Məhkəmə qərarları › İş №1(101)-1622/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1622/2025

01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1622/2025 01.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X4, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “polisin nəzarəti alıtna vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanda yerləşən «Yeni şəhər» marketin arxasında bacısının keçmiş əri Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncu nəlayiq sözlərlə onu təhqir edib, yumruqla sifət nahiyəsinə vurduqdan sonra o, üzərində olan bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsinə iki zərbə vurub ona döş qəfəsinin arxa səthinin sol yarısında İV-V qabırğalararası sahənin və bel nahiyəsinin sol yarısında arxa qoltuq xətti üzrə İ bel fəqərəsi proyeksiyasının sol X qabırğanın kəsilmiş yerdəyişən sınığı və sol tərəfli pnevmotoraksla (sol döş boşluğuna havanın toplanması) ilə müşayiət olunan deşilmiş- kəsilmiş yaraları kimi ümumilikdə həyat üçün təhlükəli olan Ağır dərəcəli bədən xəsarətləri yetiməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən Ağır zərər vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, hadisənin baş vermə səbəbi bacısının marketdə vurulması olub. Zərər çəkmiş şəxs bacısının boşandığı həyat yoldaşıdır. Marketdə hadisə baş verəndən sonra bacısı bölməyə ərizə verməyə getmiş, o, da bu vaxt orada olmuş və bölmədən çıxandan sonra o, zərərçəkmiş şəxslə mübahisə etmiş və həmin gün axşam görüşmək qərarına gəlmişlər. Axşam saat 9-da “Yeni şəhər” marketin yanında görüşmüşlər, sonra zərərçəkmiş söyüş söydüyü üçün onu vurmuşdur. Həmin gün axşamkı görüşə zərərçəkmiş şəxsi o, özü çağırmışdır. Bıçaq üzərində olmuşdur. Bıçağı özümü qorumaq məqsədilə götürmüşdür. Baş vermiş hadisədən və əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 11-12 il olar ki, onun böyük bacısı Səidə Karsinkova ilə ailə həyatı qurmuş, el adət-ənənəsi ilə toyları olmuş, lakin bacısıgilin həmin nigahdan övladları olmamışdır. Zərərçəkmiş şəxsla bacısı təxminən 3 il əvvəl boşanmış və bacısı Səidə bundan sonra Bakı şəhərinə gəlib Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi 20-ci sahədə yerləşən «Araz» super marketdə satıcı işləmiş və o, bacısı ilə 20-ci sahədə bir yerdə qalırdılar. Həmin vaxtlar Zərərçəkmiş şəxs da Bakı şəhərində tanımadığı ünvanda yaşayırdı. 19 yanvar 2025-ci il tarixdə o, təxminən saat 14.00 radələrində bacısı Səidənin işlədiyi «Araz» super marketə getmiş və bacısının iş yerində olmadığını görmüşdü. Marketdə işləyən adını bilmədiyi işçilərdən bacısını soruşduqda ona bildirmişlər ki, həmin günü bacısı Səidənin keçmiş əri Zərərçəkmiş şəxs marketə gələrək bacısının qolundan tutub zorla marketdən küçəyə çıxarmaq istəmiş, lakin iş yoldaşları buna imkan verməmiş, Səbail RPİ-nin 8-ci PB-nə zəng edərək hadisə barədə məlumat vermişlər, bundan sonra PB-dən gələn əməkdaşlar bacısı Səidə ilə Zərərçəkmiş şəxs Səbail RPİ-nin 8-ci PB-nə aparmışlar. Bunu biləndən sonra o, bacısı Səidənin dalınca Səbail RPİ-nin 8-ci PB-nə getmiş, ora çatanda bacısını bölmənin qabağında görmüş, sonuncu ona demişdi ki, baş vermiş hadisə ilə bağlı bölməyə ərizə ilə müraciət etmişdir. Bundan sonra onlar oradan getmək üçün taksi sifariş verib gözləməyə başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs onlara yaxınlaşıb əli ilə bacısı Səidənin ba^ nahiyəsinə bir zərbə vurmuşdu. O, Zərərçəkmiş şəxs nə üçün bacısını vurduğunu soruşduqda sonuncu ilə aralarında mübahisə yaranmışdı. Zərərçəkmiş şəxs ona demişdi ki, eybi yoxdur, sonra görüşərlər. Bundan sonra o, bacısı Səidəni aparıb evə qoymuş, özü isə evdən mətbəx bıçağını götürüb əynindəki şalvarı ilə belinin arasına qoyaraq küçəyə çıxmış, küçədə quraşdırılmış saksafon vasitəsilə Zərərçəkmiş şəxs mobil telefonuna zəng etmişdi. Sonuncu ona demişdi ki, ünvan 2 ünvanda yerləşən «Yeni şəhər» marketin yanana gəlsin. O, həmin günü, yəni 19 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində həmin ünvana getmiş, orada Zərərçəkmiş şəxs onu söhbət etmək üçün yaxınlıqda yerləşən «Yeni şəhər» marketin arxa küçəsinə aparmışdı. Həmin küçəyə çatandan sonra Tərlanla təxminən 5-6 dəqiqə söhbət edərək məsələyə aydınlıq gətirmək istəmişlər. Sonra Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq sözlər işlədib əl zərbəsi ilə sifət nahiyəsinə bir yumruq vurmuş, daha sonra onlar əbəyaxa olmuşlar. Bu zaman o, Zərərçəkmiş şəxs bədəncə ondan iri olduğunu və sonuncuya gücünün çatmayacağını bildiyi üçün şalvarı ilə belinin arasından özü ilə götürüyü mətbəx bıçağını çıxarıb sonuncunun kürək nahiyəsindən iki dəfə dalbadal zərbə vurmuşdu. Zərbələrdən sonra Zərərçəkmiş şəxs bir neçə metr irəli gedərək yerə oturmuşdu. O, Tərlanı orada qoyub evə qayıtmış və bıçağı yuyub həyətdə olan ağacın altına qoymuşdu. Təxminən 40 dəqiqə sonra evlərinə Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşlar! gəlib onu bölməyə aparmışlar. 19 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanda yerləşən «Yeni şəhər» marketin arxasında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt hava qaranlıq olmuş və küçədə Zərərçəkmiş şəxsla ondan başqa heç kim olmamışdır. Onun bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsindən iki dəfə zərbə vurmaqda məqsədi sonuncunu qorxudaraq ondan uzaqlaşmasını istəməyi olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs çəkidə ondan çox böyük və ondan çox güclü olduğuna görə, həm də onu döyməsin deyə sonuncunu qorxutmaq üçün bıçaqla vurmuşdu. Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi sonuncunu ödürmək olmamış, çünki onun buna imkanı olmuş, lakin Tərlanın yaralandığını görəndən sonra bir daha sonuncunu bıçaqla vurmamış və oradan uzaqlaşmışdı. Təqsirləndirilən şəxs əlavə dindirmə zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ifadələrində göstərdikləri ilə razıdır, 19 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanda yerləşən «Yeni şəhər» marketin arxasında baş vermiş hadisə zamanı həqiqətən də o, sonuncunun kürək nahiyəsinə bıçaqla vurduqdan sonra Zərərçəkmiş şəxs həmin bıçağı kürəyindən özü çıxarıb yerə atmış, o da həmin bıçağı yerdən götürüb özü ilə evə aparmış və üzərində olan qan ləkələrini yuyub həyətdə olan ağacın altına qoymuşdu. Hadisədən iki gün sonra polis əməkdaşları arxasınca evə gələndə ondan hadisəni törətdiyi bıçağın yerini soruşmuş, o da bıçağın yerini demiş və özü ilə götürüb polis əməkdaşları ilə birlikdə Polis bölməsinə getmişdi. Orada təhqiqatçı tərəfindən həmin bıçaq protokol tərtib edilərək ondan götürülmüşdü. 19 yanvar 2025-ci il tarixdə Səbail RPİ-nin 8-ci PB-dən çıxan zaman o, Zərərçəkmiş şəxs zəng edərək görüşmək istədiyini bildirmiş və harada olduğunu soruşmuş, sonuncu isə evinin yanında olduğunu, evinə getdiyini demiş və onu yaşadığı evin yaxınlığına dəvət etmişdi. Baş vermiş hadisədən sonra bacısı X8 Federasiyasında yaşayan əmilərinin yanına getmiş və hal-hazırda orada yaşayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisənin baş vermə səbəi həmin vaxt yoldaşı ilə münasibətlərinin yaxşı olmaması olmuşdur. Hadisə yoldaşını marketdə vurmağı səbəbindən olub. Marketdə hadisə baş verəndən sonra onda şikayətçi olmuşlar, bölmədən çıxanda yenə də yoldaşına əl qaldırmış, həmin vaxt Fariz də orada olmuş və ona demişdir ki, axşam səninlə görüşəcəyik. Sonra Fariz ona zəng vurmuş, görüşmüşlər və Fariz anidən onu vurmuşdur. Yoldaşı ilə rəsmi nigahda deyillər, faktiki nikahda olublar. Ona vurulmuş ziyan ödənilib, şikayət və tələbim yoxdur. Belə ki, 1000 manat pul verilib. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2012-ci ildə Cəlilabad rayonunda qonşusu Səidə Karsinkova ilə ailə həyatı qurmuş, el adətənənəsi ilə toyları olmuş, lakin həmin nigahdan övladları olmamışdır. 10 il birlikdə ailə həyatı sürdükdən sonra xasiyyətləri düz gəlmədiyinə görə 2021-ci ildə boşanmışlar. Boşandıqdan sonra Səidə onun otağında olan bir ədəd disklərin üzünü köçürən «DVD rokerder» aparatını, bir ədəd video maqnitofonunu və kassetlərini də özü ilə götürüb aparmışdı. 19 yanvar 2025-ci il tarixdə Səidəyə zəng edərək demişdi ki, həmin əşyalarını götürmək istəyir, evlərinə zəng etsin ki, Cəlilabad şəhərində yaşayan qohumları həmin əşyalarını onun valideynlərinə versinlər, bunun üçün də Səidə ilə görüşmək istədiyini demişdi. Səidə demişdi ki, yarım saat sonra iş yerinə gəlsin. O, təxminən saat 16.00 radələrində Səidənin satıcı işlədiyi Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi 20-ci sahədə yerləşən «Araz» super marketə getmiş və görüşdükdən sonra Səidəni söhbət etmək üçün bayıra çağırmışdı. Lakin mağazanın müdiriyyəti buna icazə verməyib demişdi ki, işçilər mağazaya girəndə barmaq izi ilə daxil olurlar, ona görə də küçəyə yalnız iş vaxtı qurtardıqdan sonra çıxa bilərlər. Bundan sonra o, Səidənin qolundan tutmuşdu ki, bayıra çıxıb bayırda söhbət etsinlər, lakin Səidə bayıra çıxmaq istəməmişdi. Bundan sonra o, küçədə mağaza müdiri ilə söhbət edən zaman ora polis əməkdaşları gəlmiş və onları Səbail RPİ-nin 8-ci PB-nə aparmışlar. Bölmənin qarşısında Səidəni qardaşı Farizlə birlikdə olduqlarını görmüş və Səidəyə demişdi ki, başı deşilməli adamdır. Həmin vaxt Fariz onun ünvanına nəlayiq sözlər işlətmiş, lakin o, sonuncuya cavab verməmişdi. Bundan sonra Bölmədə Səidə şikayət ərizəsi verdiyinə görə onun izahatını almışlar. Bölmədən çıxan zaman ona Fariz mənə zəng edərək görüşmək istədiyini bildirib harada olduğunu soruşmuş, o, evinin yanında olduğunu və evə getdiyini demişdi. Fariz ona Səbail rayonu Bayıl qəsəbəsi Dənizkənarı küçəsi 5 ünvanda yerləşən «Yeni şəhər» marketin yanma gəlməsini demişdi. O, həmin günü, yəni 19 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində həmin ünvana getmiş, orada söhbət etmək üçün onlar yaxınlıqda yerləşən «Yeni şəhər» marketin arxa küçəsinə getmişlər. Orada o, Farizə Bölmənin qarşısında onu nə üçün təhqir etdiyini deyib sonuncunu söyüb təhqir etmiş və əli ilə Farizin sifət nahiyəsinə bir zərbə vurmuşdu. Bundan sonra onlar əbəyaxa olmuş, bu zaman Fariz əlini bel nahiyəsinə apararaq əynində olan şalvarı ilə belinin arasından qulpu qırmızı və göy rəngli olan mətbəx bıçağını çıxarmış, bunu görəndə o, arxa tərəfə dönəndə Fariz həmin bıçaqla onun kürək nahiyyəsindən iki dəfə dalbadal zərbə vurmuşdu. O, zərbələrdən sonra bir neçə metr irəli gedərək dizi üstə yerə oturmuş və kürəyində qalan bıçağı çıxarıb yerə atmış, sonra Fariz oradan qaçıb uzaqlaşmışdı. Bundan sonra o, ayağa qalxıb təxminən 100 metr irəli gedərək «Texas» klubun qarşısında yıxılmışdı. Bundan sonra tanımadığı şəxslər onu görüb hay-küy salmış və X13 zəng edərək həkim çağırmışlar. Bundan sonra X15 maşını gələrək onu L saylı X14 aparmışlar. Həmin xəstəxanada 3 gün müalicə aldıqdan sonra evə buraxılmışdı. O, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri ilə qismən razıdır, lakin o, Səbail RPİ-nin 8ci PB-nin qarşısında keçmiş həyat yoldaşı Səidənin başına əl zərbəsi ilə vurmamışdır. 19 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanda yerləşən «Yeni şəhər» marketin arxasında Təqsirləndirilən şəxsla aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt hava qaranlıq olmuş və küçədə Təqsirləndirilən şəxsla ondan başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs əlavə dindirmə zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanda yerləşən «Yeni şəhər» marketin arxasında baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs bıçaqla onun kürək nahiyyəsindən iki dəfə dalbadal zərbə vurmuş, zərbələrdən sonra o* bir neçə metr irəli gedərək dizi üstə yerə oturmuş və kürəyində qalan bıçağı çıxarıb yerə atmışdır. Ola bilsin ki, Təqsirləndirilən şəxs həmin bıçağı yerdən götürüb evlərinə getmişdir. 19.01,2025-ci il tarixdə saat 21:00 radələrində baş vermiş hadisədən sonra o, «Texas» klubun qarşısında onu görüb hay-küy salan, X13 zəng edərək həkim çağıran və onu X15 maşını ilə X12 aparan şəxslərdən heç birini tanımır. 19 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində Səbail RPİ-nin 8-ci PB-dən çıxan zaman Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini bildirib harada olduğunu soruşmuş, o da evinin yanında ünvan 2 ünvanda yerləşən «Yeni şəhər» marketin yanına olduğunu, evə getdiyini demiş və sonuncunu həmin ünvana özü dəvət etmişdi. Səbail RPİ-nin 8-ci PB-dən çıxan zaman o, keçmiş həyat yoldaşı Səidənin başına əl zərbəsi ilə vurmamışdır. Eşitdiyinə görə baş vermiş hadisədən sonra keçmiş həyat yoldaşı X8 Federasiyasına qohumlarının yanma getmiş və hal-hazırda orada bilmədiyi ünvanda yaşayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət başlanılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Məhkəmə ekspretizasnın xx.xx.2025-ci il tarixli 41 saylı rəyində qeyd olunmuşdur ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin sol yarısında İV-V qabırğalararası sahənin və bel nahiyəsinin sol yarısında arxa qoltuq xətti üzrə İ bel fəqərəsi proyeksiyasının sol X qabırğanın kəsilmiş yerdəyişən sınığı və sol tərəfli pnevmotoraksla (sol döş boşluğuna havanın toplanması) ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaralan deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə deşici-kəsici əşya ilə (alətlə), ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 261/2025-TBŞ nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs qərarda qeyd olunan qeydə əsasan qar qrupu - A(İİ). Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus 01 ədəd ikili kövnək üzərində insan qanı aşkar olundu, bu qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alındı. Beləliklə bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 166-2025/MTKŞ nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus poliverin arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd və aşağı hissəsində 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və zəif büruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus poliverin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətlərə malik olan digər alətin (alətlərin) təsirindən əmələ gəlmələri inkar olunmur. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus poliverin arxa səthinin sol yarısının aşağı hissəsində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədən səthində müəyyən edilmiş bel nahiyəsinin sol yarısında arxa qoltuq xətti üzrə sol X qabırğanın kəsilmiş yerdəyişən sınığı və sol tərəfli pnevmotoraksla müşaiət olunan və poliverin arxa səthinin sol yarısının yuxarı hissəsində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində müəyyən edilmiş döş qəfəsinin arxa səthinin sol yarısında İV-V qabırğalararası sahənin eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə gəlirlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmə ekspertizasının 05.05,2025-ci il tarixli 1440 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir.Emosional-iradi sferasında hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi qeyd edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. X6 cinayət əməlini törədən zaman yüksək ruhi həyacan (affekt) vəziyyətində olmamışdır.Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir, onda yalan danışmağa və özündən uydurmağa meyillilik aşkar edilmir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə rəsmi qaydada ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qaydada barışmışlar, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri) ilə yanaşı, istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxsin ifadəsi və ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından və ifadələrdən görünür ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) etiraf etməsini, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, cinayətin zərərçəkmiş şəxsin hərəkətlərinin təsiri altında baş verməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və onu bağışlamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə (zərərçəkmiş şəxsə dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bıçaqla iki xəsarət yetirilməsini), onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai araşdırma dövrü ərzində 02 gün müddətində tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma tutularaq saxlanıldığı 02 gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın əvvəli 01 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Bununla yanaşı, təqsirləndirilən şəxsə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edilərək) onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Səbail RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 1 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisə zamanı zərəçəkmiş şəxsin üzərində olan (əynində olmuş) paltar - bir ədəd poliver hökm qanuni qüvvəyə mindikdən sonra zərəçəkmiş şəxsə (verilsin) qaytarılmalı, qeyd olunan paltar zərərçəkmiş şəxs tərəfindən qəbul edilmədikdə isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı tutularaq saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edilərək) onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası bu hissədə də, Penitensiar Xidmətinin Konvoy Taboruna və Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Səbail RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 1 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisə zamanı zərəçəkmiş şəxsin üzərində olan (əynində olmuş) paltar - bir ədəd poliver hökm qanuni qüvvəyə mindikdən sonra zərəçəkmiş şəxsə (verilsin) qaytarılsın, qeyd olunan paltar zərərçəkmiş şəxs tərəfindən qəbul edilmədikdə isə məhv edilsin. İş üzrə mülki iddia, ekspertiza xərcinin və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar