Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-162/2021 03.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, "Yusifbəyli və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, 17 iyul 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1979-cu il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanda yaşamış, 18 iyul 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 19 iyul 2019cu il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda qeydiyyatda olan və həmin ünvanda yaşamış, 18 iyul 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri ölkə ərazisinə keçirməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq satma məqsədi ilə 2019-cu ilin iyul ayının ortalarında İran İslam Respublikasının Biləsuvar şəhərində şəxsiyyətləri müəyyən edilməmiş «Kamran», «Yunus» və «Kabı» adlı şəxslərlə, həmçinin Azərbaycan Respublikasında şəxsiyyətləri müəyyən edilməmiş qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əldə olunmuş cinayətkar razılığa və ümumi niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs1 qrupun İran İslam Respublikasının Biləsuvar şəhərindəki şəxsiyyətləri müəyyən edilməmiş üzvləri «Kamran», «Yunus» və «Kabı» adlı şəxslərdən satışında qazanc əldə etmək məqsədi ilə İran İslam Respublikasının Biləsuvar şəhərində qanunsuz olaraq satış məqsədi ilə qəsdən tamah niyyəti ilə əldə edib 17 iyul 2019-cu il tarixdə saat 03:40 radələrində X3, Şahid7, Şahid6 və Şahid5 ilə birlikdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan piyada olaraq Azərbaycan Respublikası ərazisinə keçməklə, onun gətirdiyi 2 ədəd əl yükü çantasında və adları qeyd edilən şəxslərin gətirdikləri digər 2 ədəd əl yükü çantasında, cəmi 4 ədəd çantaların içərisində üzərində “ABC” yazısı olan plastik yuyucu vasitə qutularının içərisində gizlədilmiş 8 ədəd polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 184,181 qram, 183,826 qram, 181,013 qram, 189,078 qram, 197,793 qram, 187,468 qram, 188,387 qram və 189,306 qram olmaqla ümumi təmiz çəkisi 1501,052 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini, 5 ədəd üzərində “C-Lax" yazısı olan plastik qablardakı hər birinin içərisində 61, 61, 60, 57 və 58 ədəd həb olmaqla üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı, zavod üsulu ilə hazırlanmış, təsiredici maddəsinin ümumi miqdarı 11,88 qram təşkil edən cəmi 297 ədəd həbdən ibarət narkotik vasitə olan külli miqdarda metadon preparatını, 13 ədəd bağlamada, ayrı-ayrılıqda çəkiləri 129,407 qram, 103,670 qram, 127,723 qram, 129,216 qram, 128,099 qram, 132,873 qram, 132,056 qram, 131,113 qram, 128,127 qram, 129,081 qram, 128,290 qram, 99,777 qram və 127,494 qram olmaqla ümumi təmiz çəkisi 1626,926 qram təşkil edən, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan külli miqdarda metamfetamini, üzərində «M/D» yazısı həkk olunmuş ağ rəngli, dairəvi formalı, zavod üsulu ilə qablaşdırılmış, təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən hər konvalyutda 10 həb olmaqla 10 konvalyutda cəmi 100 həbdən ibarət psixotrop maddə olan «Klonazepam 2mq» preparatını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə keçirərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılmış, göstərilən əl yükü çantalarının yoxlanılması zamanı yuxarıda sadalanan - ümumi təmiz çəkisi 1501,052 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, təsiredici maddəsinin ümumi miqdarı 11,88 qram təşkil edən üzərilərində “F/M40” yazısı həkk olunmuş, cəmi 297 ədəd həbdən ibarət zavod üsulu ilə hazırlanmış narkotik vasitə olan külli miqdarda metadon preparatı, ümumi təmiz çəkisi 1626,926 qram təşkil edən, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən cəmi 100 həbdən ibarət zavod üsulu ilə hazırlanmış psixotrop maddə olan «Klonazepam 2mq» preparatı 4 ədəd əl yükü çantalarının içərisindən aşkar edilərək malların yoxlanılması haqqında protokol əsasında götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 1501,052 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, təsiredici maddəsinin ümumi miqdarı 11,88 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş cəmi 297 ədəd həbdən ibarət zavod üsulu ilə hazırlanmış narkotik vasitə olan külli miqdarda metadon preparatı, ümumi təmiz çəkisi 1626,926 qram təşkil edən, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin onun tərəfindən həmin gün saat 07 radələrində Azərbaycan Respublikası Biləsuvar rayonu ərazisində Biləsuvar-Bakı yolunun kənarında olan “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında qabaqcadan razılaşdıqları kimi cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satılarkən, sonuncu gömrük xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 tərəfindən əvvəlcədən razılaşdıqları kimi əldə etdiyi 7 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 132,056 qram, 131,113 qram, 128,127 qram, 129,081 qram, 128,290 qram, 99,777 qram və 127,494 qram olmaqla, ümumi təmiz çəkisi 875,938 qram təşkil edən xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini həmin gün saat 19:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, N.G.Mustafayev küçəsi, 3 saylı "ASAN xidmət" Mərkəzinin arxasında cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 qanunsuz olaraq satıb Təqsirləndirilən şəxs3 200 manat pulu alarkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 iyul 2019-cu il tarixdə sonradan satmaq məqsədilə müxtəlif mallar almaq üçün İrana getmək fikrinə düşmüşdür. İrandan ayda bir dəfə 35 kiloqram yük gətirmək mümkün olduğundan, o isə, həmin çəkidən artıq mal gətirmək istədiyindən qonşusu Ələddinə bu barədə müraciət etmişdir. Ələddin onunla razılaşmış və onlar həmin gün saat 21 radələrində «Biləsuvar» gömrük postundan keçməklə İrana getmişlər. Üzərində İran pulu olmadığından taksi çağırıb onu İranın Biləsuvar rayonu, Dəmirçi kəndinə yola salması üçün əvvəlcədən tanıdığı Kamranın dükanının yaxınlığına getmişdir. Kamran taksi çağırmış və o, əvvəlcədən tanıdığı Yunusun evinə yola düşmüşdür. Axşam olduğundan o, Ələddinlə Yunusun evində qalmışdır. Səhəri gün o, Ələddini Yunusgildə qoyub mal almaq məqsədi ilə bazara getmiş, bəzi şeylər aldıqdan sonra müəyyən ərzaq məhsulları almaq üçün Kamranın dükanına getmişdir. Həmin vaxt Kamran ərzaq məhsulları və yuyucu vasitələrdən ibarət yükü olduğunu bildirib onları Azərbaycan Respublikasına keçirə bilib-bilməyəcəyini soruşmuş və onların aparılması müqabilində ona 200 manat pul təklif etmişdir. O da, Kamranın təklifi ilə razılaşmışdır. Onlar həmin yükləri Azərbaycana 2 nəfərə keçirə bilməyəcəklərindən kömək üçün dostu Şahid5 zəng etmiş, sonuncudan yüklərin çox olduğunu bildirib, həmin yükləri keçirmək üçün özü ilə iki nəfər də gətirməyi xahiş etmişdir. Həmin gün saat 16 radələrində Şahid5, onun yanında Samir Süleymanovla əmisi oğlu Şahid6 «Biləsuvar» gömrük postundan keçməklə İrana gəlmişlər. Kamran yükləri saat 21 radələrində onlara təhvil verəcəyini bildirdiyindən, o, Şahid5, Samir Süleymanov və Şahid6 Yunusun yaşadığı Dəmirçi kəndinə aparmış, Ələddin də axşamdan Yunusgildə qalmışdır. O, bəzi şeylər almaq məqsədi ilə yenidən bazara qayıtmış, sonra Kamranın yanına getmiş və sonuncudan çantaları nə vaxt onlara təhvil verəcəyini soruşmuş, Kamran isə çantaların gecikdiyini bildirdiyindən yenidən Yunusgilə getmişdir. Orada o, Umud, Ruslan və Ələddin Yunusdan aldıqları qurudulmuş marixuanadan istifadə etmişlər. Həmin gün saat 23 radələrində Kamran Yunusa zəng edərək çantaların hazır olduğunu bildirmiş və onlar həmin çantaları götürmək üçün Kamranın dükanının arxasında yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs1 ifadəsinə görə, Rusiyada yaşayan dostu Şaiq bacısı üçün dərman lazım olduğunu bildirdiyindən, o, həmin dərmanı almağı Yunusdan xahiş etmiş, Yunus da həmin dərmanı Ərdəbil şəhərindən gətizdirib evinə qoymuşdur. Buna görə də, onlar yola çıxanda o, həmin dərmanı da götürmüş və Kamranın verdiyi çantanın içərisinə qoymuşdur. Sonra onların hamısı Kamranın verdiyi yükləri götürüb İranın Biləsuvar gömrüyünü keçib Azərbaycanın «Biləsuvar» gömrük postuna daxil olmuşlar. Həmin vaxt gömrük əməkdaşları onları saxlayaraq ayrı-ayrılıqda sorğu-sual aparmış, onlardan gətirdikləri əl yüklərində və üzərində gömrükdə bəyan edilməli predmet, o cümlədən narkotik vasitələr və psixotrop maddələr, dərman preparatları olub-olmamasını soruşmuşlar. O, öz üzərində və əl yüklərində gömrükdə bəyan edilməli yüklərin olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşları iranlı Kamranın ona verdiyi 4 ədəd çantanı yoxlamaq qərarına gəlmiş, hal şahidləri çağırıb birinci onun əlində olan 2 ədəd çantanı yoxlamışlar. Bu zaman çantaların içərisində müxtəlif ərzaq malları və 5 ədəd üzərində “ABC” yazısı olan plastik yuyucu vasitə qutularının olduğu müəyyən edilmişdir. Həmin qutuların hər birinin içərisində ayrı-ayrılıqda selofanlarda qablaşdırılmış halda heroin, digər çantada isə heroin və metamfetamin aşkar olunmuşdur. Sonradan bilmişdir ki, bir çantada onların çəkiləri 185 qram, 197 qram, 185 qram, 197 qram və 199 qram, cəmi çəkisi 963 qram olmuş, ikinci çantada isə yenə ərzaq mallarının yanında eyni ilə 5 ədəd üzərində “ABC” yazısı olan 3 ədəd plastik yuyucu qutusunun içərisində çəkiləri 184 qram, 207 qram və 198 qram olmaqla ümumi çəkisi 589 qram təşkil edən heroin, 2 qutuda isə çəkiləri 129 qram və 130 qram olmaqla ümumi çəkisi 259 qram təşkil edən ağ rəngli kristal halda olan «şüşə» kimi tanıdığı metamfetamin qablaşdırılmışdır. Bundan sonra gömürk işçiləri onunla birlikdə olan Samir Süleymanovun, Şahid7, Şahid6 və Şahid5 gətirdikləri yüklər də yoxlanılmışdır. Bu zaman onların gətirdikləri çantaların da hamısında eyni qaydada qablaşdırılmış narkotik və psixotror maddələr aşkar olunmuşdur. Həmin çantaların hər birindən hansı növdə və nə qədər narkotik, psixotrop maddələr tapılması ona verilən ittiham qərarında göstərilmiş, həmçinin bu barədə istintaqda dindirilərkən ifadələr vermişdir. Hazırda dəqiq yadında qalmasa da, bununla bağlı istintaqda verdiyi ifadələrini təsdiq edir. Onları məhkəmədə verdiyi ifadə kimi qəbul edilməsini xahiş edir. Xatırlayır ki, onunla gömrükdən keçən digər şəxslərin gömrüyə təqdim etdikləri çantaların içərisində heroindən başqa, metamfetamin, «Clonazepam» dərman preparatı, açıq qəhvəyi rəngli həblər də aşkar edilmişdir. Bundan sonra cəmi 4 ədəd yük çantasından aşkar edilmiş qeyd edilən narkotik vasitələr və psixotrop maddələr gömrükçülər tərəfindən götürülərək hal şahidlərinin iştirakı ilə qablaşdırılmışdır. Gömrük əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilmiş və həmin protokol ilə onlar tanış olduqdan sonra protokolu imzaları ilə təsdiq etmişlər. Sorğu-sual zamanı o, gömrük əməkdaşlarına qeyd edilən yükləri Yaşar adlı şəxsə çatdırmalı olduğunu bildirmiş, gömrük işçiləri ona həmin şəxslə əlaqə saxlamasını və sonuncuya çantaları gətirdiyini bildirməsini tapşırmışlar. O da, Kamranın ona Yaşara məxsus olduğunu bildirib verdiyi ***-***- **-** saylı nömrəyə özünün istifadəsində olan mobil telefondan zəng vurmuş, Yaşar adlı şəxsə Kamranın göndərdiyi yükləri gətirdiyini bildirərək malları harada qəbul edə biləcəyini soruşmuşdur. Yaşar ona görüşmələri üçün Biləsuvar-Bakı yolunun kənarında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gəlməsini bildirmişdir. Gömrükçülər tərəfindən sənədləşmə aparılmış, həmçinin dərman həblərindən başqa digər narkotik vasitələr və psixotrop maddələr yenidən öz yerlərinə qaytarılaraq əl çantalarına yığılmışdır. Sonra əməliyyat qrupunun üzvləri ilə həmin əraziyə çatdıqdan sonra o, Yaşara yenidən zəng edərək deyilən yerdə olduğunu bildirsə də, Yaşar ona olduğu yerdən “mal bazarı” adlanan əraziyə tərəf gəlmək lazım olduğunu, yolun kənarında dayandığını bildirib avtomobilin əlamətlərini ondan soruşmuşdur. O da, avtomobili barədə Yaşara məlumat verib, sonuncunun dediyi istiqamətə doğru maşını sürmüşdür. Bir qədər getdikdən sonra o, yol kənarında 2 nəfərin dayandığını görmüş və həmin şəxslərdən biri əl ilə ona işarə etmişdir. Bu zaman o, başa düşmüşdür ki, həmin şəxslərdən biri Yaşardır. O, idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobili Yaşargilin yanında saxlamışdır. Avtomobildən düşərək yük yerində olan çantaları götürüb Yaşara vermişdir. Bundan dərhal sonra gömrük əməkdaşları avtomobildən düşüb onlara tərəf gəlmişlər. Bunu görən Yaşar oradan qaçmaq istəsə də, gömrük əməkdaşları tərəfindən saxlanılmış və onlar gömrük idarəsinə aparılmışlar. Gömrük Baş İdarəsində aşkar edilmiş narkotik vasitələrə, psixotrop maddələrə və dərman pereparatlarına yenidən baxış keçirilmiş, həmçinin göstərilənlər barədə protokol tərtib edildiyi üçün o və digərləri həmin protokolla tanış olub protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində Kamran adlı şəxs tərəfindən ona verilmiş əl yükü çantalarının içərisində olan narkotik vasitə, dərman preparatları və psixotrop maddələrdən məlumatsız olduğunu, həmçinin onunla birlikdə gömrük postuna yaxınlaşmış Umud, Ələddin, Samir və Ruslan adlı şəxslərin baş verənlər barədə hər hansı bir məlumatı olmadığını bildirdi. Sonradan ona məlum olmuşdur ki, Yaşar adlı şəxs ondan aldığı psixotrop maddənin 7 ədəd bükümünü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 3 saylı «Asan Xidmət» Mərkəzinin arxasında əvvəllər tanıdığı Yevlax rayon sakini Ceyhun adlı şəxsə verib, sonuncudan 200 manat pul alarkən həmin şəxs də gömrük xidməti əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuşdur. 16 iyul 2019-cu il tarixdə təxminən 5 ay olar ki, tanıdığı Kamran adlı İran vətəndaşı +**********62 mobil nömrəsi ilə “whatsapp” proqramı ilə ona səsli sms göndərərək Biləsuvar şəhərində əvvəllər tanımadığı Əli adlı şəxsə içərisində narkotik vasitə, psixotrop maddə və dərman preparatları olan olan əl yükü verdiyini, həmin şəxsin gömrükdən keçəcəyini, sonuncu ilə görüşüb çantaları götürməsini, çantaları götürdükdən sonra onunla əlaqə saxlamasını və bundan sonra həmin çantaların kimə çatacağını ona deyəcəyini bildirmişdir. Onun özü əvvəlcədən Kamran adlı şəxslə razılaşmışdır ki, sonuncu İrandan ona narkotik vasitə göndərsin, o isə, həmin narkotik vasitələri Kamranın dediyi adamlara verib, pul əldə etsin. Ona görə də 17 iyul 2019-cu il tarixdə saat 5 radələrində onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə əvvəllər tanımadığı Əli adlı şəxsdən zəng olunmuş, o, Əliyə Kamran adlı şəxsin İrandan göndərdiyi yükləri Biləsuvar şəhərində yerləşən “Mal bazarı” adlanan yerə gətirməsini xahiş etmişdir. Əli ona görüş yerinə özünün idarə etdiyi “Reno” markalı avtomobillə gələcəyini bildirmişdir. Sonradan Əliyə zəng edib həmin yerdə olduğunu bildirmiş və avtomobilin nömrəsini Əlidən soruşmuşdur. Bundan sonra həmin vaxt yanında olan taksi sürücüsü Qorxmaz adlı şəxslə birlikdə Əlinin avtomobilinin gəldiyini görüb saxlatmışdır. O, Qorxmazla birlikdə avtomobilin yük yerinə yaxınlaşaraq Əli ilə görüşmüş, ondan yükləri götürən zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq saxlamışlar. Bu zaman o, qaçmaq istəsə də, buna nail ola bilməmişdir. Məlum olmuşdur ki, həmin şəxslər Gömrük Xidmətinin əməkdaşlarıdır. Sonra həmin şəxslər onları saxlayaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin inzibati binasına aparmışlar. Orada gömrük əməkdaşları onun və hal şahidlərinin iştirakı ilə ona çatdırılan 4 ədəd orta həcmli çantalara baxış keçirmişlər. Baxış zamanı 1-ci çantadan 5 bağlama, 2-ci çantadan 5 bağlama, 3-cü çantadan 5 bağlama, 2 ədəd plastik dərman qabı, 4-cü çantadan isə 6 bağlama və 3 ədəd plastik dərman qabı aşkar edilmişdir. Həmin bağlamalar və qablar açılaraq elektron tərəzidə çəkilmişdir. Onların içərisindən hansı növdə və çəkidə narkotik və psixotrop maddələr aşkar olunduğunu o, istintaqa verdiyi ifadəsində bildirmiş, həmçinin bunlar ona verilmiş ittihamda da yazılmışdır. Bununla bağlı istintaqa verdiyi ifadəsini təsdiq edir. Sonra o, Kamran adlı şəxsin göndərdiyi narkotik vasitələrin, psixotrop maddələrin və həblərin sonuncunun deməsinə görə başqa şəxslərə çatmalı olduğunu bildirdiyindən, gömrük əməkdaşları Kamranla əlaqə saxlayıb yükü götürdüyünü və yükü təhvil almalı şəxslərin mobil nömrələrini istəməsini tapşırmışlar. O, Kamranla “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb yükün onda olduğunu və yükü təhvil verəcəyi şəxslərin mobil nömrələrini ona göndərməsini bildirmişdir. Kamran isə 8 ədəd üzərində “ABC” yazısı olan və üzərindəki “500 g” yazısındakı 2 ədəd sıfır rəqəmləri qaralanmamış plastik yuyucu vasitə qabının onun özünə çatacağını, 5 ədəd üzərində “ABC” yazısı olan, üzərindəki “500 g” yazısındakı 2 ədəd sıfır rəqəmləri qaralanmış plastik yuyucu vasitə qabının təxminən 10 gün əvvəl tanıdığı Miri adlı şəxsə verməli olduğunu, qalan 7 ədəd üzərində “ABC” yazısı olan, üzərindəki “500 g” yazısındakı 2 ədəd sıfır rəqəmlərindən biri qaralanmış plastik yuyucu vasitə qabının isə tanımadığı Yevlax rayonundan gələcək şəxsə verməli olduğunu bildirmişdir. Kamran Yevlax şəhər sakini olan Ceyhun adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona bildirmiş, o da, ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, Ceyhun adlı şəxsə İrandan əmanət göndərildiyini demişdir. Ceyhunla Bakı şəhəri, Yasamal rayonunda olan “Asan” xidmət mərkəzinin yanında görüşməyi və malı götürməsini razılaşmışlar. Gömrük əməkdaşları həmin şəxsi saxlayacaqlarından Ceyhun adlı şəxsə çatdırmalı olduğu metamfetamin psixotrop maddəsini 7 ədəd üzərində “ABC” yazısı olan yuyucu vasitə qabına qoyaraq qablaşdırmışlar. Sonra o, gömrük əməkdaşlarının müşahidəsi altında Yasamal rayonu ərazisindəki “Asan” xidmətin yanına yola düşmüşdür. Onlar həmin yerə çatdıqdan sonra Ceyhunla gömrük əməkdaşlarının müşahidəsi altında görüşmüş, 7 ədəd üzərində “ABC” yazısı olan yuyucu vasitə qabını Ceyhun adlı şəxsə təhvil verdikdən sonra, sonuncu ona 200 manat pul vermişdir. Bu zaman gömrük xidməti əməkdaşları Ceyhunu da saxlayıb Əməliyyat-istintaq Baş İdarəsinə aparmışlar. Sonra Ceyhun adlı şəxsə onun verdiyi həmin qablarda aşkar edilən maddələrə baxış keçirərək yenidən qablaşdırılmışdır. Həmçinin göstərilən bütün hərəkətlər hal şahidlərinin iştirakı ilə həyata keçirilərək bu barədə protokollar tərtib edilmiş və o, həmin protokollarla tanış olduqdan sonra protokolları öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinə görə, İran İslam Respublikasının vətəndaşı Kamran adlı şəxs Ceyhun adlı şəxsin vasitəsi ilə həmin 200 manat pulu ona xərcləmək üçün vermiş, Kamran adlı şəxsin içərisində narkotik vasitə və psixotrop maddə olan əl çantalarını ona göndərməsindən Əli adlı şəxsin məlumatı olmuşdur. Belə ki, Əli gömrükdən keçməmişdən qabaq ona zəng edib Kamran adlı şəxsin ona çanta göndərdiyini, çantalarda narkotik vasitə olması barədə məlumatı olduğunu demişdir. Həmçinin Kamran adlı şəxs onunla telefon danışığında bildirmişdir ki, onun üçün 20 ədəd yuyucu vasitə qabı göndərmiş, lakin çantalardan 21 ədəd yuyucu vasitə qabı aşkar edilmişdir. Ona görə belə başa düşmüşdür ki, 1 ədəd yuyucu vasitə qabındakı narkotik və ya psixotrop maddə Əliyə məxsus olmuşdur. Bundan başqa, Kamran adlı şəxs telefon danışığı zamanı onun üçün hər birində 10 həb olmaqla üzərində “Clonazepam” yazısı olan dərman preparatı və üzərində “C-Lax” yazısı olan plastik dərman qablarında ümumilikdə 297 ədəd dərman preparatı göndərməsi barədə hər hansı məlumat verməmişdir. X8 təxminən 2 il əvvəl İrandan narkotik vasitə gətirdiyinə görə tutulmuş və bu işdə Kamran adlı şəxsin əli olduğundan, sonuncu onun təkidi ilə ona maddi yardım göstərmək, həmçinin görəcəyi işin müqabilində ona 10.000 manat verəcəyini vəd etdiyi üçün bu işi görməyə razılıq vermişdir. «Miri» adlı şəxslə onu Kamran tanış etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 14 ildir ki, övladı olmaması səbəbindən 2018-ci ilin son aylarında arvadı və anası ilə birlikdə müalicə almaq üçün İranın Ərdəbil şəhərinə getmişlər. İranın «Biləsuvar» gömrük postununun qarşısında Kabı adlı taksi sürücüsü ona yaxınlaşaraq onları Ərdəbil şəhərinə apara biləcəyini bildirmişdir. Onlar həmin taksi ilə Ərdəbil şəhərinə yola düşmüşlər. Kabı onları Ərdəbil şəhərində xəstəxanaya aparmış, orada həkim onlara ertəsi gün gəlmələrini bildirmişdir. Buna görə də Kabı onları evinə dəvət etmiş və onlar dəvəti qəbul edərək sonuncunun evinə getmişlər. Ertəsi gün Kabı onları xəstəxanaya aparmış və işləri bitdikdən sonra onları geri Biləsuvara gətirmişdir. Onlar «Biləsuvar» gömrük postundan keçməklə Azərbaycana qayıtmış, həmin vaxtdan Kabı ilə onun dostluğu yaranmışdır. Daha sonra onlar müalicə məqsədi ilə bir neçə dəfə İrana getmiş və Kabı onları qarşılayaraq avtomobili ilə istədikləri yerlərə aparmışdır. 2019-cu ilin iyul ayının əvvəllərində Kabı ona zəng vuraraq onun göndərəcəyi narkotik vasitələri ölkə ərazisində deyəcəyi şəxslərə çatdırmağı təklif etmiş və bunun qarşılığında onun qazanc əldə edə biləcəyini bildirmişdir. Bankdan pul götürdüyü üçün onun borcları olduğundan Kabının təklifini qəbul etmişdir. 17 iyul 2019-cu il tarixdə Kabı ona zəng vuraraq Bakı şəhərinə 7 ədəd yuyucu vasitə qabında təqribi çəkisi 800 qrama yaxın olan “şüşə”, yəni metamfetamin göndərəcəyini və həmin malları qəbul edərək onun deyəcəyi şəxsə çatdırmalı olduğunu bildirmişdir. Kabı adlı şəxs onun göndərəcəyi malı ona verən şəxsə 200 manat pul verməsini ondan xahiş etmiş, o da, buna etiraz etməmişdir. Razılaşmaya əsasən, görəcəyi işin müqabilində Kabı ona 1000 manat pul verəcəyini bildirmişdir. Həmin gün günorta saatlarında onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Zəng edən şəxs adının Yaşar olduğunu, Kabının göndərdiyi malın onda olduğunu və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Asan xidmət”in arxasına gəlib malı götürməsini xahiş etmişdir. O, həmin vaxt Yevlax şəhərində olduğu üçün Yaşar adlı şəxsə onu gözləməsini xahiş etmişdir. Bu səbəbdən o, Bakı şəhərinə doğru yola düşmüşdür. Saat 19 radələrində o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Asan xidmət”in arxasına gəlmiş və Yaşarın mobil telefonuna zəng etmişdir. Elə həmin yerdə o, Yaşarla görüşüb, sonuncuya 200 manat pul vermiş, Kabının ona göndərdiyi içərisində metamfetamin olan 7 ədəd qabı ondan qəbul edərkən bir neçə şəxs onlara yaxınlaşaraq gömrük əməkdaşları olduqlarını bildirib onları saxlamışlar. Bundan sonra gömrük əməkdaşları onları Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına aparmışlar. Orada Kabı adlı şəxsin ona göndərdiyi 7 ədəd qaba onun və hal şahidlərinin iştirakı ilə baxış keçirilərək, həmin metamfetaminə oxşar maddələr, bundan başqa onun Yaşar adlı şəxsə verdiyi 200 manat pul götürülmüş, həmçinin göstərilənlər barədə müvafiq protokollar tərtib edilərək ona ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs3 ifadəsinə görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində onun üzərində şəxsi axtarış keçirilmiş, bu zaman şalvarın arxa bel hissəsindən bir ədəd bıçaq, qolundan bir ədəd qol saatı, cibindən 1.072 manat 90 qəpik pul, 1 ədəd eynək, 1 ədəd alışqan, 2 ədəd açar, 1 ədəd cib fənəri protokol əsasında götürülmüşdür. Həmin bıçaq ona məxsusdur və bıçağı o, xatırlamadığı vaxt və şəraitdə Yevlax rayonunda bazardan, şəxsi istifadə məqsədi ilə almışdır. Həmçinin idarədə ona məlum olmuşdur ki, Yaşar adlı şəxsə ona verilən psixotrop maddələri Əli adlı Yevlax rayon sakini vermiş, Əli həmin gün İrandan Azərbaycana gələrkən Biləsuvar rayonunda gömrük postunda əl çantalarında narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və digər dərman preparatları ilə tutulmuşdur. Həmçinin əməliyyat tədbiri keçirilərək Əlinin qeyd edilən narkotik vasitə və psixotrop maddələrin çox hissəsini Yaşara verərkən, sonuncu da tutulmuşdur. Bu hadisədən təxminən 1 ay əvvəl Kabı ona İrandan bu qaydada tanımadığı və heç bir anket məlumatını bilmədiyi, görmədiyi şəxsin vasitəsi ilə metamfetamin maddəsi göndərmişdir. O, Kabı ilə «Whatsapp» proqramı vasitəsi ilə danışıb, Salyan rayonu ərazisində həmin metamfetamini yolun kənarından götürərək, Qaradağ rayonu ərazisində yolun kənarına qoyub həmin yerdən 500 manat pul götürmüşdür. Həmin maddənin kimə çatacağı barədə onun məlumatı olmamışdır. Göstərilənlərdən başqa Kabı ona hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dərman preparatı göndərməmişdir. O, Təqsirləndirilən şəxs1 Yevlax şəhər sakini kimi tanıyır, lakin Əlinin narkotik vasitə alverçisi olmasından və həmin gün İrandan Azərbaycana narkotik vasitə gətirməsindən onun məlumatı olmamışdır. Kabı adlı şəxs həmin maddəni ona kimin vasitəsi ilə göndərməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus “DAEVO CENTRA» markalı ** PH *** qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 17 iyul 2019-cu il tarixə keçən gecə saat 01 radələrində əvvəldən tanıdığı Yaşar adlı şəxs ona zəng edərək onu və ailəsini Biləsuvar rayonuna aparmasını xahiş etmişdir. O, həmin gün təxminən saat 03 radələrində avtomobillə Yasamal rayonu «Asan» xidmət mərkəzinin yaxınlığına çatıb, Yaşarı və ailəsini götürüb Biləsuvar rayonuna yola düşmüşdür. Təxminən saat 06 radələrində Biləsuvar rayonuna çatdıqda Yaşarın mobil telefonuna zəng gəlmiş və sonradan ona məlum olan Əli adlı şəxs Yaşara çatası əl yükləri olduğunu bildirmişdir. Buna görə də onlar Yaşarın arvadını və qızını Biləsuvar rayonunda evlərinə düşürüb Əli adlı şəxslə görüşmək üçün «mal bazarı» adlanan əraziyə getmişlər. Əli adlı şəxs oraya «RENO» markalı avtomobillə gəlmişdir. Yaşar Əli ilə görüşdükdən sonra sonuncudan əl yüklərini götürüb onun avtomobilinin yük yerinə qoymağı xahiş etmiş, onlar əl yüklərini onun avtomobilinə yığarkən Əlinin avtomobilindən düşən bir neçə nəfər şəxs onlara yaxınlaşdıqda, Yaşar oradan qaçmağa çalışmışdır. Lakin özlərini Gömrük komitəsinin əməkdaşları kimi təqdim edən şəxslər Yaşarı saxlamış və onları özləri ilə birlikdə Baş İdarəyə aparmışlar. Həmin Baş İdarədə Əlinin Yaşara verdiyi 4 ədəd əl yükü çantalarına hal şahidlərinin və tanımadığı şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı 1-ci çantadan 5 bağlama, 2-ci çantadan 5 bağlama, 3-cü çantadan 5 bağlama, 2 ədəd plastik dərman qabı, 4-cü çantadan isə 6 bağlama və 3 ədəd plastik dərman qabı aşkar edilmişdir. Həmin bağlamalar və qablar açılaraq elektron tərəzidə çəkilmiş, onların içərisində külli miqdarda narkotik və psixotrop maddələr olması müəyyən edilmişdir. Bağlamaların hansından nə qədər və hansı növdə narkotik, psixotrop maddələr və dərman həbləri aşkar edilməsi barədə istintaqa verdiyi ifadəsində ətraflı şəkildə göstərilmişdir. Ona görə də, bu barədə ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsini xahiş edir. Sonra gömrük əməkdaşları aşkar olunmuş narkotik və psixotorop maddələr barədə müvafiq protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra həmin protokolu bütün iştirakçılar, o cümlədən özü də imzalamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən müəyyən olundu ki, həmin ifadəsində şahid 1-ci çantadakı bağlamaların içərisində ayrı-ayrılıqda çəkiləri 185, 197, 185, 197 və 199 qram olmaqla ümumi çəkisi 963 qram təşkil edən heroin narkotik vasitəsinə, 2-ci çantadakı bağlamaların 3 ədədinin içərisində ayrı-ayrılıqda çəkiləri 184, 207 və 198 qram olmaqla ümumi çəkisi 589 qram təşkil edən heroin narkotik vasitəsinə, ayrı-ayrılıqda çəkiləri 129 və 130 qram olmaqla, ümumi çəkisi 259 qram təşkil edən metamfetamin psixotrop maddəsinə, 3-cü çantada ayrı-ayrılıqda çəkiləri 130, 100, 129, 133 və 134 qram olmaqla ümumilikdə çəkisi 626 qram təşkil edən metamfetamin psixotop maddəsinə oxşar maddələr, üzərində “C-Lax” yazısı olan 2 ədəd plastik qabda 58 və 57 ədəd olmaqla, ümumilikdə sayı 115 ədəd təşkil edən “F/M40” yazısı olan həblər, 4-cü çantada isə ayrıayrılıqda çəkiləri 129, 129, 126, 105, 130 və 133 qram olmaqla, ümumilikdə çəkisi 752 qram təşkil edən metamfetamin psixotrop maddəsinə oxşar maddə və üzərində “C-Lax” yazısı olan digər 3 ədəd plastik qabda hər birində 61, 61 və 60 həb olmaqla ümumilikdə sayı 182 ədəd təşkil edən üzərində “F/M40” yazısı olan həblər aşkar edildiyini göstərmişdir (cild 1, iş vərəqi 245-248). Şahid1 Yaşar adlı şəxsin götürdüyü əl çantalarında nə kimi maddə və ya vasitə olmasından özünün məlumatsız olduğunu, Yaşarın xahişi ilə yalnız taksi fəaliyyəti ilə məşğul olmaqla əlaqədar ona kömək etdiyini, Əli və Ceyhun adlı şəxsləri tanımadığını, Yaşarla həmin şəxslərin arasınqda nə kimi razılamanın olmasından məlumatsız olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük postunun baş inspektoru Şahid2 ifadəsində göstərdi ki, 17 iyul 2019-cu il tarixə keçən gecə o, Biləsuvar gömrük postunda xidmətdə olarkən saat 03 radələrində İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, X3, Şahid7, Şahid6 və Şahid5 piyada keçid xətti ilə gömrük nəzarəti salonuna daxil olmuşlar. Onların gətirdikləri əl yükləri rentgen yük yoxlama qurğusunda yoxlanılarkən Təqsirləndirilən şəxs1 yoxlamaya təqdim etdiyi 2 ədəd çantanın içərisində şübhəli predmetlərin olması monitorda əks olunmuşdur. Təqsirləndirilən şəxs1lə sorğu-sual edilərkən təqdim etdiyi çantaların içərisində qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 özünün və birlikdə gəldiyi X1, Şahid7, Şahid6 və Şahid5 gətirdikləri əl yüklərinin özünə məxsus olduğunu, onların içərisində heç bir qadağan olunmuş predmetlərin olmadığını bildirmişdir. Sonra dəvət edilmiş hal şahidlərinin iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs1 yoxlamaya qoyduğu 2 ədəd çantaya baxış keçirilmiş, çantaların içərisindəki müxtəlif ərzaq mallarının yanında olan 5 ədəd «ABC» nişanlı plastik yuyucu vasitə qutusunun hər birinin içərisində gömrük nəzarətindən gizlədilmiş selofana qablaşdırılmış halda çəkiləri müvafiq olaraq 185 q, 197 q, 185 q, 197 q və 199 q olmaqla ümumi çəkisi 963 qram olan narkotik vasitə heroinə oxşar maddə, ikinci təqdim edilmiş çantadan müxtəlif ərzaq mallarının yanında olan eyni ilə 5 ədəd “ABC” nişanlı plastik yuyucu vasitə qutusunun hər birinin içərisində çəkiləri müvafiq olaraq 184 q, 207 q və 198 q, qram olmaqla ümumi çəkisi 589 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, 2 ədəd işarəverici yazısı olmayan qutulardan çəkiləri 129 q və 130 q olmaqla ümumi çəkisi 259 qram olan ağ rəngli kristal halda psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və onunla birlikdə olan şəxslərin gətirdikləri digər yüklər də yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 məxsus olduğu müəyyən edilmiş daha 2 ədəd orta həcmli yük çantasından bir çantanın içərisindəki müxtəlif ərzaq mallarının yanında olan 5 ədəd çəki göstəricilərinin üzərində heç bir işarəverici yazı olmayan «ABC» nişanlı plastik yuyucu vasitə qutusunun hər birinin içərisində gömrük nəzarətindən gizlədilmiş selofanda qablaşdırılmış çəkiləri 130 q, 100 q, 129 q, 133 q və 134 q olmaqla ümumi çəkisi 626 qram olan ağ rəngli kristal halda psixotrop maddə metamfetaminə oxşar maddə, həmin çantada olan şəffaf selofan torbadan isə hər birində 10 həb olmaqla üzərində «Clonazepam 2mg» sözləri yazılmış dərman preparatı və üzərilərində «C-Lax» yazısı olan 2 ədəd plastik dərman qabına yığılaraq gömrük nəzarətindən gizlədilmiş hər qabda müvafiq olaraq 58 ədəd və 57 ədəd olmaqla ümumilikdə 115 ədəd üzərində «F/M40» nişanı olan açıq qəhvəyi rəngli həblər, digər çantadan isə müxtəlif ərzaq mallarının yanında olan eyni ilə 6 ədəd «ABC» nişanlı plastik yuyucu vasitə qutusunun hər birinin içərisində 5 ədəd çəki göstəricilərinin bir sıfırı qaralanaraq işarəverici yazısı olan qutuların içərisində çəkiləri 129 q, 129 q, 126 q, 105 q, 130 q və 1 ədəd çəki göstəricilərinin «g» hərfi qaralanaraq işarəverici yazısı olan qutuda isə çəkisi 133 q olmaqla ümumi çəkisi 752 qram olan ağ rəngli kristal halda psixotrop maddə sayılan metamfetaminə oxşar maddə, həmin çantada olan şəffaf selofan torbadan isə hər birində 10 həb olmaqla üzərində «Clonazepam 2mg» sözləri yazılmış dərman preparatı və üzərində «C-Lax» yazısı olan 3 ədəd plastik dərman qabına yığılaraq gömrük nəzarətindən gizlədilmiş hər qabda müvafiq olaraq 61 ədəd, 61 ədəd və 60 ədəd olmaqla ümumilikdə 182 ədəd üzərində «F/M40» nişanı olan açıq qəhvəyi rəngli həblər aşkar edilmişdir. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində göstərdi ki, 17 iyul 2019-cu il tarixə keçən gecə o, həmyerlisi Şahid4 ilə fəhləlik edərək çörəkpulu qazanmaq üçün Biləsuvar Gömrük postunun qarşısında olmuşlar. Həmin gün gecə saat 03 radələrində bir nəfər gömrük əməkdaşı onlara yaxınlaşıb İrandan Azərbaycana gəlmiş vətəndaşın əl yüklərində şəxsi yoxlama aparılacağını bildirərək, onların hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar gömrük əməkdaşı ilə Gömrük postuna yoxlama otağına getmişlər. Gömrük əməkdaşı adı sonradan onlara məlum olan Azərbaycan vətəndaşı Təqsirləndirilən şəxs1 gömrük nəzarətinə təqdim etdiyi çantalara baxış keçirmiş, onların içərisindən ərzaq mallarının yanında olan plastik yuyucu vasitə qutularının hər birinin içərisində külli miqdarda narkotik və psixotrop maddələr aşkar edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1lə gələn və ona aid digər əl çantalarını daşıyan adlarını sonradan bildiyi X1, Şahid7, Şahid6 və Şahid5 gətirdikləri digər yüklər də yoxlanılmış, onların da içərisindən eyni qaydada qablaşdırılmış narkotik vasitələr və psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Hər bir çantadan hansı növdə və nə qədər narkotik, psixotrop vasitələr aşkar olunması barədə o, istintaqa ətraflı ifadə vermişdir. Hazırda bu xırdalıqları xatırlamır, ancaq istintaqda verdiyi ifadə düzgündür və həmin ifadəni məhkəmədə verdiyi ifadə kimi qəbul olunmasını xahiş edir. Şahid3 məhkəmədə verdiyi ifadəsinə görə, Təqsirləndirilən şəxs1 və onunla birlikdə gəlmiş X1, Şahid7, Şahid6 və Şahid5 özləri ilə gətirdikləri cəmi 4 ədəd orta həcmli yük çantalarından götürülmüş narkotik vasitələr, psixotrop maddələr və dərmanar götürülərək qablaşdırılmış, bu barədə müvafiq protokollar tərtib edilmişdir. Keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 əl çantalarının içərisindən aşkar edilmiş, narkotik vasitə bükümlərini, həmçinin psixotrop maddə bükümlərini və 297 ədəd üzərində “F/M40” nişanəsi olan həbləri həmin gün Biləsuvar rayonu ərazisində Biləsuvar-Bakı yolunun kənarında yerləşən «Azpetrol» YDM-nin yaxınlığında Təqsirləndirilən şəxs2 verərkən, sonuncu da tutulmuşdur. Bu barədə də müvafiq protokollar tərtib edilmiş və həmin protokolları o da, hal şahidi kimi imzalamışdır. Bununla bağlı məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən birinci təqdim edilmiş çantanın içərisindəki müxtəlif ərzaq mallarının yanında olan 5 ədəd çəki göstəricilərinin iki sıfrı qaralanaraq işarəverici yazısı olan “ABC” nişanlı plastik yuyucu vasitə qutusunun hər birinin içərisində, selofanda qablaşdırılmış halda çəkiləri müvafiq olaraq 185 q, 197 q, 185 q, 197 q və 199 q olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 963 (doqquz yüz altmış üç) qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə, ikinci təqdim edilmiş çantadan isə çantanın içərisindəki müxtəlif ərzaq mallarının yanında olan eyni ilə 5 ədəd “ABC” nişanlı plastik yuyucu vasitə qutusunun hər birinin içərisində, gömrük nəzarətindən gizlədilmiş, selofana qablaşdırılmış halda 3 ədəd çəki göstəricilərinin bir sıfırı qaralanaraq işarəverici yazısı olan qutuların içərisində çəkiləri müvafiq olaraq 184 q, 207 q və 198 q, qram olmaqla ümumi çəkisi 589 (beş yüz səksən doqquz) qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə, 2 ədəd çəki göstəricilərinin üzərində heç bir işarəverici yazı olmayan qutulardan isə çəkiləri müvafiq olaraq 129 q və 130 q olmaqla ümumi çəkisi 259 (iki yüz əlli doqquz) qram olan ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və onunla birlikdə gəlmiş X1, Şahid7, Şahid6 və Şahid5 gətirdikləri digər yüklər də yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 məxsus olduğu müəyyən edilmiş daha 2 ədəd orta həcmli yük çantasından - müxtəlif ərzaq mallarının yanında olan 5 ədəd çəki göstəricilərinin üzərində heç bir işarəverici yazı olmayan “ABC” nişanlı plastik yuyucu vasitə qutusunun hər birinin içərisində, gömrük nəzarətindən gizlədilmiş, selofana qablaşdırılmış halda çəkiləri müvafiq olaraq 130 q, 100 q, 129 q, 133 q və 134 q olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 626 (altı yüz iyirmi altı) qram olan ağ rəngli, kristal halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddə, həmin çantada olan şəffaf selofan torbadan isə hər birində 10 həb olmaqla 5 konvalyut üzərində “Clonazepam 2mg” sözləri yazılmış dərman preparatı və üzərilərində “C- Lax” yazısı olan 2 ədəd plastik dərman qabına yığılaraq gömrük nəzarətindən gizlədilmiş hər qabda müvafiq olaraq 58 ədəd və 57 ədəd olmaqla ümumilikdə 115 (yüz on beş ədəd) ədəd üzərində “F/M40” nişanəsi olan, açıq qəhvəyi rəngli naməlum həblər, digər çantadan isə çantanın içərisindəki müxtəlif ərzaq mallarının yanında olan eyni ilə 6 ədəd “ABC” nişanlı plastik yuyucu vasitə qutusunun hər birinin içərisində, gömrük nəzarətindən gizlədilmiş, selofanda qablaşdırılmış halda 5 ədəd çəki göstəricilərinin bir sıfırı qaralanaraq işarəverici yazısı olan qutuların içərisində çəkiləri müvafiq olaraq 129 q, 129 q, 126 q, 105 q, 130 q və 1 ədəd çəki göstəricilərinin “g” hərfi qaralanaraq işarəverici yazısı olanqutuda isə çəkisi 133 qolmaqla ümumi çəkisi 752 (yeddi yüz əlli iki) qram olan ağ rəngli, kristal halda psixotrop maddə sayılan metamfetaminə oxşar maddə, həmin çantada olan şəffaf selofan torbadan isə hər birində adına uyğun olmayan digər dərman qutusunda hər birində 10 həb olmaqla 5 konvalyut üzərində “Clonazepam 2mg” sözləri yazılmış dərman preparatı və üzərilərində “C-Lax” yazısı olan 3 ədəd plastik dərman qabına yığılaraq gömrük nəzarətindən gizlədilmiş hər qabda müvafiq olaraq 61 ədəd, 61 ədəd və 60 ədəd olmaqla ümumilikdə 182 (yüz səksən iki) ədəd üzərində “F/M40” nişanəsi olan, açıq qəhvəyi rəngli naməlum həblər aşkar edilmişdir (cild 2, iş vərəqi 44-47). Məhkəmə iclasında dindirilən Şahid4 Şahid3 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi (cild 2, iş vərəqi 48-51). Məhkəmə iclasında Şahid7nin cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifafdəsində göstərmişdir ki, həmyerlisi və uşaqlıqdan tanıdığı Yevlax şəhər sakini, onunla qonşu küçədə yaşayan Təqsirləndirilən şəxs1 tanıyır. O, Əlinin əvvəllər narkotik maddələrdən qanunsuz olaraq istifadə etməsi ilə əlaqədar olaraq məhkum olunduğunu eşitmişdir. Əlinin son vaxtlar İran İslam Respublikasına Biləsuvar rayonun ərazisindən alver məqsədi ilə gedibgəldiyini sonuncunun özündən eşitmişdir. Həmçinin Əlinin özünə məxsus olan **-BM-*** dövlət qeydiyyat nişanlı «Renault Megane» markalı avtomobili vardır. Belə ki, Əli İran İR-dan Azərbaycana – Yevlax şəhərinə qab-qacaq və sair ərzaq məhsulları gətirərək satmaqla alver etmişdir. O, işləmədiyi üçün Əli ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncu ona təklif etmişdir ki, birlikdə İran İR-ya gedib ona kömək etməsi ilə əlaqədar sonuncu ona maddi yardım etsin. Belə ki, qaydalara əsasən hər Azərbaycan Vətəndaşı İran İR-dan öz istifadəsi üçün ay ərzində yalnız bir dəfə əl yükündə ərzaq və sair gündəlik tələbat mallarını gömrük rüsumu olmadan gətirə bilər. Buna görə də o, 2019-cu ilin may ayından etibarən 4 və ya 5 dəfə Əli ilə Biləsuvar rayonundan İran İR-ya alver məqsədi ilə keçib geri qayıtmışdır. Hər dəfə İran İR-ya gedərkən Əli avtomobilini Azərbaycan sərhəddində Biləsuvar rayonu ərazisində saxlamış və onlar İran İR tərəfə piyada keçərək orada taksidən istifadə etmişlər. O, hər dəfə Əli ilə İran İR-da olarkən Əli onu adını Yunis kimi bildirdiyi şəxsin evinə aparmışdır. Onlar sərhəddən keçdikdən sonra təxminən avtomobillə 20 dəqiqəlik məsafə qət edərək adını bilmədiyi ərazidə – kənddə yerləşən Yunisin evində qalmışlar. Belə ki, Yunisin evi həmin həyətdə digər tikilidə yerləşmişdir. Onların qaldıqları ev isə 2 otaqdan ibarət olmuşdur. Əli ilə hər dəfə İran İR-ya gedərkən o, qeyd edilən evdə gözləmişdir. Əli isə bazarlıq üçün gedib-qayıtmışdır. Onların hər dəfə səfəri 1 və ya 2 gün davam etmiş və Əli ona kömək məqsədi ilə hər dəfə üçün ona 10 və ya 20 manat pul vermişdir. Əli hər dəfə İrandan özü ilə ərzaq və sair gündəlik tələbat malları gətirmiş və Yevlax rayonunda müxtəlif şəxslərə satmışdır. 15 iyul 2019-cu il tarixdə, axşam saatlarında Əli ilə növbəti dəfə sonuncuya məxsus olan avtomobillə Biləsuvar sərhəd keçid məntəqəsinə getmiş və sonuncu avtomobilini həmin yerdə saxladıqdan sonra onlar piyada gömrük və sərhəd xidməti nəzarətindən keçərək İran İR-ya daxil olmuşlar. Yenə də Əli ilə o, təsadüfən bir taksi ilə Yunisin evinə getmişlər. Həmin gün və ya bundan sonrakı gün Əli əl yüklərinə kömək məqsədi ilə uşaqlıqdan tanıdığı Umud və Ruslan adlı həmyerlilərini də Azərbaycandan İrana çağırmışdır. Lakin Əlinin həmin şəxslərlə hansı şərtlərlə razılaşmasından onun məlumatı olmamışdır. O və Əli gecəni həmin evdə qalmış, növbəti gün ərzində Əli bazarlıq etmək məqsədi ilə bir neçə dəfə evdən çıxıb geri qayıtmışdır. Həmin gün təxminən günorta saatlarında Əli sərhəd keçid məntəqəsinə gedərək özü ilə Umudu, Ruslanı və tanımadığı, digər Samir adlı şəxsi də həmin evə gətirmişdir. Bundan sonra Əli onları həmin evdə qoyub, deməsinə görə bazarlıq etməyə getmişdir. Evdə olanda Umud ondan çəkmək üçün «nəşə» istəmişdir. O da, Əli qabaqcadan bildirdiyinə görə evdə olan dolabın üstündən bir dəfəlik nəşə və narkotik maddə olan «şişə»ni götürüb həmin şəxslərə vermişdir. Bu zaman o, Ruslan və Umud həmin narkotik vasitə olan «nəşə»dən çəkmişlər. Samir isə “şişə” adlı narkotik vasitədən istifadə etmişdir. Əlinin həmin narkotik vasitələri haradan alması ona məlum deyildir. Belə ki, o, bir neçə dəfə narkotik vasitə olan «nəşədən» istifadə etmişdir. Bir qədər sonra Əli evə geri qayıtmış və onlara birlikdə evdən çıxmalarını bildirmişdir. Bu səbəbdən də onlar birlikdə evdən çıxmış və Əlinin çağırdığı taksi avtomobilinə əyləşib yola düşmüşlər. Əli evdən özü ilə avtomobilin yük yerinə 4 ədəd əl çantası yığmışdır. Əlinin həmin çantaları kimdən və ya kimin evindən, hansı məqsədlə götürməsi ona məlum deyildir. Yolda Əli taksini saxlatdırıb özü üçün «başağrısı» dərmanı almaq istədiyini bildirmiş, bunun üçün taksi sürücüsü aptekdən Əliyə dərman alıb gətirmişdir. Həmin dərmanların nədən ibarət olması ona məlum deyildir. Əli həmin dərmanları avtomobilin yük yerindəki hansısa çantaya qoymuşdur. Əlidən başqa onlar hərəsi yükün bir ədədini avtomobildən götürüb İran gömrüyünü sərbəst şəkildə keçmişlər. Bu zaman onlar 17 iyul 2019-cu il tarixə keçən gecə saat 03 radələrində Azərbaycan Respublikasının sərhəddinə daxil olmuşlar. Həmin vaxt gömrük əməkdaşı onları saxlayaraq ayrı-ayrılıqda şifahi sorğu-sual aparmış, onlara üzərlərində və ya əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və ya dərman preparatlarının olubolmaması barədə sual vermişdir. O, üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi heç bir predmet olmadığını bildirmişdir. Bu zaman Əlinin xahişi ilə o, əlinə bir ədəd əl yükü götürmüşdür. Lakin həmin əl yükünün içərisində nə kimi əşya və ya maddə olması barədə Əli ona məlumat verməmişdir. Bundan sonra gömrük əməkdaşları onların gətirdiyi 4 ədəd çantanı yoxlamaq qərarına gəlmişlər. Bu məqsədlə gömrük əməkdaşları oraya hal şahidləri dəvət edib həmin əl yüklərini yoxlamağa başlamışlar. Əvvəlcə təqdim olunan 2 ədəd çanta yoxlanılmışdır. Bu zaman Əli gömrük əməkdaşlarına dörd ədəd əl yükünün hamısının onun özünə məxsus olduğunu bildirmişdir. Yoxlama zamanı birinci çantanın içərisindəki müxtəlif ərzaq mallarının yanında olan 5 ədəd üzərində “ABC” yazısı olan plastik yuyucu vasitə qutusunun hər birinin içərisində, gömrük nəzarətindən gizlədilmiş, selofanda qablaşdırılmış halda çəkiləri müvafiq olaraq 185 q, 197 q, 185 q, 197 q və 199 q olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 963 (doqquz yüz altmış üç) qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə, ikinci çantadan isə çantanın içərisindəki müxtəlif ərzaq mallarının yanında olan eyni ilə 5 ədəd üzərində “ABC” yazısı olan plastik yuyucu vasitə qutusunun hər birinin içərisində, gömrük nəzarətindən gizlədilmiş, selofanda qablaşdırılmış halda 3 qutunun içərisində çəkiləri müvafiq olaraq 184 q, 207 q və 198 q, qram olmaqla ümumi çəkisi 589 (beş yüz səksən doqquz) qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə, 2 qutudan isə çəkiləri müvafiq olaraq 129 q və 130 q olmaqla ümumi çəkisi 259 (iki yüz əlli doqquz) qram olan ağ rəngli, kristal halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra digər yüklər də yoxlanılmışdır. Yoxlama zamanı Əlinin onlara verdiyi daha 2 ədəd orta həcmli yük çantasından - bir çantanın içərisindəki müxtəlif ərzaq mallarının yanında olan 5 ədəd üzərində “ABC” yazısı olan plastik yuyucu vasitə qutusunun hər birinin içərisində, gömrük nəzarətindən gizlədilmiş, selofana qablaşdırılmış halda çəkiləri müvafiq olaraq 130 q, 100 q, 129 q, 133 q və 134 q olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 626 (altı yüz iyirmi altı) qram olan ağ rəngli, kristal halda psixotrop maddə sayılan metamfetaminə oxşar maddə, həmin çantada olan şəffaf selofan torbadan isə hər birində 10 həb olmaqla 5 konvalyut üzərində “Clonazepam 2mg” sözləri yazılmış dərman preparatı və üzərilərində “C-Lax” yazısı olan 2 ədəd plastik dərman qabına yığılaraq gömrük nəzarətindən gizlədilmiş hər qabda müvafiq olaraq 58 ədəd və 57 ədəd olmaqla ümumilikdə 115 (yüz on beş ədəd) ədəd üzərində “F/M40” nişanəsi olan, açıq qəhvəyi rəngli naməlum həblər, digər çantadan isə çantanın içərisindəki müxtəlif ərzaq mallarının yanında olan eyni ilə 6 ədəd üzərində “ABC” yazısı olan plastik yuyucu vasitə qutusunun hər birinin içərisində, gömrük nəzarətindən gizlədilmiş, selofanda qablaşdırılmış halda çəkiləri müvafiq olaraq 129 q, 129 q, 126 q, 105 q, 130 q və 133 q olmaqla ümumi çəkisi 752 (yeddi yüz əlli iki) qram olan ağ rəngli kristal halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddə, həmin çantada olan şəffaf selofan torbadan isə hər birində adına uyğun olmayan digər dərman qutusunda hər birində 10 həb olmaqla 5 konvalyut üzərində “Clonazepam 2mg” sözləri yazılmış dərman preparatı və üzərilərində “C-Lax” yazısı olan 3 ədəd plastik dərman qabına yığılaraq gömrük nəzarətindən gizlədilmiş hər qabda müvafiq olaraq 61 ədəd, 61 ədəd və 60 ədəd olmaqla ümumilikdə 182 (yüz səksən iki) ədəd üzərində “F/M40” nişanəsi olan, açıq qəhvəyi rəngli naməlum həblər aşkar edilmişdir. Sonda Əliyə məxsus olan cəmi 4 ədəd orta həcmli yük çantalarından aşkar edilmiş qeyd edilən maddələr və dərmanlar gömrükçülər tərəfindən hal şahidlərinin iştirakı ilə götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və həmin protokol ilə o və digərləri tanış olduqdan sonra həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun İran İR-dan Azərbaycan Respublikasına gətirdiyi qeyd edilən narkotik vasitələri və psixotrop maddələri Kamran adlı İran İR-nın vətəndaşının tapşırığı ilə o, Biləsuvar rayonu ərazisində Yaşar adlı şəxsə çatdırmalıdır. Buna görə də müvafiq əməliyyat tədbiri keçirilməsi qərara alınmış və yuxarıda aşkar edilmiş sadaladığı narkotik vasitələr, psixotrop maddələr, həmçinin qeyd etdiyi 297 ədəd dərman pereparatı yenidən çantalara yığılaraq əvvəlki vəziyyətlərinə qaytarılmışdır. Lakin Əliyə məxsus olduğu deyilən, hər birində 10 həb olmaqla 10 konvalyut üzərində «Clonazepam 2 mg» sözləri yazılmış dərman pereparatları ayrı saxlanılmışdır. Sonra Əli adlı şəxs Yaşar adlı şəxslə mobil telefonla danışmış və onlar Biləsuvar-Bakı yolunun kənarında olan «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanında görüşmələri barədə razılaşmışlar. Əməliyyat qrupunun üzvləri ilə həmin əraziyə çatdıqdan sonra Əli Yaşara yenidən zəng edərək dediyi yerdə olduğunu bildirsə də, Yaşar ona olduğu yerdən «mal bazarı» adlanan əraziyə tərəf gəlməsinin lazım olduğunu, yolun kənarında dayandığını bildirmişdir. Bu zaman Əli sərhəd ərazisində saxladığı özünə məxsus olan **-BM-*** dövlət qeydiyyat nişanlı, «Renault Megane» markalı avtomobili ilə irəliyə doğru hərəkət etmişdir. Qeyd etdiyi narkotik vasitələr və psixotrop maddələr isə çantaların içərisində olmuşdur. Bir qədər getdikdən sonra onlar yolun kənarında 2 nəfər şəxsin dayandığını görmuş və həmin şəxslərdən biri əl ilə işarə etmişdir. Əli idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı, «Renault Megane» markalı avtomobili Yaşargilin yanında saxlamışdır. Əli avtomobildən düşüb yük yerində olan çantaları düşürərək Yaşara təhvil vermişdir. Bundan dərhal sonra əməliyyatçılar avtomobildən düşüb onlara tərəf gəlmişdir. Bunu görən Yaşar oradan qaçmaq istəmiş, lakin əməliyyatçılar tərəfindən saxlanılaraq hamılıqla gömrük idarəsinə aparılmışlar. Həmin Baş İdarədə aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddələrə, həmçinin 297 ədəd dərman pereparatına yenidən baxış keçirilmiş, onlar da protokolla tanış olub həmin protokolu imzaları ilə təsdiq etmişlər. O, Yaşar adlı şəxsi əvvəllər tanımamış, yanında olan digər şəxsin isə Qorxmaz adlı taksi sürücüsü olması ona məlum olmuşdur. Ona daha sonra məlum olmuşdur ki, Yaşar adlı şəxs Əlidən əldə etdiyi psixotrop maddələrin bir hissəsini Bakı şəhəri Yasamal rayonu ərazisində Ceyhun adlı onun tanımadığı şəxsə satarkən sonuncu da tutulmuşdur. Əlavə olaraq ifadəsində göstərmişdir ki, özünün, həmçinin X1, Şahid5 və Şahid6 Təqsirləndirilən şəxs1 məxsus olan çantalardan aşkar edilmiş maddələrin, dərman preparatlarının və naməlum həblərin qeyd edilən çantalarda olmasından hər-hansı bir məlumatları olmamışdır. Həmçinin əlavə olaraq ifadəsində göstərmişdir ki, o, Əlinin ifadəsində qeyd etdiyi Kamran adlı şəxsi tanımır və ya belə bir şəxsi görməmişdir (cild 2, iş vərəqi 121-123). Həmçinin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq edilən şahidlər Şahid5 və Şahid6 Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan və tədqiq edilmiş ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər (cild 2, iş vərəqi 107-112, 121-123). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi əməliyyat və təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid12 ifadəsində göstərdi ki, 2014-cü ildən 2019-cu ilin avqust ayına qədər o, DGK-nin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin rəis müavini vəzifəsində xidmət etmişdir. 17 iyul 2019-cu il tarixə keçən gecə Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn Təqsirləndirilən şəxs1, X3, Şahid7, Şahid6 və Şahid5 gömrük nəzarəti həyata keçirilən salona daxil olmuşlar. Onların özləri ilə gətirdikləri əl yükləri rentgen yoxlama qurğusunda yoxlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 rentgen qurğusuna qoyduğu 2 ədəd orta həcmli çantanın içərisində şübhəli predmetlərin olması qurğunun müşahidə monitorunda əks olunmuş və həmin şəxsin şifahi sorğusu aparılmışdır. Təqsirləndirilən şəxs1 özünün və birlikdə gəldiyi yuxarıda adları çəkilən şəxslərin gətirdikləri əl yüklərində qadağan olunmuş predmetlərin olmadığını bildirmişdir. Sonra hal şahidləri dəvət edilib ilk öncə 2 ədəd orta həcmli çanta yoxlanılmışdır. Birinci təqdim edilmiş çantanın içərisində müxtəlif ərzaq mallarının yanında olan 5 ədəd “ABC” nişanlı plastik yuyucu qutusunun hər birinin içərisində çəkiləri müvafiq olaraq 185 q, 197 q, 185 q, 197 q və 199 q olmaqla ümumi çəkisi 963 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, ikinci çantadan isə ərzaq mallarının yanında olan eyni ilə 5 ədəd “ABC” nişanlı plastik yuyucu vasitə qutusunun hər birinin içərisində selofanda qablaşdırılmış halda 3 ədəd 184 q, 207 q və 198 q qram olmaqla ümumi çəkisi 589 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, 2 ədəd qutulardan isə çəkiləri 129 q və 130 q olmaqla ümumi çəkisi 259 qram olan ağ rəngli kristal halda psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1lə birlikdə gəlmiş X1, Şahid7, Şahid6 və Şahid5 gətirdikləri digər yüklər də yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 məxsus olduğu müəyyən edilmiş daha 2 ədəd orta həcmli yük çantasından - bir çantanın içərisində ərzaq mallarının yanında 5 ədəd “ABC” nişanlı plastik yuyucu vasitə qutusunun hər birinin içərisində selofanda qablaşdırılmış halda 130 q, 100 q, 129 q, 133 q və 134 q olmaqla ümumi çəkisi 626 qram olan ağ rəngli kristal halda metamfetaminə oxşar maddə, həmin çantada olan şəffaf selofan torbadan isə hər birində 10 həb olmaqla 5 konvalyut üzərində “Clonazepam 2mg” sözləri yazılmış dərman preparatı və üzərində “C-Lax” yazısı olan 2 ədəd plastik dərman qabına yığılaraq gömrük nəzarətindən gizlədilmiş hər qabda müvafiq olaraq 58 ədəd və 57 ədəd olmaqla ümumilikdə 115 ədəd üzərində “F/M40” nişanı olan açıq qəhvəyi rəngli həblər, digər çantadan isə çantanın içərisindəki müxtəlif ərzaq mallarının yanında olan eyni ilə 6 ədəd “ABC” nişanlı plastik yuyucu vasitə qutusunun hər birinin içərisində selofanda qablaşdırılmış halda 5 ədəd qutuların içərisində 129 q, 129 q, 126 q, 105 q, 130 q və 1 ədəd çəki göstəricilərinin “g” hərfi qaralanaraq işarəverici yazısı olan qutuda isə çəkisi 133 q olmaqla ümumi çəkisi 752 qram olan ağ rəngli kristal halda metamfetaminə oxşar maddə, həmin çantada olan şəffaf selofan torbadan isə dərman qutusunda hər birində 10 həb olmaqla 5 konvalyut üzərində “Clonazepam 2mg” sözləri yazılmış dərman preparatı və üzərində “C-Lax” yazısı olan 3 ədəd plastik dərman qabına yığılmış hər qabda 61 ədəd, 61 ədəd və 60 ədəd olmaqla ümumilikdə 182 ədəd üzərində “F/M40” nişanı olan açıq qəhvəyi rəngli həblər aşkar edilmişdir. Aşkar edilən maddələr və dərman preparatları dəvət edilmiş hal şahidlərinin iştirakı ilə götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 şifahi olaraq həmin maddələrin aşkar edildiyi çantaların içərisində olmasından məlumatı olmadığını, lakin cəmi 10 konvalyut üzərində “Clonazepam 2mg” sözləri yazılmış dərman preparatının ona məxsus olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 sözügedən çantaları ona İranın Biləsuvar şəhərində əvvələr tanıdığı «Kamran» adlı İran vətəndaşının gömrük sərhədindən keçirməsi üçün ona verdiyini bildirmişdir. Şahid12 ifadəsinə görə, eyni zamanda Təqsirləndirilən şəxs1 içərisi müxtəlif ərzaqla dolu olan 4 ədəd orta həcmli çantanı gömrükdən keçdikdən sonra təhvil alacaq şəxsin Yaşar adlı Azərbaycan vətəndaşı olduğunu bildirmiş və həmin şəxsin mobil telefon nömrəsini qeyd etmişdir. Yuxarıda qeyd edilən fakt ilə əlaqədar ilkin sənədlər tərtib edilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona Kamran adlı şəxs ***-***-**-** mobil nömrədən zəng edərək onların gömrük sərhədindən keçibkeçməmələri barədə maraqlanmış və gömrükdən keçdikdən sonra yükləri təhvil verməsi üçün Yaşara zəng etməsini bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq gömrük nəzarəti zamanı Təqsirləndirilən şəxs1 və onunla birlikdə gəlmiş şəxslərin gətirdikləri 4 ədəd orta həcmli çantalardan aşkar edilən narkotik vasitələrin kimə məxsus olduğunu, qəbul edəcək şəxsi və ya şəxsləri, onlarla cinayət əlaqəsində olan digər şəxsləri müəyyənləşdirmək məqsədi ilə zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarından ibarət onun və digərlərinin iştirakı ilə müvafiq əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. İlk öncə əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün 17 iyul 2019-cu il tarixdə Biləsuvar gömrük postunda Təqsirləndirilən şəxs1 və onunla birlikdə gəlmiş şəxslərin gətirdikləri içərisi müxtəlif ərzaqla dolu olan 4 ədəd orta həcmli çantalardan aşkar edilən yuxarıda qeyd olunan maddələr əməliyyat tədbirində istifadə edilməsi məqsədi ilə qablaşdırıldıqları 005833 nömrəli selofan paketlərdən çıxarılıb əvvəlki vəziyyətinə qaytarılaraq aşkar edildikləri orta həcmli çantalarda yerləşdirilmiş və Təqsirləndirilən şəxs1 verilmişdir. Yalnız qeyd edilən Təqsirləndirilən şəxs1 özünə məxsus olduğunu bildirdiyi üzərində “Clonazepam 2mg” sözləri yazılmış cəmi 100 ədəd həb kənarda saxlanılmışdır. Həmin maddələr Biləsuvar gömrük postunun qarşısında dayanmış Təqsirləndirilən şəxs1 məxsus olan «Reno» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə yığılmış və nəzarətdə saxlanılmışdır. Bunun ardınca əməliyyat imkanlarını nəzərə alıb Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona gələn zənglər nəzarətdə saxlanılmış və ona zəng edən şəxslərlə mütəmadi olaraq telefon əlaqəsi saxlamaq imkanı yaradılmışdır. 17 iyul 2019-cu il tarixdə saat təxminən 05 radələrində Yaşar adlı şəxs Təqsirləndirilən şəxs1 zəng edərək Kamranın İrandan göndərdiyi yükləri qəbul etmək üçün onunla Biləsuvar şəhərinin Bakı şəhəri istiqamətindəki çıxışında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanındakı dairədə görüşməyi təklif etmiş və orada onu gözlədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 nəzarət altında idarə etdiyi «Reno» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Yaşar adlı şəxslə görüş yeri kimi razılaşdıqları yerə gətirilmişdir. Qeyd olunan yerə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 Yaşar adlı şəxsə zəng edərək artıq dairədə dayandığını bildirmişdir. Yaşar piyada olduğunu və onu bir qədər qarşıda Bakı istiqamətində yolun kənarında gözlədiyini deyərək ondan gəldiyi avtomobilin nömrəsini soruşmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 nəzarət altında idarə etdiyi avtomobillə Bakı istiqamətində hərəkətə başlamış və təqibən 500 metr getdikdən sonra yol kənarında dayanmış 2 nəfər şəxsin onun maşınına əl işarəsi ilə saxlatmasını istəmişdir. Əli maşını yol kənarında saxlamış, maşına yaxınlaşan şəxsiyyətləri onlara sonradan məlum olan Təqsirləndirilən şəxs2 və Şahid1 Əli ilə görüşmüş, Yaşar ona göndərilmiş yükü götürmək üçün Şahid1la birlikdə avtomobilin yük yerinə yaxınlaşaraq yük yerini açmışdır. Təqsirləndirilən şəxs2 və Şahid1 avtomobilin yük yerində olan 4 ədəd yük çantasını götürmələri müşahidə edildikdən sonra əməliyyat qrupunun üzvləri onlara yaxınlaşaraq saxlamışlar. Bu zaman Təqsirləndirilən şəxs2 ifşa olunduğunu başa düşüb hadisə yerindən qaçmağa cəhd göstərmiş, lakin əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılaraq Şahid1la birlikdə Cənub Ərazi Baş gömrük idarəsinə gətirilmişlər. Orada Təqsirləndirilən şəxs2 və Şahid1 qəbul etdiyi Kamran adlı şəxs tərəfindən İrandan göndərilmiş 4 ədəd orta həcmli çantaya, eyni zamanda əməliyyat tədbirində istifadə edilməsi məqsədi ilə qablaşdırıldığı selofan paketdən çıxarılıb əvvəlki vəziyyətinə qaytarılaraq aşkar edildikləri yerdə yerləşdirilmiş maddələrə yenidən baxış keçirilmişdir. Həmin maddələrin tamlığının və miqdarının pozulmadığı müəyyən edilmişdir. Sözügedən maddələr və Təqsirləndirilən şəxs1 məxsus hər birində 10 həb olmaqla «Clonazepam 2mg» sözləri yazılmış dərman preparatları protokol əsasında götürülərək 005834 nömrəli selofan paketdə qablaşdırılmışdır. Göstərilən bütün prosessual sənədləşmələr hal şahidlərinin iştirakı ilə aparılmış və sonradan tərtib edilmiş protokollar hamıya ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Müvafiq prosessual sənədləşmələrdən sonra toplanmış material aidiyyatı üzrə Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. Şahid12 ifadəsində həmçinin bildirdi ki, əməliyyat tədbirlərinin davamı olaraq 17 iyul 2019-cu il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində qeyd edilən psixotrop maddə olan metamfetaminin 7 bükümü 200 manata Təqsirləndirilən şəxs3 satılarkən, sonuncu da DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin müvafiq psixatrop maddələr və 200 manat pul gömrük xidməti əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DGK-nin Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin əməkdaşı Şahid8 Şahid12 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Həmin idarənin digər əməkdaşı Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun da Şahid12 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid15 şahid qismində verdiyi ifadəsində bildirdi ki, Cənub Ərazi Baş Gömrük İdarəsindən Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində toplanmış materiallar 17 iyul 2019-cu il tarixdə Əməliyyat- İstintaq Baş İdarəsinə daxil olmuşdur. Həmin materiallara əsasən müəyyən edilmişdir ki, qeyd olunan tarixdə gecə saatlarında Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, X3, Şahid7, Şahid6 və Şahid5 piyada keçid xətti ilə gömrük nəzarəti həyata keçirilən salona daxil olmuş, onların özləri ilə gətirdikləri əl yüklərindən külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və dərman preparatları aşkar edilərək götürülmüşdür. Hər çantadan nə qədər və hansı növ narkotik, psixotrop maddələr aşkar olunması barədə istintaqa ifadə vermişdir və həmin ifadəni təsdiq edir. Şahid15 ifadəsinə görə, Təqsirləndirilən şəxs1 şifahi olaraq həmin maddələrin aşkar edildiyi içərisi müxtəlif ərzaqlarla dolu olan 4 ədəd orta həcmli çantanın içərisində olmasından xəbərsiz olduğunu, lakin 2 ədəd çantada olan cəmi 10 konvalyut üzərində “Clonazepam 2mg” sözləri yazılmış dərman preparatının ona məxsus olduğunu və çantaya onun tərəfindən qoyulduğunu, sözügedən çantaları ona İranın Biləsuvar şəhərində “Kamran” adlı İran vətəndaşının gömrük sərhədindən keçirməsi üçün verdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 içərisi müxtəlif ərzaqla dolu olan 4 ədəd orta həcmli çantanı gömrükdən keçdikdən sonra təhvil alacaq şəxsin Yaşar adlı Azərbaycan vətəndaşı olduğunu qeyd etmiş, əməliyyat tədbirinin davamı olaraq həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 17 iyul 2019-cu il tarixdə saat təxminən 05 radələrində Nəbiyev X6 rayonu ərazisində Yaşar adlı şəxsə içərisində müxtəlif narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini, həmçinin 297 ədəd müvafiq həbi verərkən Təqsirləndirilən şəxs2 da saxlanılmışdır. İzahatında Təqsirləndirilən şəxs2 çəki göstəricilərinin üzərində heç bir işarəverici yazı olmayan “ABC” nişanlı 7 ədəd plastik yuyucu vasitə qutularını ***-***- **-** saylı mobil telefon istifadəçisinə Bakı şəhəri ərazisində təhvil verməli olduğunu bildirmişdir. DGKnin Əməliyyat-İstintaq Baş İdarəsində dəvət edilmiş hal şahidləri Şahid13 və Şahid14 iştirakı ilə əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün hər birinin təxmini çəkisi 129, 130, 130 , 100 , 129 , 133 və 134 qram olan ağ rəngli kristal halda psixotrop maddə metamfetaminə oxşar maddələr əməliyyat tədbirində istifadə edilməsi məqsədi ilə qablaşdırıldıqları 005834 nömrəli selofan paketdən çıxarılıb hər birinin aşkar edildikləri çəki göstəricilərinin üzərində heç bir işarəverici yazı olmayan “ABC” nişanlı 7 ədəd plastik yuyucu vasitə qutularının daxilinə yerləşdirilmişdir. Bunun ardınca əməliyyat imkanlarını nəzərə alıb Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefona gələn zənglər nəzarətdə saxlanılmış və ona zəng edən şəxslə və ya şəxslərlə mütamadi olaraq telefon əlaqəsi saxlamaq imkanı yaradılmışdır. Həmin material üzrə o, Əməliyyat İstintaq Baş İdarəsinin digər əməkdlaşları ilə birlikdə əməliyyat tədbirləri həyata keçirmiş, metamfetaminə oxşar maddələr yerləşdirilmiş 7 ədəd plastik yuyucu vasitə qutularını təhvil almalı olan ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Yasamal rayonu ərazisində Asan Xidmət Mərkəzinin arxasında gözlədiyi məlum olmuşdur. Bundan sonra əməliyyat üsullarından istifadə edilməklə onunla görüş təyin edilmişdir. 17 iyul 2019-cu il tarixdə saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs3 içərisində metamfetaminə oxşar maddələr olan 7 ədəd “ABC” nişanlı plastik yuyucu vasitə qutularını Təqsirləndirilən şəxs2 təhvil alaraq 200 manat pulu sonuncuya verərkən saxlanılmış və Əməliyyat- İstintaq Baş İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs3 qəbul etdiyi 7 ədəd plastik yuyucu vasitə qutularının daxilində olan ağ rəngli kristal halda psixotrop maddə sayılan metamfetaminə oxşar maddələrə baxış keçirilmiş və həmin maddələr 000133 nömrəli selofan paketdə, həmçinin 10 ədəd 20lik nominalda cəmi 200 manat Azərbaycan manatı isə 200013 nömrəli selofan paketdə qablaşdırılmışdır. Göstərilənlər barədə müvafiq sənədləşmələr aparılmış, həmçinin protokol tərtib edilərək bütün iştirakçılar və hal şahidlərinin iştirakı ilə ucadan oxunduqdan sonra doğru tərtib edildiyi üçün imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat-axtarış şöbəsinin əməkdaşları Şahid10, Şahid9 və Şahid11 Şahid15 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında dindirilən Şahid13 ifadəsində bildirdi ki, 17 iyul 2019-cu il tarixdə saat 18:30 radələrində o, şəxsi işi ilə əlaqədar Yasamal rayonu, Mətbuat prospektindən keçərkən iki nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq əməliyyat tədbirində hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. O, etiraz etməmiş və ondan başqa hal şahidi qismində dəvət edilmiş əvvəllər tanımadığı Şahid14 ilə birlikdə həmin tədbirdə iştirak etmişdir. Onlara izah edilmişdir ki, 17 iyul 2019-cu il tarixdə Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs1 və onunla birlikdə gəlmiş digər şəxslərin gətirdikləri içərisi müxtəlif ərzaqla dolu olan 4 ədəd orta həcmli çantalardan narkotik vasitə, psixotrop maddələrin və sairin aşkar edilməsi faktı ilə əlaqədar toplanmış material müvafiq tədbirlərin davam etdirilməsi məqsədi ilə Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. Həmçinin ona məlum olmuşdur ki, həmin gün keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılan zaman onun üzərindən aşkar edilmiş müxtəlif narkotik vasitə və psixatrop maddələri Biləsuvar rayonu ərazisində Təqsirləndirilən şəxs2 qanunsuz olaraq verərkən Təqsirləndirilən şəxs2 da saxlanılmışdır. Təqsirləndirilən şəxs2 içərisində psixotrop maddə metamfetamin olan “ABC” nişanlı 7 ədəd plastik yuyucu vasitə qutularını ***-***-**-** saylı mobil telefon istifadəçisinə Bakı şəhəri ərazisində təhvil verməli olduğunu bildirmişdir. Odur ki, ona və digar hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Həmçinin onların iştirakı ilə əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün hər birinin çəkisi 129, 130, 130 , 100 , 129 , 133 və 134 qram olan ağ rəngli kristal halda psixotrop maddə sayılan metamfetaminə oxşar maddələr əməliyyat tədbirində istifadə edilməsi məqsədi ilə qablaşdırıldıqları 005834 nömrəli selofan paketdən çıxarılıb hər birinin aşkar edildikləri çəki göstəricilərinin üzərində heç bir işarəverici yazı olmayan “ABC” nişanlı 7 ədəd plastik yuyucu vasitə qutularının daxilinə yerləşdirilmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefona gələn zənglər nəzarətdə saxlanılmış və ona zəng edən şəxslərlə telefon əlaqəsi saxlamaq imkanı yaradılmışdır. Gömrük xidməti əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilmiş və içərisində psixotrop maddə olan həmin 7 ədəd plastik yuyucu vasitə qutularını təhvil almalı olan Təqsirləndirilən şəxs3 oğlunun Yasamal rayonu ərazisində Asan Xidmət Mərkəzinin arxasında gözləməsi məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs3la görüş təyin edilmiş, 17 iyul 2019-cu il tarixdə saat təxminən 19 radələrində qeyd edilən ünvanda Təqsirləndirilən şəxs3 qeyd edilən içərisində psixotrop maddə sayılan metamfetaminə oxşar maddələr olan “ABC” nişanlı 7 ədəd plastik yuyucu vasitə qutularını Təqsirləndirilən şəxs2 təhvil alaraq 200 manat pulu sonuncuya verərkən saxlanılmış və Əməliyyat-İstintaq Baş İdarəsinə aparılmışdır. Bundan sonra Əməliyyat-İstintaq Baş İdarəsində içərisində psixotrop maddə olan 7 ədəd plastik yuyucu vasitə qutuları və 200 manat pul götürülərək qablaşdırılmışdır. Qeyd edilən bütün hərəkətlər barədə gömrük xidməti əməkdaşları tərəfindən müvafiq protokollar tərtib edilmiş, o da, hal şahidi kimi protokolların doğruluğunu təsdiq etmişdir. Məhkəmə iclasında dindirilən Şahid14 yuxarıda qeyd olunan əməliyyat tədbirinin aparılmasında hal şahidi qismində iştirak etdiyini bildirərək, Şahid13 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 18 iyul 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xususatları təsdiq etmiş, Təqsirləndirilən şəxs1 üzünə qarşı sonuncunun İran İslam Respublikasından gətirdiyi əl çantalarında narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olduğunu demiş, bu barədə Təqsirləndirilən şəxs1 «Kamran» adlı şəxsin məlumat verdiyini bildirmişdir (cild 1, iş vərəqi 168-172). Cinayət işinə əlavə edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 iyul 2019-cu il tarixli 18515 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «005834 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi» yazısı olan polietilen paketdəki: - 8 (səkkiz) ədəd polietilen bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkisi 184,181 qr., 183,826qr., 181,013qr., 189,078qr., 197,793qr., 187,468qr., 188,387qr. və 189,306qr., ümumi təmiz çəkisi 1501,052qr. olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir: - 6 (altı) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 129,407qr., 103,670 qr., 127,723 qr., 129,216 qr.,128,099 qr. və 132,873 qr. ümumi təmiz çəkisi 750,988 qr. olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. – 5 (beş) ədəd, üzərində «C- Lax» yazısı olan plastik qablarda, ümumi sayı 297 ədəd (61, 61, 60, 57 və 58 ədəd), üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman pereparatıdır və 297 ədəd həblərdə təsiredici maddəsi metadonun ümumi miqdarı 11,88 qr. təşkil edir (bir həbdə 0,04 qr. metadon olmaqla): - zavod üsulu ilə qablaşdırılmış üzərində «Klonazepam 2 mq yararlıq müddəti 07 2023» yazısı olan 10 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, cəmi 100 ədəd, üzərində «M/D» yazısı həkk olunmuş ağ rəngli dairəvi fomalı həblər klonazepam tərkibli dərman pereparatıdır və 100 ədəd həblərdə təsiredici maddəsi klonazepamın ümumi miqdarı 0,2 qr. təşkil edir (bir həbdə 0,002 qr. klonazepam olmaqla): - 7 (yeddi) ədəd polietilen bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkisi 132,056 qr., 131,113 qr., 128,127 qr., 129,081 qr., 128,290 qr., 99,777qr., 127,494 qr., ümumi təmiz çəkisi 875,938 qr. olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 6 və 7 ədəd bağamalardakı metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısında, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısında və klonazepam «Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr»-in İİİ siyahısına daxildir (cild 1, iş vərəqi 136-140). İş materiallarına əlavə edilmiş 17 iyul 2019-cu il tarixli malların yoxlanılması haqqında protokoldan görünür ki, 17 iyul 2019-cu il tarixdə saat 03:40-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük postunda gömrük xidməti əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 İran İR-dan piyada olaraq Azərbaycan Respublikasına gətirdiyi 4 ədəd əl çantasının içərisindən ayrı-ayrı qablara yerləşdirilmiş külli miqdarda narkotik vasitə olan heroin, külli miqdarda psixotrop maddə olan metamfetamin, «klonazepam 2mq» dərman pereparatı və külli miqdarda narkotik vasitə olan metadon dərman pereparatı aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 7-8). Cinayət işində olan 17 iyul 2019-cu il tarixli şəxslərin saxlanılması, baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 17 iyul 2019-cu il tarixdə, saat 07:00-da Biləsuvar rayonu ərazisində, Biləsuvar–Bakı yolunun kənarında yerləşən «Azpetrol» YDM-nin yaxınlığında Təqsirləndirilən şəxs1 içərisində külli miqdarda narkotik vasitələr, psixotrop maddələr olan 4 ədəd əl çantasını Təqsirləndirilən şəxs2 verərkən və sonuncu həmin əl çantalarını qəbul edərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır (cild 1, iş vərəqi 17-19). İş materiallarına əlavə edilmiş 17 iyul 2019-cu il tarixli şəxslərin saxlanılması, baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 17 iyul 2019-cu il tarixdə, saat 19:40 radələrində Bakı şəhəri Yasamal rayonu N.G.Mustafayev küçəsində, 3 saylı «Asan Xidmət» mərkəzinin arxasında Təqsirləndirilən şəxs2 7 ədəd üzərində «ABC» yazısı yazılmış yuyucu toz qutularına yerləşdirilmiş içərisində külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs3 200 manata satarkən və sonuncu həmin psixotrop maddəni qəbul edərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır (cild 1, iş vərəqi 73-74). Məhkəmə narkoloji ekspertizasının 12 sentyabr 2019-cu il tarixli 539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görulur (cild 2, iş vərəqi 59). Məhkəmə narkoloji ekspertizasının 12 sentyabr 2019-cu il tarixli 540 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görulur (cild 2, iş vərəqi 60). Məhkəmə narkoloji ekspertizasının 12 sentyabr 2019-cu il tarixli 541 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görulur (cild 2. İş vərəqi 61). İş materiallarına əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 19 noyabr 2019cu il tarixli 2369 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 259-260). Ambulator məhkəmə psixiatrik ekspertizasının 19 noyabr 2019-cu il tarixli 2370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 261-262). Ambulator məhkəmə psixiatrik ekspertizasının 19 noyabr 2019-cu il tarixli 2371 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 257-258). Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 23 oktyabr 2019-cu il tarixli Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyrilərinin Azərbaycan Respublikasının dövlət sərhədini keçmələri barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 24 yanvar 2018-ci il tarixdən 17 iyul 2019-cu il tarixə kimi olan müddət ərzində mütəmadi olaraq piyada Azərbaycan Respublikasının ərazisini Biləsuvar sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində tərk edərək, geri qayıtmışdır. Həmçinin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 02 fevral 2017-ci il tarixdən 25 may 2019-cu il il tarixə kimi olan müddət ərzində mütəmadi olaraq piyada Azərbaycan Respublikasının ərazisini Biləsuvar sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində tərk edərək, geri qayıtmışdır. Əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 02 sentyabr 2017-ci il tarixdən 08 iyun 2018-ci il il tarixə kimi olan müddət ərzində bir neçə dəfə Azərbaycan Respublikasının ərazisini Biləsuvar sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində tərk edərək, geri qayıtmışdır. Şahid7 14 fevral 2019-cu il tarixdən 17 iyul 2019-cu il tarixə qədər olan müddət ərzində mütəmadi olaraq piyada Azərbaycan Respublikasının ərazisini Biləsuvar sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində tərk edərək, geri qayıtmış və həmin tarixlər Təqsirləndirilən şəxs1 ölkə ərazisini eyni istiqamətdə tərk edib-geri qayıtdığı tarixlərlə eynilik təşkil etmişdir. Göstərilənlərdən başqa X1, Şahid6 və Şahid5 16 iyul 2019-cu il tarixdə, saat 14:45 radələrində, eyni zaman kəsiyində Azərbaycan Respublikasının ərazisini Biləsuvar sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində tərk etmələri və 17 iyul 2019-cu il tarixdə saat 03:20 radələrində isə Azərbaycan Respublikasına həmin nəzarət məntəqəsindən geri qayıtmaları müəyyən edilmişdir (cild 2, iş vərəqəi 124-146). İş materiallarına əlavə edilmiş «xxxx» MMC-dən götürülmüş 01 ədəd «CD» diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən 02 iyul 2019-cu il tarixdə saat 20:40:48-də telefon zənginin olması müəyyən edilmişdir. Həmçinin baxışla Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin arasında 17 iyul 2019-cu il tarixdə saat 14:16:10-dan həmin gün saat 18:15:21–ə qədər olan müddət ərzində qarşılıqlı olaraq telefon danışıqlarının olması qeydə alınmışdır. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Kamran» və ya «Kabı» adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 17 iyul 2019-cu il tarixdə saat 11:30-dan həmin gün saat 17:33:42 qədər olan müddət ərzində 8 dəfə qarşılıqlı olaraq telefon zənginin olması müəyyən edilmişdir (cild 3, iş vərəqi 14-15). İş materiallarına əlavə edilmiş «xxxx» MMC-dən götürülmüş 01 ədəd «CD» diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 Gülğağa oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 16 iyul 2019-cu il tarixdə saat 23:58:22-dən (Biləsuvar rayonu ərazisində) 17 iyul 2019-cu il tarixdə saat 05:26:57 kimi olan müddət ərzində qarşılıqlı olaraq telefon zənglərinin olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 02 iyul 2019-cu il tarixdə, saat 20:40:48-də, Yevlax rayonu ərazisindən bir dəfə zəng olunmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən «Kamran» və ya «Kabı» adlı şəxsin istifadəsində olan +**********62 saylı mobil telefon nömrəsinə hər hansı zəng edilməmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən «Kamran» və ya «Kabı» adlı şəxsin istifadəsində olan ***-***-**-** (həmin nömrə Biləsuvar rayonu Nizami küçəsi ev 39-da yaşayan Şahin Rəhmətovun adına rəsmiləşdirilmişdir) saylı mobil telefon nömrəsinə 17 iyul 2019-cu il tarixdə, saat 04:27:51-dən həmin gün saat 06:18:04 qədər olan müddət ərzində Biləsuvar rayonu ərazisindən qarşılıqlı olaraq telefon zəngləri olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 18 iyun 2019-cu il tarixdə saat 05:28-30dan, 16 iyul 2019-cu il tarixdə saat 12:56:24 qədər olan müddət ərzində qarşılıqlı olaraq əsasən Biləsuvar, Yevlax, Şəki və sair rayonların ərazilərindən 111 dəfə zəng olunmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinə 19 iyun 2019-cu il tarixdə, saat 20:19:33-dən 16 iyul 2019-cu il tarixdə, saat 14:54:34-də qədər oluan müddət ərzində 39 dəfə zəng olunmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid6 istifadəsində olakn ***-***-**-** saylı mobil telefon nömrəsinə hər-hansı bir zəng və ya sms daxil olmamışdır. Qeyd edilənlərdən başqa baxışla Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 17 iyul 2019-cu il tarixdə saat 14:16:10-dan həmin gün saat 18:15:21–ə qədər olan müddət ərzində qarşılıqlı olaraq telefon danışıqlarının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən «Kamran» və ya «Kabı» adlı şəxsin istifadəsində olan +**********62 saylı mobil telefon nömrəsinə 18 iyun 2019-cu il tarixdə, saat 14:55:49-dan, 10 iyul 2019-cu il saat 12:51:50-ə qədər olan müddət ərzində qarşılıqlı olaraq 10 dəfə telefon zənginin edilməsi müəyyən edilmişdir (cild 3, iş vərəqi 16-17). İş materiallarına əlavə edilmiş 23 oktyabr 2019-cu il tarixli tələbnamələrdən və hökmlərin surətlərindən görünür ki: - Təqsirləndirilən şəxs1 Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiril bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuş və 11 avqust 2017-ci il tarixdə cəzasını çəkib qurtarmışdır; - Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiril bilinib 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 3 ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və 08 iyun 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs3 2004-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, hazırda onun, həmçinin Təqsirləndirilən şəxs2 məhkumluğu mövcud deyildir. Təqsirləndirilən şəxs1 Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiril bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qərarına əsasən, cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunması, bununla əlaqədar məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İstintaq orqanı Şəki Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd olunan hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının 11 avqust 2017-ci il tarixdə başa çatdığını nəzərə alaraq, həmin vaxtdan onun qeyd olunan cinayətə görə məhkumluq müddətinin axımını hesablamış, hazırkı iş üzrə cinayət əməli 17 iyul 2019-cu il tarixdə törədildiyindən, onun residivinin olması, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətməsi barədə nəticəyə gəlmişdir. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı amnistiya aktına əsasən cəza çəkməkdən azad edilmiş şəxslərə münasibətdə qəbul olunsa da, qeyd edilməlidir ki, hazırkı halda da şəxs cəza çəkməkdən vaxtından əvvəl azad edilir. Cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına və Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı bu cür yanaşma ilə Təqsirləndirilən şəxs1 vəziyyətini ağırlaşdırmış, ona, eləcə də digər təqsirləndirilən şəxslərə verilmiş ittihamlarda residivi olan şəxs tərəfindən cinayətin törədilməsini tövsifedici əlamət kimi nəzərə almışdır. Əslində isə, onun məhkumluq müddətinin axımı qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi vaxtdan, yəni Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qərarının qəbul edildiyi gündən hesablanmalıdır. Göstərilənləri ümumiləşdirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab edilməli, bu əsasla «əvvəllər məhkum edilmiş şəxslə» təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olmasına dair tövsifedici əlamət ümumi ittihamdan, cinayətin residivi isə ağırlaşdırıcı hal kimi Təqsirləndirilən şəxs1 ittihamından xaric edilməli, sonuncuya cəzaçəkmə müəssisəsinin növü müəyyən edilərkən də bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmin qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 iyul 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə isə cəzanın başlanğıcı 18 iyul 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixlərdə adları çəkilən şəxslər Azərbaycan Respublikası Dövlət Gömürk Komitəsi Cənub Ərazi Baş gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 17 iyul 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə 18 iyul 2019-cu il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməli, 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.6-cı maddəsinə görə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Yasamal rayon Polis idarəsinə təhvil verilmiş 8 ədəd bükümdə çəkisi 1.500,852 qram təşkil edən narkotik vasitə olan heroin, 13 ədəd bükümdə çəkisi 1.626,526 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 292 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli dərman pereparatı, üzərində “Clonazepam 2 mq” yazısı olan 10 ədəd konvalyutda üzərinə “M/D” yazısı həkk olunmuş 95 ədəd klonazepam tərkibli həblər, üzərində “ABC” yazısı yazılmış 21 ədəd plasmas yuyucu toz qutuları və üzərində “C-LAX” yazısı yazılmış 5 ədəd plasmas dərman qutuları hökm qaununi qüvvəyə mindikdən sonra məhv edilməli, Bakı şəhər Baş Polis idarəsinin Maliyyə-plan şöbəsinə təhvil verilmiş 10 ədəd 20 manatlıq əskinaslardan ibarət 200 manat pul vəsaiti dövlət nəfinə müsadirə edilməli, iş üzrə “xxxx” MMC-dən götürlmüş 1 ədəd “CD” disk və “xxxx” MMC-dən götürülmüş 1 ədəd “CD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları ümumilikdə 176,36 (yüz yetmiş altı manat) 36 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 178 (yüz yetmiş səkkiz) ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, yəni hər birindən 59 (əlli doqquz) manat 33 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işində olan ambulator məhkəmə narkoloji ekspertizasının 12 sentyabr 2019-cu il tarixli 539, 540 və 541 nömrəli rəylərinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır, ərazi Narkoloji kabinetində qeydiyyata alınmaları məsləhət görulur. Cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına və ekspert rəylərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, adları çəkilən təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, onların ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 iyul 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 iyul 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 iyul 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar barədə məsələ aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Yasamal rayon Polis idarəsində saxlanılan 8 ədəd bükümdə çəkisi 1.500,852 qram təşkil edən narkotik vasitə olan heroin, 13 ədəd bükümdə çəkisi 1.626,526 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 292 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli dərman preparatı, üzərində “Clonazepam 2 mq” yazısı olan 10 ədəd konvalyutda üzərinə “M/D” yazısı həkk olunmuş 95 ədəd klonazepam tərkibli həblər, üzərində “ABC” yazısı yazılmış 21 ədəd plastmas yuyucu toz qutuları və üzərində “C-LAX” yazısı yazılmış 5 ədəd plastmas dərman qutuları məhv edilsin; - 10 ədəd 20 manatlıq əskinaslardan ibarət 200 manat pul vəsaiti dövlət nəfinə alınsın: - “xxxx” MMC-dən götürlmüş 1 ədəd CD disk və “xxxx” MMC-dən götürülmüş 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 178 (yüz yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, yəni hər birindən 59 (əlli doqquz) manat 33 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-162/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-162/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver