Məhkəmə qərarları › İş №1(101)-1630/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1630/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1630/2025 01.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-3.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq xx.xx.1989-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olmaqla Yevlax rayonu, Nemətabad kəndində yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X1 Azərbaycan Respublikası CM-nin 144-1.2.1; 144-1.2.2 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: X4 qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui- istifadə etməklə, həmçinin zor tətbiqetmə hədəsi və hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edib təkrarən tamah niyyəti ilə iki və daha şox şəxs barəsində insan alveri cinayəti, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Belə ki, X4 tamah məqsədi ilə 10 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının İğdır şəhərinə getmiş Zərərçəkmiş şəxs3 ilə həmin şəhərdə yerləşən restoranların birində tanış olduqdan sonra birlikdə yaşadıqları evdə olan zaman onu İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd edib aldatma yolu ilə, eləcə də təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək qərarına gəlmiş, bu məqsədlə əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə ona hədəqorxu gəlmə, məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus ümumvətəndaş pasportunu götürüb saxlamaqla 2021-ci ilin oktyabr ayının ortalarından 30 dekabr 2021 -ci il tarixədək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürüb pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə 19 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə İğdır şəhərinə getmiş Zərərçəkmiş şəxs1 ilə 2024-cü ilin may ayının əvvəllərində həmin şəhərdə tanış olduqdan sonra İğdır şəhərində birlikdə yaşadıqları evdə olan zaman onu qeyd olunan şəhərdə restoranda işə düzəldəcəyini vəd edib aldatma yolu ilə, eləcə də təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək qərarına gəlmiş, bu məqsədlə əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə ona hədə-qorxu gəlmə, məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ümumvətəndaş pasportunu götürüb saxlamaqla 2024-cü ilin may ayının əvvəllərindən 23 iyul 2024-cü il tarixədək olan müddət ərzində İğdır şəhərində yerləşən yaşadıqları evdə kişi müştəriləri ilə görüşdürüb pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə 07 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və orada istintaqa məlum olmayan ünvanda yaşayan Zərərçəkmiş şəxs4 ilə 2024-cü ilin iyul ayının ortalarında mobil telefon vaitəsi ilə əlaqə saxlayaraq onu Türkiyə Respublikasının İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd edib aldatma yolu ilə təsir imkanlarından və zərərçəkmiş səxsin zəiflik vəzivvətindən suiistifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verib həmin şəhərə gəldikdən sonra İğdır şəhərində yerləşən kirayə tutduğu mənzilə yerləşdirməklə ona əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlmə, məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus ümumvətəndaş pasportunu götürüb saxlamaqla 2024-cü ilin iyul ayının ortalarından 2024-cQ ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürüb pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə 06 avaqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə İğdır şəhərinə getmiş Zərərçəkmiş şəxs2 ilə 08 avqust 2024-cü il tarixdə İğdır şəhərində yerləşən restoranların birində tanış olduqdan sonra onu Türkiyə Respublikasının İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd edib aldatma yolu ilə təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək qərarına gəlmiş, bu məqsədlə həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirib ona əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlmə, məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus ümumvətəndaş pasportunu götürüb saxlamaqla 08 avqust 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürüb pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1 və 299.3-cü maddələrinə əsasən cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr apararaq, hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 69-cu maddəsinə əsasən ağır cinayətlər məhkəmələri birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir. Ağır cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. Hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsinə əsasən xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması barədə məsələ hazırlıq iclasında müzakirə edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən hazırlıq iclasında müzakirə edilərək qəbul edilən qərarlardan biri də cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədədir. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-3.4-cü maddələri ilə ittiham elan edilmişdir. Verilmiş ittihamın mahiyyətindən aydın olur ki, istintaq orqanının qənaətinə əsasən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 , Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 kişi müştəriləri ilə görüşdürülüb pul ödənişləri müqabilində cinsi əlaqədə olmasının təşkil edilməsi ilə cinsi istismar edilməsində ifadə olunan iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayəti Türkiyə Respublikasını İğdır şəhərində yerləşən müxtəlif otellərdə törədilmiş, həmin əməl törədilməzdən əvvəl zərərçəkmiş şəxslər artıq Türkiyə Respublikasında yaşamışdır. Bundan başqa təqsirləndirilən şəxs tərəfindən cinsi istismara məruz qoyduğu qadınların passportunu insan alveri məqsədilə götürüb saxlaması əməlləri də Türkiyə Respublikasının İğdır şəhərində törədilmişdir. Məhkəmə onu da qeyd edir ki, 17 iyul 2025ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan da görünür ki, zərərçəkmiş şəxslərin Türkiyə Respublikasına özləri getməsi əsası ilə təqsirləndirilən şəxsin barəsində insan alveri qurbanının Azərbaycan Respublikası dövlət sərhəddindən keçməsi əlamətinin olmaması və barəsində Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsinə dair nəticəyə gəlinmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə elan edilmiş ittiham daxil olan bütün əməllər sonuncu tərəfindən Azərbaycan Respublikası sərhədləri hüdudlarından kənarda baş vermişdir. Bundan başqa məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin şəxsiyyəti ilə əlaqədar məlumatlar yoxlanılarkən təqsirləndirilən şəxs X1 axrncı yaşayış yerinin Yevlax rayonu, Nemətabad kəndi olması müəyyın edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ittiham tərəfinin mövqeyinə görə təqsirləndirilən şəxs X2 qarşı irəli sürülən qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin zor tətbiqetmə hədəsi və hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edib təkrarən tamah niyyəti ilə iki və daha şox şəxs barəsində insan alveri cinayəti, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərinin törədilməsi yeri Türkiyə Respublikası, sonuncunun yaşayış yeri isə Azərbaycan Respublikasının Yevlax rayonu, Nemətabad kəndi olmuşdur. Yevlax rayonu Şəki Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasına daxildir və bu səbəbdən hazırki cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Məhkəmə həmçinin təqsirləndirilən şəxs X1 barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılmasını zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 69, 74.3, 75.1, 155, 299.3.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. X1 Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-3.4-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. 2.Təqsirləndirilən şəxs X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri aidiyyəti üzrə müvafiq məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul olunanadək dəyişdirilmədən saxlanılsın. 3.Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat pul köçürülsün.

4. Bu qərarın surətinin 3 gün müddətində cinayət prosesinin tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova

Rasim Sadıxov

Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar