Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1633/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X11 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə4, müdafiəçi - Bakı şəhər “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbin 10-cu sinfində oxuyan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-park-1 yaşayış kompleksi, ev 2, mənzil 19-da yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, xx.xx.2023-cü il tarixdə, saat 21:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park-1 yaşayış kompleksi, 2 saylı binanın qarşısında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla vurmasına görə üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 (bir) dəfə zərbə vuraraq, sonuncuya qarın boşluğuna nüfuz edərək nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının 1 (bir) ədəd kəsilmişdeşilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə günü 2 (iki) balaca dayısı oğlu ilə birlikdə söhbətgahda (besedkada) oturmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs dostu Aqşin ilə birlikdə onun oturduğu yerə yaxınlaşmışdır. Aqşin bu vaxt əlindəki oyuncaq tüstü buraxan tapança ilə onlara tərəf atəş açmışdır. O, Aqşindən nəyə görə belə hərəkət etdiyini soruşduqda, Aqşin onunla mehribançılıq yaratmaq istədiyini bildirib ondan niyə aqressiv danışdığını soruşmuşdur. O da, Aqşinə sonuncu ilə yaxınlığının olmadığını bildirmişdir. Aqşin isə bir daha ona aqressiv danışdığını irad tutub bir qədər kənarda danışmaq istədiyini bildirmişdir. Bundan sonra onlar bir qədər kənara keçərək danışmağa başlamışlar. Birdən Aqşin onun burnuna qəflətən kəllə ilə zərbə vurmuşdur. Zərbədən sonra o, Aqşini itələyib belində gəzdirdiyi bıçağı çıxartmışdır. Həmin vaxt Aqşin ona ünvanlanmış şəkildə bıçaqla vurmayanı söymüşdür. O da, Aqşini bıçaqla qorxutmaq məqsədilə sonuncuya tərəf getmişdir. Həmin vaxt Yaqub Aqşinin yanında olmuşdur. Onun Yaqubu bıçaqla vurmaq kimi fikri olmamışdır. Lakin Yaqub birdən 2 (iki) dəfə yumruqla onun burnundan vurmuşdur. O da, bilmədən həmin vaxt zərərçəkmiş şəxs Yaqubu bıçaqla vurmuşdur. Buna görə də o, çox peşmandır. Hadisədən sonra o, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncuya vurulmuş ziyan ödənilmiş və bu səbəbdən də zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdikləri və yaşının az olmasını nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və göstərilən cinayət əməli onun tərəfindən yetkinlik yaşına çatmadığı dövrdə törədilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə xx.xx.2023-cü il tarixdə baş vermişdir. O, hadisə günü dostu Aqşinlə birlikdə skamyalara tərəf getmişdir. Bu zaman həmin skamyalarda Nihad dayısı oğlanları birlikdə oturmuşdur. Aqşin əlindəki oyuncaq tüstü buraxan tapança ilə Nihadın üzünə 2 (iki) dəfə atəş açmışdır. Nihad isə Aqşinə nəyə görə belə hərəkət etdiyini, eləcə də Aqşini tanımadığını bildirmişdir. Aqşin isə, Nihada mehribançılıq yaratmaq istəyini bildirmişdir. Bu minvalla Aqşinlə Nihadın arasında mübahisə düşmüşdür. Aqşin və Nihad bundan sonra bir qədər arxa tərəfə çəkilmişlər. O, Nihada bir neçə dəfə demişdir ki, “dalaşmayın”. Həmçinin o, Nihaddan neçə yaşının olduğunu soruşmuş, Nihad isə ona 15 yaşı olduğunu bildirmişdir. Aqşinlə Nihad kənara çəkildikdən sonra o, Aqşingilin yanına getmişdir. O, Aqşinin yanına getdikdə, Aqşinin Nihada burnundan kəllə ilə vurduğunu görmüşdür. Bu vaxt Nihad geri çəkilərək belindən bıçaq çıxartmış, sonra isə Aqşinn üzərinə hücum çəkmişdir. Aqşin onun dostudur. O, Aqşini müdafiə etmək məcburiyyətində qaldığından Aqşini müdafiə etmişdir. O, Nihada çatan zaman artıq sonuncu bıçaq çıxartmışdır. Birinci dəfə idi ki, o, dava zamanı bıçaq çıxarıldığını görmüşdür. Buna görə də o, biraz qorxmuşdur. Biraz özünə gəldikdən sonra o, Nihadin üzərinə hücum edərək 2 (iki) dəfə Nihadın burnundan yumruqla vurmuşdur. Nihad da, bu səbəbdən onu bıçaqla vurmuşdur. Hadisədən sonra o, Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan ödənilmiş və bu səbəbdən də onun Nihada qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 ifadəsində göstərdi ki, Nihad onun bibisi oğludur. O, zərərçəkmiş şəxsləri birinci dəfə idi ki, hadisə zamanı görmüşdür. Hadisə vaxtı Aqşin onların başına oyuncaq tapança ilə güllə vurmuşdur. Bundan sonra dayısı oğlu Nihadla Yaqub dalaşmağa başlamışlar. O, bunu görüb qorxmuş və ona görə də hadisə yerindən qaçıb getmişdir. O, kiminsə bıçaqla vurulduğunu və yaralandığını görməmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərdi ki, hadisə baş gün o, Zərərçəkmiş şəxsla birlikdə yaşadığı məhəllədə gəzmişdir. Həmin vaxt Nihadgil də məhəllədə olmuşlar. Sonra onlar Nihadla zarafat etmişlər. Onların zarafatını Nihad pis qəbul etmişdir. Bundan sonra o və Nihad söhbəti həll etmək üçün bir qədər qırağa çəkilmişlər. Orada onun Nihadla sözü düz gəlməmişdir. Buna görə də o, Nihada kəllə atmışdır. O, Nihada kəllə atdıqdan sonra Nihad onun üzərinə bıçaq çıxartmışdır. Nihad onun üstünə gələndə Yaqub araya girmişdir. Yaqub onu müdafiə etməyə çalışmış və buna görə də Yaqub Nihada möhkəm yumruq vurmuşdur ki, sonuncunun əlində olan bıçaq düşsün. Bundan sonra isə Nihad əlindəki bıçaqla Yaqubu vurmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərdi ki, hadisədən əvvəl o, Aqşin və Yaqubla birlikdə parkdakı skamyalarda oturmuşdur. Bu zaman Aqşinin əlində oyuncaq tapança olmuşdur. Aqşin əvvəl həmin oyuncaq tapançanın gülləsi ilə onun üzünə, sonra Yaqubun üzünə, sonra da digər skamyalarda oturan oğlanların, daha doğrusu Nihadın üzünə vurmuşdur. Nihadgil bu zaman skamyada 3 (üç) nəfər olaraq oturmuşlar. Nihadın yanında 2 (iki) nəfər qohumu olmuşdur. Aqşin həmçinin oyuncaq tapançanın gülləsi ilə Nihadın yanındakı oğlanın da üzünə güllə ilə vurmuşdur. Sonra isə Aqşin Nihadın üzünə güllə ilə vurmuşdur. Bu zaman Nihad Aqşinə nəyə görə üzünə güllə ilə vurduğunu soruşmuşdur. Aqşin isə, Nihada mehribançılıq yaratmaq üçün üzünə güllə ilə vurduğunu, yəni zarafat etdiyini demişdir. Bu zaman Aqşinlə Nihad kəllə-kəlləyə gəlmişlər. Həmin vaxt Aqşin Nihada əl atmışdır. Nihad da, Aqşinin üzərinə bıçaq çıxartmışdır. Bu zaman Aqşin Nihada söyüş söyərək “məni bıçaqla vurmayan belə-belə olsun” demişdir. Aqşin söyüş söyən kimi Yaqub Nihadın böyründən yumruqla zərbə vurmuşdur ki, Nihad Aqşini bıçaqla vura bilməsin. Bu zaman Nihad Yaqubu bıçaqla vurmuşdur. Yaqub da, zərbənin təsirindən gedib qıraqda oturmuşdur. Sonra o, Yaquba yaxınlaşmış və həmin vaxt görmüşdür ki, Yaqubun böyrü qan içindədir. Buna görə də o, Yaqubu sakitləşdirməyə çalışmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 23:45-da bir nəfər həkim zəng edərək Zərərçəkmiş şəxs deşilmiş-kəsilmiş yarası ilə xəsarət aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 4-8) görünür ki, cinayət hadisəsi baş verən əraziyə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksi 2 ünvanına baxış keçirilmişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 44-45) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 77) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddədən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 79-80) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-1/2024 saylı qərarından (cild 1, iş vərəqə 95-100) görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət təmin edilməmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş və həmin gün onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 110-114) görünür ki, həmin gün cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd qatlanan cib bıçağına baxış keçirilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X5” X10 18 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 119-120) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 122) görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (atası) X3 ibtidai istintaq orqanına müraciət edərək onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 204) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X5” X10 39 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 142-144) görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət – qarın boşluğuna nüfuz edərək nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət), ola bilsin bıçaq təsirindən, onun tibbi yardım üçün X8 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 169 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 192- 194) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında situasiya ilə əlaqədar hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizoloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarındadır. xx.xx.2024-cü il tarixli 56 saylı tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 155) görünür ki, Təqsirləndirilən şəxs həmin məktəbin 10-cu sinfində oxuyur, məktəbdə özünü yaxşı şagird kimi göstərmiş, tərbiyəsi ilə digər şagirdlərdən seçilir, həmçinin pedaqoji kollektivdə hörmət qazanmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X5” X10 40/2024-MTBŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 181- 184) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A(İİ)dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynk və qolsuz mayka üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız «A» antigeni alındı. Aqqlyutinin isə alınmadı. Buq an ləkələri ABO sistemi üzrə A beta /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X5” X10 36-MKTŞ/2024 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 186- 190) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 1 (bir) ədəd, maykanın ön səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan üdgücü və iti ucu olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 1 (bir) ədəd, maykanın ön səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətlərə malik digər bıçağın-tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 202-203) görünür ki, cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd bıçaq, hadisə vaxtı zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka maddi sübut kimi tanınaraq saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 213-227) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən həmin cinayət üzrə cinayətin subyekti ola biləcək şəxsin yaş həddinə çatmaması səbəbindən həmin maddə ilə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, lakin onun əməli xırda xuliqanlıq hesab edilməklə həmin məsələyə baxılması üçün Qaradağ RPİ-nin 10-cu Polis şöbəsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında (cild 1, iş vərəqə 230-231) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 46) görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onun Təqsirləndirilən şəxs ilə barışdığını və ona görə də onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də ittihamı və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə, saat 21:10 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park-1 yaşayış kompleksi, 2 saylı binanın qarşısında üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 (bir) dəfə zərbə vuraraq, sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Bıçaq zərbəsi nəticəsində Zərərçəkmiş şəxs aldığı xəsarət - qarın boşluğuna nüfuz etməklə nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarasından ibarət olmuş və bu xəsarət xx.xx.2024-cü il tarixli, 39 nömrəli ekspertiza rəyi ilə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Başqa sözlə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə, saat 21:10 radələrində həmin vaxt yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs 1 (bir) dəfə bıçaqla xəsarət yetirməsi və nəticədə sonuncunun sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurulması cinayət işinin mübhisəsiz hallarıdır. Bu hallar məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və ekspertiza rəyi ilə tam şəkildə öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə cinayət hadisəsinə səbəb olmuş halların aydınlaşdırılmasını zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, cinayət hadisəsi baş verən zaman həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs yetkinlik yaşına çatmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 2 (iki) azyaşlı dayısı oğlu ilə birlikdə yaşadığı binanın yaxınlığında yerləşən parkda olmuş, həmin vaxt onların yanına Zərərçəkmiş şəxs dostu Şahid1 ilə birlikdə yaxınlaşmışdır. Şahid1 həmin vaxt əlində oyuncaq hesab edilən tapança olmuş və o, həmin oyuncaq tapançadan istifadə edərək ətrafdakı şəxslərə oyuncaq güllələr atmışdır. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs və sonuncunun yanında olan 2 (iki) azyaşlı dayısı oğluna yaxınlaşaraq, Təqsirləndirilən şəxs oyuncaq tapançanı tuşlamaqla atəş açmışdır. Şahid1 bu hərəkəti Təqsirləndirilən şəxs xoşuna gəlməmiş və nəticədə Nihad Aqşinə narazılığını bildirməklə haqlı iradını bildirmişdir. Şahid1 isə Nihadın iradına cavab olaraq bildirmişdir ki, “mehribançılıq yaradıram”. Məhkəmə Şahid1 bu hissədə sərgilədiyi mövqe ilə razılaşmayaraq qeyd edir ki, Aqşinlə Nihadın arasında dostluq və bu kimi yaxın münasibət olmadığı, eləcə də Nihadın yanında 2 (iki) azyaşlı uşaq olduğu halda Aqşinin Nihada oyuncaq olsa belə tapançadan güllə atması mehribançılığın yaradılması kimi qəbul edilə bilməz, əksinə məhkəmə göstərilən şəraiti qiymətləndirərək belə hesab edir ki, Şahid1 həmin hərəkəti ilə faktiki olaraq Təqsirləndirilən şəxs sataşmış, sonuncu ona haqlı iradını bildirdiyi halda bu iradı qəbul etməyərək Aqşin haqq-hesab etmək məqsədi ilə Nihadı bir qədər kənara dəvət etmişdir. Bu hadisə baş verən zaman Zərərçəkmiş şəxs Aqşinlə Nihadın yanında olsa da, sonuncuların məsələsinə qarışmamışdır. Aqşinlə Nihad kənara çəkildikdən sonra Aqşin Nihada gözlənilmədən 1 (bir) dəfə kəllə ilə üz nahiyəsindən zərbə vurmuşdur. Bundan sonra Aqşin Nihada yumruqla zərbə vuraraq itələmişdir. Faktiki olaraq isə Şahid1 bu hərəkətləri ilə Təqsirləndirilən şəxs döymüşdür. Təqsirləndirilən şəxs Aqşin tərəfindən döyülməsi onda qorxu hissi yaratmış və bu səbəbdən də Nihad üzərində gəzdirdiyi bıçağı çıxararaq Şahid1 qanunsuz hərəkətlərindən müdafiə olunmaq qərarına gəlmişdir. Aqşin Nihadın bıçaq çıxartmasını gördükdə, yaranmış gərginliyi aradan qaldırmaq əvəzinə, Nihadı cinayət törətməyə təhrik edərək vurmayanın anasının ünvanına söyüş söymüşdür. Aqşinin bu kimi sözləri Nihadı daha da hövsələdən çıxarmış və təkləndiyini düşünərək əlindəki bıçaqla Aqşinin üzərinə getmişdir. Bu vaxt fiziki cəhətdən Təqsirləndirilən şəxs daha güclü və Şahid1 dostu olan Zərərçəkmiş şəxs anidən Nihada yaxınlaşaraq qarşısını kəsmiş və buna zərurət olmadan yumruqla 2 (iki) dəfə Nihadın burnundan zərbə vurmuşdur. Zərərçəkmiş şəxs bu zərbələrindən sonra Nihadın burnundan qan açılmış və sonuncu həqiqətən də Aqşin və Yaqub tərəfindən təklənib döyüldüyünü düşünərək əlindəki bıçaqla 1 (bir) dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsindən zərbə vurmuşdur. Zərərçəkmiş şəxs aldığı xəsarətlə bağlı məhkəmədə bildirmişdir ki, o, Nihadın əlində bıçağı gördükdən sonra sonuncunun qanunsuz əməllərinin qarşısını almaq məqsədi ilə Nihada yumruqla zərbə vurmuşdur. Bu hissədə məhkəmə Zərərçəkmiş şəxs mövqeyi ilə razılaşmır və hesab edir ki, Zərərçəkmiş şəxs göstərdiyi hallar həqiqətə və işin hallarına uyğun deyil. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq zərbəsi endirməsinə səbəb sonuncunun ona 2 (iki) dəfə yumruqla zərbə vurması olmuşdur. Məhkəmə hesab edir ki, əgər Zərərçəkmiş şəxs həqiqətən də Nihadın qanunsuz əməllərinin qarşısını almaq istəsəydi, o, ümumiyyətlə Aqşinlə Nihadın arasında əvvəlcə sözlü mübahisənin, sonradan isə Aqşinin Nihada zorakılıq etməsinin qarşısını alardı. Eyni zamanda X4suz əməllərinin qarşısını almaq üçün bir çox hərəkətlər edilə bilərdi. Lakin bunun əvəzinə Zərərçəkmiş şəxs Nihada 2 (iki) dəfə yumruqla vurmaqla faktiki olaraq sonuncunu döymüşdür. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı cinayət əməlini sonuncu və sonuncunun yanında olmuş dostu Şahid1 qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Bu isə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin qarşısını alınmasında ifadə olunmuşdur. Məhkəmə belə nəticəyə gələrkən məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, həmçinin iş üzrə xx.xx.2024-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarı əsas tutmuşdur. Belə ki, həmin qərardan görünür ki, Şahid1 yuxarıda göstərilən qanunsuz hərəkətləri ilə bağlı onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, lakin onun əməli xırda xuliqanlıq kimi qiymətləndirilməklə həmin məsələyə baxılması, yəni onun inzibati məsuliyyətə cəlb edilməsi üçün materialların Qaradağ RPİ-nin 10-cu Polis şöbəsinə göndərilməsi qərara alınmışdır. Bununla da təsdiq olunur ki, cinayət hadisəsinin baş verməsinə səbəb – Zərərçəkmiş şəxs və onun dostu Şahid1 qanunsuz və əxlaqsız hərəkətləri olmuşdur. Beləliklə, zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncu və onun dostu Şahid1 tərəfindən sərgilənmiş qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz zərərçəkmiş şəxsin və onun dostu Şahid1 sərgiləmiş olduğu aqressiv davranış və əxlaqsız hərəkətlərin təsiri altında törətsə də, bu hallar onun cinayət törətməsinə haqq qazandıra bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zoraki cinayət əməlinə, ələlxüsus da bu cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini soyuq silah hesab olunan bıçaqdan istifadə etməklə törətsə də, ibtidai istintaq orqanı düzgün olaraq xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar əsasında belə nəticəyə gəlmişdir ki, o, Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün 16 yaşına çatmamışdır. Belə ki, Cinayət Məcəlləsinin 20-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün 16 yaşına çatması imperativ tələbdir. Təqsirləndirilən şəxs isə xx.xx.2023-cü il tarixdə 15 yaşında olmuşdur. Beləliklə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında bir daha təqsirləndirilən şəxslə barışdığını, habelə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin o, sözügedən cinayət əməlini məhz zərərçəkmiş şəxs və sonuncunun dostunun sərgiləmiş olduqları aqressiv davranış və qanunsuz hərəkətlərinin təsiri nəticəsində törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə cinayət törədərkən 14 (on dörd) yaşı tamam olmuş, lakin 18 (on səkkiz) yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 86.1-ci maddələrinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs yaşını, yəni onun məktəbli olmaqla yanaşı, yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini zərərçəkmiş şəxs və iş üzrə şahid qismində çıxış edən şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ibtidai istintaq orqanına cinayətin aləti qismində çıxış edən bıçağı könüllü şəkildə təqdim etməsini, habelə təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə), təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yaşını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onun məktəbli olmaqla yanaşı, yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin və iş üzrə şahid qismində çıxış edən şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ibtidai istintaq orqanına cinayətin aləti qismində çıxış edən bıçağı könüllü şəkildə təqdim etməsini, habelə təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun məktəbli olmaqla, yanaşı yetkinlik yaşına çatmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin və iş üzrə şahid qismində çıxış edən şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ibtidai istintaq orqanına cinayətin aləti qismində çıxış edən bıçağı könüllü şəkildə təqdim etməsini, habelə təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, eləcə də onun ali və digər formada təhsil almasına, habelə onun Azərbaycan Respublikasının qarşısında olan vəzifələrinin icra edilməsində (həqiqi hərbi xidmət və sair) mane ola bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 9 (doqquz) gün müddət nəzərə alınsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka məhv edilsin. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1633/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1633/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver