlar. Həmin vaxt o, Abbasla Talehin hara getdiklərini bilməsə də, Abbas ona Talehi ötürüb geri qayıdacağını bildirmişdir. Abbasla Taleh evdən getdikdən təxminən 15-20 dəqiqə sonra Abbasın geri qayıtmadığını görüb zəng etdikdə Abbas ona Talehin Qabili bıçaqla öldürüb qaçdığını bildirmiş, o da dərhal evdən çıxıb Kəmaləgilin yaşadığı evə getmişdir. Həmçinin bildirmişdir ki, Talehin əvvəllər Zərərçəkmiş şəxs ilə hər hansı dava-dalaşı olmamış, hətta Talehlə Qabil hadisədən 3-4 gün əvvəl bir yerdə işləməyə başlamışlar (cild 1, iş vərəqə 170-172). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 Qara oğlu ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum Zərərçəkmiş şəxs və ailəsi onun yaşadığı evin qonşuluğunda kirayə yaşamışdır. Zərərçəkmiş şəxs ölümündən təxmini olaraq 20 gün əvvəl tanımış və normal münasibətləri olmuşdur. Qabil öz işində-gücündə sakit bir adam olmuş və fəhlə işləmişdir. Qabil ilə yaxın münasibətləri olmasa da, qonşu kimi salamsağolları olmuşdur. 17 may 2022-ci il axşam 20-21 radələrində işdən evə gəldikdən bir müddət sonra evdə olan zaman çöldən qışqırıq səslərinin gəldiyini eşitmişdir. Onun yaşadığı ev fərdi yaşayış evidir. O, dərhal evdən həyətə çıxdıqda Qabilin arvadını və kürəkəni Abbası görmüşdür. Həmin vaxt orada "Kamaz" markalı avtomobilin yanında yerdə qanlar içərisində Qabilin uzandığını görmüşdür. Həmin vaxt Qabilin arvadı qaça-qaça Qabilin yerdə uzanıqlı vəziyyətdə olan meyidinə tərəf qaçmışdır. Onun yaşadığı evlə Qabilin meyidinin olduğu yer arasında təxminən 5-10 metr məsafə olmuşdur. Daha sonra o, tez təcili yardıma zəng etmiş və bir neçə dəqiqə sonra təcili tibbi yardım maşını və əməkdaşları gəlmişlər. Təcili yardım hadisə yerinə çatdıqda Qabil artıq ölmüşdür. Daha sonra o, polisə zəng edərək bıçaqlanma hadisəsinin baş verdiyinə dair məlumat vermişdir. O, evindən çıxan zaman Qabilin artıq yerdə qanlar içərisində olmasını görmüşdür. Qabil bıçaqlanan zaman hadisəyə şahid olmasa da, sonradan Qabilin kürəkəni tərəfindən bıçaqlanmasını öyrənmişdir. Qabilin kürəkəni Təqsirləndirilən şəxs tanımamış və əvvəllər görməmişdir. Hadisənin baş verdiyi yeri qeydə alan ona məxsus evin hər hansı bir videokamerasının olub-olmaması barədə suala verdikdə evinin kamerasının olmadığını, ümumiyyətlə, hadisənin baş verdiyi ətrafda hər hansı kameranın olmasını görmədiyini bildirmişdir. Qabili sakit təbiətli biri kimi tanımış, hər hansı bir şəxslə düşmənçiliyinin və ya ədavətinin olmasının şahidi olmamışdır (cild 1, iş vərəqə 153-155). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanının qarşısında yol kənarında yerləşir. Hadisə yerinə baxış zamanı meyidin üzərində olduğu torpaq səthi üzərindəki qanabənzər ləkələrdən nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 5-10). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 2, iş vərəqə 11-12). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 2, iş vərəqə 13-14). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, cinayət hadisəsini törətdiyi yeri və şəraiti ifadəsində qeyd etdiyi formada əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 65- 71). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 17 may 2022-ci il tarixli 70 nömrəli rəyindən görünür ki, 1978-ci il il təvəllüdlü Zərərçəkmiş şəxs Mirhiiseyn oğlunun meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində perikardın və ağciyər kötüyünün zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin daxilə keçən 1 ədəd deşilmişkəsilmiş yarası, bel nahiyəsinin daxilə keçməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, yuxarı ətrafların 4 ədəd kəsilmiş yaraları, bədənin sıyrıqları xəsarətləri aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl deşilmiş-kəsilmiş və kəsilmiş yaralar deşicikəsici əşyanın (əşyaların, ola bilsin bıçaq), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər və dərəcəsinə görə döş qəfəsinin ön səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidir; daxilə keçməyən deşilmiş kəsilmiş yara və kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, sıyrıqlar hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə döş qəfəsinin ön səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarası nəticəsində perikardın və ağciyər kötüyünün zədələnmələri fonunda inkişaf etmiş massiv (çoxlu) qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. Deşilmiş-kəsilmiş və kəsilmiş yaraların lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Eləcə də həmin xəsarətlər eyni xüsusiyyətə malik müxtəlif deşici-kəsici əşyanın, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaq təsirindən alınmaları inkar olunmur. Yaraların istiqaməti öndən arxaya, bir qədər aşağıdan yuxarıya doğru olmuşdur. Xəsarət yetirildikdən sonra ölüm tez baş vermişdir, hansı ki saniyələrlə (5-10 saniyə) ölçülə bilər. Xəsarətlər çoxsaylı olduğundan zərbələrin ardıcıllığı barədə fikir söyləmək mümkün olmur. Mərhumun köynəyində və döş qəfəsində olan xəsarətlər sayına və yerləşmə nahiyyələrinə görə uyğunluq təşkil edir. Xəsarət yetirilən anda şəxs müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Zərərçəkmiş şəxs Mirhüseyin oğlunun meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, feni kil amin qrupuna aid olan amfetamin və metafetamin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 173-176). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Elmi-Təcrübi və Tədris Birliyinin 28 iyun 2022-ci il tarixli 35İ/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə O alfa beta (1), Təqsirləndirilən şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə O alfa beta (1). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, Təqsirləndirilən şəxs məxsus gödəkçə, kağız salfet üzərində olan ləkələrdə O alfa beta (1) qruplu insan qanı aşkar olunmuşdur. Bu qan ləkələri O alfa beta (1) qruplu şəxsə, o cümlədən ABO sistemi iizrə Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq, Təqsirləndirilən şəxs məxsus mayka, bir cüt ayaqqabı üzərində qan aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (cild 1, iş vərəqə 188-192). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Elmi-Təcrübi və Tədris Birliyinin 4 iyul 2Ö22-ci il tarixli 290-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda 1 ədəd və arxa səthində bir qədər solda 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins tipli şalvarın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəkdə, gödəkcədə, idman şalvarında və 1 cüt ayaqqabısında üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş maddi sübutlarda tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar. Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin və şalvarın üzərində aşkar edilmiş qan ləkələrin qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya azdinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki-kapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər. Təqsirləndirilən şəxs məxsus gödəkcənin sağ qolun orta-aşağı nahiyəsində və sol qolunun aşağı bayır-yan səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gəlmişdir. Təqsirləndirilən şəxs məxsus gödəkcənin ön səthində ortada və aşağıda aşkar edilmiş bir qrup qan ləkələri qan mənbəyindən (qanlı səthdən) səthə əsasən yuxarıdan aşağıya bucaq altında, ola bilsin ki, az hündürlükdən səthə düşən damcılar nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş, bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 194-198). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 11 iyun 2022-ci il tarixli 1505 nömrəli rəyindən görünür ki, müayinədən keçən Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır (cild 1, iş vərəqə 183-186). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 16 iyun 2022-ci il tarixli 3258 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimuyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 180- 181). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, hadisə yerindən götürülmüş (1 ədəd zərfin içərisində) qanabənzər nümunə, Zərərçəkmiş şəxs meyidinə baxış zamanı götürülmüş 1 ədəd ağ-qara rəngli qısaqol köynək, 1 ədəd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş cinayətin aləti olan 1 ədəd bıçaq və təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli gödəkcə, 1 ədəd boz rəngli idman şalvarı, 1 ədəd qısa qol köynək və 1 cüt boz rəngli ayaqqabı maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 2, iş vərəqə 37-58). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Heydərov X10 MR-nın Hərbi Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 331.3-cü maddələri ilə təqsirli bilinib 900 manat cərimə məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarı ilə cəzadan azad edilmişdir (cild 1, iş vərəqə 163-164 və 201-208). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2 və 83.4-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan “protokol”-dan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq olmadan 18 may 2022-ci il tarixdə könüllü şəkildə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə gələrək törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmiş və cinayətin aləti olan 1 ədəd bıçağı təqdim etmişdir (cild 1, iş vərəqə 34) Məhkəmə həmin halı könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları tətbiq oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif etməklə yanaşı onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 49). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 20 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 may 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 99-103). Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-cü maddəsinin tələbinə görə “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 may 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş (1 ədəd zərfin içərisində) qanabənzər nümunə; -Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş 1 ədəd ağ-qara rəngli qısaqol köynək, 1 ədəd göy rəngli cins şalvar; -təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli gödəkcə, 1 ədəd boz rəngli idman şalvarı, 1 ədəd qısa qol köynək və 1 cüt boz rəngli ayaqqabı; -Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş cinayətin aləti olan 1 ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş (1 ədəd zərfin içərisində) qanabənzər nümunə; -Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş 1 ədəd ağ-qara rəngli qısaqol köynək, 1 ədəd göy rəngli cins şalvar; -təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli gödəkcə, 1 ədəd boz rəngli idman şalvarı, 1 ədəd qısa qol köynək və 1 cüt boz rəngli ayaqqabı; -Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş cinayətin aləti olan 1 ədəd bıçaq məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1619/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1619/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver