Məhkəmə qərarları › İş №1(101)-1628/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1628/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1628/2021 21.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin, narkotik vasitə olan marixuana və külli miqdarda psixotrop maddə olan metamfetamini 300 manat pul müqabilində əldə etməyi razılaşdıqdan sonra, naməlum şəxsin verdiyi istintaqa məlum olmayan hesab nömrəsinə ödəmə terminalı vasitəsi ilə pulu köçürmüş, 19.05.2021-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən "H.Aslanov" metrostansiyasmın yaxınlığında külli miqdarda ümumi təmiz çəkisi 11.837 qram narkotik vasitə olan heroin, külli miqdarda ümumi təmiz çəkisi 2.134 qram olan psixotrop maddə metamfetaminin olduğu bükümlərin və təmiz çəkisi 0.836 qram narkotik vasitə olan qurudulmuş marixuananın olduğu bir ədəd kibrit qutusunu qoyulduğu yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əynindəki göy rəngli cins şalvarın arxa cibində və üzərində gəzdirdiyi qara rəngli əl çantasında saxlamaqla daşımış, 19.05.2021-ci il tarixdə saat 05:10-da idarə etdiyi "Reanaull Toros" markalı ** HC *** dövlət nömrə nişanlı avtomobil ilə ünvan 2 ünvanın qarşısında dayandığı zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılmış və ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd "Kent" markalı siqaret qutusunun içərisindən qara rəngli sellofan kəsiyi bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 11,600 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin üzərində gəzdirdiyi qara rəngli əl çantasında üzərində "STAR” sözləri yazılmış dəmir qutunun içərisindən bir ədəd gümüşü rəngli kağız bükümdə eyni tərkibli 0.237 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sell olan kəsiyi bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2.134 qram psixotrop maddə olan mctamfelamin və bir ədəd kibrit qutusunda təmiz çəkisi 0.836 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd elektron tərəzi eləcə də narkotik vasitələri çəkmək üçün istifadə edilən kiçik ölçülü dəmir boru aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hərbçi olmuş, gəncliyini bütövlükdə vətənə həsr etmiş və başından travma almışdır. Prezident təqaüdçüsüdür. İllərdir ki, kontuziyası ilə əlaqədar beynində səs-küy olmuş və buna görə də narkotik vasitə və psixotrop maddəyə meyl etmişdir. Narkotik vasitə və psixotrop maddələri, ancaq damara vurmaq yolu ilə istifadə etmişdir. Belə ki, əvvəllər məhəllədən almış, lakin, daha sonra internetdən tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan, adını bilmədiyi şəxsdən ayrı-ayrı vaxtlarda öz şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. Sonuncu dəfə isə həmin şəxslə "whatsapp” sosial şəbəkəsi üzərindən danışıb 300 manata razılaşmış və həmin şəxsin verdiyi hesab nömrəsinə “Milli ön” ödəmə terminalı vasitəsi ilə pulu göndərmişdir. Daha sonra ona satdığı narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamini yerləşdiyi yerdən yəni, Xətai rayonu "Həzi Aslanov” metrostansiyasının yaxınlığından götürmüşdür. Narkotik vasitə olan heroinin olduğu bükümün bir qismini “KENT” markalı siqaret qutusuna qoyub şalvarının cibinə qoymuş, bir qismini isə qara rəngli çantanın içərisindəki gümüşü qutuya, eləcə də psixotrop maddə olan metamfetamin və qurudulmuş marixuananın qablaşdırıldığı bir ədəd kibrit qutusunu həmin qutuya qoymuşdur. Daha sonra idarə etdiyi “Reanault Toros” markalı avtomobillə evə gedərkən yolda tanışı Şahid4 ilə rastlaşmışdır. Ondan haraya getdiyini soruşduqda Arif Nobel prospektində yerləşən "Günəş” marketin yanında onu gözləyən dostu Azadla görüşəcəyini bildirmişdir. Onu maşını ilə dostu Azadgilə, oradan da istədikləri ünvana çatdırmışdır. Belə ki, idarə etdiyi avtomobili ünvan 5 ünvanın qarşısında saxlayan zaman polis əməkdaşları ona yaxınlaşmışlar və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xətai RPİ-nin 37-ci PB-nə aparmışlar. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman əynindəki cins şalvarın cibindən bir ədəd "‘Kent1’ markalı siqaret qutusunun içərisindəki bükümü, eləcə də üzərində daşıdığı əl çantasının içərisindən gümüşü rəngli dəmir qutunu çıxarmış, içərisindəki bir büküm heroini, bir büküm metamfetamini, bir ədəd kibrit qutusundakı qurudulmuş marixuananı masanın üzərinə qoymuş və həmin kütlələrin ona məxsus olduğunu və öz şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından aldığını səmimi olaraq etiraf etmişdir. O, heç vaxt narkotik vsitənin satışı ilə məşqul olmamış, buna ehtiyacı olmamış, belə ki, kifayət qədər böyük məbləğdə sosial müavinət alır. Artıq islah olunmuş, barəsində məhkəmədə ədalətli qərar qəbul edilməsinə ümüd edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 19 may 2021-ci il tarixdə həmkarları Şahid3 və Şahid2 ilə birlikdə Bakı şəhəri Xətai rayonu Kazımağa Kərimov küçəsində xidmət aparan zaman "Renault” markalı avtomobili şübhəli bilib yaxınlaşdıqlarını, orada əyləşən üç nəfər şəxsin özlərində şübhə yaratdıqları üçün onlarla söhbət apardıqlarını, sürücünün narkotik vasitələrin təsiri altında olmasından şübhələndikləri üçün onları 37-ci Pols Şöbəsinə dəvət etmişlər. X9 Cəbrayılov təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş vəkilin və onların iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun əynindəki cins şalvarın arxa cibindən 13.38 qram çəkidə narkotik vasitə olan heroin, üzərində gəzdirdiyi əl çantasından bir ədəd elektron tərəzi, üzərində "Star' sözləri yazılmış gümüşü rəngli qutudan 2.28 qram çəkidə psixotrop maddə olan metamfetaminə bənzər krıstal şəkilli maddə, bir ədəd gümüşü rəngli kağız bükümdə 0.31 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlə, həmçinin bir ədəd kibrit qutusuna qablaşdırılmış 0.83 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin maddələr təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılandan sonra ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə aydır ki, tanıyır, aralarında yaxşı tanışlıq münasibətləri olmuş, əvvəllər aralarında heç bir mübahisə olmamışdır. 19 may 2021-ci il tarixdə saat 05 radələrində tanışı Şahid5 ilə telefonda danışıb tikintisini apardıqları evin yerləşdiyi ünvana yəni Xətai rayonu K.Kərimov küçəsinə birlikdə getməyi qərara almışlar. Beləcə yaşadığı evdən çıxıb Həzi Aslanov metro stansyanın yaxınlığından keçərkən "Renault” markalə avtomobil onun yanında saxlamışdır. Sürücünün əvvəllər tanıdığı və yaxşı münasibəti olduğu Təqsirləndirilən şəxs olduğunu görmüş, Zaur onu avtomobillə gedəcəyi ünvana aparmağı təklif etdikdə, razılaşmışdır. Beləcə Zaurun avtomobilinə əyləşmiş və onunla Şahid5 olduğu yerə gedib onu maşınla götürmüşlər. Daha sonra Zaurdan onları Kazımağa Kərimov küçəsinə düşürməsini xahiş elmişdir. Zaur idarə etdiyi avtomobili həmin küçədə 17 saylı ünvanın qarşısında saxlamış və avtomobili dayandırmışdır. Avtomobildə öz aralarında qısaca söhbət etdikləri zaman PPX maşını onlara yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onları 37-ci PŞ-nə dəvət etmişlər. X9 Cəbrayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün tutulmuşdur. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan mctamfctanıin aşkar edilmişdir. Daha sonra onun və Şahid5 üzərinə baxış keçirilmiş, lakin onlardan qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid5, Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş fiziki-kimyəvi ekspertizalar şöbəsinin ekspertinin 7/471-6/1972 nömrəli 19 may 2021-ci il tarixli rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 153’' dairəvi möhür əksi olan zərfdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 11.600 qr və 237 qr olmaqla ümumi çəkisi 11,837 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan -heroin, təmiz çəkisi 2,134 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin, və təmiz çəkisi 0.836 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri"in siyahısına (Siyahı 1). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"in siyahısına (Siyahı 1) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə- narkoloji ekspertizasının 01.07.2021-ci il tarixli 2117 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış cəmi 11,777 qram narkotik vasitə olan heroin: 2,084 qram çəkidə metamfetamim 0.786 qram çəkidə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi və bir ədəd gümüşü rəngli dəmir boru iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmişdir. Cinayət işinin istintaq materiallarından görünür ki, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Sərraf Cəfərov tərəfindən 19.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi ‘"şəxsi axtarış və götürmə” protokolu ilə rəsmiləşdirilmişdir. Bu istintaq hərəkətinin əks olunduğu videogörüntülər DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə edilmişdir. Bundan başqa 19.05.2021-ci il tarixdə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Sərraf Cəfərov tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi "Rcanault Toros" markalı ** HC *** dövlət nömrə nişanlı avtomobillə baxış keçirilmişdir. Həmin istintaq hərəkətinin əks olunduğu videogörüntülər DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun narkotik vasitəni satış məqsədi olmadan yalnız şəxsi istifadəsi üçün aldığını bildirməkdə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi özünün qismən təsdiqedici ifadələri ilə yanaşı şahid ifadələri, diskə baxış protokolu, ekspertiza rəyləri, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 15 avqust tarixli, 688 saylı Sərəncamı ilə «Hərbi xidmətlərə görə» medalı ilə təltif olumuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası zamanı müsbət nəticələrə nail olduğuna görə və Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının komandiri tərəfindən «Fəxri Fərman»la da təltif olunmuşdur. Eləcə də, iş materiallarına əlavə olunmuş xəstəlik sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs aşağı ətraf venaların varikoz genişləməsi, aşağı ətrafların varikoz xəstəliyi, funksiyların mühüm dərəcədə pozulması ilə, üçüncü dərəcəli xroniki vena çatmamazlığı əlamətləri olan sağ baldır venalarının ödemli-indurativ formalı pastrambofletik xəstəliyi, hər iki böyük dəraltı venaların birinci dərəcəli varikoz genişlənməsi, venaların digər zədələnmələri, üçüncü dərəcəli vena çatmamazlığı əlamətləri olan sağ baldır venalarının ödemli indurativ formalı pastrambofletik xəstəliyi, BÇİ-29.0 eşitmənin neyroensor tipli ikitərəfli itirilməsi, dizaltı nahiyənin sinovial kistası, funksiyaların mülayim dərəcəli pozulması ilə sağtərəfli beyker sisti xəstəlikləri ilə bağlı, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi almışdır. Bundan əlavə iş materiallarına əlavə olunmuş sənəddən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 hal-hazırda işğaldan azad olunmuş torpaqlarda anama sahəsi üzrə Azərbaycan Respublikasının minatəmizləmə Agentliyində xidmət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olub günahını etiraf etməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı övladının olması və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yuxarıda sadalanan ağır xəstəliklərə düçar olması ilə bağlı hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlillik dərəcəsi alması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdırıcı halların olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 2 azyaşlı övladının olmasını, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlillik dərəcəsi almasını, Azərbaycan Respublikasının prezidentinin 2014-cü il 15 avqust tarixli, 688 saylı sərəncamı ilə «hərbi xidmətlərə görə» medalı ilə təltif olunmasını, xidmətlərinə görə Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının komandiri tərəfindən «Fəxri Fərman»la təltif olunmasını, ağır xəstəliklərdən əziyyət çəkməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan 19.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 11,777 qram narkotik vasitə olan heroin, 2,084 qram çəkidə metamfetamin, 0,786 qram çəkidə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi və bir ədəd gümüşü rəngli dəmir boru məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və həmin günü idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı, eləcə də 19.05.2021-ci il tarixdə Məlik- Yeqanov Arif və Şahid5 üzərinə keçirilən baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R və DVD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 88,70 ( səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 162 (yüz altmış iki) manat məbləğində, ibtidai istintaq zamanı göstərmiş olduğu hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 210 (iki yüz on) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı probasiya idarəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 162 (yüz altmış iki) manat məbləğində, ibtidai istintaq zamanı göstərmiş olduğu hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 210 (iki yüz on) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan 19.05.202l-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 11,777 qram narkotik vasitə olan heroin, 2,084 qram çəkidə metamfetamin, 0.786 qram çəkidə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi və bir ədəd gümüşü rəngli dəmir boru məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və həmin günü idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı, eləcə də 19.05.2021-ci il tarixdə Məlik- Yeqanov Arif və Şahid5 üzərinə keçirilən baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R və DVD disklər iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 88,70 ( səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar