Məhkəmə qərarları › İş №1(101)-1634/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1634/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1634/2022 06.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci ildə Cəlilabad rayonu Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə gecə saat 00:15 dəqiqədə ünvan 3 ünvanda yerləşən yaşayış binasının liftinin qarşısında bir neçə aydır ki, uşaqlarını ona göstərməməsi səbəbindən aralarında davam edən mübahisə səbəbindən boşanmaq ərəfəsində olduğu arvadı Zərərçəkmiş şəxs başqa şəxslə münasibətdə olmasını bildirməsinə görə qısqanclıq zəminində üzərində olan bıçaqla bir dəfə qəsdən sonuncunun qarın nahiyəsinin ön hissəsindən zərbə endirməklə ona sağ mil-bilək oynağı nahiyəsinin ön səthinin kəsilmiş yarası, çənə nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən və insan həyatı üçün təhlükəli olan qarının ön divarının periton boşluğuna nüfuz edən qaraciyəri və mədəni zədələyən bir ədəd deşilmiş kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2014-cü ildə tanış olub, rəsmi nikaha daxil olmuşlar. Jalə ilə birgə nikahdan iki uşağı olmuşdur. Hadisəni törətməzdən əvvəl həyat yoldaşı Zərərçəkmiş şəxs ilə bir müddət idi ki, aralarında baş vermiş mübahisələr səbəbindən ayrı yaşayırdılar. Arvadı ona övladlarını görməyə şərait yaratmamışdır. Uzun müddət axtardıqdan sonra yoldaşını “Həzi Aslanov” adlanan ərazidə yerləşən “Yaşıl Bağ” restoranında işlədiyini müəyyən etmiş, həmin restorana gedib uşaqları ilə onu görüşdürməsini tələb etmiş, zərərçəkmiş şəxs isə ona “bir vaxt təyin edərəm görüşərsən” deyə bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, sonra onu restorandan çıxartmışlar. Jalə isə arxa qapıdan çıxaraq uzaqlaşmışdır. Bu zaman o, restoranın müdriyyətinə bildirmişdir ki, “arada başqa məsələ yoxdur, Jalə xanım mənim yoldaşımdır”. Daha sonra arvadının rəfiqəsinin yanında qaldığını bilmiş, həmin ünvana, yəni G.Şıxlinski küçəsi, 1 A ünvanına gəlmiş, blokun qabağına həyat yoldaşı Jaləyə məxsus çantaların yığıldığını görmüşdür. Jalənin o ünvandan köçmə ərəfəsində olduğunu anlamış, hətta yüklərinin daşınmasına kömək də etmişdir. Arvadı ilə söhbət eləməyə çalışmış, uşaqlarını görmək, onlarla əlaqə saxlamaq üçün telefon nömrəsini istədiyini bildirmişdir. Həyat yoldaşının ona başqa biri ilə “danışdığını” bildirdiyindən qısqanclıq zəminində gələrkən yerdən tapdığı dəmir parçası ilə Zərərçəkmiş şəxs bir dəfə zərbə vurmuşdur. Sonra həmin dəmir parçasını atmışdır, lakin hara atdığını xatırlamır. Onun Jaləyə xəsarət yetirmək fikri olmamış, o, cinayət əməlini məqsədli şəkildə törətməmişdir. Əməlindən səmimi peşmançılıq hissi keçirir, həyat yoldaşı ilə barışmışdır, birgə nikahdan iki övladları vardır, ailələrini bərpa etmək niyyətindədir. Ona görə də bütün bu halların nəzərə alınmasını və həbsdən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bidirmişdir ki, təqsirləndirilən şəxs onun rəsmi nikahda olduğu həyat yoldaşıdır, birgə nikahdan iki övladları vardır. Heydərin ailələrinə laqeyd yanaşması, ona qarşı təhqiredici ifadələr işlətməsi və ailəsinə diqqət göstərməməsi kimi səbəblərdən birgə yaşadıqları müddətdə aralarında tez-tez mübahisələr olmuşdur. Heydərlə aralarında bundan öncə bir dəfə də xəsarətlə nəticələnən hadisə baş vermişdir. Lakin bu zaman o, Heydərə xəsarət yetirmişdir. Bu hadisə ilə bağlı barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi başlansa da, Heydərlə barışdıqları üçün işə xitam verilmişdir. Bu hadisədən sonra ayrı yaşamağa qərar vermişlər. Heydərin ona xəsarət yetirdiyi gün o, rəfiqəsinin evindən başqa ünvana köçmə ərəfəsində olmuşdur. Həmin gün Heydər ona yaxınlaşaraq uşaqlarla görüşdürülməsini tələb etmiş, o, isə “sənin kimi ata ilə övladlarımı görüşdürməyəcəm” demişdir. Təqsirləndirilən şəxs ondan mobil telefon nömrəsini istəsə də, ona nömrəsini verməyəcəyini bildirmişdir. Heydər ona qarşı yenə nalayiq ifadələr işlətməyə başlayanda, ondan uzaq olmasını xahiş etmişdir. Heydər ona başqa bir şəxslə münasibətinin olduğunu üç dəfə dalbadal olaraq soruşmuş, o, isə hər dəfəsində başqa şəxslə münasibətinin olmadığını bildirmişdir. Dördüncü dəfə sual verən zaman əsəbləşərək başqa kişi ilə münasibəti olduğunu demiş və sonra gülə-gülə “kül təpəvə mənə səndən başqa kim baxar” sözlərini əlavə etmişdir. Bu zaman Heydər ona əlində olan dəmir parçası ilə bir dəfə xəsarət yetirmişdir. O, dərhal liftə doğru qaçmağa başlamış və daha sonra onu xəstəxanaya aparmışlar. Birgə yaşadıqları müddətdə aralarında tez-tez mübahisələr olsa da həmin hadisəyə qədər Təqsirləndirilən şəxs heç vaxt ona əl qaldırmamışdır. Heydərin tutulmasını istəmir, həbsdən azad olan zaman yenidən birlikdə yaşamaq niyyətindədir. Nə qədər çətin olsa da uşaqlarının atasıdır, uşaqlarını təkbaşına böyütmək istəmir, onunla barışır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə şərti cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 05 may 2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 məlumat mərkəzinə müraciət etməsi ilə əlaqədar əməliyyat qrupu hadisə yerinə yollanmış, ünvan 3 ünvanının qarşısında dayanmış Təqsirləndirilən şəxs həyat yoldaşına elə indicə binanın blokunda bıçaqla zərbə endirdiyini bildirmişdir (cild 1, iş vərəqə 8). Götürmə aparılması haqqında 05 may 2022-ci il tarixli protokoldan görünür ki, 05 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxsn bıçaqla vuran zaman sonuncunun əynində olmuş 1 ədəd köynək 3 saylı Şəhər Kliniki Xəstəxanasından götürülmüşdür (cild 1, iş vərəqə 33). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinə ünvanlanmış 19 may 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçağın əməliyyat yolu ilə müəyyən edilməsi və istintaqa təhvil verilməsi barədə 10 may 2022-ci il tarixli əməliyyat tapşırığında ( cild 1, iş vərəqə 74-75) göstərilən xüsusatlar yoxlanılmış, lakin heç bir müsbət nəticə əldə olunmamışdır (cild 1, iş vərəqə 87). İbtidai istintaq dövründə aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 80-82). İfadənin yerində yoxlanılması barədə 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyi yeri hadisə yerində, yəni ünvan 3 ünvanda yerləşən yaşayış binasının liftinin qarşısında göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 83-86). Məhkəmə-tibbi ekspertizasının 25 may 2022-ci il tarixli 568 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs qarının ön divarının periton boşluğuna nüfuz edən qaraciyəri və mədəni zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ mil-bilək oynağı nahiyəsinin ön səthinin kəsilmiş yarası və çənə nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlərdən qarının ön divarının periton boşluğuna nüfuz edən qaraciyəri və mədəni zədələyən deşilmiş kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Sağ mil bilək oynağı nahiyəsinin ön səthinin kəsilmiş yarası kəsici kənara malik alətin təsirindən törənmişdir, bıçağın tiyəsinin kəsici kənarının təsirindən törənə bilər, çənə nahiyəsinin sıyrığı isə bərk küt əşyanın təsirindən törənmişdir. Qeyd edilən xəsarətlər qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir. Xəsarətlərdən qarının ön divarının periton boşluğuna nüfuz edən qaraciyəri və mədəni zədələyən bir ədəd deşilmiş kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Sağ mil-bilək oynağı nahiyəsinin ön səthinin kəsilmiş yarası və çənə nahiyəsinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (cild 1, iş vərəqə 99-102) . Məhkəmə-tibbi kriminalistik ekspertizasının 16 iyun 2022-ci il tarixli 243/MTKŞ-2022 saylı rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin aşağı hissəsində bir ədəd dəlib keçən zədə var. Bu zədə deşilmiş-kəsilmiş zədədir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Qeyd edilən konstruksiyalı bıçaqlar da deşici- kəsici alətlərə aid edilir. Zərərçəkmiş şəxs məxsus koftanın üzərində olan zədəyə görə alətin hansı ölçüdə (dərinlikdə) paltara batması barədə fikir söyləmək mümkün deyil, lakin həmin koftanın ön səthinin aşağı hissəsindəki deşilmişkəsilmiş zədəni yetirən alətin batma səviyyəsində eni 9 mm ola bilər (cild 1, iş vərəqə 104- 105). Məhkəmə tibbi-bioloji ekspertizasının 13 iyun 2022-ci il tarixli 304/202 2-MTBŞ saylı rəyindən məlum olur ki, ekspertizaya təqdim edilmiş bır ədəd qısa qol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstərici ABO sistemi üzrə tədqiq edildikdə H antingeni alindi. H antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, iş vərəqə 107-110) Məhkəmə psixiatrik ekspertizasının 01 avqust 2022-ci il tarixli 2026 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə vaxtı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 112-113). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X5 Şəxsinin 01 iyun 2022-ci il tarixli 4848 saylı məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, Cəlilabad rayonu, Zəhmətabad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə o, həmin xəstəxanada müalicədə olmamışdır(cild 1, iş vərəqə 92). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Xətai rayon Polis İdarəsinə verdiyi ərizədə o, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını göstərmişdir (cild 1, iş vərəqə 91). Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, 04 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs bir dəfə bıçaq zərbəsi vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə barışması, sonuncudan şikayət və tələbinin olmaması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etməsi barədə 25 may 2022-ci il tarixli ərizəsinə əsasən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir (cild 1, iş vərəqə 118- 118B). Sübutların qiymətləndirilməsi haqqında 08 avqust 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bıçaqla vuran zaman sonuncunun əynində olmuş və üzərində qan ləkələri olan qısa qol köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 1, iş vərəqə 122-131) . 12 sentyabr 2012-ci il tarixli məhkəmə baxış iclasında təqdim olunan və cinayət işinin materiallarına əlavə edilən Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, əri Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, sonuncuya qarşı heç bir tələb və şikayətinin olmamasını, birgə nikahdan doğulmuş iki azyaşlı övladları olmasını, ailələrini bərpa edərək bir yerdə yaşamaq istədiyini bildirərək Təqsirləndirilən şəxs şərti cəza verilməsini məhkəmədən xahiş etmişdir. 12 sentyabr 2012-ci il tarixli məhkəmə baxış iclasında təqdim olunan və cinayət işinin materiallarına əlavə edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı - 12 iyul 2015-ci il təvəllüdlü X4 və 20 iyul 2018-ci il təvəllüdlü X6 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Nadirov X1 Rayon Məhkəməsinin 07 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 07 fevral 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 88-89). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan bir il müddət keçdiyinə görə məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Cinayət işi materiallarından görünür ki, hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs hadisə yerini tərk etməmiş, qaçıb gizlənməyə cəhd göstərməmiş, hadisə barəsində birbaşa məlumatı özü verməsə də, polis əməkdaşları hadisə yerinə gələn kimi baş vermiş əməlin tərəfindən törədilməsini bildirmişdir. Məhkəmə iclasında əməlindən səmimi peşman olmasını qeyd edərək, ailəsini bərpa etmək istədiyini göstərmişdir. Bundan başqa sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, evli olduqları müddətdə ona heç vaxt əl qaldırmamışdır. Onların birgə nikahdan iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs həmçinin ərini bağışladığını, uşaqlarını təkbaşına böyütmək istəmədiyini bildirərək sonuncuya azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilməməsini və ya təyin ediləcək cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi məqsədilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd köynək məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar