Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1636/2022 16.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X5 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası CM-in 178.3.2 və 213.1-ci maddələri ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 2344-3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Nəsimi rayonu inzibati ərazisində yerləşən “Kubinka” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə külli miqdarında ümumilikdə təmiz çəkisi 3.855 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib daşıyaraq, müvəqqəti yaşadığı ünvan 2 ünvana gətirib narkotik vasitənin satışını təmin etmək üçün iki hissəyə bölməklə saxlamış, 13 may 2022 -ei il tarixdə saat 03:45 dəqiqədə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmış, həmin evə keçirilmiş baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin qəbul etmələrinə icazə verdiyi tanışları xx.xx.1984-ciı ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhər Binəqədi rayonu Xocasən qəsəbəsi Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan X4, xx.xx.1986cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7 yaşayan Şahid6 müəyyən edilmiş, evə baxış zamanı sonuncuların qarşısındakı masanın üzərindən ona məxsus təmiz çəkisi 3,137 qram, kustar üsulla hazırlanmış narkotik vasitə oian heroin, həmçinin daxilində narkotik vasitə heron izləri olan 1 (bir) ədəd uc hissəsi qırıq şüşə ampula, 2 ədəd 2 ml-lik boş şprislər, daxilində heroin izləri olmayan 2 ədəd iynə ucluğu, 3 ədəd falqa kağız kəsinliləri, 3 ədəd 10 ml-lik boş şpris və 3 ədəd iynə ucluğu, X3 məxsus təmiz çəkisi 3,295 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Şahid6 məxsus təmiz çəkisi 2.432 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürüldüyü üçün əməliyyat tədbirinin davamı olaraq o, sonuncularla birlikdə Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-iıı inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,718 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o yatdığı yerdə gecə saat 4-də polis əməkdaşları onu tutmuşlar. Həmin ev onun evi deyildir, sadəcə olaraq 1 gecəlik həmin evə gecələmək üçün getmişdir. İşdən gec çıxdığı üçün Qaraçuxurda yerləşən evinə gedib səhər tezdən qayıtmağı çətin olacağı üçün həmin evdə yatıb səhər durub yenidən işə getməyə qərar vermişdir. Evdə ondan başqa digər şəxslər həmin məhəllənin sakinləri imiş, ev adətən çöldə gecələyən şəxslərin gecələdiyi bir yer imiş. O özü narkotik istifadəsi ilə məşğul olmuşdur, lakin həmin gecə istifadə etməmişdir. Həmin evə gedib özü üçün yemək hazırlayıb bir qədər də spirtli içki qəbul etdikdən sonra yatmışdır. Onu gecə yarısı polis əməkdaşları yuxudan oyatmış, ona fiziki təzyiq göstərmişlər və çəkiliş zamanı 3 qram yarım narkotikin ona məxsus olduğunu deməyini istəmişlər. O da qorxduğu üçün çəkiliş zamanı onların dediyi kimi danışmışdır. O həmin evdə tiryəkxana təşkil etməmişdir, tanışı olan Rəfael və digər şəxs o yatanda həmin evdə belə deyilmiş, onları polislər onu yuxudan oyatdıqda görmüşdür. Özünü təqsirli bilmir, evdə olan digər şəxsləri Kubinka sakini kimi üzdən tanıyırmış. Onun üzərində narkotik vasitə olmamışdır, digər şəxslərdə narkotik olub-olmadığını bilmir. Əvvəllər də 1-2 dəfə də həmin evdə qalmışdır. Rəfael və Nicatı ora o dəvət etməmişdir, çox güman ki, o yatdıqdan sonra gəlmişlər. Həmin evin kimə məxsus olduğunu dəqiq bilmir, həmin evdə də heç kim daimi olaraq yaşamır. Rəfaellə Nicatı əvvəllər orada yaşadığı üçün tanıyırmış, sonra o başqa yerə köçmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o ünvan 8 ünvanı ərazisində yaşayırmış. Sahib qonşusu imiş. Hadisə baş verən gün narkotik vasitə qəbul etdikdən sonra saxlanıldıqları evə getmişdir. Əvvəllər də o bir-iki dəfə həmin evə getmişdir. Hadisə baş verən gün evdə o, Sahib, Nicat və bir nəfər qadın var imiş. O evə gələndə Sahib yatmışdır. Polis əməkdaşları evin qapısını döyəndə Sahibi oyatmışlar. Evdəki qadın qapını açmışdır. Bundan sonra polis əməkdaşları onları tutub polis şöbəsinə aparmışdır. Evin kimə məxsus olduğunu bilmir, uzun müddət idi ki, həmin ev boş imiş, müxtəlif şəxslər oraya gəlirmiş. Həmin evin Sahibə aidiyyətinin nə olduğunu bilmir. Sahibi həmin evin sahibi kimi tanımamış, bir-iki dəfə ora gedəndə Sahibi də orada görmüşdür. Həmin evə getməkdə məqsədi narkotik vasitə qəbul etmək deyilmiş, oturmaq üçün getmişdir. Evin qapısını hər dəfə müxtəlif şəxslər açırmış. Həmin evdə daimi yaşayan şəxs yox imiş. Sahibi oyatmağının səbəbi polis əməkdaşlarının gəlməsi imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Sahibi tanıyır, onunla eyni küçədə yaşamışlar. 13 may 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, M.F.Axundov küçəsi 107 ünvanında yerləşən evə getməkdə məqsədi orada gecə qalmaq olmuşdur. Gecə imiş, telefonunun enerjisi bitdiyinə görə taksi çağıra bilməmişdir. Əvvəllər də 3 dəfə həmin ünvana getmişdir. O evin sahibinin kim olduğunu bilmirmiş, sadəcə olaraq arabir gedib orada tanışlarla otururmuşlar. Evin qapısı açıq olurmuş. Hadisə baş verən gün 15 dəqiqə olarmış ki, həmin evə gəlmişdir, o evə gələndə Sahib yatıbmış. Polis əməşdaşları saat 11-12 aralığında evə gəlmişlər. Evin qapısı məftillə bağlanmışdı. Polis əməkdaşları qapını döymüşlər. Evdə bir qız da var imiş, o qapını açmışdır. Polis əməkdaşları içəriyə daxil olmuşlar. Polis əməkdaşlarından Anar adlı şəxs “Bu kimdir ki, yatıb?” deyərək təpiklə Sahibi oyatmaq istəmişdir. Bu vaxt polis əməkdaşları təpiklə Sahibi oyatmasınlar deyə Rafael Sahibi əli ilə toxunaraq oyatmışdır. Sahib də oyanmışdır. Polis əməkdaşları kiməsə zəng etmişlər və bundan sonra əlavə olaraq da bir neçə nəfər polis əməkdaşı evə gəlmişdir. Bundan sonra evdə oyunlar qurulmuşdur. Onlar Sahibi döymüşlər, ona işgəncə etmişlər ki, çölə çıxsın. Onun əynindən şalvarını çıxarmışlar. Çöldə oyun qurub Sahibin üzərinə narkotik vasitə yerləşdirib, videoçəkiliş edəcəkmişlər. Polis əməkdaşları Sahibi çölə çıxarmışlar. Evin pəncərəsi yox imiş. O əvvəllər həmin evə gedəndə Sahibi orada bir dəfə görmüşdür, evə kim istəsə, daxil ola bilirmiş, həmin ev Sahibə məxsus deyilmiş. Bildiyinə görə, evin sahibi Rusiya Federasiyasında yaşayırmış. Hadisə baş verən gün evə gəlməkdə məqsədi gecə orada qalmaq imiş. Həmin ev 3-4 il imiş ki, nəzarətsiz qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə etdikdən sonra müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, Şahid3, Şahid2, Şahid1 iştirak edirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yasamal rayonu M.F.Axundov küçəsi ev 107 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlamışlar. Bundan sonra evə daxil olmuşlar və görmüşlər ki, evdə əlavə olaraq iki nəfər şəxs və evdə masanın üzərində şprislər, narkotik vasitələr, ampulalar, şüşələr, qablar var. Bundan sonra Sahibi və digər iki nəfəri 27-ci Polis bölməsinə aparmışlar. Orada onların hər birinin üzərinə müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsi zamanı Sahibin üzərində narkotik vasitə aşkar edilmişdir. Əməliyyat məlumatında mənzilin Sahibə məxsus olması və onun orada tiryəkxana təşkil etməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Yasamal rayonu M.F.Axundov küçəsi ev 107 ünvanında yerləşən ev ona məxsusdur. Anasının ölümündən sonra təqribən 10 il imiş ki, həmin evə getməmişdir. Evin qapısını bağlayıb getmişlər. Hazırda məhkəmə iclas zalında gördüyü şəxsi tanımır. Evini ona kirayə verməmişdir. 2022-ci ilin səhv etmirsə, iyul ayında Yasamal rayon Polis İdarəsinin əməkdaşları ona zəng edərək, onu polis idarəsinə dəvət etmişlər. Orada ona məlum olmuşdur ki, Sahib adlı şəxs ondan xəbərsiz evinə daxil olub. İbtidai istintaqda verdiyi ifadəni imzalamazdan əvvəl oxuyub-oxumadığını xatırlamır. Ev çıxarışla ona məxsus olsa da, qardaşı Rəfail evi kirayəyə vermişdir. Qardaşı ona bir dəfə demişdir ki, evi bir nəfər cavan oğlana kirayəyə verib. Lakin həmin şəxs məsuliyyətsiz olduğu üçün qardaşı həmin şəxsi evdən çıxartmışdır, güman etmir ki, evi bu şəxsə kirayə vermiş olsun, çünki o dedi ki, evi fəhlə işləyən cavan oğlana kirayəyə verib. Zaldaki təqsirləndirilən şəxsi ilk dəfədir ki, məhkəmə iclasında görür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Yasamal rayonu M.F.Axundov küçəsi ev 107 ünvanında yerləşən ev qardaşına məxsusdur. Həmin evə illərdir ki, getmirlər qapısı bağlı imiş. Hazırda məhkəmə iclas zalında gördüyü şəxsi heç vaxt görməmişdir və onu tanımır, həmin şəxsə evi kirayəyə verməmişdir, evi Lənkəranlı şəxsə kirayə vermişdir, lakin həmin şəxs il yarımdır ki, evdən çıxıb. Evin çıxarışı qardaşı Raufun adınadır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edərək, toplanmış materialların məcmusuna qiymət verməklə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə təqsirsizliyinə dair ifadələrində göstərdikləri bütün xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur, ona görə də ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutların məcmusu, onun qeyd olunan maddə ilə ittiham olunan cinayət əməlində təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir və Təqsirləndirilən şəxs həmin maddə üzrə təqsirliliyi sübuta yetilmədiyindən, həmin ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsinin dispozisiyasında birbaşa qeyd edilmişdir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar verilməlidir. Məhkəmə araşdırması üzrə müəyyən edilmişdir ki, məhkəmə iclasında həm Təqsirləndirilən şəxs, həm də ayrı-ayrılıqda dindirilmiş şahidlər Şahid6, Şahid7 ifadələrində göstərmişdirlər ki, ünvan 9 ünvan Təqsirləndirilən şəxs məxsus deyil, həmin evə kim istəyir gəlir gedir, evin qapısı daim açıqdır, baxımsız kimsəsiz evdir, evin sahibi olan şahid qismində ifadə verən Şahid5 da ifadəsində Təqsirləndirilən şəxs tanımadığını və eyni zamnda Şahid5 qardaşı olan əlavə şahid qismində ifadə verən Şahid7 da ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, həmin evi o kirayə versə də, evi Sahibə yox, tamam başqa adama vermişdir və həmin adam artıq il yarımdan çoxdur ki, evi təhvil vermişdir və hal hazırki vaxtadək heç kimin istifadəsində deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş qeyd olunan ittihamın və həyata keçirilmiş ibtidai araşdırmanın əsasını cinayət prosesini həyata keçirən istintaq orqanın subyektiv mülahizələri təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin məcəllənin 349.1-ci maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş içtimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrinin külli miqdarda satışında ittiham edildiyi əməlin tövsifi məsələsinə gəldikdə isə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək, ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmiş, ümumiyyətlə, onda narkotik vasitənin olmamasını bildirmişdir. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışalara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki,“... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cü maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlərin aid edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanın Təqsirləndirilən şəxs verdiyi izahatlara istinad etməklə onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticələri Təqsirləndirilən şəxs narkotik vasitə satması kimi ilə bağlı ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitənin ona məxsus olmaması və eyni zamanda polis idarəsində təzyiq altında olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün belə ifadə verir, onun törətmiş olduğu cinayət əməli şahid ifadələri, ekspertiza rəyləri və istintaq materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Cinayət işində olan “şübhəli şəxsin tutulması haqqında” 13 may 2022-cı il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 13 may 2022-ci il tarixli evə baxış, şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən və üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 3,137 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 1 (bir) ədəd şüşə ampula, 3 (üç) ədəd falqa, 5 (beş) ədəd şpris, 5 (beş) ədəd iynə ucluğu, X3 məxsus təmiz çəkisi 3,295 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Şahid6 məxsus təmiz çəkisi 2,432 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürüldüyü üçün Təqsirləndirilən şəxs sonuncularla birlikdə Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-in inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,718 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, X2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,738 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Şahid6 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın arxa sol cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,601 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 01 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslər Şahid6 və Şahid7 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.3 və 238.1-ci maddələrinə əsasən əməllərinə hüquqi qiymət verilməsi üçün hazırki cinayət işindən başqa cinayət işi ayrılmışdır. Cinayət işi materiallarinda olan ambulator narkoloji ekspertizasinin 01 avqust 2022ci il tarixli 4212 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və alkoqoldan sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya, alkoqolizm xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 13 may 2022-ci il tarixli, 6/2754 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs məxsus 2 bükümdə ümumilikdə təmiz çəkiləri 3,855 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəfael İsgəndərova məxsus 2 bükümdə ümumilikdə təmiz çəkiləri 4,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid6 məxsus 2 bükümdə ümumilikdə təmiz çəkiləri 3,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroin kütlələri komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şpris və iynə ucduqlarında nəzarətdə olan maddələrə məxsus izlər aşkar edilmədi. Qeyd: Təqsirləndirilən şəxs məxus heroinin ümumi təmiz çəkisi 3,855 qram, tədqiqata sərf edildi 0,1qram qalıq 3,455 qram. Şahid6 məxus heroinin ümumi təmiz çəkisi 3,033 qram, tədqiqata sərf edildi 0,1qram qalıq 2,933 qram. R.İskəndərova məxus heroinin ümumi təmiz çəkisi 4,033 qram, tədqiqata sərf edildi 0,1qram qalıq 3,933 qram. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum edilmişdir, həbsdə və ev dustaqılığında saxlnıldığı 11 ay 9 gün ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 4 il 21 gün azadlıqdan məhrum edilmə cəzası saxlanılmış və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Təqsirləndirilən şəxsona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edildiyi tarixdən qanunla müəyyən edilmiş 6 il müddət keçməmiş yənidən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini əvvəllər qəsdən cinayət törətməyə görə müəyyən edilmiş sınaq müddəti başa çatdmadıqda törətmişdir və buna görə də gəsdən cinayət törətməyə görə müəyyən edilmiş sınaq müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməli və qeyd olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 13 may 2022-cı il tarixdən hesablanmaqla, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitələrdən istifadə etməkdə qismən təqsirli hesab etməsini, iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin residivi cəzasını ağırlaşdıran haldır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq 3,455 qram narkotik vasitə olan heroin və daxilində narkotik vasitə heron izləri olan 1 (bir) ədəd uc hissəsi qırıq şüşə ampula, 2 ədəd 2 ml-lik boş şprislər, daxilində heroin izləri olmayan 2 ədəd iynə ucluğu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, barəsində əlavə nömrə verilməklə cinayət işi üzrə digər təqsirləndirilən şəxslər Şahid6 barəsində olan cinayət işinə baxılıb qurtardıqdan sonra ona məxsus qalıq qalmış 2,933 qram narkotik vasitə olan heroinin və Şahid7 barəsində olan cinayət işinə baxılıb qurtardıqdan sonra ona məxsus qalıq qalmış 3,933 qram narkotik vasitə olan heroinin həllinə hüquqi qiymət veriləcəyi və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 2 ədəd DVD modelli disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə ekspertiza xərci təşkil edən 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Bakı Ağır Cinayətlər məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 4 (dörd) il 21 (iyirmi bir) gün müddəttinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2(iki) il sınaq müddətinə müəyyən edilmiş şərti məhkum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 may 2022-cı il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş götürülmüş qalıq 3,455 qram narkotik vasitə olan heroin və daxilində narkotik vasitə heron izləri olan 1 (bir) ədəd uc hissəsi qırıq şüşə ampula, 2 ədəd 2 ml-lik boş şprislər, daxilində heroin izləri olmayan 2 ədəd iynə ucluğu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, barəsində əlavə nömrə verilməklə cinayət işi üzrə digər təqsirləndirilən şəxslər Şahid6 barəsində olan cinayət işinə baxılıb qurtardıqdan sonra qalıq qalmış 2,933 qram narkotik vasitə olan heroinin və Şahid7 barəsində olan cinayət işinə baxılıb qurtardıqdan sonra qalıq qalmış 3,933 qram narkotik vasitə olan heroinin həllinə hüquqi qiymət veriləcəyi və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 2 ədəd DVD modelli disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1636/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1636/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver