Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1628/2024 08.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,365 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımış, Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 oktyabr 2023-cü il tarixdə saat 17:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü polis bölməsinə gətirilmiş və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 2,365 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 3.Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,262 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 dekabr 2023-cü il tarixdə saat 02:00-da Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi 53 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,262 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 4.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, 2005-ci ildən fasilələrlə narkotik vasitələrdən istifadə etmişdir. 24 oktyabrda axşam 5-6 radələrində Binəqədi kəndində məscid tərəfdə icarəyə maşın danışmağa getmiş, həmin zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq metamfetamin təklif etmiş, o da 10 manata həmin metamfetamini əldə etmişdir. Aldığı metafetaminin neçə qram olmasını xatırlamır. Həmin yerdən 15 metr aralandıqda qara “Peugeot” markalı maşın ona yaxınlaşmış, polis olduqlarını və özünü təqdim etməsini bildirmişlər. O, özünü və üstündə olanları təqdim etmiş, sonra onu 43-cü polis bölməsinə aparmışlar. Orada çəkiliş zamanı metamfetamin tərəziyə qoyulmuş və nə qədər göstərdiyini bilməmişdir. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirildiyini düşündüyü üçün qol çəkmiş, sonra MSY-də olarakən müstəntiq gələrək Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirildiyini bildirmişdir. Daha sonra dekabr ayı gecə saat 1 radələrində evdən çıxaraq Sirk tərəfdən düşərkən üzdən tanıdığı, amma adını bilmədiyi şəxsə on manat verərək 0,2 qram, yəni bir “çet” heroin almışdır. Evə qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, üzərində olan narkotik vasitəni təqdim etdikdən sonra Nəsimi rayon polis idarəsinə gətirilmişdir. Polis idarəsində üzərinə baxış keçirilərək videoçəkiliş aparılmışdır. Ona qarşı polislər tərəfindən fiziki və psixoloji təzyiq olmamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirmişdir. 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə sərbəst şəkildə yazıb-oxumağı bacarır, ifadəsinin müstəntiq tərəfindən kompüter vasitəsilə yazılmasına etirazı yoxdur, ifadəsinin alınmasında mütəxəssisin və ya tərcüməçinin iştirakına ehtiyacı yoxdur və heç bir ruhiəsəb dispanserində qeydiyyatda deyil. O, uzun müddətdir ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. Onların satışı ilə məşğul deyil. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o “patı” kimi tanınan metamfetamini əldə etmək üçün Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsinə gələrək məscidin yaxınlığında tanımadığı şəxsdən bir ədəd patı almışdır. 10 manat pulu ona vermişdir. Həmin patı bükümünü şalvarına qoyaraq gəzməyə getmişdir. Elə həmin gün saat 17:20-də Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində yerləşən məscidin qarşısında iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişdilər. O da özünü təqdim etmişdir. Onlar ona demişdilər ki, onun narkotik vasitələr və psixotrop maddələrin istifadəsi ilə məşğul olmağına şübhələri vardır. O bildirmişdir ki, onların xəbəri var ki, üstündə patı var. Lakin o, boyun qaçırmağın mənasız olduğundan onların təklifindən sonra birlikdə 43-cü PB-nə getmişdilər. Orada ona dövlət hesabına vəkil təqdim edilmişdir. Daha sonra isə vəkilin iştirakından imtina etmiş və videoçəkilşlə təhqiqatçının otağında ona baxış keçirilmişdir. Ona təklif olunmuşdur ki, o üstündə olan əşyaları təqdim etsin. O da şalvarının sağ cibindən bir bükümü çıxartmış və masanın üstünə qoymuşdur. Ondan bunun nə olduğunu soruşulduqda o da bunun “patı” olduğunu demişdir. Bundan sonra üstünə baxış keçirilsə də heçnə aşkar edilməmişdir. Təhqiqatçı üstündən çıxan patını tərəziyə qoymuş və tərəzi 2 qramdan çox göstərmişdir. Sonra isə həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bütün prosedur iştirakçıları, yəni o və otaqda olan polis əməkdaşları müvafiq sənədlərə qol çəkmişdirlər. Etdiyi əməldən peşman olduğunu və səmimi olaraq üzr istədiyini bildirmişdir. Bundan başqa o, ifadəsində xx.xx.2023-cü il tarixdə saat təxminən 02:00 radələrində ünvan 7 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşdıqlarını, həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onlar onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etdiklərini, xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, o ilk öncə əlindəki LG markalı mobil telefonu, sonra əynindəki göy rəngli cins şalvarının cibindən özünə məxsus içrəsində ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sosial sığorta kartı, **********34 nömrəli Tibb kartı, **********639851 nömrəli Paşa banka aid bank kartı, **********124533 nömrəli Kapital banka aid bank kartı və bir ədəd BNA məxsus BakıKartı olan üzərinə «Borelli» yazılan qara rəngli pul qabı, 3 ədəd açar olan üzərinə «Ford» yazılmış metaldan olan breloku çıxarıb masının üzərinə qoyduqdan sonra onun əynindəki göy rəngli cins şalvarının digər cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü çıxarıb masanın üzərinə qoyduğunu, bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildiyini, o da üzərində hər hansı bir əşya olmadığını bildirdiyini, bundan sonra onun üzərində axtarış aparılmağa başlanıldığını, ilk öncə onun geyindiyi göy rəngli cins şalvarının arxa, sağ və sol yan ciblərinə baxıldığını, heçnə aşkar olunmadığını, ondan sonra əynində olan göy rəngli idman gödəkəçisinə baxıldığını, lakin hər hansı bir əşya aşkar edilmədiyini, daha sonra isə ondan ayaqqabılarını çıxarmağı tələb olunduğunu, o ayaqqabılarını çıxarıb silkələdiyini, heç bir əşya aşkar edilmədiyini və ona ayaqqabılarını geyinməyi və üst-başını səliqəyə salması tələb edildiyini, sonra isə onun üzərindən aşkar edilmiş əşyanı adını deməklə təqdim etməsi təklif olunduğu, o bir ədəd ağ kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddənin el içində “Kakos” deyilən narkotik vasitə «heroin» olduğunu bildirdiyini, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu Kubinka deyilən ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata özünün istifasi üçün aldığını bildirdiyini, ona məxsus LG markalı mobil telefonu, içrəsində ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Sosial sığorta kartı, **********34 nömrəli Tibb kartı, **********639851 nömrəli Paşa banka aid bank kartı, **********124533 nömrəli Kapital banka aid bank kartı və bir ədəd BNA məxsus BakıKartı olan üzərinə «Borelli» yazılan qara rəngli pul qabını, 3 ədəd açar olan üzərinə «Ford» yazılmış metaldan olan breloku saxlanıldığını, bundan sonra iştirakçılara və ona bir ədəd ağ kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildiyini, əvvəlcə zərfin içərisi iştirakçılara göstərildiyini və həmin zərflərin içərisinin boş olduğunu gördüklərini, bundan sonra narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürləndiyini və hər bir iştirakçı həmin zərflərin üzəri imzalandığını, şəxsi axtarış və götürmə zamanı onun heç bir şikayəti və vəsatəti olmadığını, ona görə də protokol tərtib olunduğunu, ucadan oxunduğunu, protokolun düzgünlüyünü imzalarla təsdiq etdiklərini bildirmişdir (İ cild, səh. 249-252). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 12 dekabr 2023-cü il tarixdə Samir adlı şəxs gecə saatlarında Nəsimi rayonu, Ağadadaş Qurbanov 53 ünvanında onlar tərəfindən saxlanılaraq Rayon Polis İdarəsinə dəvət edilmişdir. Nəsimi Rayon Polis İdarəsində şəxsin üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Qram yadında deyil, az miqdarda olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün aldığını bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs hansısa fiziki və psixi təzyiq olmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 11 dekabr 2023-cü il tarixdə «Samir» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin NMB-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən Nəsimi RPİ-nin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış və “Samir” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Samir” adlı şəxsin gələ biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında 12 dekabr 2023-cü il tarixdə ünvan 9 ünvanın qarşısına Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə yollanmış və birlikdə 12 dekabr 2023-cü il tarixdə, saat 01:40 radələrində həmin ünvanın qarşısına gəlib bir müddət burada gözlədikdən təxminən 20 dəqiqə sonra, yəni saat 02:00-da “Samir” adlı şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özlərini ona təqdim etmişdirlər. Daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə axtarış keçirilməsi məqsədilə Nəsimi RPİ-yə dəvət etmişdilər. Şəxsiyyəti sonradan onlara məlum olan, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, məhkumluğu olan, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı İlham Məmmədov tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, müdafiəçinin, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs ilk öncə əlindəki LG markalı mobil telefonu, sonra əynindəki göy rəngli cins şalvarının cibindən özünə məxsus içərisində Təqsirləndirilən şəxsa məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sosial sığorta kartı, **********34 nömrəli Tibb kartı, **********639851 nömrəli Paşa banka aid bank kartı, **********124533 nömrəli Kapital banka aid bank kartı və bir ədəd BNA məxsus BakıKartı olan üzərinə «Borelli» yazılan qara rəngli pul qabını, 3 ədəd açar olan üzərinə «Ford» yazılmış metaldan olan breloku çıxarıb masının üzərinə qoyduqdan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının digər cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdı: ilk öncə onun geyindiyi göy rəngli cins şalvarının arxa, sağ və sol yan ciblərinə baxılmış, heçnə aşkar olunmamışdır. Ondan sonra əynində olan göy rəngli idman gödəkəçisinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş o, ayaqqabılarını çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabılarını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanı adını deməklə təqdim etməsi təklif olunmuşdur. O, bir ədəd ağ kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddənin el içində “Kakos” deyilən narkotik vasitə «heroin» olduğunu bildirmiş, ondan həmin narkotik vasitənnin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu Kubinka deyilən ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus LG markalı mobil telefonu, içrəsində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sosial sığorta kartı, **********34 nömrəli Tibb kartı, **********639851 nömrəli Paşa banka aid bank kartı, **********124533 nömrəli Kapital banka aid bank kartı və bir ədəd BNA məxsus BakıKartı olan üzərinə «Borelli» yazılan qara rəngli pul qabı, 3 ədəd açar olan üzərinə «Ford» yazılmış metaldan olan breloku saxlanılmışdır.Bundan sonra iştirakçılara həmin bir ədəd ağ kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra bir ədəd ağ kağız bükümdə olan narkotik vasitəyə bənzər maddələr zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ- nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır (İ cild, səh. 95-98). 8.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, şəxs 12 dekabr 2023-cü il tarixdə gecə vaxtlarında ünvan 11 ünvanında tərəflərindən saxlanılaraq rayon polis idarəsinə dəvət edilmişdir. Orada təhqiqatçı tərəfindən kamera çəkilişi vasitəsilə müdafiəçinin iştirakı ilə şəxsin üzərinə baxış keçirilən zaman bir büküm öz istifadəsi üçün əldə etdiyini bildirdiyi heroinə bənzər kütlə aşkar edilmiş və həmin kütlə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Daxil olan əməliyyat məlumatı şəxsin narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs hərhansısa zor tətbiq edilməmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 9.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 99- 102). 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, oktyabr ayının 24-ü axşam saatlarında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə etdikdən sonra ondan və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 24 oktyabr tarixdə, təxminən saat 5-6 radələrində “Cümə” məscidinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin saxlama və daşınmasında şübhəli bilindiyi üçün bölməyə dəvət etmişlər, o da müqavimət göstərmədən onlarla birgə bölməyə yaxınlaşmışdır. Bölmədə vəkil dəvət olunduqdan sonra xidməti otaqların birində şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, özü üzərində olan narkotik vasitə “patı”nı təqdim etmişdir. Aşkar olunmuş maddə tərəzidə çəkisi ölçülərək zərfə qoyulub ekspertizaya göndərilmişdir. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 11.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 43-cü Polis Bölməsinin sahə inspektoru işlədiyi dövrdə Təqsirləndirilən şəxslə bağlı Şahid3 məlumatı əsasında oktyabr ayında Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən məscidin yanına yaxınlaşmışlar, özlərini təqdim edərək şəxsi bölməyə dəvət etmişlər və şəxs də etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə təhqiqatçının otağında videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxs üzərinə baxış keçirilən zaman özü könüllü surətdə narkotik vasitəni təqdim etmişdir. Səhv etmirsə üzərindən “patı” çıxmış və aşkar edilən maddə zərfin içinə qoyulmuşdur. Əməliyatda onunla Şahid3 iştirak etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi barədə dedikləri yadında deyil. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hansısa fiziki və psixi təzyiqlər olmamışdır. Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 12.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü polis Bölməsinin sahə inspektoru vəzifəsində çalışır, polis kapitanı rütbəsi daşıyır. Etimad doğuran və qərəzsiz mənbədən Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə xx.xx.1979-cu il təvəllüdlü, ünvan 12 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlaması, daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə rəhbərlik tərəfindən həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. O və Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 qrupun üzvü olmuşdur. Bundan sonra o, Şahid3lə birlikdə həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 17:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Ona özlərini təqdim edərək polis əməkdaşı olduqlarını deyərək onun narkotik vasitə və psixotrop maddələri gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar həmin şəxsi Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gəlməyə dəvət etmişdirlər. O, etiraz etməyərək onlarla birlikdə qeyd olunan Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs ərizəsi əsasında dövlət hesabına vəkillə təmin edilmişdir. Ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra, öz razılığı ilə şəxsi axtarış və götürmə zamanı vəkilin iştirakından imtina etmişdir. Bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansısa qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkomanlar arasında “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda həmin maddəni öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonunda “Məscidin” yaxınlığında tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkilmiş, elektron tərəzi 2,49 qram göstərmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, aşkar olunmuş həmin maddə zərfə qoyulub möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (İ cild, səh. 203-205). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6360 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 186” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş... Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,262 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in İ siyahısına daxildir (İ cild, səh. 56-60). 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5710 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 243” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,365 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”- in (Siyahı İ) siyahısına daxildir (İ cild, səh. 148-152). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 barədə 31 oktyabr 2023-cü il tarixli, 7134 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 197-198). 16.«Şəxsi axtarış və götürmə aparılması barədə» 24 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofandakı bükülünü masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin ağ rəngli sellofana bükülmüş bir ədəd bükülüdə nə olduğu soruşulduqda o, həmin bükümdə “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin “patı"nı bu gün təxminən səhər radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, məscidin yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkildikdə təxminən çəkisi 2.49 qram görsənmişdir. Bundan sonra həmin ağ rəngli sellofana bükülmüş bir ədəd bükülü maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində psixotrop maddə ağ rəngli kristal kütlə olan bir ədəd bükülü zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır (İ cild, səh. 140-141). 17.«Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 12 dekabr 2023cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ilk öncə əlindəki LG markalı mobil telefonu, sonra əynindəki göy rəngli cins şalvarının cibindən özünə məxsus içrəsində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Sosial sığorta kartı, **********34 nömrəli Tibb kartı, **********639851 nömrəli Paşa banka aid bank kartı, **********124533 nömrəli Kapital banka aid bank kartı və bir ədəd BNA məxsus BakıKartı olan üzərinə «Borelli» yazılan qara rəngli pul qabını, 3 ədəd açar olan üzərinə «Ford» yazılmış metaldan olan breloku çıxarıb masanın üzərinə qoyduqdan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının digər cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi göy rəngli cins şalvarının arxa, sağ və sol yan ciblərinə baxılmış, heç nə aşkar olunmamışdır. Ondan sonra əynində olan göy rəngli idman gödəkəçisinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş, o, ayaqqabılarını çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmiş, ona ayaqqabılarını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanı adını deməklə təqdim etməsi təklif olunmuşdur. O, bir ədəd ağ kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddənin el içində “Kakos” deyilən narkotik vasitə «heroin» olduğunu bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu Kubinka deyilən ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin bir ədəd ağ kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra bir ədəd ağ kağız bükümdə olan narkotik vasitəyə bənzər maddələr zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİnin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. (İ cild, səh. 49-52). 18.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 21 noyabr 2023-cü il tarixli, 18332 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 195). 19.«Sübutların qiymətləndirilməsi haqqında» 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə - çəkisi 2,365 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 2,315 qram qalığı, həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdəki maddə, çəkisi 0,262 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,212 qram qalığı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hisəssinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının cibindən 2,365 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktını özündə əks etdirən 1 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zaman əynində olan şalvarın cibindən 0,262 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktını özündə əks etdirən 1 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, səh. 256-268). 20.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə, saat 02:00-da şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 23). 21.«Qətimkan tədbirinin seçilməsi haqqında» 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 88-89). 22.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 129-130). 23.«Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 182-183). 24.«Qüvvədə olan qətimkan tədbiri seçilməsinin nəzərə alınması haqqında» 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır (İ cild, səh. 253-255). 25.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyul 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 oktyabr 2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 2.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəmsinin 14 sentyabr 2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 3.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 326.1, 326.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 06 may 2016-cı il tarixli qanunla bağlı hökmdən bəzi epizodlar çıxarılaraq cəzası dəyişdirilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinnə edilmiş dəyişikliklər nəzərə alınaraq cəzası 05 il 06 ay saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 26 may 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır (İ cild, səh. 192-194). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
26. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 29.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 30.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 31.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 32.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 33.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 34.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən yuxarı həddi 0,15 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 37.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metafetamin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. 38.Məhkəmə, təqsirləndirilən şəxsin 24 oktyabr 2023-cü il tarixli epizod üzrə özünü təqsirli bilməyərək üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 39.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X3rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 40.Məhkəmə təqsirləndirilən şəxsin 24 oktyabr 2023-cü il tarixli epizod üzrə üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» 24 oktyabr 2023-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 41.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 42.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 43.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 46.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 48.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 49.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 51.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 53.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyul 2006-cı il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2008-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli hökmləri ilə məhkum edildiyi cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmişdir. 54.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 57.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 58.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 61.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı - 08 iyul 2024-cü il tarixdən hesablanmalıdır. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdən, saat 02:00-dan 13 dekabr 2023-cü il tarixədək və 24 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək, şübhəli şəxs qismində tutularaq saxlanıldığı 04 (dörd) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 63.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsini, həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsini və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 64.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 65.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 67.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,315 qram çəkidə psixtrop maddə metamfetaminin və 0,212 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 68.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 69.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 70.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 203 (iki yüz üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 71.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 72.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 73.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 74.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 08 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 203 (iki yüz üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,315 qram çəkidə psixtrop maddə metamfetamin və 0,212 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev