Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1635/2025 19.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 82, mənzil 17-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,757 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib idarə etdiyi “Hyundai” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqları arasında yerləşən saxlanc yerində saxlayaraq ünvan 1 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 24 aprel 2025-ci il tarixdə, saat 18:00-da həmin ünvanda bu avtomobilin yanında olan zaman saxlanılaraq avtomobili ilə birlikdə idarəyə gətirilmiş, orada avtomobilə keçirilən baxış zamanı ön oturacaqları arasında yerləşən saxlanc yerindən bir ədəd şüşə qabın içərisindən kağız bükümdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş bu ittiham sübuta yetirilməsə də, onun tərəfindən külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması cinayətinin törədilməsi təsdiq olunur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, bir müddətdir aradabir metamfetamin istifadə etmiş, saxlanılmamışdan 3-5 gün əvvəl şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 0,3-0,4 qram çəkidə bu maddədən 50 manata alıb idarə ediyi “Hyundai” markalı, **-FN-*** nömrəli dövlət qeydiyyat nömrəli avtomobilində saxlamışdır. 24 aprel 2025-ci il tarixdə maşını ilə Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsində hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, sonuncu ilə söhbət zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmədən əllərinə qandal vurub idarə etdiyi avtomobilə əşləşdirilmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. İdarəyə çatıb avtomobilindən düşürülərək bir müddət həyətdə saxlanılmış, sonra orada üzərinə və avtomobilinə baxış keçirilmiş, sorğu-sual zamanı da maşınında dərman şüşə qabının içərisində metamfetamin olduğunu demişdir. Sonra onu inzibati binaya aparıb ona avtomobilinə videoçəkiliş və müdafiəçinin iştirakı ilə baxış keçiriləcəyini bildirilmiş, bundan əvvəl də telefonu və avtomobilin açarları ona qaytarılmışdır. İlk öncə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, sonra isə avtomobilinə baxış keçirilməyə başlanmışdır. Avtomobilinə baxış keçirilməzdən əvvəl polis əməkdaşları şüşə qabda olan maddəni avtomobildə aşkar edilmiş yerə təkrar yerləşdirmiş və çəkiliş zamanı avtomobilindən həmin maddə guya aşkar edilərək götürülmüşdür. Aşkar olunmş maddə tərəzidə çəkilmədən ekspertizaya göndərilmiş, buna görə də həmin maddənin miqdarı barədə məlumatsız olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilən zaman ona məlum olmuşdur ki, guya üzərindən aşkar olunmuş maddənin çəkisi 2,757 qram təşkil edir. Halbuki, onda bu çəkidə metamfetamin olmamışdır. Metamfetamin istifadə etsə də, heç vaxt onun satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 24 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, onları edərək saxlaması və daşıması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə raportla məruzə edildikdən sonra onun saxlanılması ilə bağlı idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və həmin günü saat 17-18 radələrində onlar Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsinə gələrək ərazidə bir qədər müşahidə aparmışlar. Saat 18:00-da 9 saylı ünvanda “Hyundai” markalı, **-FN-*** qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, yerində şəxsin üzərinin yoxlanılması üçün zəruri şərait olmadığından onu idarə etdiyi avtomobili ilə birlikdə idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. İdarədə onun üzərində axtarış keçirilən zaman əynində üzərindən hər-hansı qanunsuz əşya aşkar edilməsə də, sonradan avtomobilinə baxış keçirilərkən o, avtomobilin qabaq sağ qapısını açaraq avtomobilin ön oturacaqlarının arasındakı saxlanc yerindən dərman şüşə qabını götürüb təqdim etmişdir. Baxış zamanı həmin qabın içərisində olan kağız bükümdə ağ rəngliİ, kristalik formada maddələr müəyyən edilmişdir. Sorğu-sual edilərkən Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş maddənin metamfetamin olduğunu və onu saxlanılmamışdan 3-5 gün əvvəl 3-cü mikrorayon dairəsi ərazisindən 50 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı saxlanılan, üzərində və avtomobilində axtarış aparılan zaman zor tətbiq edilməmiş, qanunsuz təsir göstərilməmiş, habelə digər hərəkətlərə yol verilməmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdəki video görüntüyə görə Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon, sol yan cibindən açarlar aşkar edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “iPhone” markalı mobil telefonun ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrlə istifadə olunması müəyyən edilir və elefon götürülür, idarə etdiyi avtomobilə və yaşadığı mənzilə aid açarlar isə geri qaytarılır. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-FN- *** qeydiyyat nişanlı avtomobildə metamfetamin olduğunu və avtomobilə baxış keçirilməsinə etirazının olmadığını söyləyir (İ cild, i.v.37-39, disk); • “Baxış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdəki video görüntüyə görə “Hyundai” markalıb, **-FN-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ qapısını açaraq ön oturacaqların arasındakı saxlanc yerindən şüşə qabı götürüb təqdim edir. Bundan sonra qaba baxış keçirilir və içərisindən 01 ədəd kağız büküm aşkar edilir. Həmin bükümün içərisindən ağ rəngli, kristallik formada maddələrin olması müşahidə edilir, büküm kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.42-45, disk); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1544 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxsin avtomobilindən aşkar edilmiş şüşə qabın içərisində maddə;
1. Təqsirləndirilən şəxs və s. imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə içərisində təmiz çəkisi - 2,757 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şüşə qab içərisində metamfetaminə məxsus izlərin olması müəyyən edildi. Aşkar edilmiş metamfetamin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək, həmçinin bükümdəki metamfetamin ilə eyniləşdirmə tədqiqatını aparmaq mümkün deyildir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 2,707 qram, aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir (İ cild, i.v.59-63); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 2362 nömrəli rəyində qeyd edilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.179-180); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Mərkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2025-ci il tarixli, 1656/K nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (İ cild, i.v.181-184); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Mərkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2025-ci il tarixli, 209/MEŞ nömrəli rəyinə görə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 24-25 aprel 2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sol bazunun, sağ budun, sağ baldırın və sağ aşıq-baldır oynağı nahiyyəsinin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izləri olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (İ cild, i.v.186- 188); • “Maddi sübut hesab etmə haqqında” xx.xx.2025-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,707 qram çəkidə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, axtarış, baxış və götürməni əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.131-132; 226-237); • “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (İ cild, i.v.154-156); • Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini tərəfindən həmin idarənin İstintaq idarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olubolmadığını, həmçinin narkotik vasitələrin satışını görə biləcək şahidləri və narkotik vasitələrin mənbəyini müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır (İ cild, i.v.157); • “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs götürülmüş “iPhone” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəs edən hər hansı məlumat aşkar olunmamışdır (İ cild, i.v.170); • “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (İ cild, i.v.223-225); • Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)- 521/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.116-118); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kortotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.148).
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilməsi məsələsi həll edilərkən sübutların düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: • Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir (138.1-ci maddə); • Cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir (139-cu maddə); • Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (144-cü maddə). Məhkəmə təqsirləndirilən şəxsin üzərində psixotrop maddənin aşkar edilməsini təsdiq edən sübutların mötəbərliyinə şübhə yaradan heç bir halın müəyyən olunmadığını qeyd etsə də, ittiham tərəfinin bu maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə olunmasına dair gəldiyi nəticəni əsaslı hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metemfetaminin külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qram təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdə, saat 18:00-da ünvan 1 ünvanın yaxınlığında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış, daha sonra idarə etdiyi avtomobili ilə idarəyə gətirilmiş və orada həmin avtomobilə baxış keçirilən zamanı bir ədəd şüşə qabda olan bükümdə 2,757 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmçinin, narkoloji müayinənin nəticəsinə görə o, belə maddənin istifadəçisidir, narkomaniyadan əziyyət çəkir. Eyni zamanda, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda yox, yalnız şəxsi istifadəsi üçün 0,3-0,4 qram çəkidə psixotrop maddə metamfetamin olduğunu bildirsə də, o, ibtidai araşdırma dövründə bu barədə aidiyyəti orqanlara müraciətlər göndərməmiş, avtomobilə baxış və götürmə istintaq hərəkətini mübahisələndirməmişdir. Habelə, həmin istintaq hərəkətinin videoçəkilişindən görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, təqsirləndirilən şəxs könüllü şəkildə avtomobilindən şüşə qabda olan psixotrop maddəni çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra müvafiq zərf ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuş və şəxs bu rəylə tanış olmuşdur. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü bu dəlil heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutların isə yolverilənliyini təsdiq edildiyindən, təqsirləndirilən şəxsin bu barədə söylədikləri əsassız hesab edilməlidir. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin üzərində külli miqdarda narkotik vasitənin aşkar edilməsini təsdiq edən sübutların mötəbərliyinə şübhə yaradan heç bir halın müəyyən olunmadığını qeyd etsə də, ittiham tərəfinin bu maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə olunmasına dair gəldiyi nəticəni əsaslı hesab etmir və buna görə də hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,757 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib idarə etdiyi “Hyundai” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqları arasında yerləşən saxlanc yerində saxlayaraq ünvan 1 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 24 aprel 2025-ci il tarixdə, saat 18:00-da həmin ünvanda bu avtomobilin yanında olan zaman saxlanılaraq avtomobili ilə birlikdə idarəyə gətirilmiş, orada avtomobilə keçirilən baxış zamanı ön oturacaqları arasında yerləşən saxlanc yerindən bir ədəd şüşə qabın içərisindən kağız bükümdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd); Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur (12-ci bənd). Təqsirləndirilən şəxsin avtomobilinin ön oturacaqlarının saxlanc yerindən aşkar olunmuş 2,757 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi nəticəsinə gələrkən ibtidai araşdırma orqanının istinad etdiyi əsas sübutlar iş üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, şahid ifadəsi, “Baxış və götürmə aparılması haqqında” protokol, xx.xx.2025-ci il tarixli, 6/1544 nömrəli ekspertiza rəyi olmuşdur. Halbuki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixotrop maddə olan metamfetaminin satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, o cümlədən onun tutulmasında iştirak etmiş və iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı da bu şəxsin üzərində aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə etdiyini təsdiq edən ifadə verməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin telefonuna və istifadə etdiyi GSM nömrələrə baxış zamanı orada narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı smslər, audio və video materiallar aşkar edilməmişdir. Bundan əlavə, ibtidai araşdırma orqanı tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş və buna cavab olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini tərəfindən həmin idarənin İstintaq idarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəmənin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışında müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinə görə: • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • Şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); • Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir (33.2-ci maddə); • Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür (138.2-ci maddə); • Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir (145.1-ci maddə); • İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3-cü maddə); • Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır (349.5.1-ci maddə); • Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2-ci maddə). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Deveyer Belçikaya qarşı” iş üzrə qərarında qeyd edir ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. “Barbera, Messegue və Yabardo İspaniyaya qarşı” işlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, “X6rşı” işdə Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin “satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayətinin törətməsi kifayət qədər sübuta yetirilir. Ona görə də onun əməli “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – 24 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, qalıq qalan 2,707 qram çəkidə psixotrop maddə metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 89 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, qalıq qalan 2,707 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Babək Pənahov
Hakimlər: Hafiz Kamranov
Hüseyn Hüseynli