Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1633/2021 11.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, və külli miqdarda psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlayaraq daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 30 aprel 2021-ci il tarixdə saat 18:50 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərinə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli jiletin sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində təmiz çəkisi 28,120 qram, yəni külli miqdarda olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində təmiz çəkisi 19,310 qram olan külli miqdarda ağ kristalşəkilli maddə psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 30 may 2021-ci il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi ilə hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu polis bölməsinə dəvət etmişlər. O, polis bölməsində olan zaman onun üzərinə baxış keçirilmiş, əynində olan qara rəngli jiletin sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin, 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan metanmfetamin aşkar edilmişdir. O, qeyd edilən narkotik vasitəni 29 may 2021-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən 24 saylı notariat kontorunun yaxınlığında adını bilmədiyi şəxsdən heroini və metanfetamini ümumilikdə 700 manat məbləğində pula almış və narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadəsindən ötəri üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələrdən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamış, narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuş, üzərində narkotik vasitə olması və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Narkotik vasitəni aldığı şəxsi ilk dəfə görmüş, həmin şəxs haqqında heç bir məlumatı yoxdur. Lakin həmin şəxs orta boylu, ağbəniz, dolu bədən quruluşlu, üzü tüklü və təxminən 30-35 yaşlarında olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, onları şəxsi istifadəsi üçün almış və saxlamışdır. Həmçinin, himayəsində bir azyaşlı uşağının olmasının, digər azyaşlı uşağının ağır xəstəlikdən vəfat etməsinin, ailəni yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, AR Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. xx xxxx 1991-ci il təvəllüdlü, ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq istifadə etməsi, üzərində və yaşadığı ünvanda saxlaması və satışı barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəhbərliyinə raportla məruzə edilib məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. 30 may 2021-ci il tarixdə həmin şəxsin ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar təsdiq edilib əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, 32-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanmış, həmin gün əməliyyat qrupu daxil olmuş məlumat əsasında ünvan 6 ünvanın qarşısına gəlmişlər. Sonra saat 18:50-də həmin yerdə Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində, saxlamasında, satışında şübhəli olmasını bildirib həmin şəxsi Suraxanı RPİnin 32-ci PB-nə dəvət etmişlər. Dəvətdən sonra Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla razılaşıb və birlikdə polis bölməsinə gəlmişlər. Bu barədə raport yazıb məruzə etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi məqsədilə vəkil də dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə şəxsi axtarış və götürmə aparılmmasından əvvəl paltarında, əşyalarında və ya üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli jiletin sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan heroin və narkotik maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə və maddəni 29 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qaraçüxür qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən 24 saylı Notariat Kontorunun yaxınlığında adını bilmədiyi şəxsdən ümumilikdə 700 manat məbləğində pula almasını, şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli sellifona bükülmüş bükümün içərisində narkotik vasitə olan heroini açdıqda rənginə, spesifik qoxuya malik narkotik vasitə heroinə, 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli sellifona bükülmüş bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə və 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə metamfetaminə bənzər maddə götürülərək bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin zərflər üçün 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər maddə və əşya aşkar edilməmişdir. Axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, ərizə və şikayət daxil olmamış və onlar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitələri özü istifadə etmək üçün Suraxanı rayonu ərazisində ünvanını bilmədiyi yerdə tanımadığı şəxsdən 700 manata aldığını, narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə məlumatı olduğunu, üzərində narkotik vasitə olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmadığını, narkotik vasitəni aldığı şəxsi tanımadığını və ilk dəfə gördüyünü, həmin şəxs haqqında heç bir məlumata sahib olmadığını, həmin şəxs orta boylu, qarabəniz, üzü tüklü olduğunu, həmin şəxsin ona narkotik vasitəni verdiyi ünvanı xatırlamadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, AR DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. xx xxxx 1991-ci il təvəllüdlü, ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq istifadə etməsi, üzərində və yaşadığı ünvanda saxlanması və satışı barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və həmin şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəhbərliyinə raportla məruzə edilib məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. 30 may 2021-ci il tarixdə həmin şəxsin ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar təsdiq edilib əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış və o da əməliyyat qrupunun tərkibinə daxil edilmiş, sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün əməliyyat qrupu daxil olmuş məlumat əsasında ünvan 6 ünvanın qarşısına gəlmiş, saat 18:50-də həmin yerdə Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində, saxlanmasında, satışında şübhəli olmasını bildirib həmin şəxsi Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Onların dəvətindən sonra Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək razılaşıb və birlikdə polis bölməsinə gəlmişlər. Bu barədə raport yazıb məruzə etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi məqsədilə vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə şəxsi axtarış və götürmə aparılmmasından əvvəl paltarında, əşyalarında və ya üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli jiletin sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan heroin və narkotik maddə olan metamfetamin olduğunu həmin narkotik vasitə və maddəni 29 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qaraçüxür qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən 24 saylı Notariat Kontorunun yaxınlığında adını bilmədiyi şəxsdən ümumilikdə 700 manat məbləğində pula almasını, şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli sellefona bükülmüş bükümü açdıqda rənginə, spesifik qoxuya malik narkotik vasitə heroinə, 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli sellifona bükülmüş bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə və 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə metamfetaminə bənzər maddə götürülərək bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin zərflər üçün 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər maddə və əşya aşkar edilməmişdir. Axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmiş. Protokol iştirakçılara ucadan oxunmuş, ərizə və şikayət daxil olmamış və onlar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitələri özü istifadə etmək üçün Suraxanı rayonu ərazisində ünvanını bilmədiyi yerdə tanımadığı şəxsdən 700 manata aldığını, narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə məlumatı olduğunu, üzərində narkotik vasitə olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmadığını, narkotik vasitəni aldığı şəxsi tanımadığını və ilk dəfə gördüyünü, həmin şəxs haqqında heç bir məlumata sahib olmadığını, həmin şəxs orta boylu, qarabəniz, üzü tüklü olduğunu, həmin şəxsin ona narkotik vasitəni verdiyi ünvanı xatırlamadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. İş materiallarında olan Bakı şəhər Suraxanı RPİ-nin 32-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 30 may 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:50 radələrində ünvan 6 ünvanın qarşısına saxlanılaraq saat 19:00-da Suraxanı RPİ-nin 32-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə şəxsi axtarış və götürmə aparılmmasından əvvəl barəsində axtarış və götürməni aparılan şəxsə paltarında, əşyalarında və ya üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli jiletin sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroini, 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan metamfetamini 29 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qaraçüxür qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən 24 saylı Notariat Kontorunun yaxınlığında adını bilmədiyi şəxsdən ümumilikdə 700 manat məbləğində pula almasını, şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli sellifona bükülmüş bükümün içərisində narkotik vasitə olan heroini açdıqda rənginə, spesifik qoxuya malik narkotik vasitə heroinə, 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli sellifona bükülmüş bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə və 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə metamfetaminə bənzər maddə götürülərək bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİNnin zərflər üçün 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər maddə və əşya aşkar edilməmişdir. (iş vərəqə 32-33) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində Bakı şəhər Suraxanı RPİ-nin 32ci PB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən Suraxanı RPİ-nin 32-ci PB-də xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə video görüntüləri əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin çəkiliş 30 may 2021-ci tarixdə çəkilmişdir. Çəkilmiş video çəkilişdən görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, sonuncu heç bir etiraz etməyərək əynində olan qara rəngli jiletin sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroini və narkotik vasitə olan metamfetamin olduğunu, həmin narkotik vasitə və maddəni 29 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qaraçüxür qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən 24 saylı Notariat Kontorunun yaxınlığında adını bilmədiyi şəxsdən ümumilikdə 700 manat məbləğində pula almasını, şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli sellifona bükülmüş büküm götürülərəkbir ədəd kağız zərfdə qablaşdırılır və Azərbaycan Respublikası DİN-nin zərflər üçün 196 saylı möhürü ilə möhürlənərək götürülmür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər maddə və əşya aşkar edilmir. (iş vərəqə 84) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 30 may 2021-ci il tarixli 6/2170 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN № 196” dairəvi möhür əksi olan, üzərində “iştirak etdi 1 imza Şahid2 ...təhqiqatçı 1 imza Ə.İsgəndərov” yazı və imzalar olan 1 №-li zərfdə təmiz çəkisi 19,310 qram ağ kristal şəkilli maddə psixotrop maddə - metamfetamin və 2 №-li zərfdə təmiz çəkisi 28,120 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə - heroindir.; Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, İ siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, İ siyahısına daxildir. (İş vərəqə 38-42) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsin 17 iyul 2021-ci il tarixli 2399 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 118-119) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” Publik Hüquqi şəxsin 09 iyul 2021-ci il tarixli 1505 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. Sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti poxulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (iş vərəqə 121-122) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlməklə, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi-axtarış, götürmə və baxış protokolları və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 5(010)-204/2021 nömrəli qərarından görünür ki, AR DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nin əməliyyat müvəkkilinin “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 30 may 2021-ci il tarixli qərarı qanuni sayılmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində təmiz çəkisi 28,120 qram narkotik vasitə heroin, 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində təmiz çəkisi 19,310 qram olan psixotrop maddəmetamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından (heroin, metamfetamin 2 qramdan) artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, xırda bağlamalara bükülməsi də təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəmənin 23.02.2011-ci il tarixli hökmü ilə AR CM-nin 331.2; (AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla) və 332.2-ci maddələri ilə təqsirli bilinmiş, ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası və 150 manat cərimə cəzası təyin edilmiş və AR CM-nin 70-ci maddəsi tətbiq olunaraq 02 il sınaq müddətinə şərti məhkum edilmişdir. (iş vərəqə 88-89) Azəbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan, Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 138) İş materiallarında olan, Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə ünvan 9 ünvanında qeydiyyatdadır və müsbət xarakterizə olunur (iş vərəqə 100-101) İş materiallarında olan AZ-İİİ seriyalı 387226 nömrəli doğum haqqında şəhadətnamənin və görünür ki, Təqsirləndirilən şəxs himayəsində 31.07.2014-cü il təvəllüdlü X3 və 19.11.2018-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. (iş vərəqə 102-103) İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, eyni zamanda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və AR Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin tibbi arayışlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində daha bir azyaşlı övladı X4 olmuşdur. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, AR CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, bir azyaşlı uşağının isə xəstəlikdən vəfat etməsini, müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş təmiz çəkisi 28,120 qram, tədqiqata 0,5 qram sərf edildiyindən qalıq - 28,070 qram heroin və təmiz çəkisi 19,310 qram, tədqiqata 0,5 qram sərf edildiyindən qalıq - 19,260 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 88,70 manat (səksən nsəkkiz manat yetmiş qəpik) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsin 17 iyul 2021-ci il tarixli 2399 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarında olan 30 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 23 fevral 2021-ci il tarixli Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01.06.2021-ci il tarixli, 4(010)-251/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 may 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 28,070 qram heroin, 19,260 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1633/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1633/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver