Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1623/2023 24.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1983-cü il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Vaqif küçəsi, nömrəsiz evdə yaşayan, 14 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə, saat 04:30 radələrində «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini pozmaqla ona verilmiş AC 808524 nömrəli, «BC» kateqoriyalı sürücülük vəsiqəsinin Sabirabad Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ilə 06 ay müddətinədək məhdudlaşdırılmasına, sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etməməsi və itirilməsi barədə ərizə verməməsi səbəbindən sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımının dayanması, müddətin axımı həmin sürücülük vəsiqəsinin ondan alındıqdan sonra başlayacağına görə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan «Ford Transit yük» markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ilə üzü Bakıxanov dairəsi («Stimul» hospitalı) istiqamətinə saatda 30-40 kilometr sürətlə hərəkət edərək həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi, tələblərinə riayət etməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək həmin qaydarı pozaraq idarə etdiyi avtomobili ilə yolu soldan sağa çəpinə keçən piyada Zərərçəkmiş şəxs Yavər Əliyev küçəsi 22 saylı binanın qarşısında avtomobilin sol yan güzgüsü ilə ehtiyatsızlıqdan vurması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə, yumşaq qişalarına və mədəciklərinə qansızma, sol gicgah sümüyünün kəllə əsasına keçən açıq sınığı, sol göz yuvasının bayır divarının yerini dəyişməyən qapalı sınığı, sol gicgah-təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol göz yuvasıətrafı nahiyənin hematoması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs aldığı ölümlə birbaşa səbəbli əlaqəsi olan sol gicgah sümüyünün kəllə əsasına keçən açıq sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma ilə bağlı xəsarətləri 14 fevral 2023-cü il tarixdə müalicə aldığı Sabunçu rayonu 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölümünə səbəb olmuşdur, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan, nəqliyyat vasitələrini nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad Rayon Məhkəməsinin qərarı əsasında 26 avqust 2021-ci il tarixdən 26 fevral 2022-ci il tarixə qədər olan müddətdə nəqliyyat vasitəsinin idarə etmək hüququndan məhrum edilməsinə baxmayaraq AC 808524 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsini X7 İdarəsinə təhvil verməmişdir. Fərdi əməklə məşğul olub, ailəsini dolandırmış, Qaraçuxur qəsəbəsində 129 saylı orta məktəbin yaxınlığında yerləşən «Binə çörəyi» zavodunda sürücü işləmişdir. Zavoda məxsus olan «Ford Transit» markalı, 99KV-927 dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. İşi hər gün zavoddan bişmiş çörəkləri təhvil alıb avtomobili ilə həmin çörəkləri dükanlara paylamaqdan ibarət olmuşdur. O, hər gün işləmiş, gündə 3 reys həyata keçirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 10 fevral 2023-cü il tarixdə, saat 03:30 radələrində zavoda gəlib idarə etdiyi «Ford Transit» markalı avtomobilə 650 ədəd, təxminən 400 kiloqram çörək yükləyib həmin çörəkləri Novxanı-Corat- Sumqayıt marşrutu ilə dükanlara paylamağa hazırlaşmışdır. Avtomobildə tək olmuşdur. Zavoddan saat 04 radələrində çıxmışdır. Qaraçuxurdan Bakıxanov qəsəbəsinə idarə etdiyi «Ford Transit» markalı, **-KV-*** dövlət nömrə nişanlı avtomobillə gəlib Yavər Əliyev küçəsi ilə dəmir yolu stansiyası tərəfdən Bakıxanov dairəsi istiqamətinə saatda 30-40 kilometr sürətlə hərəkət etmişdir. Saat 04:30 radələrində avtomobili idarə edən zamanı işlək hissəsi 3 zolaqlı olan yolun orta zolağı ilə hərəkətdə olmuşdur. Orta zolaqla hərəkətdə olan zaman faraların işıqlarını yandırmış, həmin vaxt sol tərəfində yolun qoşa xəttinə bitişmiş birinci zolağın ortası ilə bir nəfər cavan oğlanın onunla eyni istiqamətdə - yəni Bakıxanov dairəsi istiqamətində hərəkət etdiyini görmüşdür. Sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi həmin oğlan birinci zolağın ortası ilə piyada hərəkət edən zamanı arxası ona tərəf olmuşdur və o, oğlanı ilk dəfə görəndə aralarında 5-6 metr məsafə olmuşdur. Zərərçəkmiş şəxs avtomobilinin yanan fara işınlarını görüb qəflətən yolu soldan sağa çəpinə keçməyə başlamışdır. Zərərçəkmiş şəxs yolu soldan sağa iti addımlarla çəpinə keçməyə başlayanda təxminən 3-4 metr məsafəni keçəndə o, Elşənin yoluna çıxdığını gözləmədiyinə görə əyləcə basıb avtomobilini sağ tərəfə çəkmişdir. Lakin hadisənin qarşısını ala bilmədiyinə görə avtomobilinin sol yan güzgüsü ilə piyada Elşənin başından vurmuşdur. Avtomobilin güzgüsünün arxa tərəfi qırılmış, avtomobilin ön şüşəsi çatlamış, Elşən isə yerə yıxılmışdır. Elşən huşunu itirmiş, başından qan gəlmişdir. O da özünü itirmiş və orada toplaşan vətəndaşlardan 103 xidmətinə zəng vurub TTYS çağırmalarını xahiş etmişdir. Bundan sonra, hadisə yerinə polis əməkdaşları gəlmiş və o, özünü polis əməkdaşlarına təqdim edib sənədlərini onlara vermişdir. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri isə Elşəni 3 saylı ŞKX-na aparmış və 4 gündən sonra Elşən həmin xəstəxanada aldığı bədən xəsarətləri nəticəsində ölmüşdür. Piyada Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Mərhum Zərərçəkmiş şəxs dəfni və yas mərasimi üçün onun ailəsinə gücləri çatan maddi yardımları etmişlər. Əməlindən səmimi peşimandır, məhkəmənin nəzərə almasını xahiş etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması, axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərbəst ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təsdiq etmiş, istintaq hərəkəti aparılarkən müvafiq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokolla birlikdə cinayət işinə əlavə olunmuşdur (iş vərəqə: səh.64-67). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə mərhum Zərərçəkmiş şəxs hüquqi varisi – anası X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun ortancıl oğlu olmuşdur. Onlar birlikdə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, ünvan 1 ünvanda yaşamışlar. Oğlu Elşən rəsmi olaraq heç bir yerlə işləməmiş, fəhləliklə məşğul olub ailəsini dolandırmışdır. Elşən 6 illik evli olsa da, uşaqları olmamışdır. Arvadı ilə birlikdə onlarla bir evdə yaşamışlar. 09 fevral 2023-cü il tarixdə oğlu Elşən günorta saatlarında evdən çıxıb getmiş, gedərkən hansısa mebel sexində bir iş tapdığını və fəhlə kimi həmin sexdə işlədiyini demişdir. 09 fevral 2023-cü il tarixdə axşam saatlarında Elşən ona zəng vuraraq işi çox olduğu üçün axşam evə gəlməyəcəyini, səhərə yaxın evə gələcəyini demiş, o, isə etiraz etməmişdir. Növbəti gün, yəni 10 fevral 2023-cü il tarixdə, saat 11 radələrində o, evdə olan zaman 3 saylı şəhər kliniki xəstəxanasından tanımadığı şəxs zəng vuraraq gecə saat 04.30 radələrində Elşəni Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsində «Ford Transit» markalı avtomobilin vurduğunu və Elşənin hazırda xəstəxanada reanimasiya şöbəsində stasionar müalicədə olduğunu demişdir. O, dərhal xəstəxanaya getmiş, oğlunu avtomobil ilə vuran sürücünün Təqsirləndirilən şəxs olması orada ona məlum olmuşdur. Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə, saat 04.30 radələrində idarə etdiyi «Ford Transit yük» markalı, **-KV-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ilə «Stimul Hospital»ı istiqamətində hərəkətdə olan zaman yolu piyada qismində keçən oğlu Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurmuşdur. Sürücü Təqsirləndirilən şəxs da həmin vaxtı xəstəxanada olmuş, Elşənin müalicəsinə tələb olunan bütün köməklikləri həyata keçirmişdir. Elşən özü reanimasiya şöbəsində huşsuz vəziyyətdə olmuşdur. 14 fevral 2023-cü il tarixdə gecə saatlarında Elşənin aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada öldüyünü ona xəbər vermişlər. Nə o, nə də oğlu Elşən əvvəllər Təqsirləndirilən şəxs və Sətdərin ailə üzvlərini tanımamışlar, aralarında heç bir mübahisə, düşmənçilik olmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs bağışlamış, sonuncuya qarşı heç bir şikayəti və tələbi qalmamışdır. İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı X4 məhkəmə baxışında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid Salman Salmanov tədqiq olunan ifadəsində göstərmişdir ki, 09 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixə keçən gecə Sabunçu RPİ-nin 13-cü PB-də növbədə olmuşdur. 10 fevral 2023-cü il tarixdə, saat 04.30 radələrində 102 xidmətindən polis idarəsinə daxil olmuş məlumatda Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsində avtomobilin piyadanı vurması və piyadanın vəziyyətinin ağır olması göstərilmişdir. Həmin məlumata əsasən Sabunçu RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Famil Məsimovla birlikdə hadisə yerinə getmişlər. Hadisə yerində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Ford yük» markalı, ** KY *** dövlət nömrə nişanlı avtomobil ilə Yavər Əliyev küçəsi ilə «Stimul Hospitalı» istiqamətində hərəkətdə olan zaman yolu keçən piyada Zərərçəkmiş şəxs vurması məlum olmuşdur. Hadisə yerinə gələndə sürücü Təqsirləndirilən şəxs özünü onlara təqdim edərək hadisənin törətdiyini etiraf edib özünə və avtomobilə aid olan sənədləri Famil Məsimova təqdim etmişdir. Zərərçəkmiş şəxs halsız vəziyyətdə yerdə uzanmış və vəziyyəti ağır olmuşdur. Bir neçə dəqiqədən sonra hadisə yerinə TTYS-nin briqadası gəlmiş və Zərərçəkmiş şəxs tibbi yardım göstərərək sonuncunu 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Sürücü Təqsirləndirilən şəxs isə təhqiqatçı Famil Məsimovla birlikdə hadisə yerində qalmış, o isə 13-cü polis bölməsinə xidmətə qayıtmışdır. 4 gündən sonra piyada Zərərçəkmiş şəxs 10 fevral 2023-cü il tarixdə, saat 04.30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Ford yük» markalı avtomobili tərəfindən vurulması nəticəsində aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi ona məlum olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibb ekspertizasının 14 fevral 2023-cü il tarixli, 45 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə, yumşaq qişalarına və mədəciklərinə qansızma, sol gicgah sümüyünün kəllə əsasına keçən açıq sınığı, sol göz yuvasının bayır divarının yerini dəyişməyən qapalı sınığı, sol gicgah-təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol göz yuvasıətrafı nahiyənin hematoması. Xəsarətlər həyatı olub, mərhumun xəstəxanaya daxil olmasından (xx.xx.2023-cü il, saat 05.00) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol–nəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol gicgah sümüyünün kəllə əsasına keçən açıq sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm 14 fevral 2023-cü il tarixdə, saat 00.30-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətləri ilə təsdiq olunur. Mərhum Zərərçəkmiş şəxs adına tərtib olunmuş xəstəlik tarixində xəstəxanaya daxil olarkən onun spirtli içki qəbul etməsi barədə qeydiyyat yoxdur (iş vərəqə: səh.79-84). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan yol-nəqliyyat hadisələri ekspertizasının 15 mart 2023-cü il tarixli, 8/707 nömrəli rəyindən görünür ki, «Ford Transit» markalı **-KV-*** dövlət nömrə nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol Hərəkəti haqqında» Azərbaycan Respubloikasının Qanunun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (iş vərəqə: səh.74-77). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan, 10 fevral 2023-cü il tarixli, 1/634 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən 10 fevral 2023-cü il tarixdə saat 17.10-da keçmişdir. Təqsirləndirilən şəxs avtomobili idarə edərkən və hadisəni törədən zamanı ayıq vəziyyətdə olmuşdur (iş vərəqə: səh.16). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs «Ford Transit» markalı **-KV-*** dövlət nömrə nişanlı avtomobilin qabağ sol yan güzgüsü sınmış vəziyyətdədir (iş vərəqə: səh.04-10). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası DİNnin Baş X7 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-43322/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYP-nin Qeydiyyat–imtahan İdarəsinin kompüter bazasının məlumatlarında Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə AC 808524 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2021-ci il tarixdə Sabirabad rayon məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixədək məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Tədqiq olunan həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcədə sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır (iş vərəqə: səh.97). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Sabirabad rayon məhkəməsinin 03 mart 2022-ci il tarixli, 3(056)-189/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır (iş vərəqə: səh.98- 100). Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmiş, tutduğu əməldən peşman olduğunu bildirmişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü ilə nəticələnən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 73). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağı vardır (iş vərəqə: 59-60). İstər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə baxışı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X3 ərizə ilə müvafiq olaraq istintaq orqanına və məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsinin ehtiyatsızlıqdan baş verdiyini, Təqsirləndirilən şəxsla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir (iş vərəqə: səh.96, iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun barəsində olan yüngülləşdirici halları, törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını nəzərə alır və ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə həmin maddədə nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qeyd olunan tarixdə barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsindən ötrü rayon prokurorluğuna vəsatət verilsə də, vəsatət təmin edilməmiş, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və nəticədə Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində iki gün həbsdə saxlanılmışdır (iş vərəqə: səh. 26; 56; 61). Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində iki gün həbsdə saxlanıldığını nəzərə alıb belə nəticəyə gəlir ki, həmin iki gün Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir. 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyindən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1623/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1623/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver