Məhkəmə qərarları › İş №1(101)-1626/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1626/2024

29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1626/2024 29.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi ilə, qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 6,263 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 14 oktyabr 2023-cü il tarixdə saat 14:05-də Xətai rayon Polis idarəsinin 35-ci Polis bölməsi ilə həmin X5 bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 1 ünvanında saxlanılıb ünvan 3məsinin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman şalvarının sol yan cibindən qızılı rəngli siqaret kağızında şəffaf sellofanın bir bükümündə külli miqdarda təmiz çəkisi 6,263 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə günü günorta saatlarında evdə yuxudan oyanmış, bu vaxt “Whatsapp” tətbiqi üzərindən tanımadığı şəxsdən ona mesaj gəlmiş, o, həmin şəxslə danışmış, həmin şəxs özünü "xxxx"ın kuryeri kimi təqdim edərək, onun kartının hazır olduğunu bildirmişdir. O da kart sifariş etmədiyini demiş, həmin şəxs isə bunun daha əvvəllərin sifarişi olduğunu və gecikdiyini bildirmişdir. O, məsələni aydınlaşdırmaq üçün həyətə düşmüş, “Ukrayna” dairəsinin yanına gəlmiş və park tərəfdə kuryerlə görüşmüşdür. Daha sonra 1 nəfər də yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu məcbur maşın tərəfə aparmışlar. O, bir az mübahisə etmiş, niyə onu apardıqlarını soruşmuş, onlar da bölmədə aydınlaşdırılacağını bildirmişlər. Onu məcburi şəkildə qandallayıb maşına mindirmişlər, telefonunu isə əlindən almışlar. O, bölməyə gətirilmiş, otaqların birində qarşısına büküm qoyub bu işə nə vaxtdan başlaması soruşulmuş, o da nə işi olduğunu soruşmuşdur. Cavabında polislər narkotik satışı olduğunu bildirmişlər. O da satışla məşğul olmadığını, bükümün onlar tərəfindən qoyulduğunu demişdir. Onda narkotik vasitə olmamışdır. Ona narkotik vasitəni üzərinə götürməli olduğunu, yoxsa narkotiklə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verəcəklərini bildirmişlər. Vəkil gəlmiş, birindən imtina etmiş, daha sonra yenə vəkil gəlmiş, başqa çıxış yolu olmadığı üçün boynuna götürməli olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmədiyini, onun analizinin təmiz çıxdığını, onun üzərindən cüzdan, siqaret və alışqan çıxdığını, narkotik vasitəni bölmədə polislərin cibinə qoyduqlarını, onun üzərinə daha ağır çəkidə narkotik vasitə qoyacaqları ilə onu hədələdiklərini, habelə bölməyə aparılandan sonra orada döyüldüyünü və söyüldüyünü, çıxış yolunun olmadığı üçün narkotiki üzərinə götürdüyünü bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır, subaydır, ali təhsillidir, işləmir, əvvəllər məhkumluğu olmamışdır. 14 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, “Ukrayna dairəsi” adlanan yerin yaxınlığında yerləşən H.Əliyev adına parkda gəzən zaman ağacın yaxınlığında qızılı rəngli siqaret kağızı bükümündə olan maddə tapmış və həmin bükümü əynində olan boz rəngli idman şalvarının sol yan cibinə qoymuş, təxminən 1 saat keçdikdən sonra saat 14:05-də parkın aşağı hissəsində, Gəncə prospekti 1 ünvanında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, Xətai rayon Polis idarəsinin 35-ci Polis bölməsinə dəvət edilmiş, polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuş, bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o, könüllü qaydada əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd qızılı rəngli kağıza və şəffaf rəngli sellofana bükülmüş bükümü, həmin şalvarın sağ yan cibindən isə içərisində markasını bilmədiyi alışqan və 03 ədəd siqaret olan “Winston XS” markalı siqaret qutusunu, içərisində AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, Azərbaycan Milli Kitabxanasının 144878 saylı oxucu kartı, Psixi Sağlamlıq Mərkəzinin vizit kartı, özünə məxsus olan "xxxx" ASC-nin **********828568, **********671810 nömrəli, “Unibank ASC”-nin “Leobank”-a məxsus **********096520 nömrəli plastik hesab kartları olan qara rəngli pul kisəsini çıxarıb təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılıb baxılmış və qızılı rəngli siqaret kağızının içərisində şəffaf rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə olması aşkar edilmiş və həmin büküm elektron tərəzidə çəkilmiş, maddənin bükümlə birlikdə 7,60 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir (cild 1, iş vərəqi 65-67). Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Elvin adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə edilmiş və əməliyyat tədbirləri keçirilmişdir. Ərazidə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını müşahidə etmiş və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək adının Elvin olduğunu bildirmişdir. Elvin tərəflərindən 35-ci Polis bölməsinə dəvət edilmiş və orada Elvinin üzərinə baxış keçirilən zaman üzərindən şəffaf sellofona bükülmüş büküm aşkar edilmişdir. Elvin narkotik vasitə istifadəçisi olduğunu demişdir. Aşkar olunan büküm ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 Elvinə qarşı fiziki və psixi təzyiq olmadığını, təqsirləndirilən şəxsin cibinə narkotik qoymadığını və kiminsə də qoymasını görmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 Mürşüd oğlu uzun müddət keçməsi ilə bağlı hadisənin tam təfərrüatını yaxşı xatırlamasa da oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi, həmçinin məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qarşı polislər tərəfindən fiziki və pisixi təsirin şahidi olmadığını, belə təzyiqin özü tərəfindən göstərilmədiyini bildirdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin atası X11 ifadəsində göstərdi ki, o, oğlu Elvinlə ata-oğul münasibətindən daha çox dost kimi olmuş, həmişə bir-biri ilə dərdlərini bölüşmüşlər. Hadisə günü o, təxminən saat 13:45-də evə gəlmiş, həmin vaxtı Elvin səhər yeməyini yeməklə məşğul olmuşdur. Elvin “Asan” xidmətin rəhbərliyi ilə təşkil olunmuş Tibb Universitetinin layihəsində iştirakla bağlı imtahanlara hazırlaşmışdır. Nahar edən zaman Elvinin telefonuna mesaj gəlmiş, Elvin gələn mesajı səsli şəkildə oxumuşdur. Kimsə mesaj olaraq oğlunun “Leobank” kartı olduğunu bildirmişdir. O da Elvinə “oğlum, əgər kartın varsa, yenisinə ehtiyac yoxdur, məncə” deyə bildirmiş, Elvin də kartı ləğv etdirəcəyini demişdir. Bir müddət keçəndən sonra yenə mesaj gəlmiş, Elvin mesaj yazan şəxsə karta ehtiyacı olmadığını bildirsə də, həmin şəxs cavab olaraq “bu kart sənin bildiyin kartdan deyil, debet kartdır” deyə yazmışdır. O, Elvinə yenidən bu kartın gərəksiz olduğunu demişdir. Elvin də kuryerin gəldiyini, məhəllənin önündə olduğunu, gedib kartı götürmək istədiyini demişdir. Elvin anasının verdiyi pijama kimi paltarı geyinib çıxanda o, oğluna evə tez gəlməsini, birlikdə nahar etmək istədiyini demişdir. Xülasə, Elvin evdən çıxmış, təxminən 20-30 dəqiqə keçmiş, amma hələ də qayıtmamış, o, Elvinin məhəllədə dostları ilə söhbət etdiyini, buna görə belə gec gəldiyini düşünmüşdür. Birdən masanın üzərindəki kompüterə baxmış, açıq vəziyyətdə olan komputerdə “Whatsapp” mesajları bir-bir silinməyə başlamışdır. O, özü də niyə belə olduğuna çox təəccüblənmişdir. O, Elvinə zəng etməyə başlamış, amma zəng çatmamış və məhəlləyə duşmuş, bütün tanışlardan, qonşulardan Elvini soruşmuş, hamı görmədiyini demişdir. Sonra yaxınlıqda olan parka getmiş, bütün hər yeri gəzmiş, amma orada olmamış və o, lap narahat olmuşdur. Sonra Elvinin dostlarına zəng etməyə başlamış, dostları Elvinlə həmin gün danışmadıqlarını, xəbərlərinin olmadığını demişlər. Öz-özünə birdən Elvinin gələn kuryerlə mübahisə etməsini, aralarında problem yaranmasını, başına bir iş gəlməsini düşünmüş, tez maşına minib Xətai rayon Polis İdarəsinə getmiş, idarədə də belə bir adamın orada olmadığını demişlər. Polis idarəsinin önündə məhəllərində yaşayan polis əməkdaşını görmüş, vəziyyəti izah etmiş, gedib maraqlanmasını xahiş etmişdir. Təxminən 1 saat keçdikdən sonra həmin polis əməkdaşı ona yaxınlaşıb Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin satışı ilə bağlı saxlanıldığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X11 heç bir zaman Elvinin mənfi hərəkəti ilə qarşılaşmadığını, Elvinin narkotik vasitələrdən istifadə etdiyini hiss etmədiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, məxfi əməkdaşdan əldə olunmuş məlumatda xx.xx.1993-cü ildə Ağdam rayonu, Mərzili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Mərzili Ərazi Dairəsi, Mərzili kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 14 oktyabr 2023-cü il tarixdə Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsi ilə həmin X5 bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz istifadəsi və satışında şübhəli bilinən xx.xx.1993-cü ildə Ağdam rayonu, Mərzili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Mərzili Ərazi Dairəsi, Mərzili kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək, həmin tarixdə saat 14:05 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 1 ünvanında, H.Əliyev adına parkın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 10). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla istifadəsi və satışı qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən içərisində alışqan və 03 ədəd siqaret olan "Winston" markalı siqaret qutusunu, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, Azərbaycan Milli Kitabxanasının 144878 saylı oxucu kartı, Psixi Sağlamlıq Mərkəzinin vizit kartı, özünə məxsus olduğunu bildirdiyi 03 ədəd **********828568, **********671810 və **********096520 saylı plastik kartlar olan qara rəngli pulqabını, sol yan cibindən 01 ədəd kağıza və şəffaf sellofan kəsiyinə bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü çıxarıb təqdim edərək, həmin maddəni xx.xx.2023-cu il tarixdə tutulmazdan 1 saat əvvəl Xətai rayonu, H.Əliyev adına parkın yaxınlığında tapmasını və tapdığı bükümün içərisində nə olması barədə məlumatının olmadığını, saxlanılan zaman ona qarşı fiziki güc tətbiq olunub-olunmadığı, üzərində axtarış aparılıb-aparılmaması barədə sual edildikdə, saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olunmadığını və orada onun üzərində heç bir axtarış aparılmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs uzərindən aşkar olunan maddənin ümumi çəkisini müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş heroinə bənzər maddənin kağız və sellofan kəsiyi ilə birlikdə çəkisinin 7,60 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində narkotik vasitə hesab olunan heroinə oxşar maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 31-34). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü tarixli, 6/5402 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... (imza) Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 6,263 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 40-44). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 53-54). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus, istintaqa təqdim olunan 01 ədəd telefon “Xioami Note 12” markalı mobil telefona baxış keçirilmiş, müəyyən edilmişdir ki, telefonun korpusunun arxa hissəsi boz rənglidir, ekran hissəsi düyməli olmaqla qara rənglidir, mobil telefonun ekranının sağ tərəfində olan düyməni sıxaraq mobil telefonu işlək vəziyyətə gətirdikdə telefonun “Xioami Note 12” sözü əks olunma videofraqment ekrana gəlmişdir. Mobil telefonun əsas ekranında yerləşən mesaj mətnləri olan bölməyə daxil olaraq baxış keçirdikdə müxtəlif şəxslərdən, taksi şirkətindən, onlayn proqramlardan və digər yerlərdən daxil olan sms mətnləri aşkar edilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir hal müəyyən edilməmişdir (cild 1, iş vərəqi 85-87). - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirlənidirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 35-ci Polis bölməsinin və X5 bölməsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində üzərindən aşkar olunmuş 6,263 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin mənbəsinin, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, onun həyat tərzi və cinayət əlaqələrinin yoxlanılması məqsədi ilə aidiyyatı əməkdaşlara tapşırıqlar verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məşğul olması barədə məlumat əldə edilsə də, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəsinin müəyyən edilməsi mümkün olmamışdır. Keçirilən tədbirlər zamanı digər xüsusatların və məlumatların yoxlanılmasına zərurət yaranarsa istintaqla birgə tədbirlərin keçirilməsi barədə məlumatların verilməsi təmin olunacaqdır (cild 1, iş vərəqi 166). - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, 55/2-43770 nömrəli qərar icra olunmuş və ***-***-**-** saylı mobil nömrəyə dai məlumatlar təqdim edilmişdir (cild 1, iş vərəqi 167-170). - "xxxx"ın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 5(011)-781/2023 saylı qərarının icrası ilə əlaqədar, məhkəmə qərarında qeyd edilmiş 4098********6520 nömrəli kart üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aparılmış əməliyyatlar barədə məlumatlar disk daşıyıcıda təqdim edilmişdir (cild 1, iş vərəqi 183-184). - ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3505 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal hazırda gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, adaptivlik, ünsiyyətçillik, özünəməxsus mövqe və prinsipə malik olmaq və sair kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqi 198-201). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7586 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 204-205). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, videogörüntünün Xətai rayon Polis idarəsinin 35-ci Polis bölməsinin baş təhqiqatçısı, polis mayoru İlahi Heydərov özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı, Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlayır. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirərərk ardınca üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub- olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızının içərisində şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyur. Daha sonra həmin şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli pul kisəsini və 1 ədəd "Winston" markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoyur. Ardınca təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilsə də, hər hansı əşya və ya predmet aşkar edilmir. Təhqiqatçı tərəfindən 1 ədəd siqaret qutusuna baxış keçirilir və içərisində 01 ədəd alışqan, 03 ədəd siqaret olması müəyyən edilir, qara rəngli pul kisəsinə baxış keçirildikdə isə pul kisəsinin içərisində 4169-7388-3882-8568 nömrəli, 5103-0716-3267-1810 nömrəli "xxxx"a məxsus bank kartları, 4098-5844-6009-6520 nömrəli "xxxx"a məxsus "Leobank" hesab kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, Azərbaycan Milli Kitabxanasının oxucu kartı, Psixi Sağlamlıq Mərkəzinin vizit kartı olması müəyyən edilir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs sellofan bükümdəki maddənin nə olmasını soruşduqda sonuncu, həmin bükümdəkinin nə olmasını bilmədiyini, saxlanılmamışdan 1 saat əvvəl tapmasını bildirir. Ardınca təhqiqatçı tərəfindən şəffaf sellofan bükümdə olan maddə elektron tərəzi vasitəsi ilə çəkilir və maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 7,60 qram olması müəyyən edilir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənir (cild 1, iş vərəqi 207-208). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş, ***-***-**-** nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglər, SMS-lər barədə məlumatlar qeyd edilmiş "xxxx" MMC-dən götürülmüş CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd "CD" formatlı diskin üzərində ağ fonun üzərində "CD-R, Verbatım" sözləri yazılmışdır. Həmin disk Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində olan “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd 20489 adlı qovluq, qovluğa daxil olduqda 01 ədəd "**********06.txt" 01 ədəd "**********06-SMS.txt" 01 ədəd "abuneciler20489.xls", 01 ədəd "antena20489.xls" adlı fayllar aşkar olunmuşdur. PDF formatlı 01 ədəd “**********06.txt" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə daxil olmuş və çıxmış zənglərin və vaxtların izahlı qaimə hesabatı əks olunmuşdur. PDF formatlı 01 ədəd "**********06-SMS.txt" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş və göndərilmiş sms mətnləri qeyd olunmuşdur. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. PDF formatlı 01 ədəd “abuneciler20489.xls" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə daxil olmuş və çıxmış zənglər, mobil nömrələr və həmin mobil nömrələrin sahiblərinin anket məlumatları qeyd olunmuşdur. PDF formatlı 01 ədəd "antena20489.xls" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin mobil nömrənin şəbəkədə olduğu zaman anten dairəsi, yerləşdiyi inzibati ərazi vahidi qeyd olunmuşdur. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmiş, həmçinin xx.xx.2023-cü il tarixə dair hər hansı məlumat öz əksini tapmamışdır (cild 1, iş vərəqi 209). - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi, "ARBİTRİUM" vəkil bürosunun vəkili X2 iştirakı ilə "xxxx" ASC-dən daxil olmuş HTİD-OUT-03730-2023 nömrəli xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş bank əməliyyatlarına dair məlumatların əks olunduğu bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, 01 ədəd CD diskdə olan fayllarda cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan plastik kart vasitəsilə həyata keçirdiyi əməliyyatlar, o cümlədən Respublika ərazisində yerləşən ATM terminallarından pulların nağdlaşdırılması əməliyyatlarını əks etdirən fotogörüntülər və həmin kart vasitəsilə həyata keçirilən əməliyyatlar əks olunmuşdur. Keçirilmiş baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 210). - cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin mənbəsinə görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 223-224). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 6,263 qram olan narkotik vasitə heroin və şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd "DVD-R" formatlı disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 6,213 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xətai rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş, disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 38-50). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 202-203). - Xətai rayon Mənzil-kommunal təsərrüfat birliyindən alınmış xasiyyətnamə və arayışdan görünür ki, 1993-cü ildə Ağdam rayonu, Mərəzli kəndində anadan olmuş Təqsirləndirilən şəxs Xətai rayonu 90 saylı MKİS-in ərazisində yerləşən Neapol küçəsi, ev 7, mənzil 26-da valideynləri ilə birlikdə uzun müddətdir ki, qeydiyyatsız yaşayırlar. Yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir sakinlər tərəfindən heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs ailə tərkibi – 1965-ci il təvəllüdlü X11 (atası), 1966-cı il təvəllüdlü X9 (anası), 1990-cı il təvəllüdlü X4 (bacısı) ibarətdir (cild 2, iş vərəqi 20-21). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahidlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə narkotik vasitə heroini əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda 6,263 qram təmiz çəkidə narkotik vasitə heroini bir ədəd sellofan bükümdə üzərində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etmə mənbəyinin müəyyən edilməsi, onun əvvəllər narkotik vasitə qanunsuz satışı ilə məşğul olubolmaması, müsbət halda həmin maddələrdən satdığı şəxslərin dairəsinin müəyyən ediilməsi ilə bağlı əməliyyat orqanına tapşırıq verilmişdir. Həmin əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məşğul olması barədə məlumat əldə edilsə də, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəsinin müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavabın məzmunundan onun formal xarakter daşıması aydın görünür, həmçinin təqsirləndirilən şəxsin hansısa konkret şəxsə narkotik vasitə satması müəyyən edilmir. Digər tərəfdən, məhkəmədə dindirilmiş polis əməkdaşları – təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin ifadələrindən də təqsirləndirilən şəxsin kiməsə narkotik vasitə satması barədə konkret fakt müəyyən edilmir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin narkotik vasitələr satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Lakin, 14 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda 6,263 qram təmiz çəkidə narkotik vasitə heroinin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkarlanması özüözlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə heroinin satışı ilə məşğul olması, belə maddələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması və bu barədə sövdələşməsi, narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” narkotik vasitələrlə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 14 oktyabr 2023-cü il tarixdə onun üzərindən külli miqdarda 6,263 qram təmiz çəkidə narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini o, öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmənin gəldiyi həmin nəticə həmçinin onunla təsdiq olunur ki, cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz deməsinə görə əvvəllər kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini məhz şəxsi istifadə etmək üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitə heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək onun üzərində narkotik vasitə olmaması, narkotiki cibinə polislərin qoyması, polis bölməsində polis əməkdaşları tərəfindən ona psixi və fiziki təzyiq edilməsi və onun həmin təzyiq və təhdid altında etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis bölməsində üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətlərdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, videoçəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kağıza və şəffaf sellofan kəsiyinə bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü çıxarıb təqdim edərək, həmin maddəni xx.xx.2023-cu il tarixdə tutulmazdan 1 saat əvvəl Xətai rayonu, H.Əliyev adına parkın yaxınlığından tapmasını, saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olunmadığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitəni tapdığını etiraf etmişdir. Lakin məhkəmədə ifadələrini dəyişərək həmin narkotik vasitənin ona aid olmadığını qeyd etmiş və polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiq edildiyini bildirmişdir. Döyülməsi ilə bağlı iddialara aydınlıq gətirilməsi məqsədilə Təqsirləndirilən şəxs tibbi kitabçasının surəti onun saxlandığı istintaq təcridxanasından tələb olunaraq məhkəmə iclasında baxışı keçirilmiş, həmin kitabçada təcridxanaya qəbul edilərkən onun üzərinə keçirilmiş tibbi müayinə zamanı bədən səthində xəsarət izlərinin aşkar olunmadığı, özünün isə xəsarət almasını inkar etdiyi barədə qeydlərin aparıldığı müəyyən edilmişdir. Bundan başqa barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə və təqdimata baxılarkən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə özünü qismən təqsirli bilmiş və üzərindən aşkar edilmiş bükümü tapdığını qeyd etmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin atası X7 Təqsirləndirilən şəxs saxlanılma halları barədə məhkəmədə verdiyi ifadəyə tənqidi yanaşır və hesab edir ki, şahid həmin ifadə ilə yaxın qohumu olan oğlunu müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişdir. Bu səbəbdən məhkəmə həmin şahidin məhkəmədə verdiyi ifadəni inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, həmin ifadə narkotik vasitəni onun əldə etməsi, həmin maddənin ondan aşkar olunması halları hissəsində iş üzrə toplanmış digər sübutlarla tam uzlaşdığından sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ali təhsilli və cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 16 oktyabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 74-77; cild 2, iş vərəqi 16-19). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 14 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,213 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,213 qram narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar