Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1619/2023 06.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə Bakı şəhərində başqa mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni təmiz çəkisi 9,143 qram olan psixotrop maddə metamfetamin qanunsuz əldə edib üzərində saxlayıb ünvan 3 ünvanının yaxınlığına daşımış, həmin tarixdə də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin tarixdə o, saat 16:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən külli miqdarda, yəni təmiz çəkisi 9,143 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutlun cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, güləş müəllimi kimi fəaliyyət göstərir. Polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində 9 qram narkotik vasitə olmayıb. Bölmədə üzərinə axtarış keçirdilər. Üzərinə axtarış keçiriləndə üzərindən heç nə aşkar olunmayıb. İttiham aktında yazılan həmin miqdar düzgün deyil. Ona polis əməkdaşları tərəfindən təzyiq göstərdiklərinə görə məcbur olub ittiham aktında deyilənləri qəbul etmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə ilkin olaraq özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Heç bir ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. 2020-ci ildə X5 ilə ailə həyatı qurmuş, həmin evlilikdən hazırda övladı yoxdur. Rəsmi olaraq heç bir yerdə işləmir və “Mercedes Benz C-220D” markalı, **-MZ-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində fərdi qaydada taksilik fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, 03 aprel 2023-cü il tarixdə səhər vaxtı yaşadığı ünvanın yaxınlığında yerləşən Binəqədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin yaxınlığından keçərkən yerdə təsadüfən 02 ədəd şəffaf sellofan büküm görmüş, həmin bükümlər diqqətini cəlb etdiyi üçün götürüb açıb içinə baxmış və yerdən tapdığı hər iki sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu görmüşdür. G, həmin maddədən hazırda istifadə etməsə də onun “şüşə” adlı psixotrop maddə olduğunu maddənin formasından və rəngindən tanımışdır. Sosial şəbəkədə həmin maddəni dəfələrlə görmüş, həmin maddədən neçə istifadə edilməsi qaydasını, həmin maddədən istifadə edildiyi təqdirdə adamın gümrah olmasını və bədənində olan ağrıları hiss etməməsini bilirmiş. Buna görə də marağı yarandığı üçün həmin maddələri götürüb əynində olan şalvarının cibinə qoyub özündə saxlamışdır ki, gələcəkdə özü istifadə etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin günün sabahısı, yəni 04 aprel 2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Mercedes Benz C- 220D” markalı, **-MZ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Həmin vaxtı o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddələr vardır. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib idarə etdiyim avtomobillə birlikdə polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddələr olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd sellofan bükümü və 2 manat pulu, əynində olan gödəkcəsinin sol iç cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu və əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddələr olduğunu bildirmişdir. Onun təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən “şüşə” adı ilə tanıdığı psixotrop maddələr aşkar edilmişdir. Polis əməkdaşları həmin maddələri psixotrop maddə metamfetaminə oxşar maddələr olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, həmin maddələrin adının psixotrop maddə metamfetamini olduğunu bilirmiş, lakin istifadə edən şəxslər arasında həmin maddəyə çox vaxt “şüşə” deyildiyi üçün o, da şəxsi axtarış keçirilən zaman üzərində psixotrop maddə “şüşə” olduğunu bildirmişdir. Sorğu zamanı o, üstündən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini dünən, yəni 03 aprel 2023-cü il tarixdə səhər saatlarında yaşadığı ünvanın yaxınlığında yerləşən Binəqədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin yaxınlığından təsadüfən tapdığını və həmin psixotrop maddələri gələcəkdə özü istifadə etmək məqsədi ilə üstündə saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra onun üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Onun təqdim etdiyi 01 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, üzərindən aşkar edilmiş 2 manat pul və 01 ədəd avtomobil açarı onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra həmin günü onun icazəsi və iştirakı ilə idarə etdiyi “Mercedes Benz C-220D” markalı, **-MZ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunsuz maddə, əşya və predmetlər aşkar olunmamışdır. Sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş, heç bir müqavimət göstərməmişdir. Özü narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Üzərindən aşkar edilmiş həmin psixotrop maddədən hər hansı bir şəxsə verməmiş, həmçinin özü də istifadə etməmişdir. Yaşadığı mənzildə, yaxud da başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə, eləcə də cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya gizlədib saxlamamışdır Özü mobil telefondan istifadə edir, həmin mobil telefonunun üzərində ***-***-**-** saylı nömrə vardır. Şahid1 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxsi xidməti vəzifəsi ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 04 aprel 2023-cü il tarixdə saat 16:30-da ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsə yaxınlaşıb özümüzü təqdim edərək və həmin şəxsdən özünü təqdim etməsini xahiş etdilər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdilər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin təhqiqatçının tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddələr olduğunu bildirib, təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddələr olduğunu bildirdi. Onun təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edildi. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir, belə hallar olmamışdır. ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması sonradan müəyyən olunmadı. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi dedikdə həm onun satışı, həm üzərində saxlama və gəzdirmə nəzərdə tutulur. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edir.İıadlərinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnikleytenantı xüsusi rütbəsini daşıyır. Şahid1 qeyd etmişdir ki, 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri. Binəqədi rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə işlədiyi Baş İdarəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 daxil edilmişdir. Sonra Təqsirləndirilən şəxs olduğu yer barədə əldə olunan məlumat üzrə hərəkət edilmiş və 04 aprel 2023-cü il tarixdə saat 16:30-da ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs idarə etdiyi “Mercedes Benz C-220D" markalı, **-MZ-*** qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış edib, onu DİN-in BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən idarə etdiyi avtomobillə birlikdə polis əməkdaşları ilə BMCMİ-nə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Haqverdiyev tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddələr olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının so! yan cibində olan 02 ədəd sellofan bükümü və 2 manat pulu, əynində olan gödəkcəsinin sol iç cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu və əynində olan cins şalvarının sağ yan cibində olan 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddələr olduğunu bildirmişdir. Onun təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 03 aprel 2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından yerdən tapdığını və həmin psixotrop maddələri özü istifadə etmək məqsədi ilə üstündə saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Redmi” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, aşkar edilmiş 2 manat pul və avtomobil açarı onun özünə qaytarılmışdır. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş və protokol düzgün tərtib edildiyindən imzalarımızla təsdiq edilmişdir. Daha sonra Baş İdarənin həyətində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C- 220D” markalı, **-MZ-*** qeydiyyat nişanlı avtomobilə onun özünün və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunsuz əşya predmet və maddələr aşkar olunmamışdır. Avtomobilə baxış prosesi başa çatandan sonra xidməti otaqda təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir, belə hallar olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bır təzyiq və zorakılıq hərəkətlər edilməmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradıldı. 04 aprel 2023-cü il tarixdə saat 16:30-da ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsə yaxınlaşıb özlərini ona təqdim edərək və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdilər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və maddələri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddələr olduğunu bildirib, təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirdi. Onun təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edildi. Həmin vaxt İdrisə heç bir fiziki və mənəvi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs idarəyə gətirildikdən neçə dəqiqə sonra üzərinə şəxsi axtrarış keçirildi xatırlamır. İdris narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradıldı. 04 aprel 2023-cü il tarixdə saat 16:30-da ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi tqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və maddələri təqdim etmək təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs psixotrop maddələr təqdim etdi. Onun təqdim etdiyi iki büküm iştirakçıların yaınında açıldı. Bükümlərin içərisindən psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edildi. Bundan sonra İdrisin avtomobilinə baxış keçirildi, lakin maşından saxlanılması qanunsuz olan əşya aşkar edilmədi. Təqsirləndiirlən şəxsə heç bir fiziki və mənəvi təzyiq göstərilmədi. İdris onun üzərindən aşakr olunmuş pixotrop vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadələr vermiş və onun ifadələrində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış 04 aprel 2023-cü il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri n satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Mercedes Benz C-220D” markalı, **-MZ-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobillə birlikdə DİN-in ünvan 5 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edildikdən sonra orada həmin gün saat 18:10-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr olan 02 ədəd sellofan büküm və 2 manat pulu, əynində olan gödəkcəsinin sol iç cibindən 01 ədəd “Redmi” markalı mobil telefon və əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd avtomobil açarı aşkar edilmişdir. Aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon və içərisində psixotrop maddə metamfetamin oxşar maddələr olan 02 ədəd sellofan büküm iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş, 2 manat pul və avtomobil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 04 aprel 2023-cü il tarixdə saat 18:21-də başa çatmışdır. Məhkəmədə elan olunub araşdırlmış məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2023-cü il tarixli 6/1972 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün Nq6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan paketdəki 02 ədəd bükümdə ayrı-ayrıİıqda təmiz çəkiləri 4,601 qram və 4,542 qram, ümumi təmiz çəkiləri 9,143 qram ağ rəngli, kristalşəkillı kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəkı metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetaminin ümumi təmiz çəkisi 9,143 qram müəyyən olunmu, ekspertiza tədqiqatı zamanı 0,12 qram sərf olunmuş, ekspertiza tədqiqatından sonra 9,023 qram metamfetamin qalmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş maddi sübut kimi tanınma qərarından görünür ki, şəxsi axtarış və götürməni özündə əks elətdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 9,023 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddəsi təkcə satma deyil, həm də bu maddəsi satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilən ittiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə onun təqsirliliyinin sübuta yetirilməsi üçün onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin gətirdiyi dəlilləri araşdırılmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi və fiziki zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis bölməsində polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılıq etdiyini, üzərindən aşkar olunan psixotrop maddənin ona aid olmadığını, narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmədə onun bu ifadələri araşdırılarkən qismən öz təsdiqini tapdı. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədiylə deyil, satış məqsədi olmadan əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilməsi və üzərindən aşkarlanan psixotrop maddələrin ona aid olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmamış, faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirilmişdir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, bu qənaətə gəldiyiyndən istintaq orqanı tərəfəindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin xaric olunmasını əsəaslı sayır və ittihamdan xaric edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 110 (yüz on) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 110 (yüz on) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 9,023 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 04 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 06 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istsisntaq zamanı tqsirli bilindiyi əməlin törədilməsi halları barəsində hərtərflı ifadələr verməsi müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 03 iyun 2023-cü il tarixli 3454 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müəyinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmaması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 04 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 110 (yüz on) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 110 (yüz on) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,023 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1619/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1619/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver