Məhkəmə qərarları › İş №1(101)-1630/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1630/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1630/2024 17.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 2 fevral 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1(bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 iyul 2024-cü il tarixdə, saat 10:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə qeyrisi ilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri və narkotik vasitələri əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün qeyrisindən əldə edərək digər naməlum şəxslərə satmaq məqsədi ilə məlum olmayan tarixdə və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 258,416 qram psixotrop maddə metamfetamini, təmiz çəkisi 140,520 qram narkotik vasitə heroini və təmiz çəkisi 84,145 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımış, 27 yanvar 2024-cü il tarixdə, saat 15:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 7 nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən bir bükümdə təmiz çəkisi 4,603 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Daha sonra həmin tarixdə, saat 19:30 radələrində davam etdirilmiş əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən evinə baxış keçirilən zaman evin mətbəxində gizlətdiyi üzərində narkotik vasitə heroinə məxsus olan izlər olan 1 (bir) ədəd elektron tərəzi, bir bükümdə təmiz çəkisi 140,520 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir bükümdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan təmiz çəkisi 253,813 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4(dörd) bükümdə 15,632 qram, 47,330 qram, 17,135 qram və 3,988 qram olmaqla ümumi təmiz çəkisi 84,145 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək 1 may 2024-cü il tarixli ifadəsində göstərdi ki, o, saxlanılmamışdan əvvəl dırnaq ustası kimi gözəllik salonunda işləmiş, himayəsində doqquz yaşında bir azyaşlı uşağı vardır. O, 8-9 nəfər polis əməkdaşı tərəfindən ittihamda göstərilən yerdə, yəni Bilgəh qəsəbəsindəki anasının evində olarkən saxlanılmışdır. Belə ki, o həmin vaxt istifadəsində olan mobil telefon nömrəsini dəyişmək üçün başqa bir nömrə sifariş etmiş, çatdırılma xidmətinin zəngi ilə sonunculara “konum” göndərib özü də həmin ünvana yola düşdükdə polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən üzərində yalnız mobil telefonu və kirayə qaldığı evin açarı olmuş, narkotik vasitə və psixotrop maddə isə ümumiyyətlə üzərində olmamışdır. Yaşadığı məhlədə polis əməkdaşları ona şiddət, o cümlədən başından vuraraq fiziki təzyiq göstərməklə onları yaşadığı ünvana aparmasını tələb etdikdə o, polis əməkdaşlarını kirayə yaşadığı ünvana aparmış, sonuncular onun yaşadığı evin mətbəx otağına daxil olaraq oradan narkotik vasitələri götürüb həmin narkotik vasitələrin ona məxsus olmasını boynuna alması müqabilində onu buraxacaqlarını bildirmişlər. Onun evdə aşkar olunmuş narkotik vasitələrdən xəbəri olmamışdır. O, idarəyə aparıldıqdan sonra polis əməkdaşları ilə birgə yenidən öz evinə aparılmaqla orada videoçəkiliş aparılmış, bu zaman polis əməkdaşları onu qonaq otağında gözlətmiş, polis əməkdaşlarından Şahid1 mətbəxdə narkotik vasitə olduğunu deyib digər polis əməkdaşlarına həmin narkotik vasitəni götürməsini bildirmişdir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamış, o cümlədən narkotik vasitələri hər hansı yerə aparıb qoymamışdır. Onun mobil telefonunda narkotik vasitələrin satışına dair yazışmalar mövcud olsa da, həmin yazışmalar ona məxsus olmamış, o, ümumiyyətlə həmin işlərlə məşğul olmamışdır. Polis əməkdaşları onu azyaşlı qızı ilə hədələməklə nəyi və necə deməyi izah etməklə həmin formada deməsi və hərəkət etməsini tələb edərək üç gün ərzində azad olunacağını bildirməklə onu aldatmışlar. İbtidai istintaq zamanı ona qarşı fiziki zorakılıq və təzyiqlər olsa da, üzərində hər hansı xəsarət yaranmamışdır.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, ərinin bibisi nəvəsi olan X7 ilə 10 ildir rəfiqəlik münasibətlərində olmuş, sonuncu narkotik vasitələrin qanunsuz dövriyyəsi, habelə satışı ilə məşğul olmuş (təxminən 10 il), lakin onun sonuncunun həmin fəaliyyəti barədə 3-4 ildir məlumatı olmuşdur. Tamara Nəzərova 17 yanvar 2024-cü il tarixdə tutulmuşdur. Tamara Nəzərova narkotik vasitələrin satışı ilə məğul olduğundan sonuncunun ailəsi onu qəbul etməyərək evdən qovmuş, bu səbəbdən sonuncu küçədə qalmış, habelə Tamaranın əri və dostları da onun fəaliyyəti ilə əlaqədar saxlanılmışdır. O, Tamaranın əri saxlanıldıqdan sonra onun narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmişdir. Belə ki, Tamara saxlanılmamışdan əvvəl onun mobil telefonunu bir həftəlik, təxminən 2023-cü il dekabr ayından 2024-cü ilin yanvar ayınadək olan müddət ərzində istifadə etmiş, bu səbəbdən narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mobil telefonunda aşkar olunmuş sms-mesajlar və “konumlar” məhz Tamaraya məxsus olmuşdur. Tamara telefonunu ona qaytardıqdan sonra sonuncunun adından ona sevgilisi kimi təqdim etdiyi İranlı “Səccad” adlı şəxsə “Tamara bu yerdən o yerə gedir, vəsait filan yerə qoyulacaq və sair” tipli mesajlar göndərməsini bildirmiş, o da həmin məzmunda mesajları bir gün müddətində İranlı ”Səccad” adlı şəxsə göndərmişdir. Onun telefonunda İranlının nömrəsi olmuş, lakin adını telefonunda qeydə almamışdır. Tamara saxlanılarkən onun (Solmazın) evində olan narkotik vasitələrin, habelə onun (Solmazın) mobil telefonunda akar olunmuş narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair sms-mesajların ona (Tamaraya) məxsus olmasını etiraf etmişdir. Tamara Nəzərova yazışmalara 24 saatlıq vaxt rejimi tətbiq etdiyindən yazışmalar müəyyən müddət sonra silinmişdir. X14 hazırda harada saxlanılması barədə məlumatı yoxdur. Tamara Nəzərova narkotik vasitə istifadəçisi olduğundan onun (Tamaranın) qeyri-rəsmi nikahından anadan olmuş uşağı sonuncudan alınmış, bu səbəbdən Tamaranın uşağını hər hansı maddi qazanc güdmədən himayəsinə götürüb özü saxlamış, habelə qardaşı da (Solmazın) həmin uşağın saxlanılmasında ona köməklik göstərmişdir. Tamara Nəzərovanın ərinin adı X8r.

4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, onun iki ədəd mobil telefonu olmuş, həmin telefonlardan birini müvəqqəti istifadə üçün Tamaraya vermiş, bu zaman müvəqqəti istifadəyə verdiyi mobil telefonunun üzərində nömrə olmamış, yalnız özünün istifadə etdiyi “Whatsapp” proqramı olmuş, Tamara telefonu aldıqdan sonra üzərinə başqa nömrə qoymuş və sonuncunun deməsinə görə özünün aldığı nömrədən və həmin nömrə vasitəsilə adına açdığı “Whatsapp” proqramından istifadə etmiş, saxlanılmamışdan bir həftə əvvəl telefonu sonuncudan almış, onu (Tamaranı) evinə buraxmamışdır. O, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqsirsiz olduğunu bildirsə də, şok vəziyyətində olduğundan hazırda məhkəmə iclasında bildirdiklərini sonuncuya deməmişdir. Polis əməkdaşları onun buraxılması üçün ondan (Solmazdan) 1418 manat pul vəsaitini polis əməkdaşı Şahid1 yanında almaqla ona (Solmaza) məxsus bank kartı hesabından özlərinin bank kart hesabına köçürmə yolu ilə göndərmişlər. Şahid2 onun saxlanılmasında iştirak etməmiş, yalnız şəxsi axtarış və evinə baxış zamanı iştirak etmişdir. Ümumiyyətə Şahid2 tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət olmamışdır. Lakin polis əməkdaşı Şahid1 onu digər tanımadığı üç nəfər şəxslə birgə saxlamışdır.

5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 3 iyul 2024-cü il tarixli məhkəmə iclasında ifadəsinə əlavə edərək göstərdi ki, azyaşlı uşağı Əsnad hazırda anası X3 himayəsindədir. Tutulmazdan əvvəl anası ondan ayrı qalmış, o isə kirayədə qızı ilə birlikdə yaşamışdır. Birinci ərindən rəsmi olaraq boşanmış, ikinci dəfə başqa bir şəxslə ailə qurmuşdur. İkinci əri rəfiqəsi ilə birgə narkotik vasitənin satışı ilə məşğul olmuşdur. Həmin ərinin məcburiyyəti ilə videolar çəkib iranlı şəxsə göndərmişdir. Hazırda əri azadlıqdadır və həbs olunmamışdır. Mobil telefonundan aşkar edilmiş videogörüntülərdə narkotik vasitə və psixotrop maddələri tərəzidə çəkən şəxs özü olmuşdur. Belə ki, o həmin videoları çəkib İranlıya göndərmişdir. Əri və rəfiqəsindən bir dəfə polis orqanlarına şikayət etmişdir. Hazırda ərinin anket məlumatlarını və onun haqqında digər məlumatları açıqlamaq istəmir. Hazırkı cinayət işi üzrə tutulduqdan sonra əri və rəfiqəsi ilə danışarkən sonuncular onların adlarını verdiyi halda, “üzünə duraraq” narkotik vasitələri və psixotrop maddələri satmasını bildirəcəkləri ilə hədələmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində olan cinayət işinin yekunlaşdırılmasını və məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmamışdır. İki ədəd “Samsung” markalı mobil telefon aparatı vardır. İşlətdiyi “Samsung A31” markalı mobil telefon aparatında sim nömrə taxılmamış, həmin mobil telefon aparatında o, internet vasitəsi ilə vatsap proqramını ***- ***-**-** nömrə ilə işlədir. İkinci mobil telefonu “Samsung A54” markalıdır və ***-***-**-** sim nömrə ilə işlədir, vatsap proqramını isə ***-***-**-** saylı nömrə ilə istifadə edir. Təxminən bir-iki ay olar ki, o, “İnstagram” sosial şəbəkəsi və ya vatsap vasiəsilə İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxslə tanış olmuş, sonuncu +98***-***-**-** nömrəni işlətmişdir. “Səccad”la tanış olarkən sonuncu onun boşanmış qadın olmaqla tək azyaşlı qızına baxdığını, dolana bilmədiyini bilmiş, bu səbəbdən ona iş təklif etmişdir. O, iş barədə soruşduqda “Səccad” ona müxtəlif növdə narkotik vasitələri və psixotrop maddələri göndərəcəyini, həmin maddələri onun dediyi yerdən götürüb özündə saxlamağını, ona məkanların yerini göndərdikdə isə hissə-hissə onun dediyi narkotik vasitələrin miqdarını ölçüb həmin yerlərə qoymalı olmasını demiş, habelə bunun müqabilində ona 1000 manat məbləğində pul verəcəyini bildirmişdir. O, “Səccad”ın təklifi ilə razılaşmış, təxminən 20 gün əvvəl sonuncu ona vatsap vasitəsi ilə məkan atıb həmin ünvandan narkotik vasitələri və psixotrop maddələri götürməsini bildirmişdir. “Səccad”ın ona göndərdiyi məkan Qaradağ rayonunun ərazisində olmuş, həmin əraziyə gedib küçədəki içərisində müxtəlif növ narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi olan çəhrayı rəngli paketi götürüb yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanda gizlətmişdir. Bundan sonra vatsap vasitəsi ilə “Səccad”a narkotik vasitələrin onda olması barədə məlumat vermişdir. “Səccad” ona məkanlar göndərəcəyini, onun da həmin məkanlara dediyi miqdarda narkotik vasitələri və psixotrop maddələri qoyub uzaqlaşmasını demişdir. Onun işi həmin işləri görməkdən ibarət olmuşdur. Ona verilən narkotik vasitələri və psixotrop maddələri paylayıb qurtardıqda “Səccad” ona 1000 manat pul verəcəyini vəd etmişdir. Səccad ona həmin işin təhlükəsiz iş olmasını, habelə iz qalmaması üçün aralarındakı vatsap yazışmaları pozmasını demiş, o da sonuncunun dediyi kimi etmişdir. 27 yanvar 2024-cü il tarixdə, saat 15:30 radələrində “Səccad”ın göstərişi əsasında o, üzərinə bir büküm psixotrop maddə metamfetamini götürüb ünvan 7ndə yerləşən nömrəsiz evin yaxınlığında ona deyilən yerə bir bükümdə, evində elektron tərəzidə ölçüb qablaşdırma ilə birlikdə 6 qram təşkil edən, gödəkçəsinin sağ yan cibində saxladığı psixotrop maddə metamfetamini qoymaq üçün gəzişmişdir. 27 yanvar 2024-cü il tarixdə, saat 15:30 radələrində “Səccad”ın göstərişi əsasında o, üzərinə bir büküm psixotrop maddə metamfetamini götürüb Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Behbudov küçəsində yerləşən nömrəsiz evin yaxınlığına getmiş, orada olan zamanı ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onu Badamdar ərazisində yerləşən BNMİ-yə gətirmiş, orada hüquqları izah olunmaqla dövlət hesabına vəkillə təmin olunmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamin, həmin gödəkçəsinin sol yan cibindən isə iki ədəd istifadə etdiyi “Samsung” markalı mobil telefon aparatları, şəxsiyyət vəsiqəsi və evinin açarı aşkar olunaraq götürülmüşdür. Aşkar olunaraq götürülmüş “Samsung A31” markalı mobil telefon aparatında sim nömrə taxılmamış, həmin mobil telefon aparatını o, internet vasitəsi ilə vatsap proqramını ***-***-**-** nömrə ilə işlətmişdir. İkinci mobil telefonu “Samsung A54” markalı olmaqla ***-***-**-** sim nömrə ilə işlətmiş, vatsap proqramını ***-***-**-** saylı nömrə ilə istifadə etmişdir. O, polis əməkdaşlarına üzərindən aşkar olunaraq götürülmüş maddənin el arasında “patı” deyilən psixotrop maddə metamfetamin olmasını və həmin psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsdən götürdüyünü etiraf etmişdir. Evinin açarı ona qaytarılmış, aşkar olunmuş psixotrop maddə metamfetamin isə qablaşdırılaraq götürülmüşdür. Mobil telefon aparatları da ondan araşdırma zərurəti ilə əlaqədar olaraq götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab olaraq o, evində də narkotik vasitələr və psixotrop maddələr saxladığını bildirmiş və könüllü ərizə ilə müraciət edərək evinə baxış keçirilməsinə icazə vermişdir. Bundan sonra o, vəkili və polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri, ünvan 3-yə gəlmiş, orada mətbəxdə gizlətdiyi paketi çıxarıb polis əməkdaşlarına təqdim edib həmin paketdə narkotik vasitə heroin, narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və elektron tərəzi saxlanıldığını bildirmişdir. Həmin narkotik vasitələri və psixotrop maddəni və elektron tərəzini ona İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsin 20 gün əvvəl göndərdiyini, həmin narkotik vasitələri və psixotrop maddəni Qaradağ rayonunun ərazisindən götürüb evinə gətirməsini etiraf etmişdir. Evindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik vasitələri o, “Səccad” adlı İran islam Respublikasının vətəndaşından götürmüş, onları hissələrə bölüb müxtəlif ünvanlara çatdırmış, həmin ünvanların lokasiyasını və şəkillərini çəkib vatsapla “Səccad”a göndərmiş, sonuncu buna görə ona 1000 manat məbləğində pul verməyə söz vermişdir. Özü də həmin narkotik vasitələri və psixotrop maddələri digər şəxslərə satmış, “Səccad”a həmin narkotik vasitə və psixotrop maddələri satmasında köməklik göstərmişdir. O, əməlindən peşmandır, maddi imkanı pis olduğundan bu cinayəti törətmişdir. Özü narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə heç vaxt məşğul olmamışdır. Narkotik vasitə heroinin, qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin və elektron tərəzinin ondan aşkar olunub götürülməsi ilə əlaqədar olaraq protokol tərtib olunmuş, protokol və zərf tərəfindən imzalanmışdır. Polis bölməsinə gətirilərkən və polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı təzyiq olmamış, o heç bir bədən xəsarəti almamış, habelə onu polis bölməsində döyən olmamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 35-36; 54-57; 67-70;)

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

9. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 27 yanvar 2024-cü il tarixdə, səhər saatlarında idarəyə daxil olmuş əməliyyat məlumatında göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Bilna Daş karxanası küçəsi, ev 10, mənzil 22-də yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Həmin məlumata əsasən əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə, saat 15:30 radələrində ünvan 7ndə yerləşən nömrəsiz evinin yaxınlığında piyada hərəkət edən zamanı saxlanılıb idarəyə gətirilmişdir. İdarənin xidməti otağında Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsindən ötrü dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs huquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə vəkilin iştirakı ilə axtarış keçirilmiş, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən sellofana bükülmüş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər olan maddə aşkar edilib götürülmüşdür. Həmin gödəkçənin sol yan cibindən iki ədəd “Samsung” markalı mobil telefon cihazları, şəxsiyyət vəsiqəsi götürülmüşdür. Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş bir bükümdə olan ağ rəngli spesifik iyli maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni İran islam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsdən satış məqsədi ilə 20 gün əvvəl əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdə bükümlə birlikdə çəkisinin 6 qram olması müəyyən olunmuşdur. “Samsung” markalı mobil telefon cihazları və şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Təqsirləndirilən şəxs özünün narkotik vasitələrin qəbulu ilə məşğul olmadığını, pul qazanmaq məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri “Səccad” adlı şəxsdən əldə etdiyini, evində də külli miqdarda narkotik vasitələr və psixotrop maddələr saxladığını, həmin narkotik vasitələri və psixotrop maddələri iranlı “Səccad” adlı şəxsdən əldə etdiyini, “Səccad” adlı şəxsi görmədiyini, sonuncu ilə yalnız vatsap vasitəsi ilə əlaqə saxladığını, “Səccad” adlı şəxsin ona külli miqdarda narkotik vasitələri və psixotrop maddələri göndərərkən elektron tərəzi də göndərdiyini, “Səccadla” aralarında olan razılaşmaya əsasən o, “Səccadın” dediyi yerlərə narkotik vasitələri və psixotrop maddələri deyilən miqdarlarda qoymalı, bunun müqabilində isə sonuncu ona 1000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** sim nömrəni işlətdiyini qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs könüllü olaraq ərizə ilə müraciət edərək yaşadığı ünvan 6 ünvanında polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsi barədə protokol tərtib olunmuş, ucadan oxunmuş və imzalanmışdır. 27 yanvar 2024-cü il tarixdə, saat 19:30 radələrində Solmazın və vəkili Ramiz Mirzəyevin iştirakı ilə birincinin yaşadığı ünvan 6 ünvanına baxış keçirilmiş, baxış zamanı evin mətbəxində saxlanılan 1 (bir) ədəd çəhrayı rəngli paketin içərisindən 1(bir) ədəd elektron tərəzi, bir bükümdə narkotik vasitə heroinə və bir bükümdə psixotrop maddə metamfetaminə, 4(dörd) bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan maddələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, onları “Səccad” adlı şəxsin göstərişi əsasında deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi olduğunu səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs deməsinə görə gördüyü işin müqabilində “Səccad” ona 1000 manat məbləğində pul verməyə söz vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmadığını da bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, narkotik vasitə qurudulmuş marixuana və 1(bir) ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş və imzalanmışdır. Aşkar olunmuş maddələr isə yoxlanılması üçün ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, polis idarəsinə aparılarkən və ya orada olarkən, habelə sonradan o, hər hansı pis rəftara məruz qalmamış, ona qarşı hər hansı fiziki zor tətbiq olunmamış və sair qanunazidd hərəkətlər edilməmiş, eləcə də hər hansı vəd verməklə aldadılmamışdr.

10. Şahid1 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında özü və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, nəticədə təqsirləndirilən şəxs 27 yanvar 2024cü il tarixdə, saat 15:30 radələrində Bilgəh ərazisində saxlanılıb BNMİ-yə gətirilmiş, şəxsi axtarış zamanı üzərindən 1(bir) büküm psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin maddəni kimdən alması soruşulduqda İran vətəndaşı Səccad adlı şəxsdən əldə etdiyini, habelə sonuncunun deyəcəyi ünvanlara çatdırmaqla pul qazanacağını, o cümlədən evində də narkotik vasitə və narkotik vasitə qablaşdırmalarının olduğunu bildirmiş, həmin məlumat əsasında şəxsin yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı evin mətbəx otağından narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən, üzərindən, habelə evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə dair heç bir etirazını bildirməmiş, səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. O, Tamara Nəzərova adlı şəxsin 17 kq narkotik vasitə ilə saxlanılmasında iştirak etmiş, bildiyinə görə sonuncu barəsində cinayət işi məhkəməyə göndərilmişdir. X17 Nəcəfovadan əvvəl saxlanılmışdır. Hazırkı dövrədək İranlı “Səccad” adlı şəxsin şəxsiyyəti barəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

11. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən yerində onun üzərində hər hansı axtarış aparılmamış, ona qarşı hər hansı fiziki və ya sair təzyiq və ya təsir olmamış, onun üzərinə tərəflərindən hər hansı narkotik vasitə və ya psixotrop maddə qoyulmamış, habelə ondan və yaşadığı evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin üzərinə hər hansı əlavə edilməmişdir. Onlarda Təqsirləndirilən şəxs hər hansı konkret şəxsə əlbəəl şəxsən narkotik vasitə və psixotrop maddə satmasına dair məlumat olmamış, lakin əməliyyat məlumatında Təqsirləndirilən şəxs ona deyilən ünvanlara narkotik vasitə və psixotrop maddə qoymaqla kuryerlik edərək satışı ilə məşğul olması bildirilmişdir.

12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə, saat 15:30 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanında nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra həmin gün, saat 19:30 radələrində polis əməkdaşları tərəfindən onun yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evinə keçirilmiş baxış zamanı həmin evdən üzərində narkotik vasitə heroinə məxsus izlər olan 1 (bir) ədəd elektron tərəzi, habelə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 84,145 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktına görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra – mətndə Sabunçu RPİ-nin İŞ) müstəntiqi, polis mayoru X15 tərəfindən 28 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən ünvan 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə, saat 15:30-da ünvan 7 ünvanında nömrəsiz fərdi evin yaxınığında piyada hərəkət edərkən saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir (Cild 1, i.v. 3-10;).

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 5(008)- 95/2024 saylı qərarından görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 27 yanvar 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 2;).

16. “Şübhəli şəxsin tutulması haqqında” 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X13 tərəfindən müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə həmin tarixdə, saat 16:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ona ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 yanvar 2024-cü il tarixdə, saat 15:30 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 11; 20;).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 17:00-dan 17:10-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X13 tərəfindən həmin idarənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, həmçinin X5 iştirakı ilə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Protokoldan görünür ki, 27 yanvar 2024-cü il tarixdə, saat 15:30 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 7 ünvanında nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edərkən şübhəli şəxs qismində saxlanılaraq BNMİnin inzibati binasına gətirilmiş, orada sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd içərisində simkart nömrəsi olmayan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd açar aşkar edilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 6 (altı) qram olmuş, aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, iştirakçılar, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, 2 (iki) ədəd “Samsung" markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 1 (bir) ədəd açar isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Səccad” adlı şəxsdən 20 (iyirmi) gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan 1000 (min) manat qazandığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, bundan başqa yaşadığı ünvan 9 ünvanında ona məxsus narkotik maddə olduğunu, həmin mənzildə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən “Sony” markalı videokameradan istifadə etməklə videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə həmin tarixdə, saat 17:15-dən 18:00-dək protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 28-30;).

18. “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun razılıq ərizəsi əsasında 27 yanvar 2024-cü il tarixdə, saat 19:30-dan 19:45-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X13 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə ünvan 10 ünvanına baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin mətbəx otağında qutunun içərisindən 1 (bir) ədəd çəhrayı torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd sellofanda heroinə bənzər kütlə, 1 (bir) ədəd sellofanda metamfetaminə bənzər kütlə, 4 (dörd) ədəd sellofanda qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 158 (yüz əlli səkkiz) qram, metamfetaminə bənzər kütlənin çəkisi 261 (iki yüz altmış bir) qram, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 97 (doxsan yeddi) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, iştirakçılar, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Həmin mənzildən başqa qeyri-qanuni əşya, maddə və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu bildirməklə həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Səccad” adlı şəxsdən 20 (iyirmi) gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilən yerdən ayrıayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan 1000 ( birmin) manat pul qazandığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini, ona qarşı zorakılıq tətbiq olunmadığını bildirmişdir. İstintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokola əlavə edilməsi qeyd edilmişdir. Daha sonra həmin tarixdə, saat 20:50-dən saat 21:30-dək protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 31; 33-34;).

19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 27 yanvar 2024-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 9 dəqiqə 59 saniyə və 14 dəqiqə 46 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq Orxan Səmədov tərəfindən baxış keçirilməsinə dair 28 yanvar 2024-cü il tarixli “Video yazıya baxış keçirilməsi haqqında” protokollarla, habelə həmin videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə mənzilinə baxış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs və müdafiəçisi X6 iştirakı ilə birincinin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara həddən artıq rahat və ətraflı şəkildə cavab verməsi, xüsusilə mənzilinə baxış zamanı fəal olması müəyyən edilməklə, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən polis əməkdaşları tərəfindən yalnız Təqsirləndirilən şəxs göstərdiyi otağa (mətbəxə) daxil olaraq hər hansı axtarış aparmadan sonuncunun göstərdiyi yerdən təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin, habelə elektron tərəzinin götürülməsi müəyyən olunmuşdur (Cild 1, i.v. 50-53;).

20. “Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji (materialların) ekspertizasının 28 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/161-6/713 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazı və imzalar qeyd edilmiş zərfdə 1(bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 4,603 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlələr...” yazı və imzalar qeyd edilmiş zərfdə 1(bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 253,813 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1(bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 140,520 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4(dörd) ədəd şəffaf sellofanda hər birinin ayrıayrılıqda təmiz çəkiləri 15,692 qram, 47,330 qram, 17,135 qram və 3,988 qram olmaqla ümumi çəkisi 84,145 qram olan bitki mənşəli kütlələr tərkibinə görə eyni olub, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfin içərisində olan 1 ədəd üzərində izlər olan qara-boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümdə olan metamfetamin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetaminin təmiz çəkisi – 258,416 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq çəkisi – 258,316 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 140,520 qram, tədqiqata sərf edildi- 0,1 qram, qalıq çəkisi 140,420 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qurudulmuş marixuananın təmiz çəkisi - 84,145 qram, tədqiqata sərf edildi- 0,2 qram, qalıq çəkisi - 83,945 qram. Aparılmış tədqiqatın dəyərinin 70 (yetmiş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 40-45;).

21. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan olunmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 58-60;).

22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 4(008)- 57/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 yanvar 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərindən aşkar edildiyini bildirmiş, həmçinin ona ittiham edilmiş cinayətdə özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini məhkəmədən xahiş etmişdir (Cild 1, 77-78; Cild 2;).

23. “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, müstəntiq X15 tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd mobil telefona Təqsirləndirilən şəxs və onun müdafiəçisi R.M.Mirzəyevin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı “Samsung Galaxy A 31” markalı mobil telefon aparatının üzərində sim nömrə olmaması, mobil telefon aparatına “Whatsapp” proqramı yüklənməsi, həmin proqramın ***-***-**-** saylı nömrə ilə istifadə olunması müəyyən olunmuş, mobil telefon aparatının yaddaş fayllarında istintaq üçün maraq kəsb edən hər hansı başqa məlumat aşkar olunmamışdır. “Samsung Galaxy A54” markalı mobil telefon aparatına baxış keçirilərkən həmin mobil telefon aparatının üzərində ***-***-**-** sim nömrənin istifadə olunması, mobil telefon aparatına “Whatsapp” proqramı yüklənməsi, həmin “Whatsapp” proqramının ***- ***-**-** saylı nömrə ilə istifadə olunması, mobil telefon aparatının “kontaktlar” bölməsində İran İslam Respublikasına aid olan “+98*** *** ** **” Seccad İranlı, “+98911 ******* Xala” cəmi 6 ədəd nömrələrin olması müəyyən olunmuşdur. Mobil telefon aparatının “Whatsapp” bölməsinə daxil olanda +989 38 418 68 27 nömrəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair çoxsaylı danışıq və yazışmaların olması, bununla bağlı bir-birlərinə səs yazıları göndərmələri müəyyən edilmişdir. Mobil telefon aparatının qalereya hissəsində Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş videogörüntülər aşkar olunmuş, həmin videogörüntülərdə Təqsirləndirilən şəxs narkotik vasitələri ölçməsi, bölməsi və satması ilə məşğul olması qeydə alınmışdır. Protokolda Təqsirləndirilən şəxs mobil telefonundan götürülmüş məlumatların bir ədəd “DVD” diskə köçürülməsi, fotoşəkillərinin çəkilərək protokola əlavə edilməsi qeyd olunmuşdur. Habelə həmin protokola əlavə edilmiş bir ədəd “DVD” diskdəki videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə ətraflı baxış keçirilərkən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri izah verərək özü tərəfindən elektron tərəzidə çəkilməklə həmin proses isə əlbir olduğu digər şəxs və ya şəxslər tərəfindən videoyazıya alınmaqla görüntülərin əlbir olduqları digər şəxs və ya şəxslərə göndərilməsi, bununla əlaqədar müvafiq danışıq və yazışmaların olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin görüntülərdəki şəxsin özünün olduğunu, onu videoya çəkən şəxsin birgə yaşadığı şəxs olduğunu bildirərək həmin şəxsin anket məlumatlarını demək istəmədiyini göstərdi (Cild 1, i.v. 82-87;).

24. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 6 fevral 2024-cü il tarixli, 768 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 92-93;).

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş 8 fevral 2024-cü il tarixli məktubda göstərilmişdir ki, 2 fevral 1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicə almamışdır (Cild 1, i.v. 94;).

26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 9 fevral 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 95;).

27. “Doğum haqqında” AZ-İİİ№62963 nömrəli şəhadətnamədən və “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, 18 oktyabr 2014-cü il təvəllüdlü X1 Solmaz Aydın qızının övladıdır (Cild 1, i.v. 96; Cild 2;).

28. “Maddi sübut kimi tanınması haqqında” 1 mart 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 4,603 qram olan psixotrop maddə metamfetamin və onun yaşadığı evindən götürülmüş təmiz çəkisi 253,813 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 140,520 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 84,145 qram olan narkotik vasitə qurudulmuş marixuxana, habelə 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan qara-boz rəngli elektron tərəzi maddi sübut qismində tanınmaqla ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 258,316 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 140,420 qram narkotik vasitə heroin, qalıq çəkisi 83,945 qram narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi yekun məhkəmə qərarı qəbul olunanadək saxlanılması üçün Sabunçu RPİ-nin məsul saxlanışına verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində aparılmış “Şəxsi axtarış və götürmə haqqında” və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 (iki) ədəd DVD formatlı disk maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v.114-116;).

29. “İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” 10 mart 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələri Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə digər cinayət işinin ayrılması və Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Samsung A31”markalı, 1 (bir) ədəd “Samsung A54” markalı mobil telefon aparatı və üzərində olan ***-***-**-** saylı sim nömrənin Sabunçu RPİ-nin İŞ-də saxlanılması qərara alınmışdır (Cild 1, i.v.117-124;).

30. “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 10 mart 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələri Təqsirləndirilən şəxs satmış və sonuncunun qabaqcadan əlbir olduğu digər naməlum şəxs(şəxslər) barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmaqla istintaqı davam etdirilir (Cild 1, i.v. 125-127;).

31. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq X15 tərəfindən 27 mart 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 29 mart 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 19 aprel 2024-cü il tarixli qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilməklə Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir(Cild 1, i.v.134-142;).

32. Təqsirləndirilən şəxs 1 may 2024-cü il tarixli məhkəmə iclası zamanı öz xətti yazılmış müraciətini məhkəməyə təqdim edərək törətdiyi əməldən çox peşmanlıq çəkdiyini bildirməklə himayəsində azyaşlı qızının olmasının nəzərə alınmasını xahiş etmişdir(Cild 2;).

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 1000/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibbisanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12 və 13-cü bəndlərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həbs olunan zaman baş nahiyəsindən xəsarət aldığını bildirmiş, lakin bədəninə baxış zamanı hər hansı xəsarət izi və ya çapıq aşkar edilməmişdir (Cild 2;).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

35. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 228 sentyabrn 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

37. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

38. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

39. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

40. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

41. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların 109.1ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

42. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs qismində əldə edərək üzərində saxlamaqla daşıdığı, o cümlədən yaşadığı evdən aşkar edilmiş ümumilikdə 140,520 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının həmin növ narkotik vasitənin xeyli miqdarından təxminən 936 dəfədən, külli miqdarından isə təxminən 70 dəfədən artıq olması, habelə 258,416 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının həmin növ psixotrop maddənin xeyli miqdarından 1723 dəfədən, külli miqdarından isə təxminən 129 dəfədən artıq olması, o cümlədən çoxsaylı bükümlərə bükülmüş halda saxladığı 84,145 qram narkotik vasitə qurudulmuş marixuananın miqdarının həmin növ narkotik vasitənin xeyli miqdarından təxminən 16,8 dəfədən artıq olması, həmin narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərə aid olmaqla bükümlərə bükülmüş halda aşkar edilməsi, qeyriləri ilə qabaqcadan əlbir olaraq özünün qazanc əldə etmək məqsədilə ona bildirilmiş yerlərə narkotik vasitə və psixotrop madələri qoymaq məqsədinin olması ilə bağlı etirafedici ifadələri, o cümlədən qeyriləri ilə qabaqcadan əlbir olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil telefonundan aşkar edilmiş çoxsaylı vatsap yazışmaları və danışıqları, habelə narkotik vasitə və psixotrop maddələrin onun tərəfindən videoyazıya qeydə alınmaqla qeyrilərinə izah verilərək ölçülməsi, bükümlərə bölünməsi və nümayiş etdirilməsi, habelə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istehlakçısı olmaması onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

43. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

44. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

46. Hökmün 45-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

47. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmaması, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, mobil telefonunu 1 həftəlik müddətə tanışı Tamara Nəzərovaya verməsi, mobil telefonundan aşkar edilmiş yazışmaların və ünvanlara dair qeydlərin onun tərəfindən deyil, məhz Tamara Nəzərova tərəfindən aparılması, eləcə də sonuncunun deməsinə əsasən “Səccad” adlı şəxslə yalnız bir gün ərzində yazışması, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmaqla ondan buraxılması müqabilində 1418 manat pul alınması, eləcə də polis əməkdaşı Şahid2 onun saxlanılmasında iştirak etməməsi, polis əməkdaşı Şahid1 onu digər üç nəfər şəxslə birlikdə saxlaması ilə bağlı verdiyi ziddiyyətli ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

48. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

49. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 17-19, 22 və 33-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı orqana, habelə məhkəmə nəzarəti qaydasında 29 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə qapalı məhkəmə iclasında yalnız müdafiəçisinin iştirakı ilə baxılarkən məhkəməyə və vəkilinə məlumat verməmiş, habelə ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmişdir.

50. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

51. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

52. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

54. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

55. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

56. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

57. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

58. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

59. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, o cümlədən CM-in 59.2-ci maddəsinin tələbinə görə isə 33 yaşında olmaqla cavan olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğunun olmamasını, törətdiyi əməldən peşman olmasını bildirməsini və narkomaniya xəstəliyindən əziyyət çəkməməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

60. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

61. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın orta həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

62. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

63. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

64. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

65. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

66. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 27 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

67. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 yanvar 2024-cü il tarixdən hesablanmalıdır.

68. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

69. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 140,420 qram olan narkotik vasitə heroin, tədqiqatlardan sonra qalıq çəkisi 83,945 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqatlardan sonra qalıq çəkisi 258,316 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, 1 (bir) ədəd “Samsung A31” markalı mobil telefon və üzərində ***-***-**-** sim nömrəsi olan 1 (bir) ədəd “Samsung A54” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə, mənzilə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətləri zamanı çəkilmiş videoyazıların və Təqsirləndirilən şəxs mobil telefon cihazlarından götürülmüş məlumatların köçürüldüyü 3 (üç) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

70. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

71. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

72. İş üzrə mülki iddia verilməmişdir.

73. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

74. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

75. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 27 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 140,420 qram olan narkotik vasitə heroin, tədqiqatlardan sonra qalıq çəkisi 83,945 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqatlardan sonra qalıq çəkisi 258,316 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 1 (bir) ədəd “Samsung A31” markalı mobil telefon və üzərində ***-***-**-** sim nömrəsi olan 1 (bir) ədəd “Samsung A54” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar