Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-163/2023 28.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı və həmin şöbənin prokuroru X12, müdafiəçilər - Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X19, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, 06 avqust 1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olmayan, ünvan 4-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Anuş" adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı, "Anuş" adlı şəxs və qeyrilərinə bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddələri qoyulacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəkləri barədə qabaqcadan vəd verdikdən sonra “Anuş” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 10149,8 qram çəkidə narkotik vasitə heroini Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığında 1 (bir) ədəd sintetik kisədə qablaşdırılmış vəziyyətdə yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 10 yanvar 2022-ci il tarixdə, saat 20:00 radələrində istintaqla müəyyən edilməmiş şəxsin idarə etdiyi avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığına gedib «Anuş» adlı şəxs və qeyriləri tərəfindən həmin yerə qoyulmuş içərisində külli miqdarda 10149,8 qram çəkidə narkotik vasitə heroin olan 1 (bir) ədəd sintetik kisəni Təqsirləndirilən şəxs1 əldə edib üzərində saxlayıb daşıyarkən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 20:20-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığında saxlanılaraq üzərlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı sintetik kisənin içərisində göy rəngli torbada olan üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 5 (beş) ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1842,1 qram, 1950,6 qram, 1993,0 qram, 2213,6 qram və 2150,5 qram olmaqla, ümumi təmiz çəkisi 10149,8 qram (10 kq, 149,8 qram) narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Anuş" adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı, “Anuş” adlı şəxs və qeyrilərinə bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddələri qoyulacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəkləri barədə qabaqcadan vəd verdikdən sonra “Anuş” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 10149,8 qram çəkidə narkotik vasitə heroini Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığında 1 (bir) ədəd sintetik kisədə qablaşdırılmış vəziyyətdə yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 10 yanvar 2022-ci il tarixdə, saat 20:00 radələrində istintaqla müəyyən edilməmiş şəxsin idarə etdiyi avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən "Terminal” restoranının yaxınlığına gedib «Anuş» adlı şəxs və qeyriləri tərəfindən həmin yerə qoyulmuş içərisində külli miqdarda 10149,8 qram çəkidə narkotik vasitə heroin olan 1 (bir) ədəd sintetik kisəni Təqsirləndirilən şəxs1 əldə edib üzərində saxlayıb daşıyarkən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 20:20-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığında saxlanılaraq üzərlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı sintetik kisənin içərisində göy rəngli torbada olan üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 5 (beş) ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1842,1 qram, 1950,6 qram, 1993,0 qram, 2213,6 qram və 2150,5 qram olmaqla, ümumi təmiz çəkisi 10149,8 qram (10 kq, 149,8 qram) narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Lənkəran şəhərində anadan olmuşdur. Həbs edilənədək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamışdır. O, bir müddətdir ki, narkotik vasitə istifadəçisidir. Onun tanıdığı bir nəfər şəxs olmuş və ona narkotik vasitə lazım olduqda, o, həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə almışdır. O, həmin şəxslə “Votsap” sosial şəbəkəsi vasitəsilə danışmışdır. Həmin şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Həmçinin həmin şəxsin istifadəsində azərbaycan nömrəsi olmuşdur. Sonuncu dəfə o, tutulmamışdan əvvəl həmin şəxslə danışıb sonuncudan öz istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. Onlar razılaşmışlar və sonra görüşmək üçün vaxt təyin etmişlər. Həmin gün onun taksiyə verəcək pulu olmadığından o, dostu Təqsirləndirilən şəxs2 təklif edərək demişdir ki, “birlikdə gedək, mənim pulum yoxdur, sən yol pulunu ver, mən də gedib narkotik vasitə götürüm və birlikdə həmin narkotik vasitəni istifadə edək”. Dostu Təqsirləndirilən şəxs2 də razılaşaraq onunla birlikdə getməyə razılıq vermişdir. Sonra onlar taksi sifariş etmişlər və taksi ilə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal" restoranının yaxınlığına gedərək oradan taksidən düşmüşlər. Taksi hərəkət etməyə başlayan zaman mülki geyimdə olan çoxlu sayda polis əməkdaşı onları tutmuşlar. Onlar tutulduqdan sonra Bakı-Salyan yolunun Bakı şəhəri istiqamətində olan hissəsində yerləşən mişar daşı ilə əhatə olunmuş sahəyə aparılmışlar və orada onları yerə uzandırıb möhkəm döyməyə başlamışlar. Onları bir qədər döydükdən sonra həmin yerə sonu 152 dövlət qeydiyyat nişanı ilə qurtaran “Land Cruiser” markalı avtomobil yaxınlaşmışdır. Həmin maşın onlara yaxınlaşdıqdan sonra həmin maşından bir nəfər ağsaçlı şəxs düşüb onlara yaxınlaşmışdır. Həmin şəxsin əlində kisə olmuşdur. Kisədə 4 ya 5 dənə skoçlanmış bağlama olmuşdur. Lakin həmin torbadakı bağlamalarda narkotik vasitə olmamışdır. O, narkoman olduğundan az-çox narkotik vasitələri tanıyır. O, əminliklə deyə bilər ki, həmin kisədə narkotik vasitə olmamışdır. Sonra onları ayrı-ayrı maşınlara otuzdurub döyməyə başlamışlar. Orada onu məcbur etmişlər ki, o, yalandan iranlı şəxslə danışdığını, həmin iranlının ona 100.000 manatlıq narkotik vasitə göndərdiyini, həmin “malın” üstündə də ona 1.000 manat verildiyini və həmin “malı” həmin iranlının dediyi yerə və ünvana çatdırması barədə göstəriş verdiyini etiraf etsin. Halbuki onun sifariş etdiyi narkotik vasitə yalnız heroindən ibarət olmuş və təxminən çəkisi 12-15 qram olmalı olmuşdur. Onları Baş İdarəyə apardıqdan sonra ona narkotik vasitənin çəkisi məlum olmuşdur. BMCMİ-də əvvəlcə onları İbrahim və Qabil müəllimin otağına aparmışlar. Orada onları hədələmişlər ki, 10 kiloqramdan artıq çəkidə olan narkotik vasitənin onlara məxsus olmasını onlar etiraf etməsələr onları döyəcəklər. Sonra onu həmin otaqda döyməyə başlamışlar. Ona xəsarətləri İbrahim və Qabil adlı polis əməkdaşları yetirmişlər. O, Bakı İstintaq Təcridxanasına aparılarkən üzərində xəsarətlər olmuş, lakin tibbi müayinə zamanı həmin xəsarətlər ilə bağlı heç bir qeydiyyat aparılmamışdır. Həmin vaxt onun başı və boynu əzilmiş, eləcə də ayaq dırnağı qırılmışdır. O, narkotik vasitənin ona məxsus olmadığını bildirdikdə, təkrarən onu döymüşlər, sonra tok aparatı gətirib onu toka vermişlər. Lakin o, etiraf etməmişdir. İstintaq Təcridxanasına qəbul ediləndə onun xəsarətləri olsa da, bu barədə qeydiyyat aparılmamışdır. Sonra prokurorluqdan gəlib bu barədə araşdırma aparılmamışdır. O, xəsarətləri ilə bağlı heç bir yerə müraciət etməmişdir. O, ibtidai istintaqdan narazıdır. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərinin nəzərə alınaraq ona elan olunmuş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 2 (iki) ildir ki, narkotik vasitə heroindən istifadə edir. O, həmişə narkotik vasitədən istifadə etməmiş, əksinə arabir istifadə etmişdir. O, Xeyrulla ilə məhəllədən tanışdır. Həmin gün Xeyrulla ona müraciət edərək demişdir ki, “maşın təşkil et, gedək narkotik vasitə götürək, sonra isə birlikdə istifadə edək”. O da Xeyrulla ilə razılaşmışdır. Sonra onlar birlikdə Xeyrullanın dediyi ünvana taksi ilə getmişlər və taksinin ödənişini o, vermişdir. O, taksi pulunu 10-15 manata danışmışdır. Onlar əvvəlcə şəhərə getmişlər, sonra Xeyrulla demişdir ki, “Primorski tərəfə getməliyik”. Xeyrulla narkotik vasitə heroini oradan götürəcəkdi. Onlar həmin ünvana çatdıqda, Xeyrulla maşından düşmüşdür. Xeyrulla taksidən düşdükdən sonra o, taksi sürücüsünə xidmət haqqını verib Xeyrullanın arxasınca düşmüşdür. Divarın arxasında polislər yerə uzanmışlar. Polislər onları görən kimi uzandıqları yerdən qalxmışlar və onları saxlamışlar. Sonra polislər onlara demişlər ki, “telefon ilə danışan kim idi?”. Bundan sonra polislər Xeyrullanın telefonuna baxmışlar və görmüşlər ki, danışan Xeyrulla olmuşdur. Bundan sonra Xeyrullanı daha çox döyməyə başlamışlar. Bundan sonra “Land Cruiser” markalı avtomobil həmin yerə yaxınlaşmışdır. Həmin maşınla gələn şəxsə Qabil ya da Qalib müəllim deyə xitab etmişlər. Sonra onu da döyməyə başlamışlar. Çəkiliş zamanı da o, bildirmişdir ki, “Xeyrulla istifadə etməyimiz üçün heroin olacağını dedi”. O, məcbur qalıb polislərin dediyi məzmunda ifadə vermişdir. Onlar ora təxminən 10 qram narkotik vasitə heroin götürmək üçün getmişlər. Onun 10 kiloqramdan artıq çəkidə olan heroindən xəbəri olmamışdır. Onlar ikisi də işgəncə nəticəsində etiraf etmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərinin nəzərə alınaraq ona elan olunmuş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı külli midarda, yəni 10 kiloqramdan artıq çəkidə narkotik vasitə heroinə aidiyyətlarının olmaması, şəxsi istifadələri üçün narkotik vasitə götürmək məqsədi ilə saxlanıldıqları yerə getmələri, habelə tutularkən və tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə məruz qalmaları, başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması ilə bağlı hissədə vermiş olduqları ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə onlara Xeyrulla və İlqar adlı şəxslərin narkotik vasitələri saxlamaları, daşımaları və müxtəlif ünvanlara çatdırmaqla paylamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı aldıqdan sonra o, bu barədə İdarənin rəhbərliyinə raportla məruzə etmişdir. Həmçinin bundan sonra əməliyyat qrupu yaradılmışdır. Onlar verilmiş məlumat əsasında Bakı-Salyan yolunun 42-ci km-nə yollanmışlar və orada əlverişli mövqe tutmuşlar. Saat təxminən 20:00 radələrində təqsirləndirilən şəxslər Xeyrulla və İlqar həmin yerə gəlmişlər. Onlar Xeyrulla və İlqarı görəndə və həmin şəxslərin verilmiş məlumatda göstərilən şəxslər olduqlarına əmin olduqdan sonra həmin şəxsləri saxlamışlar və özlərini təqdim etmişlər. Həmin şəxslər bildirmişlər ki, əllərindəki sellofan torbada 5 (beş) bükümdə narkotik vasitə heroin var. İlqarı isə Xeyrulla özü ilə köməkçi kimi gətirmişdir. Xeyrulla götürəcəyi narkotik vasitədən İlqara verməli olmuşdur. Sorğu-sual zamanı Xeyrulla bildirmişdir ki, əlində olan narkotik vasitə İran İslam Respublikasının vətəndaşının göndərdiyi narkotik vasitə heroindir. Daha sonra Xeyrulla bildirmişdir ki, iranlı şəxs narkotik vasitələr göndərir, Xeyrulla da həmin iranlının dediyi yerlərdən narkotik vasitələri götürüb sonradan dediyi ünvanlara çatdırır, bunun müqabilində də iranlı şəxs Xeyrullaya pul göndərir. Sonra aşkarlanmış narkotik vasitələr barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Xeyrulla və İlqarın barəsində narkotik vasitələrdən istifadə etməsi və külli miqdarda narkotik vasitə, eləcə də psixotrop madədlərin satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə, saat 19:45 radələrində onlar Qaradağ rayonuna getmişlər və məlumatda göstərilən ərazidə əməliyyat mövqeyi seçmişlər. Təxminən 20-25 dəqiqədən sonra 2 (iki) nəfər şəxs şəhər tərəfi istiqamətdən gələrək maşından düşüb yaxınlıqda yerləşən yarıtikiliyə girmişlər və bir neçə dəqiqədən sonra torba ilə həmin tikilidən çıxmışlar. Xeyrulla Nəsurullayevin əlində torba olmuşdur. Onlar bunu görən kimi həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və ciddi şübhələr olduğundan elə orada həmin şəxslərin üzərlərinə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı Xeyrullanın əlində olan torbadan çoxlu sayda bağlamada narkotik vasitələr aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələrin ümumi çəkisi təxminən 10 kiloqramdan çox olmuşdur. Sonra onlar həmin şəxsləri Baş İdarəyə aparmışlar və orada sənədləşmə işləri aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, onlar 2022-ci ilin yanvar ayında Qaradağ rayonu ərazisində təqsirləndirilən şəxslər Xeyrulla və İlqarı saxlamışlar. Xeyrulla Nəsurullayevin əlində içərisində 5 bağlamada olan narkotik vasitə heroin olan kisə olmuşdur. Sonra bununla bağlı saxladıqları şəxslərin üzərlərinə videoçəkilişlə baxış keçirilmişdir. Daha sonra onlar təqsirləndirilən şəxsləri Baş İdarəyə dəvət etmişlər və orada sənədləşmə işi aparılmışdır. Təqsirləndirilən şəxs1 əlində olan kisənin içərisində 10 kiloqramdan çox narkotik vasitə olmuşdur. Şahid X6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 10 yanvar 2022-ci il tarixdə “Xeyrulla” və “İlqar” adlı şəxslərin qanunsuz olaraq satış məqsdədi ilə narkotik vasitə və psixotrop maddə əldə edib, üzərlərində saxlayaraq daşımaları barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Xeyrulla” və “İlqar” adlı şəxslərin şəxsiyyəti müəyyən edilərək onların xx.xx.1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxslərin ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 5 nəfərdən, yəni ondan, baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili X7 və baş təhqiqatçı X3 ibarət qrup yaradılmışdır. Sonra onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığında olması müəyyən edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarın icra edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə, saat 19:45-də o, tədbir iştirakçıları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığına gələrək əməliyyat mövqeyi seçib gözləməyə başlamışlar. Həmin gün saat 20:15 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığından yolun qarşı tərəfində Bakı-Salyan yolunun Bakı şəhəri istiqamətində olan hissəsində dayanan markasını və qeydiyyat nişanını görmədikləri avtomobildən düşən 2 (iki) nəfər kişi cinsli şəxsin yolun sağ hissəsində yerləşən mişar daşı ilə əhatə olunmuş əraziyə daxil olub təxminən 5 dəqiqə sonra geri qayıtdıqlarını və həmin şəxslərdən birinin əlində sintetik kisə olduğunu müşahidə edib həmin şəxslərə yaxınlaşaraq sonuncuları saxlamışlar. Onlar xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sorğu edilərkən həmin şəxslər özlərini təqdim edərək, xx.xx.1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə Baş İdarəyə məlumatın daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmişlər. Qərara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daxil olmuş məlumatla əlaqədar üzərlərinə və daşıdıqları əşyalara baxış keçirilməsinin zəruri olması bildirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə və daşıdıqları əşyalara baxış keçirilməsinə etiraz etmədiklərini, baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. Bundan sonra həmin gün saat 20:20-də videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə və daşıdıqları əşyalara baxış keçirilməsinə başlanmış, baxışın videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumat verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 buna etiraz etmədiklərini bildirdikdən sonra sonunculara üzərlərində və daşıdıqları əşyalarda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı ağ rəngli sintetik kisəni açıb kisənin içində olan göy rəngli torbanı təqdim edərək həmin torbanın içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin göy rəngli torba açıldıqda, torbanın içindən üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 5 (beş) ədəd bağlama aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 5 (beş) ədəd bağlama iştirakçıların şahidliyi ilə açıldıqda, bağlamaların içərisində spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 əlində saxladığı sintetik kisədən aşkar olunmuş 5 (beş) ədəd üzəri sarı rəngli yapışqan lentlə bağlanmış bağlamalarda olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən aşkar olunduğu 1 (bir) ədəd sintetik kisədə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 1 (bir) ədəd “Xiaomi Redmi” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 20 manat pulu və gödəkçəsinin sol iç cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş "Xiaomi Redmi” markalı mobil telefon və özünə məxsus olan şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sol yan cibində olan “Xiaomi Redmi” markalı mobil telefonu və 10 manat pulu çıxarıb təqdim etmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı aşkar edilmiş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Xiaomi Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı "Anuş” adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 1 ay əvvəl sosial şəbəkədə tanış olduğunu və sonradan həmin şəxslə aralarında münasibət yarandığını, hazırkı vaxta qədər 2 (iki) dəfə öz istifadəsi üçün həmin şəxsdən 10-20 qram çəkidə narkotik vasitə heroin aldığını, xx.xx.2022-ci il tarixdə "Anuş" adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb külli miqdarda narkotik vasitə heroin göndərəcəyini, həmin narkotik vasitələri götürüb özündə saxlamalı olduğunu, sonradan “Anuş” adlı şəxsin dediyi vaxtda həmin maddələri Bakı şəhərində dediyi ərazidə özünün müəyyən etdiyi ünvana qoyub, həmin yerin fotoşəkillərini çəkib göndərməli olduğunu və bunun müqabilində 1.000 manat pul verəcəyini bildirdiyini, “Anuş” adlı şəxsin təklifi ilə razılaşdığını, xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində "Anuş" adlı şəxsin Xeyrullaya zəng edib göndərdiyi narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığında yolun qarşı tərəfində Bakı-Salyan yolunun Bakı şəhəri istiqamətində olan hissəsində yerləşən mişar daşı ilə əhatə olunmuş sahədə ağ rəngli sintetik kisənin içində yerə qoyulduğunu, həmin yerin ünvanını dəqiq olaraq izah edərək gedib narkotik vasitəni götürməsini bildirdiyini, bundan sonra Xeyrulla bu barədə tanışı Təqsirləndirilən şəxs2 məlumat verərək gedib narkotik vasitələri götürməkdə köməklik etməsini istədiyini, bunun müqabilində Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin verməli olduğunu, Təqsirləndirilən şəxs2 Xeyrullanın təklifi ilə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 tutduğu taksi avtomobili ilə həmin ünvana gələrək “Anuş” adlı şəxsin göndərdiyi narkotik vasitələri götürdüyünü bildirmişdir. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək narkotik vasitə heroin istifadəçisi olduğunu, xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs1 zəng edib birlikdə gedib narkotik vasitə heroin götürməyi təklif etdiyini, əvəzində istifadəsi üçün narkotik vasitə heroin verəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşdıqdan sonra özünün tapdığı taksi avtomobili ilə həmin gün saat 20:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığında yolun qarşı tərəfində Bakı-Salyan yolunun Bakı şəhəri istiqamətində olan hissəsində yerləşən mişar daşı ilə əhatə olunmuş sahəyə getdiklərini, həmin ünvana çatdıqdan sonra taksinin pulunun özü tərəfindən verildiyini və taksi oradan getdikdən sonra Təqsirləndirilən şəxs1lə birlikdə qeyd edilən ünvanda yerləşdirilmiş içərisində narkotik vasitə olan sintetik kisəni götürdüklərini qeyd etmişdir. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etməyib Baş İdarəyə getməyə razı olduqlarını bildirmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Protokol iştirakçılara ucadan oxunmuş, həmin şəxslərə protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə birlikdə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 10-13) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı yerdə onların üzərlərinə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs1 əlində saxladığı kisənin içərisindən üzəri sarı rəngəli yapışqan lentlə bağlanmış 5 (beş) ədəd bağlama aşkar edilmiş, həmin bağlamaların içərisində narkotik vasitə heroinə oxşar kütlələr olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan 1 (bir) ədəd “Xiaomi Redmi” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 20 manat pulu, gödəkçəsinin sol iç cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, həmin vaxt o, əynində olan şalvarının sol yan cibində olan 1 (bir) ədəd “Xiaomi Redmi” markalı mobil telefonu və 10 manat pulu çıxarıb təqdim etmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 16) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/140 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 62-65) görünür ki, tədiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş....” yazısı və imzalar olan ağ rəngli kisədəki 5 (beş) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1842,1 qram, 1950,6 qram, 1993,0 qram, 2213,6 qram, 2150,5 qram, ümumi təmiz çəkisi 10149,8 qram (10 kq 149,8 qram) olan maddə kütlələri xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 97-99) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 111-113) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan (cild 1, iş vərəqə 125-131) görünür ki, həmin gün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında müdafiəçilərin iştirakı ilə üzləşdirmə keçirilmiş və həmin üzləşdirmə zamanı təqsirləndirilən şəxslər “Anuş” adlı şəxsin “Votsap” sosial şəbəkəsi vasitəsi ilə onlara narkotik vasitə heroinin yerləşdirdiyi yeri bildirməsini və onların həmin narkotik vasitəni götürmək məqsədi ilə birlikdə həmin yerə gedərək külli miqdarda narkotik vasitə heroini götürmələrini, bunun müqabilində “Anuş” adlı şəxsin 1.000 manat pul verməli olmasını bildirmişlər. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-39/2022 saylı qərarından (cild 1, iş vərəqə 165-169) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-40/2022 saylı qərarından (cild 1, iş vərəqə 170-174) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cil 1, iş vərəqə 175-176) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlardan sonra qalıq çəkisi 10149,55 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama yerinə verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxs tərəfindən verilmiş 145 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən (cild 02, iş vərəqə 89-90) görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomanıya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxs tərəfindən verilmiş 146 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən (cild 02, iş vərəqə 91-92) görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin, kannabioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomanıya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-50/2022 saylı qərarından (cild 1, iş vərəqə 181-182) görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Azərbaycan Respublikasə DİN-in BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanunauyğun hesab edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 5(002)-18/2022 saylı qərarından (cild 1, iş vərəqə 189-190) görünür ki, Azərbaycan Respublikasə DİN-in BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respubikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X27 tərəfindən verilmiş 158/K nömrəli məhkəməkimyəvi rəyindən (cild-2 iş vərəqə 94-96) görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “Amfetamin” və tiryək qrupuna aid olan alkoloid aşkar edildi. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabioid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. xx.xx.2022-ci il tarixli Azərbaycan Respubikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X27 tərəfindən verilmiş 157/K nömrəli məhkəməkimyəvi rəyindən (cild 2, iş vərəqə 98-100) görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edildi. Barbitur turşusu törəmələri, kannabioid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və aşkar edilmədi. xx.xx.2022-ci il tarixli Azərbaycan Respubikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 1613 nömrəli arayışından (cild 01, iş vərəqə 202) görünür ki, X4 arxiv məlumatlarına görə xx.xx.2019-xx.xx.2019, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respubikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X27 tərəfindən verilmiş 885 nömrəli komisyon ambulator məhkəmə-psixiatrik ekspertizası rəyindən (cild 2, iş vərəqə 102-103) görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.bTəqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 210-211) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 212-213) görünür ki, Təqsirləndirilən şəxs2 2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 40.2.2-ci maddəsinə əsasən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Habelə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 228.1 maddələri ilə təqsirli bilinməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Cinayət Məcəlləsinə dəyişikliklər tətbiq olunduğundan Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, həmin Məcəllənin 228.1-ci maddəsi ilə üzərində 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Başqa sözlə, onun üzərində ödənilməmiş məhkumluq yoxdur. Xasiyyətnamədən (cild 1, iş vərəqə 221) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yaşadığı yer üzrə heç bir şikayət daxil olmamışdır. Xasiyyətnamədən (cild 1, iş vərəqə 225) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yaşadığı yer üzrə heç bir şikayət daxil olmamışdır. xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan (cild 02, iş vərəqi 85-88) görünür ki, Təqsirləndirilən şəxs2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 85-C-22 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X24 xx/xx-4247 nömrəli arayışından (cild 1, iş vərəqə 221) görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə mərkəzdə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 227-245) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş və həmin vaxt onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə İran İslam Respublikasının vətəndaşı kimi göstərilmiş “Anuş” adlı şəxslə jarqon terminlərdə, yəni 20 torpaq, 10 daş, 5 paçka tabletka, m40 ifadə olunan, əslində isə narkotik vasitə və psixotrop maddələrə aid vasitələr barəsində qarşılıqlı şəkildə danışıq aparılması müəyyən edilmişdir. Belə bir məzmunda onların arasında danışıq xx.xx.2022-ci il tarixə təsadüf edir və qeyd edilən tarixdə aparılmış danışıqlarda təqsirləndirilən şəxslərin saxlanıldıqları yer, həmin yerə qoyulmuş narkotik vasitələrin növü, həmin yerin tapılması məqsədi ilə istiqamətləndirmə barədə məlumatlar öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 247) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefon açılmadığı, yəni işlək vəziyyətdə olmadığı üçün həmin telefona baxış keçirilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-513/2022 saylı qərarından (cild 2, iş vərəqə 32-35) görünür ki, həmin gün X1 həbsdə saxlama müddəti 10 avqust 2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-512/2022 saylı qərarından (cild 2, iş vərəqə 36-40) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 10 avqust 2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş çıxarışdan (cild 02, iş vərəqi 46-51) görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Brat sən mənim qardaşımsan burda böyük birşey yoxduye sadəcə sənə deyirəmki təmiz 2 qramdı sən tərəzivi dəyiş mən iki dənə tərəziyə qoydum”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**- ** saylı mobil nömrədən “İlqar, qardaş əmələ gəlirsə qaqana bidənə 5dik patı düz qoş elə götürüm. Bir cavab ver”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ziyad kişi kimi deyirəm yoxdur patı bayaq var idi qonaq elədilər çəkdik. Amma birazdan alinsa qaqan verəcək sənə”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ziyad vallahi başqa yerdəyəm qoymazdım səni tək qalasan. Bir azdan pul verməliyəm gəlmişəm pulu düzəldim verim. Amma bir azdan düzəlsə sən deyən sənə deyəcəm pulsuz alıb verəcəm sənə”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqam mənim indi yox birazdan alinacaq sən orda durma hələm bilinmir nə vaxta olacaq”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Belə olmaz da. Mən səni lomkadan çıxardıram düz evə gətirirlər. Sən mənə kişi kimi denən yoxdur mən bilim də”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Brat təcili zaklatkaya getməliyik. Şahmar atdırır” məzmunlu mesajlar göndərilmişdir. xx.xx.2022-ci il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş çıxarışdan (cild 02, iş vərəqi 57-82) görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “imkan olsa mənə də 5 litr kola lazımdır ad günümə sabaha. O firma var idiye ordakı kimi obtavoy olsa bomba olar. Sil bu smsderi sonra telində yer tutar. Sən götürəcəksənsə bugün sabaha qədər idarə etməyə nəsə varsa mənə verərsən ya pulunu onun indi mən ödüyüm ya da sabahkinnən mənimkinin üstündən götürərsən”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Qerdeş yadımdan çıxdı deyim varindisa bir balaca torpaqdan verərsəndə”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Qaqa rovnu 49 düzəlir. Biryarım verər? Qapınızdayam raşotunu götür gələsi olsam”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 İstifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Brat kişi dədəndən sonra xəbər elə malı qoyanda gelsin götürsün maşini xıdır qapıdan”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Sən götürdün tema?”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Xerik 2 dənə oldu. Nəşə hazırdı soram”, xx.xx.2022-ci il tarixdə, saat 01:44-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Yo yox nə qədər istəyəcək onun pulunu 25 dən atsın pulunu 10-15 yox burda pul vermək lazım olacaq. Nat az deyil 3 dənə", xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Salam necəsən? Xəstə, Nicata temanı mən verirəm niyə qiymətini baha alırsan? 25 manatdan sənə düzüb qoşaram”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Dincəl patı yadimdan çıxdı sənə verim nətər çıxdımsa atama görə indi yadıma düşdü”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Tema götürmək istəsən xəbər elə mənə. Tez denən bir azdan uje gedəcək hələki yanımdadır”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Brat mənim özümdə azdır sən öl yanıma dostlarım gəlib heç çatmır bizə”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Vüqarım mənim qaqam mənim səhər yoluna qoyaram qardaşımsan, əmanət məndədir hələm quzu kəsərəm", xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Brat salam necəsən? Brat uşaqnan danış bax gör pulun yerinə təbii bomba nəşəm var dünən götürmüşəm superdi təbiidir, şirədi təmiz qoymuşam qurusun imkan olsa zəng elə mənə”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Brat torpağım çox azdır, bir balacadır pulum da yoxdur almağa. Amma bap-balaca çet verərəm sənə. İncimə çox az verə bilərəm sənə problem deyil narahat olma", xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "Mənə elə gəlir ki, Mirdamət pulu vurmayıb İranlıya. Seyyiddə ona cavab vermir. Yalandan deyirdi əmisi oğlu vuracaq. Ona görə İranlı cırır özünü dayını tapa bilmirəm deyir. 100% yaxşıki Şahmara vurduq pulu biz Salmana versəydik pulu bizə mal verən deyildi”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Mal istəmirsən gətirsinlər? İndi göndərəcəm sənə mal məndən mal istəmə vso”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "Sənin deyəsən başın gedib Sabina hara çatırsan deyirsən İlqara 100 manat verdim mənə nəsə aldı verdi. Sən nədi məni yandırmaq istəyirsən? Qabağıma çıxsan sənə sözümü deyəcəm. Eşidim bilim ki sən hardasa mənim adımı çəkibsən sənin o uzun ilan dilivi kəsəcəm. Bax mən sənə dedim sözümü sənə heç kimdə kömək edə bilməyəcək”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "Evdəyəm açar üstündədir kişi indilərdə gedəcək sənə mal da qoyacam. Təzə maldan qoyacam çəkərsən pis deyil", xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "X17 üzü Ukrainski kruqa tərəf yox əksinə bu tərəfə Neptun supermarketə tərəf gəlirsən Neptunun yanından sağa dönürsən 1000-1500 metr gedəndən sonra yolun solunda Araz supermarket çıxacaq. Araza çatmamış sola dönürsən dönəndə şlaqbaumu keçən kimi solunda butka olacaq butqanın giriş qapısının yanında kubikin altında 15 kola", xx.xx.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "sənin 5 dənə patıvı hara istəsən qoyallar götürərsən sənə görə bağlanacaq kalan milləti sarıma. 4169-7377-2311-79-47 Təqsirləndirilən şəxs2. Vur 60 manatı bu karta mənim kartımdır”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Narahat olma gətirəcəm indi sənə mal”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Sən götürdün tema?”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Nəşə hazırdı sonra demə mənə heçnə”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "İşimiz var tema götürməyə gedirik imkan ver işimizi görək”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Nəsə eləmək olar? Nağdı 2 dənə”, 05.01 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qulaq çöpünün qabında mal var götür”, xx.xx.2022-ci il tarixdə, saat 01:41-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə“Kartıvə pul atıram sənin 10-15 manat Ceyranda istəyir gələndə qalan pulu verəcək”, xx.xx.2022-ci il tarixdə, saat 03:14-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gəlirsiz? Yoldasan? Əli tələsir uje. İndi atkaz eləməsə yaxşıdır. 100 manat az deyil 3 dənə kolaya” məzmunlu mesajlar göndərilmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” qərardan (cild 02, iş vərəqə 104-127) görünür ki, X5 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, təqsirləndirilən şəxslərə göstərilən maddələrlə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə baxış keçirilən zaman çəkilən video görüntüləri özündə saxiayan 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi, ekspertiza tədqiqatlardan sonra qalıq çəkisi 10149,55 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması və Azərbaycan Respublikası DİN-in BMCMl-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd "Redmi” markalı mobil telefon aparatı iş üzrə sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Redmi" markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs2 atası X14 qaytarılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 134-135) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş, lakin o, ittihamla razılaşmayaraq imza etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 156-157) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş, lakin o, ittihamla razılaşmayaraq imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 aid şəxsi işdən və tibbi kitabçadan (cild 3, iş vərəqə 83-96) görünür ki, o, xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, həmin vaxt tibbi müayinədən keçmiş, lakin üzərində hər hansı xəsarətin olması qeydə alınmamışdır. Təqsirləndirilən şəxs2 aid şəxsi işdən, ona əlavə edilmiş sənədlərdən və tibbi kitabçadan (cild 3, iş vərəqə 97-120) görünür ki, o, BMCMİ-nin X18 təhvil verilərkən üzərinə baxış keçirilmiş və həmin vaxt onun burun nahiyəsinin üst hissəsində köhnə sıyrıq izləri aşkar edilmiş, Təqsirləndirilən şəxs2 burnunda olan köhnə sıyrıq izi ilə əlaqədar üzündə allergiya olması səbəbindən qaşıyaraq həmin izlərin yarandığını bildirmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə o, Bakı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmiş və həmin vaxt onun alnında, burnunun üst nahiyəsində və yanaqlarında açıq bənövşəyi rəngli qançır izləri aşkar edilmiş, həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılarkən aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan (cild 3, iş vərəqə 155) görünür ki, Təqsirləndirilən şəxs1 BMCMİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanılmış 19-C- 23 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-50/2022 saylı cavab məktubundan (cild 3, iş vərəqə 138) görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrilərinin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə BMCMİ-nin əməkdaşı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuniliyinin yoxlanılması məqsədi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin 3-6/2-5523/2023 saylı cavab məktubundan (cild 3, iş vərəqə 168) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5(103)-15/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 müdafiəçisi X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə Azərbaycan Respublikası DİN-in MBCMİ-nin əməkdaşı Şahid1 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarın qanunauyğun olması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinə əsasən cinayət işi apellyasiya instansiyası məhkəməsinə daxil olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdikləri müdafiəçiləri vasitəsi ilə suallar, o cümlədən müxtəlif vəsatətlər vermişlər, eləcə də irəli sürülmüş ittihamı ayrı-ayrılıqda mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın ayrı-ayrılıqda mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Həmçinin məhkəmə istintaqında müəyyən edilmişdir ki, digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın bir hissəsi - Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən, eləcə də dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca aktla). Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuş və həmin məlumatda təqsirləndirilən şəxslərin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi (əldə etmə, daşıma, saxlama, başqa şəxslərə vermə və sair) ilə məşğul olmaları göstərilmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri səlahiyyətli təhqiqatçı ilə birlikdə təqsirləndirilən şəxslərin qanunsuz əməllər törədəcəkləri yerə getmişlər. xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 taksi maşını ilə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığına getmişlər və cinayətin digər iştirakçısı/iştirakçıları tərəfindən həmin yerə əvvəlcədən qoyulmuş, içərisində külli miqdarda, yəni 10149,8 qram çəkidə narkotik vasitə heroin olan 1 (bir) ədəd sintetik kisəni götürmək üçün əvvəlcədən razılaşdırılmış yerə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 içərisində külli miqdarda narkotik vasitə heroin olan kisəni əlinə götürüb daşıyarkən (həmin vaxt digər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yanında olmuş) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün təxminən saat 20:20-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığında digər Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılmışdır. Əməliyyat qrupuna təhqiqatçı da daxil olduğundan həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə orada baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı kisənin içərisində göy rəngli torbada olan üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 5 (beş) ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1842,1 qram, 1950,6 qram, 1993,0 qram, 2213,6 qram və 2150,5 qram olmaqla, ümumi təmiz çəkisi 10149,8 qram (10 kq, 149,8 qram) narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən nəticə, həmçinin təqsirləndirilən şəxslərin saxlanıldığı yerdə keçirilmiş şəxsi axtarışı əks etdirən videogörüntüdən də açıq-aşkar görünür. Belə ki, həmin videogörüntüdən görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra onların üzərinə orada şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs1 əlində olan kisədən 5 (beş) ədəd bağlama aşkar olunmuş, həmin bağlamalarda isə narkotik vasitə heroinə oxşar vasitələr olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında ifadə verərək saxlanıldıqları yerə “Anuş” adlı şəxsin yerləşdirdiyi təxminən 10- 15 qram çəkidə narkotik vasitə heroini götürmək üçün getdiklərini, lakin həmin vasitəni götürməyə macal tapmadan polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, saxlanıldıqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə məruz qaldıqlarını, sonra həmin yerə başqa polis əməkdaşının əlində kisə ilə gəldiyini, həmin kisədə narkotik vasitə olmadığını, işgəncə nəticəsində onlardan etirafedici ifadələr alındığını, BMCMİ-nə aparılaraq orada da döyüldüklərini, həmin narkotik vasitələrin onlara məxsus olmadığını, lakin döyüldükdən sonra etirafedici ifadə verdiklərini bildirməklə ittihamı bütövlükdə mübahisələndirmişlər. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin ifadələrində göstərilmiş və müdafiə tərəfinin iddia etdiyi dəlilləri yoxlamaq və araşdırmaq məcburiyyətində qalmışdır. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış onlar saxlanıldığı yerdə keçirilmiş və həmin prosessual hərəkət videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Göstərilən prosessual hərəkətin qeydə alındığı videogörüntüyə baxış keçirildikdə, məlum olur ki, Təqsirləndirilən şəxs1 əlində kisə, kisənin içərisində isə 5 (beş) ədəd bağlamada narkotik vasitə heroinə oxşar vasitə var. Sorğu-sual zamanı hər iki təqsirləndirilən şəxs həmin əraziyə “Anuş” adlı şəxsin sifarişi ilə getdiklərini və sonuncunun dediyi yerdən külli miqdarda narkotik vasitə heroini başqa yerlərə yerləşdirmək məqsədi ilə götürdüklərini bildirmişlər. Videogörüntüdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində hansısa xəsarət izlərinin olmasını müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə aid şəxsi işin materialları və tibbi kitabçalar baxış keçirilməsi üçün tələb edilmiş və göstərilən sənədlərə məhkəmədə baxış keçirilmişdir. Həmin sənədlərə baxış keçirildikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı Bakı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində hər hansı xəsarət izi olmamışdır. Lakin digər Təqsirləndirilən şəxs2 üzərində bir neçə xəsarət izinin olması barədə qeydiyyat aparılmış və həmin vaxt Təqsirləndirilən şəxs2 həmin xəsarətləri həbs edilərkən aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 BMCMİ-nin MSY-yə təhvil verilərkən də üzərində xəsarətin olması barədə akt tərtib edilmiş, Təqsirləndirilən şəxs2 həmin aktda üzərində aşkar edilmiş xəsarət izlərinin onda mövcud olan allergiya nəticəsində qaşınması nəticəsində aldığını bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 üzərində xəsarətin olmasını təsdiq edən heç bir hal müəyyən edilməsə də, digər Təqsirləndirilən şəxs2 üzərində bir neçə xəsarət izinin olması müəyyən edildiyindən və bu barədə qeydiyyat aparıldığından məhkəmə tərəfindən hər iki təqsirləndirilən şəxsin iddia etdiyi hallar, yəni döyülmə və işgəncəyə məruz qalmaları barədə Nərimanov rayon prokurorluğuna qanunla müəyyən edilmiş qaydada müraciət edilmişdir. Məhkəmənin müraciəti əsasında Nərimanov rayon prokurorluğunda bu barədə araşdırma aparılmış, lakin polis əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa, müdafiə tərəfi təqsirləndirilən şəxslərin barəsində əməliyyat orqanı tərəfindən qəbul edilmiş və səlahiyyətli şəxs tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın qanuni hesab olunması barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda məhkəmədə araşdırılmış sms-yazışmalarından açıq-aşkar görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki olaraq narkotik vasitə və psixotrop maddələrinin qanunsuz alqı-satqısı ilə məşğul olmuşlar. Belə ki, həm Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvanlanmış, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa şəxslərə ünvanladığı sms-lərin (mesajların) yazılı mətnlərindən məlum olur ki, müxtəlif şəxslər jarqon terminlərdə ifadə olunan sözlərlə təqsirləndirilən şəxslərə müraciət edərək müxtəlif növdə, müxtəlif çəkidə və müvafiq keyfiyyətə malik olan narkotik vasitə və psixotrop maddələr almaq istədiklərini, habelə təqsirləndirilən şəxslər tərəfindən satılmış narkotik vasitə və psixotrop maddələrin keyfiyyəti və çəkisi barədə narazılıqlarını bildirmişlər. Həmçinin təqsirləndirilən şəxslər, ələlxüsus da Təqsirləndirilən şəxs2 müxtəlif şəxslərə müraciət edərək birazdan onda narkotik vasitə və psixotrop maddə olacağını, həmin vasitə və maddələri sata biləcəyini, bəzən onda narkotik vasitə və psixotrop maddə olmadığını, satdığı narkotik vasitə və psixotrop maddələri müəyyən yerlərə artıq yerləşdirdiyini, həmin yerlərin istiqamətini və “zaklatkanı” götürmək üçün getdiyini bildirmişdir. Göstərilən sms-lərin (mesajların) mahiyyəti onu göstərir ki, Təqsirləndirilən şəxs2 sanki narkotik vasitə və psixotrop maddələrlə əlaqədar “sahibkarlıq” fəaliyyəti ilə məşğul olaraq dəfələrlə müxtəlif şəxslərə narkotik vasitə və psixotrop maddə satmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 üzərində müəyyən xəsarətlərin qeydə alınması təsdiq edilsə də, həmin xəsarətlərin ona kimin tərəfindən və nə zaman, ələlxüsus hansı şəraitdə yetirilməsini müəyyən etmək mümkün olmamışdır. Bu hissədə məhkəmənin təşəbbüsü ilə prokurorluq orqanında araşdırma aparılsa da, həmin araşdırma nəticəsində də Təqsirləndirilən şəxs2 məhz polis əməkdaşları tərəfindən xəsarət yetirilməsini, eləcə də onun üzərində olan xəsarətlərin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra yaranmasını təsdiq etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 müxtəlif vaxtlarda üzərində olan xəsarətlər ilə bağlı müxtəlif fikirlər bildirsə də, yəni gah allergiyası olması səbəbindən qaşınma nəticəsində xəsarətin yaranmasını, gah da həbs edilərkən polis əməkdaşları tərəfindən həmin xəsarətlərin yetirilməsini göstərsə də, istinad etdiyi hallarla bağlı məntiqli və ağlabatan fikir söyləməmişdir. Məhkəmə istintaqında tədqiq edilməklə araşdırılan videogörüntüdən (şəxsi axtarışı əks etdirən) isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 döyülmələrini, işgəncəyə məruz qalmalarını, üzərlərində xəsarət izlərinin olmasını nəyinki müəyyən etmək mümkün olmamış, əksinə həmin videogörüntüdən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs1 əlində kisə olmuş, həmin kisənin içərisində 5 (beş) bağlamada 10 kiloqramdan çox narkotik vasitə heroin olmuş, habelə sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə götürmək üçün həmin yerə gəldiklərini, sonradan həmin narkotik vasitələri başqa yerlərə qoyacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra hadisə yerində şəxsi axtarışın aparılması həmin prosessual hərəkətin bilavasitə şəffaflığına dəlalət edən haldır. Bundan başqa, məhkəmə istintaqında ifadə verən Təqsirləndirilən şəxs1 həmin gün “Anuş” adlı şəxslə razılaşıb danışaraq həmin yerə 10-15 qram çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi götürmək üçün getdiyini, həmin narkotik vasitəni götürmək üçün Təqsirləndirilən şəxs2lə getdiyini və götürdüyü narkotik vasitənin bir hissəsini Təqsirləndirilən şəxs2 verəcəyini, Təqsirləndirilən şəxs2 isə ifadə verərək Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslərin hər ikisi məhkəmədə verdikləri ifadələrində hadisə yerinə “Anuş” adlı şəxsin yerləşdirdiyi 10-15 qram çəkidə narkotik vasitə heroini götürməyə getdiklərini bildirmişlər. Təqsirləndirilən şəxslər göstərilən məzmunda ifadə versələr də, onlarla “Anuş” adlı şəxsin arasında 10-15 qram çəkidə narkotik vasitə heroinlə bağlı razılığı ifadə edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Eyni zamanda təqsirləndirilən şəxslər iddia etdikləri 10-15 qram çəkidə narkotik vasitənin dəyərini ödəmələri barədə fikir bildirməmişlər, habelə bununla da bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Belə olduğu təqdirdə, yəni təqsirləndirilən şəxslərə 10-15 qram narkotik vasitə heroin satmağı vəd etmiş şəxsin qeyd edilən çəkidə narkotik vasitəni deyil, qat-qat çox olan çəkidə (10 kiloqramdan çox) narkotik vasitə heroini onlara verməsi, göndərməsi, çatdırması inandırıcı və ağlabatan deyil. Başqa sözlə, qanunsuz alqı-satqı zamanı dəyəri həddən çox miqdar təşkil edən narkotik vasitənin təqsirləndirilən şəxslərə verilməsi və ya sair formada təqdim edilməsi inandırıcı deyil. Yuxarıda göstərilənlər ona dəlalət edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə inkaredici ifadə verərkən səmimi olmamışlar və məhkəməyə yalan ifadə verməklə həqiqəti gizlətmək, eləcə də qanunsuz əməllərinə haqq qazandırmaq, o cümlədən mümkün qədər məsuliyyətdən yayınmaq məqsədi güdmüşlər. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin cinayətlərə görə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan olmalarını, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, onların yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, həmin vasitənin növünü, çoxlu sayda insanın sağlamlığına mühüm zərər vura bilməsini, habelə işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onlara təyin ediləcək cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxs tərəfindən verilmiş 145 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomanıya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin xx.xx.2022-ci il tarixli Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxs tərəfindən verilmiş 146 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin, kannabioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomanıya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10149,55 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə baxış keçirilən zaman çəkilən videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd "Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi" markalı mobil telefonun onun yaxın qohumu olan atası X14 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyən edilmədi. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10149,55 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə baxış keçirilən zaman çəkilən videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd "Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi" markalı mobil telefonun onun atası X14 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Telman Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-163/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-163/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver