Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1622/2021 29.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 10 iyun 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu Anaşkin küçəsi 148 nömrəli orta məktəbə qalxan avtomobil yolunun yaxınlığında yerləşən boş sahədə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq sözlər işlətməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlbəyaxa olarkən özündə olan istintaqla müəyyən edilməmiş bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın boşluğundan bir dəfə vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kor bağırsağın zədələnməsinə səbəb olan qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Belə ki, həm yaxın qonşu olmuşlar, həm də bir məktəbdə oxumuşlar. Hadisəyə qədər aralarında mehriban münasibət olmuşdur. 10 iyun 2021-ci il tarixdə yaşadığı evdə axşam yeməklə spirtli içki qəbul etmişdir. Həmin gün saat təxminən 22-30 radələrində yaşadığı evdən məhəlləyə çıxmışdır. Məhəllədə gəzişərkən avtopark deyilən ərazinin yolunda təsadüfən məhəllə uşaqları olan Səfər və Şahinlə rastlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs və Şahinin də içkili olmasını bilmişdir. Onlar bir qədər söhbət etdikdən sonra Şahin onlardan aralanıb su almaq üçün mağazaya getmişdir. Səfərlə aralarında zarafatlaşıb söhbət edən zaman sözləri çəp gəldiyindən Səfərin əli ilə boynundan tutaraq böyümüsən deməklə ünvanına nalayiq sözlər işlətməsi onun xoşuna gəlmədiyindən, bir-birlərinin köynəyindən tutaraq əlbəyaxa olmuşlar. Səfərlə görüşərkən meyvə doğramaq üçün istifadə etdiyi cib bıçağı təsadüfən həmin vaxt üstündə olmuşdur. O, Səfəri özündən aralamaq üçün bıçaqla Səfərin qarın nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Səfəri bıçaqla vurmaqda məqsədi Səfəri qorxutmaq olmuşdur. Hadisə günü bıçaq təsadüfən üzərində olmuşdur. Hadisə zamanı özü bilmədən bıçaqla zərərçəkmiş şəxsi vurmuşdur. Bundan sonra Səfərdən aralanıb evə gəlmişdir. Səfəri vurduğu cib bıçağını da evə gələrkən yolda yadında qalmayan istiqamətdə tullamışdır. Evdə olarkən ona sonradan məlum olmuşdur ki, Səfər bıçaqla vurduğu zərbədən yaralanmış və hadisə yerindən aparıldığı 3 saylı şəhər kliniki xəstəxanasında əməliyyat olunmuşdur. Onun ailəsi Səfərin müalicə pulunu tam ödəmişdir. Hərəkətindən peşman olmuşdur. Hazırda Zərərçəkmiş şəxsla barışıq əldə etmişlr. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşudurlar, həm də bir məktəbdə oxumuşlar. Hadisəyə qədər münasibətləri yaxşı olmuşdur. 10 iyun 2021-ci il tarixdə qonşusu Şahinlə görüşərək birlikdə pivə içməyi qərarlaşdırmışlar. Həmin gün saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən «Bakı» kafesində Şahinlə görüşmüşlər. Sonradan onlara məhəllə uşağı Xəyal da qoşulmuşdur. Saat təxminən 22-30 radələrində kafedən çıxmışlar. O, Şahinlə birlikdə kafedən çıxıb yaşadıqları məhəlləyə tərəf gəlməyə başlamışlar. Məhəlləyə gələrkən avtopark deyilən ərazinin yolunda 148 nömrəli orta məktəbə qalxan avtomobil yolunda təsadüfən Mahirlə rastlaşmışlar. Mahiri uşaqlıqdan tanıdığından Şahinlə birlikdə deyib-gülüb zarafatlaşmağa başlamışlar. Mahirlə aralarında olan zarafatlaşma vaxtı Şahin onlardan ayrılıb yaxınlıqda yerləşən mağazaya su almağa getmişdir. Mahirlə aralarında söhbətləşərkən sözləri birbirinə çəp gəldiyindən Mahirin boynundan əli ilə tutaraq, Mahirə böyümüsən deyib ünvanına nalayiq sözlər işlətməyi Mahirin xoşuna gəlmədiyindən, Mahirlə əlbəyaxa olub bir-birlərinin köynəyindən tutan zaman Mahir cibindən çıxartdığı cib bıçağı ilə onun qarın nahiyəsindən bir dəfə zərbə vurub ondan aralanıb getmişdir. Təxminən 5 diqəqədən sonra Şahin mağazadan çölə çıxdıqda qarnını tutaraq Şahinin olduğu yerə doğru gəlmiş və Şahinə bildirmişdir ki, onu Mahir bıçaqla vurmuşdur. Həmin vaxt Mahir artıq çıxıb getmişdir. Həmin vaxt halı özündə olmadığından Mahirin nə səbəbə onu vurmasını Şahinə bildirməmişdir. Yolda olarkən məhəllə uşağı Razilət onları görüb onu idarə etdiyi avtomaşına qoyaraq tibbi yardım göstərilməsi üçün 3 saylı xəstəxanaya gətirmişdir. Mahirlə aralarında olan hadisə onun Mahirin ünvanına nalayiq söyüş söyməyi səbəbindən baş vermişdir. Mahirin ünvanına söyüş etdiyindən Mahir onu bıçaqla vurmuşdur. Hadisə zamanı ikisi olmuş, başqa kənar şəxslər olmamışdır. Xəstəxanada əməliyyat zamanı sərf etdikləri pulun hamısını Mahirin qohumları ödəmişlər. Təqsirləndirilən şəxslə barışıq əldə etmişlər. Onun təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Mahiri söydüyü üçün, Mahir də onu bıçaqla bir dəfə vurmuşdur. O, sərxoş olmuş və Mahirin ünvanına nalayiq söyüş söyməyi səbəbindən hadisə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir ki, qonşu kimi tanıyır. Onların əvəlllər aralarında hər hansı bir narazılıq olmasını bilməmişdir. 10 iyun 2021-ci il tarixdə 22-30 radələrində idarə etdiyi avtomobillə yaşadığı məhəlləyə doğru gələrkən Şahinlə Səfəri görmüşdür. Səfərin qarnını tutaraq taksi axtarmalarını görüb onları avtomobilinə götürmüşdür. Həmin vaxt Səfərin deməsindən ona məlum olmuşdur ki, Səfəri Mahir bıçaqla vurmuşdur. Səfərin halı özündə olmadığından Mahirin nə səbəbə onu vurmasını ona bildirməmişdir. Səfəri idarə etdiyi avtomaşınla 3 saylı xəstəxanaya gətirmişdir. Səfərin halı olmadığından avtomobildə ona və Şahinə heç nə danışmamışdır. O, Səfəri xəstəxananın qəbul şöbəsinə gətirib təhvil vermişdir. Sonradan ona məlum olmuşdur ki, Səfər Mahirin ünvanına söyüş söydüyündən Mahir Səfəri bıçaqla vurmuşdur. O, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Zərərçəkmiş şəxs çox müddətdir ki, tanıyır, onunla bir məhəllədə böyümüşdür. 10 iyun 2021-ci il tarixdə Səfər ilə danışaraq işdən sonra görüşərək birlikdə pivə içməyi qərarlaşdırmışlar. 10 iyun 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən «Bakı» kafesində Səfərlə görüşmüşdür. Sonradan onlara məhəllə uşağı olan Xəyal da qoşulmuşdur. Saat təxminən 22-30 radələrində oturuduqları kafedən çıxmışlar. Səfərlə o birlikdə kafedən çıxıb getmişdir. Məhəlləyə gələrkən yolda təsadüfən Mahirlə rastlaşmışlar. Mahiri o da tanıdığından deyib-gülüb zarafatlaşmağa başlamışlar. O, həmin vaxt onlardan ayrılıb mağazaya su almağa girmişdir. Təxminən 5 dəqiqədən sonra mağazadan çölə çıxdıqda Səfərin qarnını tutaraq mağazaya doğru gəlməsini görmüşdür. Həmin vaxt ona Səfərdən məlum olmuşdur ki, onu Mahir bıçaqla vurmuşdur. Səfərin halı özündə olmadığından Mahirin nə səbəbə onu vurmasını ona bildirməmişdir. Yolda olan Raziləti görüb Səfəri Razilətin idarə etdiyi avtomaşına qoyaraq 3 saylı xəstəxanaya gətirmişlər. Səfərin halı olmadığından onlara heç nə danışmamışdır. O, Razilətin idarə etdiyi avtomaşınla Səfəri xəstəxananın qəbul şöbəsinə gətirib təhvil vermişlər. Ona sonradan məlum olmuşdur ki, Səfər Mahirin ünvanına söyüş söydüyündən Mahir onu bıçaqla vurmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin M/N-si polis leytenantı, Ağalar Vəliyevin 10 iyun 2021-ci il tarixli raportundan görünür ki, 10.06.2021-ci il tarixdə saat 23:40 radələrində 3 saylı ŞKX-dan həkim Zərbəliyev 12-ci PŞ-nin NH-nə zəng edərək, xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarın sağ yarasının kəsilmiş deşilmiş yarası barədə məlumat vermişdir. Cinayət işinin 9-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyun 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, 148 nömrəli orta məktəbə qalxan avtomobil yolunun kənarında fəaliyyəti dayandırılmış müəssisədir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyun 2021-ci il tarixli, 1/1755 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Cinayət işinin 67-68-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyun 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsindən daxil olmuş 04 avqust 2021-ci il tarixli, ***- *******17 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi cib bıçağının müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 87-89-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin 14 iyul 2021-ci il tarixli, 934 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs kor bağırsağın zədələnməsinə səbəb olan qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 10.06.2021-ci il tarixə uygun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 80-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 02 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını, müalicə xərclərinin təqsirləndirilən şəxs tərəfindən ödənilməsini bildirmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 30 iyun 2021-ci il tarixli, 1407 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona İttiham olunan əməl barəsində Anlaqlı hesab olunmaldır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəfiliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətləri təsiri altında baş verməsi Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətləri təsiri altında baş verməsi, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbi olmaması, cinayətin ictimai-təhlükəlilik dərəcəsi aradan qaldırıldığı səbəbindən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli və o, həbsdən dərhal azad edilməlidir. Onun barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət işinin 15-ci vərəqəsində olan 11 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 63-65-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2021-ci il tarixli, 4(008)-394/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 11 iyun 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Qeyd olunan Plenum qərarının müddəallarına əsasən Təqsirləndirilən şəxs oglunun 11 iyun 2021-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixə kimi həbsdə olduğu 03 (üç) ay 18 (on səkkiz) gün cəza müddətinə hesablanmamalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alınanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1622/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1622/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver