Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1635/2022 04.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Saatlı rayonunun Mircəlal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Saatlı rayonu, Mircəlal kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə fərdi evdə yaşayan və barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində Zərərçəkmiş şəxs məxsus mobil telefonun sonuncunun icazəsi olmadan götürmüş digər tanışı Şahid telefonunun qaytarılması üçün zəng edən zaman Şahid yanında olduğundan telefona cavab vermiş, telefon danışığı zamanı aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etdiyi üçün, o, 05 may 2022-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Salyan yolu 19 ünvanında yerləşən «Xəzri» kafesinin yaxınlığına gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs yenidən telefonunun icazəsiz götürüldüyü və az əvvəl aralarında baş vermiş mübahisə ilə bağlı yenidən onu təhqir etmiş, o, şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı qisas almaq üçün qəsdən xəsarət yetirmək məqsədilə üzərində olan bıçaqla Zərərçəkmiş şəxs zərbələr vuraraq sonuncuya ağır dərəcəli hemorragik şokla müşayiət olunan çoxlu qanitirməyə səbəb olmuş döş qəfəsinin sağ yarısının ön səthinin 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının ön səthinin 1 (bir) ədəd daxilə nüfuz etməyən, eləcə də, üçbaşlı əzələnin hissəvi kəsilməsi ilə müşayiət olunan sol bazunun aşağı 1/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid və Zərərçəkmiş şəxs təxminən üç ildir ki tanıyır. 05 may 2022-ci il tarixdə, təxminən saat 21-22 radələrində o, Səbail rayonunda yerləşən «Daş» bazarının qarşısında olan kafedə tək oturduğu zaman Şahid həmin kafeyə gəlib onunla eyni masada əyləşmiş, söhbət əsnasında Tərlan onun yanına gələn zaman Zərərçəkmiş şəxs birlikdə onun yanına gəlmələrini təklif etdiyini, lakin Kamranın bu təkliflə razılaşmaması səbəbindən sonuncuya məxsus mobil telefonu zarafatla masanın üzərindən götürdüyünü ona demişdir. Həmin vaxt Kamran başqa nömrə ilə öz mobil telefonuna zəng edib əvvəlcə Tərlan ilə danışmış, bundan sonra o, Kamranın mobil telefonunu Tərlandan alaraq onunla telefonda danışıb, telefonu Tərlanın zarafatla götürdüyünü və qaytaracağını demişdir. Lakin, Kamran telefonda onunla kobud danışaraq onun ünvanına təhqiramiz sözlər demişdir. O, həmin kafedə Tərlan ilə birlikdə təxminən yarım saat oturduqdan sonra birlikdə kafedən çıxıb, Kamranın olduğu Səbail rayonu, 20-ci Sahədə yerləşən «Xəzri» kafesinin qarşısına gedib Kamran ilə görüşmüşlər. O, Kamrana mobil telefonu Tərlanın götürdüyünü demiş, lakin Kamran onun sözünə əhəmiyyət verməyib bir daha onu təhqir etmişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmış, mübahisə zamanı Kamran ilə o, birbirinin bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxtı o, spirtli içkinin təsiri altında olduğu üçün bel nahiyəsində saxladığı, özünə məxsus cib bıçağını çıxarıb Kamranın qarın nahiyəsinə iki dəfə zərbə endirmişdir. Həmin vaxt Kamran onu itələmiş və o, yerə yıxılarkən bir dəfə də bıçaqla Kamranın sol qol nahiyəsinə zərbə endirmişdir. Həmin vaxt orada olan Tərlan onları ayırmışdır. O, bıçaqla Kamrana xəsarət yetirdikdən sonra Tərlan ilə birlikdə yol kənarında dayanan, rəngini və dövlət qeydiyyat nişanını xatırlamıdığı «Vaz 2107» markalı avtomobilə əyləşdirməyə kömək etmişdir. Kamranı həmin avtomobilə əyləşdirdikdən sonra Tərlan Kamran ilə birlikdə xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla vurmasının səbəbi, sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Onlar mübahisə edən zaman, yanlarında təkcə Tərlan olmuşdur. Kamrana xəsarət yetirdiyi cib bıçağını hadisə yerində itirmiş, həmin zaman içkili olduğu üçün bıçağın hansı şəraitdə itməsini bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin nəzərə alınması və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 may 2022-ci ildə, təxminən saat 23 radələrində dostu Şahid ilə birlikdə Səbail rayonu, 20-ci Sahədə yerləşən kafelərin birində yeyib içmişlər. Bundan sonra Tərlan ona Təqsirləndirilən şəxs yanına «Daş» bazarının qarşısında olan kafeyə getməsini istəmiş, lakin, o, getmək istəmədiyini bildirmişdir. Tərlan masadan qalxıb ondan ayrılarkən Elnurun yanına gedəcəyini demişdir. Tərlan kafedən çıxıb getdikdən sonra o, özünə məxsus «Hono S10 life» markalı mobil telefonunun masanın üzərində olmadığını aşkar etmişdir. Buna görə o, başqa mobil telefondan öz mobil nömrəsinə zəng etmişdir və telefon zənginə Elnur cavab vermişdir. O, Elnura mobil telefonunu gətirib qaytarmasını demiş, lakin, Elnur mobil telefonu gətirməyəcəyini bildirdikdə o, əsəbiləşib Elnuru təhqir etmişdir. Həmin gün, təxminən saat 23 radələrində Tərlan ilə Elnur onun olduğu Səbail rayonu, 20-ci Sahədə yerləşən «Xəzri» kafesinin qarşısına gəlmiş və aralarında yaranmış mübahisə zamanı Elnur belindən çıxardığı bıçaqla bir dəfə onun sağ sinə nahiyəsinə, bir dəfə sol sinə nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt o, Elnuru özündən kənara itələyən zaman Elnur bir dəfə də onun sol qol nahiyəsinə vurub xəsarət yetirmişdir. Bundan sonra baş verən hadisələri xatırlamır. Ayılanda artıq xəstəxanada olmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, spirtli içkinin təsiri altında olduğu üçün Təqsirləndirilən şəxs ünvanına nalayiq söyüş söymüş, bunun nəticəsində də Təqsirləndirilən şəxs bıçaqla vuraraq ona xəsarət yetirmişdir. O, xəstəxanada olduğu müddətdə Təqsirləndirilən şəxs ailəsi onunla maraqlanmış, ona dəymiş ziyanı ödəmişlər. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs təxminən 3-4 il olar ki, əvvəllər avtoyuma məntəqəsində birlikdə işləmələri ilə əlaqədar tanımışdır. 05 may 2022-ci il tarixdə, təxminən saat 18 radələrində Kamran ilə birlikdə Səbail rayonu, 20-ci Sahədə yerləşən «Xəzri» kafesində yemək yeməyə getmişdir. Kafedə oturub yeyibiçdikdən sonra o, Elnurun əyləşdiyi kafeyə gedib onunla görüşməyi təklif etmiş, lakin, Kamran getmək istəmədiyini bildirmişdir. Həmin vaxt o, Kamranın gözü qarşısında, sonuncuya məxsus «Honor S10 life» markalı mobil telefonu götürüb kafedən çıxıb «Daş» bazarının qarşısında yerləşən kafeyə gedib Elnur ilə görüşmüşdür. Həmin vaxt o, Kamrana məxsus mobil telefonu kafedə masanın üzərinə qoymuş və bu vaxtı Kamran özü başqa nömrə ilə öz mobil telefonuna zəng etmişdir. Əvvəlcə Elnur həmin telefonla Kamranla danışmışdır. Lakin, kafe səs-küylü olduğu üçün onların nə danışmalarını eşitməmişdir. Bundan sonra o, özü Kamran ilə telefonla danışaraq telefonu gətirib qaytaracağını demişdir. O, həmin kafedə Elnur ilə bir qədər oturduqdan sonra, kafedən çıxıb Elnur ilə birlikdə Kamranın olduğu Səbail rayonu, 20-ci Sahədə yerləşən «Xəzri» kafesinin yaxınlığına gedib, təxminən saat 23 radələrində Kamran ilə görüşmüşlər. Həmin vaxtı Elnur ilə Kamran görüşüb öz aralarında söhbət edərkən onların sözü bir-biri ilə düz gəlmədiyindən mübahisə etməyə başlamışlar. Həmin vaxt Elnur əlində olan, dəqiq görmədiyi kəsici alətlə Kamrana bir neçə yerdən zərbə vuraraq xəsarət yetirmişdir. O, dərhal Kamrana yaxınlaşıb qan içində olduğunu gördükdə yoldan keçən tanımadığı, dövlət qeydiyyat nişanı və rəngini xatırlamadığı «Vaz 2107» markalı avtomobilin sürücüsü ilə X4 Stansiyasına aparmışdır. Oradan da TTYS ilə birlikdə Kamranı Səhiyyə Nazirliyinin X3 aparmışlar. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman onların hər üçü içkili vəziyyətdə olmuşlar. Elnurun üzərində olan bıçağı nə hadisə zamanı, nə də hadisədən sonra görməmiş və harada olduğunu bilmir. Elnur ilə Kamran mübahisə edən zaman o, onları aralamağa çalışmışdır. Elnur Kamranı bıçaqladıqdan sonra, yoldan keçən avtomaşınların birini saxladaraq həmin avtomaşınla Kamranı xəstəxanaya çatdırmış, onlar maşını tez sürüb getdikləri üçün Elnur həmin avtomaşına əyləşə bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin xx.xx.2022-ci il tarixli, HK-691 nömrəli raportundan görünür ki, həmin gün saat 00.14 radələrində KTM-dən 8-ci Polis bölməsinə məlumat verilərək, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Səbail rayonu 20-ci Sahə ərazisində bıçaqlanması ilə bağlı sol bazunun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə həmin xəstəxanaya müraciət etdiyi bildirilmişdir. (iş vərəqi 04). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Səbail rayon Polis İdarəsinin 8-ci PB-nin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, həmin gün Şahid iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (iş vərəqi 6-7). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «ifadənin yerində yoxlanılması haqqında» xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılmış və onlar hadisə yerini göstərməklə öz ifadələrində qeyd etdikləri xüsusatları bir daha təkrar etmişlər (iş vərəqi 77-83). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmış, 28 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs könüllü gəlməsi ilə əlaqədar iş üzrə icraat təzələnmişdir (iş vərəqi 93,100). Cinayət işinin materiallarında olan və məhkəmə iclasına tədqiq olunmuş "şübhəli şəxsin tutulması haqqında" 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuşdur (iş vərəqi 132-133). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 4 (009)-233/2022 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunaraq saxlamanın əvvəli 28 iyun 2022-ci ildən hesablanmaqla 03 (üç) ay 15 (on beş) gün həddində «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasına tədqiq olunmuş məhkəmə-tibbi ekspertizası üzrə 18 may 2022-ci il tarixli 329 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- ağır dərəcəli hemoragik şokla (A/T70/35mm.c.süt) müşayiət olunan çoxlu qanitirməyə səbəb olmuş döş qəfəsinin sağ yarısının ön səthinin 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının ön səthinin 1 (bir) ədəd daxilə nüfuz etməyən, eləcə də, üçbaşlı əzələnin hissəvi kəsilməsi ilə müşayiət olunan sol bazunun aşağı 1/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşicikəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (iş vərəqi 37-41). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş kompleks məhkəmə-tibbi ekspertizası üzrə 21 iyul 2022-ci il tarixli T307/2022 nömrəli rəyə əsasən, Zərərçəkmiş şəxs ağır dərəcəli hemorragik şokla müşayiət olunan döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin daxilə nüfuz etməyən, üçbaşlı əzələnin hissəvi kəsilməsi ilə müşayiət olunan sol bazunun aşağı 1/3-nin bayır səthinin deşilmişkəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gələ bilərdi. Törənmə müddəti xx.xx.2022-ci ilə uygun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərurmaya aiddirlər (iş vərəqi 163-167). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə 07 iyun 2022-ci il tarixli 1456 saylı rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Eldəniz oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs Eldəniz oğlu hal-hazırda hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir, psixiatrik müalicəyə ehtiyacı yoxdur, onda hər hansı psixi pozuntu qeyd olunmur. Cinayət işi materiallarının və hazırki müayinənin təhlilinə əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs Eldəniz oğlu törətdiyi əməl dövründə (05 may 2022-ci il tarixdə) öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Eldəniz oğlu cinayət işi üzrə təqsiləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Eldəniz oğlu adaptivik, ünsiyyətçilik, qıcığa qarşı həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs Eldəniz oğlunun yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs Eldəniz oğlunun yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, onun özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs Eldəniz oğlunun yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, onda başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı (iş vərəqi 96-99). İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 12 avqust 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağın tapılaraq istintaqa təqdim olunması üçün Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nə məktub göndərilmiş, həmin Bölmənin 30 iyun 2022-ci il tarixli məktubunda bıçağın tapılaraq istintaqa təhvil verilməsinin mümkün olmadığı bildirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə, Salyan yolu 19 ünvanında yerləşən «Xəzri» kafesinin yaxınlığına gəlmiş, həmin vaxt əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs içkili vəziyyətə ona söyüş söyməsi ilə bağlı aralarında mübahisə yaranmış, mübahisə dava-dalaşa çevrilmiş, nəticədə Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs 3 dəfə zərbə vurmaqla dərəcəsinə görə ağır xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşki edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Abbasov X1 Kamran Zaur oğluna qarşı qeyd olunan cinayət əməlini məhz sonuncunun ona qarşı nalayiq söyüş söyməsi ilə bağlı (zərər çəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında) törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, eləcə də şahidin məhkəmə istintaqında vermiş olduqları ifadələr əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bununla da Abbasov X1 Kamran Zaur oğluna qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, onun cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı nalayiq söyüş söyməsinin nəticəsində törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, habelə ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı tutulduğu və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın başlanğıcı 28 iyun 2022-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv olunmalı, onun barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir, bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və ekspertiza xərci yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi 130 manat (bir yüz otuz) manat məbləğində pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. O, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 iyun 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi 130 manat (bir yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1635/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1635/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver