Məhkəmə qərarları › İş №1(101)-163/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-163/2020

24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-163/2020 24.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Herov oğlu İsmayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və böyük prokuror-metodisti Dövlət ittihamçısı2, müdafiəçilər: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi qaydada işləmiş, Gəncə şəhəri Kəpəz rayonu, 4-cü mikrorayon, yataqxana 2-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə, x xxxxx 1995-ci ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi qaydada işləmiş, Tərtər rayonu Bəyimsarov kəndində qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında x xxxx 2019-cu ildə saat 22 radələrində kirayə yaşadıqları ünvan 1 ünvanda Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 və Elşad adlı şəxslə birlikdə qəflətən fəal hərəkətlər edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib, qəsdən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının qançır-şişkinliyi və həmin gözün ağlı qişasına qansızma, alın, sol almacıq, sağ alt göz qapağının və gözaltı nahiyənin, burun, sağ mil-bilək oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, Zərərçəkmiş şəxs 1900 manat pulunu ələ keçirərək quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında x xxxx 2019-cu ildə saat 22 radələrində kirayə yaşadıqları ünvan 2 ünvanda Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 və Elşad adlı şəxslə birlikdə qəflətən fəal hərəkətlər edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib qəsdən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının qançır-şişkinliyi və həmin gözün ağlı qişasına qansızma, alın, sol almacıq, sağ alt göz qapağı və gözaltı nahiyənin, burun, sağ mil-bilək oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, Zərərçəkmiş şəxs 1900 manat pulunu ələ keçirərək quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisəyədək Bakı şəhərində yaşamaqla ev təmiri və tikintidə fəhləliklə məşğul olmuşdur. Tanışları Şahid1 və X5 ilə birlikdə «Təfəkkür» universitetinin yaxınlığında kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs2, Şahid2 və X2 tikintidə işləyərkən tanımışdır. Hadisədən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs2 və Şahid2 iş üzrə Zərərçəkmiş şəxs ilə birlikdə onun kirayə yaşadığı evə gəlmişdir. Söhbət zamanı Natiqin Gəncə şəhərindən gəlib Fariz Mehdiyevdən «VAZ 2106» markalı avtomobil aldığı, həmin avtomobili təmir etdirməkdən ötrü bir müddət Elsevərin kirayədə yaşadıqları evdə qalacağı ona məlum olmuşdur. Bir neçə gün sonra o, kirayədə yaşadıqları evdən çıxmalı olduğundan Nuranə və Elşadla birlikdə Elsevərin kirayə yaşadığı evə getmişlər. Həmin vaxt evdə Elsevər, Anar və Natiq olmuşdur. 6-x xxxx 2019-cu il tarixlərdə onlar Elsevərin kirayə yaşadığı evdə qalmış və sonradan metronun Neftçilər stansiyasının yaxınlığında başqa ev tapıb ora köçmüşlər. x xxxx 2019-cu il tarixdə axşam saatlarında Anar ona zəng edib, Nuranənin onların yaşadığı evə gəldiyini, pul müqabilində Natiqlə görüşmək istədiyini bildirmişdir. Bunu eşidən kimi dərhal Elşadla birlikdə Anargilin kirayədə yaşadığı evə gəlmişdir. İçəri keçən kimi Anar ona Nuranəni Natiqin dəvət etdiyini, Nuranə ilə yaxınlıq etməkdən ötrü Natiqin ona 300 manat pul vermək istədiyi barədə danışmışdır. Bunun eşidən kimi Elşad Natiqin üstünə cumub, onu döyməyə başlamışdır. Daha sonra Elsevərlə birlikdə Elşada qoşulub birlikdə Natiqi vurmuşlar. Natiqi Nuranə ilə danışıb, onu Anargilə dəvət etdiyinə görə üz nahiyyəsindən bir dəfə şillə ilə vurmuşdur. Natiqi vurmaqda onun başqa niyyəti olmamışdır. Sonuncunun dodağı partladığından Elsevər üzünü yumaq üçün onu hamam otağına aparmış və orada da Natiqin başını divara-kafelə vurmuşdur. Üzünü yuyandan sonra Elsevər Natiqi onların olduğu otağa gətirmişdir. Həmin vaxt X6 Nuranəyə vəd verdiyi 300 manat pulu verməsini tələb etmişlər. Natiq isə pulunun olmadığını demiş və bu səbəbdən sonuncular onu yenidən vurmağa davam etmişlər. Bundan sonra o, evdən çölə çıxmış, geri qayıdanda Natiqin masanın üstünə 100 manat pul qoyduğunu və əlində topa halında xeyli miqdarda pul olduğunu görmüşdür. Natiqə demişdir ki, pulu saxlamaq üçün ona versin, səhər qaytaracaqdır. X4 pulunu alacağından qorxub, etiraz etmədən pulu ona vermişdir. Pulu götürüb Elşad və Nuranə ilə birlikdə yeni kirayə tutduqları evə getmişdir. Pulu sayanda 1900 manat olduğunu görmüşdür. Səhəri gün Farizlə görüşüb, pulun 500 manatını Natiqə çatdırması üçün ona vermiş, qalan pulu isə Gəncədən qayıdan kimi verəcəyini bildirmişdir. Sonra Nuranə, Elsevər və Elşadla birlikdə yaşadığı Gəncə şəhərinə getmişdir. Yolda Goranboy rayonu ərazisində Elsevər onlardan ayrılıb Tərtər şəhərinə getmişdir. O, Gəncə şəhərində öz evində, Nuranə ilə Elşad isə sonuncunun kirayələdiyi evdə qalmışdır. Səhəri gün Elşad onun mobil telefonuna «sms» yazıb polisə çağırmış və o, polis idarəsinə getmişdir. Daha sonra Bakı şəhərinə Nəsimi RPİ-nə gətirilmişdir. Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədilə E.Ə.Həsənli və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməmiş, zərərçəkmiş şəxsə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etməmişdir. Zərərçəkmiş şəxs pulu ona X7 Elsevərin alacağından qorxub, könüllü şəkildə vermişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Baş verənlərə görə təəsüflənir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə ərəfəsində atasının dayısı oğlu Şahid2lə birlikdə Bakı şəhəri Nəsimi rayonunun Papanin adlanan ərazisində kirayə ev tutub yaşamışdır. Təqsirləndirilən şəxs1 tanıyır. Sonuncunun vasitəsi ilə X5 ilə tanış olmuşdur. Şahid1 isə Rəşadın sevgilisi kimi tanımışdır. Zərərçəkmiş şəxs bibisi oğlu X1 vasitəsilə tanımışdır. Belə ki, 2019-cu ilin fevral ayında Fariz Natiqə «VAZ 2106» markalı avtomobil satmışdır. Natiq avtomobili alandan sonra bir neçə gün Bakı şəhərində qalıb avtomobilini təmir etdirmək istəmiş, lakin qalmağa yeri olmadığından, sonuncuya 50 manat kirayə haqqı ödəmək şərtilə onlarla bir evdə qalmağa icazə vermişdir. Bundan bir neçə gün sonra Natiqin avtomobilində Fariz və Anarla birlikdə Rəşadgilin kirayədə yaşadıqları Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən evlərinə qonaq getmişlər. Həmin vaxt evdə Rəşad, Nuranə və Elşad olmuşdur. x xxxx 2019-cu il tarixdə saat 20 radələrində işdən çıxıb evə gəlmişdir. Az sonra Rəşadın sevgilisi Nuranə qapını döyüb içəri keçmişdir. Anar Nuranədən nə səbəbə onlara tək gəldiyini soruşduqda sonuncu, yeni kirayə tutduqları evin yerini tanımadığı üçün bura gəldiyini bildirmişdir. Təxminən 5 dəqiqədən sonra Natiq də gəlmişdir. Bunu görən Anar Rəşada zəng edib, Nuranənin onlarda olmasını bildirmişdir. Təxminən 30 dəqiqədən Rəşadla Elşad evə daxil olmuşlar. Həmin vaxt Nuranə telefonla oynamış, Rəşad qəflətən telefonu Nuranədən əlindən alıb ekrana baxandan sonra Natiqə yaxınlaşıb, bir söz demədən sonuncuya əvvəlcə şillə, sonra isə təpik vurmuşdur. Onlar tez Rəşadı tutub, nə baş verdiyini soruşmuşlar. X12 sevgi mesajları yazdığını bildirmişdir. Məsələni aydınlaşdırmaq məqsədi ilə Natiqi mətbəxə aparmışdır. Sonuncu ona baş verənləri danışdıqda əsəblərini saxlaya bilməyib, Natiqi üz nahiyyəsindən bir dəfə əli ilə vurmuşdur. Sonra Elşad da gəlib əli ilə Natiqi sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt Anar araya girib onları sakitləşdirmişdir. Daha sonra onun mobil telefonuna zəng gəldiyindən evdən çölə çıxmışdır. Telefonla danışarkən Nuranənin evdən çıxıb getdiyini görmüşdür. Telefonda danışandan sonra evə keçən zaman qapının ağzında Rəşad və Elşadla rastlaşmışdır. Sonunculardan Nuranənin hara getdiyini soruşub, onu saxlamaq lazım olduğunu demiş və Nuranənin arxasınca çıxıb getmişlər. Gecəni evdə yatıb, səhəri gün tezdən həmişəki kimi Badamdar qəsəbəsində iş yerinə getmişdir. Axşam evə qayıdanda Natiq evdə olmamışdır. Anardan Natiqin harada olmasını soruşmuş, sonuncu bilmədiyini demişdir. xx xxxx 2019-cu il tarixdə saat 19:30 radələrində əvvəlcədən planlaşdırdığı kimi kəndə getmək üçün evdən əşyalarını götürüb çıxmışdır. İşdən evə gələrkən Elşadla telefonla danışmış, sonuncu avtomobillə Gürcüstana gedəcəyini bildirmişdir. Elşaddan xahiş etmişdir ki, yarı yola qədər onu da aparsın. Elşad etiraz etməmişdir. Bundan sonra bibisi oğlu Fariz onu evin yanından götürmüş və metronun 20 Yanvar stansiyasının yaxınlığında Elşadla görüşmüşdür. Həmin vaxt Elşadın avtomobildə Nuranə və Rəşad da əyləşmiş, sonuncular ona rayona getdiklərini bildirmişlər. Rəşadın Nuranəni başından eləmək üçün rayona getdiyini fikirləşmişdir. Bundan sonra onlar yola düşmüş və o, Goranboy rayonu ərazisində Tərtər rayonuna getmək üçün avtomobildən düşmüşdür. xx xxxx 2019-cu il tarixdə ona polisdən zəng gəlmiş, ancaq səs-küy olduğundan danışa bilməmişdir. Səhəri gün Tərtər RPŞ-nə dəvət edilmiş, şöbədə yaxınlaşdıqda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra Bakı şəhəri Nəsimi RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhərinə gətirilmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs1 Natiqin pulunu götürdüyü ona məlum olmuşdur. Həmin vaxtadək baş verənlərdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs pulunu ələ keçirməmiş, bu məqsədilə Təqsirləndirilən şəxs1 və E.Ə.Həsənli ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməmiş, zərərçəkmiş şəxsə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Rusiya istehsalı olan avtomobillərin alğı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X5, Şahid1 2019-cu ilin fevral ayının sonlarında tanımışdır. Belə ki, o, özünə məxsus «VAZ 2106» markalı avtomobili satmış və başqasını almaq istəmişdir. «Turbo.az» saytında Bakı şəhərində Elşad adlı şəxsin satdığı «VAZ 21011» markalı avtomobili bəyənmişdir. Elşadla əlaqə saxlayıb, xx xxxxxx 2019-cu ildə Bakıya gəlmişdir. Həmin vaxt üzərində 5.800 manat pul olmuşdur. Avtovağzalda Elşada zəng etmişdir. Sonuncu avtomobilini artıq satdığını, Fariz adlı tanışında satlıq «VAZ 2106» markalı avtomobil olduğunu deyib, Farizin telefon nömrəsini ona vermişdir. Farizlə əlaqə saxlayıb görüşmüş və onun qırmızı rəngli «VAZ 2106» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxıb bəyənmişdir. Fariz avtomobili 3.700 manata satdığını desə də, onunla 3.300 manata razılaşmışdır. Avtomobili alanda ona bir illik baş etibarnamə verilmişdir. Avtomobilin müəyyən təmir işlərinə ehtiyacı olmuş, Bakı şəhərində qalmağa yeri olmadığından bu barədə Farizə bildirmişdir. Sonuncu onu Anar adlı qohumu ilə tanış etmiş və o, hadisə gününədək 50 manat müqabilində Anarın və Elsevərin Papanin deyilən ərazidə kirayə yaşadığı evdə qalmışdır. x xxxx 2019-cu il tarixədək avtomobilin təmiri ilə məşğul olmuşdur. Həmin gün kirayə qaldığı evə gələndə Farizi də orada görmüşdür. Söhbət zamanı Fariz onu da birlikdə qonaq getməyə dəvət etmiş və o, razılaşmışdır. Fariz, Anar və Elsevər onun avtomobili ilə Nərimanov rayonu Təbriz küçəsində yerləşən evə qonaq getmişlər. Orada Elşad, Rəşad və sonuncunun sevgilisi Nuranə olmuşdur. Səhəri gün Rəşad, Nuranə və Elşad onların kirayə yaşadığı evə qonaq gəlmişlər. Yeyib içəndən sonra o, Nuranə ilə mətbəxdə təklikdə çay içmişdir. Sonuncu ona imkansızlığından danışıb, 300 manat pula ehtiyacı olduğunu bildirmişdir. Nuranəyə yazığı gəlib, köməklik edə biləcəyini demişdir. Onlar bir-birlərinə mobil telefon nömrələrini vermişlər. Daha sonra o, Nuranəni avtomobilində gəzdirmişdir. Həmin gün qonaqlar onların kirayə qaldığı evdə qalmışlar. Səhəri gün tezdən X13 məxsus olan «BMV» markalı avtomobilə əyləşib kirayə ev tapmaqdan ötrü çıxmış, Rəşad isə çörək yeyib işə getmişdir. Günorta vaxtı Nuranə ona zəng edib, vəd verdiyi pulu ona verib-verməyəcəyini soruşmuşdur. Nuranəyə kirayə qaldıqları evə gəlməsini tapşırıb, özü də evə gəlmişdir. Bu zaman evdə Elsevər, Nuranə və Anar olmuşdur. Həmin vaxt Anar ona Rəşada zəng etdiyini, sonuncunun da gələcəyini bildirmişdir. Bir qədər sonra Elşad evə gəlmiş və onu heç bir söz demədən sifətindən yumruqla vurub yıxmışdır. Sonuncu bildirmişdir ki, Nuranəyə təklif etdiyi pulu onlara, yəni onunla Elsevərə versin. O, Elşada pulu olmadığını demişdir. Sonuncu ona inanmayıb əvvəlcə yatağına, sonra da gedib onun avtomobilinə baxmış, lakin heç yerdən pul tapılmamışdır. Bu müddət ərzində Elsevər onu tutub saxlamış və həm də vurmuşdur. Onun sifəti qan içində olmuşdur. Bu vaxt Rəşad gəlib çıxmış, Nuranəyə bir şillə vurub, burada nə etdiyini soruşub üstünə qışqırmışdır. Bunu görən Elsevər daha da qızışmış, onu tutub başqa otağa aparıb, orada başını kravata vurub, pul tələb etmişdir. Bu vaxt Rəşad da həmin otağa gəlib, ona bir şillə vurmuşdur. Rəşadla Elsevərin ondan əl çəkməsi üçün cibindən 100 manat pul çıxardıb vermişdir. Pulu çıxardarkən cibindəki 1.900 manat pul topa şəkildə çıxmışdır. Rəşad pulu görüb ona verməyi tələb edib, səhəri gün qaytaracağını bildirmişdir. O, etiraz edə bilməmiş və Rəşad pulu ondan alıb cibinə qoymuşdur. Bundan sonra Rəşad, Elşad və Nuranə evdən çıxıb getmişlər. Polisə şikayət etməməsi üçün Elsevər onun telefonunu və avtomobilinin açarlarını götürüb özündə saxlamışdır. Səhəri gün Elsevərə yalvarmış, bundan sonra sonuncu onun telefonunu və avtomobilinin açarlarını qaytarmışdır. Elə həmin gün Nəsimi RPİ-nin 20-ci PB-nə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,2018-ci ildə işləmək üçün Bakı şəhərinə gəlmiş və bir müddət bibisigildə qalmışdır. Sonradan tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə Nərimanov rayonu Təbriz küçəsində kirayə ev tutub bir yerdə yaşamağa başlamışdır. Bir müddətdən sonra X5 da gəlib həmin evdə onlarla bir yerdə kirayədə qalmışdır. Zərərçəkmiş şəxs ilk dəfə 2019-cu ilin fevral ayının axırlarında görmüşdür. Həmin vaxt sonuncu Fariz, Anar, Elsevərlə birlikdə onlara qonaq gəlmişdir. Söhbət zamanı onlar Natiqin avtomobil alması barədə danışmışlar. Təxminən mart ayının 5-də onlar kirayə qaldıqları evdən çıxmışlar. Başqa kirayə ev axtardıqlarından iki gün Anar, Elsevər və Natiqin yaşadığı evdə qalmışlar. Orada olduğu müddətdə mətbəxdə yemək bişirərkən Natiq yanına gəlib bir dost kimi ondan mobil telefon nömrəsini istəmiş və o, nömrəsini Natiqə vermişdir. x xxxx 2019-cu il tarixdə ona pul lazım olduğundan Natiqə zəng edib, ondan 300 manat pul borc istəmişdir. Sonuncu ona borc verə biləcəyini demişdir. Növbəti gün ayrı ev tapıb ora köçmüşlər. Bundan sonra Natiqə yenidən zəng etmişdir. Sonuncu ona qaldığı evə gəlməsini tapşırıb, orada pulu verəcəyini bildirmişdir. Odur ki, Anar, Elsevər və Natiqin kirayə yaşadığı evə getmişdir. Anar onu görən kimi nə səbəbə onlara gəldiyini soruşmuşdur. Anara yeni köçdükləri evi tanımadığına görə onlara gəldiyini, axşam Rəşadın gəlib onu götürəcəyini bildirmişdir. Bir qədər sonra Natiq, daha sonra isə Elşad evə gəlmişdir. Anar Rəşada zəng edib, onun evdə olmasını bildirmişdir. Həmin vaxt o, Natiqi kənara çəkib ondan vəd verdiyi pulu istəyərkən Elşad onların danışığını eşitmişdir. Elşad Natiqin qolundan tutub başqa otağa apararaq danlayaraq «əgər pulun çoxdursa bizə də ver»demişdir. Natiq pulunun olmadığını bildirdikdə, Elşad şillə ilə Natiqi vurmuşdur. Daha sonra Elsevər də Natiqi vurmağa başlamışdır. Anar onları aralaşdırmaq istəsə də, Elşadla Elsevər imkan verməmiş və Natiqi vurmaqda davam etmişdir. Elşad Natiqin yatdığı yeri axtarsa da, pulu tapmamışdır. Elsevər Natiqin gödəkcəsinin cibindən avtomobilinin açarını götürüb, Elşadla birlikdə avtomobilini axtarsa da, pulu tapa bilməmişdir. Bu vaxt Rəşad evə gəlmiş və ondan nə baş verdiyini soruşmuşdur. Sonuncuya Natiqdən pul istədiyini və vəd verdiyi pulu almaqdan ötrü gəldiyini bildirmişdir. Bunu eşidən kimi Rəşad Natiqə bir şillə vurmuşdur. Elşadla Elsevər də yenidən Rəşada qoşulub Natiqi vurmaqda davam etmiş və ondan vəd verdiyi pulu tələb etmişlər. Həmin vaxt Natiq cibindən 100 manat çıxarıb Elşada uzatmışdır. Sonuncu isə ona vəd verdiyi 300 manatı istədikdə, Natiq bununla razılaşmamışdır. Natiq 100 manat pul çıxardıb Elşada uzadanda, Rəşad Natiqin cibində çoxlu 100 manatlıq əskinazlarının olduğunu görüb, pulun hamısını Natiqdən almış və pulu səhəri günü qaytaracağını bildirmişdir. Bundan sonra Rəşad və Elşadla birlikdə oradan çıxıb yeni kirayə tutduqları evə getmişdir. Bir qədər sonra Fariz həmin yerə gəlmişdir. Rəşad Natiqdən götürdüyü puldan 500 manatı Farizə verib, Natiqə çatdırmasını xahiş etmiş, qalanını isə səhər verəcəyini bildirmişdir. Gecə yarısı Elsevər onların qaldığı evə gəlib, Natiqin polisə şikayət etdiyini bildirmişdir. Bundan sonra o, Rəşad və Elşad sonuncunun avtomobili ilə Gəncə şəhərinə getmək qərarına gəlmişlər. Elsevər də onlarla Elşadın avtomobilində gəlmiş, Goranboy rayonu ərazisində düşüb Tərtərə getmək üçün onlardan ayrılmışdır. Onlar isə Gəncə şəhərinə getmişlər. X16 Gürcüstana getməyi təklif etmiş və sonuncu razılaşmışdır. Elşad xarici pasport almaq üçün Asan xidmətə getmiş, o isə Gəncədə Rəşadın evində qalmışdır. Bir qədər sonra Elşad Rəşada «sms» yazıb, polislər tərəfindən tutulduğunu bildirib, sonuncuya qaçmasını tapşırmışdır. Rəşad isə qaçmayacağını bildirib Gəncə ŞPİ-nə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,fərdi əməklə məşğul olur. Hadisə ərəfəsində Bakı şəhəri Nəsimi rayonu, Papanin deyilən ərazidə həyət evində bibisi nəvəsi Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayədə qalmışdır. Təqsirləndirilən şəxs1 və X3 Şüvəlan qəsəbəsində tikintidə işləyərkən tanımışdır. X8 və Elşadla dostluq etdiyini bilmişdir. Rəşad və Elşad cinayət törətməyə meylli olduğundan Elsevərə tapşırmışdır ki, qaldığı evə onlardan heç kimi gətirməsin. 2019-cu ilin fevral ayının sonlarında digər bibisi nəvəsi Fariz onun qaldığı evə Zərərçəkmiş şəxs gətirmiş, sonuncuya avtomobil satdığını bildirmişdir. Həmin vaxt Natiq ona 50 manat pul uzadıb, bir neçə gün ona evdə qalmağa icazə verməsini xahiş etmişdir. Sonuncuya onlarla bir yerdə qalmağına icazə vermişdir. x xxxx 2019-cu ildə yas mərasimi ilə əlaqədar Xanlar rayonuna getmişdir. Getməmişdən qabaq həm Elsevərə, həm də Natiqə tapşırmışdır ki, o olmayan vaxt evə heç kimi gətirməsinlər. Mart ayının 7-də Bakıya qayıdıb, kirayə yaşadığı evə gələndə Rəşad, Elşad və Nuranə adlı qızın onlarda olduğunu görmüşdür. Elsevər sonuncuların evlərini təhvil verdiklərini, bir günlük gəldiklərini və səhəri gedəcəklərini demişdir. Odur ki, o, narahatçılıq olmasın deyə bir günlük gedib xalasıgildə qalmışdır. Səhəri gün x xxxx 2019-cu il tarixdə saat 9 radələrində evə gələndə Rəşadgil evdə olmamış, Elsevər və Natiq isə evdə olmuşdur. Bundan sonra onlar da işə getmişdir. Axşam evə gələndə Elsevərin evdə olduğunu görmüş, sonuncu həmişə saat 22-23 radələrində işdən gəldiyindən təəccüblənib, ondan nə səbəbə tez gəldiyini soruşmuşdur. Sonuncu işi az olduğu üçün tez gəldiyini bildirmişdir. 10-15 dəqiqədən Nuranə də onların evinə gəlmişdir. Nuranənin onlara niyə gəldiyini Elsevərdən soruşduqda, sonuncu Nuranənin təzə tutduqları evin yerini tapa bilmədiyi üçün bura gəldiyini və Rəşadın gəlib onu götürəcəyini bildirmişdir. Rəşada zəng edib bu barədə ona demiş, sonuncu gəlib Nuranəni götürəcəyini bildirmişdir. Təxminən 15-20 dəqiqədən sonra Natiq evə gəlmişdir. Sonuncu Nuranə ilə bir-birlərinin üzünə baxıb gülümsəmişlər. Buna görə Natiqə irad tutmuşdur. Həmin vaxt o, şübhələnmişdir ki, Nuranə ilə Natiq bir-birləri ilə danışıb gəlmişlər. Bir neçə dəqiqədən sonra Rəşadla Elşad gəlmişlər. İçəri girən kimi hər ikisi qəflətən Natiqin üstünə cumub, sonuncunu yumruqla vurmağa başlamışlar. Onlar Natiqi döyərkən hansı səbəbdən Nuranəyə «sms» yazdığını soruşmuşlar. O, Rəşadla Elşadı sakitləşdirmək istəmiş, lakin, sonuncular ona əhəmiyyət verməyib, Natiqi döyməkdə davam etmişlər. Bu zaman Elsevər də onlara qoşulub, Natiqi vurmuşdur. O, birini aralaşdıranda, digəri Natiqin üstünə cummuşdur. Həmin vaxt X9 söz verdiyi 300 manatı tələb etmiş, Natiq isə cəmi 100 manata gücünun çatdığını deyib, cibindən 100 manatlıq əskinaz çıxardıb masanın üstünə qoymuşdur. Rəşad həmin məbləğlə razılaşmamışdır. Həmin vaxt X10 yanında olmuş və onlar da (Elşadla Elsevər) Natiqdən həmin məbləğdə pul verməsini tələb etmişlər. Bundan sonra Rəşad Natiqi yataq otağına aparmış, Elşad, Elsevər və Nuranə onun yanında qalmışdır. Bu vaxt Natiq yataq otağından onu səsləyərək, Rəşadın cibindən 1.900 manat pulu götürdüyünü bildirmişdir. Rəşada pulu geri qaytarmasını demiş, lakin sonuncu Natiqdən pul götürmədiyini demişdir. Odur ki, Rəşadın qarşısına keçib, yenidən pulu qaytarmasını tələb etsə də, sonuncu pulu qaytarmamışdır. Bundan sonra Elşad, Rəşad və Nuranə onlardan çıxıb getmişlər. Elşada da tapşırmışdır ki, Natiqin pulunu qaytarması üçün Rəşadı dilə tutsun. Daha sonra Elsevərin üstünə qışqırıb, etdikləri hərəkətə görə cavab verməli olduqlarını bildirmişdir. Sonuncu ona acıq edib, əşyalarını yığaraq gecə ilə evdən çıxıb getmişdir. Buna qədər (yəni Elsevər evdən çıxıb gedənə kimi) Elsevər Natiqin polisə şikayət etməməsi üçün mobil telefonunu və avtomobilin açarlarını da götürmüşdür. Natiq bu barədə ona deyən kimi mobil telefonunu və avtomobilinin açarlarını Elsevərdən götürüb Natiqə qaytarmışdır. Səhərə kimi o, bir neçə dəfə Natiqə hadisə barədə polisə şikayət etməsini demiş və Natiq səhəri gün 20-ci PB-nə gedib ərizə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxxxx 2016-cı il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum olumuşdur. Azadlığa çıxandan sonra özünə məxsus «VAZ 21011» markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir müddətdən sonra həmin avtomobili satmaq üçün internetdə «Turbo.az» səhifəsində elan yerləşdirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib, avtomobilə baxmaq istədiyini bildirmişdir. O, avtomobil üçün başqa şəxsdən beh aldığından Natiqə avtomobili satdığını, tanışı Fariz adlı şəxsin satlıq «VAZ 2106» markalı avtomobilinin olduğunu bildirib, sonuncunun nömrəsini Farizə vermişdir. Natiq Farizlə görüşmüş və avtomobilini 3.300 manata almışdır. O isə öz avtomobilini satıb, «BMV» markalı avtomobil almışdır. Bir neçə gündən sonra dostu Rəşad və onun sevgilisi Nuranə ilə yaşadıqları evdə olarkən Fariz qohumları Anar, Elsevər və Natiqlə birlikdə onların evlərinə gəlmişdir. Həmin vaxt Natiqin avtomobil almaq üçün ona zəng edən şəxs olduğunu bilmişdir. Onlar yaşadıqları evdə yeyib içmişlər. x xxxx 2019-cu il tarixdə Rəşadla birlikdə şəhərdə olarkən Anar Rəşada zəng edib, sevgilisi Nuranənin Natiqlə onlarda olduğunu demişdir. Odur ki, saat təxminən 22 radələrində Rəşad ilə birlikdə Anargilin kirayə yaşadıqları evə getmişlər. Evə çatanda Rəşad Nuranədən ona bildirmədən hansı məqsədlə bura gəldiyini soruşmuşdur. X11 əlaqəsindən əsəbləşib Natiqin üzərinə gedərək onu vurmağa başlamışdır. Dostunun sevgilisi ilə danışdığına görə o, da Natiqi döyməyə başlamışdır. Bu zaman Elsevər də Natiqi vurmuşdur. X9 söz verdiyi 300 manat pulu tələb etmiş, Natiq isə pulu verməkdən imtina etmişdir. Bu zaman onun telefonuna zəng gəldiyindən çölə çıxmış və avtomobilində əyləşmişdir. Təxminən 10 dəqiqə sonra isə Rəşad Nuranə ilə birlikdə gəlib avtomobilə əyləşmişlər. Onlar çıxıb getmiş və həmin gecəni avtomobildə yatmışlar. Növbəti gün Nəsimi RPİ-nin 20-ci PB-dən zəng gəlmiş və onları polis bölməsinə dəvət etmişlər. Polisdən qorxduğuna görə Rəşad, Elsevər və Nuranə ilə birlikdə «BMV» markalı avtomobili ilə Gəncə şəhərinə getmişlər. Elsevər də yaşadığı Tərtər rayonuna getmək üçün Goranboyda düşüb getmişdir. İşin 2-ci cildinin 21-23-cü vərəqələrindəki məhkəmə-tibb ekspertizasının xx xxxx 2019-cu il tarixli 221 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının qançır-şişkinliyi və həmin gözün ağlı qişasına qansızma, alın, sol almacıq, sağ alt göz qapağının və gözaltı nahiyənin, burun, sağ mil-bilək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən x xxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İşin 2-ci cildinin 24-25-ci vərəqələrindəki ambulator-məhkəmə psixiatrik ekspertizasının xx xxxxx 2019-cu il tarixli 716 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 2-ci cildinin 219-235 və 1-ci cildinin 220-ci vərəqələrindəki «sübutların qiymətləndirilməsi haqqında» qərar və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 tutulan zaman üzərindən aşkar edilmiş 10 ədəd 100 manatlıq, 1 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 1014 manat pul maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. İşin 1-ci cildinin 229 və 232-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 90-91-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 147-148-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 236-239-cu vərəqələrindəki x xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, istintaqdan qaçıb gizləndiyindən ********* saylı cinayət işindən təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdəki Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı tələbi və şikayəti yoxdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini təqsirli bilməsələr də, onların ittiham olunduqları cinayəti törətməkdə təqsirli olmaları ibtidai istintaq və məhkəmədə verdikləri qismən etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, maddi sübut və işin digər faktiki halları ilə sübuta yetirildiyindən məhkəmə ifadələrinə cinayət törətmədiyinə dair hissədə tənqidi yanaşır, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə tövsif olunmalı, onlar həmin maddə ilə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi birlikdə döyərək ondan pul tələb etmələrini, onun yataq yerində və avtomobilində pul axtarmalarını, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin pulunu ələ keçirməsini, hadisədən sonra Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin törədilmiş cinayət barədə polisə məlumat verməsinin qarşısını almaqdan ötrü onun mobil telefonunu və avtomobilinin açarlarını əlindən almasını, təqsirləndirilən şəxslərin cinayəti törətdikdən sonra məsuliyyətdən yayınmaq məqsədilə birlikdə təqsirləndirilən şəxs Elşad Həsənliyə məxsus və onun idarə etdiyi avtomobilində Gəncə şəhərinə qaçmalarını və Gürcüstana keçmək üçün hazırlaşmalarını da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları xx xxxx 2019-cu il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Maddi sübut: Təqsirləndirilən şəxs1 tutularkən üzərindən aşkar edilmiş 10 ədəd 100 manatlıq, 1 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 1014 manat pulun Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut: Təqsirləndirilən şəxs1 tutulan zaman üzərindən aşkar edilmiş 10 ədəd 100 manatlıq, 1 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 1014 manat pulun Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar