Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1627/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Bəhrəm oğlunun, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 5 oktyabr 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən öz aralarında rolları bölüşdürdükdən sonra 17 dekabr 2023-cü il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən İran vətəndaşının tapşırığı əsasında qrupun digər üzvü tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlədilmiş külli miqdarda, ümumilikdə 4513,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq üzərində və idarə etdiyi motosikletdə daşımış, 18 dekabr 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, həmin günü saat 04:20 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən nömrəsiz evin yaxınlığında saxlanılıb Binəğədi rayonu, G.Ramazanov küçəsi 36/1 ünvanda yerləşən 43-cü Polis Bölməsinin inzibati binasına gətirilərək orada həmin gün saat 06:20-də videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 38,95 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurulmuş marixuana aşkar edilərək götürüldükdən sonra saat 07:50-da sonuncunun idarə etdiyi “Minsk D4 125” markalı, 99-C-426 dövlət qeydiyyat nişanlı motosikletə baxış keçirilən zaman üzərində “wolt panter” yazısı olan çantanın içərisində 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1165 qram, 1010 qram, 965 qram, 190 qram, 1145 qram, cəmi təmiz çəkisi 4475 qram tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilməmişdən 7-8 ay əvvəl narkotik vasitənin marixuana növündən əldə edərək istifadə etmişdir. Narkotik vasitə aslılığında və aludəçisi olmamışdır. Mütəmadi olaraq narkotik vasitə marixuana əldə etmiş və əhval-ruhiyyəsi yaxşı olsun deyə siqaretə doldurma yolu ilə qəbul edirdi. Narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından pulla almışıdır. 2023-cü ilin may-iyun aylarında mobil telefonu ilə xatırlamadığı sosial şəbəkədə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən və adının Vəli olmasını bildirən şəxs ilə tanış olmuş. Həmin şəxs ilə tanış olan zaman sonuncu istifadəsində olan +**********54 saylı nömrəsini vermiş və İranda olduğu üçün “WhatsApp” vasitəsilə əlaqə saxlamağını bildirmişdir. Özünə məxsus olan “Samsung” markalı “A8” modelli telefonunda həmin nömrəni qeyd etmişdir. Telefonunda ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmuşdur. Həmin ərəfədən Vəli ilə “WhatsApp” vasitəsilə əlaqə saxlamış və danışmışdır. Vəli bildirmişdir ki, Bakı şəhərinə narkotik vasitələr göndərir, tanıdığı şəxslərə göndərdiyi narkotik vasitələri dediyi ünvanlardan götürərək çatdıracaq ünvanları demiş və bunun qarşılığında pul ödəmişdir. Vəli təklif etmişdir ki, bu yolla onunla işləsin və yaxşı pul qazansın. Belə ki, Vəli Bakı şəhərinə narkotik göndərəcəyini və qoyulacaq ünvan barədə məlumat verərək yerinin “WhatsApp” vasitəsilə fotoşəkilini göndərəcəyini, oradan götürüb dediyi yerə aparıb qoyacağını və bundan sonra pulunu göndərəcəyini və özünə də istifadə edəcəyi qədər narkotik vasitə verəcəyini demişdir. Vəlinin təklifini qəbul etmişdir. Bundan sonra 2023-cü ilin dekabr ayına qədər Vəli qeyd etdiyi formada narkotik vasitələr göndərmiş və dediyi yerdən narkotik vasitələri götürüb dediyi yerlərə aparıb qoyub fotoşəkilini çəkərək “WhatsApp” vasitəsilə Vəliyə göndərib getmişdir. Vəli də bunun müqabilində müxtəlif məbləğlərdə pul və qurudulmuş marixuana vermişdir. Vəli pulu da qoyduğu yerin fotoşəkilini göndərmiş və gedib pulu götürmüşdür. “Minsk D4 125” markalı, 99-C-426 dövlət qeydiyyat nişanlı motosikleti idarə edirdi. Belə ki, həmin motosikleti icarəyə götürmüşdür. X1 məxsusdur, etibarnaməsi və sürücülük vəsiqəsi yoxdur. Motosiklet ilə kuryer kimi işləyirdi. Motosikletin arxasında “wolt panter” yazısı olan çantası var idi. Həmin motosiklet ilə Vəlinin göndərdiyi narkotik vasitələri götürdükdən sonra bir qismini üzərində, bir qismini isə motosikletin çantasına qoyaraq saxlamışdır. 17 dekabr 2023-cü il tarixdə axşam saatlarında İran vətəndaşı Vəli “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, Binəqədi rayonu ərazisinə qurudulmuş narkotik vasitə marixuana qoyulacaq və götürməlidir. Vəli “WhatsApp” vasitəsilə narkotik vasitənin qoyulduğu yerin fotoşəkilini göndərmiş və qoyulacaq ünvan barədə məlumatlar vermişdir. Həmin vaxt Qaradağ rayonunda olmuşdur. Mobil telefonunu söndürmüş və narkotik vasitənin qoyulduğu ünvan istiqamətində hərəkət etmiş, həmin yeri axtarıb tapmışdır. Kimsəsiz ərazidə yerdə olan bükümləri görüb götürmüşdür. Bükümləri motosikletin arxasında olan çantaya qoymuşdur. Bundan sonra motosikletə əyləşib oradan uzaqlaşaraq narkotiki qoymaq üçün Bakı şəhəri, Binəqədi rayonu, C.Cabarlı küçəsinə gəlmişdir. Narkotiki Vəlinin dediyi yerə qoyub getmiş, narkotik kimin götürəcəyini və pulunu necə ödəyəcəyini isə bilməmişdir. Narkotiki qoyduqdan sonra Vəliyə bildirməli və sonuncu 1000 manat pul köçürməli olmuşdur. 18 dekabr 2023-cü il tarixdə saat 04:20 dəqiqədə C.Cabbarlı küçəsində nömrəsiz evin yaxınlığında motosikleti saxlayıb düşdükdə 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Həmin şəxslər DİN-nin BNMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Onlar külli miqdarda narkotik vasitələrin əldə olunaraq satışının həyata keçirilməsində şübəli olmağını bildirərək Binəqədi RPİ-nin 43-cü PB-nə getməli olmağını bildirmişlər. Sonra polis əməkdaşları ilə 43-cü PB-nə gəlmişdir. Motosikleti isə bölmənin həyətinə yerləşdirmişdir. Polis bölməsində xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilərək vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu zaman əynində qanunsuz hər hansı bir əşyanın olmadığını, ancaq motosikletində narkotik vasitə olan marixuana oluduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış həyata keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibindən 2 ədəd açar, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** və ***-***- **-** saylı nömrələr olan “Samsung” markalı, “A8” modelli telefon, şalvarının sol yan cibindən 69 manat pul və 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Üzərindən başqa əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş əşyalar və pul özünə qaytarılmışdır. İdarə etdiyi motosikletə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Sonra bölmənin həyətinə çıxmışlar və orada olan idarə etdiyi “Minsk D4 125” markalı, 99- C-426 dövlət qeydiyyat nişanlı motosikletə baxış keçirilməyə başalnılmışdır. Motosikletdə saxladığı narkotik vasitəni təqdim etməyi bildirilmişdir. Bundan sonra motosikletin arxasında olan üzərində “wolt panter” yazısı olan çantanın içərisindən 5 ədəd bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkilmiş və büküm qarışıq ümumilikdə çəkisi 4 kiloqram 830 qram olmuşdur. Həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Möhürün üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. O, iranlı Vəli adlı şəxslə əvvəlcədən onun göndərdiyi narkotik vasitələri onun dediyi yerlərə qoymağa görə razılaşmışdır. Həmin razılaşmaya görə Vəli adlı şəxs ona 1000 manat pul verməli idi. O, kuryer işləyirdi. İndiki vaxta kimi kuryerlik etdiyinə görə heç kəs ona 1000 manat verməmişdir. Vəlinin göndərdiyi həmin bağlamalarda narkotik vasitə olduğunu bilirdi. Şəxsi axtarış zamanı idarə etdiyim Motosikletdən narkotik vasitə aşkar olunmuşdur. Əməlindən peşmandır, əvvəllər məhkum olunmamışdır. Polislər ona qarşı psixoloji təsir göstərmişlər. İbtidai istintaq zamanı kütləsi 44 qram olan narkotik vasitə marixuananı polislər onun cibinə qoymuşlar. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. 17 dekabr 2023-cü il tarixdə 5.10.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanda qeydiyyatda olan, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, o, cümlədən psixotrop maddələr əldə edərək istifadə etməsi, satması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən idarəyə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə işlədiyi idarənin rəis müavininə raportla məruzə etmişdir. Rəis müavini tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə saxlamasına görə və sonuncunun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisinin müavini tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə və Binəqədi rayon məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün qrupun üzvü Şahid2 ilə birlikdə məlumat əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsinə gəlmişdir. Saat 04:20 dəqiqədə həmin küçədə yerləşən nömrəsiz evin yaxınlığında Təqsirləndirilən şəxs “Minsk D4 125” markalı, 99-C-426 dövlət qeydiyyat nişanlı motosikletdə dayanmasını görmüşlər. Elvinə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib sonuncunu hava və əməliyyat şəraiti, o, cümlədən təhlükəsizlik tədbirlərini nəzərə alaraq Binəqədi RPİ-nin 43cü PB-nə dəvət etmişlər. Elvin də heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə gətirmişlər. Elvinin idarə etdiyi motosikleti bölmənin inzibati binasının həyətinə yerləşdirmişlər, özünü isə içəri aparmışlar. Bölmədə raport yazıb işlədiyi idarənin rəis müavininə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkiliş etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və bükümdə yaşıl rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, sonuncunun əynində olan gödəkçəsinin sağ yan cibindən 2 ədəd açar, qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd mobil telefon, şalvarının sol yan cibindən isə 69 manat pul və 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 44 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümün özünə məxsus olmasını, bükümü İran İslam Respublikası vətəndaşı Vəli adlı şəxsin vasitəsilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürməsini, bükümü sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymağına görə Vəli adlı şəxsin ona 500 manat pul verəcəyini, sonuncudan əvvəllər də deyilən ünvanlara qoymaq məqsədilə narkotik maddələr əldə etdiyini, Vəlini 7-8 ay olar ki, tanıdığını, idarə etdiyi motosikletdə də narkotik maddə saxladığını, narkotik vasitəni təqdim edə biləcəyini, motosikletə baxış keçirilməsinə etiraz etmədiyini və ona qarşı heç bir formada təzyiq olunmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğunu baxışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Həmin günü 43-cü PB-nin inzibati binasının həyətində olan Təqsirləndirilən şəxs idarə etdiyi “Minsk D4 125” markalı, 99-C-426 dövlət qeydiyyat nişanlı motosikletə də baxış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi motosikletdə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, bundan sonra sonuncu motosikletdə üzərinə “wolt partner” yazısı olan çantanın içərisindən 5 ədəd bağlamanı təqdim etmişdir. Həmin bağlamaların içərisində yaşıl rəngli ot kütlələri vardır. Həmin bağlamalar elektron tərəzi ilə çəkilmiş və çəkisi 4 kiloqram 830 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin bağlamalarda olan kütələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümün özünə məxsus olmasını, bükümü İran İslam Respublikası vətəndaşı Vəli adlı şəxsin vasitəsilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürməsini, bükümü sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymağına görə Vəli adlı şəxsin ona 500 manat pul verəcəyini, sonuncudan əvvəllər də deyilən ünvanlara qoymaq məqsədilə narkotik maddələr əldə etdiyini və Vəlini 7-8 ay olar ki, tanıdığını bildirmişdir. Bundan sonra avtomobilin içərisi yoxlanılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğunu baxışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Həmin günü Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi motosikletdən aşkar edilmiş maddənin tərkibinin, eyni zamanda çəkisinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinə göndərilmiş və bununla bağlı rəy verilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə narkotik vasitə qurudulmuş marixuanadır və ümumilikdə çəkisi 4513,95 qramdır. İşlədiyi idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və sonuncu narkotik vasitələrin satışı ilə məşğul olmuş, lakin onun narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild 1,iş vərəqə 140- 143). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 148-151). Cinayət işinin materiallarında olan 18 dekabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və 1 fevral 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, 18 dekabr 2023-cü il tarixdə saat 4:20 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən nömrəsiz evin yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümü açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sağ yan cibindən 2 ədəd açar, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-**, ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 69 manat pul və 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş çəkilmiş və çəkisi 44 qram olmuşdur. Aşkar edilmiş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, 69 manat pul və 2 ədəd açar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı həmin bükümün özünə məxsus olmasını, bükümü İran İslam Respublikası vətəndaşı Vəli adlı şəxsin vasitəsilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürməsini, bükümü sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymağına görə Vəli adlı şəxsin ona 500 manat pul verəcəyini, sonuncudan əvvəllər də deyilən ünvanlara qoymaq məqsədilə narkotik maddələr əldə etdiyini, Vəlini 7-8 ay olar ki, tanıdığını, idarə etdiyi motosikletdə də narkotik maddə saxladığını, narkotik vasitəni təqdim edə biləcəyini, motosikletə baxış keçirilməsinə etiraz etmədiyini və ona qarşı heç bir formada təzyiq olunmadığını bildirmişdir (cild 1, iş vərəqə 29-30 və 127-128). Cinayət işinin materiallarında olan 18 dekabr 2023-cü il tarixli “motosikletə baxış və götürmə aparılması haqqında” və 1 fevral 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Minsk D4 125” markalı, 99-C-426 dövlət qeydiyyat nişanlı motosikletə baxış keçirilən zaman Təqsirləndirilən şəxs motosikletdə qanunsuz əşya və ya narkotik vasitə olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra motosikletdə üzərində “wolt partner” yazısı olan çantanın içərisindən 5 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 4 kq 830 qram olmuşdur. Həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri' iştirakçılar tərəfindən imzalanmışdır. Sonra motosikletin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi həmin bükümün özünə məxsus olmasını, bükümü İran İslam Respublikası vətəndaşı Vəli adlı şəxsin vasitəsilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürməsini, bükümü sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymağına görə Vəli adlı şəxsin ona 500 manat pul verəcəyini, sonuncudan əvvəllər də deyilən ünvanlara qoymaq məqsədilə narkotik maddələr əldə etdiyini, Vəlini 7-8 ay olar ki, tanıdığını, motosikletdəki kütlələrin olmasından heç kimin məlumatı olmadığını bildirmişdir (cild 1, iş vərəqə 35-36 və 129-130). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 dekabr 2023-cü il tarixli 3-16-16/2- 7/1703 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 38,95 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi motosikletdən təqdim etdiyi...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 5 (beş) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1165 qram; 1010 qram; 965 qram; 190 qram, 1145 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 4513,95 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (Qeyd: marixuananın ümümi çəkisi 4513,95 qram, tədqiqata sərf edildi 0,6 qram (hər obyektdən 0,1 qram), qalıq 4513,35 qram, cild 1, iş vərəqə 43-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16-2- 7/1760 nömrəli rəyində göstərilmişdir ki, təqdim olunan marixuanalar tərkiblərinə görə eynidirlər (Qeyd: marixuananın ümumi çəkisi 4513,35 qram, tədqiqata sərf edildi 0,12 qram (hər obyektdən 0,02 qram), qalıq 4513,23 qram, cild 1, iş vərəqə 112). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X9 X2 29 yanvar 2024-cü il tarixli 537 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 113- 114). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 X9 Məhkəmə Psixiatrik Ekspertizasının 22 yanvar 2024-cü il tarixli 139 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 116-117). Cinayət işinin materiallarında olan 11 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi “Minsk D4 125” markalı, 99-C-426 dövlət qeydiyyat nişanlı motosikletdən aşkar edilərək götürülmüş ümumilikdə 4513,95 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 1, iş vərəqə 165-179). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 103). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 74-78). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 156 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi “Minsk D4 125” markalı, 99-C-426 dövlət qeydiyyat nişanlı motosikletdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 4513,23 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, idarə etdiyi motosikletə baxış və götürmə aparılmasını əks etdirən 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 156 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi “Minsk D4 125” markalı, 99-C-426 dövlət qeydiyyat nişanlı motosikletdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 4513,23 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, idarə etdiyi motosikletə baxış və götürmə aparılmasını əks etdirən 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1627/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1627/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver