Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1629/2024 01.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, olmüş zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçilər Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Nizami rayon məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Balaəli oğlu qanunsuz olaraq soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış bir ədəd ümumi təyinatlı qatlanan tipli ov bıçağını əldə edib, üzərində gəzdirmiş və həmin bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq ağır xəsarətlər yetirməklə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayında soyuq silah hesab olunan bir ədəd deşici-kəsici xassəyə malik, ümumi təyinatlı qatlanan tipli ov bıçağını qanunsuz olaraq əldə edib Bakı şəhərində üzərində gəzdirmiş və 24 yanvar 2024-cü il tarixdə törətdiyi xüsusilə ağır cinayətlə əlaqədar təqsirini boynuna almaqla polis idarəsinə gələrək həmin bıçağı təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə arvadı Şahid3 ilə birlikdə övladları xx.xx.2007-ci il təvəllüdlü Əsmər Hüseynovanın təhsil aldığı məktəbdə tədris edilən hərbi hazırlıq dərsində iştirak etməməsinin səbəbini aydınlaşdırmaq üçün sonuncu ilə söhbət edərkən taksi fəaliyyəti ilə məşğul olan xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızı Əsmər Hüseynova ilə görüşüb intim əlaqədə olması barədə məlumat aldıqdan sonra qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə əvvəlcədən “Sədərək” ticarət mərkəzində zavod üsulu ilə hazırlanmış, göyümtül-bənövşəyi rəngli, ümumi təyinatlı qatlanan tipli deşici-kəsici xassəyə malik ov bıçağı əldə edərək Zərərçəkmiş şəxs izləməklə gündəlik hərəkət marşrutunu müəyyən etdikdən sonra xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edib sərnişin daşıdığını əvvəlcədən bilərək, sonuncunu Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında, üzü Mərdəkan-Şüvəlan qəsəbələri istiqamətində, yolun sağ kənarında gözləmiş, saat 10:30 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “Opel” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişinləri “Koroğlu” metrostansiyasının yaxınlığına gətirdikdən sonra avtomobildən düşüb orada yerləşən “Piramida Market” adlı ticarət köşkünə girməsini gördükdə, sonuncunun arxası ilə həmin köşkə daxil olaraq əvvəlcədən əldə edib üzərində gəzdirdiyi, soyuq silah hesab edilən qatlanan tipli ov bıçağını əynində olan gödəkçənin sağ yan cibindən çıxarıb, həmin bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi boyun və döş qəfəsi nahiyyələrindən güclü zərbələr vuraraq sonuncuya sol yuxu arteriyasının və qırtlağın zədələnməsi ilə müşayiət edilən, kəskin massiv qanitirmə ilə nəticələnməklə ölümünə səbəb olan dərəcəsinə görə həyat üçün təhlükəli, sağlamlığa ağır zərər vurmaya aid daxilə nüfuz edən boynun sol yarısının 1 ədəd, sol 5 və 6-cı qabırğaarası əzələnin, sol ağciyərin aşağı payının və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol-bayır səthinin daxilə nüfuz edən 1 ədəd, sol kürək nahiyyəsinin 1 ədəd və sol kürək-bazu birləşməsinin isə 1 ədəd daxilə nüfuz etməyən həm ayrı-ayırılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş yaraları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, övladının həyatı puç olduğu üçün cinayət hadisəsini törətmişdir. Zərərçəkmiş şəxslə əvvəllər heç bir ədavəti olmamışdır. Hadisə baş verdikdən sonra sonuncu polisə könüllü təslim olmuş, əvvəllər zərərçəkmiş şəxsi öldürməklə bağlı ona hədələr etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, baş vermiş hadisəyədək ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşamış, qızı Şahid2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 117 saylı tam orta məktəbdə 11-ci sinifdə təhsil almış, ibadətlə məşğul olmuş, müsəlman dininin adət və ənənələrinə uyğun olaraq başını örtmüş, namaz qılmışdır. O, heç bir dövlət orqanında və ya özəl təşkilatda vəzifə tutmamış, müxtəlif şirkətlərdə fəhlə kimi çalışmış, ailəsini dolandırmışdır. Uşaqlarını fəhləçiliklə, öz halal zəhməti və əziyyəti ilə böyütmüşdür. 18 yanvar 2024-cü il tarixdə evdə olarkən arvadı Şahid3 işdən zəng edərək Əsmər Hüseynovanın məktəbdə hərbi hazırlıq dərsində iştirak etməməsini ona bildirmiş, buna görə narahat olduğu üçün dərhal evdən çıxıb məktəbə getmişdir. Məktəbdə Əsmərdən nəyə görə dərsə girmədiyini soruşduqda, Əsmər ona heçnə deməmiş, Əsmərin sinif rəhbəri isə Əsmərin idman müəlliminin, arvadı Natavanla danışmaq istədiyini ona demişdir. Daha sonra həmin gün evdə olarkən arvadı Şahid3 ilə birlikdə Əsmərdən yenə də hansı səbəbdən dərsə girmədiyini və harada olmasını soruşduqda, Əsmər müxtəlif bəhanələr gətirmiş, o, arvadı Natavana Əsmərin idman müəlliməsi ilə danışmasını dedikdə, Şahid3 Əsmərin telefonunda həmin müəllimin mobil telefon nömrəsini axtarmış, həmin vaxt müəyyən etmişlər ki, Əsmərin telefonunda idman müəlliminə məxsus mobil telefon nömrəsi telefonda olan “istənməyən şəxslər” siyahısına (blok) əlavə olunmuşdur. Bunun səbəbini soruşduqda Əsmər bir söz demədiyindən evdən çıxıb dostu ilə görüşmək üçün getsə də, dostu ilə görüşməmiş Natavan yenidən ona zəng edərək təcili evə gəlməsini ondan istəmişdir. Evə qayıtdıqda Natavan idman müəlliminin mobil telefon nömrəsinin Əsmər tərəfindən qəsdən istənməyən şəxslərin siyahısına (blok) əlavə edilməsini, belə ki, idman müəlliminin Əsməri, taksi kimi fəaliyyət göstərən Nurlanın avtomobilinə əyləşməsini gördüyü üçün müəllimin bunu Şahid3 deməməsindən ötrü Əsmər idman müəlliminin nömrəsini mobil telefonda olan “istənməyən şəxslər”in (blok) siyahısına əlavə etmişdir. Bunu Əsmər də təsdiq etmişdir. O, Nurlanı heç vaxt görməsə də, tanımasa da, qızı və oğlundan əvvəllər eşidib öyrənmişdir ki, uşaqları, yəni onun oğlu və qızı bir neçə vaxtdır ki, “İçərişəhər” metrostansiyası yaxınlığında yerləşən “İngilis dili” fənni üzrə repetitor müəllimin yanına hazırlığa gedərkən Binə qəsəbəsindən “Koroğlu” metrostansiyasına qədər Nurlan adlı taksi sürücüsü ilə getmiş, hətta Nurlan qızı Əsmər hicablı olduğu üçün sonuncudan ödəniş qəbul etməmiş, yalnız oğlunun gediş haqqına görə ödəniş almışdır. Nurlan barədə qızından və oğlundan da soruşduqda, uşaqlar Nurlanın dindar insan olmasını bildirdikləri üçün o, Nurlandan hər hansı pislik gələ biləcəyini ehtimal etməmişdir. Çünki, Nurlanın uşaqları da qızı Əsmərin təhsil aldığı məktəbdə oxumuşdur. Əsmərin Nurlanın avtomobilinə hazırlıq vaxtından kənar, özü də məktəbin qarşısında oturmaq istəməsi ona pis təsir etmişdir. Arvadı Şahid3 ona demişdir ki, o, dostu ilə görüşmək üçün evdən çıxdıqda Şahid3 Nurlanın mobil telefon nömrəsini qızı Əsmərdən öyrənərək Nurlana zəng etmiş, Nurlana Əsməri avtomobilinə otuzdurmaq istəməsinə görə irad bildirərək bu barədə polisə müraciət edəcəyini demiş, Nurlan isə Şahid3 səhv başa düşdüyünü bildirmişdir. Bu zaman o, arvadı Şahid3 mobil telefonuna Nurlan tərəfindən edilən zəngi açmış, Nurlana görüşməyi təklif etmişdir. Lakin, Nurlanın danışığından görmüşdür ki, Nurlan deyilən kimi dindar və yaxşı insan deyil. Çünki, Nurlan onunla normal danışmamış, o, Nurlana dəfələrlə görüş təklif etsə də, Nurlan görüşüb məsələni aydınlaşdırmaqdan yayınmış, danışıq əsnasında ona “bu elə məsələdir ki, dərinliyinə getsək sənin də başın aşağı əyilər, mənim də” deyə bildirmişdir. O, bu sözləri eşidəndə başa düşmüşdür ki, Nurlan artıq yaxşı söhbət etmir. O, Nurlanla danışarkən ailəvi dostları Şahid5 də onlara gəlmiş, belə ki, yaranmış situasiyaya görə özünü narahat hiss etdiyi üçün Nəsrəddini evə o dəvət etmişdir. Bərk əsəbləşdiyindən əsəbdən danışa bilməmiş, ona görə telefonu Şahid5 vermiş və Şahid5 də Nurlana görüşüb məsələni aydınlaşdırmağı təklif etmiş, lakin, Nurlan gəlməmək üçün bəhanə edərək yanında polis qohumu olmasını, guya həmin polis əməkdaşının onlara qarşı nəisə pislik etməsindən ehtiyyat etdiyini, ona görə də həmin gün görüşmək istəmədiyini onlara demişdir. Daha sonra isə telefon zəngini bitirib ***-***-**-** mobil telefon nömrəsinə öz istifadəsində olan xatırlamadığı mobil telefon nömrəsindən “telefonu söndür, zəng etmə, sabah özüm əlaqə saxlayacam...” məzmunda mesaj yazmışdır. Nurlan bununla demək istəmişdir ki, guya yanında olan polis əməkdaşı birdən onların nömrələrini yoxlayıb yerlərini tapar və guya Nurlan da onların qeydinə qaldığı üçün onlara telefonlarını söndürmələrini məsləhət bilmişdir. Halbuki, Nurlanın niyyəti əslində söhbətdən yayınmaq olmuş, Əsmərə nə etdiyini bildiyi üçün söhbətə gəlmək istəməmişdir. Artıq gec olduğu üçün həmin gün söhbəti davam etdirməmişlər. Həmin gün onun Nurlanı öldürmək fikri də olmamışdır. Çünki, Nurlanın qızına nəysə etdiyini ehtimal etməmişdir. Çünki, onun qızı azyaşlıdır. Zənn etmişdir ki, Zərərçəkmiş şəxs qızına sadəcə göz salmış, bu fikir də onu əsəbiləşdirmişdir. Səhərisi gün o, Əsmərlə söhbət etmiş və sonuncudan Nurlanın ona toxunubtoxunmamasını soruşmuş, Əsmər isə Nurlanla cinsi əlaqədə olmasını demişdir. Həmin vaxt o, başqa yolu olmadığını düşünərək Nurlanı öldürəcəyini tam qərarlaşdırmışdır. Daha sonra qızı ilə arasında pərdə olduğu üçün Əsmərlə başqa söhbət etmədən arvadı Şahid3 demişdir ki, Əsmərlə söhbət edib ona hər şeyi olduğu kimi danışsın. Şahid3 da Əsmərlə danışıb ona danışmışdır ki, Nurlan Əsmərin müxtəlif vaxtlarda izinə düşərək Əsmərlə məktəbdən çıxarkən görüşmüş, bir neçə dəfə də Əsmərlə birlikdə Əsmərin tanımadığı evə gedib sonuncu ilə intim əlaqədə olmuşdur. O, bunları eşitdikdə, artıq Nurlanı öldürəcəyini bir daha tam dəqiqləşdirmiş, evdən çıxaraq Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinə getməklə orada hazırda yerini xatırlamadığı mağazalardan birindən bıçaq almışdır. Daha sonra isə Nurlanın izinə düşməyə başlamış, Nurlan barəsində Binə qəsəbəsində maraqlanmışdır. Lakin, Zərərçəkmiş şəxs barəsində normal məlumat əldə edə bilməmişdir. Qızı Əsmərin oxuduğu məktəbin qarşısına gedib orada Nurlanı təxmini müəyyən etmişdir. Belə ki, “Getcontacf ’ proqramı vasitəsilə Nurlanın mobil telefon nömrəsindən şəklini götürmüşdür. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nurlanı dəqiqləşdirmək üçün övladlarımın təhsil aldığı məktəbin qarşısına gedib orada Nurlanın təkrarən gəldiyini görmüş, başa düşmüşdür ki, Nurlan özüdür. Nurlanı avtomobilində vurmaq istəsə də, bir daha dəqiqləşdirmək üçün məktəbdən oğlu Hüseyni çağırmışdır. Nurlan, o, Hüseynlə birlikdə qayıdana kimi getmişdir. Amma oğlu Hüseynə Nurlanı təsvir etdikdə Hüseyn ona həmin şəxsin Nurlan olmasını təsdiqləmişdir. Nurlan məktəbə “Opel” markalı “354” dövlət qeydiyyat nişanı olan avtomobillə gəlmişdir. Qızından əldə etdiyi məlumata görə də avtomobil Nurlanın özünün olmamışdır. Nurlan avtomobili icarə əsasında idarə etmişdir. O, Nurlanı məktəbin qarşısında vurmaq istəməmişdir. Amma Nurlanı görüb sonuncunu tanımaq, izinə düşmək üçün yalnız məktəbə gələrək bunu dəqiqləşdirə bilmişdir. Nurlanı düzgün müəyyən etdiyindən əmin olub, avtomobilinə əyləşmək, Nurlanı ikilikdə öldürmək istəmiş, çünki, Nurlanı digər insanların içərisində öldürüb kimisə qorxutmaq istəməmişdir. Xüsusilə məktəb qarşısında bunu edəcəyi halda uşaqların görüb qorxacağını bildiyi üçün də istəmişdir ki, Nurlanı ancaq ikilikdə qalacaqları bir yerdə tutsun. Bunun üçün də ən əlverişli yer yalnız Nurlanın avtomobili olmuşdur. Çünki, Nurlan taksi sürücüsü olduğu üçün bütün gün avtomobillə hərəkət etmiş, avtomobilin içərisində olmuşdur. O, xx.xx.2024-cü il tarixdə yenə də səhər saatlarında övladlarının təhsil aldığı 117 saylı orta məktəbin qarşısına gəlmiş, Nurlan məktəbin qarşısında olmadığı üçün və o, Nurlanın hər gün Binə qəsəbəsinin mərkəzindən “Koroğlu” metrostansiyasına müxtəlif şəxsləri 1 manat müqabilində apardığını bildiyi üçün Binə qəsəbəsinin mərkəzinə düşmüşdür. Düşünmüşdür ki, Nurlan yenə də avtomobillə gəlib oradan adam götürə bilər. Elə də olmuş, Nurlanın gəldiyini görmüşdür. Nurlanın avtomobilinə oturmaq, mümkün olduqda sonuncunu öldürmək istəmişdir. Lakin, həmin vaxt Nurlanın avtomobilinə 4 nəfər oturduğu üçün o, avtomobilə otura bilməmişdir. Bu səbəbdən də təxminən saat 10 radələrində “Koroğlu” metrostansiyasının çıxışına gələrək Nurlanın Binə qəsəbəsinə aparması üçün adam toplamaq məqsədilə gəlməsini gözləmişdir. Nurlanın gəldiyini görmüşdür. Nurlan avtomobili metrostansiyanın çıxışından bir qədər kənarda körpünün altında saxlayıb avtomobildən düşərək metrostansiyanın yaxınlığındakı ticarət köşkünə tərəf getmişdir. O da Nurlanın arxasınca hərəkət etmişdir. Namus məsələsi olduğu üçün başqa kimisə narahat etmək, qızının namus məsələsini həll edərkən digər insanların narahatlıq keçirmələrini istəməmişdir. Buna görə də Nurlanı ticarət köşkünə girəcəyi halda orada heç kim olmayacağından əmin olub rahatlıqla öldürə biləcəyini fikirləşmişdir. Nurlan köşkə daxil olduqdan bir qədər sonra o da köşkə girmişdir. Köşkdə əvvəlcə satıcının olduğunu görməmişdir. O, içəriyə girdikdə Nurlan köşkün ortasında, girişdən sol tərəfə doğru əyilmiş vəziyyətdə olmuşdur. Nurlanın həmin vaxt onu görüb-görmədiyini və ya ümumiyyətlə əvvəlcədən onu tanıyıb-tanımadığını dəqiq bilmir. Nurlandan heç bir söz soruşmamışdır. İçəriyə keçən kimi dərhal sağ əli ilə şalvarının sağ yan cibindən çıxardığı bıçaqla sol tərəfdən Nurlana ürəyindən, boğazından zərbələr vurmağa başlamışdır. Nurlan ilk zərbələrdə ona müqavimət göstərdikdə, ticarət köşkündə olan vitrinlərin arxasından çıxan satıcını görmüşdür. Başa düşmüşdür ki, Nurlan içəriyə keçdikdən sonra nəisə istəyib, satıcı isə Nurlana istədiyi malı vermək üçün əyilərək orada axtarış apardığı üçün o, ilk girişdə satıcını görməmişdir. Satıcı onu gördükdə Nurlana artıq sayını dəqiq xatırlamadığı sayda zərbə vurduğu üçün Nurlan yıxılmışdır. Satıcı ilə heçnə danışmadan dərhal bıçağı cibinə qoyub, köşkdən çıxmış, üzü metrostansiyasının girişinə doğru sürətlə qaçmağa başlamışdır. Yolu əks tərəfə keçib orada dayanan, 1 manat müqabilində Mərdəkana gedən taksilərdən birinin avtomobilinə oturmuş, yaşayış yeri üzrə Xəzər rayon Polis İdarəsinə gedib orada polisə təslim olmuş, Nurlanı öldürdüyü bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Nurlanı öldürməyi əvvəlcədən planlaşdırsa da, məqsədi istintaqdan qaçıb gizlənmək olmamışdır. Buna görə də, Nurlanı öldürüb dərhal polisə könüllü olaraq təslim olmuşdur. Hadisə zamanı əynində üzərində yazılar olan tünd göy rəngli gödəkçə, gödəkçənin altından göy rəngli üzərində ağ və göy paloskalı idman gödəkçəsi, qara rəngli klassik şalvar, qara rəngli uzunboğaz ayaqqabılar olmuşdur. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Baş vermiş hadisə zamanı da narkotik vasitədən və ya spirtli içkidən istifadə etməmiş, ayıq vəziyyətdə olmuş, hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs yalnız qiyabi şəkildə qızını və oğlunu 1 manat müqabilində Binə qəsəbəsi və Koroğlu metrostansiyasına aparıb-gətirən taksi sürürücüsü kimi tanımış, heç vaxt görməmişdir. Yalnız qızı ilə əlaqəsini öyrənib Nurlanla mobil telefonla danışmışdır. Baş vermiş hadisə zamanı hər hansı şəxsə, o cümlədən qeyd edilən ticarət köşkünün içərisində olan satıcıya hər hansı xəsarət yetirməmişdir. Əksinə o, çalışmışdır ki, Nurlanı vuranda bunu heç kəs görməsin. Sadəcə Nurlanın arxasınca köşkə daxil olduqda o, köşkün içrisində olan satıcını ilk baxışda görməmişdir. Köşdə heç kəs heçnəyi dağıtmamış, ola bilər ki, Zərərçəkmiş şəxs yıxılanda bir-iki məhsul yerə düşmüşdür. İstifadəsində olan mobil telefon nömrəsi hər zaman istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsidir. Zərərçəkmiş şəxs öldürmək istəməsi barədə əvvəlcədən hər hansı şəxsə bir söz deməmiş, hadisədən sonra da birbaşa polis idarəsinə gedərək təslim olmuşdur. Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinə gedərək oradan aldığı bıçağı aldığı yeri göstərə bilməz. Çünki, «Sədərək» Ticarət Mərkəzinin ərazisi xeyli böyükdür. Orada mağazalar çoxdur. Hansı mağazadan aldığını da bilmir. Lakin, bıçağı 19 yanvar 2024-cü il tarixdə almışdır. X6 və arvadı Şahid3 danışdıqlarına əsasən deyə bilər ki, Nurlan əvvəlcə Əsməri aldatmış, özünü qızına yaxşı bir insan kimi, dindar adam kimi təqdim etmiş, daha sonra qızı da azyaşlı olduğu üçün Nurlana inanmış, bir neçə dəfə də Nurlanla birlikdə Nurlanın tanıdığı, Günəşli yoxsa Əhmədli qəsəbəsində hansısa evə getmiş, orada Nurlan Əsmərlə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs Əsmərin qolundakı qızıl brasleti, qızıl sırğaları sonuncudan avtomobilin kirayəsini ödəmək adı ilə qorxudaraq almış, Nurlan Əsməri bir neçə dəfə zənglərinə cavab vermədiyinə görə döymüş, bütün bunlardan sonra Əsmər Nurlanın necə bir insan olduğunu gördüyü üçün Nurlandan ayrılmaq istəmiş, bu zaman da Nurlan Əsməri öldürməklə hədələmişdir. Əsmər qorxusundan baş verənləri valideynlərinə danışa bilməmiş, bütün bunları öyrəndikdə olanlara dözməyib bu səbəbdən Nurlanı öldürmüşdür. Zərərçəkmiş şəxs ailə üzvlərini tanımır. Əsmər Hüseynova 055- ***-**-** mobil telefon nömrəsini işlətmişdir. Zərərçəkmiş şəxs mobil telefon nömrəsini dəqiq xatırlamır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, Salyandan qızıgilə gəlmiş, oğlu Nurlandan onu öz avtomobili ilə götürməsi barədə xahişini sonuncu rədd etmiş, bundan sonra taksi ilə evə gəlib Nurlana zəng etmişdir. Məlum olmuşdur ki, Əhməd Nurlanı öldürmək üçün 5 nəfəri onun üzərinə göndərmişdir. Əhmədin Nurlanın üzərinə göndərdiyi beş nəfər şəxs Nurlanı döyərək kanalın yanına atmışdır. Əhməd Nurlanın ölmədiyini eşidib həmin şəxsləri təhqir etməyə başlamış, sonra Əhməd özü Nurlanı öldürəcəyini bildirərək, məlum olan cinayət hadisəni törətmişdir. Gəlini bir dəfə ona Nurlanın hicablı bir qızın sonununcunun anasının göstərişi əsasında məktəbdən hazırlıq kursuna apardığını bildirmişdir. Nurlan eyni zamanda öz uşaqlarını da həmin hazırlıq kursuna aparmışdır. Nurlan arvadına hicablı qızın çox tərbiyəli olduğunu, onu oğlu üçün alacağını desə də sonradan oğlunun yaşı az olduğu üçün həmin qızı qardaşına alacağını bildirmişdir. İstintaqın gedişində hadisələrin namus üzərində baş verdiyi ona məlum olmuşdur. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, anası Natəvan Hüseynova, qardaşı Hüseyn Hüseynli ilə birlikdə yaşayır. 117 saylı tam orta məktəbdə 11-ci sinifdə təhsil alır. Zərərçəkmiş şəxs 2023-cü ilin noyabr ayının sonlarında tanımışdır. 2023-cü ilin noyabr ayının sonlarında qardaşı Hüseyn Hüseynli ilə birlikdə yaşadıqları Binə qəsəbəsindən “İçərişəhər” metrostansiyası yaxınlığında dərs hazırlığında iştirak etmək üçün gedərkən, Binə qəsəbəsindən “Koroğlu” metrostansiyasına qədər 1 manat müqabilində sərnişin daşıyan taksi kimi onları Zərərçəkmiş şəxs aparmışdır. Onlar “Koroğlu” metrostansiyasına çatdıqda Zərərçəkmiş şəxs onlardan gediş haqqı kimi 1 manat pul almışdır. Belə ki, Zərərçəkmiş şəxs ondan hicablı olduğu üçün ödəniş qəbul etmədiyini demişdir. Nurlanın belə bir hərəkət etməsi də ona xoş gəlmişdir. Sonradan bir neçə dəfə də onlar “Koroğlu” metrostansiyası çıxışından Binə qəsəbəsinə gedərkən və Binə qəsəbəsindən “Koroğlu” metrostansiyasına gedərkən taksi kimi Nurlanın avtomobilinə əyləşmişlər. Nurlanla yanaşı metronun çıxışında və Binə qəsəbəsinin mərkəzində digər manatlıq taksi sürücüləri olsa da, o artıq Nurlanı tanıdığı üçün Nurlanın avtomobilinə əyləşməyə üstünlük vermişdir. Nurlana simpatiyası yaranmışdır. Nurlan sonralar da bir neçə dəfə onları metronun çıxışından götürərkən çay və digər şirniyyatlar da alıb vermişdir. İstintaqa verdiyi ilkin ifadəsində Zərərçəkmiş şəxs onunla münasibətdə olduğu dövr ərzində bir neçə dəfə zorla təbii yolla və qeyri-təbii yolla cinsi əlaqədə olmasını qeyd etsə də, əslində Zərərçəkmiş şəxs onunla zorla cinsi əlaqədə olmamışdır. Belə ki, o, öz istəyi ilə Nurlanla cinsi əlaqədə olmuşdur. Nurlanın onunla zorla cinsi əlaqədə olması barədə birinci ifadəsində qeyd etməsinin səbəbi anasının və ailə üzvlərinin Nurlanla könüllü cinsi əlaqədə olmasını bilmələrini istəməməsi olmuşdur. Çünki, o, istəməmişdir ki, anası, digər ailə üzvləri, atası onun Nurlanla istəyərək könüllü cinsi əlaqədə olmasını bilsinlər. Nurlanla ilk dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, daha sonra isə Nurlan ilə iki dəfə, Əhmədli və ya dəqiq xatırlamasa da ola bilsin ki, “Günəşli” qəsəbəsində yerini bilmədiyi evdə və Binə qəsəbəsində yenə də yerini bilmədiyi evdə təbii yolla cinsi əlaqədə olmuşdur. O, qorxduğu üçün, atası və anasına bəzi şeyləri yalan demişdir. Belə ki, Zərərçəkmiş şəxsla onun münasibəti əslində könüllü olmuş, amma Nurlan onu aldatmışdır. Zərərçəkmiş şəxs onunla evlənəcəyi barədə ona söz vermiş və o, həqiqətən də Nurlanın onunla evlənəcəyinə inanmışdır. Buna görə də o, Nurlana aldanaraq Nurlanla cinsi əlaqədə olmuşdur. Eyni zamanda, Nurlan ona hədə-qorxu gəlməmişdir. O, öz qızıl və brasletini Nurlana yazığı gəldiyi üçün vermişdir.Çünki Nurlan ona yüksək bir vəzifəyə işə düzəlməli olmasını bildirmiş, bu səbəbdən ondan köməklik göstərməsini istəmişdir. O, evdə olan, anasına və ona məxsus bir ədəd təkqaş qızıl sep, iki ədəd qızıl qolbaq, bir cüt qızıl sırğanı Nurlana könüllü olaraq aparıb vermişdir. Sonradan o, Nurlanın onu aldatmasını başa düşmüşdür. Zərərçəkmiş şəxs onu nə zamansa vurmamış, ona hər hansı xəsarət yetirmiş, sadəcə olaraq bir neçə dəfə qısqanclıq edərək onu itələmiş, qollarından tutub silkələmişdir. Onun Zərərçəkmiş şəxs başqa hər hansı digər şəxslə münasibəti hər hansı formada münasibəti olmamışdır. 18 yanvar 2024-cü il tarixdə təhsil aldığı 117 saylı tam orta məktəbdə idman dərsinə girmədən məktəbdən çıxmış, Nurlanla görüşmüş və həmin gündə Nurlanla Binə qəsəbəsində Nurlanın tanıdığı yerdə əslində evə gedib cinsi əlaqədə olmuşdur. Bu barədə də məktəbdən evə deyildikdə məsələyə atası və anası qarışmışdır. Ona görə də hər şeyin üstü açılmışdır. Onun atasına və anasına olanları danışmaqdan başqa yolu olmamışdır. Əslində Nurlan heç zaman ona qarşı ilk əvvəllərdə hər hansı zor tətbiq etməmişdir. Nurlan həqiqətən də onu və qardaşını Binə qəsəbəsindən “Koroğlu” metrostansiyasına aparıb gətirmişdir. Lakin, tədricən Nurlanın geyim tərzi, danışığı və s. onun diqqətini çəkməyə başlamış, Nurlan onunla bəzən dini söhbətlər etmiş, onun başını örtməyindən də istifadə edərək özünü dindar kimi göstərib özünə yaxın buraxmasına çalışmış və o da Nurlanı özünə yaxın buraxmışdır. Çünki, Nurlan onun xoşuna gəlmişdir. Daha sonra da o, Nurlanla bir neçə dəfə evə getmiş, yaxınlıq olmuş, bir dəfə avtomobildə, daha sonra isə getdikləri evlərdə Nurlanla cinsi əlaqədə olmuşlar. Lakin, sonradan o, Nurlanın kobud birisi olduğunu öyrənsə də, Nurlandan ayrıla bilməmişdir. Çünki, o, Nurlandan ayrılmaq istəsə də, Nurlan ayrılmaq istəməmişdir. Eyni zamanda o, Nurlanın aralarında olanları atasına danışmasından da qorxmuşdur. “İphone 6” modelli ağ rəngli mobil telefonu Nurlan özü ona vermişdir. Telefon Nurlanın olmuşdur. Nurlan ona həmin telefonla guya onunla əlaqə saxlaması üçün vermişdir. Daha sonra isə Nurlan özünə pul lazım olduğunu, telefonu satmalı olduğunu deyərək telefonu ondan geri istəmiş və o da telefonu vermişdir. Nurlanın avtomobilində olan, ekranı qırıq vəziyyətdə olan telefon həmin telefondur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, işdə olarkən qızının təhsil aldığı məktəbdən ona zəng gəlmiş, zəngdə qızının məktəbin yeməkxanasında oturub ağladığı və Natiq müəllimin dərsinə girmədiyi ona bildirilmişdir. Əhmədə zəng edib bu barədə məlumat vermiş, Əhməd qızını götürüb evə gəlmişdir. Həmin gün axşam Əsmərdən baş verən hadisələr barədə məlumat ala bilməmiş, Əhməd qızının mobil telefonunda iki nömrənin əngəlləndiyini görmüşdür. Əsmər həmin mobil nömrənin sahibinin onu narahat etdiyini bildirmişdir. Həmin nömrələrdən biri müəllimin nömrəsi, digəri isə Nurlana məxsus olan nömrə olmuşdur. Həmin gün öz nömrəsi ilə Nurlana zəng edərək qızını narahat etdiyi üçün onu polisə şikayət edəcəyini bildirmişdir. Nurlan fasiləsiz onun mobil nömrəsinə zəng etsə də cavab verməmişdir. Əhməd qızına onun arxasında olduğunu və hər bir şeyi onlara danışmasını təklif etmişdir. Əsmər atasının sözündən sonra onlara Nurlanın ona toxunduğunu bildirmişdir. Əhməd ailəsinə çox bağlı olan bir şəxs olmuş, lakin iki növbəli işdə işlədiyi üçün uşaqların üzərində nəzarət zəifləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Əhməd ona zəng edərək Nurlan adlı şəxsin hərəkətlərinin onu narahat etdiyini bildirmiş, bununla bağlı sonuncu telefon vasitəsilə Nurlan adlı şəxslə danışıb görüşmək istəmişdir. Nurlanın Əsmərə qarşı nə etdiyini bilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun dostudur. O, Əhmədi 10 ildən çoxdur ki, tanıyır. Əhmədlə normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə onunla axşam saatlarında əlaqə yaratmış, Nurlan adlı şəxsin qızı Əsmərə eşq elan etməsini və bu səbəbdən çox əsəbləşməsini demişdir. O, həmin gün 5-10 dəqiqəlik Əhmədgilin evinə getmişdir. Əhməddən nə baş verdiyini soruşduqda, Əhməd ona qızı Əsmərlə Nurlan adlı taksi sürücüsüsünün yaxınlıq etmək istəməsini, Əsmərdən evdən Nurlana qızıl aparıb verməsini tələb etməsini, 16 yaşlı qızına Nurlanın hədə-qorxu gəlməsini demişdir. Bundan sonra Nurlan adlı şəxs Əhmədin mobil telefonuna zəng etdikdə Əhməd telefonu ona vermişdir. O, telefonu götürüb Nurlan adlı şəxslə danışmış və aralarında olan danışıq zamanı Nurlanı görüşə dəvət etmişdir. O, Nurlana görüşərək məsələni oturub danışıb aydınlaşdırmaq istəmələrini demişdir. X18 də demişdir. O, Nurlanla danışmamışdan əvvəl Əhməd özü Nurlanla danışmışdır. Nurlan Əhmədlə telefonda danışarkən, hadisələrin guya onların bildiyi kimi olmamasını, hər şeyə aydınlıq gətirmək istəməsini, bunun üçün də Əhmədlə təkbətək görüşmək istəməsini demişdir. Daha sonra isə Nurlan yanında guya polis əməkdaşı olduğuna görə onunla görüşə gələ bilmədiyini bəhanə edərək görüşə gəlməkdən yayınmışdır. Həmin vaxt Nurlan onlarla «whatsapp» zəngi ilə danışmışdır. Əhməddə ailə üzvlərindən birinin telefonu ilə Nurlanla danışmışdır. O, Nurlanla telefonla danışarkən Nurlan guya məsələlər açılsa, həm özünün, həm də onların başının aşağı olacağını demişdir. O, özünü Nurlana Əsmərin əmisi kimi təqdim etmişdir. Bu sözdən sonra da onlar Nurlana görüşüb məsələni aydınlaşdırmağı təklif etmişlər, Nurlan isə görüşə gəlməkdən yayınmışdır. Daha sonra Nurlan Əhmədgilin telefonlarından birinə mesaj yazaraq telefonu söndürmələrini, nömrəni də çıxarmalarını bildirmişdir. Nurlan bunu guya yanında olan polis əməkdaşının onların yerini müəyyən edib onlara nəisə edər bəhanəsi ilə demişdir. Təbii ki, Nurlan bütün bunları özünü yaxşı qələmə vermək üçün etmişdir. Həmin gün başqa heçnə olmamışdır. Əhməd səhəri gün ona Nurlanın zəng edəcəyi təqdirdə telefonunu açmamasını demiş, bunun namus işi olmasını, özünün Nurlanla görüşüb həll edəcəyini bildirmişdir. O, Əhmədin bu sözündən sonra qarışmamağı qərarlaşdırmışdır. Həmin gün onun nömrəsinə Günel adlı qadının mobil telefon nömrəsindən “whatsapp” mesajlama proqramından “salam” sözü yazılmışdır. Mobil telefon nömrəsinin rəqəmləri uyğun olduğu üçün o, həmin mesaj yazanın Nurlan ola biləcəyini düşünmüş, amma cavab verməmişdir. Bir qədər keçdikdən sonra Günel adlı qadın həmin nömrə ilə zəng edib «whatsapp»a baxmasını demiş, daha sonra isə heçnə yazmamışdır. O, Günelin Nurlanın yəqin ki, arvadı olmasını başa düşmüşdür. Çünki, nömrə Nurlanın nömrəsinə çox oxşar nömrə olmuş, nömrələrin sonları da eyni olmuşdur. Əhməd ona qarışmamağı dediyi üçün o da qarışmamışdır. Bundan sonra o, Əhmədlə yalnız telefonla danışmış, Əhməd isə çox əsəbləşmişdir. 24 yanvar 2024-cü il tarixdə Əhmədin arvadı Natavan ona zəng edərək Əhmədin Nurlanı öldürməsini və təslim olmasını bildirmişdir. O, Zərərçəkmiş şəxs əvvəllər heç zaman tanımamış, yalnız 18 yanvar 2024-cü il tarixdə Nurlanla telefonla danışmışdır. Aralarında heç bir vaxt görüş olmamış, bir-birilərini görməmişlər. O, Nurlanı bir neçə nəfər şəxslə birlikdə döyməmiş, sadəcə Nurlanla telefonla danışmış və ümumiyyətlə Nurlanı üzbəüz görməmişdir. 19 yanvar 2024-cü il tarixdə saat 18:00-da o, “Heydər Əliyev adına X19”nun subpodratçı şirkəti olan "xxxx" MMC-də işlədiyi və işə kartla girib işdən kartla çıxdıqları üçün Bakı şəhəri, Nizami rayonunda yerləşən zavodda kartını qapıya oxutmuş, 18:30-da hərəkət edən işin xidməti avtobusu ilə Sabunçu rayonu, Ramana qəsəbəsinə getmişdir. Bu səbəbdən o, həmin gün saat 17-18 radələrində Zərərçəkmiş şəxsla Binədə görüşməsi mümkün deyildir. Onun Zərərçəkmiş şəxs döyülüb-döyülməməsi barədə heç bir məlumatı yoxdur. O, belə bir hadisədə iştirak etməmişdir. Əhməd əvvəlcədən Nurlanı öldürəcəyi barədə ona məlumat verməmiş, belə bir söz desəydi, o, Əhmədə mane olmağa çalışardı. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Piramida market” adlı ticarət köşkündə satıcı vəzifəsinə təyin edilmişdir. 24 yanvar 2024-cü il tarixdə səhər saat 05:30 radələrində o, işlədiyi ticarət köşkünə gələrək köşkü açmış və həmin vaxtdan köşk öz fəaliyyətinə başlamışdır. Həmin gün səhər saat 10:30 radələrində köşkdə işıqlar sönmüşdür. O, işıqların hansı səbəbdən sönməsini yoxlamaq üçün işıq qutusunu yoxlamış, lakin işıqları düzəldə bilməmişdir. Təxminən bir neçə dəqiqə sonra köşkə, əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olmasını öyrəndiyi şəxs girmişdir. Zərərçəkmiş şəxs köşkün giriş qapısını açaraq köşkün içərisinə daxil olmuşdur. Zərərçəkmiş şəxs köşkə daxil olduqdan sonra öz arxasınca giriş qapısını bağlamamışdır. Köşkün giriş qapısının spiralı xarab olduğundan köşkün qapısı açıldıqdan sonra öz-özünə bağlanmamış və qapı açıq qalmışdır. Zərərçəkmiş şəxs köşkə daxil olduqda ondan 1 ədəd “Qara boz Viceroy” markalı siqareti istəmişdir. O, köşkdə işə təzə düzəldiyindən köşkün mallarının yerlərini hələ dəqiq bilməmişdir. Bu səbəbdən o, siqaret vitrininə doğru sağ tərəfə qismən dönərək həmin siqareti axtarmağa başlamışdır. Qismən dönsə də o, Zərərçəkmiş şəxs görməyə davam etmişdir. Zərərçəkmiş şəxs əyilərək kassanın aşağısında qoyulmuş kekslərə baxmağa başlamışdır. Qəfil köşkə bir nəfər, əvəllər tanımadığı, əynində qara rəngli şalvar və tünd göy rəngli gödəkçə olan bir nəfər daxil olmuşdur. Sonradan o, həmin şəxsin adının Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Təqsirləndirilən şəxs köşkə daxil olarkən Zərərçəkmiş şəxs əyilmiş vəziyyətdə kassanın aşağı hissəsində yerləşən kekslərə baxmışdır. Zərərçəkmiş şəxs köşkün girişini görə bilməmişdir. Çünki Zərərçəkmiş şəxs əyilərkən üzü onun dayandığı tərəfə olmuşdur. Təqsirləndirilən şəxs sürətlə köşkə daxil olmuş, Zərərçəkmiş şəxs belinin sol hissəsindən zərbələr endirməyə başlamış və Zərərçəkmiş şəxs köşkün döşəməsinə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs köşkdən qaçaraq getmişdir. O, ilk öncə onların dalaşmasını düşünmüş və bu səbəbdən köşkdən çıxaraq Təqsirləndirilən şəxs çatmaq istəmişdir. Lakin o, həmin zaman döşəməyə yıxılmış Zərərçəkmiş şəxs fikir verməmiş, vəziyyətini yoxlamamışdır. Köşkdən çölə çıxmaqda məqsədi Təqsirləndirilən şəxs tutmaq olmuşdur. O, köşkdən çıxaraq bir neçə metr qaçaraq Təqsirləndirilən şəxs arxasına düşmüş, Təqsirləndirilən şəxs “Koroğlu” metrostansiyası istiqamətinə qaçmış, Təqsirləndirilən şəxs sağ əlində bıçaq görmüş və geri qayıtmışdır. O, köşkə qayıdaraq Zərərçəkmiş şəxs vəziyyətini yoxlamaq istəmişdir. O, köşkün açıq giriş qapısından baxdıqda Zərərçəkmiş şəxs beli köşkün döşəməsinə tərəf yıxılmış vəziyyətdə, qan içində görmüşdür. Zərərçəkmiş şəxs mallar yerləşən rəflərin üzərinə yıxıldığından köşkdə olan bəzi mallar yerə səpələnmişdir. O, qışqıraraq kömək çağırmağa başlamışdır. Həmin zaman o, “Koroğlu” metrostansiyasının ətrafında patrul edən, adını bilmədiyi polis əməkdaşım görmüş və kömək istəmişdir. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. O, Təqsirləndirilən şəxs köşkə daxil olduqda siqarət axtarmaq üçün siqaret vitrininə doğru qismən döndüyündən Əhmədin əynində hansı paltarların olmasını tam dəqiqliklə görə bilməmiş, lakin əynində qara rəngli şalvarın və tünd göy gödəkçənin olmasını görmüşdür. O, əvvəllər Zərərçəkmiş şəxs tanımamış, hadisə zamanı onu ilk dəfə görmüşdür. Həmçinin o, əvvəllər Təqsirləndirilən şəxs da tanımamış, onu da hadisə zamanı ilk dəfə görmüşdür. Hadisə zamanı başqa xəsarət alan şəxs olmamışdır. Təqsirləndirilən şəxs köşkə ziyan vurmamış və əmlak məhv etməmişdir. Sadəcə olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən endirilmiş bıçaq zərbələrindən sonra yıxıldıqda rəflərdə olan bəzi mallara dəyərək onları yerə səpələmişdir. Amma qiymətli hər hansı məhsul ziyan olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbələr endirərkən köşkdə yalnız o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olmuşdur. Köşkün daxilində və xaricində kənar şəxs olmamışdır. Həmin vaxt nə köşkün daxilində, nə də ətrafında digər şəxslər olmamışdır. Bu səbəbdən hadisənin başqa şahidi olmamışdır. 24 yanvar 2024-cü il tarixdə saat 10:30 radələrində baş vermiş nasazlıq səbəbindən köşkdə işıqlar söndüyü üçün köşkün təhlükəsizlik kameraları da köşkün daxili elektrik sisteminə qoşulduğundan, köşkdə işıq olmadığı üçün kameralar işləməmişdir. Həmin vaxt işıqlar tək onun işlədiyi köşkdə deyil, ümumiyyətlə ticarət köşkünün yerləşdiyi cərgədə olan digər obyektlərdə də sönmüşdür. Zərərçəkmiş şəxs vurulduqdan sonra ətrafda patrul edən, adını tanımadığı polis əməkdaşını görmüş və ondan da kömək istəmişdir. Daha sona hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs sonuncu qanuni nikahlı arvadıdır. Zərərçəkmiş şəxsla bir-birlərini 2016-cı ildən 5 nömrəli Peşə Kollecindən tanımışlar. Belə ki, o və Nurlan həmin kollecdə təhsil almışlar. Nurlan kollecdə guya ona sevdiyini deyərək onu aldatmış, 16 yanvar 2017-ci il tarixdə onu qaçırmışdır. Lakin, o, könüllü olaraq Nurlanla birlikdə getmişdir. O, Nurlanla birlikdə bir müddət Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Orada yaşadıqları müddət ərzində Nurlan ona başqa ailəsi və uşaqları olmasını bildirmişdir. O, artıq bunu öyrəndikdə ailəsi Nurlanla qaçdığı üçün onu qəbul etmədiyinə görə Nurlanla qalıb yaşamağa məcbur olmuşdur. Hətta, Nurlan onunla birlikdə orada yaşamasına baxmayaraq, sonradan öz evli olduğu arvadını və 2 uşağını onlarla birlikdə yaşaması üçün gətirmişdir. O və Nurlanın digər arvadı Nuranə də bu haldan narazı olsalar da, Nurlan onları hədələmiş, qışqır-bağır salaraq onları birlikdə yaşamağa məcbur etmişdir. Vəziyyət o dərəcəyə çatmışdır ki, Nurlan o zamanlar nikahda olduğu Nuranə və iki azyaşlı övladını onunla eyni otaqda yatmağa məcbur etmişdir. O, Nurlandan ayrılmaq istəsə də, ailəsi onu qəbul etmədiyi üçün ayrıla bilməmişdir. O, müxtəlif mağazalarda satıcı kimi işləmiş, pul qazanmış, Nurlandan isə pul almamışdır. Bir müddət sonra Nurlan həyat yoldaşı Nuranə ilə rəsmi qaydada ayrılmış və onunla nikaha daxil olmuşdur. Nurlan hər zaman taksi sürücüsü kimi işləmiş, taksi sürücüsü kimi işlədiyi dövrdə müxtəlif qadınlarla öz işindən istifadə edərək tanış olmuş, münasibətdə olmuşdur. O, bir dəfə Nurlanın dəqiq adını xatırmadığı Binə-Sovxoz qəsəbəsində yaşayan Elnurə adlı hamilə qadınla münasibətdə olmasını da öyrənmişdir. Nurlan Elnurə ilə “Koroğlu” metrostansiyasından Binə- Sovxoz qəsəbəsinə 1 manat müqabilində sərnişin daşıyarkən tanış olmuşdur. Bunların hamısını o, Nurlanla həmin qadının telefonda yazışmalarını gördükdən sonra Nurlanın özünün ona danışmasına görə bilmişdir. Elnurə adlı qadın hamilə olmuş, əri isə türmədə olmuşdur. Nurlan Elnurənin vəziyyətinin yaxşı olmamasından istifadə edərək münasibət qurmuşdur. Hətta, Elnurə Nurlanın ona deməsinə görə doğduğu övladına Nurlanə adı da vermişdir. O, sonradan Nurlanın ondan əvvəl bir nəfər Aysel adlı evli qadını da yoldan çıxarıb birlikdə qaçmasını, qadını Sumqayıt şəhərində anasının evində saxlamasını öyrənmişdir. Bütün bunları o, sonradan öyrənmiş və onda artıq iş-işdən keçmişdir. Nurlanın belə danışdığı, yoldan çıxardığı qadınlar çox olmuşdur. O, Nurlan öləndə son nikahda olduğu qadın olsa da, onlar boşanma ərəfəsində olmuşlar. 23 fevral 2024-cü il tarixdə onların müraciəti üzrə nikahları ləğv olunmuşdur. O, Şahid2 ilə Zərərçəkmiş şəxs münasibəti barəsində Nurlanın ölümündən bir neçə gün əvvəl öyrənmişdir. Belə ki, təxminən 19 yanvar 2024-cü il tarixdə Nurlan ona zəng edərək Nizami rayonu, C.Naxçıvanski küçəsində kirayə yaşadıqları fərdi yaşayış evində olduğunu, döyüldüyünü, gələrkən dərman almasını istəmişdir. O, evə gəldikdə Nurlanın sifətində nəsə xəsarət görməmiş, lakin Nurlanın paltarlarının yaş olmasını, döyülmüş adama oxşamasını hiss etmişdir. Nurlandan nəyə görə döyülməsini soruşduqda isə Nurlan guya “Koroğlu” metrostansiyasının çıxışında onunla birlikdə dayanan digər taksi sürücüləri tərəfindən yer üstündə dalaşmasını bildirmişdir. Lakin o, Nurlanın yalan deməsini bilmişdir. Çünki, Nurlan taksi sürücüləri ilə əvvəllər də yer üstündə mübahisə etsə də dalaşmamışdır. Ona görə də o, Nurlanın üstünə getmiş, inadla Nurlandan düzünü deməsini tələb etmişdir. O, Nurlanın qadınlara meyilli olmasını bildiyi üçün döyülməsinin səbəbinin ancaq kiminsə ya arvadı, ya bacısı, ya da qızı ilə münasibətdə olduğu üçün ola biləcəyini düşünmüşdür. Nurlan ona hər şeyi danışmış, Nurlan öz qızının təhsil aldığı məktəbdə 11-ci sinifdə oxuyan Əsmər adlı 16 yaşlı uşaqla danışıb münasibət qurmasını, Əsmərlə sevgili kimi danışmasını ona danışmışdır. O, Nurlandan Əsmərlə cinsi əlaqədə olub-olmamasını soruşduqda Nurlan belə bir şeyin baş verməməsini demişdir. Amma o, Nurlana onsuz da inanmamış, Nurlana ağzına gələni demiş, öz övladının təhsil aldığı məktəbin şagirdi olan 16 yaşlı uşağa da tamah salmasına görə Nurlanı bərk danlamışdır. Nurlan ona bəhanələr gətirərək taksidə işləməsi üçün kirayə götürdüyü avtomobilin kirayə haqqını ödəməsi üçün Əsmərin Nurlana köməklik göstərmək məqsədilə anasının qızıllarını evdən götürərək Nurlana verməsini, Nurlanın da həmin qızılları lombarda qoyaraq pul götürməsini demişdir. Nurlan həmin qızılları Əsmərə qaytarana qədər Əsmərlə danışmalı olduğunu ona demişdir. Qızılları qaytarmadan Əsmərdən ayrılacağı təqdirdə Əsmərin valideynlərinin məsələdən xəbər tutaraq Əsməri döyəcəklərindən, belə olan halda da Əsmərin Nurlanın adını valideynlərinə verəcəyindən qorxmuş, Əsmərin valideynlərinin qızıl söhbətini bilmələrindən qorxmuşdur. Buna görə hətta o, Nurlana inanmadığı üçün Nurlan avtomobilinə gedib lombardın kağızlarını ona göstərmişdir. Lombardın dəqiq ünvanını bilməsə də, lombard kağızlarının üstünə baxdıqda lombarda iki dəfə ayrı-ayrı tarixlərdə qızıl qoyulmasını müəyyən etmişdir. Lombarda qoyulmuş qızıllardan biri 90 manat, digəri isə 350 manat qiymətləndirilmişdir. Nurlan ona bu kağızları göstərdikdən sonra bir dəfə də özünə məxsus olmayan ağ rəngli “İphone 6” markalı, ekranı qırıq vəziyyətdə olan mobil telefonu göstərmiş, həmin mobil telefonun da Əsmər tərəfindən ona verildiyini bildirmişdir. Nurlan həmin telefonu da satıb, pula çevirərək borclarını ödəmək istəməsini demişdir. Nurlan ona həmin gün onu döyən şəxslərdən birinin adının Nəsrəddin olduğunu, Nəsrəddin adlı şəxsin özünü Əsmərin əmisi kimi Nurlana təqdim etdiyini bildirmişdir. O, Nurlanı evdən qovmaq istəsə də, Nurlan atasının bu söhbət barədə məlumatlı olduğunu, qorxduğu üçün dayısına və xalası oğluna Əsmərlə başına gələnlər barədə məlumat verdiyini, dayısıoğlu və ya xalasıoğlunun atası Kərəm kişiyə hər şeyi danışmasını və atasının onu evə buraxmadığını demişdir. O, Nurlana daha bir söz deməmişdir. Onsuz ayrılacaqları üçün artıq Nurlan onu maraqlandırmamışdır. O, Nurlandan bir insan kimi də tamam soyumuş, Nurlanı artıq özünə tamamilə yad hesab etmişdir. Nurlan onu döyənlərin 5 nəfər olmasını demiş, həmin şəxslərdən birisinin də Nəsrəddin adlı özünü qızın əmisi kimi təqdim edən şəxsin olmasını bildirmişdir. Amma o, sonradan mobil telefonun məlumatlarına baxdıqda «whatsapp» sosial şəbəkəsində bir nəfər bloklanmış mobil telefon nömrəsi olduğunu görmüş, həmin nömrəni «Getcontact» proqramı vasitəsilə yoxladıqda, isə Nəsrəddin adlı şəxsə aid olmasını müəyyən etmişdir Həmin mobil telefon nömrəsi ***-***-**-** olmuşdur. Nurlan ona Binə-Sovxoz qəsəbəsində qəbirsanlığının yaxınlığında yerləşən su kanalının yanında döyülməsini, orada su kanalının kənarında olduğu üçün yıxılaraq kanala düşərək paltarlarını islatmasını, daha sonra Ülfət adlı taksi sürən tanışından onu götürməsini xahiş etməsini, Ülfətin də gəlib Nurlanı oradan götürməsini demişdir. Nurlan ona döyülməsinə səbəbin Əsmər adlı qızın Nurlanla aralarındakı münasibət barədə evlərində valideynlərinə danışması, valideynlərinin hər şeyi öyrənməsi olmasının, buna görə də qızın əmisi Nəsrəddin və digərləri tərəfindən döyülməsini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 24 yanvar 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Piramida Market” adlı ticarət köşkünün içərisidir. Ticarət köşkü Heydər Əliyev prospektində üzü Mərdəkan- Şüvəlan qəsəbəsi istiqamətində, yolun sağ kənarında “Koroğlu” metrostansiyasının çıxışından sol tərəfdə yerləşir. Köşkün üzərində iri hərflərlə “Piramida Market” yazısı yazılmışdır. Ticarət köşkünün önündə 4 ədəd üzərində “Coca Cola”, “Hell”, “Bizon” və “Berg” yazıları qeyd olunmuş soyuducular qoyulmuşdur. Köşkün ön pəncərələri və qapısı şəffaf şüşədəndir. Qapı açıq vəziyyətdədir. Giriş, qapısının kilidi üzərində gözlə görünən sınma, qopma, dağılma, deformasiya və sair mexaniki və fiziki təsir izləri müşahidə edilmir. Qapı maneəsiz açılıb-örtülür. Köşkün içərisində ərzaq və qeyri-ərzaq malları vardır. Köşkün içərisinin uzunluğu 4 metr, eni isə 3 metrdir. Köşkün kənarları və döşəməsi dəmir materialdandır. İçəridə girişdən sol tərəfdə 3 ədəd suların saxlanılması üçün soyuducu, sağa doğru hərəkət etdikdə isə divarboyu qoyulmuş rəflərdə ərzaq və qeyri-ərzaq malları, girişdən üzbəüzdə 1 ədəd stol, sağ tərəfdə isə soyuducu var. Həmin stol və giriş qapısı arasında yerdə, ayaqları qapıya, başı isə stol tərəfə uzanıqlı vəziyyətdə kişi cinsli meyit aşkar olunmuşdur. Meyit Bakı şəhər sakini Zərərçəkmiş şəxs meyitidir. Meyit köşkün döşəməsi üzərində paltarlı olmaqla arxası üstə uzanıqlı vəziyyətdədir. Meyitin əynində qara rəngli, üzərində zədəsi olan gödəkçə, boz rəngli kofta, tünd boz rəngli cins şalvar, 1 cüt qara rəngli ayaqqabı, sol qolunda isə qol saatı vardır. Meyitin başı köşkün giriş qapısından içərisinə doğru sol çiyni üstə, hər iki aşağı ətraflar tam açılmış vəziyyətdə giriş qapısına doğru, sol qolu dirsəkdən yarımbükülü vəziyyətdə sol aşağı ətrafa, sağ qolu isə dirsəkdən yarımbükülü vəziyyətdə girişdən sola doğru istiqamətlənmiş vəziyyətdə, sağ ayağında olan ayaqqabı çəp şaquli, sol ayağında olan ayaqqabı isə üfüqi formada döşəmənin üzərindədir. Meyitin bədəninin görünən hissəsinə əsasən, boğazında piy toxuması izlənilən yara görünür. Meyitin sol çiyni ətrafında döşəmə üzərində qanabənzər maddə vardır. Hadisə yerinə baxış keçirilərkən hadisə yerindən 1 və 2 rəqəmlər ilə nömrələnmiş qanabənzər maddədən 2 ədəd steril pambıqlı çubuqlar vasitəsilə nümunələr götürülərək xüsusi qablarda qablaşdırılmışdır. Meyitin şalvarının sol cibindən ümumilikdə 14 manat məbləğində olmaqla 2 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq əskinaz, 1 ədəd “mobitel” markalı mobil telefon aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Mərhum Zərərçəkmiş şəxs hadisə yerinə gəldiyi avtomobilin olduğu yerə gedilərək orada baxış davam etdirildikdə “OPEL-MERİVA” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobilin içərisində, sürət qutusunun arxasında, içərisində siqaretlər olan “LD” markalı siqaretin qutusu, bardaçokda 1 ədəd qara rəngli əl çantası, çantanın içərisinə baxış keçirildikdə isə içərisində 2 ədəd daşıyıcı (fləşkart) və santexnik alətləri, 1 ədəd “İphone” markalı mobil telefon, 2 ədəd açar, avtomobilin yük yerində isə 3 ədəd şin, 1 ədəd göy rəngli sellofan torba içərisində isə 2 ədəd gödəkçə, 1 ədəd bellik aşkar edilmişdir. 1 ədəd qara rəngli əl çantası, çantanın içərisində olan 2 ədəd daşıyıcı (fləşkart), santexnik-alətləri, 1 ədəd ‘İphone” markalı mobil telefon, 2 ədəd açar, “LD” markalı siqaret qutusu, 1 ədəd göy rəngli sellofan torba içərisində isə 2 ədəd gödəkçə, 1 ədəd bellik götürülmüşdür. Avtomobil baxış keçirildikdən sonra saxlanılmasından ötrü duracağa təqdim olunması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir (cild 1, iş vərəqə 5-16). 24 yanvar 2024-cü il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təşrih masası üzərində əynində qara rəngli gödəkçə, qara rəngli cins şalvar, qara rəngli kəmər, boz rəngli jaket, göy rəngli ikinci jaket, qara rəngli mayka, boz rəngli tuman və köynək, qara rəngli tuman, tünd-göy rəngli corab və qara rəngli çəkmə olan meyit uzadılmışdır. Paltarların geyim səliqəsi pozulmamışdır. Paltarlar torpaqla və qanabənzər maddə ilə bulaşıq olmuşdur. Paltarları çıxardıqda meyit kişi cinsinə mənsub olmaqla, düzgün bədən quruluşlu, kafi qidalı, boyunun uzunluğu 178 sm müəyyən edilmişdir. Meyiti əllədikdə nisbətən soyuq, dəri örtüyü sarımtıl «meyit» rəngdə, meyit ləkələri isə bədənin arxa-yan səthlərində yerləşməklə solğun- çəhrayımtılbənövşəyi rəngdə kafi inkişaf etməkdə olmuş, barmaqla təzyiq etdikdə rəngi itmiş və 15-20 saniyə ərzində bərpa olmuşdur. Meyitin əzələ qacıması üz-çənə və yuxarı qrup əzələlərdə zəif inkişaf etmiş, digər qrup əzələrdə inkişaf etməkdədir. Saçları qısa, qara rəngdə, uzunluğu 2-3 sm olmuş, hər iki göz qapaqlarının selikli qişası solğun çəhrayı rəngdə, ağlı qişaları isə ağımtıl rəngdə, gözlərin qüzehli qişası qonuru rəngdə olmuşdur. Burun sümük və qığırdaqları, eləcə də kəllə tağı və üz skelet sümükləri əllədikdə tam, sifəti qurumuş qanla örtülmüş, hər iki burun dəliyindən və ağzından qan axmışdır. Hər iki qulaq keçəcəkləri sərbəst keçirici, ifrazat və yad cisim yoxdur. Ağzı qapalı, hər iki çənədə görünən dişlər təbii olmaqla dili ağız boşluğunda sərbəst yerləşmiş, üzəri qanlı olmuşdur. Qulaq qığırdaqları əllədikdə tam, boynu bədənə müvafiq, az hərəkətli, döş qəfəsi silindrik, simmetrik olmuş, əllədikdə qabırğa sınığı qeyd olunmamışdır. Qarnı qabırğa qövsü səviyyəsində, əllədikdə yumşaq olmuş, onurğa sütununda patoloji əyrilik yoxdur, əllədikdə fəqərələrdə sınıq hiss olunmamışdır. Xarici cinsiyyət üzvləri düzgün kişi tipli inkişaf etmiş, cinsiyyət orqanı keçmişdə sünnət olunmuşdur. Arxa keçəcəyi bulaşıqsız və zədəsiz, ətrafların uzunborulu sümükləri əllədikdə tam olmuşdur. Meyitin müayinəsi zamanı bədəni üzərində sol kürək nahiyəsində boylama istiqamətdə 6,0x2,0 sm ölçüdə, iyvari formalı kənarları hamar, aşağı ucu küt, yuxarı ucu iti, mənfəzində yumşaq toxumalar görünən, kənarlarını yaxınlaşdırdıqda uzunluğu 8,0 sm olan qanlı yaranın və sol kürək-bazu birləşməsində çəp boylama istiqamətdə 2,5x0,6 sm ölçüdə, iyvari formalı, kənarları hamar, aşağı ucu küt, yuxarı ucu iti mənfəzində yumşaq toxumalar görünən, kənarlarını yaxınlaşdırdıqda uzunluğu 3,0 sm olan qanlı yaranın zondla təftişi zamanı daxilə nüfuz etmədikləri, döş qəfəsinin sol yarısının bayır səthində orta qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar proyeksiyasında 1,9x1,1 sm ölçüdə, iyvari formalı kənarları hamar, yuxan ucu küt, aşağı ucu iti olan mənfəzində yumşaq toxumalar görünən kənarlarını yaxınlaşdırdıqda 2,0 sm uzunluğunda olan qanlı yaranın və boynun aşağı şöbəsinin sol yarısının bayır səthində yuxu arteriyası proyeksiyasında formalı kənarları hamar, küt kənarı yuxarıda, iti kənarı aşağıda olan, kənarlarını yaxınlaşdırdıqda uzunluğu 3,0 sm olan qanlı yaranın isə zondla təftişi zamanı daxilə nüfuz etdikləri aşkar edilmişdir. Paltarlara baxış zamanı qara rəngli materialdan, astarı xovlu materialdan, uzunqollu, öndən zəncirbəndlə bağlanan, hər iki yarısında yan cibləri və astarın sol yarısında bir ədəd cibi olan, ciblərin içərisi boş olan gödəkçənin boynun astar səthinə “the north face” yazısı olan etiket tikilmiş, eyni məzmunlu yazı ağ rəngdə sol döş nahiyəsinə həkk olunmuşdur. Gödəkçənin uzunluğu 590 mm, çiyin nahiyəsində eni 465 mm, qollarının uzunluğu 625 mm-dir. Gödəkcənin ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd dəlib-keçən zədə var, ön səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə var, ön səthinin sol yan nahiyəsində bir ədəd dəlib-keçən zədə var, arxa səthinin sol yarısının yuxarı hissəsində bir ədəd dəlib- keçən zədə var, arxa səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə var, sol qolunun arxa səthində bir ədəd zədə var, sağ qolunun arxa səthində zədələr vardır. Ön səthi göy, qalan hissələri tünd göy rəngli materialdan, uzunqollu, yaxalığı dairəvi formalı jaketin boynun astar səthinə “Cracow” sözü yazılmış etiket, ön sol döş hissəsinə “west way jeans” yazılmış emblem tikilmişdir. Koftanın uzunluğu 570 mm, çiyin nahiyəsində eni 515 mm, qollarının uzunluğu 580 mmdir. Jaketin ön səthinin sol yan nahiyəsində bir ədəd dəlib-keçən zədə var, arxa səthinin sol yarısının yuxarı hissəsində bir ədəd zədə var, sol qolunun arxa səthində bir ədəd dəlibkeçən zədə vardır. Boz rəngli materialdan, uzunqollu, yaxalığı dairəvi formalı jaketin ön səthinə “D&G” hərfləri həkk olunmuş, yaxalığın astar səthinə “Dolce Gabbana” yazılmış etiket tikilmiş, üzərində geyilmə izləri olmuş, uzunluğu 700 mm, eni 430 mm, qollarının uzunluğu 650 mm-dir. Jaketin ön səthinin sol yan nahiyyəsində bir ədəd dəlib- keçən zədə var, arxa səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə var, sol qolunun arxa səthində bir ədəd dəlib-keçən zədə var, sol qolunun arxa səthində bir ədəd dəlib-keçən zədə vardır. Boz rəngli materialdan, qolsuz (qolları kəsilmiş), yaxalığı dairəvi formalı maykanın üzərində geyilmə izləri olmuş, uzunluğu 690 mm, eni 500 mm-dir. Maykanın ön səthinin sol yan nahiyyəsində bir ədəd dəlib-keçən zədə var, arxa səthinin sol yarısının yuxarı hissəsində bir ədəd dəlib-keçən zədə vardır. Qara rəngli materialdan, qolsuz maykanın üzərində geyilmə izləri olmuş, uzunluğu 670 mm, eni 460 mm-dir. Maykanın ön səthinin sol yan nahiyyəsində bir ədəd dəlib-keçən zədə vardır. Bozumtul rəngli cins materialdan şalvarın üzərində geyilmə izləri olmuş, səthi çirklidir, üzərində “Stefano Ricci” yazılmış etiket tikilmiş, hər iki səthində cibləri var, ciblərin içərisi boşdur, öndən metallik zəncirbəndlə bağlanır. Şalvarın bel nahiyyəsindəki ilgəklərə qara rəngli, dəriyə oxşar materialdan, uzunluğu 1070 mm, eni 30 mm olan kəmər keçirilmişdir. Şalvarın uzunluğu 1040 mm, bel nahiyyəsində diametri 430 mm-dir. Şalvarın üzərində zədə aşkar edilməmişdir. Qara rəngli dəriyə oxşar materialdan, altlığı düz, ağ zolaqlı bür cüt ayaqqabının ön səthinə “Burberry” sözü yazılmış, üzərində geyilmə izləri qeyd edilir. Ayaqqabıların uzunluğu 295 mm, eni 100 mm-dir. Ayaqqabıların üzərində zədə aşkar edilməmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən paltarlar və ayaqqabı götürülmüşdür (cild 1, iş vərəqə 18-24). 24 yanvar 2024-cü il tarixli raportdan görünür ki, 6 saylı X16 Stansiyasından həkim Muradov Zərərçəkmiş şəxs Heydər Əliyev prospekti 182A ünvanında yerləşən Piramida marketin içərisində bıçaqla xəsarət alaraq ödürülməsi barədə məlumat almışdır (cild 1, iş vərəqi 27). Təqsirləndirilən şəxs üzərindən götürülmüş mobil telefona baxış keçirilməsi haqqında 05 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin “Samsung A53” markalı mobil telefon qara rəngli olmaqla ***-***-**-** SİM kart ilə yüklənmiş, “Kgtel” markalı mobil telefon isə qara rəngli olmaqla ***-***-**-** SİM kart ilə yüklənmişdir. “Kgtel” markalı mobil telefona baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir. «Samsung A53» markalı mobil telefonda daxil olan və çıxan zənglər bölməsinə və mesajlar bölməsinə baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmiş, mobil telefonun menyusuna baxış zamanı “WhatsApp” sosial şəbəkəsinin tətbiq proqramına daxil olarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göndərdiyi mesajın “Screenshot”u aşkar edilmiş, həmin mesajda Zərərçəkmiş şəxs birlikdə oturmaq, söhbətə aydınlıq gətirməyi təklif etmişdir. Mobil telefonun «Google Chrome» internet brauzerlərinə daxil olarkən brauzerin axtarış tarixçəsində 21 yanvar 2024-ci il tarixdə «Azərbaycan Respublikasının Cinayət Məcəlləsi» və «qəsdən adam öldürmə işləri üzrə cinayət məsuliyyəti» barədə axtarışlar edilməsi aşkar edilmiş, mobil telefonun menyusunda digər bölmələrə baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 33-47). 24 yanvar 2024-cü il tarixli “Bıçağa baxış keçirilməsi” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin 1 ədəd açılıb-qatlanan bıçaq göyümtülbənövşəyi rəngdədir, bıçağın açılmış formada ümumi uzunluğu 22 sm, dəstəyinin uzunluğu 12.5 sm, eni 1.5 sm, tiyəsinin uzunluğu 9.5 sm, eni isə 0.3 sm-dir, bir tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Bıçağın üzərində qanabənzər ləkələr müəyyən edilmişdir (cild 1, iş vərəqə 48-52). 24 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol” və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadə verərkən qeyd etdiyi xüsusatları əyani şəkildə göstərmişdir ( cild 1, iş vərəqi 79- 86). 24 yanvar 2024-cü il tarixli “götürmə aparılması haqqında protokoldan” görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd tünd-göy rəngli gödəkçə, 1 ədəd qara rəngli cins şalvar və 1 cüt qara rəngli ayaqqabı götürülmüşdür ( cild 1, iş vərəqi 87). 24 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi və götümə aparılması haqqında protokoldan” və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı 1 ədəd tündgöy rəngli gödəkçənin sol qolunun ön aşağı hissəsində və sağ qolunun aşağı hissəsində qanabənzər ləkələr aşkar edildi. Gödəkçənin sol hissəsində ağ rəngli alov təsviri və “azərqaz” sözü həkk olunmuşdur. Gödəkçə üzərində zədə aşkar edilməmişdir. 1 ədəd qara rəngli cins şalvarın üzərində zədə aşkar edilmədi. Şalvarın üzərində “pretoriya” sözü yazılmış etiket tikilmişdir.1 cüt qara rəngli ayaqqabının dabanında qana bənzər ləkələr aşkar edildi. Ayaqqabının dabanına “42” rəqəmi həkk olunmuşdur ( cild 1, iş vərəqi 88-89). 25 yanvar 2024-cü il tarixli “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12” daxil olan məktubdan görünür ki, Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində kəskin massiv qanitirmə olmuşdur ( cild 1, iş vərəqi 91). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsinin 9 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adıçəkilən xəstəxnada qeydiyyatda olmamışdır (cild 1, iş vərəqi 234). Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Başçısının Binə Qəsəbə İnzibati Ərazi X2 daxil olan məktub və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur ( cild 1, iş vərəqi 240- 242). 23 fevral 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş “CD” diskdən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefondan 19 yanvar 2024-cü il tarixdə Şahid3 mobil telefon nömrəsinə “Qaqaş telefonu söndür, nömrəni də çıxart, telefonu sabah aç məni yiğ. Söndürürəm mən də. Bu söhbəti ikimiz edəcəyik, üçüncü adam olmayacaq”, “Salam qardaş, Mənlə əlaqə saxlayarsan da, günorta oturaq ikimiz söhbətə aydınlıq gətirək. Biz biqeyrət, şərəfsiz deyilik kiminsə qızına sataşaq, ya başqa hərəkət edək, mən hansısa namuslu qeyrətli qadına ancaq bacı deyə müraciət edə bilərəm. Başqa heçnə. Sənə hər şeyi danışacam, narahat olma, mən heçkimin namusuna əl uzatmaram. Onda sən də mənə haqq verəcəksən. Amma ikimiz tək söhbət edək ki, dediklərimi başqaları eşitməsin” məzmunlu mesajlar göndərilmişdir (cild 1,iş vərəqə 213-214). 23 fevral 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş “CD” diskdən görünür ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə “Haycan, ürəyim” məzmunlu mesaj yazılmış, Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsindən Şahid2 istifadəsində olan mobil telefon nömrəsinə isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif vaxtlarda “Sən mənim qabağıma çıxma, ağlın varsa, çıxma, qabağıma. Gör səni nə günə qoyacam”, “Mənim tel ekran yoxdu, nə yazmısan oxuya bilmirəm”, “Mənə sms yazma, hər kimsənsə mənim telefonumun ekranı yoxdu. Oxuya bilmirem, ama yazıram”, “Saat 9dan sonra məni yığma. Evdə olmuram, başqa yerdə oluram, səbəbin sənə deyərəm. Sabah da 8-də mərkəzdə olacam”, “Həyatıma xoş gələn mələk. Ay gözləri göyçək. Necə də gözəl hissdi. Sən Əsməri sevmək. Günün aydın olsun, həyatım”, “Saat 10da səni mərkəzdə gözlüyəcəm. Aparıb atamı qoyub Türkana, gələcəm. Saat 10 tamamda mərkəzdə ol”, “X1 Mələyiiiiiimmmm, canımın içi. Başımın tacı”, “X17 Canımın içi başımın tacı gözümün nuru”, “Aşqım. Həyatımın mənası. Canımın içi. Başımın tacı. Mələyim. Cıqqılı balam. Səni hamıdan, hər şeydən və canımdan da çox Sevirəm. Nəfəsimsən”, “Utanmaqdan keçib. Anavın xəbəri olmadan narmalni qızıldan birini aparıb lambarda qoya bilərik? Yanvarin 10u əmrim veriləcək, axırı, işə çıxacam, fevralda maaş alım, həm evimizi tutum, həm qızılı çıxardaram, qoyarsan Yerinə. Edə bilersən?”, “Təzə İlin mübarək baş tacım”, “Yığma, yığacam sabah”, “Aaaaaaaçççççç”, “Aç da bu poxu. Üreyim partladı axı. Əsirəm əsəbdən, məni nervidən öldürmək fikrin var?”, “Aç da poxu, açaa. Bu dəq gələcəm ora, tam olduğun adresə. Mənim beynimi oynatma. Hansı cəhənnəmdəsən sən, aç, poxuuuuuu”, “Canımın içi günün aydın olsun”, “Tez ol Da. Saat 9a kimi danışmalıyam sənlə. Cəhənnəm ol evə da. Ta tez ol”, “Ala Bilmirəm nəfəs sənsiz dəyersizdi hər kəs, sənsiz. Gel nolar, tez gəl. Darıxmışam yaman sənsiz.”, “Aç poxu, tez ol”, “Səni Çooooooxxxx sevirəm mələyim, başımın tacı, canımın içi”, “Aşqım arendator zəng etdi. Saat 3ə qədər 150 manatı çatdırmasam, maşını verməliyəm. Sənə həyat yoldaşı kimiyəm uje ərk edib bunu deyirem. O biri qızılları Maaş alan kimi çıxardacam. Ondan da yaxşıların da alacam. Nəyim varsa, sənin olacaq onsuz. 10 günlük mənə o bilərziyi verə bilərsən, bugün o pulu verim. Anava nəsə demə”, “Fırladarsan. Əgər ürəknən versən ha. 10 günə verecəm. Maşın olmasa səni göre bilmərəm, ölərəm onda”, “Poxa bax da, nəvaxt çıxırsan sən. Əsəbləşdim axı. 1 saatdi burdayam. Getməliyem”, “Səni canımdan çox sevirəm. Sənə qışqırdığımcün indi məni ağlamaq tutdu. Mən sənə söz vermişdim ki, sənə qışqırmıyacam, xətrivə dəymiyəcəm, ama sən məni çox Dirədin. Ağlıvı başıva topla, bil ki, nə hərəkətlər edirsən. Bu başdan qrija bu dəli anormal oğlan səni çox sevir”, “Sən Əsmər ol, mən Nurlan. İndi gör mən neyniyirəm. Darıxma, səbrli ol, gəlirəm ora da evinizə də”, “Əsmər bil ki, bu dəli başdan qrija oğlanın aldığı nəfəsisən. Və canının içisən. Səni çox sevirem. Və bilki anandan başqa səni incidənin, sənə ağır söz deyəni xətrivə dəyəni məhv edərəm. Buna qadirəm xasiyyətimi bilirsən. Son nəfəsimə kimi şad günündə yanında dar günündə arxandayam. Mələyim”, “Gözəlim, gəl yanıma”, “Get evə, səni gözlüyəcəm hazırlıq adıyla çıxarsan, ha”, “Səni sevirəm”, “Ordan çıxan kimi mənə denən. Metroya çatanda yox ha. Müəlliməgilden çıxanda”, “Səni həmişə sevmişəm və sevəcəm də. Nə etmişəmsə sənin üçün etmişem.Yarım saata gəlirlər. Mənə nəsə olsa, bil ki, səni həmişə sevmişəm.” məzmunlu mesajlar yazılmışdır (cild 1,iş vərəqə 215-222). 27 yanvar 2024-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət və xəsarət izləri aşkar edilməmişdir (Cild 2, iş vərəqə 6-7). 15 fevral 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədənində sol yuxu arteriyasının və qırtlağın zədələnməsi ilə müşayiət olunan boynun sol yarısının 1 ədəd deşilmiş-kəsilmiş, sol V-Vİ qabırğaarası əzələnin, sol ağciyərin aşağı payının və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol-bayır səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş, sol kürək nahiyəsinin 1 ədəd və sol kürəkbazu birləşməsinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları aşkar edilmişlər. Həmin xəsarətlər həyatidir, deşilmiş-kəsilmiş yaralar ülgücə və küpə malik yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənmişlər. 24 yanvar 2024-cü il tarixdə alınmaları mümkündür. Dərəcələrinə görə döş boşluğuna nüfuz edən döş qəfəsinin sol-bayır səthindəki və boynun sol yarısındakı deşilmiş- kəsilmiş yaralar, həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqələri vardır. Dərəcələrinə görə sol kürək nahiyəsinin və sol kürək-bazu birləşməsinin daxilə nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları canlı şəxslərdə həm ayrı- ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Zərərçəkmiş şəxs boynun sol yarısında aşkar edilən yara kanalının istiqaməti soldan-sağa öndən-arxaya və bir qədər yuxarıdan-aşağıya doğrudur, yara kanalının dərinliyi təxminən 3-4 sm-dir, döş qəfəsinin sol-bayır səthindəki yara kanalının istiqaməti soldan-sağa düz istiqamətdə, azacıq aşağıdan-yuxarıya doğrudur, yara kanalının dərinliyi təxminən 4-5 sm-dir. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı, bədən səthində və daxili orqanlar tərəfindən hər-hansı bir xəstəliyin əlamətləri və orqanik-morfoloji dəyişiklikləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ölümü sol yuxu arteriyasının zədələnməsi və daxilə nüfuz edən xəsarətlərlə əlaqədar kəskin massiv qanitirmədən baş vermişdir. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 2-4 saat əvvəl baş verə bilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 2,iş vərəqə 14-20). 10 fevral 2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Müayinə zamanı hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2,iş vərəqə 31-32). 29 fevral 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemti üzrə qan qrupu-AB(H)/lV/, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, 02 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus 02 ədəd kofta, qolsuz mayka, alt mayka, şalvar, gödəkcə, sağ tay ayaqqabı, Təqsirləndirilən şəxs məxsus gödəkcə və 01 cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A», «B» və «H» antigenləri alınmışdır. Bu qan ləkələri AB(H)/İV/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus sol tay ayaqqabı, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (cild 2,iş vərəqə 40-44). 6 mart 2024-cü il tarixli maddi sübutların məhkəmə-tibbi-kriminalistik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd, ön səthinin sol yarısında bir ədəd, ön səthinin sol yan nahiyəsində bir ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində bir ədəd, arxa səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədələr, iki ədəd uzunqol koftanın hər birinin ön səthinin sol yan nahiyəsində bir ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində bir ədəd, sol qolunun arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr, boz rəngli qolsuz maykanın ön səthinin sol yan nahiyyəsində bir ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr və qara rəngli qolsuz maykanın ön səthinin sol yan nahiyyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus gödəkcənin və uzunqol boz rəngli koftanın hər birinin sol qolunun arxa səthində bir ədəd kəsilmiş zədə var. Bu zədə kəsici kənara malik hər hansı bir iti alətin təsirindən törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthinin sol yarısının yuxarı hissəsində olan bir ədəd və ön səthinin sol yarısında olan bir ədəd deşilmiş-kəsilmiş zədəyə uyğun digər paltarlar üzərində, həmçinin gödəkcənin və uzunqol boz rəngli koftanın hər birinin sol qolunun arxa səthində olan bir ədəd kəsilmiş zədəyə uyğun digər paltarlar üzərində zədələr əks olunmamış, bu da həmin zədələrin yerləşmə nahiyyələri, paltarların quruluşu, zədələrin əmələgəlmə mexanizmi ilə izah oluna bilər. Paltarlar üzərində olan digər deşilmiş-kəsilmiş zədələr bir-biri ilə üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkcə, iki ədəd kofta, iki ədəd mayka) üzərində olan deşilmiş- kəsilmiş və kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus gödəkcənin sağ qolunun arxa orta tikişinin və sağ qolun dairəvi tikişinin üzərində sökülmüş zədələr var. Bu zədələr küt yaranma mexanizmi ilə paltarın həmin nahiyyələrinin dartılması nəticəsində törənmişlər. Zərərçəkmiş şəxs məxsus cins şalvarın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində olan deşilmiş-kəsilmiş xəsarətlərdən boyunun sol yarısında olan deşilmiş-kəsilmiş yara ilə gödəkcənin ön səthinin sol yarısının yuxarı hissəsində olan zədə, döş qəfəsinin sol- bayır səthində olan deşilmiş-kəsilmiş yara ilə gödəkcənin, iki ədəd koftanın və iki ədəd maykanın hər birinin ön səthinin sol yan nahiyyəsində olan zədə, sol kürək nahiyyəsində və sol bazu-kürək nahiyyəsində olan deşilmiş-kəsilmiş yara ilə gödəkcənin, iki ədəd koftanın və iki ədəd maykanın hər birinin arxa səthinin sol yarısında olan zədələr yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthinin sol yarısında olan bir ədəd deşilmiş-kəsilmiş zədəyə və gödəkcənin və uzunqol boz rəngli koftanın sol qolunun arxa səthində olan bir ədəd kəsilmiş zədəyə uyğun mərhumun bədən səthində xəsarətlər əks olunmamış, buda həmin zədələrin əmələgəlmə mexanizmi və zədələr yetirilərkən ancaq həmin paltarların zədələnməsi ilə izah oluna bilər. Təqsirləndirilən şəxs məxsus gödəkcənin, qara rəngli şalvarın, kəmərin və bir cüt ayaqqabının üzərində zədə aşkar edilməmişdir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Bıçağın üzərində zədə aşkar edilməmişdir. Maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi Zərərçəkmiş şəxs məxsus paltarlardan gödəkcənin astar səthində olan geniş ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fızikikapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələr, digər ləkələr isə qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt və dinamiki kontakt nəticəsində törənmiş yaxma xarakterli ləkələrdir, iki ədəd koftanın və iki ədəd maykanın üzərində olan ləkələrdən ön və arxa səthinin sol yarısında və yaxalığının kənarında olan geniş ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fıziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələr, digər ləkələr isə qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt və dinamiki kontakt nəticəsində törənmiş yaxma xarakterli ləkələrdir, şalvarın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fıziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir, ayaqqabının sağ tayının xarici yan tərəfində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkədir. Maddi sübutların üzərində məhkəmə- tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi Təqsirləndirilən şəxs məxsus paltarlardan gödəkcənin üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkələrdir, bir cüt ayaqqabının hər iki tayı üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkələrdir. Təqdim edilmiş bıçağın tiyəsinin hər iki səthində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterlidir. Hadisə yerindən pambığa hopdurulmaqla götürülmüş nümunələrdə ləkələrin ilkin morfoloji əlamətləri itdiyindən, həmin ləkələrin əmələgəlmə mexanizmi barəsində fikir söyləmək mümkün deyil (cild 2,iş vərəqə 48-56). 17 fevral 2024-cü il tarixli məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Müayinə zamanı emosional vəziyyətində gərginlik, əhval-ruhiyyənin enməsi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş və hal-hazırda onda psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22 maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosionallıq, hirslilik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilməmişdir. Hadisəni törətməzdən əvvəlki dövrdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs tərəfindən qızına qarşı edilmiş hərəkətləri öyrənmiş, emosional vəziyyətində gərginlik, hirslilik, aqressiya kimi hallar yaranmış, bu səbəbdən etdiklərinə görə qisas almaq məqsədi ilə qeyd olunan cinayət əməlini törətməsini öncədən planlamış, hiss yə yaşantıları hadisə zamanı onun davranışlarını istiqamətləndirmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 2,iş vərəqə 64-67). 04 mart 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid2 sağ və sol gilə ətrafı nahiyyələrində piqmentasiya müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti təxminəm müayinədən bir ay qədərə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Şahid2 qızlıq pərdəsinin tamlığı pozulmuş, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Şahid2 arxa keçəcək nahiyyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa müddət haqqında fikir söyləmək mümkün deyildir (cild 2,iş vərəqə 74-76). 27 mart 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla hadisə yerindən 1, 2 rəqəmlər ilə nömrələnmiş qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 02 ədəd steril pambıqlı çubuqlar, Zərərçəkmiş şəxs şalvarının cibindən aşkar edilərək götürülmüş «Mobitel» markalı mobil telefon, Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Meriva” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən götürülmüş 1 ədəd “İphone” markalı mobil telefon, Zərərçəkmiş şəxs meyitinə baxış keçirilərkən götürülmüş, 1 ədəd qara rəngli cins şalvar, 1 cüt qara rəngli ayaqqabı, üzərlərində qanabənzər ləkə və zədələr olan 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli kəmər, 1 ədəd boz rəngli jaket, 1 ədəd göy rəngli jaket, 1 ədəd qara rəngli mayka, 1 ədəd boz rəngli, 1 ədəd isə qara rəngli tuman, 1 ədəd köynək, 1 cüt tünd-göy rəngli corab, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi və könüllü olaraq baş vermiş hadisədən sonra təqdim etdiyi 1 ədəd ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı, könüllü təqdim etdiyi «SAMSUNG A53» markalı və «KgTel» markalı mobil telefonlar, baş vermiş hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli şalvar, üzərində qan ləkələri olan 1 ədəd uzunqol tünd göy rəngli gödəkçə və 1 cüt tünd göy rəngli ayaqqabı maddi sübut kimi tanınmaqla saxlanılması üçün Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilməsi, “Azercell”, “Bakcell”, “Azerfon” mobil operatorlarından götürülmüş telefon danışıqlarına dair məlumatların əks olunduğu 3 ədəd CD diskin isə maddi sübut kimi tanınmaqla cinayət işi materiallarında saxlanılması müəyyən edilmişdir(cild 2,iş vərəqə 81-114). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 6 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Balaəli oğlu əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 245). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə, məhkəmənin təqsirləndirilən şəxsin etiraf edici ifadələrini iş üzrə dindirilmiş şahid ifadələri, ekpertiza rəyləri ilə birgə müqayisə edərək, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edərək qəsdən Zərərçəkmiş şəxs həyatdan məhrum etməsi, bununla da onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır cinayət, Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 120.1 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. 24 yanvar 2024-cü il tarixli “Silahın könüllü təqdim edilməsi haqqında” protokoldan və ərizədən görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinə gələrək Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs öldürdüyünü, könüllü olaraq təqsirini etiraf etməklə boynuna almasını və cinayət əməli törətdiyini bildirmiş, cinayət hadisəsini törədərkən istifadə etdiyi qatlanan tipli bıçağı polis idarəsinə təqdim etmişdir (cild 1, iş vərəqə 31). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olub-olmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır. Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən könüllü gəlib təqsirini boynuna alma yalnız bu halın aid olduğu cinayətə görə cəza təyin edilərkən cəzanı yüngülləşdirən hal, müvafiq olaraq da yalnız bu əmələ görə cəzanın CM-in 60.1-ci maddəsinin müəyyən etdiyi həddə (həcmdə) təyin edilməsini tələb edən əsas kimi nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Balaəli oğlunun himayəsində 24 fevral 2012-ci il təvəllüdlü və xx xxxxxxx 2007-ci il təvəllüdlü iki azyaşlı övladı var. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59.1.4-cü maddəsinə, təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələri ilə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Balaəli oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Balaəli oğlu 24 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 65, 110-113). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs Balaəli oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə yerindən 1,2 rəqəmlər ilə nömrələnmiş qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 02 ədəd steril pambıqlı çubuqlar, Zərərçəkmiş şəxs meyitinə baxış keçirilərkən götürülmüş, 1 ədəd qara rəngli cins şalvar, 1 cüt qara rəngli ayaqqabı, üzərlərində qanabənzər ləkə və zədələr olan 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli kəmər, 1 ədəd boz rəngli jaket, 1 ədəd göy rəngli jaket, 1 ədəd qara rəngli mayka, 1 ədəd boz rəngli, 1 ədəd isə qara rəngli tuman, 1 ədəd köynək, 1 cüt tünd-göy rəngli corab, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi və könüllü olaraq baş vermiş hadisədən sonra təqdim etdiyi 1 ədəd ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı, baş vermiş hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli şalvar, üzərində qan ləkələri olan 1 ədəd uzunqol tünd göy rəngli gödəkçə və 1 cüt tünd göy rəngli ayaqqabı məhv edilməli, təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilən «SAMSUNG A53» markalı və «KgTel» markalı mobil telefonlar onun ailə üzvlərinə, Zərərçəkmiş şəxs şalvarının cibindən aşkar edilərək götürülmüş «Mobitel» markalı mobil telefon və idarə etdiyi “Opel Meriva” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən götürülmüş 1 ədəd “İphone” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, “Azercell”, “Bakcell”, “Azerfon” mobil operatorlarından götürülmüş telefon danışıqlarına dair məlumatların əks olunduğu 3 ədəd CD disk cinayət işi materillarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X14, məhkəmə mərhələsində Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 30(otuz) iş saatı həcmində hüquqi yardımla bağlı X9 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat, məhkəmə mərhələsində göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” 02 aprel 2012-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Balaəli oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Balaəli oğluna təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 9 (doqquz) il 1(bir) ay müddətinə il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs Balaəli oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 24 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Balaəli oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Balaəli oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş 1,2 nömrələri ilə işarələnmiş qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 02 ədəd steril pambıqlı çubuqlar, Zərərçəkmiş şəxs meyitinə baxış keçirilərkən götürülmüş, 1 ədəd qara rəngli cins şalvar, 1 cüt qara rəngli ayaqqabı, üzərlərində qanabənzər ləkə və zədələr olan 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli kəmər, 1 ədəd boz rəngli jaket, 1 ədəd göy rəngli jaket, 1 ədəd qara rəngli mayka, 1 ədəd boz rəngli, 1 ədəd isə qara rəngli tuman, 1 ədəd köynək, 1 cüt tünd-göy rəngli corab, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi və könüllü olaraq baş vermiş hadisədən sonra təqdim etdiyi 1 ədəd ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı, baş vermiş hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli şalvar, üzərində qan ləkələri olan 1 ədəd uzunqol tünd göy rəngli gödəkçə və 1 cüt tünd göy rəngli ayaqqabı məhv edilsin; -Zərərçəkmiş şəxs şalvarının cibindən aşkar edilərək götürülmüş «Mobitel» markalı mobil telefon, Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Meriva” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən götürülmüş 1 ədəd “İphone” markalı mobil telefon onun ailə üzvlərinə, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi «SAMSUNG A53» markalı və «KgTel» markalı mobil telefonlar onun ailə üzvlərinə qaytarılsın; -“Azercell”, “Bakcell”, “Azerfon” mobil operatorlarından götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 3 ədəd CD disk cinayət işi materillarında saxlanılsın. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına vəkil X14 üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 70 (yetmiş) saat həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi2 üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1629/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1629/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver