Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1622/2024 29.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1986-cı ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2013 və 2017-ci il təvəllüdlü uşaqları olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 10,285 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvana daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 19 yanvar 2024-cü il tarixdə saat 15:10-da qeyd olunan ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş İdarəyə gətirilməklə orada həmin gün saat 17:10dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 10,285 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu 19 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində işə gedən zaman polis əməkdaşları tutmuş, tutulan zaman üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Onu tanışları X4 və Surac Məmmədov əlində tapança silahla fotoşəklini çəkərək sosial şəbəkələrə yaydıqları üçün tutmuşlar. Lakin həmin tapança silah onun deyil, Ramin Mayılovun idi. Tapança ilə şəkil çəkdirdiyi zaman tapançada patronlar olmamışdır. Şəkil çəkdirməkdə başqa məqsədi olmamışdır. Onu onun 38 yaşı var, himayəsində azyaşlı övladları var, əvvəllər məhkum olunmamış və heç bir cinayətkar qrupda iştirak etməmişdir. Ona təzyiq olunmaqla polislərin üzərinə qoyduqları bir büküm metamfetamini çəkiliş zamanı özünə məxsus maddə kimi bildirmiş, həmin maddəni guya tutulduqdan 2 gün əvvəl Sədərək ticarət mərkəzində yerdən tapdığını bildirmişdir. Həmin ifadəsini təsdiq etmir. Məhkəmədə verdiyi ifadəsi həqiqidir. Onu da qeyd edir ki, Ramin Mayılov da həbs olunmuş, barəsində cinayət işi aparılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin x.m.i.ü. baş əməliyyat müvəkkili işləmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, 19 yanvar 2024-cü il tarixdə ona etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, «Ruslan» adlı şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur, bu məqsədlə onları əldə edərək üzərində daşıyır. Məlumat araşdırıldıqda müəyyən edilmişdir ki, «Ruslan» adlı şəxs Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan, lakin faktiki olaraq Lökbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsdur. Həmin məlumat barədə rəhbərliyə məlumat verildikdən sonra tədbirin keçirilməsinə dair qərar qəbul edilmiş və rəhbərliyin əmri ilə ondan, həmkarları polis mayoru Elvin Həsənov və polis leytenantı Əli Kazımovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün saat 15 radələrində həmkarları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Lökbatan qəsəbəsinə çıxaraq yaşadığı ünvanı müşahidəyə almışlar. Təqsirləndirilən şəxs qəsəbənin S.Orucov küçəsi 1 saylı ünvanın yaxınlığında hərəkət etdiyini görərək ona yaxınlaşıb saxlayaraq Baş idarəyə gətirmişlər. Baş idarədə Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmiş, təhqiqatçı müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində cəlb etmiş və müdafiəiçnin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Həmin baxışda o, müdafiəçi və həmkarları iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, sağ arxa cibindən “Samsung” markalı mobil telefonu, şalvarın sol yan cibindən qara rəngli pul qabını, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunu və alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümü təhqiqatçı tərəfindən açılmış, içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündən aşkar edilmiş maddəni fəhlə işlədiyi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin ərazisində yerdən tapdığını, həmin bükümün içində olan maddənin “patı” olduğunu bildiyi üçün istifadə etmək məqsədi ilə cibinə qoymuş, bu maddəni satmaq niyyətində olmamışdır. Həmin büküm qablaşdırılmış, möhürlənmiş, bütün iştirakçıların imzası ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman və ondan sonrakı müddətdə ona qarşı fiziki və ya psixi təzyiqlər edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə düzgün ifadə vermir. Onu qanunsuz silah saxlamağa görə saxlamamışlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə verilmiş ittiham öz təsdiqini tapmamışdır, bununla belə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi müəyyən edilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, «Ruslan» adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 19 yanvar 2024-cü il tarixdə saat 15:10-da Təqsirləndirilən şəxs ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 19 yanvar 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmiş, bükülüyə baxış zamanı psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddəni Bakı şəhəri, Qaradağ rayonu ərazisində fəhlə işlədiyi “Sədərək” ticarət mərkəzinin ərazisindən tapdığını, “patı” olaraq bilməsini, həmin maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman özünü qismən təqsirli bilərək əvvəllər narkotik vasitədən istifadə etdiyini, 1 ay bundan əvvəl dostunun ad günü yığıncağında “ot” deyilən narkotik vasitədən istifadə etdiyini, qeyd olunan maddəni 2 gün bundan qabaq “Sədərək” ticarət mərkəzində araba sürərkən yerdən tapdığını və kimə təhvil verəcəyini bilmədiyinə görə üzərində saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/378 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üstündən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 10,285 qram olan ağ rəngli, kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli, 1089 nömrəli rəyindən müəyyən odunur ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, «Bakcell” MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə zənglər daxil olduğu, onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, onların olduqları yer üzrə anten dairələri müəyyən edilmiş, lakin cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış BMCMİ-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbirlərin nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət təqibi üzrə materialın ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, hazırkı cinayət işindən psixotrop maddəsinin əldə etmə mənbəyini müəyyən edilməsi məqsədi iləmaterial ayrılmşdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarından müəyyən olunur ki, ibtidai istintaq orqanının “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024cü il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 10,285 qram çəkidə psixotrop maddə metamfetamin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd CD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvələr məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 2017-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasvı və Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə halların olmasını təsdiq edən məhkəmə-narkoloji ekspertizası rəylərini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış psixotrop maddənin-maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti araşdırmalar idarənin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, material üzrə BMCMİ-nin əməliyyat müvvəkili X5 və polis əməkdaşları X7 və Şahid izahatları alınmışdır. Onlar izahatlarında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, nədəki sonradan Baş İdarədə hər hansı bir fiziki və psixoloji təzyiqlərə məruz qalmadığını bildirmişlər. Materiala əlavə edidlmiş “MTE və PA Birliyi” PHŞ-in 26/MEŞ nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Törənmə müddətləri xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 3-4 gün əvvələ uyğun gəlir, müxtəlif şərailərdə, həmçinin özünün göstərdiyi şəraitdə yük boşaldarkən qutuya dəyməsi zəminində yarana bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qaununsuzluğa yol verilmədiyi üçün material üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 19 yanvar 2024-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,235 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin matariallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h **********9328518204 ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 32 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,235 qram psixotrop maddə metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilimiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h **********9328518204 ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 32 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1622/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1622/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver