Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1628/2023 24.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X4 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ayrı-ayrılıqda 4,783 qram və 4,128 qram olmaqla iki ədəd bükümdə, ümumi çəkisi 8,911 qram olan külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 10:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 8,911 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 4,783 qram və 4,128 qram olmaqla iki ədəd bükümdə əynindəki qara rəngli cins materiallı şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 8,911 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib ayrı-ayrılıqda 4,783 qram və 4,128 qram çəkidə olan hissələrə bölüb iki ədəd bükümdə qablaşdıraraq üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 10:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 8,911 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 4,783 qram və 4,128 qram olmaqla iki ədəd bükümdə əynindəki qara rəngli cins materiallı şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, arvadı Ayşən Əliyeva hamilə olduğuna görə səhhətində olan problemlə bağlı 29 mart 2023-cü il tarixdə, səhər saatlarında Bakı Sağlamlıq Mərkəzinə gedərək həkim müayinəsindən keçmişlər. Müayinə zamanı həkim heç bir problem olmadığını, hamiləliyin normal olduğunu bildirmişdir. Oradan çıxıb yaşadıqları evə gələn zaman Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsi 10 saylı ünvanın yanında arvadına gül almaq üçün idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobili yolun kənarında saxlamışdır. Bu zaman ona 3 nəfər yaxınlaşmış və ona onlarla getməli olduğunu demişlər. O səbəbini soruşduqda maşının sənədləri ilə bağlı olduğunu bildirmişlər. Dəfələrlə səbəbi barədə soruşsa da, ona artıq heç bir söz deməmişlər. Həmin şəxslərə arvadını evə apardıqdan sonra onlarla gedə biləcəyini demiş, bir neçə dəfə təkid etdikdən sonra onlar razılaşmışlar. Həmin şəxslər onun maşınını idarə edərək bir yerdə yaşadığı ünvana gəlmiş, evlərinə çatmamış arvadını maşından düşürmüşlər. O isə maşında qalmışdır. Maşının qapıları kilidli vəziyyətdə olmuşdur. Sonra onu maşını ilə birlikdə İdarəyə, yəni BMCMİ-nə gətirmişlər. Oraya qolları qandallı vəziyyətdə gətirmişlər. İdarədə kim olmasını bilmədiyi şəxs ona qarşı təhqiramiz ifadələr işlədərək “aparın narkotik verin, şərləyin” göstərişi vermişdir. Bundan sonra onu başqa bir otağa apamış, siyirməni çəkib 2 büküm götürərək dizinin üstünə qoymuş, “bunlar sənindir, boynuna almalısan” demişlər. O da ona aid olmadığını deyərək etiraf etməkdən imtina etmişdir. Bundan sonra təpiklə onurğasına vurmuş, onu arvadı, anadan olmamış uşağı ilə hədələmişlər. 4 ildir ki, uşaq həsrəti çəkdiyindən, arvadına və uşağına bir şey olacağından qorxduğundan həmin bükülüləri cibinə qoymuşdur. Sonra çəkilişlər olmuş, 1 gecə idarədə saxlanılmışdır. Sonra ekspertizaya, narkolojiyə aparmışlar. İdarədə də, maşında da necə lazımdı hədələmişlər ki, “deyəcəksən istifadəçisiyəm. İstifadə edəndə tapmısan. “Oba” marketin qabağında zibil yeşikləri var, onun qabağından tapmısan narkotiki”. Sonra sanksiya üçün məhkəməyə aparmışlar. Orada da eyni şeyləri deməyini bildirmişlər. Ona görə də məhkəmədə də narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Ailəsinə, uşağına görə məcbur olaraq ona deyilənləri təkrar etmişdir. O heç vaxt narkotik vasitə istifadə etməmişdir. 12 yaşından “Quran”ı öyrənmişdir, nə siqaret çəkir, nə də spirtli içki içir. 3 ildən artıqdır ki, avtomobilinin arxa şüşəsinə dini alimin şəkilini vurmuşdur. Hesab edir ki, onu həmin şəkilə görə saxlamışlar. Heç bir cinayət əməli törətmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 29 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması, eləcə də daşıması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, rəhbərlik tərəfindən ondan və idarənin əməkdaşları Şahid2 və Şahid3 Məmmədli oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. 29 mart 2023-cü il tarixdə, saat 10:30-da ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Həmin şəxs özünü onlara təqdim etdikdən sonra onlar Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması, eləcə də daşıması barədə məlumata malik olduqlarını bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyindən idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə idarəyə gətirilmişdir. Avtomobili o idarə etmiş, Təqsirləndirilən şəxs yanında isə Şahid2 əyləşmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu avtomobilin yanında tək olmuşdur. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə sonuncunun razılığı ilə şəxsi axtarış keçirilmiş və ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı narkotik maddənin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli jiletin sağ yan cibindən şəxsiyyət vəsiqəsi, 03 ədəd qəpik pullar, həmin jiletin sol yan cibindən isə 01 ədəd avtomobil açarı, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümlər, 01 ədəd mobil telefon və kağız pul əskinasları aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində digər əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs ondan aşkar olunan 02 ədəd sellofan bükümlərin içərisində “şüşə” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəxsiyyət vəsiqəsi sonuncuya məxsus olmuşdur. Aşkar edilən 1 ədəd qəpik pulun üzərində xarici valyuytaya bənzər, iran və ya fars əlifbasına oxşar yazı və rəqəmlər, eləcə də, dini məbəd simvolu olmuş, digər 02 ədəd qəpik pullar Azərbaycan Respublikasına aid 10 qəpiklik pullar olmuşdur. Aşkar edilmiş kağız pul əskinasları 30 manat məbləğində olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən 01 ədəd avtomobil açarı qara rəngli olmaqla üzərində dini simvol olmuşdur. Təqsirləndirilən şəxs açarın onun idarə etdiyi “Great Wall” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid olmasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilən mobil telefon qara rəngli “Redmi” markalı telefon olmuşdur. Təqsirləndirilən şəxs mobil telefonun özünə məxsus olmasını, bu telefonu ***-***-**-** saylı mobil nömrəsi ilə istifadə etdiyini bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri bir gün əvvəl, yəni, xx.xx.2023-cü il tarixdə yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən zibillik ərazisinin yaxınlığından keçərkən yol kənarından tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, həmin bükümlərin içərisində “şüşə” adı ilə tanıdığı narkotik maddələrin olmasını, özünün də təxminən 1 ay müddətdir ki, “şüşə” adlı narkotik maddədən istifadə etdiyini, bu maddələri tanımadığı şəxslərdən əldə etməsini, həmin maddələri heç kimə satmaq, hədiyyə etmək və pay qismində vermək kimi niyyətinin olmadığını, idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobilində hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olmadığını, avtomobilə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümlərdə psixotrop maddə metamfetaminə oxşar maddələr sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzəri Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 30 manat, 02 ədəd 10 qəpiklik pullar, 01 ədəd xarici valyutaya bənzər qəpik pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı və şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus avtomobil açarı isə şəxsin özünə geri qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Great Wall” markalı **-XZ-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsi barədə məlumat verilmiş, avtomobilə baxış keçirilməsi barədə həmin qərarla tanış edilmiş, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə bir daha etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Great Wall” markalı **-XZ-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Qeyd olunan avtomobilin ilk öncə baqaj hissəsinə baxış keçirilmiş, baxış zamanı əlavə şübhəli əşya və predmet aşkar edilməmişdir. Daha sonra avtomobilin qabaq sol yan qapısı Təqsirləndirilən şəxs tərəfindən açılmış, avtomobilin salonundan 01 ədəd fotoşəkil aşkar edilmişdir. Təqsirləndirilən şəxs fotoşəkildə olan şəxslərin İran İslam Respublikasının din xadimləri olmasını bildirmişdir. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün həmin fotoşəkil avtomobilin salonuna geri qoyulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin arxa sol yan, arxa sağ yan qapısını açmışdır. Lakin bu hissələrdən də şübhəli əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ yan qapısını açmış, avtomobil bu hissəsindən Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixoloji təzyiq tətbiq edilməmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu tək olmuş, avtomobilin ətrafında ailə üzvlərindən kimisə görməmişlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən saxlamışlar. Təqsirləndirilən şəxs üzərində saxladığı metamfetamini bir gün əvvəl yaşadığı kənd ərazisindən, zibilliyin yanından tapdığını, şəxsi istifadəsi üçün saxladığını, təxminən 1 ay olar ki, narkotik vasitədən istifadə etdiyini səmimi olaraq etiraf etmişdir. Tərəflərindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması faktı təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilimiş X5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. 29 mart 2023-cü il tarixdə səhər saatlarında hamiləliyi ilə bağlı əri Aydınla birlikdə Bakı Sağlamlıq Mərkəzinə həkimə getmişlər. Həkimdən qayıdan zaman ev üçün gül almaq istədiyindən Aydın maşını Qala qəsəbəsində yerləşən gül bazarının yanında saxlamışdır. Aydın maşından düşən zaman ona 3 nəfər yaxınlaşmışdır. Həmin şəxsləri Aydının tanıdığını fikirləşərək üzünü o tərəfə çevirmişdir. Bu zaman eşitmişdir ki, “maşını da aparmalıyıq” deyirlər. Aydına “yoldaşındırsa, taksi ilə göndər, sən bizimlə getməlisən, maşın da getməlidir” demişlər. Yoldaşı razılaşmamışdır ki, “yox, vəziyyəti kritikdir, olmaz”. Bundan sonra onlar Aydınla razılaşmış, o, Aydın və bir nəfər polis əməkdaşı arxada, bir nəfər sürücü yerində, bir nəfər isə sürücünün yanında əyləşərək Aydının maşını ilə Türkan qəsəbəsinə gəlmişlər. Maşını yüksək sürətlə sürmüşlər, yoldaşına maşını sürməyinə icazə verməmişlər. Polis əməkdaşları yaşadıqları evdən 20-30 addım məsafədə, döngədə maşını saxlamışlar və o da maşından düşmüşdür. Maşında olan zaman niyə görə yoldaşını apardıqlarını soruşsa da, ona heç bir məlumat verilməmişdir. Çox sual verdiyindən maşının kreditinə görə apardıqlarını, uzağı 40 dəqiqədən sonra gələcəyini demişlər. Ondan 2-3 gün sonra Aydın zəng edərək Bakı İstintaq Təcridxanasında olduğunu bildirmişdir. Aydın hər zaman ibadətlə məşğul olmuş, heç vaxt narkotik vasitə istifadə etməmiş, hətta siqaret belə çəkməmişdir. Aydın kənd təsərrüfatı ilə, həyətlərində göyərti əkib satmaqla məşğul olur. Həmin gün Aydının üzərində olan pulu o, özü həkimə gedərkən vermişdir. Aydının cibində pul var idi, hər hansı narkotik vasitə ola bilməzdi. Əri Aydını dindar olduğu üçün şərləyirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X6 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkilləri Şahid2, Şahid3, şühəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən imzalanmış 29 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 29 mart 2023-cü il tarixdə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 10:30-da ünvan 2 ünvanın yaxınlığında idarə etdiyi, “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmasına, eləcə də idarə etdiyi avtomobilinə yerində baxış keçirilməsinə şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psoxotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “şüşə” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli jiletin sağ yan cibindən şəxsiyyət vəsiqəsi, 03 ədəd qəpik pullar, həmin jiletin sol yan cibində isə 01 ədəd avtomobil açarı olması aşkar edildi. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində 02 ədəd şəffaf sellofan bükümlər, 01 ədəd mobil telefon və kağız pul əskinasları olması aşkar edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmadı. Daha sonra Təqsirləndirilən şəxs ondan aşkar olunan 02 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdğı narkotik maddə olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellefan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildi. Daha sonra 01 ədəd şəxsiyyət vəsiqəsinə baxış keçirildi. Şəxsiyyət vəsiqəsinin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunan qəpik pullara baxış keçirildi. 1-ci qəpik pulun üzərində xarici valyutaya bənzər, iran və ya fars əlifbasına oxşar yazı və rəqəmlər, eləcə də dini məbəd simvolu olması müəyyən edildi. Digər 02 ədəd qəpik pullar isə Azərbaycan Respublikasına aid 10 qəpiklik pullardır. Daha sonra kağız pul əskinaslarına baxış keçirildi. Kağız pul əskinasları 30 manatlıq pul əskinaslarıdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunan 01 ədəd avtomobil açarına baxış keçirildi. Avtomobil açarı qara rəngdədir, açarın üzərində dini simvol mövcuddur. Təqsirləndirilən şəxs açarın onun idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobilə aid olmasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunan mobil telefona baxş keçirildi. Mobil telefon qara rəngli “Redmi” markalı idi. Təqsirləndirilən şəxs bu mobil telefonun da ona məxsus olmasını, bu telefonu ***-***-**-** saylı mobil nömrəsi ilə istifadə etdiyini bildirdi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan psixitrop maddə metamfetaminə oxşar maddələri 01 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən zibillik ərazinin yaxınlığından keçərkən yol kənarında tapmasını, şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin bükümlərin içərisində “şüşə” adı ilə tanıdığı narkotik maddələrin olmasını, özünün də təxminən 1 ay müddətdir ki, “şüşə” adlı narkotik maddədən istifadə etdiyini, bu maddələri tanımadığı şəxslərdən əldə etməsini, lakin hazırda üstündən aşkar edilmiş 02 bükümdə olan narkotik maddəni bildirdiyi kimi yol kənarından tapmasını, həmin maddələri heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin də olmadığını, idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobilində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını, avtomobilinə baxış keçirilməsinə dair də hər hansı bir etirazının olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 30 manat, 02 ədəd 10 qəpiklik pullar, 01 ədəd xarici valyutaya bənzər qəpik pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və şəxsin özünə məxsus olan şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Təqsirləndirilən şəxs məxsus avtomobil açarı isə şəxsin özünə geri qaytarıldı. Şəxsi axtarış və götürmə günorta vaxtı, təbii və süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə 29 mart 2023-cü il tarixdə saat 13:01-də başladı və 13:22-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı (cild 1, i/v 32-34). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X6 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkilləri Şahid2, Şahid3, şühəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən imzalanmış 29 mart 2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının qarajında saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobilə onun özünün icazəsi və iştirakı ilə video çəkilişdən istifadə edilməklə 29 mart 2023-cü il tarixdə, saat 13:41-də baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edildi ki, idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs cavabında idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Belə ki, qeyd olunan avtomobilin ilk öncə baqaj hissəsinə baxış keçirildi. Baxış zamanı əlavə şübhəli əşya və predmet aşkar edilmədi. Daha sonra avtomobilin qabaq, sol yan qapısı Təqsirləndirilən şəxs tərəfindən açıldı. Avtomobilin salonunda 01 ədəd fotoşəkil aşkar edildi. Təqsirləndirilən şəxs fotoşəkildə olan şəxslərin İran İslam Respublikasının din xadimləri olmasını bildirdi. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün həmin fotoşəkil avtomobilin salonuna geri qoyuldu. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin arxa sol yan, arxa sağ yan qapısını açdı. Lakin bu hissələrdən də şübhəli əşya və predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ yan qapısını açdı. Avtomobilin bu hissəsindən Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs idarə etdiyi “Great Wall” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobilə baxış günorta vaxtı süni və təbii işıqlandırma şəraitində keçirildi. Baxış keçirilməsi saat 14:05-də başlandı, 14:14-də qurtardı. Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı (cild 1, i/v 38-40). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 29 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollarda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2023-cü il tarixli, 6/1808 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №6» möhür əksi və “Təqsirləndirilən şəxs aşkar olunan maddələr...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,783 qram, 4,128 qram, ümumi təmiz çəkiləri 8,911 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 02 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 8,911 qram, tədqiqata sərf edildi – 0,1 qram, 8,811 qram qalıq qalmışdır (cild 1, i/v 48-52). - “Maddi sübut hesab edilmə haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqatdan sonra qalıq qalan bir ədəd kağız paketdə qablaşdırılan 8,911 qram çəkidə psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 101). - “Sübutların qiymətləndirilməsi haqqında” 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, idarə etdiyi avtomobilə baxış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (cild 1, i/v 141-150). - 29 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 4(005)-419/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə, saat 10:30-da şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 15, 24, 84-88). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1766 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 136-137). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 134-135). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X11 xx.xx.2023-cü il tarixli, 361 nömrəli nömrəli ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 01, i/v 139-140). - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həmin İdarənin İstintaq və Təhqiqat İdarəsində ünvanlanmış xx.xx.2023-cü il tarixli, 007-4625-1223 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli, 06/79-244 nömrəli əməliyyat tapşırığına cavab olaraq bildirilir ki, tapşırıqda qeyd olunan bəndlər üzrə tərəflərindən əməliyyataxtarış tədbirləri keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsini həyata keçirməsi, eləcə də satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları əldə edilmiş, məlumatların dəqiqləşdirib yoxlanılmasından sonra gələcəkdə əlavə olaraq məlumat veriləcəkdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etmək istiqamətində əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Tapşırıqda göstərilən digər xüsusatların yoxlanılması məqsədi ilə əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunarsa, bu barədə əlavə olaraq bildiriləcəkdir (cild 121). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 6237 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə xas olan xarakterik kliniki əlamətlər aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müayinə olunarkən onda ekspress-test üsulu ilə sidik analizi nəticəsində AMP pozitiv aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli ambulator məcburi narkoloji tibbi yoxlama zamanı 1 aydır ki, mütəmadi olaraq psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkərək istifadə etdiyini qeyd edib və onda narkomaniya xəstəliyinin xarakterik klinik əlamətləri aşkar olunmuşdur. - xx.xx.2023-cü il tarixli doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, anası X5, atası Təqsirləndirilən şəxs olan oğlan uşağı xx.xx.2023-cü ildə doğulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə, saat 10:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins materiallı şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 4,783 qram və 4,128 qram olmaqla iki ədəd bükümdə külli miqdarda 8,911 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edərək üzərində daşıyaraq saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə üzərində saxlayaraq daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,783 qram və 4,128 qram, ümumi təmiz çəkisi 8,911 qram olan külli miqdarda psixotrop maddə - metamfetamini satış məqsədi ilə əldə etməsi məhkəmə baxışı zamanı sübuta yetirilmir. Belə ki, məhkəmə icraatında şahid qismində dindirilmiş, əməliyyat tədbirlərini həyata keçirmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrinin və ya psixotrop maddələrin qanunsuz satışı ilə bağlı hər hansı məlumata malik olmadıqlarını bildirmişlər. Bundan əlavə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə - metamfetamini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi halları da araşdırılmamışdır. Satılacaq psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Həmçinin Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 007-4625-1223 nömrəli məktubdan məktubundan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etmək istiqamətində əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə təqsirləndirilən şəxsin ümumiyyətlə psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – psixotrop maddələrin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (psixotrop maddənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Beləliklə də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması deyil, sonuncunun külli miqdarda psixotrop maddəni məhz şəxsi istifadəsi üçün əldə edib saxlaması müəyyən olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 4,783 qram, 4,128 qram, ümumi təmiz çəkiləri 8,911 qram olan psixotrop maddə - metamfetamini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs və onun arvadı Ayşən Əliyevanın məhkəmə icraatında verdikləri ifadələrini özünü müdafiə xarakterli və cəzadan yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, ondan 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ümumilikdə qalıq çəkisi 8,811 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 2 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına ümumilikdə qalıq çəkisi 8,811 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 2 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1628/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1628/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver