Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1632/2024 30.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X9 ibarət tərkibdə, X2, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi: Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi: Qanuni nümayəndə, Müdafiəçi: “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Müşfiqabad qəsəbəsi 33 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 127.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, eləcə də zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən «20 Yanvar» metrostansiyasına doğru piyada keçidi ilə hərəkətdə olarkən qarşıdan gələn əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun bacısı Şahid1 və qonşusu Maya Zalovaya sataşdıqlarını, Zərərçəkmiş şəxs1 əli ilə Şahid1 çiynindən tutaraq saxlamağa çalışdığını görüb dərhal onlara yaxınlaşmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sataşdıqları qızların onun bacısı və qonşusu olmasını və etdikləri hərəkətlərin əxlaq normalarına uyğun olmamasını deyib onlara irad tutmuş, daha sonra həmin şəxslərə heç kəsin olmadığı daha sakit yerdə söhbətlərinə davam etməli olduqlarını bildirib birlikdə Yasamal rayonu, X11 küçəsi, 92 nömrəli ünvanın yaxınlığına gəlmiş, həmin yerdə yenidən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bacısına sataşmaları ilə bağlı hərəkətlərinə aydınlıq gətirmələrini tələb etdikdə Zərərçəkmiş şəxs2 etdikləri hərəkətlərə haqq qazandırmaqla onun az yaşlı olmasını və məhz bu səbəbdən onlara irad bildirməyə ixtiyarının olmamasını deməsinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən qəsdən bir dəfə yumruqla vurub sonuncuya burun sümüklərinin qəlpəli yerdəyişən sınıqları, burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası kimi həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməsinin ardından Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən qəsdən bir dəfə yumruqla vurub sonuncuya sol gözün görmə itiliyinin tam itirilməsi ilə fəsadlaşmış həmin gözün gözdaxili möhtaviyyatın axması, hematoması və yarası ilə, eləcə də sol orbitanın ön divarının sınığı ilə müşayiət olunmuş küt zədə kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox (33 faiz) dayanıqlı itirilməsinə səbəb olmuş insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirmiş, bununla da Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən az ağır zərər vurma, Zərərçəkmiş şəxs1 sağlamlığına isə qəsdən ağır zərər vurma cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11 ildir cüdo idman növü ilə məşğuldur. Hadisə günü, yəni 2023-cü ilin 23 may tarixində o, “Sahil” metrostansiyası tərəfdə idmana getmək məqsədi ilə 114 nömrəli avtobusdan düşüb “20 Yanvar” metrostansiyasına düşən zaman bacısının arxasında iki oğlanın dayandığını, sonradan Eldəniz adı ilə tanıdığı şəxsin bacısına əl atdığını görmüş, onlara yaxınlaşıb nə baş verdiyini soruşduqda bacısı həmin şəxslərin onların arxasınca düşdüyünü, onları narahat etdiklərini demişdir. O, həmin iki nəfər oğlana kənara çəkilib məsələni aydınlaşdırmağı təklif etmiş, bir qədər kənara çəkildikdən sonra nəyə görə belə davrandıqlarını soruşmuş, həmin iki nəfər şəxs ona “sən uşaqsan, uşaq işi ilə məşğul ol, yaxşı eləmişik” demişlər. O, bu sözdən sonra onların hər birinə bir zərbə vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəlcə Zərərçəkmiş şəxs2 vurmuş, onun ağzına vurmaq istəsə də, zərbə burnuna dəymişdir. Daha sonra isə Zərərçəkmiş şəxs1 gözünə zərbə vurmuş, sonra da çantasını götürüb getmişdir. Hadisə zamanı yanında iki nəfər dostu olmuş, dostları “Ulduz” metro stansiyasına getmişlər və yolları eyni olmuşdur. Hadisə pilləkənin aşağı hissəsində baş vermiş, o, pilləkənin yuxarı hissəsində dayanmış, dostları isə arxasında olmuşdur. Dostlarının hadisəni görüb-görməmələrinə fikir verməmişdir. Nazim adlı şəxs onun bacısına əl atmamış, lakin bacısı həmin şəxslərin hər ikisinin onları narahat etdiklərini demişdir. O, Eldəniz adlı şəxsə tək yaxınlaşmış, əlini Eldənizin çiyininə atmış, ətrafda çox adam olduğu üçün məsələni bayırda aydınlaşdırmağı təklif etmişdir. Daha sonra məhəllənin kənarına getmişlər, təxminən 20 metr aralıda “Köşk” olmuşdur. Zərərçəkmiş şəxslər ona sərt şəkildə “sən uşaqsan” demişlər. Dostları kənarda dayanmış, dostlarından birinin çiyinində çanta olmuş, digəri isə kənarda sakitcə dayanmışdır. Onun əlində heç bir predmet olmamış, hətta vurduğu zərbədən sonra əlindən zədə də almışdır. Çanta çiyinində olmuş, lakin mübahisə zamanı çantanı kənara qoymuşdur. Ona qarşı zərərçəkmiş şəxslər tərəfindən heç bir hərəkət olmamış, lakin ona uşaq olduğunu dedikləri üçün əsəbləşib vurmuşdur. Onun yaşının az olması vizual olaraq bilinir. O, 4 ildir həmin yolu gedib-gəlir, heç vaxt belə bir hadisə ilə rastlaşmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 127.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Laçın rayonu, N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi komandir vəzifəsində işləmiş, 10 gün məzuniyyət götürərək rayona getmiş, bir neçə gün orada qaldıqdan sonra Bakı şəhərində qohumu X3 evinə gəlmişdir. O, bibisioğlu Nazimlə şəhərə çıxmış, onlar “Sahil” metrostansiyası tərəfdə iki qız görmüşlər. Onun həmin qızlardan birindən, bir qədər çəkili olan qızdan xoşu gəlmiş, lakin cürət edib qıza yaxınlaşa bilməmişdir. Onların yolu “20 Yanvar” metrostansiyası istiqamətində olmuş, onlar “Sahil” metrosuna tərəf getmişlər, qızlar da metro tərəfə getmişlər. Onlar qızlarla eyni anda metroya daxil olmuş, “20 Yanvar” metrostansiyasının digər çıxışına çıxan zaman Nazimə bir dəqiqə sonra qayıdacağını demiş, bu zaman Nazimə zəng gəlmiş, Nazim qapı tərəfdə telefonla danışmışdır. O, qızlardan birinə yaxınlaşmış və onunla tanış olmaq istədiyini bildirmiş, qızlar onunla tanış olmaq istəmədiklərini bildirdikdə, ondan üzr istəyib uzaqlaşmaq istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs gəlmiş, əlini çiyninə qoyaraq onu kənara çəkmiş, bu zaman Nazim də baş verənləri görmüş, ətrafda çox adam olmuş, ona görə də onlar kənara çəkilmişdir. Təqsirləndirilən şəxs yanında daha iki nəfər olmuş, onun qapıya söykəmişlər, Təqsirləndirilən şəxs onunla üzbəüz, digər iki nəfər şəxs də yanlarda durmuşlar. Nazim onlardan üzr istəmiş, yaşda böyük olduğunu demiş, həmin sözü deyən kimi Elçin onları vurmuşdur. O, gözünü xəstəxanada açmış, ayılan zaman bir gözünü itirmiş vəziyyətdə olmuşdur. Başqa heç nə xatırlamır. Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin qızları ilk dəfə görmüş, qızlardan birinə yalnız bir dəfə metronun “20 Yanvar” stansiyasından çıxan zaman yaxınlaşmışdır. Onlar alış-veriş etmək məqsədi ilə “Sahil” metrostasiyasından “20 Yanvar” metrostasiyasına gəlmişlər. Elçin əvvəlcə Nazimə vurmuş, daha sonra onu vurmuşdur. O, təqsirləndirilən şəxsin yaşını bilməmiş, nə o, nə də Nazim Elçinə “sən uşaqsan” sözünü deməmişdir. O, qızlardan heç birinə əl atmamış, qızlardan birinə yaxınlaşan zaman heç bir pis niyyəti olmamış, sadəcə tanış olmaq istəmişdir. Onun fikri ciddi olmuş, yaxınlaşdığı qız təqsirləndirilən şəxsin bacısı deyil, digər qız olmuşdur. Nazim bu zaman telefonla danışmış, təxminən 4 metr məsafədə dayanmış, ümumiyyətlə qızlara yaxınlaşmamışdır. Elçinin yanında əlavə 2 nəfər də olmuş, onlar onun sağ və solunda dayanmışlar. Ətrafda insanlar olmuş, lakin heç kəs yaxın durmamışdır. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs və onun ailəsi barışıq üçün heç bir cəhd etməmiş, ona dəymiş ziyanı ödəməmişlər. O, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, dayısı oğlu Eldənizlə şəhərə gəzməyə çıxmış, “20 Yanvar” metrostansiyasının çıxışında olan zaman o, telefonla danışmağa başlamış, bu zaman dayısı oğlu ondan uzaqlaşmışdır. O, telefonla danışıb bitirdikdən sonra bir nəfərin dayısı oğlunun qoluna girərək apardığını, yanlarında isə daha iki nəfərin olduğunu görmüşdür. Daha sonra onlar metrodan çölə çıxmış, o, nə baş verdiyini soruşmuş, Təqsirləndirilən şəxs Eldənizin onun bacısına söz atdığını demiş, o, Elçinə ikisinin də cavan uşaq olduğunu demiş, belə etməməyi tövsiyyə etmiş, əgər hansısa bir səhv varsa o, bir böyük kimi ondan üzr istəyə biləcəyini demiş, sözünü bitirən kimi Təqsirləndirilən şəxs ona zərbə vurmuşdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsə uşaq olduğunu, uşaq işi ilə məşğul olmasını deməmişdir. Təqsirləndirilən şəxsin ona vurduğu zərbə nəticəsində burnunda sınıqlar yaranmışdır. O, qızların mağazaya daxil olduqlarını görmüş, həmin zaman o, telefonla danışmış, qızlara heç bir söz deməmişdir. O, əvvəllər həmin qızları tanımamış, dayısı oğlu qızlardan biri ilə tanış olmaq istədiyini demişdir. Hadisə “20 Yanvar” metrostansiyasında baş vermiş, təqsirləndirilən şəxsin yanında daha iki nəfər şəxs olmuşdur. Həmin iki şəxsdən biri tərəfləri ayırmağa çalışmışdır. Həmin şəxslər ona heç nə deməmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, qızlar onlardan öndə hərəkət etmiş, o, telefonla danışan zaman dayısı oğlunun yanında olmadığını, bir qədər sonra isə sonuncunun üç nəfər şəxslə birgə gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs dayısı oğlunun qoluna girmiş, o, nə məsələ olduğunu soruşmuş, Elçin Eldənizin bacısına sataşdığını demişdir. O, qızlara heç bir söz deməmişdir. Elçin əvvəlcə onu, daha sonra da dayısı oğlunu vurmuşdur. İki şəxsdən birisi Elçini sakitlşdirməyə çalışmışdır. Hadisələrin hamısı ümumilikdə saat 15-17 aralığında baş vermişdir. Onlar qızları ilk dəfə dəniz kənarında görmüşlər. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs və onun ailəsi barışıq üçün heç bir cəhd etməmiş, ona dəymiş ziyanı ödəməmişlər. O, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, o, hadisə günü rəfiqəsi ilə şəhərə çıxmış, onlar dənizkənarı bulvarda gəzişdikdən sonra kimlərinsə onların arxasınca səsləndiyini eşitmişlər, lakin fikir verməmişlər. Onlar Sahil metrostansiyasının yaxınlığında olan hansısa bir mağazaya girmişlər, həmin müddət ərzində onların arxasınca gələn şəxslərin çıxıb gedəcəklərini düşünmüşlər. Onlar 20-25 dəqiqə mağazada dayansa da, mağazadan çıxdıqdan sonra həmin şəxslər yenə də onların arxasınca gəlmiş, metroya düşən zaman arxalarından danışıqlarını eşitmişlər. Belə ki, həmin şəxslərdən biri digərinə “bizə fikir vermirlər, gəl çıxaq gedək” demiş, digəri isə “narahat olma mənlikdir” deyə cavab vermişdir. “20 Yanvar” metrostansiyasından çıxan zaman sonradan adının Eldəniz olduğunu bildiyi şəxs ona yaxınlaşaraq onun belinə toxunmuş, həmin zaman digər şəxs kənarda dayanıb gülmüşdür. Bu zaman təsadüfən qardaşı gəlib onları görmüşdür. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar əvvəlcə dəniz kənarı bulvarda olmuşlar, orada olan zaman arxadan iki nəfər oğlan onlara söz atmışdır. Bu zaman saat təxminən 14:55 olmuşdur. Onların daxil olub oğlanların getməsini gözlədiyi mağaza aksesuar mağazası olmuşdur. Həmin iki şəxs onları çağırır, dayanmalarını istəyir, hətta metroda qatarın içində belə onlara söz atmışlar. Həmin şəxslər onların hər ikisinə söz atmışlar. Qardaşı gəldikdən sonra onların haraya getdiklərini görməmişdir. Həmin şəxslərin hər ikisi onlara söz atmış, onları narahat etmiş, lakin yalnız biri- Eldəniz adlı şəxs ona toxunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermiş və onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 may 2023-cü il tarixdə təxminən günorta vaxtında o, Elçin və Namiq ilə birlikdə yaşadıqları Müşfiqabad qəsəbəsindən çıxaraq, 20 Yanvar dairəsi istiqamətində gəlmişlər. X10 metrostansiyası istiqamətində, Elçin isə Sahil metrostansiyası istiqamətində getməli olmuş, onlar birlikdə 20 Yanvar metrostansiyasının yaxınlığında avtobusdan düşüb metroya daxil olmaq istəyən zaman Elçinin bacısının yanında bir nəfər qızla metronun pilləkənləri ilə yuxarı istiqamətdə qalxdıqlarını görmüşdür. Həmin vaxt Elçin bir nəfər əynində qolu uzun ağ köynək və üzərində xətləri olan, balaca boy oğlanın bacısının arxasınca gələrək bacısına söz atdığını görmüşdür. Elçin həmin vaxt oğlana yaxınlaşmış və nə baş verməsini soruşub, özünü həmin qızın qardaşı kimi təqdim etmişdir. Elçin həmin oğlana bacısını niyə narahat etməsini soruşmuşdur. Onlar Elçindən bir qədər aralı dayanmışlar. Sonra bir nəfər də qolu qısa ağ köynəkli şəxs də Elçinin yanına yaxınlaşmışdır. Onlar sonradan bilmişlər ki, həmin şəxslər iki nəfər olmuşdur. Sonra Elçin qolu uzun köynəkli oğlanı, yəni bacısına sataşan şəxsi kənara çəkərək qıraqda söhbət etmək istəmiş, ona görə də metronun keçidindən daxil olub digər çıxışı ilə çölə çıxmışlar. Onunla Namiq də həmin şəxslərin arxası ilə getmişlər. Elçinin söhbət etmək istədiyi şəxsin yanında olan oğlan da Elçingilin arxası ilə getmişdir. Onlar bir qədər gəldikdən sonra ətrafda keç kimin olmadığı yerdə dayanmışlar. Orada Elçin hər iki şəxslə danışaraq bacısına niyə görə sataşmalarını soruşmuşdur. Həmin şəxslərin isə Elçinə nə cavab vermələri yadında qalmamışdır. Bundan sonra Elçin hər iki şəxsə yumruqla zərbələr endirmişdir. Onunla Namiq davanı aralamağa çalışmışlar. Bundan sonra onlar çıxıb getmiş, həmin şəxslər isə orada qalmışlar. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs1, yəni uzunqol köynək geyinən şəxs dava zamanı yerə yıxılmamış, özündə olmuşdur. Onu hadisə zamanı heç kim vurmamışdır. O, sadəcə davanı ayırmağa çalışmış, eyni zamanda o da heç kimi vurmamışdır. Namiq də hadisə zamanı heç kimi vurmamış, Namiq də davanı ayırmağa çalışmışdır. Həmin vaxt Namiqi də heç kim vurmamışdır. Hadisə təxminən bir iki dəqiqə ərzində davam etmişdir. Kənar şəxslərdən heç kim onların davasına yaxınlaşmamışdır. Kənardan bir neçə nəfər şəxs davanı görüb, ötüb getmişdir. (cild İ, i/v: 220-223) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: - Yasamal RPİ-nin 27-ci PB-nin məsul növbətçisi tərəfindən tərtib olunmuş 24 may 2023-cü il tarixli raportdan görünür ki, 24 may 2023-cü il tarixdə saat 15.30-da PB-nin NHnə Respublika xəstəxanasının qəbul şöbəsindən Abdullayevanın verdiyi məlumata əsasən xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 Yasamal rayonu Zərdabi 92 ünvanında döyülərək xəstəxanaya müraciət etmişlər. (cild İ, səh. 4). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə hadisə yerinə baxış keçirilmiş, bu barədə fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. (cild İ, i/v 8-10) - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 27 oktyabr 2023cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi halları bir daha təsdiq edərək, hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmişdir. (cild İ, i/v: 101- 103) - Məhkəmə-tibbi ekspertizasının 01 iyun 2023-cü il tarixli 615 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarətlər - burun sümüklərinin qəlpəli yerdəyişən sınıqları, burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (cild İ, i/v: 17-19) - Məhkəmə-tibbi ekspertizasının 04 avqust 2023-cü il tarixli 816 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarətlər - sol gözün görmə itiliyinin tam itirilməsi ilə fəsadlaşmış həmin gözün gözdaxili möhtəviyyatın axması, hematoması və yarası ilə, eləcə də sol orbitanın ön divarının sınığı ilə müşayiət olunmuş küt zədə küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox (33% çox) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild İ, i/v: 20-23) - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona edilən ittihamın mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, emosionallıq, həssaslıq, çılğınlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs başqalarının təsiri altında uydurmağa meyillilik aşkar olunmadı. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən olunmadı. (cild İ, i/v: 191-194) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 197) - İstintaq orqanının 07 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Şahid4 və Şahid3 əməllərində cinayət tərkibi olmadığından həmin şəxslərin barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bacısına sataşmaları ilə bağlı aralarında yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən qəsdən bir dəfə yumruqla vurub onun sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən qəsdən bir dəfə yumruqla vurub sonuncuya isə insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Zərərçəkmiş şəxslərin aldıqları xəsarətlərlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxslərin hər biri həmin xəsarəti məhz təqsirləndirilən şəxsin yumruqla yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşki edir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 126.1 və 127.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, habelə idmançı olmaqla sambo və cüdo idman növləri üzrə yeniyetmələr arasında keçirilmiş çoxsaylı turnirlərdə uğurlu nəticələr əldə etməsini, həmçinin təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon 33 nömrəli tam orta məktəbin 10-cu sinfində oxuyur, o, məktəbin ictimai işlərində, idman yarışlarında iştirak edir, davamiyyəti yaxşıdır. Həmçinin müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi diplomların surətindən görünür ki, Təqsirləndirilən şəxs sambo və cüdo idman növləri üzrə yeniyetmələr arasında keçirilmiş çoxsaylı turnirlərdə birinci yer tutduğuna görə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, habelə zərərçəkmiş şəxslərin hər ikisinin təqsirləndirilən şəxsdən şikayətçi olmasını da nəzərə almışdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə bu hissədə qeyd edir ki, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işinin icraatı davam etdirildiyi dövrdə o, Qaradağ RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 127.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş və cinayətlərin məcmusu qaydasında müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Göründüyü kimi Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış və ilk dəfədir ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxsdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 25 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 79), Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş (cild İ, i/v: 109-114) və istintaq orqanının həmin tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayan nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, i/v: 115-116) Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməli və həmin müddət ona təyin edilən azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş “yetkinlik yaşına çatmayan nəzarət altına vermə” qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayan nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 127.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsi müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1632/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1632/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver