Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1620/2022 22.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, mərhum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqi varisi (müvafiq olaraq oğlu, qardaşı) X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, evli, Biləsuvar rayonunun Bağbanlar kəndində qeydiyyatda olmaqla Rusiya Federasiyasının Sorotov vilayətində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs2 əxlaqsızlıqla məşğul olmalarını, bu halın onun adına ləkə gətirdiyindən onların bu işlərdən əl çəkmələri barədə söhbət etmək və bacısı Zərərçəkmiş şəxs2 özü ilə birlikdə yaşamaq üçün Rusiya Federasiyasına aparmaq məqsədilə 13 dekabr N9-cu il tarixdə saat 00:50 radələrində onların yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, “Uğur” yaşayış kompleksi, 25/95 saylı məhəllə, bina 8, mənzil 71 ünvanına gəlib anası və bacısı ilə görüşüb məqsədini bildirdikdə həmin vaxt aralarında yaranmış ailə münaqişəsi zəminində əvvəlcə anası Zərərçəkmiş şəxs1 bacısı Zərərçəkmiş şəxs2 gözü qarşısında sonuncuya xüsusi əzab verməsini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə evdən götürdüyü mətbəx bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuş, onun bu hərəkətlərinin qarşısını alıb anasını xilas etməyə çalışmaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 da anası Zərərçəkmiş şəxs1 gözü qarşısında qızını öldürməməsinə dair yalvarışlarına məhəl qoymayaraq xüsusi əzab verməsini dərk edərək müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə həmin bıçaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuş, həmin zərbələr ilə Zərərçəkmiş şəxs1 hər biri ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid, sifətin sağ yarısının 2 (iki) ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçməyən 2(iki) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 3 (üç) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna keçməyən 2 (iki) ədəd, qarının sol yarısının ön-yan divarının qarın boşluğuna keçməyən 1 (bir) ədəd, sol bel nahiyəsinin qarın boşluğuna keçməyən 2 (iki) ədəd, sol bazu oynağı nahiyəsinin1 (bir) ədəd, sol bazunun 2 (iki) ədəd, sol saidin 1 (bir) ədəd, sol əlin arxa səthinin 1 (bir) ədəd, sağ bazu oynağı nahiyəsinin 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd, sağ mil-bilək oynağı nahiyəsinin 1 (bir) ədəd olmaqla cəmi 21 ədəd kəsilmiş deşilmiş yaraları, ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəli olan, sol ümumi yuxu arteriyasının, sol vidaci venanın, traxeyanın və qida borusunun yaralanmasına səbəb olan boyunun ön və sol yan səthinin 2(iki) ədəd; ağciyərlərin yaralanmasına və ikitərəfli pnevmohemotoraksa (sol və sağ döş boşluğuna hava və qanın yığılmasına) səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən 6(altı) ədəd, sağ yarısının ön səthinin döş boşluğuna keçən 3(üç) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən 3 (üç) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna keçən 1 (bir) ədəd; peritonun, nazik və yoğun bağırsaqların yaralanmasına səbəb olan qarının sol yarısının ön divarının qarın boşluğuna keçən 1 (bir) ədəd; sol bel nahiyəsinin qarın boşluğuna keçən 2 (iki) ədəd olmaqla cəmi 18 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürmüş, həmçinin həmin bıçaqla yetirdiyi zərbələr ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid, sağ qulaq seyvanının sağ gicgah nahiyəsinə doğru uzanan 1 ədəd, boyunun sağ yan səthinin 2 ədəd, arxa səthinin 3 ədəd, sağ bazunun 2 ədəd, cəmi 8 ədəd deşilmiş-kəsilmiş yaraları, ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəli olan sağ və sol ümumi, daxili və xarici yuxu arteriyalarının, vidaci venaların, udlağın, qida borusunun, yaralanmasına səbəb olan, boyunun, sağ yan səthinin 4 ədəd, arxa səthinin 2 ədəd, ürəyin və ağciyərlərin yaralanmasına, ikitərəfli pnevmohemotoraksa (sol və sağ döş boşluğuna hava və qan yığılmasına) səbəb olan döş qəfəsinin sağ yarısının ön səthinin 2 ədəd, sol yarısının ön səthinin 1 ədəd, bayır səthinin 1 ədəd; döş qəfəsinin sağ yarısının arxa səthinin 4 ədəd, sol yarısının arxa səthinin 1 ədəd döş boşluğuna keçən cəmi 15 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla öldürməklə iki şəxsi qəsdən öldürmüş, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxx 1997-ci il tarixdə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olmuşdur. X1, anası X14 olmuş, atası son dərəcə ailəsinə bağlı insan olmuş, halal zəhməti ilə ailəsini dolandırmışdır. O, yetkinlik yaşlarına çatanadək atasının nədən vaxtsız vəfat etdiyini, Fatmanın taleyinin necə olduğunu tam dərk edə bilməmişdir. O, ailənin sonbeşiyi olmuş, anadan olmazdan təxminən 3-4 ay əvvəl atası 37 yaşında qəflətən vəfat etmişdir. Sonradan o, yetkinlik yaşına çatanda böyük bacı-qardaşının danışıqlarından ona məlum olmuşdur ki, Fatma atasının hələ sağlığında ona xəyanət etmiş, belə demək mümkünsə atasına, uşaqlarına əhəmiyyət vermədən, nə qohuməqrabadan, nə də kənd sakinlərindən utanıb-çəkinmədən, onların kəndi ilə həmsərhəd olan Bəydilli kəndində yaşayan adını bilmədiyi ailəli bir kişi ilə, görüşmüş, onun əxlaqsızlığı bütün kənd sakinlərinə məlum olmuşdur. Öz yaxınlarının tənbehlərini belə qulaqardına vurub açıqaşkar əxlaqsızlıq etmiş, atası bunu özünə dərd edərək, daim xəcalətlə yaşamış, dərddən dünyasını dəyişmişdir. Atasının vəfatından sonra, onun təxminən 11-12 yaşı olanda Fatma onları- dörd uşağını kimsəsiz buraxıb həmin adama qoşulub getmiş, o şəxsin özünün ailəsi olduğuna baxmayaraq onlarla birgə yaşamış, onları kənd yerində taleyin ümidinə buraxmışdır. Böyük bacısı Gülşən 16-17 yaşında özü hələ uşaq olmasına baxmayaraq onlara analıq etmiş, qardaşı Cavid 14-15 yaşında onlara ata əvəzi olmuş, əmilərinin, bibilərinin himayəsində birtəhər yaşamışlar. Fatma mərhum atalarının vəfatı ilə əlaqədar onlara təyin olunmuş ailə başçısını itirməyə görə verilən müavinət kartını da özü ilə aparıb getmiş, onları həmin puldan da məhrum etmişdir. Ona görə də bu günə kimi nə o, nə də böyük bacı-qardaşları Fatmanın bu hərəkətlərinə görə ona ana deməmiş, onu onları atdığı vaxtdan ana kimi tanımamışlar. İstər o, istərsə də digər bacı-qardaşı ana nəvazişi yox, ana məhrumiyyəti görmüş, uşaqlıq dövründə onun bu hərəkətini tam başa düşə bilməmiş, amma böyüdükcə daxilən xəcalət çəkmiş, həmyaşıdları içərisində həmişə başı aşağı olmuş, bəzən qulaqları eşidə-eşidə ona anası pozğun, filankəsin oğlu deyildiyini eşitmişdir. Fatma onları atıb getdikdən bir az sonra dəqiq bilmədiyi tarixdə bacısı Gülşənin ərizəsi əsasında Biləsuvar rayon məhkəməsinin qərarı ilə Fatma analıqdan rəsmi məhrum edilmişdir. Onlar iki bacı, iki qardaş talehləri ilə barışaraq, Fatmanı həyatlarından silib öz həyatlarını yaşamış, onunla heç birinin əlaqələri olmamışdır. Sonradan o, Fatmanın qoşulub getdiyi, özü kimi əxlaqsızın biri olan həmin şəxslə də münasibətləri pozularaq ondan ayrılıb Bakıya getdiyini, orada pozğunluqla məşğul olduğunu və gündəlik təsadüfi qazancla dolandığını eşitmişdir. Onun bildiyinə görə Fatmanın yaxınlarından heç kimlə əlaqəsi olmamış, bütün bu biabırçılıqdan sonra onunla əlaqə saxlamaqdan imtina etmişlər. O, orta məktəbin yuxarı siniflərində olanda, təxminən 10-11 yaşlarında idmana həvəsi yarandığına görə rayonda boks təlimlərinə getməyə başlamışdır. Boksa olan həvəsi və məşqçiləri onun gələcəkdə yaxşı boksçu olacağını bildirib daha ciddi hazırlaşmaqdan ötrü Bakı şəhərinə gəlməyi təklif etmişlər. O, təxminən N2-ci ildə Bakı şəhərinə gəlmiş, bir müddət bibiləri Sevil və Göyçəyin evlərində yaşamış, sonralar isə müxtəlif ünvanlarda kirayədə yaşamağa başlamış və boksla «Gilan», «Təhsil» idman cəmiyyətlərində məşğul olmuşdur. Müxtəlif respublika yarışlarında iştirak etmiş, dəfələrlə diplomlarla təltif olunmuşdur. Bakıda yaşadığı və idmanla məşğul olduğu dövrdə Rusiyada Saratov şəhərində yaşayan əmisi Vüqar Niftiyev ona arabir maddi köməklik etmiş, onun boksla məşğul olmasını, gələcəkdə peşəkar idmançı olmasını istəmişdir. Onun özünün həmin illərdə başqa qazancı olmamış, qardaşı Cavid öz ailəsini çətinliklə dolandırmış, arabir imkanı çatan köməklik etmişdir. O, hələ rayonda olanda təxminən N4-N5ci illərdə eşitdiyinə görə Fatma kənddə yaşayan bəzi tanışlarının vasitəsilə bacısı Elgünlə əlaqə saxlayıb onunla görüşmüş, onu öz yanına aparmaq üçün dilə tutmuşdur. Böyük bacısı və qardaşı, həmçinin əmiləri və bibiləri buna mane olmağa cəhd etmiş, lakin Fatma Elgünü yoldan çıxarıb öz yanına Bakı şəhərinə apara bilmişdir. Əvvəlcə həm onlar özləri ,həm də yaxınları elə zənn etmişdir ki, yəqin Fatma Elgünü aparıb özü saxlamaq, onun ehtiyaclarını öz üzərinə götürmək, yəni günahlarını başa düşüb heç olmazsa Elgünə həqiqətən də analıq etmək niyyətində olmuşdur. Amma, sonradan baş verənlər, yəni onların hər ikisinin əxlaqsız həyat tərzi, kafelərdə, çay evlərində günəmuzd xidmət edib təsadüfi qazancla dolanmaları təsdiq etmişdir ki, Fatmanın Elgünü dilə tutub aparmaqda, özü də 18 yaşa çatdıqdan sonra yanına aparmaqda niyyəti tamam başqa olmuşdur. Onların barəsində eşitdiklərindən sonra onlar başa düşmüşdür ki, Fatma əgər həqiqətən də Elgünə analıq etmək fikrində olsa idi, yəqin ki, onu uşaq vaxtalarında aparıb saxlaya, qayğısına qala, ehtiyaclarını üzərinə götürə bilərdi. Məlum olmuşdur ki, sən demə o, artıq özü qocalmış, əxlaqsızlıqla pul qazanmaq, kafelərdə işləmək üçün gücünü itirdiyinə görə ona bu işdə qazanc gətirə bilən cavan köməkçi lazım olmuşdur ki, onu işlədib, yəni Elgünü ayrı-ayrı adamlara satıb onun pulu ilə dolana, kirayə pulunu ödəyə bilsin. Onun eşitdiyinə görə öz yaxınları, bacı- qardaşları da ailənin namusunu ləkələdiyinə, əxlaqsız həyat tərzi keçirdiyinə görə Fatmadan üz döndərmiş, bütün qohumları ondan imtina edib heç kim onu yaxına buraxmayıb, bütün əlaqələrini kəsmişlər. Onun bildiyinə görə Fatmanın doğma qardaşı Alim bacısının bu biabırçılığı üzündən rayonda olan evini satıb rayonu tərk etməyə məcbur olmuşdur. Hadisədən sonra istər atası tərəfdən və istərsə də anası tərəfdən yaxınları da Fatmanın və Elgünün meyitlərini qəbul etməkdən imtina etmiş, onların Biləsuvarda kənddə dəfn edilməsi və mərasim keçirilməsinə razılıq verməmiş, hər ikisi Bakı ətrafında, Hövsan qəsəbəsi yaxınlığında kimsəsizlər qəbiristanlığında dəfn edilmişdir. O, N5-ci ilin aprel ayında hərbi xidmətə çağırılmış, Qəbələ rayonunda Daxili Qoşunların hərbi hissəsində xidmətdə olmuş, N6-cı ilin axırlarında hərbi xidmətdən buraxılmışdır. Hərbi xidmətdən buraxıldıqdan sonra yenə də bir müddət, təxminən 1-2 ay Bakı şəhərində ayrı-ayrı yerlərdə kirayədə yaşayaraq idmanla məşğul olmuşdur. X24 təklifi ilə N7-ci ilin təxminən aprel ayında işləmək üçün Rusiyaya yollanmış, orada Saratov şəhərində əmisinin yanında işləmiş, həm də boksla məşğul olmuşdur. Son dövrdə isə həmin şəhərdə «Turbaza» kimi tanınan istirahət mərkəzində mühafizəçi kimi işləyib özünü dolandırmışdır. N8-ci ildə əslən onların rayonundan olan, lakin Saratovda yaşayan azərbaycanlı ailədən olan bir qızla rəsmi nikahla ailə qurmuş, kirayəyə mənzil götürüb yaşamışdır. Rusiyada yaşadığı müddətdə bacısı Gülşənlə tez-tez əlaqə saxlamış, eləcə də qardaşı Cavidlə də telefon əlaqəsi saxlayıb, hal-əhval tutmuşdur. Gülşənlə əlaqə saxlayarkən Elgün haqqında da soruşmuş, əlaqə saxlayıb-saxlamadıqlarını, nə işlə məşğul olması ilə maraqlanmışdır. Hiss etmişdir ki, Gülşən Elgünlə bağlı həmişə onunla qısa danışıq aparmış, söhbətdən yayınmışdır. O da narahatlıq yaratdığına görə Elgünün məşğuliyyəti ilə bağlı təkidlə soruşduqda danışığından başa düşmüşdür ki, Elgün Fatmanın təsiri altındadır, naməlum oğlanlarla oturub-durur, telefonu vasitəsilə internetdə açıq, çılpaq şəkillər paylaşır. Sonradan o, özü də onun bir neçə şəklini instaqram sosial şəbəkəsində görmüşdür. Həmin şəkillərdə o hamam xalatında açıq geyimdə, oğlanlarla bir yerdə əxlaqsız görüntülər paylaşmış və bunu dəfələrlə etmişdir. Gülşənin dediyinə görə bir neçə dəfə Elgünə təkid edib şəkilləri yığışdırmasını tələb etmiş, amma sonradan başqa adlarla Elgün yenə də həmin hərəkətlərini davam etdirmiş, heç kimin məsləhətinə qulaq asmamışdır. Gülşənlə qardaşı Cavidlə və bibisi oğlu Rəşadla söhbətlərdən ona aydın olmuşdur ki, Elgün Fatmadan ayrılmasa onun yanında pozğun həyat yaşayıb məhv olacaq, Fatmanın taleyini təkrar edəcəkdir. Ailənin iki son beşiyi kimi, uşaq vaxtı daim birgə olub bir-birilərinə bağlandıqlarına görə o Elgünün yaşadığı həyatı, onun davranışını qətiyyən qəbul edə bilməmiş, onun Fatmanın pis mənada davamçısı olması ilə barışmaq istəməmiş və istənilən yolla onu Fatmadan ayırıb öz yanına, Rusiyaya aparmağı fikirləşmiş və bunu bacı-qardaşına da demiş, onlar da buna razı olmuşlar. N9-cı ilin dekabr ayının əvvəllərində eşitmişdir ki, bacısı Gülşən ağır xəstələnib əməliyyat olunmalıdır, amma maddi imkanları olmadğına görə o, öz minik maşınını girov qoyub təxminən 3000 manata yaxın pul düzəldib Azərbaycana gəlmişdir. Gülşən əməliyyat olduqdan sonra həm xəstəxanada, həm də evdə hər gün ona baş çəkmiş, Elgünlə görüşmək, onu öz yanına aparmaq planını onunla məsləhətləşmişdir. Gülşəndən Fatmanın telefonunu öyrənib onunla danışmış, görüşmək istədiyini bildirmiş, Elgün ona yaşadığı evin yerini bildirmişdir. 12 dekabr N9-cu il tarixdə saat təxminən 18-19 radələrində, hava qaralanda o, Fatmaya zəng edib gəlmək istədiyini bildirmiş, o binanın yerini ona başa salmış, Bakıxanov qəsəbəsində «Akkordun» binaları kimi tanınan binada olduğunu bildirmiş, bloklarda nömrə yazılmadığına görə həyətdə onu gözləyəcəyini demişdir. O, xx.xx.2021-ci il tarixdə təxminən saat 18-19 radələrində Fatmanın və bacısı Elgünün yaşadığı Akordun binaları deyilən yerə getmiş və binanın həyətində Fatma onu qarşılamış, həyətdən mənzilə Fatma ilə birlikdə qalxmışdır. Elgün evdə olmamış, Fatma tək olmuş, onu çox soyuq qarşılamış, ilk sözü: “niyə gəlibsən?” olmuşdur. O, Elgünün yanına gəldiyini bildirmiş, Fatma isə: “Elgün işdədir, hələ gəlməyib, bir saata gələcək” demiş, Fatma ona təklif etməsə də, özü keçib mətbəxdə oturmuşdur. Onunla danışmağa həvəsi olmamış və fikirləşmişdir ki, Elgün gəlsin onunla danışsın. Fatma onunla acıqla danışmağa başlamış, ”Elgün indi yadına düşüb, neynirsən onu, işləyib özünü dolandırır, heç kimə ehtiyacı yoxdur” demişdir. Onun danışıqlarını tam yadında saxlamamış, amma boş-boşuna çox danışdığını görmüşdür. Fatmaya Elgünü aparmağa gəldiyini, özü ilə aparacağını deyəndə o dəliyə dönmüş, qışqıraqışqıra: “Elgün heç yerə getməyəcək, çıx get burdan” demiş və açıq biabırçı sözlərlə dur mənzildən çıx və sair deyiləsi mümkün olmayan sözlərlə onu hətta zorla çıxarmaq istəmişdir. Bir neçə dəfə özündən kənara itələyib sakitləşməsini, Elgünün gəlişini gözləməsini təklif etmiş, özü gəlsin onunla söhbət etsin, istəməzsə çıxıb gedəcəyini demişdir. O, hər dəfə onu özündən kənara itələyərkən bir-iki dəfə yıxılmış, qalxıb əlinə keçən qablarla, döşəmə silənlə onu vurmuşdur ki, mənzildən çıxsın. O da əlində olanları alıb kənara tullamış, səsini qonşuların eşidəcəyini bildirmiş, sakitləşməsini təklif etmişdir. Fatma ona deyəndə ki, Elgün işləyib özünü dolandırır, əsəbini saxlaya bilməyib:” internetdə şəkillərindən necə işləyib dolandığı görünür” demişdir. Bunu eşidən kimi Fatma qışqıraraq: “Elgün lap əcəb edir, yaxşı edir, özü bilər kimlərlə nə edir, necə oturub-durur, necə pul qazanır” demiş, onun üzünə ağlına gətirmədiyi biabırçı söyüşlər deməyə başlamış, o onun bu səviyyədə pozulduğunu təsəvvür etməmişdir. O, Fatmanın bu danışıqlarından, işlətdiyi sözlərdən başa düşmüşdür ki, bu adam üçün artıq nəinki əxlaq, abır-ismət deyilən heç nə qalmayıb, Elgün ona nə yolla olur-olsun pul gətirən biri kimi lazımdır. Bir az vaxt keçdikdən sonra onların mübahisəsinin gərgin vaxtında Elgün gəlmiş, hiss etmişdir ki, onun gəlişi Elgünün də ürəyincə deyildir, onu çox soyuq qarşılamış, amma mətbəxdə oturub söhbət etməyə başlamışlar. Onun Elgünə ilk iradı o olmuşdur ki, nəyə görə internetdə yarıçılpaq, oğlanlarla şəkillər paylaşmışdır. Elgün cavabında ona bildirmişdir ki, “özüm bilərəm, heç kimə hesabat verməli deyiləm, öz həyatımı yaşayıram, sən kimsən ki, mənim işimə qarışırsan.” O da ona sənin qardaşınam, sən uşaqsan belə işlər sənə yaraşmaz demiş, cavabında əsəblə ona üzünü tutub demişdir ki, bəlkə bu günə kimi sən məni saxlayıbsan, ya başqa bacı qardaşım mənə bir qəpik pul verib saxlayıb, məni Fatma saxlayıb, onun yanından heç yana gedən deyiləm demişdir. O, “Elgün, bacı qardaşının vəziyyətini yaxşı bilirsən, onları özlərini saxlaya bilmirlər, sənə nə kömək edə bilərlər” demiş, Elgünü dilə tutmaq üçün uşaq vaxtı anasız birgə böyüdüklərini, bir-birilərinə necə həyan olduqlarını, acı uşaqlıq xatirələrini xatırlatmağa çalışsa da, artıq başa düşmüşdür ki, Fatma Elgünün də həyatını məhv etmiş, onun beynini pozmuş, onu düz yola qaytarmaq, Fatmadan ayırmaq çox çətin olacaqdır. Fatma qonşu otaqda eşidəndə ki, o Elgünü dilə tutur onunla getsin, birdən-birə mətbəxə tərəf gələrək, nəinki qadına, insana belə yaraşmayan əxlaqsız ifadələr işlətməyə, birbaşa üzünə təhqiredici sözlər deməyə başlamış, amma o onun söyüşlər söyməsinə əhəmiyyət verməməyə, özünü əsəbləşməkdən qorumağa çalışmış, çünki məqsədinin dava-dalaş salmadan Elgünü dilə tutub aparmaq olmuşdur. Təxminən yarım saata yaxın söhbət etdikdən sonra Elgün nədən ötrüsə marketə yollanmış, arada yaranmış sakitlikdən istifadə edib Fatmaya yalvarmağa başlamış, söz vermişdir ki, Elgünü aparsın, bir daha onunla qarşılaşmayacaqdır. O, Fatmaya özün öz taleyini məhv etdin, ailəmizin adını batırdın, bundan sonra da nə qələt edirsənsə özün bilərsən, qoy bu uşağı aparım, onun adı ləkələnməsin, öz yanımda saxlayaram demişdir. O, bunu deyəndə Fatma sən kimsən ki, onu saxlayasan, sən bilirsən o heç sənin bacın deyil, o, başqa kişidəndir demiş, Fatmadan bunları eşitmiş, sanki bir anlıq beyni pozulmuş, ona üzünü tutub: “Sən hətta atamızın sağlığında da pozğunluq edibsən ?” deyə soruşmuşdur. O həyasızcasına: ” hə etmişəm, əcəb etmişəm” demiş, ardınca da mərhum atasının ünvanına ağzına gələn söyüşlər deməyə, nalayiq ifadələr işlətməyə başlamış, əsəbindən onun başına bir yumruq vurmuş, o mətbəxin qapısı tərəfə yıxılmışdır. Fatmanın ayağa qalxıb ani olaraq haradansa bıçaq götürdüyünü o bilməmiş, sağ çiyninə ağrılı zərbə dəyəndə bilmişdir ki, Fatma onu vurmuş, Fatmada bıçaq olduğunu o zənn etməmiş, amma sağ çiyninin sümüyünə nəyinsə dəydiyini hiss edəndə və isti qan axdığını gördükdə başa düşmüşdür ki, Fatma onu bıçaqla vurmuşdur. Yenə də vurmağa cəhd edəndə bıçağı onun əlindən almış, bundan sonra nə baş verdiyini, ona neçə bıçaq zərbəsi vurduğunu dərk etməmişdir. Elgün mənzilin qapısını açıb içəri daxil olduqda sanki ayılmış, o Fatmanın qan içində olduğunu görüb üstünə gəlmiş, qışqıra-qışqıra əlləri ilə onu vurmağa, Fatmanı əlindən almağa çalışmışdır. Bu zaman dönüb Elgünə neçə bıçaq vurduğunu bilməmiş, sanki yuxuda olmuş, nə etdiyini başa düşməmişdir. Bıçaq zərbələrinin təsirindən hər ikisi cansız halda döşəməyə yıxılıb qalmış, hiss etmişdir ki, hər ikisi ölübdür. Fatma qonaq otağının qapısının yaxınlığında, Elgün mətbəxdə yıxılmış, bıçağı tullayıb vanna otağına keçmiş, əlini yuyub gödəkcəni axtarmışdır ki, geyinib mənzili tərk etsin. Görmüşdür ki, gödəkcəsi Elgünün əynindədir, o marketə düşəndə onun gödəkcəsini geyinmişdir. Gödəkcəni götürmədən, əynində olan qısaqol köynəkdə mənzili tərk edib qapısını bağlamış və binanı tərk edib həyətə düşmüşdür. Təxminən saat 01 radələrində, bir neçə dəqiqə açıq havada özünə gəldikdən sonra taksi axtarmağa başlamış, amma həyətdə taksi olmadığını görüb binalardan bir az kənarda yerləşən dairəyə getmiş, orada dayanmış tanımadığı bir taksi sürücüsü ilə onu «Qırmızı körpü» kimi tanınan sərhəd keçid məntəqəsinə aparmasını razılaşıb, onunla yola düşmüşdür. Qırmızı körpüdən sərhədi keçib Rusiyaya yollanmışdır. Onun Fatmaya zəng etməkdə məqsədi o olmuşdur ki, Fatma ilə görüşüb Elgünü özü ilə Rusiyaya aparmaq üçün onun razılığını alsın, Fatma Elgünə mane olmasın. Hadisə baş verməzdən əvvəl o, Rusiyada olarkən Elgünə zəng etməmiş, hədəqorxu gəlməmiş və onu öldürəcəyini bildirməmişdir. X25 telefon nömrəsini ona bildirmiş, özü Fatma ilə əlaqə saxlayıb yaşadıqları binanın yerini dəqiqləşdirmişdir. Onun ünvana getməzdən əvvəl Fatma ilə bir və ya iki dəfə telefon danışığı olmuş, amma Elgün ilə telefon əlaqəsi olmamışdır. O, mənzildə olarkən qonaq otağında oturan zaman Vinston markalı siqaret çəkmiş, amma heç biri ona çay təklif etməmiş, mətbəxdə su içdiyini xatırlayır. Həmin ünvana gedərkən onun üzərində nə bıçaq, nə də digər hər hansı silah olmamış, hadisə zamanı vurduğu bıçaq zərbələrinin sayını və hansı nahiyələrinə vurduğunu xatırlamır. Bir neçə zərbədən sonra Fatma yıxılıb huşunu itirmiş, o Fatmadan əl çəkmiş, Elgün üstünə gəlib ona hücum etmiş, Fatmanı əlindən almağa cəhd etmiş, sakit dayanmamış və onun halını görüb geri qayıdıb mənzildən qaçmamış, bunlar olsaydı o, onu bıçaqla vurmazdı. O, Elgünü necə vurduğunu xatırlamır, binadan çıxıb bir az getdikdən sonra ona hava dəymiş, sanki yuxudan ayılmış, fikirləşmişdir ki, Elgünə görə qayıtsın, bəlkə o sağdır, amma sonra fikrindən daşınmışdır. Cinayəti törədərkən istifadə etdiyi bıçağın xarici görünüşünü, ölçüləri yadında qalmamış, Fatmanın sonuncu dediklərindən sonra ağlı başında olmamışdır. Bütün söhbət zamanı bacısının da onunla getmək niyyətinin olmadığını və hər ikisinin artıq pozğun həyat tərzini qəbul etdiklərini dərk edib o, artıq mənzili tərk edib getməyə hazırlaşırmışdır. Həmin vaxtı istər Fatma, istərsə də bacısı sonuncu dəfə xahişini rədd etsəydi o, çıxıb mənzili tərk edəcəydi. Ancaq Fatmanın ona ”sən heç bilirsən Elgün sənin bacın deyil, hansı kişidən olub” dediyindən və mərhum atasının qəbrinə, onun ruhuna əxlaqsız sözlərlə təhqirlər etdikdə artıq özünü idarə edə bilməmiş, onun başına yumruqla vurmuş, o sanki baş verənləri yuxuda gördüyünü hesab etmişdir. Fatma Elgünü təxminən N4-N5-ci illərdə öz yanına Bakıya aparmış, həmin illərdə o, xidmətə yollanmaq ərəfəsində olmuş, ailənin son beşikləri kimi bacı-qardaş bir-birlərini çox istəmiş, anasız böyüdüyünə görə bacılarını yaşlarından asılı olmayaraq sanki ana əvəzi hesab etmişdir. Onlar da ona ailənin kiçiyi kimi əsl ana qayğısı göstərmiş, ona görə də Elgünü Fatmadan qoparmaq istəmiş, arzusu olmuşdur ki, pul qazanıb Elgünə özü atalıq qayğısı göstərər. Fatmadan əvvəl Elgün onun üstünə qışqırıb, sən kimsən ki, məni aparasan, get Rusiyada öz işinlə məşğul ol demişdir. O, Elgündən bunları eşidəndə şoka düşmüş, Fatmanın bu qız uşağını nə günə saldığını görüb, başa düşmüşdür ki, Elgünün sonu Fatmadan da pis olacaqdır. Bacısı Elgünün internetdə, instagram sosial şəbəkəsində “nifdizade” adlı profildə özünün yerləşdirdiyi yarıçılpaq şəkilləri, oğlanlarla qolboyun kadrlardan, ədəbsiz geyimlərlə olan şəkillərini də görmüşdür. Bundan başqa əlində başqa məlumat olmamış, cinayəti törədərkən heç kim bu cinayətin şahidi olmamışdır. Cinayəti törətməzdən əvvəl və törətdikdən sonra heç kimə heç bir məlumat verməmiş, kiməsə məlumat verməklə hər hansı problem yaratmaq istəməmişdir. Cinayəti törətdikdən sonra bacısına məxsus olan Samsung A70 markalı mobil telefonu, habelə onlara məxsus qızıl-zinət əşyası və ya pulu götürməmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Biləsuvar rayonunun Bağbanlar kəndində yaşayır. X9 onun doğma bacısı, Zərərçəkmiş şəxs1 isə onun doğma anası olmuş, X12 isə onun doğma qardaşıdır. Bacısı Elgündən və qardaşı Muraddan başqa Gülşən adlı bacısı da vardır, ailədə 4 uşaq olmuşlar. Gülşən böyük bacısı, Murad kiçik qardaşı, Elgün isə ortancıl bacısıdır. Atası Əbülfəz 1997-ci ildə vəfat etmiş, anası Fatma isə təxminən 2005-ci ildə başqa kişi ilə görüşdüyü üçün və onun bu hərəkətini qohumları bildiyi üçün ailədə münaqişə yaranmış və anası evi tərk etmişdir. Həmin vaxtdan sonra onları Bağbanlar kəndində yaşayan bibiləri himayə edib böyütmüş, onlar artıq böyüyüb yetkinlik yaşına çatdıqdan sonra böyük bacısı Gülşən evlənmiş və evdən köçmüşdür. Hazırda Bakı şəhərində, Nəsimi rayonu ərazisində, Şamaxinka deyilən ərazidə ailəsi ilə birlikdə kirayədə yaşayır. Anası Fatma isə Biləsuvar rayonunda, dəqiq bilmədiyi ünvanda yaşamış, onun orada kiminlə yaşaması barədə məlumatı olmamışdır. Bacısı Elgün isə 6 ilə yaxın olardı ki, onların kənddə yaşadıqları evdən çıxıb anası Fatmanın yanına köçmüşdür. Bacısı Elgünlə anası Fatma sonradan Bakı şəhərinə köçüb Bakıda müxtəlif ünvanlarda kirayədə yaşamış, o, onların yaşadığı evlərə gedib-gəlmədiyi üçün ünvanlarını da dəqiq bilməmişdir. Arabir bacısı Elgünlə və anası Fatma ilə telefonla əlaqə saxlamış, onlar isə ona Bakı şəhərində ikisi birlikdə kirayə evdə yaşadıqlarını demişlər. Anası Biləcəri qəsəbəsində ünvanını dəqiq bilmədiyi kafedə aşbaz işləmiş, bacısı Elgün isə Qara Qarayev metrosunun yanında marketdə satıcı işlədiyini bildirmişdir. O, onlarla sıx əlaqə saxlamadığı üçün dəqiq olaraq harada yaşadıqlarını və harada işlədiklərini bilməmişdir. Son bir neçə ay ərzində anası Fatma və bacısı Elgünlə telefonla danışarkən onlar ona Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsində, “Akordun binaları deyilən “Uğur” yaşayış kompleksində yerləşən mənzillərin birində kirayədə yaşadıqlarını bildirmişlər. X27 isə 3 ilə yaxın olardı ki, Rusiya Federasiyasının Saratov şəhərinə işləmək üçün getmiş və orada yaşamışdır. Muradın orada kimlə yaşadığını bilməmiş, çünki ona bildirmişdir ki, bir nəfər rus oğlanla kirayədə yaşayır və həmin şəhərdə şaurma satılan kafelərin birində şaurma hazırlamaqla məşğul olur. Qardaşı Murad uşaq vaxtından evdə gedən hadisələrdən xəbərdar olduğuna görə anasına və bacısı Elgünə qarşı qəzəbli olmuşdur. Qardaşı Murad ona bir neçə dəfə anası Fatmanın və bacısı Elgünün hərəkətlərindən utandığı üçün kəndə gəlmək və camaatın arasına çıxmaq istəmədiyini demiş və o Biləsuvara gəlsə də, kəndə girməmişdir. Murad N9-cu ilin təxminən iyul-avqust aylarında Rusiyadan Azərbaycana gəlmiş, bibiləri rəhmətə getdiyi üçün yasda iştirak edib yenidən Rusiya Federasiyasına qayıtmışdır. Sonuncu dəfə qardaşı Murad Rusiya Federasiyasından Azərbaycana 06 dekabr N9-cu il tarixdə qayıtmış, onun qayıtmasına səbəb böyük bacısı Gülşənin cərrahi əməliyyat olunması olmuşdur. Murad ona baş çəkmək üçün Bakı şəhərinə gəlmiş və bacısı əməliyyat olunduğuna görə o da ona baş çəkmək üçün Bakı şəhərinə gəlmişdir. Murad da, o da bacısı Gülşənin Şamaxinka deyilən ərazidə yaşadığı kirayə evdə qalmış, orada Muradla aralarında olan danışıq zamanı anası Fatma və bacısı Elgünün barəsində söz açılmış və X30 yanından götürərək, özü ilə Rusiya Federasiyasına aparmaq istədiyini demişdir. Muradla birlikdə bacısı Gülşənin evində 3-4 gün qaldıqdan sonra, 10 dekabr N9-cu il tarixdə o, Biləsuvar rayonuna evinə qayıtmışdır. Murad isə bacısı Gülşənin evində qalmış və bir neçə gün sonra o da Rusiyaya qayıdacağını bildirmişdir. Həmin gündən sonra Muradla telefon vasitəsi ilə əlaqə saxlamamış, 13 dekabr N9-cu il tarixdə o, kəndlərində olarkən polis əməkdaşlarından bir nəfər kəndə gəlib onu Murad barədə sorğu sual etmişdir. O da Muradla son 3 gün ərzində danışmadığını polis əməkdaşına bildirmişdir. Həmin polis əməkdaşı Muradın anası Fatmanı və bacısı Elgünü öldürməkdə şübhəli olduğunu bildirdikdən sonra o, məsələ ilə maraqlanmaq üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəlib maraqlanan zaman bacısı Elgünün və anası Fatmanın “Akordun binaları” deyilən “Uğur” yaşayış kompleksində bacısı Elgünün kirayədə yaşadığı mənzildə öldürüldükləri və hadisəni törətməkdə qardaşı Muradın şübhəli olduğu ona məlum olmuşdur. Murad ona anasını və bacısını öldürəcəyi barədə plan qurduğunu deməmiş və ya nə zaman öldürəcəyi barədə heç bir məlumat verməmişdir. Ümumiyyətlə anası Fatma onları uşaq yaşlarından atıb getdiyindən, eləcə də yüngül həyat tərzi keçirdiyindən bacıları Elgünün də Fatmanın yanında qalmasını istəməmişlər. Həm anası Fatma həm də bacısı Elgün pis yolda olduqları üçün meyitlərə yiyəlik etməmişlər və onlar kimsəsizlər qəbiristanlığında dəfn edilmişlər. Muradın Fatmanı və ya Elgünü öldürmək niyyəti olmamış, o, Elgünü pis yoldan qurtarmaq, özü ilə Rusiya Federasiyasına apararaq, ona sahib çıxmaq üçün onların yaşadığı evə getmişdir. Hazırda onun qardaşı Murad Abdullayevə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 1990-cı ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olmuş, X1, anası Zərərçəkmiş şəxs1 olmuşdur. Atası 1997-ci ildə vəfat etmiş, onlar ailədə 4 uşaq olmuşlar. O, ailənin böyük qızı olmuş, qardaşı Cavid Niftiyev 1992-ci ildə, bacısı Niftiyeva Elgün 1994-cü ildə, qardaşı Murad Niftiyev isə 1997-ci ildə anadan olmuşdur. Ailənin sonbeşiyi olan Murad anadan olandan az sonra ataları vəfat etmiş, atasının vəfatından sonra Fatma xırda alverlə məşğul olmuş, çətinliklə də olsa kənd yerində birtəhər dolanmışlar. Zərərçəkmiş şəxs1 N0-cu ildə qəflətən onları, yəni uşaqlarını atıb başqa birisinə qoşulub getmişdir. Onun qoşulub getdiyi Akif adlı şəxs taksi sürücüsü olmuş və onlarla qonşu kənddə - Bəydilli kəndində ailəsi ilə yaşamışlar. Bu hadisə baş verəndən sonra onlar başa düşmüşdür ki, Fatmanın həmin adamla münasibəti çoxdan yaranmış, guya taksi sürücüsü kimi onun xidmətindən istifadə etmək, birgə xırda alverlə məşğul olmaq adı ilə əsl həqiqətdə əxlaqsızlıqla məşğul olmuş, bu münasibətlərini uzun müddət guya birgə alver etmək adı altında pərdələmişdir. Fatma onları tərk edib gedəndə ailənin böyük uşağı kimi onun 20 yaşı olmuş, qalan bacı-qardaşları isə uşaq olmuşlar. X28 ailə-uşaqlarına bağlı olmuş, öz zəhməti ilə ailəsini dolandırmışdır. O, ailənin böyük övladı, digər tərəfdən də qız uşağı kimi baş verənlərdən çox xəcalət çəkmiş və bu hadisə onlar üçün çox gözlənilməz və inanılmaz bir məsələ olmuşdur. Onlar Fatmanın özünün azyaşlı uşaqları olduğu halda, ailəsi və uşaqları olan başqa bir şəxslə qoşulub getməsini başa düşə bilməmişlər. Atasının sağlığında Fatma qızıl alveri ilə də məşğul olmuş, dəfələrlə borclu olduğu, pullarını ödəmədiyi adamlar evlərinə gələrək narazılıq bildirmiş, Fatma ilə dalaşmışlar. Onun bu özbaşına hərəkətlərinə görə atası dəfələrlə narazılığını bildirmiş, amma Fatma ona məhəl qoymamış, özü istədiyi kimi hərəkət etmişdir. X35 adlı taksi sürücüsü ilə oturub-durması barədə eşitmiş, atası Fatmaya belə şayiələrlə bağlı irad tutduqda, Fatma guya Akiflə birgə alver etdiklərini, aralarında heç bir münasibət olmadığını bildirmiş, ərinin iradlarına çox etinasız yanaşmışdır. Sonradan isə Fatmanın onları atıb Akiflə qoşulub getməsi və ailəsi ola-ola onun evində yaşamasından sonra onlar qəti əmin olmuşdur ki, həqiqətən də Fatmanın əxlaqsızlığı barədə gəzən şayiələr həqiqətdir. Valideynlərinin hər ikisini itirdikdən sonra ailənin bütün qayğıları, kiçik bacı-qardaşlarının çətinlikləri onun üzərinə düşmüş, yaxınlarının köməkliyi ilə birtəhər yaşamışlar. Fatma mərhum atasının vəfatı ilə əlaqədar onlara təyin olunmuş aylıq pul kartını da özü ilə aparıb getmiş, onları həmin yardımdan da məhrum etmişdir. Fatma onları atıb getdikdən sonra bir müddət Akif ilə bir ailədə yaşamış, sonradan eşitmişlər ki, aralarında münasibət pozulduğuna görə Fatma ondan ayrılıb Bakı şəhərinə gəlmiş, sonra isə onun ayrı-ayrı kafelərdə, çayxanalarda işləyib kirayədə yaşadığını eşitmişlər. Fatmanın onları atıb getməsindən az müddət sonra o, ərizə ilə Biləsuvar rayon məhkəməsinə müraciət etmiş, məhkəmə Fatmanı analıqdan rəsmi qaydada məhrum etmişdir. Həmçinin Fatmanın öz yaxınları da onun bu hərəkətinə görə ondan imtina etmiş, heç kimlə münasibəti olmamış, Fatmanı yaxına buraxmamışlar. Kiçik qardaşı Murad hələ orta məktəbdə oxuyarkən rayonda boksla məşğul olmağa başlamış, sonradan boksla məşğuliyyətini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. Onlar əvvəllər bibiləri Sevilin və Göyçəyin evlərində, daha sonra kirayədə yaşamışlar. Təxminən N5-N6-cı illərdə Murad hərbi xidmətə getmiş, iki il xidmətdən sonra bir müddət Bakı şəhərində idmanla məşğuliyyətini davam etdirmişdir. Sonradan işləmək məqsədilə Vüqar Niftiyev adlı əmilərinin yanına - Saratov şəhərinə yollanmışdır. Rayonda olduqları illərdə təxminən N4-N5-ci illərdə eşitdiklərinə görə Fatma kənddə yaşayan bəzi tanışlarının vasitəsilə bacısı Elgünlə əlaqə saxlayıb onunla görüşmüşdür. Elgünün 18 yaşı tamam olandan sonra günlərin birində eşitmişlər ki, Fatma Biləsuvara gəlib Elgünü özü ilə aparıbdır. O, Fatmanın telefon nömrəsini öyrənib onunla əlaqə saxlamış, Elgünün harada olduğunu soruşmuşdur. X18çırıldığını demiş, lakin sonradan onlara məlum olmuşdur ki, Fatma onları aldadıb, əslində Elgün onun yanındadır. O, N7-ci ildə İlham Nəcəfovla ailə qurmuş, təxminən N8-N9-cu illərdə daimi yaşamaq üçün Bakıya gəlmişlər. Elgünlə əlaqə saxlayıb axtarıb tapmış, tarixi dəqiq xatırlamadığı günlərin birində onunla görüşmüşdür. Onun onunla görüşməkdə məqsədi Elgünün sosial şəbəkələrdə açıq-saçıq şəkillər paylaşması, oğlanlarla əylənmə kadrlarını internetdə yayması ilə bağlı olmuşdur. Söhbət zamanı Elgün ona bildirmişdir ki, Fatmanın yanında qalmır, başqa qızlarla birlikdə kirayədə yaşayır, marketdə işləyir. Ona söz vermişdir ki, bir daha internetdə şəkillər paylaşmayacaq, başa düşməyib, səhv edibdir. Amma az sonra o, Elgünün başqa ad altında yenə də oğlanlarla ədəbsiz şəkillər paylaşdığını görmüş, artıq ona hər hansı təsir etmək imkanı olmamışdır. Murad Rusiyadan tez-tez zəng edib onunla danışmış, xəstə olduğuna görə səhhəti ilə maraqlanmış, həmçinin Elgünün də barəsində soruşmuşdur. Elgünün internet də yayılmış şəkillərindən Muradın məlumatı olmuş və ona təklif etmişdir ki, Elgün ilə əlaqə saxlayıb ona təsir etsin ki, Elgünü belə hərəkətlərdən çəkinsin. Amma o Murada Elgünün yaşadığı həyat tərzi, onun hərəkətləri, onunla danışıqlarında yaşına yaraşmayan söhbətləri, davranışı barədə ətraflı bildirmək, onun qanını qaraltmaq istəməmişdir. Murad ona təkid etmişdir ki, Elgünü dilə tutub onu Fatmadan ayırmaq, Fatmanın təsirindən çıxarmaq üçün cəhd etsin, əks halda o da Fatmanın taleyini yaşayacaqdır. Hətta demişdir ki, gəlib Elgünü özü ilə Rusiyaya aparacaq və onu yanında saxlayacaqdır. Elgünlə Murad ailənin son kiçik uşaqları olduqlarına görə uşaqlıq vaxtlarında bir-birinə çox bağlı olmuş və Murad Elgünü çox istəmişdir. X20 aparmaq planına onlar da razı olmuş, Elgünün Fatmadan uzaqlaşmasını istəmişlər. Murad Rusiyadan təxminən Azərbaycana iki-üç dəfə - bir dəfə bibiləri vəfat edərkən, ikinci dəfə N9-cı ilin dekabr ayının əvvəllərində o, cərrahi əməliyyat olunarkən gəlmişdir. Maddi imkanları olmadığına görə Murad onun əməliyyatı üçün pul da gətirmişdir. Xəstəxanada və evdə müalicə olunduğu dövrdə demək olar ki, hər gün Murad onun yanına gəlib baş çəkmiş, Elgünü öz yanına aparmaq planını bir daha məsləhətləşmiş, o da buna etiraz etməmişdir. Murad ondan Fatmanın telefon nömrəsini götürmüş, söz vermişdir ki, onunla danışıb görüşəcək, razılığını alıb Elgünü özü ilə aparacaqdır. N9-cu ilin dekabr ayının təxminən 14-15-də yayılmış məlumatlardan eşitmişlər ki, Fatma ilə Elgün öldürülüb və onların öldürülməsində Murad şübhəli bilinir. Bundan sonra Murad onunla əlaqə saxlamamış və o, Muradın hansı yolla, hara getdiyini bilməmişdir. Muradla Fatmanı və Elgünü öldürmək barədə heç bir söhbətləri olmamış, o, hesab etmişdir ki, Muradın belə bir planı qətiyyən ola bilməz, çünki Murad belə bir hərəkətə qadir insan olmamış, o çox mehriban, ürəyiaçıq, hamıya inanan, imkanı daxilində kömək etməyə hazır olan bir insan olmuşdur. Muradın şəxsən Elgünü öldürməsinin səbəbini bu günə kimi anlaya bilməmiş, Muradın əvvəlcədən Fatma və Elgünü öldürmək planı olmamışdır və buna görə də hesab edir ki, Muradın belə bir hərəkət etməsinə səbəb Fatma ilə Elgünün onu özündən çıxarmaları olmuşdur. Muradın Elgünün yaşadığı ünvanı necə və ya kimin vasitəsi ilə müəyyənləşdirməsi barədə onun məlumatı olmamış, lakin Fatmanın telefon nömrəsini Murada o vermişdir. Onun Elgünün hansı oğlanlarla oturubdurması, kimlərlə görüşməsi barədə şəxsən məlumatı olmamış, amma internetdə yayılmış şəkillərini bir neçə dəfə görmüşdür. Həmin şəkillər isə hamam xalatında yarıçılpaq, oğlanlarla əylənmək şəkilləri olmuşdur. O, ilk dəfə Elgünün şəkillərini görəndə bir bacı kimi söhbət edərkən Elgünü başa salmağa çalışmışdır ki, hələ uşaqdır, həyatı qabaqdadır, bu kimi şəkillər və təsadüfi oğlanlarla görüntülərini yaymaqla özünü biabır edir, gələcəkdə ailə quranda bu hərəkətləri onun adına ləkə ola bilər. Elgün isə danışığından birbaşa olmasa da, dolayısı ilə ona anlatmışdır ki, bu yaşayış onun özünün ürəyincədir, heç kimə hesabat verməli deyil, belə də yaşamaqda davam edəcəkdir, artıq namuslu qız kimi ərə getmək şansını itirmişdir. Bu barədə onun birbaşa sualına cavab verməkdən yayınsa da, o başa düşmüşdür ki, Elgün də Fatma kimi əxlaqsız bir qadına çevrilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 ilə birlikdə kirayədə yaşamışdır. Mərhum Zərərçəkmiş şəxs2 təxminən 3-4 ildir ki, tanıyır. Belə ki, Elgünlə ilk dəfə ünvan 3 ünvanında yerləşən “Pürrəngi” adlı çay evində tanışmışdır. Həmin vaxt hər ikisi də ofisiant işləmiş, orada işlədikləri müddətdə aralarında dostluq münasibətləri yaranmışdır. O, Elgünə Nura deyə müraciət etmiş, çünki Elgün özünü ona Nura deyə təqdim etmişdir. Təxminən iki il bundan öncə o, Elgünlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında kirayədə yaşamışdır. Kirayə haqqının yarısını o, digər yarısını isə Elgün ödəmişdir. Bir ildən sonra onun Elgünlə münasibəti soyumağa başlamış, bunun səbəbi isə Elgünün evə gec saatlarda gəlməsi və çox miqdarda spirtli içki qəbul etməsi olmuşdur. Buna görə də o, kirayədə qaldığı mənzildən köçərək “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən yeni tikilmiş binada dəqiq ünvanını xatırlmadığı mənzildə kirayə yaşamağa başlamışdır. Elgünün özü də həmin mənzildən köçərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində kirayə ev tutmuşdur. N9-cu ildə yenidən Elgünlə münasibətləri yaxşılaşmış və onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanına köç edərək kirayə yaşamağa başlamışdır. Kirayə haqqı 480 manat təşkil etmiş, evin sahibi Rafiq adlı şəxs olmuşdur. N9-cu ilin oktyabr ayında səhhətində problemlər yaranmağa başladığından işləyə bilməmiş, ona görə də son iki ayın kirayə pulunu Elgün tək başına ödəmişdir. Təxminən 15-20 gün bundan öncə Elgün ona bildirmişdir ki, “İnstaqram” sosial şəbəkəsində onun açıq-saçıq şəkillərini qardaşı Murad görmüş və ona zəng vuraraq hədə-qorxu gələrək başını kəsəcəyini demişdir. Bundan sonra Elgün öz həyatı və ailəsi barədə danışmağa başlamış və bildirmişdir ki, uşaq vaxtı öz doğma atasını itirmiş, ailədə iki qardaş və iki bacı olmuşlar. Atası öldükdən sonra anası Fatma ilə birlikdə Bakı şəhərinə köçmüş, bacı və qardaşları isə əmisinin himayəsində yaşamışdır. Təxminən hadisədən 4 gün öncə Elgün ona demişdir ki, qardaşı ilə barışıb və o bu yaxınlarda anası Fatma ilə birlikdə kirayədə yaşadıqları mənzilə gələcəkdir. Ona görə də Elgün ondan xahiş etmişdir ki, evi təmiz saxlasın. Elgün saat 23:52-də onun mobil telefonuna zəng vuraraq özünün hazırda işdə olduğunu, anası ilə qardaşının isə kirayədə yaşadığı mənzildə olduqlarını və onun da evə gəlməsini xahiş etmişdir. O isə evdə Elgünün qardaşı Murad olduğuna görə özünü narahat hiss edəcəyini fikirləşib xalası qızının yaşadığı evdə gecələməyi qərara almış, ona görə də Elgünə evə gəlməyəcəyini bildirmişdir. xx.xx.N9-cu il tarixdə saat 17 radələrində o, Orxanın mobil telefonuna zəng vuraraq rəfiqəsi Nuranın mobil telefonuna zəng çatmağını, ona görə narahat olduğu üçün evə getmək istədiyini bildirmişdir. Orxan öz avtomobili ilə onun xalası qızının yaşadığı evə gedərək onu Bakıxanov qəsəbəsinə gətirmişdir. Yolda olarkən Fatoş dedikləri əsl adı Fəridə olan iş yoldaşı onun mobil telefonuna zəng vurmuş, Nuranın tanışı Asim adlı şəxsin Nuranın yaşadığı evə girərək ətrafı qan içində olan meyit aşkar etdiyini və qorxduğundan həmin yerdən uzaqlaşdığını bildirmişdir. O sevgilisi Orxanla birlikdə kirayədə yaşadığı binanın qarşısına gəlmişdir. Həmin vaxtı binanın qarşısında Asim ilə birlikdə Asimin tanımadıqları dostu da olmuşdur. Onlar Asim və dostu ilə salamlaşmış və daha sonra birlikdə liftlə kirayədə yaşadığı 8-ci mərtəbəyə qalxmışlar. Orxan mənzilin qapısını açanda görmüşdür ki, Elgün ağzı üstə yıxılmış vəziyyətdədir və ətrafı isə qanabənzər ləkələrlə əhatə olunmuşdur. Orxan X36 Stansiyasına zəng etmiş, o isə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə çağırış edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra isə Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər. O elə hesab edir ki, Elgünü və Fatmanı Elgünün doğma qardaşı Murad öldürmüşdür. Səbəb kimi Elgünün “İnstaqram” sosial şəbəkəsindəki açıq-saçıq foto şəkillərini Muradın görməsini göstərmişdir. Hətta bu şəkillərə görə qardaşından qorxduğu üçün bir neçə dəfə yaşadığı ünvanı və telefon nömrəsini dəyişdirmək məcburiyyətində qalmış, N9-ci ilin iyul ayından Zərərçəkmiş şəxs2 ***-***-**-** nömrəli mobil telefon işlətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, evlidir, N5-cı ilin sentyabr ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Uğur yaşayış kompleksi, Y.Əliyev küçəsi bina 8 mənzil 85-də yerləşən evi 77 min ABŞ dolları qiymətinə arvadı X5 adına almışdır. Həmin evi qardaşı üçün alsa da, qardaşı Rusiya Federasiyasında yaşadığı üçün ev boş qalmışdır. Belə ki, o həmin evi icarəyə vermək qərarına gəlmişdir. Evi aldıqdan təxminən 3-4 ay sonra evi 300 manata icarəyə vermişdir. Evi ucuz verməsinin səbəbi evin həmin vaxt əşyasız olmağı idi. Həmin evi icarəyə götürən qadın orada N6-cı ilin yanvar ayından N9-cu ilin may ayınadək qalmışdır. O, evdən çıxdıqdan sonra isə yenidən həmin evi xx.xx.N9-cu il tarixdə Fuad adlı ev alqı-satqısı üzrə daşınmaz əmlak vasitəsi ilə Nurlana adı ilə ona təqdim edilmiş qıza icarəyə vermişdir. Fuad Bakıxanov qəsəbəsində yerləşən daşınmaz əmlakın alqı-satqısı və icarəsi ilə məşğul olduğu ofisdə Nurlana adı ilə ona təqdim etdiyi xanımla görüşmüşdür. Evin icarə haqqını aylıq 480 manata razılaşmışdır. Nurlana ilə ofisdə müqavilə bağlamaq istəyərkən Nurlana bildirmişdir ki, özünün şəxsiyyət vəsiqəsi yoxdur, buna görə də müqaviləni bacısı Nilufərin adına bağlasınlar. Belə ki, o razılaşmışdır. Müqaviləyə Nilufər adlı xanımın adı-soyadı qeyd olundu və onun icarə müqaviləsini Nilufərlə bağladığı müqavilədə əks olundu. O, müqaviləyə imza etmişdir. Lakin müqavilədə Nilufərin adı qeyd olunsa da, Nilufər orada olmadığı üçün bacısı Nurlana müqaviləyə öz adını yazıb imza etmişdir. Müqavilədə həmin evi 1 il müddətində icarəyə verməyi göstərilmişdir. Belə ki, ilk ayın icarə haqqı üçün 480 manat pulu almış və həmin gündən evin açarlarını Nurlana adı ilə ona təqdim edilən həmin qıza vermişdir. Nurlana ilə aralarında olan danışıq zamanı Nurlana həmin evdə bacısı Nilufər və anası Fatma ilə birlikdə yaşayacağını demişdir. Evi icarəyə verdikdən sonra səhəri gün evi təhvil vermək üçün, habelə işıq-elektrik açarını və su isitmə sistemini düzəltmək üçün N9-cu ilin oktyabr-noyabr aylarında, cəmi 3 dəfə həmin mənzilə getmişdir. O, mənzilə gedərkən iki dəfə Nurlananın özünün evdə olduğunu görmüşdür. Noyabr ayında sonuncu dəfə su isitmə sistemini düzəltmək üçün gedərkən isə Nurlananın bacısı kimi təqdim etdiyi Nilufər adlı qızı həmin evdə görmüşdür. Evin aylıq icarə haqqını isə binanın blokunda görüşüb iki dəfə ondan almışdır. Qeyd etmişdir ki, o özü də həmin icarəyə verdiyi evin yaxınlığında, qonşu binada yaşamış və onun yaşadığı evin pəncərəsindən baxdıqda həmin evin pəncərəsi görünürmüş. O, arabir eyvandan Nurlana adı ilə tanıdığı qıza icarəyə verdiyi evin pəncərəsinə baxarkən axşamlar evin işıqlarını yanılı olduğunu görürmüş. N9-cu ilin noyabr ayının sonlarında təxminən 15-20 gün əvvəl, binada komendant işləyən Rəvan adlı şəxs ona bildirmişdir ki, icarəyə verdiyi həmin evə müxtəlif vaxtlarda həmin evdə yaşamayan tanımadığı oğlanların və qızların gəldiyini görmüşdür. O, bu söhbəti eşitdikdən sonra Nurlananın istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edib Nurlanaya evə müxtəlif adamların gəlməsi barədə məlumat aldığını eşidib ona narazılığımı bildirmişdir. Bu danışıqdan bir neçə gün sonra isə Nurlanagili evdən çıxarmaq qərarına gəlmiş və ona zəng edib bildirmişdir ki, evi satacaq, ona görə də evdən çıxmaq lazımdır. Nurlana isə bacısı Nilufərin xəstəxanada müalicə aldığını, anası Fatmanın onun yanında olduğunu, buna görə də başlarının qarışıq olduğunu bildirib evdə qalmaq üçün ondan bir neçə gün vaxt istəmişdir. O, onunla razılaşmış və evdən çıxmaq vaxtını xx.xx.N9-cu il tarixə razılaşmışlar. xx.xx.N9-cu il tarixdə saat 19 radələrində o, məclisdə olarkən ona polis bölməsindən tanımadığı polis əməkdaşı zəng etmiş və evində iki nəfər qadının meyitinin aşkar olunduğunu ona bildirmişdir. O, xəbəri eşidən kimi evinə gəldikdə artıq polis və prokurorluq orqanlarının əməkdaşlarını evinə baxış keçirdiyini görmüşdür. Evdə olan meyitlərin isə Nurlana adı ilə ona özünü təqdim edən əslində isə Zərərçəkmiş şəxs2 və onun anası Zərərçəkmiş şəxs1 meyitləri olduğunu görmüşdür. O, həmin evdə Nurlana adı ilə tanıdığı Elgün adlı qızın anası Fatma və bacısı Nilufər ilə yaşadığını bilirmiş. Həmin evə gedərkən bir dəfə Nilufər adlı qızı həmin evdə görmüş, Fatma adlı qadını isə orada görməmişdir. Lakin hadisə baş verdikdən və o, hadisə yerinə gəldikdən sonra ona aydın olmuşdur ki, Nilufər adlı qız Elgünün bacısı yox, rəfiqəsi imiş. Hadisə baş verənədək nə Nilufər, nə də Elgün özü ona kiminləsə ədavətinin və ya düşmənçiliyinin olması barədə və ya onu kiminsə öldürəcəyini deməsi, habelə öldürməklə hədələməsi barədə heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs2 qardaşının olduğunu bilməmiş, onun barəsində də heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs2 ***-***-**-** saylı telefon nömrəsi olduğunu bilmiş, Zərərçəkmiş şəxs1 isə telefon nömrəsi ***-***-**-**, Nilufərin isə telefon nömrəsi ***-***-**-**-olmuş, onların telefon nömrələrini icarə müqaviləsinin üstündə yazıldığı üçün bilmişdir. Lakin Nilufər və Fatma ilə telefon vasitəsi ilə əlaqə saxlamamış, xx.xx.N9-cu il tarixdə səhər saat 09:00-dan sat 17:00-dək işdə olmuşdur. Saat 17 radələrində evə gəldikdən sonra isə evdən bayıra çıxmamış, xx.xx.N9-cu il tarixdə isə səhər saat 09:00-dan 18 radələrinədək işdə olmuşdur. 18 radələrində isə evə gəlib paltarlarını dəyişib şəhərdə iş yoldaşları ilə görüşmüşdür. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan öncə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində “Mars” adlı gecə klubu işlədərkən Nilufər adlı qızla tanış olmuşdur. Onunla tanış olandan sonra Nilufər ona atasının və anasını uşaq vaxtı itirməsini və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 11 saylı uşaq sığınacağında böyüdüyünü bildirmişdir. Nilufər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi “Uğur” yaşayış kompleksində yerləşən binaların birində əsl adı Elgün olan Nura çağırdıqları rəfiqəsi ilə birlikdə kirayədə yaşamışdır. O, arada bir Nuranı Nilufərin yanında görürmüş, 12 dekabr N9-cu il tarixində saat 19 radələrində Nilufər onun mobil telefonuna zəng vuraraq rəfiqəsi Nuranın anasının və qardaşının kirayədə yaşadıqları mənzilə gələcəyindən burada qalmaq istədiyini bildirmişdir. Ona görə də o Nilufərin yaşadığı binanın qarşısına gələrək onu götürüb birlikdə öz avtomobili ilə Nilufərin xalası qızı Xatunun yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Toxuculuq Kombinatının yaxınlığındakı evə gətirmişdir. Özü isə yaşadığı evə getmiş, xx.xx.N9-cu il tarixdə saat 18 radələrində Nilufər onun mobil telefonuna zəng vuraraq rəfiqəsi Nuranın mobil telefonuna zəng çatmadığını, ona görə narahat olduğu üçün evə getmək istədiyini bildirmişdir. O, yenidən öz avtomobili ilə Nilufərin xalası qızının yaşadığı evə gedərək onu Bakıxanov qəsəbəsinə gətirmişdir. Yolda olarkən Nilufərin iş yoldaşı Fatoş adlı şəxs Nilufərin mobil telefonuna zəng vurmuş Nuranın tanışı Asim adlı şəxsin Nuranın yaşadığı evə girərək ətrafı qan içində olan meyit aşkar etdiyini və qorxduğundan həmin yerdən uzaqlaşdığını bildirmişdir. Nilufərin yaşadığı binanın qarşısına çatanda görmüşdür ki, Nuranın tanışı Asim adlı şəxs və onun yanında isə adını bilmədiyi dostu dayanmışlar. Onlar Asim və onun yanında olan dostu ilə salamlaşmış və birlikdə liftlə Nilufərin yaşadığı 8-ci mərtəbəyə qalxmışlar. O, mənzilin qapısını açanda görmüşdür ki, Nura ağzı üstə yıxılmış vəziyyətdədir və ətrafı isə qanabənzər ləkələrlə əhatə olunmuşdur. O, X36 Stansiyasına zəng etmişdir. Nilufər isə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə çağırış edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra isə Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisədən sonra bilmişdir ki, Nura kimi tanıdığı şəxsin əsl adı Elgündür. Həmçinin polis əməkdaşları ona bildirmişlər ki, evin içərisində Elgünün və anası Fatmanın çox saylı bıçaq xəsarətləri ilə meyiti aşkar edilmişdir. Nilufər ona demişdir ki, Elgünün “İnstaqram” sosial şəbəkəsindəki açıq-saçıq foto şəkillərini onun qardaşı Murad görmüşdür. Həmin şəkillərə görə Elgünü qardaşı Murad ona hədə-qorxu gələrək başını kəsəcəyini bildirmişdir. Onun fikrincə Elgünü və anası Fatmanı Murad öldürmüşdür. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kristal Abşeron yaşayış massivində bina 2, blok 3-də anası ilə birlikdə yaşayır. Xaliq Faiqoğlu MMC- 135 nömrəli marşrut xətti üzrə dispeçer işləyir. Hər gün səhər saat 07:00-dan 16:00-dək işdə olur. N9-cu ilin sentyabr ayında Qara Qarayev metrosunun yaxınlığında yerləşən “Sanset” çay evinə dostlarıyla birlikdə çay içib dincəlməyə gedirmiş. Həmin ərəfədə çay evində iki nəfər qız ofisiant işləyirmiş. Onlardan biri Nunu , digəri isə Nurlana adı ilə özünü ona təqdim etmişdir. Sonradan bilmişdir ki, Nunu adı ilə özünü təqdim edən ofisiant işləyən qızın əsl adı Nilufər, Nurlana adı ilə özünü təqdim edən qızın əsl adı isə Elgündür. Çay evinə bir neçə dəfə getdiyi üçün artıq onlarla arasında tanışlıq yaranmışdır. Belə ki, onların telefon nömrələrini götürmüş və arabir onlarla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Bir dəfə N9-cu ilin oktyabr ayında Nurlana onunla telefonla danışan zaman ona bildirdirmişdir ki, pulu qurtarıb, acdır. Xahiş etmişdir ki, ona yemək alıb versin. O da bir-iki şiş kabab alıb və ona zəng etmişdir. O, telefonla ona yaşadığı evin ünvanını izah etmişdir. O, bildirdirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Uğur yaşayış kompleksində 8-ci binada 8-ci mərtəbədə kirayədə yaşayır. Elgün evinin ünvanını ona dedikdən sonra o yeməyi aparıb onun evində ona vermişdir. Həmin evdə oturub çay içmişdir. O həmin evə gedən zaman Nilufər də evdə olmuşdur. Çay içdikdən sonra isə evdən çıxmışdır. Həmin gündən sonra da onlar bir neçə dəfə əlaqə saxlamışlar. Elgün ona kreditlə telefon almaq istədiyini bildirmiş, o isə kreditlə telefon götürməkdə ona kömək edə biləcəyini demişdir. Belə ki. O öz adına tanışının dükanından 960 manat dəyəri olan Samsung A 70 markalı mobil telefonu alıb ona vermişdir. Aralarında olan razılaşmaya əsasən telefonun kreditini isə o, özü hər ay ödəməli idi. Belə ki, telefonu aldıqdan sonra həmin telefonu 12 noyabr N9-cu il tarixdə aparıb onun yaşadığı ünvanda ona vermişdir. Həmin gündən sonra da onlar bir neçə dəfə telefonla danışmışlar. O, ***-***-**-** saylı telefon nömrəsindən də ona zəng etmişdir və həmin nömrənin anasına məxsus olduğunu ona bildirmişdir. O, həmin nömrəni telefonunun yaddaşında saxlamışdır ki, əgər Elgünü tapa bilməsə onun anasının nömrəsinə zəng etsin. Belə ki, 12 dekabr N9-cu il tarixdə telefon kreditinin vaxtı çatdığı üçün və ödənilməli olduğu üçün o, Elgünə saat 16 radələrində zəng edib telefonun kreditinin həmin gün ödənilməli olduğunu bildirmiş və xahiş etmişdir ki, telefonun pulunu ödəsin. Elgün ona bildirmişdir ki, saat 17:30-da onunla Əcəmi metrosunun yanında görüşüb kredit üçün ödənilməli olan pulu verəcək. Lakin danışıqlarından yarım saat sonra o Elgünün istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı telefon nömrələrinə zəng etsə də o zənglərinə cavab verməmiş və telefonu söndürmüşdür. Həmin gün saat 21 radələrində o onun anasının istifadəsində olan , ***-***-**-** saylı telefon nömrəsinə zəng etmişdir. Telefonu açan qadın Elgünün anası olduğunu bildirdikdən sonra o həmin qadına bildirmişdir ki, Elgünə verdiyi telefonun kreditinin ödəniş vaxtıdır. Həmin qadın telefonun krediti üçün aylıq 80 manat olan pulu sabah özünün gətirib verəcəyini bildirmişdir. Belə ki, onlar razılaşmışlar. Səhəri gün, yəni xx.xx.N9-cu il tarixdə səhər saat 09: 00-dan etibarən o yenə də Elgünün və anasının istifadəsində olan telefon nömrələrinə zəng etmişdir. Lakin onların telefon nömrələrinə zəng çatmadığını görmüşdür. Həmin gün saat 17 radələrində işdən çıxıb dostu Raminlə birlikdə Elgünün yaşadığı Bakıxanov qəsəbəsi, Uğur yaşayış kompleksi bina 8-də yerləşən mənzilə getmişlər. Mənzilin qapısını döymüş və açan olmamışdır. Əlilə mənzilin qapısının qulpunu dartıqda qapı kilidli olmadığı üçün qapı açılmışdır. Qapı açıldıqdan sonra evin dəhlizində Elgünün meyitinin döşəmənin üstündə olduğunu görmüşdür. Dostu Ramin də bu vəziyyəti görmüşdür. Onlar evə daxil olmamış və binanın həyətinə düşmüşlər. Oradan Nilufərə zəng edib Elgünün meyitini aşkar etdiyini bildirmişdir. Nilufər də hadisədən xəbərsiz olduğunu və qısa zamanda evə gələcəyini bildirdirmişdir. O, orada dayanıb dostu Raminlə birlikdə Nilufərin gəlməsini gözləmişdir. Belə ki, təxminən 2 saat sonra Nilufər sevgilisi Orxanla birlikdə həmin evə gəlmişdir. Nilufər və Orxan da həmin vəziyyətin şahidi olmuşlar. Bundan sonra Nilufər DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişdir. Elgün adlı qızın kiminləsə ədavətinin və ya düşmənçiliyinin olması barədə heç bir məlumatı olmamışdır. Lakin hadisə baş verdikdən sonra Elgünün rəfiqəsi Nilufər Elgün sağ olarkən hadisə baş verməzdən bir neçə gün qabaq qardaşı Murad onun instagram sosial çəbəkəsində çılpaq şəkillərini görmüşdür. Qardaşı Rusiya Federasiyasında yaşayır və o, Elgünə zəng edib onu öldürəcəyini bildirmişdir. Elgün həmin evdə bildiyinə görə rəfiqəsi Nilufərlə birlikdə yaşayırmış. O, onların yaşadığı həmin evə cəmi 3 dəfə getmişdir. Orada yalnız Nilufərin olduğunu görmüşdür. Başqa adam görməmişdir. Qardaşının olması barədə isə heç bir məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ayıq sürücü xidmətində sürücü işləyirmiş. Şahid1 10 ildən çoxdur ki, tanıyırmış. Asimlə Sabirabad rayonunda qonşu olmuşlar. Onunla dostdur. Asim xx.xx.N9-cu il tarixdə onun mobil telefonuna zəng edərək bildirmişdir ki, Nurlana adlı tanıdığı bir qıza öz adına kreditlə telefon alıb vermişdir. Lakin, həmin kreditin Nurlana tərəfindən ödəniləcəyi barədə aralarında razılaşma olubmuş. Asim bildirmişdir ki, 12 dekabr N9-cu il tarixdə Nurlana telefonun kreditini ödəməli imiş, lakin o, Nurlanaya zəng etsə də Nurlana telefona cavab verməmişdir. Bundan sonra Asim ondan xahiş etmişdir ki, birlikdə Nurlananın yaşadığı evə gedib ona krediti ödəməli olduğunu bildirsinlər. O, onunla razılaşmışdır. X32 yaşadığı evə tək getmək istəmədiyini ona bildirmişdir. Bundan sonra xx.xx.N9-cu il tarixdə saat 16 radələrində o, Asimlə Əcəmi metrosunun yanında görüşmüşdür. Asim bildirmişdir ki, Nurlana adlı tanışı Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkordun binaları” deyilən yerdə yaşayır. Belə ki, Asim və o birlikdə həmin ünvana, Nurlananın yaşadığı mənzilə yollanmışlar. Binaya daxil olub mənzilin qapısına çatdıqdan sonra Asim mənzilin qapısını bir neçə dəfə döysə də açan olmamışdır. Asim mənzilin qapısının qulpundan tutub astaca dartan zaman mənzilin qapısı açılmışdır və onlar mənzilin içərisində , dəhlizdə döşəmənin üstündə ağzı aşağı vəziyyətdə uzanmış qadın meyitinin olduğunu görmüşlər. Həmin meyit və ətrafı qana bulamışdır. Bundan sonra qapını bağlamış və həyətə düşmüşlər. Asim Nurlananın rəfiqəsi Nilufərə zəng etmiş və Nurlananın yaşadığı evdə qadın meyitinin olduğunu bildirmişdir. Nilufər isə Asimə orada gözləməyi tapşırıb qısa müddət ərzində ora gələcəyini bildirmişdir. Onlar orada dayanıb Nilufəri gözləmişlər. Təxminən 2 saat sonra Nilufər sevgilisi Orxan adlı oğlanla birlikdə həmin ünvana gəlmişdir. Onlar, yəni Asim, o, Nilufər və sevgilisi Orxan birlikdə həmin ünvana qalxmışlar. Qapını açdıqdan sonra Nilufər və sevgilisi Orxan da döşəmənin üstündə qadın meyiti olduğunu görmüşlər. Nilufər yerdə uzanmış şəxsi tanımış və bildirmişdir ki, həmin meyit onun rəfiqəsi Nurlana adı ilə dostu Asimin tanıdığı Elgün adlı qızın meyitidir. Bundan sonra Nilufər DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Bundan sonra aydın olmuşdur ki, hadisə yerində bir nəfər yox, iki nəfər qadın meyiti var. Lakin ikinci meyit evin otağında olduğu üçün və onlar evin içərisinə daxil olub baxmadıqları üçün ikinci meyiti görməmişlər. Həmin meyitlərin birinin Nurlana adı ilə dostu Asimin tanıdığı Elgün adlı qızın, digər meyitin isə onun anası Fatma adlı qadının meyitləri olduğunu hadisə yerinə polis əməkdaşları gəldikdən sonra bilmişlər. O, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2, yəni Nurlana adı ilə dostu Şahid1 tanıdığı qızı hadisədən əvvəl tanımamış və görməmişdir. Hadisə yerinə gəldikdən sonra ona məlum olmuşdur ki, həmin qız öldürülmüşdür. Çünki, Nilufər adlı qız onlarla birlikdə mənzilin qapısını açıb meyiti gördükdən sonra bildirmişdir ki, həmin meyit rəfiqəsi Nurlananın , yəni əsl adı Elgün olan qızın meyitidir, çox güman ki onu qardaşı Murad öldürmüşdür. Çünki, Nilufər ona bir neçə gün əvvəl bildiribmiş ki, qardaşı Murad onun şəkillərini instagram sosial şəbəkəsində görmüşdür və Elgünə zəng edib onu öldürəcəyini bildirmişdir. Bundan başqa da Nilufər həmçinin bildirmişdir ki, hadisə baş verməzdən bir gün əvvəl, yəni xx.xx.N9-cu il tarixdə rəfiqəsi Nurlana ona zəng edib bildirmişdir ki, qardaşı Muradla anası Fatma kirayədə qaldıqları həmin evdədir. Nurlana Nilufəri də həmin evə dəvət etmişdir. Lakin Nilufər qardaşının yanında özünü narahat hiss edəcəyi üçün ora getməmişdir. O, dostu Asimlə birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı evə gedib mənzilin qapısını açıb orada meyit olduğunu gördükdən sonra ona görə hüquq mühafizə orqanlarına bu barədə məlumat verməmişlər ki, onlar döşəmənin üstündə meyit olduğunu görsələr də, onun öldürüldüyünü zənn etməmişlər. Nə olduğunu aydınlaşdırmaq üçün dostu Asim Nilufər adlı qıza zəng etmiş və mənzildə meyit aşkar etdiklərini bildirmişdir. Nilufər isə orada gözləməklərini və özünün ora gələcəyini bildirdiyi üçün onlar Nilufərin gəlməsini və özünün hüquq-mühafizə orqanlarına məlumat verməsini gözləmişlər. Çünki, dostu Asim bildirmişdir ki, Nilufər də həmin mənzildə kirayədə yaşayırmış. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.N9-cu il tarixli, 195 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitində sağ qulaq seyvanının sağ gicgah nahiyəsinə uzanan 1 ədəd; sağ və sol ümumi, daxili və xarici yuxu arteriyalarının, vidaci venaların, udlağın, qida borusunun yaralanmasına səbəb olan, boyunun sağ yan səthinin 6 ədəd, boyunun arxa səthinin 5 ədəd; ürəyin və ağciyərlərin yaralanmasına, ikitərəfli pnevmohemotoraksa (sol və sağ döş boşluğuna hava və qan yığılmasına) səbəb olan döş boşluqlarına keçən döş qəfəsinin sağ yarısının ön səthinin 2 ədəd, sol yarısının ön səthinin 1 ədəd, bayır səthinin 1 ədəd; döş qəfəsinin sağ yarısının arxa səthinin 4 ədəd, sol yarısının arxa səthinin 1 ədəd; sol bazu nahiyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 23 ədəd), müəyyən edilmişdir. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl küpü və ülgücü olan yastı tiyə tipli deşici –kəsici alət təsirindən törənmişlər. Dərəcəsinə görə sağ və sol ümumi, daxili və xarici yuxu arteriyalarının, vidaci venaların, udlağın, qida borusunun yaralanmasına səbəb olan boyunun sağ yan səthinin 4 ədəd, arxa səthinin 2 ədəd ürəyin və ağciyərlərin yaralanmasına, ikitərəfli pnevmohemotoraksa (sol və sağ döş boşluğuna hava və qan yığılmasına) səbəb olan döş qəfəsinin sağ yarısının ön səthinin 2 ədəd, sol yarısının ön səthinin 1 ədəd, bayır səthinin 1 ədəd; döş qəfəsinin sağ yarısının arxa səthinin 4 ədəd, sol yarısının arxa səthinin 1 ədəd döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaraları (cəmi 15 ədəd) ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Sağ qulaq seyvanının sağ gicgah nahiyəsinə doğru uzanan 1 ədəd, boyunun sağ yan səthinin 2 ədəd, arxa səthinin 3 ədəd, sağ bazunun 2 ədəd ( cəmi 8 ədəd) deşilmiş-kəsilmiş yaralan ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb boyunun və bədənin çoxsaylı deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar boyun üzvlərinin və daxili orqanların zədələnməsi nəticəsində baş vermiş çoxlu daxili və xarici qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 18-22 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs2 xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodia zepin törəmələri və salsilatlar aşkar edilməmişdir. (cild 01 iş vərəqə 147-155) Məhkəmə-tibbi ekspertizasının xx.xx.N9-cu il tarixli, 196 nömrəli rəyindən görünür ki, X2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Sifətin sağ yarısının 2 (iki) ədəd; sol ümumi yuxu arteriyasının, sol vidaci venanın, traxeyanın və qida borusunun yaralanmasına səbəb olan boyunun ön və sol yan səthinin 2(iki) ədəd; boyunun sağ yan səthinin 1 (bir) ədəd; ağciyərlərin yaralanmasına və ikitərəfli pnevmohemotoraksa (sol və sağ döş boşluğuna hava və qanın yığılmasına) səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən 6 (altı) ədəd, sağ yarısının ön səthinin döş boşluğuna keçən 3(üç) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən 3(üç) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna keçən 1 (bir) ədəd; döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçməyən 2 (iki) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 3 (üç) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna keçməyən 2 (iki) ədəd; peritonun, nazik və yoğun bağırsaqların yaralanmasına səbəb olan qarının sol yarısının ön divarının qarın boşluğuna keçən 1 (bir) ədəd; qarının sol yarısının önyan divarının qarın boşluğuna keçməyən 1 (bir) ədəd; sol bel nahiyəsinin qarın boşluğuna keçən 2 (iki) ədəd, qarın boşluğuna keçməyən 2 (iki) ədəd; sol bazu oynağı nahiyəsinin 1 (bir) ədəd, sol bazunun 2 (iki) ədəd, sol saidin 1 (bir) ədəd, sol əlin arxa səthinin 1 (bir) ədəd, sağ bazu oynağı nahiyəsinin 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd, sağ mil-bilək oynağı nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 39 ədəd).Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlər), kəsilmiş yaralar kəsici alət (alətlər) təsirindən törənmişlər, bıçaqla yetirilə bilər. Dərəcəsinə görə: Sol ümumi yuxu arteriyasının, sol vidaci venanın, traxeyanın və qida borusunun yaralanmasına səbəb olan boyunun ön və sol yan səthinin 2(iki) ədəd; ağciyərlərin yaralanmasına və ikitərəfli pnevmohemotoraksa (sol və sağ döş boşluğuna hava və qanın yığılmasına) səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən 6(altı) ədəd, sağ yarısının ön səthinin döş boşluğuna keçən 3(üç) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən 3 (üç) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna keçən 1 (bir) ədəd; peritonun, nazik və yoğun bağırsaqların yaralanmasına səbəb olan qarının sol yarısının ön divarının qarın boşluğuna keçən 1 (bir) ədəd; sol bel nahiyəsinin qarın boşluğuna keçən 2 (iki) ədəd (cəmi 18 ədəd) deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir; Sifətin sağ yarısının 2 (iki) ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçməyən 2 (iki) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 3 (üç) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna keçməyən 2 (iki) ədəd, qarının sol yarısının ön-yan divarının qarın boşluğuna keçməyən 1 (bir) ədəd, sol bel nahiyəsinin qarın boşluğuna keçməyən 2 (iki) ədəd, sol bazu oynağı nahiyəsinin 1 (bir) ədəd, sol bazunun 2 (iki) ədəd, sol saidin 1 (bir) ədəd, sol əlin arxa səthinin 1 (bir) ədəd, sağ bazu oynağı nahiyəsinin 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd, sağ mil-bilək oynağı nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 21 ədəd) isə hər biri ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb boyunun və bədənin çoxsaylı deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar boyun üzvlərinin və daxili orqanların zədələnməsi nəticəsində baş vermiş çoxlu daxili və xarici qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 20-24 saat əvvələ uyğun gəlir. X4 xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi. X3 xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyildir. X2 yuxarı ətraflarında olan xəsarətlər özünümüdafiə zamanı törənə bilərdi. X2 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkolidlər, (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1, 4 benzodiazepin törəmələri və salsilatlar aşkar edilməmişdir. (cild 01, iş vərəqə 156-164) Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2020-ci il tarixli 20/361R nömrəli rəyindən görünür ki, xx.xx.N9-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, “Uğur” yaşayış kompleksi, 25/95 saylı məhəllə, bina 8, mənzil 71 ünvanında kirayə yaşayan vətəndaş Zərərçəkmiş şəxs2 və qonaq olan anası Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd şəffaf yapışqan lent kəsiklərin üzərində olan əl izlərindən 02 ədəd əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Zərərçəkmiş şəxs1 daktiloskopik xəritədə on barmaqdan sağ və sol əllərinin şəhadət barmaqlarının əksləri müqayisəli tədqiqatın aparılması üçün yararsızdır. Digər əl-barmaq əksləri isə müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. Zərərçəkmiş şəxs2 daktiloskopik xəritəsində on barmaqdan sol əlinin şəhadət, adsız, çeçələ barmaqlarının əksləri müqayisəli tədqiqatın aparılması üçün yararsızdırlar. Digər əl-barmaq əksləri isə müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izləri DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müqayisəli tədqiqatın aparılması üçün yararlı olan əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. (cild 01, iş vərəqə 173-179) Məhkəmə-genetik ekspertizasının 20/376 R nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspert tədqiqatına təqdim olunmuş evin qonaq otağında masanın üzərində külqabı içərisində aşkar edilmiş 05 (beş) ədəd “Winston” markalı siqaret kötüyü üzərində tüpürcək nümunələri kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur və həmin nümunələrdən əldə edilmiş DNT profilləri DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. (cild 01, iş vərəqə 190-196) Məhkəmə-tibbi kriminalistik ekspertizasının 643-MTK./2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvarın ön səthində solda iki ədəd (onlardan biri kənaridir), büstqalterin sol çiyinliyin ön hissəsinin iç kənarında bir ədəd, qolsuz maykanın ön səthinin orta nahiyəsində üç ədəd, ön səthində aşağıda bir ədəd, ön səthinin sağ aşağı nahiyəsində bir ədəd, arxa səthinin sol yuxarı nahiyəsində dörd ədəd, sol çiyinliyinin arxa səthində üç ədəd (biri kənaridir), sağ çiyinliyinin arxa səthində bir ədəd (kənari), sol çiyinliyinin ön səthində beş ədəd, koftanın ön səthində təxminən orta nahiyəsində üç ədəd, ön səthində aşağıda dörd ədəd, ön səthinin sol aşağı nahiyəsində bir ədəd, ön səthinin sol yuxarı nahiyəsində yeddi ədəd, koftanın boğazlıq nahiyəsində sağda bir ədəd və solda üç ədəd, sol qolunun ön səthində dörd ədəd, koftanın arxa səthinin sol yuxarı nahiyəsində on ədəd, koftanın arxa səthində bir qədər solda üç ədəd, arxa səthinin sağ yuxarı nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus büstqalterin ön səthində sağda bir ədəd kənari, ön səthində solda bir ədəd kənari, arxa səthində sağda bir ədəd, koftanın ön səthində sağda iki ədəd, ön səthində solda iki ədəd, sol qolunun ön səthində üç ədəd, koftanın arxa səthində orta-sağ nahiyəsində altı ədəd, gödəkcənin sol qolunun ön səthində bir ədəd, gödəkcənin ön səthində sağda on iki ədəd, gödəkcənin yaxalığının ön səthində üç ədəd, gödəkcənin arxa səthində ortada üç ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi.Zərərçəkmiş şəxs2 məxsus gödəkcənin sağ qolu birləşən dairəvi tikişində sökülmə zədəsi vardır. Bu sökülmə küt qüvvə təsiri ilə gödəkcənin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 paltarlarında aşkar edilmiş çoxsaylı deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş, şərti olaraq 1 №-li və 5 №-li kimi işarələnmiş bıçaqların tiyəsi ilə və eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 paltarlarında aşkar edilmiş çoxsaylı deşilmişkəsilmiş zədələrin lokalizasiyasına görə demək olar ki, bu zədələri yetirdiyi anda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bu zədələri alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqla vəziyyətlərdə ola bilərdilər, zədə nahiyələri isə iz törədən alətə (predmetə) doğru yönəlmiş vəziyyətdə olmuşdur. Təqdim olunmuş 06 ədəd bıçaqlar zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş 06 ədəd bıçağın üzərində sonradan hər hansı əlavə dəyişikliklər edilməmişdir. (cild 02 iş vərəqə 12-25) Məhkəmə-tibbi bioloji ekspertizasının 783/2021-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu – B/İİİ/.(Təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu – A/İİ/.(Təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə əsasən).Ekspertizaya təqdim edilən mərhumə Zərərçəkmiş şəxs1 məxsus mayka, idman şalvarı, trusik, büstqalter, uzun vodolazka, kalqotka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə B antigeni və bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, paltarlar üzərindəki qan ləkələri B/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim edilən mərhumə Zərərçəkmiş şəxs2 məxsus papaqlı gödəkcə, kofta, şalvar, tuman, büstqalter, bir cüt corab üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə A antigeni və bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, paltarlar üzərindəki qan ləkələri A/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. (cild 02 iş vərəqə 26-30) Məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/322 R nömrəli rəyindən görünür ki, ekspert tədqiqatına təqdim olunmuş evin qonaq otağında masanın üzərində külqabı içərisində aşkar edilmiş 05(beş) ədəd “Winston” markalı siqaret kötüyü üzərində olan tüpürcək nümunələri Təqsirləndirilən şəxs məxsusdur. (cild 03 iş vərəqə 22-29) Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/330R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi müqayisəli tədqiqat üçün yararlıdır. xx.xx.N9-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürülməsi faktı ilə əlaqədar keçirilmiş xx.xx.2020 tarixli, 20/36R nömrəli ekspert rəyinə əsasən şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl-barmaq izləri xx.xx.1997-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük və sağ əlinin adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. (cild 02 iş vərəqə 30-36) Kompleks ambulator məhkəmə-psixitrik və məhkəmə-psixoloji ekspertizasının 1330 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi-ruhi xəstəlikdən əziyət çəkməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər-hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində emosional gərginlik, qıcığa qarşı həssaslıq, hirslilik, impulsivlik yaranmış, həmin halın yaranması situasiya (anası Fatmanın bacısı Elgünün onun bacısı olmadığını, onu başqa kişi ilə olan münasibətindən doğduğunu söyləməsi, aralarında yaranmış mübahisə) ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt vəziyyətində olmamışdır. (cild 03 iş vərəqə 106-110) İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli sorğusundan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 120.2.3, 120.2.4 və 120.2.7ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilməsi üçün Rusiya Federasiyasının səlahiyyətli orqanlarına müraciət edilmişdir. (cild 03, işvərəqə 09-10) İş materiallarında olan Rusiya Federasiyası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli cavab məktubunun təsdiq edilmiş tərcüməsindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilmişdir. (cild 03, iş vərəqə 103) İş materiallarında olan AR Dövlət Miqrasiya Xidmətinin xx.xx.N9-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşıdır. (cild 01, iş vərəqə 257) İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 03 iyun N1-ci il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs1 valideynlik vəzifələrini yerinə yetirmədiyindən, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs münasibətdə valideynlik hüququndan məhrum edilmişdir. (cild 03, iş vərəqə 59-60) İş materiallarında olan xasiyyətnamələrdən görünür ki, mərhum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Elgün Niftiyeva mənfi xarakterizə olunurlar. (cild 03, iş vərəqə 104- 105) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 7-ci bəndində göstərilmişdir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin Plenum qərarının 11-ci bəndinə əsasən, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onun qızı Zərərçəkmiş şəxs2 gözü qarşısında xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq öldürmüş, onun bu hərəkətlərinin qarşısını alıb anasını xilas etməyə çalışmaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 da anası Zərərçəkmiş şəxs1 gözü qarşısında qızını öldürməməsinə dair yalvarışlarına məhəl qoymayaraq xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iş üzrə ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.N9-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 130) İş materiallarında olan Biləsuvar RİHB-nin Bağbanlar kənd İƏD üzrə nümayəndəliyi və Bağbanlar kənd tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 03, iş vərəqə 60-61) İş materiallarında olan diplomların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “boks” üzrə ölkə daxili yarışlarda dəfələrlə təltif edilmişdir. (cild 03, iş vərəqə 54-58) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.12-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, cinayəti zərərçəkmiş şəxslərin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin hüquq varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin olmamasını, müsbət xarakterizə olunmaqla idman sahəsində nailiyyətlər əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü və 56.2-ci maddələrinə əsasən azadlıqdan məhrumetmə cəzasının ilk 07 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, AR Cəzaların İcrası Məcəlləsinin 70-ci maddəsinin müəyyən etdiyi qaydada məhkum azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkmək üçün həbsxanadan digər növ cəzaçəkmə müəssisəsinə göndərilərkən, onun istintaq təcridxanasında saxlanıldığı müddət hökmlə məhkuma təyin edilmiş həbsxana müddətinə hesablanmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 dekabr N9-cu il tarixli qərarından görünür ki, haqqında axtarış elan edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. (cild 01, iş vərəqə 103-105) İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli ekstradisiya qaydasında saxlama protokolunun və RF Saratov vilayəti Engels rayon Məhkəməsinin 17 oktyabr 2021-ci il tarixli qərarının təsdiq edilmiş tərcümələrindən görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə RF Saratov vilayəti Engels rayonu ərazisində saxlanılmış və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vərəqə 198-200; 208-209) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət həbsdə saxlama müddətinə daxildir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 15 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması yerində saxlanılan mərhum Zərərçəkmiş şəxs1 məxsus şalvar, büstqalter, qadın tumanı, retuz, qolsuz mayka, kofta, mərhum Zərərçəkmiş şəxs2 məxsus bir cüt corab, trusik, büstqalter, şalvar, gödəkcə, hadisə yerindən götürülmüş və təqsirləndirilən şəxsə tanınmaya təqdim etmə nəticəsində cinayətin törədildiyi alət olaraq müəyyən edilmiş bir ədəd üzərində “stainless steel shang xing” sözləri həkk edilmiş məişət təyinatlı mətbəx bıçağı, hadisə yerindən götürülmüş və Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmiş iki ədəd əl-barmaq izləri, hadisə yerində qonaq otağında masanın üzərində külqabının içərəsindən götürülmüş, üzərində təqsirləndirilən şəxsə məxsus tüpürcək nümunələri olan 05 ədəd vinston markalı siqaret kötükləri, Təqsirləndirilən şəxs tədqiqat üçün götürülmüş yanaq epiteli qaşıntısı, əl-barmaq izləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisənin baş verdiyi binanın blokunda quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış videogörüntüləri, ifadənin yerində yoxlanılması protokolunu özündə əks etdirən 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 20 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2 və 56.1.3-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 07 ilini həbsxanada, cəzanın qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması yerində saxlanılan mərhum Zərərçəkmiş şəxs1 məxsus şalvar, büstqalter, qadın tumanı, retuz, qolsuz mayka, kofta, mərhum Zərərçəkmiş şəxs2 məxsus bir cüt corab, trusik, büstqalter, şalvar, gödəkcə, bir ədəd üzərində “stainless steel shang xing” sözləri həkk edilmiş məişət təyinatlı mətbəx bıçağı, Təqsirləndirilən şəxs məxsus iki ədəd əl-barmaq izləri, üzərində təqsirləndirilən şəxsə məxsus tüpürcək nümunələri olan 05 ədəd vinston markalı siqaret kötükləri, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tədqiqat üçün götürülmüş əlbarmaq izləri və yanaq epiteli qaşıntısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1620/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1620/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver