Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1631/2025 06.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1999-cu il tarixdə Masallı rayonunun Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq, xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə bilavasitə yönəldilmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək cinayət etməyə cəhd etmişdir. Belə ki, o, 28 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinə özünün ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “WhatsApp” mobil tətbiqindən zəng edərək “Tik Tok” sosial şəbəkəsində onu təhqir etdiyinə görə bu məsələni aydınlaşdırmaq üçün görüşmək İstədiyini bildirib Zərərçəkmiş şəxs yaşadığı yerin ünvanını öyrənərək, həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxsla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində görüşüb birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən evinə gedərək hansı səbəbdən onu təhqir etdiyini soruşduqda, Zərərçəkmiş şəxs onu təhqir etmədiyini, buna dair “TikTok” sosial şəbəkəsində olan yazışmanı göstərməsini bildirsə də, o, bunu sildiyini deyib və bir qədər söhbət etdikdən sonra birlikdə yaxınlıqda yerləşən marketə gedib oradan siqaret alaraq Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına qayıtdıqda o, ayrılaraq yaşadığı rayona gedəcəyini demiş, Zərərçəkmiş şəxs isə öz evinə getmiş, lakin aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs ondan üzr istəməməsinə görə acıqlı qaldığından hər hansı bir əsaslı səbəb olmadan o, daimi üzərində çantada gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, ayrıldıqdan təxminən 1 saat sonra geri qayıdıb 29 aprel 2025-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs mənzil toxunulmazlığını pozaraq kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən mənzilinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, icazə almadan, iradəsi ziddinə mənzilin giriş qapısını açaraq qanunsuz daxil olub həmin vaxt yataq otağında arxası evin giriş qapısına tərəf vəziyyətdə paltarlarını soyunan Zərərçəkmiş şəxs yaxınlaşıb qəflətən kürək tərəfindən hücum edərək xuliqanlıq niyyəti ilə müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, əzab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmək üçün özü ilə gətirdiyi soyuq silah hesab edilməyən, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə əvvəlcə kürək nahiyəsindən, Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün ona tərəf çevrilməsi, bıçaq zərbələrinin təsirini azaltmaq üçün onu özünə tərəf çəkməsindən sonra isə bədəninin müxtəlif nahiyyələrindən çoxsaylı bıçaq zərbələri vurmuş, Zərərçəkmiş şəxs aldığı xəsarətlərin təsirindən halsız vəziyyətə düşərək döşəmənin üzərinə yıxılmasından sonra da, öz amansızlıq hərəkətlərini davam etdirərək bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurmaqda davam etdirib həm ümumilikdə və həm də ayrı-ayrılıqda yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bel nahiyəsinin sağ yarısının qarın boşluğuna nüfuz edərək qaraciyərin yaralanması ilə müşayiət olunan 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının arxa səthinin 3-cü və 8-ci qabırğa proyeksiyalarının sağ plevra boşluğuna nüfuz edərək sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən 03 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları, ənsə nahiyəsinin 01 (bir) ədəd, sağ çiyin qurşağı nahiyəsinin 01 (bir) ədəd, sol said nahiyəsinin 01 (bir) ədəd, sol dirsək oynağı nahiyəsinin 01 (bir) ədəd kəsilmiş yaraları, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan döş qəfəsinin sağ yarısının arxa səthinin 5-ci qabırğa proyeksiyasının 01 (bir) ədəd, bel nahiyəsinin sol yarısının 01 (bir) ədəd, sol bazu nahiyəsinin 01 (bir) ədəd, sağ əlin arxa səthinin 01 (bir) ədəd, sağ əlin 5-ci barmağının 01 (bir) ədəd səthi kəsilmiş yaralan olmaqla cəmi 15 (on beş) ədəd, eləcə də ona əl və yumruq zərbələri ilə vurub həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan sağ qaşın bayır kənarının 01 (bir) ədəd, sağ almacıq nahiyəsinin 01 (bir) ədəd, sağ əlin 2-ci barmağının 01 (bir) ədəd, sağ baldır nahiyəsinin 01 (bir) ədəd sıyrıqları olmaqla cəmi 04 (dörd) ədəd xəsarətləri yetirdikdən sonra Zərərçəkmiş şəxs döşəmənin üzərində hərəkətsiz qaldığını, müqavimət göstərmədiyini və nəfəsinin gəlmədiyini görüb, öldürdüyünü və cinayətkar məqsədinə nail olduğunu düşünərək evdən çıxıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan Zərərçəkmiş şəxs kirayədə yaşadığı mənzilə iradəsi ziddinə qanunsuz daxil olaraq mənzil toxunulmazlığını pozub Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə bilavasitə yönəldilmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş şəxsi “Tiktok” sosial şəbəkəsində tanımışdır. O, “Tiktok” sosial şəbəkəsində şəklini paylaşmış və zərərçəkmiş şəxs şəkilin aşağısından onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, zərərçəkmiş şəxslə telefon zəngi vasitəsilə danışdığı zaman sonuncu qazi olduğunu öyrənmiş və onun ünvanına nalayiq ifadə işlətmək fikri olmadığını, yazdıqlarının səhvən onun şəklinin aşağısına düşdüyünü bildirmişdir. Daha sonra onun evinin yaxınlığında zərərçəkmiş şəxslə görüşmüş, birlikdə siqaret alıb geri döndükdə səhhətində problem olduğuna görə onu öz evinə dəvət etmiş və onu taksi ilə evinə göndərəcəyini demişdir. Həmin vaxt üzərində bıçaq olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, iki bıçaq zərbəsi vurduğunu xatırlayır. Daha sonra polisə zəng etmişdir. Hadisə vaxtı üzərində bıçaq olmamışdır. Polis əməkdaşları onu hadisə yerindən aparmışlar. Polis əməkdaşları gələndə maşında oturmuşdur.Təcili tibbi yardıma və polisə zəng etmişdir. Maştağada 3-4 ay müddətində,Masallı və Lənkəranda xəstəxanalarda psixoloji vəziyyəti ilə bağlı müalicə almışdır. Müharibə zamanı Füzulidən Qubadlıya qədər olan ərazilərdə döyüşmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, təqsirləndirilən şəxs nömrəsini “Tiktok” sosial şəbəkəsindən götürərərək ona zəng etmiş və onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir.O, təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlətməmişdir.Onun “Tiktok”da şəklini görməmişdir. Çöl küləkli olduğu üçün onu evinə çağırmışdır. Təqsirləndirilən şəxs söhbət edən zaman başını tutub sıxmışdır. O, sağollaşıb evinə girib qapını örtmüş, amma bağlamamışdır. Təqsirləndirilən şəxs qəfil kürəyindən vurmuş, bir neçə zərbədən sonra yerə oturub “mən neynədim,mən neynədim” deməyə başlamışdır. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, bıçaq zərbəsinin sayını dəqiq bilmir. Hadisə vaxtı evdə heç kim olmamışdır. Təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, zərərçəkmiş şəxsə evini kirayə vermiş, sonuncu onun evində kirayədə bir aya yaxın müddətdir ki, qalmışdır. Baş vermiş hadisə barəsində oğlu ona məlumat vermişdir.O, hadisə baş verən zaman evdə olmamışdır.Evə gəldikdə mənzilin qapısının açıq olduğunu,zərərçəkmiş şəxsin üstündə qan olduğunu,təcili tibbi yardım və polis əməkdaşlarının orada olduğunu görmüşdür. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, zərərçəkmiş şəxsin yaşadığı ev həyət evidir və evin qapısı çölə açılır.Təcili tibbi yardımı oğlu çağırmışdır.Təqsirləndirilən şəxs tanımır və heç vaxt görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, hadisə günü evində yatdığı zaman saat 1-2 radələrində səs eşitmiş, kirayə verdiyi evin qapısının açıq olduğunu görmüş, evə girərək zərərçəkmiş şəxsin yerdə uzandığını müşayiət etmişdir. Hadisə yerinə getdiyi zaman qapının yanında bir şəxsin dayanmışdır. Zərərçəkmiş şəxsdən onun kimin vurduğunu soruşduqda sonuncu bilmədiyini, onu arxadan kiminsə vurduğunu demişdir. Daha sonra ilk olaraq təcili tibbi yardıma və atasına zəng edib hadisə barədə məlumat vermişdir. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, təqsirləndirilən şəxs evin içərisində olmamışdır. Zərərçəkmiş şəxsin huşu özündə olmuş, üzərində qan olduğunu görmüşdür. Təqsirləndirilən şəxsi əvvəllər orada görməmişdir. Təcili tibbi yardımdan başqa polisə və atasına zəng edib məlumat vermişdir. Polis ona zərəçəkmiş şəxsi bıçaqlayan şəxsin könüllü olaraq gəlib təslim olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs evin qapısın bağlı saxlamışdır. Zərərçəkmiş şəxsdən soruşduqda sonuncu ilk öncə onu kimin vurduğunu görmədiyini bildirsə də, daha sonra onu çöldə gördüyü adamın vurduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, hadisə günü evində yatdığı zaman gecə saat 1-2 radələrində səs eşitmiş, lakin bu səsə əhəmiyyət verməmişdir. Daha sonra ev sahibi Vasifin səsini eşitdikdən sonra çölə çıxmış və hadisə yerinə getmişdir. Hadisə yerinə getdiyi zaman evin qapısı açıq olmuş və zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Hadisə yerinə getdiyi zaman ev sahibi orda olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 2010-cu ildən X8, 2023-cü ilin may ayından etibarən Binəqədi rayon Polis idarəsinin 6-cı Polis bölməsinin sahə inspektoru vəzifəsində, polis kapitanı rütbəsi ilə xidmət edir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs xidməti vəzifələrinin icrası İlə əlaqədar tanımış, onlarla əvvəllər aralarında heç bir tanışlıq, qohumluq əlaqələri, ədavət və ya düşmənçilik olmamışdır. 29 aprel 2025-ci il tarixdə, saat 01:19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzindən Binəqədi rayon Polis idarəsinin 6-cı Polis Bölməsinə Təqsirləndirilən şəxs həmin xidmətə zəng edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində adam bıçaqlamasını bildirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında özü 6-cı Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Elçin Bədəlzadə 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ibarət əməliyyat qrupu ilə hadisə yerinə getmişlər. Təqsirləndirilən şəxs 102 xidməti zəng mərkəzinə məlumat verərkən “Məmmədoğullar” adlı avtomobil təmir servisinin yaxınlığında olduğunu bildirdiyinə görə, həmin əraziyə gedib onu axtararkən yolun kənarında bir nəfər şəxsin piyada getdiyini görüb, ona yaxınlaşaraq kim olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs özünü təqdim edərək bir neçə dəqiqə əvvəl yaxınlıqda yaşayan bir nəfərə bıçaqla xəsarətlər yetirdiyini, könüllü olaraq təslim olmaq üçün hadisədən dərhal sonra 102 xidmətinə zəng edərək məlumat verdiyini və onları gözlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərməsini təklif etdikdən sonra özü könüllü olaraq avtomobillərinə əyləşərək onlarla birlikdə gəlib hadisənin baş verdiyi ünvanı göstərmişdir. Hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşmişdir. Ev 1 yataq otağı və kiçik mətbəx və sanitar qovşağından İbarət olmuşdur. Evin içərisində yataq otağının döşəməsində sonradan Zərərçəkmiş şəxs olduğunu müəyyən etdikləri 1 nəfər kişi cinsli şəxs uzanmış, onun əynində şalvar olsa da, qurşaqdan yuxarı hissəsi çılpaq vəziyyətdə olmuş və həmin nahiyələrindən çoxsaylı bədən xəsarətləri aldığı görünmüşdür. Zərərçəkmiş şəxs uzandığı yerdə döşəmənin üzərində də çoxlu qan olmuşdur. Təqsirləndirilən şəxs həmin şəxsə xəsarətləri özünün bıçaqla yetirdiyini bildirmişdir. Bundan sonra hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə təhqiqatçı Elçin Bədəlzadə tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətləri yetirdiyi bıçağı cinayət hadisəsini törədəndən sonra həmin yerdən uzaqlaşarkən yolun kənarına atdığını deyərək, hadisənin baş verdiyi evdən təxminən 80- 100 metr məsafədə, “Oba” adlı mağazanın yaxınlığında bıçağı tulladığı yeri göstərib, özü də həmin bıçağı təhqiqata təqdim etmişdir. Həmin bıçağın üzərində qan ləkələri olmuşdur. Elçin Bədəlzadə tərəfindən baxış yekunlaşdırılandan sonra Təqsirləndirilən şəxs hadisə barədə ətraflı izahat vermək üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmiş və Təqsirləndirilən şəxs da heç bir etiraz bildirməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir (cild 2, iş vərəqə 2-5). Şahid5 ibtidai istintaq dövründə Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 229-232). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 28 aprel 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, döngə 2 ünvanında yerləşən bir otaqlı nömrəsiz fərdi yaşayış evinin salonudur. Baxış zamanı sakinlərin deməsinə görə adı Eşqin olan şəxs üzərində və ətrafında qan ləkələri olmaqla yerdə uzanmış vəziyyətdə müşahidə edilmişdir. Şifahi dindirmə zamanı Təqsirləndirilən şəxs hadisəni özünün törətdiyini bildirib, evdən təxminən 80-100 metr kənarda M.S.Odrubadi küçəsində yerləşən "Oba” marketin yaxınlığında yolun kənarına tulladığı hadisəni törətdiyi mətbəx bıçağına bənzər əşyanı təqdim etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1,iş vərəqə 5-14). 29 aprel 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evidir. Evin boz rəngli, hündürlüyü 198 santimetr, eni 85 santimetr olan dəmir materialdan giriş qapısı vardır. Giriş qapısı küçənin səthindən 21 santimetr hündürlükdə yerləşir, birbaşa küçəyə açılır. Giriş qapısından içəri daxil olanda uzunluğu 287 santimetr, eni 160 santimetr, hündürlüyü 378 santimetr olan mətbəx otağı vardır. Evin giriş qapısından mətbəxə daxil olanda, sağ tərəfdə uzunluğu 153 santimetr, eni 128 santimetr, hündürlüyü 378 santimetr ölçülərində olan sanitar qovşağı yerləşir. Evin giriş qapısı ilə üzbəüz evin yataq otağı vardır. Yataq otağının hündürlüyü 203 santimetr, eni 80 santimetr olan qəhvəyi rəngli taxta qapısı vardır. Yataq otağının uzunluğu 430 santimetr, eni 378 santimetr, hündürlüyü 238 santimetrdir. Yataq otaının qəhvəyi rəngli taxta döşəməsi vardtr. Döşəmənin üzərində boz rəngli xalça sərilmişdir. Yataq otağının sol divarında 01 ədəd pəncərə vardır. Pəncərənin qarşısında 01 ədəd stul, sol tərəfdə 01 ədəd paltar dolabı, paltar dolabının qarşısında 01 ədəd masa və stul, masadan sağ tərəfdə, evin sağ divarının qarşısında 01 ədəd çarpayı, çarpayının yanında 01 ədəd kiçik dolab vardır. Yataq otağının içərisində dağınıqlıq müşahidə olunur. Yataq otağının giriş qapısının qarşısında, döşəmənin və xalçanın üzərində qanabənzər ləkələr vardır, həmin qanabənzər ləkələrdən nümunələr 03 ədəd pambıq tampona hopdurulmaqla müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 23-33). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “X14” X15 xx.xx.2025-ci il tarixli, 18-1-2/2-1857/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:07-də Binəqədi rayonu təcili tibbi yardım stansiyası briqadasının müşayiəti ilə “X14”ə gətirilmiş, xəstənin deməsinə görə tanımadığı şəxs tərəfindən bıçaqla xəsarət almışdır. Zərərçəkmiş şəxs “Laparotomiya, qara ciyər yarasının tikilməsi, sağ plevranın drenaj olunması, bədənin çoxsaylı yaralarının təftişi və birincili işlənməsi” diaqnozu ilə stasionar müalicəsi davam etdirilmişdir (cild 1, iş vərəqə 113). 29 aprel 2025-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq ona tanınmaya təqdim edilmiş və Təqsirləndirilən şəxs həmin bıçağı zahiri əlamətlərinə, o cümlədən dəstəyinin rənginə, formasına və uzunluğuna görə tanımış və “4” №-si altında olan bıçağı əllə işarə edib həmin bıçağın hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq olduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 117-118). 30 aprel 2025-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 119-125). 29 aprel 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki,Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər: sol əlin İ, İİ barmaqlarının səthi kəsilmiş yaraları kəsici əşyanın (alətin) təsirindən qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin kəsici kənarının təsirindən əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs bədən səthində insan bədəninin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən və eləcə də qarşılıqlı mübarizə nəticəsində əmələ gəlməyə xarakterik xəsarət aşkar olunmamışdır (cild 1, iş vərəqə 154-156). 01 may 2025-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən ərzaq mağazasında quraşdırılmış müşahidə kameralarının xx.xx.2025-ci il tarixdə saat 23 radələrində baş verənləri əks etdirən video görüntülərə baxış keçirilmiş, müvafiq görüntülər “DVD” diskə köçürülərək götürülmüşdür (cild 1, iş vərəqə 162-166). 01 may 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanının qarşısında yerləşən fərdi yaşayış evinin küçədə quraşdırılmış müşahidə kamerları tərəfindən qeydə alınmış görüntülərin olduğu xarici yaddaş qurğusuna- USB fləş diskə baxış keçirilmiş, baxış zamanı videogörüntülərdə olan vaxtın real vaxtdan 28 dəqiqə irəli qeydə alınması, “kamera2” adlı qovluqda olan 2-ci videofaylda xx.xx.2025-ci il, saat 23:56:53-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanının qarşısından Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs küçə ilə hərəkət etmələri, saat 23:59:59-da isə onların geri qayıtmaları, həmin qovluqda olan 3-cü videofaylda xx.xx.2025-ci il, saat 00:00:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanının qarşısından küçə ilə keçən Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs geri qayıtmaları, “kamera1” adlı qovluqda olan 3-cü videofaylda da xx.xx.2025-ci il, saat 00:00:02-də onların geri qayıdaraq hadisənin baş verdiyi evə tərəf getmələri və Təqsirləndirilən şəxs sağ çiynindən çanta asıldığı, “kamera2” adlı qovluqda olan 6-cı videofaylda xx.xx.2025-ci il, saat 01:42:49-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanından Şahid1 küçəyə çıxaraq hadisənin baş verdiyi evə tərəf getməsi, saat 01:43:46-da geri qayıdıb həyətə daxil olması, saat 01:44:22-də isə Təqsirləndirilən şəxs küçə ilə həmin ünvanın qarşısından keçməsi, saat 02:06:50-də isə həmin ünvanın qarşısında təcili tibbi yardım xidmətinin avtomobilinin gəlməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 167-175). 01 may 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:32:10-da Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən ərzaq mağazasına daxil olması, Zərərçəkmiş şəxs mağazadan siqaret alandan sonra saat 23:32:51-də birlikdə mağazadan çölə çıxmaları müəyyən edilmişdir (cild 1, iş vərəqə 176- 178). 01 may 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı smartfon mobil telefonun “Telefon” bölməsində Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı nömrədən 102 xidməti zəng mərkəzinə xx.xx.2025-ci il tarixdə, saat 01:15-də zəng edilərək 1 dəqiqə 48 saniyə danışıq aparılması müəyyən edilmiş, mobil telefonda “TİKTOK” sosial şəbəkəsinə məxsus mobil tətbiq, eləcə də “Google Chrome” və “İnternet” mobil tətbqilərindən həmin sosial şəbəkəyə daxil olunması, “WhatsApp” mobil tətbiqində Zərərçəkmiş şəxsla yazışmalarının və telefon zənglərinin olması müəyyən edilməmişdir (cild 1, iş vərəqə 179-186). 02 may 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş “Redmi” markalı smartfon mobil telefonun “TikTok” mobil tətbiqində “@esqin36” adlı profilinin olması müəyyən edilsə də, iş üçün başqa əhəmiyyət kəsb edən hal müəyyən edilməmiş, “Fotolar” bölməsində Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:16-da özünün fotoşəkilini çəkməsi, həmin fotoşəkildə üz və bədən nahiyəsinin yaralı vəziyyətdə qan içində olması müəyyən edilmişdir. Mobil telefonun “WhatsApp” mobil tətbiqində Təqsirləndirilən şəxsla yazışmalarının və telefon zənglərinin olması müəyyən edilməmişdir ( cild 1, iş vərəqə 210-217). 15 may 2025-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 2, iş vərəqə 106-110). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Respublika Təcili və X5 Mərkəzi” X12 21 may 2025-ci il tarixli, 18-1-88/2-1715/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:17-də “Respublika Təcili və X5 Mərkəzi” X15 103 mərkəzi çağrı xidmətinə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, döngə 2, ev 13 ünvanından naməlum kişinin adına “bıçaqlanma” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Binəqədi TTTYS-nın 1 saylı bölməsinin həkimi Elza Yolçiyeva və tibb bacısı Rəqsanə Bağırova icra edərək, 28 yaşlı xəstə Zərərçəkmiş şəxs “Döş qəfəsinin ön səthinin açıq yarası. Qarnın, kürəyin açıq yarası” diaqnozu qoyulmuş, ilkin tibbi yardım göstərilmiş və “X14”nə hospitalizasiya etmişdir (cild 2, iş vərəqə 112). 22 may 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 120-124). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş 28 may 2025-ci il tarixli məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 05 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək özünü təqdim edib Biləcəri qəsəbəsi “Məmmədoğulları servis” adlı ərazidə tanımadığı adamı bıçaqlaması barədə məlumat verməsi, təcili tibbi yardım xidmətinin göndərilməsini xahiş etməsi müəyyən edilmişdir (cild 2, iş vərəqə 157-159). 26 may 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər: bel nahiyəsinin sağ yarısının qarın boşluğuna nüfuz edərək qaraciyərin yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının arxa səthinin İİİ və Vİİİ qabırğa proyeksiyalarının sağ plevra boşluğuna nüfuz edərək sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları, ənsə nahiyəsinin, sağ çiyin qurşağı nahiyəsinin, sol said nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin kəsilmiş yaraları, döş qəfəsinin sağ yarısının arxa səthinin V qabırğa proyeksiyasının, bel nahiyəsinin sol yarısının, sol bazu nahiyəsinin, sağ əlin arxa səthinin, sağ əlin V barmağının səthi kəsilmiş yaraları, sağ qaşın bayır kənarının, sağ almacıq nahiyəsinin, sağ əlin İİ barmağının, sağ baldır nahiyəsinin sıyrıqları. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici- kəsici əşyanın (alətin) təsirindən, kəsilmiş və səthi kəsilmiş yaralar kəsici əşyanın (alətin) təsirindən, sıyrıqlar isə bərk küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən bel nahiyəsinin sağ yarısının qarın boşluğuna nüfuz edərək qaraciyərin yaralanması ilə müşayiət olunan deşilmişkəsilmiş yarası, döş qəfəsinin sağ yarısının arxa səthinin İİİ və Vİİİ qabırğa proyeksiyalarının sağ plevra boşluğuna nüfuz edərək sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaralan dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən 03 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları, ənsə nahiyəsinin 01 (bir) ədəd, sağ çiyin qurşağı nahiyəsinin 01 (bir) ədəd, sol said nahiyəsinin 01 (bir) ədəd, sol dirsək oynağı nahiyəsinin 01 (bir) ədəd kəsilmiş yaraları həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Döş qəfəsinin sağ yarısının arxa səthinin V qabırğa proyeksiyasının 01 (bir) ədəd, bel nahiyəsinin sol yarısının 01 (bir) ədəd, sol bazu nahiyəsinin 01 (bir) ədəd, sağ əlin arxa səthinin 01 (bir) ədəd, sağ əlin V barmağının 01 (bir) ədəd səthi kəsilmiş yaraları, sağ qaşın bayır kənarının 01 (bir) ədəd, sağ almacıq nahiyəsinin 01 (bir) ədəd, sağ əlin İİ barmağının 01 (bir) ədəd, sağ baldır nahiyəsinin 01 (bir) ədəd sıyrıqları isə həm ümumulikdə və həm də ayn-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə deşilmiş-kəsilmiş, kəsilmiş və səthi kəsilmiş yaralar bıçağın tiyəsinin deşici-kəsici və kəsici kənarının təsirindən, sıyrıqlar isə müxtəlif şəraitlərdə, o cümlədən qarşılıqlı mübarizə zamanı və insan bədəninin hissələrinin (əl barmaqlarının dırnaqları və s.) təsirindən əmələ gələ bilərdilər (cild 2, iş vərəqə 161-166). 02 iyun 2025-ci il tarixli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqdim olunmuş tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Posttravmatik stress pozuntusu, psixopatik əlamətlərlə” diaqnozu qeyd edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Şəxsin xasiyyətində davranışına mənfi təsir göstərən psixopatik cizgilər- emosional soyuqluq, ictimai qaydalara laqeydlik, qıcığa qarşı həssaslıq, aqressiv davranışlara meyillilik və s. müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə və ondan sonra hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs sərbəst şəkildə istintaq hərəkətlərində iştirak etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs söz götürməmək, öz fikrini üstün tutmaq, inadkarlıq, laqeydlik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur (cild 2, iş vərəqə 181-185). 17 iyun 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 20:19-dan etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisindəki anten dairələrində olması, (050) ***-**-** saylı mobil telefon nömrəsinə (055) ***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2025-ci il tarixdə, saat 20:20-də telefon zənginin daxil olması və 70 saniyə danışıq aparılması, Təqsirləndirilən şəxs (050) ***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2025-ci il tarixdə, saat 01:15-də 102 zəng xidmətinə zəng etməsi müəyyən edilmişdir (cild 2, iş vərəqə 234-235). 17 iyun 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 09:26-dan xx.xx.2025-ci il saat 01:56-dək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisindəki anten dairələrində olması, Zərərçəkmiş şəxs həmin mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş (050) *** ** ** saylı mobil telefon nömrəsinə xx.xx.2025-ci il tarixdə, saat 20:20-də zəng edərək aralarında 70 saniyə danışıq aparılması müəyyən edilmişdir (cild 2, iş vərəqə 236-237). 11 iyun 2025-ci il tarixli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, dəstəyi ağ, göy, qırmızı rənglərdən ibarət 01 (bir) ədəd bıçağın tiyəsi üzərində, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş, belində olan etiketdə “X18 Jeans” yazılmış, belinə qara rəngli dəri kəmər taxılmış boz rəngli parça şalvarın, 01 (bir) cüt qara rəngli parça corabın üzərində, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli parça materialdan, zəncirbəndli uzunqol gödəkcənin sol cibinin dəri materialdan olan haşiyəsi üzərində və həmin cibin astarında, 01 (bir) ədəd üzərində naxışlar olan, boynunda olan etiketində “X17” yazılmış, boz rəngli qısaqol köynəyin sol sinə hissəsində, 01 (bir) ədəd hər iki diz nahiyələri solmuş, boz rəngli cins şalvarın ön hissəsində, sağ bud və sol diz nahiyyəsində, sol ön cibinin və sol arxa cibinin astarında, 01 (bir) cüt corabın üzərində, hadisə zamanı üzərində olmuş 01 (bir) ədəd əl çantasının ön tərəfinin sağ aşağı künc hissəsində aşkar edilmiş qanabənzər ləkələrin, hadisə yerində aşkar edilmiş qanabənzər ləkələrdən 03 (üç) ədəd çöplü pambıq tampon vasitəsilə götürülmüş nümunələrin və Təqsirləndirilən şəxs məxsus, hadisə zamanı üzərində olmuş “Samsung Duos” markalı mobil telefonun üzərində olan qanabənzər ləkələrdən 01 (bir) ədəd çöplü pambıq tampon vasitəsi ilə götürülmüş nümunənin tərkibində insan qanına xas olan hemoqlobin zülalı aşkar edilmişdir. Dəstəyi ağ, göy, qırmızı rənglərdən ibarət 01 (bir) ədəd bıçağın tiyəsi üzərində, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş, belində olan etiketdə “X18 Jeans” yazılmış, belinə qara rəngli dəri kəmər taxılmış boz rəngli parça şalvarın üzərində, 01 (bir) cüt qara rəngli parça corabın üzərində, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli parça materialdan, zəncirbəndli uzunqol gödəkcənin sol cibinin dəri mterialdan olan haşiyəsi üzərində, 01 (bir) ədəd üzərində naxışlar olar, boynunda olan etiketində "X17” yazılmış, boz rəngli qısaqol köynəyin sol sinə hissəsində, 01 (bir) ədəd hər iki diz nahiyələri solmuş, boz rəngli cins şalvarın ön hissəsinin sağ tərəfində, sağ bud və sol diz nahiyyəsində, 01 (bir) cüt corabın üzərində, hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş 01 (bir) ədəd əl çantasının ön tərəfinin sağ aşağı künc hissəsində aşkar edilmiş qan ləkələri, hadisə yerindən 03 (üç) ədəd çöplü pambıq tampon vasitəsilə götürülmüş qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli parça materialdan, zəncirbəndli uzunqol gödəkcənin sol cibinin astarında, 01 (bir) ədəd hər iki diz nahiyələri solmuş, boz rəngli cins şalvarın ön hissəsinin sol tərəfində, sol ön cibinin və sol arxa cibinin astarında aşkar edilmiş qan ləkələri və Təqsirləndirilən şəxs məxsus, hadisə zamanı üzərində olmuş "Samsung Duos” markalı mobil telefonun üzərindən 01 (bir) ədəd çöplü pambıq tampon vasitəsilə götürülmüş qan nümunəsi Təqsirləndirilən şəxs məxsusdur. Dəstəyi ağ, göy, qırmızı rənglərdən ibarət 01 (bir) ədəd bıçağın dəstəyi üzərində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Zərərçəkmiş şəxs məxsus hər iki əl dırnaq kəsintiləri altında müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs məxsus hər iki əl dırnaq kəsintiləri altında müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yaradı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur (cild 2, iş vərəqə 187-198). 01 iyul 2025-ci il tarixli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Zərərçəkmiş şəxs məxsus olması qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir (cild 3, iş vərəqə 8-14). 10 iyul 2025-ci il tarixli məhkəmə ballistik və məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq Çin Xalq Respublikasında zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin səthində sayı, ölçüsü, yerləşmə sahəsi rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə zədələridir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs..” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd şalvarın, bir cüt corabın, üzərində üzərində “Təqsirləndirilən şəxs..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd qısaqol köynəyin, bir ədəd cins şalvarın, bir cüt corabın və bir ədəd əl çantasının səthində trasoloji zədə yoxdur (cild 3, iş vərəqə 16-20). Binəqədi rayon Polis idarəsinin 14 iyul 2025-ci il tarixli, 46/2-31414/2025 nömrəli əməliyyat tapşırığına cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs öldürməyə cəhd etməzdən əvvəl kimlərlə və harada olması, sonuncu dəfə onu kimlərin görməsinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən Masallı rayonuna hansı avtomobillə getməsinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs normal həyat tərzi keçirmələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs alkoqol, narkotik və ya psixotrop maddə alüdəçiliyi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində başqa şəxslərin iştirakı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində hansı “TikTok” sosial şəbəkəsi hesablarının olması, Zərərçəkmiş şəxs mobil telefon nömrəsini necə əldə etməsi barədə hər hansı məlumatın əldə edilməsi mümkün olmamışdır (cild 3, iş vərəqə 22). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 iyun 2025-ci il tarixli, 3-17- 4/2-14854/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əlillik vəziyyəti ilkin olaraq Masallı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0286003AAXB4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2016-cı İl tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlan”na uyğun olaraq qiymətləndirilmiş və ona həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 5 il müddətinə 2-ci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (cild 2, iş vərəqə 228-229). Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin 27 may 2025-ci il tarixli, 3-43-44/2-846/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəsinin tərkibində qumbaraatan vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 246 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs, döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunması”, “Qubadlının azad olunması” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Xidmətin Masallı rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır (cild 2, iş vərəqə 149). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 107495 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixli əmr ilə “Müharibə Veteranı” adı verilmişdir (cild 1, iş vərəqə 96). Masallı Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi airəsi üzrə nümayəndəliyinin 14 may 2025-ci il tarixli, 5-66-12/2-45/2025 nömrəli məktubuna əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Yaqubov X4 rayonu Xırmandalı kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə Masallı rayonu Xırmandalı kəndində anadan olmuş, X.Məmmədov adına Masallı rayonu Xırmandalı kənd tam orta məktəbində tam orta təhsil almışdır. Təqsirləndirilən şəxs “Vətən müharibəsi” iştirakçısı olmaqla, İİ dərəcə müharibə əlilidir. Onun və ailə üzvlərinin barəsində nümayəndəliyə şifahi və ya yazılı formada şikayətlər daxil olmamışdır (cild 2, iş vərəqə 35-38). Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tikanlı kənd inzibati ərazi airəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-59-38/2-161//2025 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1997-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində anadan olmuşdur. Orta təhsilini Qəbələ rayonu Tikanlı kəndində bitirmişdir. Hərbi xidmətdən qayıdandan sonra Bakı şəhərində müvəqqəti yaşamışdır. Qəbələ rayonu Tikanlı kəndində yaşadığı müddətdə qonşular, qohum-əqrəba ilə münasibəti həmişə normal olmuş, kəndin ictimai işlərində fəal iştirak etmişdir. Spirtli içki, narkotik vasitələrə meyilliliyi, dini təriqətlərlə əlaqəsi yoxdur. Psixi sağlamlıq vəziyyəti normaldır. Zərərçəkmiş şəxs Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində tək yaşayır, ailə tərkibi özündən ibarətdir (cild 2, iş vərəqə 40-41). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2025-ci il tarixli, 18-1-52/2-1242/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X16 Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyildir (cild 2, iş vərəqə 33). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 16 may 2025-ci il tarixli, 3-28-29/2-4895/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Posttravmatİk stress pozuntusu psixopatabənzər davranışla” diaqnozu ilə həmin xəstəxanada müalicədə olmuşdur (cild 2, iş vərəqə 78-103). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Masallı Rayon Mərkəzi Xəstəxanası” X12 23 may 2025-ci il tarixli, 18-1-60/2-960/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada narkoloji və ruhiəsəb kabinetində dispanser qeydiyyatında olmamış, Təqsirləndirilən şəxs hər hansı xəstəliklə bağlı müraciət etməmişdir (cild 2, iş vərəqə 130). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 16 may 2025-ci il tarixli, xx/xx-5507 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs göstərilən mərkəzdə qeydiyyatda olmamışlar (cild 2, iş vərəqə 132). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 may 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 2, iş vərəqə 146). 15 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X2 Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi 01 ədəd dəstəyi ağ, göy, qırmızı rənglərdən ibarət bıçaq, təqsirləndirilən şəxs X2 hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli parça materialdan,zəncirbəndli uzunqol gödəkçə,01 ədəd üzərində naxışlar olan, boynunda olan etiketində “X17” yazılmış,boz rəngli qısaqol köynək,01 ədəd hər iki diz nahiyələri solmuş, boz rəngli cins şalvar, 01 cüt corablar, 01 ədəd qara rəngli əl çantası, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş, 01 ədəd belində olan etiketdə “X18 JEANS” yazılmış, belinə qara rəngli dəri kəmər taxılmış boz rəngli parça şalvar,01 cüt qara rəngli parça corablar, X6, Zərərçəkmiş şəxs götürülmüş hər iki əl barmaqlarının dırnaqları, X2 məxsus “Samsung Galaxy J2 Prime” mobil telefonu maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanılma otağına təhvil verilmiş, X2 şübhəli şəxs qismində dindirilməsi istintaq hərəkətinin qeydə alındığı 01 ədəd DVD disk, ifadənin yerində yoxlanması istintaq hərəkətinin qeydə alındığı 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs 102 xidmətinə zəng edərkən qeydə alınmış səs yazısının olduğu 01 ədəd DVD disk, “Azercell Telekom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən daxil olmuş 02 ədəd CD disklər, məhkəmə komputer texniki ekspertizası zamanı Zərərçəkmiş şəxs məxsus “Xiaomi Redmi 9” markalı mobil telefonun yaddaşında olan məlumatların köçürüldüyü 01 ədəd xarici yaddaş qurğusu (USB fləş disk), hadisənin baş verdiyi ünvanın qarşısında küçəni çəkən müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd xarici yaddaş qurğusu (USB fləş disk) Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində olan ərzaq mağazasının müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmışdır (cild 3, iş vərəqə 30-63). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinin xuliqanlıq niyyəti ilə törədilməsi Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində, həmin əməl xüsusi amansızlıqla müşayiət olunduğu təqdirdə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. Həmin qərarın 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə iclasında zərərçəkmiş şəxsin evinə zorla daxil olmaması, təqsirləndirilən şəxsin özünün onu evinə dəvət etməsi, zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması barədə ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə hər hansı motiv olmadan, 15 ədəd çoxsaylı bıçaq xəsarəti və dörd ədəd əl - yumruq zərbələrinin yetirilməsini, xəsarətin lokalizasiyasını, yalnız zərərçəkmiş şəxs tamamilə müqavimət göstərməyi dayandırdıqdan sonra sonuncuya xəsarət yetirməyi dayandırmasını nəzərə alaraq hesab edir ki, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan əməlləri törətməyə cəhd etmiş və öz iradəsindən asılı olmadan əməli başa çatdıra bilməmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması və vurulmuş ziyanı ödəməsi səbəbilə əlaqədar cinayət məsuliyyətindən azad edilmiş və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci və 29, 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci və 29, 120.2.4-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayətdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Cinayət Məcəlləsinin 120.2..2 və 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətlər təqsirləndirilən şəxs tərəfindən öz iradəsindən asılı olmayaraq başa çatdırıla bilinmədiyindən başa çatmamış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci və 29, 120.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. 29 aprel 2025-ci il tarixli raportdan görünür ki, həmin gün saat 01:09 radələrində Biləcəri qəsəbəsi, Məmmədoğlular servisin yanında yaşayan Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vuraraq tanımadığı şəxslə münaqişə baş verməsi nəticəsində onu bıçaqlaması barədə məlumat vermişdir (cild 1, iş vərəqə 4). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olub-olmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu, zərərçəkmiş şəxslə barışmasını həmin Məcəllənin 59.1.12-ci, Təqsirləndirilən şəxs döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunması”, “Qubadlının azad olunması” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması, İİ dərəcə müharibə əlili olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının 9cu bəndinə əsasən başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CMin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar “Cəsur döyüşçü”, "Cəbrayılın azad olunması”, “Qubadlının azad olunması” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması, İİ dərəcə müharibə əlili olması cəzasını yüngülləşdirən halların, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 63.3cü maddələrinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 29, 120.2.2-ci və 29, 120.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə Cinayət Məcəlləsinin 60cı və 66.3-cü maddələrinə riayət edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 72), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 29 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 147-152). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Binəqədi rayon prokurorluğuna saxlanılması üçün verilmiş X2 Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi 01 ədəd dəstəyi ağ, göy, qırmızı rənglərdən ibarət bıçaq, təqsirləndirilən şəxs X2 hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli parça materialdan,zəncirbəndli uzunqol gödəkçə,01 ədəd üzərində naxışlar olan, boynunda olan etiketində “X17” yazılmış,boz rəngli qısaqol köynək,01 ədəd hər iki diz nahiyələri solmuş, boz rəngli cins şalvar, 01 cüt corablar, 01 ədəd qara rəngli əl çantası, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş, 01 ədəd belində olan etiketdə “X18 JEANS” yazılmış, belinə qara rəngli dəri kəmər taxılmış boz rəngli parça şalvar,01 cüt qara rəngli parça corablar, X6, Zərərçəkmiş şəxs götürülmüş hər iki əl barmaqlarının dırnaqları məhv edilməli, X2 məxsus “Samsung Galaxy J2 Prime” mobil telefonu onun ailə üzvlərinə qaytarılmalı, X2 şübhəli şəxs qismində dindirilməsi istintaq hərəkətinin qeydə alındığı 01 ədəd DVD disk, ifadənin yerində yoxlanması istintaq hərəkətinin qeydə alındığı 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs 102 xidmətinə zəng edərkən qeydə alınmış səs yazısının olduğu 01 ədəd DVD disk, “Azercell Telekom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən daxil olmuş 02 ədəd CD disklər, məhkəmə komputer texniki ekspertizası zamanı Zərərçəkmiş şəxs məxsus “Xiaomi Redmi 9” markalı mobil telefonun yaddaşında olan məlumatların köçürüldüyü 01 ədəd xarici yaddaş qurğusu (USB fləş disk), hadisənin baş verdiyi ünvanın qarşısında küçəni çəkən müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd xarici yaddaş qurğusu (USB fləş disk), Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində olan ərzaq mağazasının müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 354 (üç yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 2, iş vərəqə 201, cild 3, iş vərəqə 9, 17). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 29, 120.2.2-ci və 29, 120.2.4-cü maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 29 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon prokurorluğuna saxlanılması üçün verilmiş X2 Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi 01 ədəd dəstəyi ağ, göy, qırmızı rənglərdən ibarət bıçaq, təqsirləndirilən şəxs X2 hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli parça materialdan,zəncirbəndli uzunqol gödəkçə,01 ədəd üzərində naxışlar olan, boynunda olan etiketində “X17” yazılmış,boz rəngli qısaqol köynək,01 ədəd hər iki diz nahiyələri solmuş, boz rəngli cins şalvar, 01 cüt corablar, 01 ədəd qara rəngli əl çantası, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş, 01 ədəd belində olan etiketdə “X18 JEANS” yazılmış, belinə qara rəngli dəri kəmər taxılmış boz rəngli parça şalvar,01 cüt qara rəngli parça corablar, X6, Zərərçəkmiş şəxs götürülmüş hər iki əl barmaqlarının dırnaqları məhv edilsin; - X2 məxsus “Samsung Galaxy J2 Prime” mobil telefonu onun ailə üzvlərinə qaytarılsın; - X2 şübhəli şəxs qismində dindirilməsi istintaq hərəkətinin qeydə alındığı 01 ədəd DVD disk, ifadənin yerində yoxlanması istintaq hərəkətinin qeydə alındığı 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs 102 xidmətinə zəng edərkən qeydə alınmış səs yazısının olduğu 01 ədəd DVD disk, “Azercell Telekom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən daxil olmuş 02 ədəd CD disklər, məhkəmə komputer texniki ekspertizası zamanı Zərərçəkmiş şəxs məxsus “Xiaomi Redmi 9” markalı mobil telefonun yaddaşında olan məlumatların köçürüldüyü 01 ədəd xarici yaddaş qurğusu (USB fləş disk), hadisənin baş verdiyi ünvanın qarşısında küçəni çəkən müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd xarici yaddaş qurğusu (USB fləş disk), Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində olan ərzaq mağazasının müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 354 (üç yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1631/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1631/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver