Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1620/2021 16.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X6 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində "həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan 01 ədəd bükümdə metamfelamin, 01ədəd bükümdə narkotik vasitə heroin və 05 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, 20.05.2021 -ci il tarixdə saat 19.45 radələrində Qaradağ RPİ-nin 38-ci PB-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, “Stansiya Qaradağ'1 deyilən ərazidə yerləşən avtomobil təmir sexinin yaxınlığında saxlanılaraq 38-ci PB-nə gətirilmiş. PB-də dəvət edilmiş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 03 ədəd siqaretin gümüşü rəngli, 02 ədəd siqaretin göy rəngli kağız kəsiyində 0,175qram, 0,089qram, 0,088qram, 0,052qram, 0,117qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd ağ rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2.093qram psixolrop maddə olan metamfetamin, 01 ədəd siqaretin qızılı rəngli kağız bükümündə təmiz çəkisi 0,828qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 10 ildir narkotik vasitə olan marixuanadan istifadə edir. Bu vaxta qədər bir dəfə şüşə deyilən psixotrop maddə olan metamfetamin çəkmişdir. Narkotik vasitələri əsasən Hacıqabul rayonu ərazisində üzdən tanıdığı, lakin anket məlumatları barədə heç nə bilmədiyi bir-iki nəfərdən əldə edib istifadə edir. Sonuncu dəfə 19 may 2021-ci il tarixdə həyat yoldaşı Hacıqabul rayonundan olduğu üçün həyat yoldaşı və övladlarını qayınanasıgilə, yəni Hacıqabul rayonuna aparmışdır. Orada olan zaman Hacıqabul rayon sakini, üzdən tanıdığı, bir nəfərdən 01 ədəd kibrit qutusunda 03 ədəd bükümdə müxtəlif narkotik vasitələri 100 manata almışdır. Həmin kibrit qutusunun içərisində 01 ədəd bükümdə narkotik vasitə olan heroin, 01 ədəd bükümdə narkotik vasitə olan marixuana, 01 ədəd bükümdə şüşə olan metamfetamin olduğunu görmüş, həmin kibrit qutusunu cibinə qoyub Bakı şəhərinə qayıtmışdır. Evə gəldikdən sonra 01 ədəd bükümdə olan marixuananı 05 ədəd bükümlərə bölüb kibrit qutusunda saxlamış, az bir hissəsini də istifadə etmişdir. 21 may 2021-ci tarixdə işlədiyi Qaradağ rayonu. Sahil qəsəbəsi, "Stansiya Qaradağ'' deyilən yerdə avtomobil təmir sexinin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə özlərini təqdim edən polis əməkdaşları onun kim olduğunu soruşmuşdur. O da özünü təqdim etmiş, bundan sonra polis əməkdaşları onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Polis bölməsinə dəvət etmişlər, o da polis əməkdaşları ilə birlikdə Polis bölməsinə getmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Daha sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. O da əynində olan tiind boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək masanın üzərinə qoymuş və kibrit qutusunda narkotik vasitələr olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş 15 manat pul özünə qaytarılmışdır. O, həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün saxlamışdır. Heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 20.05.2021 ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Stansiya Qaradağ deyilən ərazidə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, daşınması, satışı ilə məşğul olması, arasıra üzərində narkotik vasitə və psixotrop maddə saxladığı üçün əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 38-ci PB-in rəisinə raportla müraciət edilmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun və Qaradağ RPİ-nin 38-ci PB-in CA üzrə əməliyyat müvəkkilləri, Şahid3 və Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra 20 may 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu. Sahil qəsəbəsi, "Stansiya Qaradağ1' deyilən ərazisində yerləşən avtomobil sexinin yaxınlığında bir nəfər şəxsin zahiri əlamətləri ilə Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar da həmin şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün bölməyə gətirilmişdir. Bölmədə həmin şəxsin xx.xx.1980-cı ildə Cəlilabad rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-in rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Şükür Şıxıyevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli idman şalvarın qabaq sağ cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Kibrit qutusunun içərisi açılmış, kibrit qutusunun içərisindən 03 ədəd siqaretin gümüşü rəngli, 02 ədəd siqaretin göy rəngli kağız kəsiyi, 01 ədəd ağ rəngli sellofan büküm, 01 ədəd siqaretin qızılı rəngli kağız büküm aşkar olunmuşdur. Bükümlərin içərisinə baxdıqda 03 ədəd siqaretin gümüşü rəngli və 02 ədəd siqaretin göy rəngli kağız kəsiyinin içərisində ot şəklində, narkotik vasitə olan marixuanaya bənzər kütlə, 01 ədəd siqaretin qızılı rəngli kağız bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd ağ rəngli sellofan bükümün içərisində kristal şəklində psixotrop maddə metanfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 03 ədəd 5 manatlıq pul əskinası aşkar olunmuşdur. Sonra içərisində narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələr zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul əskinasları özünə qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-in CA üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 da şahid Xəyyam Heydərovun ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 21 may 2021 -ci il tarixli 7/472 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən” yazılar və imzalar olan zərfdə bir ədəd kibrit qutusunda 5 ədəd kağız bükümlərdə (3 ədəd gümüşü, 2 ədəd göy rəngli) ayrı- ayrılıqda təmiz çəkiləri - 0,175qram: 0,089qram; 0,088qram; 0,052qram: 0.117qram, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi- 0,521 qramdır. - Təqsirləndirilən şəxs üzərindən götürülmüş 5 ədəd kağız bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuanaların ümumi təmiz çəkisi-0,521 qram, tədqiqata istifadə olundu cəmi-0,lqram (hər obyektdən 0,02qram), qalıq -0,421 qram. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 21 may 2021-ci il tarixli 6/2001 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №47" dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd (kibrit qutusu) 01 ədəd qızılı rəngli büküm 01 ədəd sellofan büküm....” yazı və imzalar olan zərfdə təmiz çəkisi 2,093 qram ağ kristalşəkilli maddə psixotrop maddə- metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 0,828 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrik-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,828 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 0,778 qram, Metamfetaminin təmiz çəkisi-2,093 qr, tədqiqata sərf edilən miqdar- 0,05 qram, qalıq -2,043 qram. Cinayət işinin materiallarına əlavə edilmiş narkoloji ekspertizasının 13.07.2021-ci il tarixli 2298 nömrəli rəyinəndən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20.05.2021 -ci il tarixli protokoldan görünür ki, 20.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmış və Təqsirləndirilən şəxs əyinində olan tünd boz rəngli idman şalvarın qabaq sağ cibindən 01 ədəd kibrit qutusunu masanın üzərinə qoymuş, kibrit qutusunun içərisində olan 03 ədəd siqaretin gümüşü rəngli və 02 ədəd siqaretin göy rəngli kağız kəsiyinin içərisində ot şəklində, narkotik vasitə olan marixuana, 01 ədəd siqaretin qızılı rəngli kağız bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə olan heroin və 01 ədəd ağ rəngli sellofan bükümün içərisində kristal şəklində psixotrop maddə metanfetamin aşkar edilmişdir. Tяqsиrlяndиrиlяn шяxs Təqsirləndirilən şəxs oьlunun əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azяrbaycan Respublиkasы Cиnayяt Mяcяllяsиnиn 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi olmadan öz istifadəsi üçün saxladığı barədə ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin ayrı-ayrı növlərə aid olduğu, psixotrop maddə olan metamfetaminin külli miqdarda olduğu, habelə marixuananın xırda bükümlərə bölünməsi onun həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İham Soltanov qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azяrbaycan Respublиkasы Cиnayяt-Prosessual Mяcяllяsиnиn 145.1-ci maddяsиnə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azяrbaycan Respublиkasы Cиnayяt-Prosessual Mяcяllяsиnиn 146.1-ci maddяsиnə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Азярбайъан Республикасы Али Мящкямяси Пленумунун “Наркотик васитялярин, психотроп маддялярин вя йа онларын прекурсорларынын ганунсуз дювриййясиня даир ъинайят ишляри цзря мящкямя тяърцбяси щаггында” 04 март 2011-ъи ил тарихли гярары иля тягсиркар шяхсин наркотик васитяни сатмаг ниййятиндя олмасыны мцяййян етмяк цчцн башга сцбутларла вя наркотик васитялярин мигдары иля йанашы тягсиркарын истещлакчы иля яввялъядян разылыг ялдя едилмяси, наркотик васитялярин чякилиб хырда баьламалара бцкцлмяси вя ишин диэяр щалларынын нязяря алынмасы мящкямяляря тювсийя едилмишдир. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs qızının himayəsində iki azyaşlı uşaqları – 30 noyabr 2011-ci il təvəllüdlü X10 оьлу və 07 noyabr 2016-cı il təvəllüdlü X3, bir yetkinlik yaşına çatmayan uşağı- 20 avqust 2006-cı il təvəllüdlü X4 vardır. Məhkəmə Təqsirləndirilən şəxs щимайясиндя iki azyaşlı və бир yetkinlik yaşına çatmayan ушаьынын олмасыны Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-ъу maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə тягсирли билинərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki əməlini Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 fevral 2012-ci il tarixli qərarından görünür ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi иlя mцяyyяn mцddяtя азадлыгдан мящрум етмя нювцндя ъяза тяйин едилмяли, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 20 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 0,778 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi - 0,421 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi - 2,043 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs оьлу Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 234.4.3-cü maddəsində нязярдя тутулмуш ъинайят əməlinin тюрядилмясиндя тягсирли билинсин və ona 05 (beş) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs оьлунун cəzaçəkmə müddətinin яввяли 20 may 2021-ci ил тарихдян щесаблансын, барясиндя сечилмиш щябс гятимкан тядбири щюкм гануни гцввяйя минянядяк дяйишдирилмясин. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutların saxlanmsı kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 0,778 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi - 0,421 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi - 2,043 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Щюкмдян elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (ийирми) эцн мцддятиндя Бакы Аьыр Ъинайятляр Мящкямяси васитяси иля Bakı Апеллйасийа Мящкямясиня апеллйасийа шикайяти вя йа апеллйасийа протести вериля биляр. Щюкмдян апеллйасийа гайдасында протест вя йа шикайят верилмядикдя, щюкм щямин мцддят баша чатдыьы вахтдан сонракы эцн гануни гцввяйя минир.
Məhkəmə qərarları › İş №1(101)-1620/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1620/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver