Məhkəmə qərarları › İş №1(101)-1631/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1631/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1631/2021 04.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1-də yerləşən nomrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1995-ci il tarixdə Hacıqabul rayonu, Birinci Udulu kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Birinci Udulu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Rza” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda ümumi təmiz çəkisi 54.466,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 12.870,485 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini, külli miqdarda ümumi təmiz çəkisi 2.587,2 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edən 499 ədəd narkotik vasitə metadon həbini və külli miqdarda ümumi təmiz çəkisi 10.100 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə psixotrop maddə metafetaminin 1 bükümdə olan 8,665 qramını Təqsirləndirilən şəxs2 vermiş, 1 bükümdə olan 11,520 qramını üzərində saxlamış, qalan psixotrop maddə metafetamini 4.985,1 qram, 984,6 qram, 928,2 qram, 977,3 qram, 4.975,1 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 5 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroini 4.996,1 qram, 4.989,7 qram, 597,2 qram, 957,1 qram, 967 qram, 984,1 qram, 988,2 qram, 4.997,1 qram, 5.003,6 qram, 5.004,4 qram, 4.990,8 qram, 4.991,6 qram, 5.011,9 qram, 4995,5 qram, 4.992,1 qram çəkidə olan hissələrə bölüb ayrıayrılıqda 15 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı 3.597,7 qram, 2.638,3 qram və 3.864,0 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda üç ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə tiryəki və qeyd edilən sayda narkotik vasitə metadon həbini bir ədəd bükümdə qablaşdırıb yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 fevral 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərilərində şəxsi axtarış aparılan zaman külli miqdarda, ümumi təmiz çəkisi 11,520 qram psixotrop maddə metafetamin Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 8,665 qram psixotrop maddə metafetamin Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 fevral 2021-ci il tarixdə saat 19:00-dan etibarən Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə öz razılığı və iştirakı ilə baxış keçirilən zaman külli miqdarda ümumi təmiz çəkisi 12.850,3 qram psixotrop maddə metafetamin 1 ədəd qəhvəyi rəngli kisənin içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 4.985,1 qram, 984,6 qram, 928,2 qram, 977,3 qram, 4.975,1 qram olmaqla 5 ədəd bağlamada, külli miqdarda ümumi təmiz çəkisi 54.466,4 qram narkotik vasitə heroin üç ədəd ağ rəngli kisənin içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 4.996,1 qram, 4.989,7 qram, 597,2 qram, 957,1 qram, 967 qram, 984,1 qram, 988,2 qram, 4.997,1 qram, 5.003,6 qram, 5.004,4 qram, 4.990,8 qram, 4.991,6 qram, 5.011,9 qram, 4.995,5 qram, 4.992,1 qram olmaqla 15 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 10.100 qram narkotik vasitə qurudulmuş marixuana 3.597,7 qram, 2.638,3 qram və 3.864,0 qram olmaqla 3 ədəd sellofan bağlamada külli miqdarda ümumi təmiz çəkisi 2.587,2 qram narkotik vasitə tiryək və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edən 499 ədəd metadon həbi 1 ədəd ağ rəngli kisənin içərisində olmaqla mənzilin yataq otağından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Rza” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda ümumi təmiz çəkisi 54.466,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 12.870,485 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini, külli miqdarda ümumi təmiz çəkisi 2.587,2 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edən 499 ədəd narkotik vasitə metadon həbini və külli miqdarda ümumi təmiz çəkisi 10.100 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə psixotrop maddə metafetaminin 1 bükümdə olan 8,665 qramını Təqsirləndirilən şəxs2 vermiş, 1 bükümdə olan 11,520 qramını üzərində saxlamış, qalan psixotrop maddə metamfetamini 4985,1 qram, 984,6 qram, 928,2 qram, 977,3 qram, 4975,1 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 5 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroini 4996,1 qram, 4989,7 qram, 597,2 qram, 957,1 qram, 967 qram, 984,1 qram, 988,2 qram, 4997,1 qram, 5003,6 qram, 5.004,4 qram, 4.990,8 qram, 4.991,6 qram, 5.011,9 qram, 4.995,5 qram, 4.992,1 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 15 ədəd bükümdə qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı 3.597,7 qram, 2.638,3 qram və 3.864,0 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 3 ədəd bükümdə qeyd edilən çəkidə narkotik vasitə tiryəki və qeyd edilən sayda narkotik vasitə metadon həbini 1 ədəd bükümdə qablaşdırıb yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədİ qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 fevral 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərilərində şəxsi axtarış aparılan zaman külli miqdarda, ümumi təmiz çəkisi 11,520 qram psixotrop maddə metafetamin Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, 1 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 8,665 qram psixotrop maddə metafetamin Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvann sol yan cibindən 1 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 fevral 2021-ci il tarixdə saat 19:00-dan etibarən Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə öz razılığı və iştirakı ilə baxış keçirilən zaman külli miqdarda ümumi təmiz çəkisi 12.850,3 qram psixotrop maddə metafetamin bir ədəd qəhvəyi rəngli kisənin içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 4.985,1 qram, 984,6 qram, 928,2 qram, 977,3 qram, 4.975,1 qram olmaqla 5 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 54.466,4 qram narkotik vasitə heroin 3 ədəd ağ rəngli kisənin içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 4.996,1 qram, 4.989,7 qram, 597,2 qram, 957,1 qram, 967 qram, 984,1 qram, 988,2 qram, 4.997,1 qram, 5.003,6 qram, 5.004,4 qram, 4.990,8 qram, 4.991,6 qram, 5.011,9 qram, 4.995,5 qram, 4.992,1 qram olmaqla 15 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 10.100 qram narkotik vasitə qurudulmuş marixuana 3.597,7 qram, 2.638,3 qram və 3.864,0 qram olmaqla 3 ədəd sellofan bağlamada külli miqdarda ümumi təmiz çəkisi 2.587,2 qram narkotik vasitə tiryək və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edən 499 ədəd metadon həbi 1 ədəd ağ rəngli kisənin içərisində olmaqla mənzilin yataq otağından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayının 10-na qədər 166 yük daşıma və logistika xidmətində sürücü işləmişdir. Lakin maaşı az olduğu üçün ailəsini dolandıra bilməmişdir. Buna görə də asan yolla pul qazanmaq fikrinə düşmüşdür. 2017-ci il tarixində İran İslam Respublikasında olduğu zaman həmin yerdə Rza adlı şəxs ilə tanış olmuşdur. Rza ilə münasibəti çox yaxşı olmuşdur. Buna görə də onunla tutulan günə qədər münasibəti olmuşdur. Lakin Rzanın narkotik vasitənin satışı ilə məşğul olmasından xəbəri olmamışdır. 2020-ci ilin dekabr ayının ortalarında Rza ilə danışanda maddi imkanının zəif olduğunu bildirdikdə Rza narkotik vasitə göndərəcəyini, ünvanlara çatdırmağını və müqabilində yaxşı pul verəcəyini demişdir. O da narkotik vasitəni əlbəəl satmayacağı üçün razılıq vermişdir. Çünki düşünmüşdür ki, Rzanın dediyi ünvana narkotik vasitəni qoyub oradan uzaqlaşacaq, heç kim də onu tuta bilməyəcək. Həm də Rza birinci dəfə dediyi ünvanlara narkotik vasitə çatdırmağı müqabilində 8.000 manat pul verəcəyini vəd etmişdir. Həvəslənib Rza ilə razılaşmışdır. Buna görə də Rza 2020-ci ilin dekabr ayının ortalarında birinci dəfə ona 10 kq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metafetamin göndərmişdir ki, onun dediyi ünvanlara qoysun. Həmin 10 kq narkotik vasitə heroin və psixotrop maddə metafetamini Masallı-Yardımlı yolunun 47-ci kilometrliyində su arxının yanından 1 ədəd çantada götürüb Rzanın dediyi ünvanlara çatdırmışdır. Bunun müqabilində 8.000 manat pul almışdır. Rahat olduğu üçün bu işi davam etdirmək qərarına gəlmişdir. Rza ilə danışanda yenidən narkotik vasitə göndərməyini bildirmişdir. O da 2021 -ci ilin yanvar ayının 5-də yenidən 35 kq narkotik vasitə göndərmişdir. Yenə də həmin narkotik vasitəni Masallı-Yardımlı yolunun 47-ci kilometrliyində Yardımlı rayonu ərazisindəki su arxının yanından 2 ədəd kisədə götürmüşdür. Həmin narkotik vasitələri də deyilən ünvanlara çatdırmışdır. Lakin həmin narkotik vasitənin pulunu almamışdır. Çünki Rza həmin pulu yenidən göndərəcəyi narkotik vasitənin pulu ilə birlikdə verəcəyini demişdir. Elə həmin ərəfələrdə xalası oğlu Təqsirləndirilən şəxs2 onun yaşadığı ünvana gəlmişdir. 2021-ci ilin yanvar ayının əvvəlləri Səbuhi ilə söhbət edən zaman narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmiş və demişdir ki, narkotik vasitəni deyilən ünvana çatdıraraq pul alır. Lakin Səbuhiyə narkotik vasitəni Rza adlı şəxsdən aldığını və kirayə yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını bildirməmişdir. Çünki xalası oğlu olmasına baxmayaraq qorxmuşdur ki, Səbuhi bu barədə kiminsə yanında deyər, tutular. Səbuhinin maddi vəziyyətinin ağır olduğunu bildiyindən 1 fevral 2021-ci il tarxində səhər saatlarında işə gedərkən Sebuhinin cibinə 200 manat pul qoymuşdur. Sonuncu dəfə 1 fevral 2021-ci il tarixdə Rza Masallı-Yardımlı yolunun 47-ci kilometrliyində Yardımlı rayonu ərazisindəki su arxının yanında 6 ədəd kisədə narkotik vasitə qoyduğunu və götürməyini bildirmişdir. O da razılaşıb həmin 6 ədəd kisəni qeyd edilən ünvandan götürmüşdür. Həmin kisələrin dördü ağ rəngli, biri qara rəngli, biri isə qəhvəyi rəngli olmuşdur. Həmin kisələri götürüb kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə gətirmişdir. Həmin vaxt evdə Səbuhi olmamışdır. Səbuhinin bundan xəbərinin olmamasını istədiyindən kisələri kirayə yaşadığı evdə köhnə əşyalar yığılan otağa qoymuşdur. 2 fevral 2021-ci il tarixdə saat 15:00 radələrində yaşadığı evin qarşısında xalası oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, ilk əvvəl əynində olan tünd göy rəngli qalın gödəkcəsinin sol yan cibindən yaşadığı evin açarlarını, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Redmi&quot” markalı mobil telefonunu, 43 manat pulu və həmin şalvarın sağ yan cibindən 1 ədəd içərisində psixotrop maddə metafetamin olan sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Üzərinə şəxsi axtarış davam etdirilsə də, başqa heç nə aşkar edilməmişdir. Yaşadığı mənzilin açarı və 43 manat pul özünə qaytarılsa da, ona məxsus 1 ədəd mobil telefon götürülmüşdür. Təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş və həmin bükümün içərisindən psixotrop maddə metafetamin aşkar edilmişdir. Həmin psixotrop maddə metafetamin elektron ərəzidə çəkilmiş, daha sonra zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Polis əməkdaşlarının ona verdiyi suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdəki psixotrop maddə metafetamindir, həmin maddəni 1 fevral 2021-ci il tarixdə Masallı-Yardımlı yolunda yolun kənarından götürmüş, həmin maddələri İran islam Respublikasının vətəndaşı Rza adlı şəxs göndərmiş, bundan başqa yolun kənarından götürdüyü narkotik tərkibli maddələrin böyük bir hissəsini kirayə yaşadığı evdə saxlamışdır. Üzərinə şəxsi axtarış keçirildikdən sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilib ucadan oxunmuş və həmin protokola imza etmişdir. Daha sonra yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Mənzildə olan qaranlıq otaqda saxladığı kisələri göstərərək içərisində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Baxış zamanı 4 ədəd ağ rəngli, 1 ədəd qara rəngli və 1 ədəd qəhvəyi rəngli kisələr içərisində olan maddələr ilə birlikdə mənzilin qonaq otağına gətirilmişdir. Qara rəngli kisəyə baxış keçirilən zaman içərisindən 3 ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin sellofanlarda narkotik vasitə qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Bundan sonra qəhvəyi rəngli kisəyə baxış keçirilən zaman içərisindən 5 ədəd sellofan bağlamada psixotrop maddə metafetamin aşkar edilmişdir. Həmin 4 ədəd ağ rəngli kisələrdən 3 ədədinin hər birinin içərisindən 4 ədəd sellofan bağlama aşkar edilmişdir. Üçüncü bağlamadan əlavə olaraq aşkar edilmiş plastik qabın içərisindən 3 ədəd əlavə sellofan bağlama olması müəyyən edilmişdir. Hər üç kisənin içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Dördüncü ağ rəngli kisənin içərisindən 1 ədəd qara rəngli sellofan büküm və 1 ədəd içərisində narkotik maddə tiryək aşkar edilmişdir. Qara rəngli bükümə baxış keçirilən zaman içərisində həblər aşkar edilmişdir. Həmin həblərin üzərində “Metadon-40” sözlərinin yazılması və ümumi sayının 499 ədəd olması müəyyən edilmişdir. Həmin həblər və tiryək sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Bundan sonra aşkar edilmiş maddələr elektron tərəzidə çəkilib ümumilikdə 5 kisədə və 1 sellofan torbada qablaşdırılmışdır. Qablaşdırıldıqdan sonra üzəri möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Yaşadığı ünvandan aşkar edilmiş maddələri 1 fevral 2021-ci il tarixdə Masallı-Yardımlı yolunda, Yardımlı rayonu ərazisində yolun kənarından götürdüyünü, həmin yerə narkotiki İran İslam Respublikasının vətəndaşı olan “Rza” adlı şəxsin qoydurduğunu, götürdüyü maddələri ona deyilən yerlərə qoyduqdan sonra 8.000 manat pul göndərilməli olduğunu qeyd etmişdir. Bundan sonra videoçəkiliş qurtarmış, protokol tərtib edilərək ucadan oxunmuş və həmin protokola imza etmişdir. Rza gördüyüm işlər müqabilində ona ümumilikdə 16.000 manat pul verməli olmuşdur. Tutulan zaman üzərində 1 büküm psixotrop maddə metafetamin olmuşdur. Rzanın narkotik maddələri haradan, necə alıb gətirməsini və ona kimin vasitəsi ilə göndərdiyini bilməmişdir. Göndərilən narkotik maddələri əlbəəl verməmişdir. Evində narkotik vasitə saxladığını Səbuhidən gizlətmişdir. Səbuhiyə hər hansı yerə qoyması üçün narkotik vasitə verməmişdir. Səbuhiyə 200 manat pulu maddi vəziyyətinin ağır olduğunu bildiyi üçün vermişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Rzadan razılaşdıqları pulu tutulduğu üçün ala bilməmişdir. Üzərinə şəxsi axtarış və yaşadığı evə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, 2021-ci ilin yanvar ayının 10-nu tarixinə qədər 166 yük daşıma və logistika xidmətində sürücü işləmişdir. Lakin maaşı az olduğu üçün ailəsini dolandıra bilməmişdir. Buna görə də asan yolla pul qazanmaq fikrinə düşmüşdür. 2017-ci il tarixdə İran İslam Respublikasında olduğu zaman həmin yerdə Rza adlı şəxs ilə tanış olmuşdur. Rza adlı şəxs ilə münasibəti çox yaxşı olmuşdur. Buna görə də onunla tutulan günə qədər münasibəti olmuşdur. Lakin onun narkotik vasitənin satışı ilə məşğul olmasından heç bir xəbəri olmamışdır. 2020-ci ilin dekabr ayının ortalarında Rza adlı şəxs ilə danışanda maddi imkanının zəif olduğunu bildirmişdir. Rza adlı şəxsdə narkotik vasitə göndərəcəyini, ünvanlara çatdırmağı və müqabilində yaxşı pul verəcəyini bildirmişdir. Narkotik vasitəni əlbəəl satmayacağı üçün razılıq vermişdir. Çünki düşünmüşdür ki, Rza adlı şəxsin dediyi ünvana narkotik vasitəni qoyub oradan uzaqlaşacaq, heç kimdə onu tuta bilməz. Həmdə Rza adlı şəxs birinci dəfə dediyi ünvanlara narkotik vasitə çatdırmağı müqabilində 8.000 manat pul verəcəkdir. Həvəslənib onunla razılaşmışdır. Buna görə də iranlı Rza adlı şəxs 2020-ci ilin dekabr ayının ortalarında birinci dəfə ona 10 kq çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamin göndərmişdir ki, onun dediyi ünvanlara qoysun. Həmin 10 kq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Masallı-Yardımlı yolunun 47-ci kilometrliyində su arxının yanından bir ədəd çantada götürüb onun dediyi ünvanlara çatdırmışdır. Bunun müqabilində 8.000 manat pul almışdır. Rahat olduğu üçün bu işi davam etdirmək niyətində olmuşdur. Rza adlı şəxs ilə danışanda yenidən narkotik vasitə göndərməyini bildirmişdir. O da 2021 -ci ilin yanvar ayının 5- də yenidən 35 kq narkotik vasitə göndərmişdir. Yenə də həmin narkotik vasitəni Masallı-Yardımlı yolunun, 47-ci kilometrliyində Yardımlı rayonu ərazisindəki su arxının yanından iki ədəd kisədə götürmüşdür. Həmin narkotik vasitələri də deyilən ünvanlara çatdırmışdır. Lakin həmin narkotik vasitənin pulunu almamışdır. Çünki yenidən göndərəcəyi narkotik vasitənin pulu ilə birlikdə həmin pulu verəcəkdir. Elə həmin ərəfələrdə xalası oğlu Təqsirləndirilən şəxs2 onun yaşadığı ünvana gəlmişdir. 2021-ci ilin yanvar ayının əvvəlləri onunla söhbət edən zaman narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmişdir və demişdir ki, narkotik vasitəni deyilən ünvana çatdıranda pul almışdır. Lakin ona narkotik vasitəni İranlı Rza adlı şəxsdən aldığını və kirayə yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını bildirməmişdir. Çünki xalası oğlu olmasına baxmayaraq qorxmuşdur ki, kiminsə yanında deyər, tutular. 21 yanvar 2021-ci il tarixdə Rza adlı şəxs ona bildirmişdir ki, narkotik vasitə və psixotrop maddə istəyən şəxslər var, buna görə də 1 ədəd bükümdə narkotik vasitəni və 1 ədəd bükümdə psixotrop maddəni yaşadığı evin yaxınlığındakı hündür evin hasarının dibinə qoy. Buna görə 200 manat xalası oğlu Təqsirləndirilən şəxs2 pul vermişdir ki, 1 ədəd bükümdə psixotrop maddə metafetamini ünvana çatdırsın. Səbuhi də etiraz etmədən razılaşmış, pulu götürüb cibinə qoymuş və 1 ədəd sellofanda olan 2 ədəd bükümü deyilən ünvana çatdırmışdır. Həmin günün səhəri, 22 yanvar 2021-ci il tarixdə o, yenidən 1 ədəd bükümdə psixotrop maddə metafetamini Səbuhiyə vermişdir ki, əvvəl qoyduğu ünvana qoyub gəlsin. Səbuhi də etiraz etmədən razılaşmış və metafetamini dediyi ünvana qoyub evə qayıtmışdır. Bu dəfə onun psixotrop maddə daşımağına görə pul verməmişdir. Sonuncu dəfə 1 fevral 2020-ci il tarixdə Rza adlı şəxs Masallı-Yardımlı yolunun 47- ci kilometrliyində Yardımlı rayonu ərazisindəki su arxının yanında 6 ədəd kisədə narkotik vasitə qoyduğunu və götürməyini bildirmişdir. Razılaşıb həmin 6 ədəd kisəni qeyd edilən ünvandan gedib götürmüşdür. Həmin kisələrin dördü ağ rəngli, biri qara rəngli, biri isə qəhvəyi rəngli olmuşdur. Həmin kisələri götürüb kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə gətirmişdir. Həmin vaxt evdə Səbuhi olmamışdır. Səbuhinin bundan xəbərinin olmamasını istədiyindən kisələri kirayə yaşadığı evdə köhnə əşyalar yığılan otağa qoymuşdur. 2 fevral 2021-ci il tarixdə saat 15:00 radələrində yaşadığı evin qarşısında xalası oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, ilk əvvəl əynində olan tünd göy rəngli qalın gödəkcəsinin sol yan cibindən yaşadığı evin açarlarını, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Redmi&quot” markalı mobil telefonunu, 43 manat pulu və həmin şalvarın sağ yan cibindən 1 ədəd içərisində psixotrop maddə metafetamin olan sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Üzərinə şəxsi axtarış davam etdirilsə də, başqa heç nə aşkar edilməmişdir. Yaşadığı mənzilin açarı və 43 manat pul özünə qaytarılsa da, ona məxsus 1 ədəd mobil telefon götürülmüşdür. Təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş və həmin bükümün içərisindən psixotrop maddə metafetamin aşkar edilmişdir. Həmin psixotrop maddə metafetamin elektron ərəzidə çəkilmiş, daha sonra zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Polis əməkdaşlarının ona verdiyi suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdəki psixotrop maddə metafetamindir, həmin maddəni 1 fevral 2021-ci il tarixdə Masallı-Yardımlı yolunda yolun kənarından götürmüş, həmin maddələri İran islam Respublikasının vətəndaşı Rza adlı şəxs göndərmiş, bundan başqa yolun kənarından götürdüyü narkotik tərkibli maddələrin böyük bir hissəsini kirayə yaşadığı evdə saxlamışdır. Üzərinə şəxsi axtarış keçirildikdən sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilib ucadan oxunmuş və həmin protokola imza etmişdir. Daha sonra yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Mənzildə olan qaranlıq otaqda saxladığı kisələri göstərərək içərisində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Baxış zamanı 4 ədəd ağ rəngli, 1 ədəd qara rəngli və 1 ədəd qəhvəyi rəngli kisələr içərisində olan maddələr ilə birlikdə mənzilin qonaq otağına gətirilmişdir. Qara rəngli kisəyə baxış keçirilən zaman içərisindən 3 ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin sellofanlarda narkotik vasitə qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Bundan sonra qəhvəyi rəngli kisəyə baxış keçirilən zaman içərisindən 5 ədəd sellofan bağlamada psixotrop maddə metafetamin aşkar edilmişdir. Həmin 4 ədəd ağ rəngli kisələrdən 3 ədədinin hər birinin içərisindən 4 ədəd sellofan bağlama aşkar edilmişdir. Üçüncü bağlamadan əlavə olaraq aşkar edilmiş plastik qabın içərisindən 3 ədəd əlavə sellofan bağlama olması müəyyən edilmişdir. Hər üç kisənin içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Dördüncü ağ rəngli kisənin içərisindən 1 ədəd qara rəngli sellofan büküm və 1 ədəd içərisində narkotik maddə tiryək aşkar edilmişdir. Qara rəngli bükümə baxış keçirilən zaman içərisində həblər aşkar edilmişdir. Həmin həblərin üzərində “Metadon-40” sözlərinin yazılması və ümumi sayının 499 ədəd olması müəyyən edilmişdir. Həmin həblər və tiryək sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Bundan sonra aşkar edilmiş maddələr elektron tərəzidə çəkilib ümumilikdə 5 kisədə və 1 sellofan torbada qablaşdırılmışdır. Qablaşdırıldıqdan sonra üzəri möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Yaşadığı ünvandan aşkar edilmiş maddələri 1 fevral 2021-ci il tarixdə Masallı-Yardımlı yolunda, Yardımlı rayonu ərazisində yolun kənarından götürdüyünü, həmin yerə narkotiki İran İslam Respublikasının vətəndaşı olan “Rza” adlı şəxsin qoydurduğunu, götürdüyü maddələri ona deyilən yerlərə qoyduqdan sonra 8.000 manat pul göndərilməli olduğunu qeyd etmişdir. Bundan sonra videoçəkiliş qurtarmış, protokol tərtib edilərək ucadan oxunmuş və həmin protokola imza etmişdir (cild 1, iş vərəqə 97-102 və 123-127). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən 3 ay əvvəl narkotik vasitənin “nəşə” növündən istifadə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin digər növlərindən istifadə etməmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərinə qohumlarına baş çəkmək üçün gəlmişdir. Bunun üçün xalası oğlu Təqsirləndirilən şəxs1gilə gəlmişdir. 1 fevral 2021-ci il tarixdə səhər saatlarında işə getdiyi zaman Qadir maddi vəziyyətinin yaxşı olmadığını bildiyindən onun cibinə 200 manat pul qoymuşdur. 2 fevral 2021-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-cİ mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında qohumu Qadir ilə birlikdə piyada gəzən zaman bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib özlərini təqdim edərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmələrini xahiş etmişlər. Onlar da etiraz etməyərək razılaşıb polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. Baş İdarədə şübhəli şəxs qismində tutulmuşlar və hər birinə ayrı-ayrılıqda müdafiəçi təyin edilmişdir. Hər birinin üzərinə ayrı-ayrılıqda şəxsi axtarış aparılacağı bildirilmişdir. İlk olaraq Qadirin üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi üçün otağa daxil olmuşlar. Polis əməkdaşları ilə birlikdə müdafiəçisi də şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış başlayanda təhqiqatçı üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmişdir. O da üzəridə olan olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonunu, 1 ədəd şəxsiyyət vəsiqəsini, həmin şalvarının sol yan cibindən 44 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş 44 manat pul qaytarılsa da, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Qadirin yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxlamasından xəbəri olmamışdır. 1 büküm psixotrop maddə metafetamin polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, təxminən 3 ay bundan əvvəl narkotik vasitənin nəşə növündən istifadə etmişdir. Narkotik vasitənin və psixotrop maddənin digər növlərindən istifadə etməmişdir. Lakin son zamanlar maddi vəziyyəti yaxşı olmamışdır. Ona görə də pul qazanmaq üçün yollar axtarmışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərinə qohumlarına baş çəkmək üçün gəlmişdir. Bunun üçün xalası oğlu Təqsirləndirilən şəxs1gilə gəlmişdir. Xalası oğlu Qadir ilə münasibəti çox yaxşıdır, düşmənçilik və ya ədavəti olmamışdır. Qadirgildə olan zaman Qadir ona narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmişdir. Əslində Qadirin bu işindən qorxmuşdur. Çünki bilmişdir ki, narkotik satmaq ağır cinayətdir. Qadir ona narkotik vasitəni əlbəəl satmadığını, ancaq deyilən ünvanlara qoyduğunu bildirmişdir. Hətta o, 21 yanvar 2021-ci il tarixdə 1 ədəd sellofanın içərisində birində narkotik vasitə heroin, digərində psixotrop maddə metafetamin olmaqla 2 ədəd bükümdə ona vermişdir ki, onun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığındakı hündür evin arxasındakı hasarın dibinə qoysun. Həmin evin tikintisi tam başa çatmadığından orada adam yaşamamışdır. Hələ həmin sellofanları aparmamış Qadir onun cibinə 200 manat pul qoymuşdur. Həmin 200 manatı da narkotik vasitəni və psixotrop maddəni onun dediyi ünvana aparmağı üçün vermişdir. Həmin narkotik vasitə və psixotrop maddəni dediyi ünvana aparıb qoymuşdur və oradan uzaqlaşıb Qadirin kirayə yaşadığı ünvana gəlmişdir. Qadirə narkotik vasitəni və psixotrop maddəni deyilən ünvana çatdırdığını bildirmişdir. 22 yanvar 2021ci il tarixdə axşam saatlarında Qadir ona 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin verərək, həmin yerə yəni, evlərinin yanındakı hündür evin hasarının dibinə qoymağını bildirmişdir. Razılaşıb həmin 1 ədəd bükümdə psixotrop maddə metafetamini götürüb həmin ünvana aparıb qoymuş evə qayıtmış və bu barədə Qadirə bildirmişdir. Bu işdən qazanc əldə etsə də, tutulmaqdan qorxmuşdur. Qadirin evində nə qədər narkotik vasitə və psixotrop maddə saxlamasından xəbəri olmamışdır, çünki ona göstərməmişdir. Sonuncu dəfə 1 fevral 2021-ci il tarixdə Qadir kirayə yaşadığı ünvanda ona özünün çəkməyi üçün 1 büküm şəffaf sellofan bükümdə psixotrop maddə metafetamin vermişdir ki, istifadə etsin. Psixotrop maddə metafetamindən istifadə etmədiyi üçün maraqlı gəlmişdir və həmin psixotrop maddə metafetamini çəkmək niyətinə düşdüyü üçün Qadirdən metamfetamini həddiyə olaraq almışdır. Bunun müqabilinə Qadirə heçnə verməmişdir. Həmin bir ədəd bükümdə psixotrop maddə metamfetamini şalvarının sol yan cibində saxlamışdır. 2 fevral 2021-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-cİ mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada gəzmişdir. Həmin vaxt bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib, özlərini təqdim etmişlər. Özlərini təqdim etdikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməyi xahiş etmişdirlər. Etiraz etmədən onlarla razılaşıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdirlər. Baş İdarədə şübhəli şəxs qismində tutulmuş və hər birinə ayrı-ayrılıqda müdafiəçi təyin edilmişdir. Hər biri üzərinə ayrıayrılıqda şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılması üçün otağa daxil olmuşlar. Qadirin üzərinə müdafiəçisi və polis əməkdaşlarnın iştirakı şəxsi axtarış keçirilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi üçün otağa daxil olmuşlar. Polis əməkdaşları ilə birlikdə müdafiəçisidə şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış başlayanda təhqiqatçı onun üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonunu, 1 ədəd şəxsiyyət vəsiqəsini, həmin şalvarının sol yan cibindən 44 manat (qırx dörd manat) pulu, içərisində psixotrop maddə metafetamin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur, Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin heçnə aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş 44 manat pul qaytarılsa da, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metafetaminə baxış keçirilmişdir. Həmin büküm açılan zaman içərisindəki metafetamin görsənmişdir. Daha sonra həmin sellofan büküm elektron tərəzidə çəkilmiş, 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Polis əməkdaşları ona suallar verən zaman bildirmişdir ki, təqdim etdiyi maddə psixotrop maddə metafetamindir, öz istifadəsi üçün üzərində saxlamış, qohumu Qadirdən pay olaraq almış, Qadir onunla 2 dəfə narkotik vasitə göndərmişdir, bunun müqabilində 200 manat Qadir pul vermiş, bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir (cild 1, iş vərəqə 108-112 və 138-141). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları ibtidai istintaqı zamanı etirafedici ifadələri yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib daşıyaraq saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında olduğunu öyrəndikləri üçün 2 fevral 2021-ci il tarixdə saat 15:00-da həmin ünvana gəlmişlər. Həmin vaxt 2 nəfər şəxsin piyada hərəkət etdiyini görüb həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək onlardan anket məlumatlarını bildirmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi təqdim etdikdə onlara Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Həmin şəxslər etiraz etməyərək razılaşıb onlala birlikdə Baş İdarəyə gəlmişlər. Baş idarədə həmin şəxslərə müdafiəçilər təyin edilmiş və müdafiəçilər gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra ayrı-ayrılıqda üzərilərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs1 üzərinə vəkil və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli gödəkcəsinin sol yan cibindən yaşadığı evinin açarlarını, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd mobil telefonunu, 43 manat pulunu və həmin şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli gödəkcəsinin yan ciblərinə, iç cibinə, göy rəngli rəngli cins şalvarının yan və arxa ciblərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin açarı və 43 manat pul özünə qaytarılsa da, sonuncuya məxsus 1 ədəd mobil telefon götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilmiş və həmin bükümün içərisində psixotrop maddə metafetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Çəkisinin müəyyən edilməsi məqsədilə həmin maddə elekron tərəzidə çəkilmiş və həmin büküm 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümdə olan maddənin psixotrop maddə metafetamin olduğunu, həmin maddəni 1 gün əvvəl Masallı-Yardımlı yolunda yolun kənarından götürdüyünü, həmin maddəni yolun kənarına “Rza” adlı İran İslam Respublikasının vətəndaşının qoydurduğunu, bundan başqa yolun kənarından götürdüyü narkotik tərkibli maddələrin böyük bir hissəsini yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs2 onun xahişi ilə bir neçə dəfə Xırdalan şəhəri ərazisinə narkotik maddə qoymasını və bunun müqabilində Təqsirləndirilən şəxs2 200 manat pul verdiyini qeyd etmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış və ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, 1 ədəd şəxsiyyət vəsiqəsini, həmin şalvarın sol yan cibindən 44 manat pulu və 1 ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 məxsus 44 manat pul özünə qaytarılmış, 1 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən psixotrop maddə metafetaminə bənzər maddə aşkar olunmuşdur. Həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və ağ rəngli zərfin içərisinə qoyularaq möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddənin psixotrop maddə olan metafetamin olduğunu, həmin maddəni gələcəkdə öz istifadəsi üçün qohumu Təqsirləndirilən şəxs1 hədiyyə kimi aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq qohumu Təqsirləndirilən şəxs1 ona Xırdalan şəhəri ərazisində qoyması üçün 2 dəfə narkotik maddə verdiyini və deyilən yerə narkotik maddə qoymasına görə 200 manat pul verdiyini demişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, protokol tərtib edilib ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığına dair ərizə ilə müraciət etmişdir. Ərizə alındıqdan sonra Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi- Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə 2 fevral 2021-ci il tarixdə saat 19:00 radələrində baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı evdə qanunsuz hər hansı əşya varsa təqdim etməsi təklif edildikdə o, mənzildə yerləşən otaqlardan birinə daxil olaraq yerdə olan kisələri göstərib içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin otağa baxış keçirilərkən 4 ədəd ağ rəngli, 1 ədəd qara rəngli və 1 ədəd qəhvəyi rəngli kisələr içərisində olan maddələr ilə birlikdə mənzilin qonaq otağına gətirilmişdir. Qara rəngli kisəyə baxış keçirilən zaman içərisindən 3 ədəd qara rəngli sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofanlardan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra qəhvəyi rəngli kisəyə baxış keçirildi və içərisindən 5 ədəd sellofan bağlamada psixotrop maddə metafetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin 4 ədəd ağ rəngli kisələrdən 3 ədədinin hər birinin içərisindən 4 ədəd sellofan bağlama aşkar edilmişdir. Üçüncü bağlamadan əlavə olaraq aşkar edilən plastik qabın içərisində isə 3 ədəd əlavə sellofan bağlamanın olması müəyyən edilmişdir. Hər üç kisənin içərisində aşkar edilmiş maddənin qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Dördüncü ağ rəngli kisənin içərisindən 1 ədəd qara rəngli sellofan büküm və 1 ədəd içərisində narkotik maddə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Qara rəngli bükümə baxış keçirilən zaman içərisindən həblər aşkar edilmişdir. Həmin həblərin üzərində “Metadon-40” sözlərinin yazılması və ümumi sayının 499 ədəd olması müəyyən edilmişdir. Həblər və tiryəkə bənzər maddə sellofan torbaya qoyularaq qablaşdırılmış və aşkar edilmiş maddələrin çəkisinin müəyyən edilməsi məqsədilə elekron tərəzi ilə çəkilib ümumilikdə 5 kisədə və 1 sellofan torbada qablaşdırılmışdır. Qablaşdırılıb üzəri möhürlənib iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş maddələri 1 gün bundan əvvəl Masallı-Yardımlı yolunda, Yardımlı rayonu ərazisində yolun kənarından götürdüyünü, həmin maddələri ona İran İslam Respublikasının vətəndaşı olan “Rza” adlı şəxsin göndərdiyini, götürdüyü maddələri deyilən yerlərə qoyduqdan sonra ona 8.000 manat pul göndəriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq təxminən 10-15 gün bundan əvvəl “Rza” adlı şəxsin ona təxminən 30-35 kq çəkidə müxtəlif növ narkotik vasitə göndərdiyini və həmin maddələri deyilən yerlərə qoyduğunu bildirmişdir. Gördüyü hər iki işə görə ümumilikdə ona 16.000 manat pul göndərilməli olduğunu, eyni zamanda evdə olan narkotik vasitənin 1 bükümünü Təqsirləndirilən şəxs2 verdiyini qeyd etmişdir. Mənzilin digər otaqlarına baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra mənzilə baxış axtarış qurtarmış, protokol tərtib edilib ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxslərin hər birinin üzərindən 1 büküm psixotrop maddə metafetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Baş idarəyə Təqsirləndirilən şəxs2la bağlı məlumat daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 217-220). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 fevral 2021-ci il tarixli 7/144 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan...” yazısı və imzalar olan 1 ədəd qara rəngli sintetik torbadakı 3 (üç) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3.597,7 qram; 2.638,3 qram; 3.864,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 10.100 qramdır (10 kq 100 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir, qeyd: marixuananın təmiz çəkisi 10.100 qram (1-3 N-li ob), tədqiqata sərf olundu 0,6 qram, qalıq 10.099,4, cild 1, iş vərəqə 75-76). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 fevral 2021-ci il tarixli 6/476 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə” yazısı olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 8,665 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə yazısı olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 11,520 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş...” yazısı və imzalar olan kisələrdə, -3 ədəd ağ rəngli kisədə olan ümumilikdə 15 ədəd bağlamada ümumi təmiz çəkisi 54466,4 qram (54 kq 466,4 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -ağ rəngli kisədəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2.587,2 qram (2 kq 587,2 qr) tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. -1 ədəd qəhvəyi rəngli kisədəki 5 (beş) ədəd bağlamada ümumi təmiz çəkisi 12850,3 qram (12 kq 850,3 qr) ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. -50 ədəd konvalyutda ümumi 499 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 499 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla). -Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metafetaminlər Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir, qeyd: heroinin təmiz çəkisi 54.466,4 qram, tədqiqata sərf olundu 0,3 qram, qalıq 54.466,1 qram, metafetaminin təmiz çəkiləri 12.850,3 qram, 11,520 qram və 8,665 qram, tədqiqata sərf olundu 0,15 qram, qalıq 12.850,15 qram, 11,420 qram, 8,565 qram, tirəykin təmiz çəkisi 2.587,2 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 2.587 qram, 499 həbdən 5 həb tədqiqata sərf olundu, qalıq 494 həb, cild 1, iş vərəqə 79-83). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 1 mart 2021-ci il tarixli 603 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 235-236). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 12 aprel 2021-ci il tarixli 1036 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsələhət görülmüşdür (cild 1, iş vərəqə 237-238). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 fevral 2021- ci il tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə bənzər maddə, Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 47-50, 52-55). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağında 4 ədəd ağ rəngli, 1 ədəd qara rəngli və 1 ədəd qəhvəyi rəngli kisələrdə narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 58-61). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqə 200-203). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağı, Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayələrində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 2 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 21). İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 4 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 2 fevral 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 165-167). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 2 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 37). İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 4 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 2 fevral 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 168-170). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər, tutulduqları və həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları 2 fevral 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 192,82 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 96,41 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan 4 ədəd kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 54.466,1 qram olan narkotik vasitə heroin, 12.850,15 qram və 11,420 qram olan psixotrop maddə metafetamin, 2.587 qram narkotik vasitə tiryək, 10.099,4 qram narkotik vasitə qurudulmuş marixuana, 494 ədəd metadon həbləri və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,565 qram olan psixotrop maddə metafetamin məhv edilməli; -Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 192,82 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 96,41 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan 4 ədəd kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 54.466,1 qram olan narkotik vasitə heroin, 12.850,15 qram və 11,420 qram olan psixotrop maddə metafetamin, 2.587 qram narkotik vasitə tiryək, 10.099,4 qram narkotik vasitə qurudulmuş marixuana, 494 ədəd metadon həbləri və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,565 qram olan psixotrop maddə metafetamin məhv edilsin; -Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar