Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1636/2024 19.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 və X1 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, orta təhsilli, Lənkəran rayonu, Biləsər kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 oktyabr 2023-cü il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq məqsədilə onun bud nahiyəsinə yumruqla zərbə endirib, şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla sonuncuya sol budun hematoması ilə müşayiət olunan və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə onu qucağına alıb həmin fərdi yaşayış evinin mətbəxinə apardıqdan sonra Zərərçəkmiş şəxs2 kömək istəmək məqsədilə fərdi yaşayış evinin giriş qapısına yönəlib qaçan zaman sonuncunu qəsdən əli ilə itələyərək ona sol bazunun qançırları ilə nəticələnən, dərəcələri təyin edilməyən bədən xəsarəti yetirməklə qarşısını alıb yenidən mətbəxə qayıtmış və üzərində saxlayıb gəzdirdiyi istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək kəsər hissəsini Zərərçəkmiş şəxs1 tərəf yaxınlaşdırıb, nümayiş etdirərək zor tətbiq etmə hədəsi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 “İphone 7” markalı mobil telefonu talayıb ələ keçirməklə sonuncuya 500 manat dəyərində maddi ziyan vuraraq, quldurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onlar, Zərərçəkmiş şəxs1 ilə sevgili olmuşlar, sonuncuyla bir neçə dəfə də otelə bir yerdə gedib geceni orda keçirmişlər. Sevgili olduqları müddətdə Nuray ondan pul tələb etmiş, əgər verməsə onu polisə zorlama faktı ilə bağlı şikayət edəcəyini bildirmişdir. O, Nuraya 3700 manat və 500 manat ayrı-ayrılıqda pul vermişdir. Nuray onu polislə hədələdiyi üçün Nurayın şəkillərini TİK-Tok sosial şəbəkəsində paylaşıb təhqiramiz ifadələr yazmışdır. Bundan bir müddət sonra Nuray onun haqqında sosial şəbəkədə təhqiramiz ifadələr paylaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Nurayın yaşadığı həyət evinə gəlib həyətyanı sahəyə daxil olmuş və bu zaman Nuray onu görüb özündən getmişdir. O, Nurayı qucağında mətbəxə aparmış, sonra isə əsəbləşdiyi üçün ona məxsus “İphone 7” markalı mobil telefonu da götürüb yenidən oranı tərk etmiş, sonradan isə həmin telefonu qırıb zibil qutusuna atmışdır. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 heç bir xəsarət yetirməmiş, Nuraydan olan “İphone 7” markalı mobil telefon onun olub və həmin telefonu sonuncudan tələb edərkən onu heç bir kəsici alət və ya vasitə ilə hədələməmiş, onun üzərində hər-hansı kəsici alət olmamış və o, həmin evə divar hasardan deyil qapıdan daxil olub və oradan da çıxmışdır. Həmçinin bildirmişdir ki, o,saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, cavan olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkən şəxslərin ifadələri, hadisə yerinə baxış keçirilməsinə dair protokollar, foto-şəkillər, ekspertiza rəyləri, üzləşdirmə protokolları və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Kooperasiya Universitetinin 2-ci kursunda təhsil alırmış. Lakin bu hadisələrdən sonra məcbur qalıb qorxusundan təhsilini davam edə bilməmişdir. Asudə vaxtlarında “TikTok” sosial şəbəkəsində canlı yayın açıb, videolar paylaşaraq onlayn qaydada gəlir əldə edir. Təxminən bir il bundan əvvəl həmin sosial şəbəkədə tanımadığı şəxs şəxsi səhifəsində onun videolarını paylaşıb, üzərində nalayiq ifadələr yazaraq onu rüsvay etmişdir. Həmin şəxsin adını bilməsə də şəklini öz səhifəsində paylaşdığından onu zahiri cəhətdən tanıyırmış. Bir müddət sonra həmin şəxs onun əlaqə nömrəsini əldə edərək “Whatsapp” sosial şəbəkəsində də ona əxlaqsız təkliflər irəli sürərək mütəmadi şəkildə onu narahat etmişdir. 09 oktyabr 2023-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi, ev 18-də yerləşən fərdi yaşayış evinin həyətindən çıxıb işə gedən zaman arxadan bir şəxs yaxınlaşaraq onu boğazından tutmuş və boğmağa başlamış, bu zaman isə o, qorxub qışqırmağa başlamışdır. Həmin anda evdə anasından başqa heç kəs olmamışdır. Anası onun qışqırdığını eşidib həyətə qaçmış və onu həmin şəxsin əlindən qurtarmaq üçün onunla dartışmağa başlamışdır. Onu görən kimi həmin şəxsin Tik-Tok sosial şəbəkəsində onun videolarını paylaşan Fərahim olduğunu anlamışdır. Bu zaman o qışqırmağa davam etmiş, həmin şəxs onun səsini kəsmək üçün anasından aralaşıb ayağına zərbə endirmişdir. O, həyəcanlanmış və qorxudan müvazinətini ititmişdir. Bu vaxt Fərahim onu qucağına alıb evin mətbəxinə aparıb stulda əyləşdirmiş və geri qayıdıb qapını açarla bağlayaraq yenidən mətbəxə qayıdıb ondan “İphone 7” markalı mobil telefonunu verməsini tələb etmişdir. Lakin, o etiraz edərək telefonu verməmişdir. Bu vaxt həmin şəxs üzərində olan bıçağı çıxarıb nümayiş etdirməklə onu tətbiq edəcəyi hədəsi ilə telefonu ondan tələb etmişdir. Bundan sonra o, Fərahimin ona doğrultduğu bıçağı tətbiq etməsindən qorxub telefonunu Fərahimə vermişdir. Telefonu verdikdən sonra anası evin çöl qapısına qaçaraq açıb kömək istəməyə cəhd etmiş, bu zaman Fərahim isə ona mane olmağa çalışaraq əlində bıçaqla anasını itələmişdir. Bunun nəticəsində anası yerə yıxılmış, daha sonra o telefonla birlikdə evin hasarından aşaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, “İphone 7” markalı mobil telefon ona məxsusudur, Fərahim onun ayağına zərbə endirərkən xəsarət almış, sonuncu üzərində olan bıçağı tətbiq edəcəyini bildirirərək onu nümayiş etdirməklə onları hədələmiş, bıçaqla onu hədələyərkən anasını da vurmuş və hasardan aşarkən belində olan bıçaqla xəsarət almış, həmçinin onun qan izləri hasarın yanına tökülmüşdur. Bundan başqa Zərərçəkmiş şəxs1 hal-hazıradək Təqsirləndirilən şəxs tərəfindən istər məhkəmə iclaslarında istərsə də İstintaq Təcridxanasından etdiyi zənglərlə və sonuncunun anası tərəfindən telefon zəngləri vasitəsi ilə hədə-qorxu gələrək təhdid edildiyini, Fərahimlə barışmadığını, şikayətçi olduğunu və ona cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun övladıdır. Qızı ona dəfələrlə bildirmişdir ki, bir şəxs onun yaşamasına imkan vermir və onu mütəmadi olaraq təhdid və narahat edir. Həmin şəxsin adını bilməsə də, şəklini öz səhifəsində paylaşdığından onu zahiri cəhətdən tanıyırmış. Bir müddət sonra həmin şəxs qızının əlaqə nömrəsini əldə edərək “Whatsapp” sosial şəbəkəsində də əxlaqsız təkliflər irəli sürərək mütəmadi şəkildə onu narahat edirmiş. 09 oktyabr 2023-cü il tarixdə saat 07 radələrində o Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi ev 18-də yerləşən fərdi yaşayış evində olarkən, qızının qışqırıq səsini eşidib həyətə qaçarkən orada bir şəxsin qızının boğazından tutaraq onu boğduğunu görmüş və o, dərhal müdaxilə edərək qızını həmin şəxsin əlindən qurtarmaq üçün onunla dartışmağa başlamışdır. Bu zaman həmin şəxs qızının səsini kəsmək üçün ondan uzaqlaşıb qızının ayağına zərbə endirmiş, qızı isə həyəcandan və qorxudan müvazinətini itirərək yerə yıxılmışdır. Sonra həmin şəxs qızını qucağına alaraq evin mətbəxinə aparıb stulda əyləşdirmiş və geri qayıdıb qapını açarla bağlayaraq yenidən mətbəxə qayıdıb qızına məxsus olan “İphone 7” markalı mobil telefonu tələb etmişdir. Lakin, Nuray etiraz edərək telefonu verməmiş, bu vaxt həmin şəxs üzərində olan bıçağı çıxarıb onu tətbiq edəcəyi hədəsi ilə telefonu verməyi üçün qızı ilə ona qarşı zorakılıq etməyə başlamışdır. Bundan sonra qızı qorxudan telefonunu həmin şəxsə vermiş o, da fürsətdən istifadə edərək evin çöl qapısına qaçaraq qapını açıb qışqıraraq kömək istəmiş, bu zaman həmin şəxs isə ona mane olmağa çalışaraq əlində bıçaqla onu itələmiş, nəticədə o yerə yıxılmış, daha sonra həmin şəxs qızının telefonu ilə birlikdə və bıçağı belinə qoyaraq hasardan atlayaraq oradan uzaqlaşmışdır. Daha sonra onlar hasarın yanına gələrkən yerdə qan izləri görmüşlər. Belə güman etmişlər ki, həmin şəxs divarı aşanda və bıçaq belində olduğu üçün özünə xəsarət yetirmişdir. Dərhal o, bu barədə 32-ci PB-yə müraciət etmiş və həmin hadisədən sonra o qızı ilə kirayə ev tutub yaşadıqları ünvanı dəyişmişlər. Məhkəmə iclasında verilmiş suallara Zərərçəkmiş şəxs2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, sonuncu onların həyət evinə hansı yolla daxil olduğunu bilmir, çünki həyət qapısı bağlı olmuş, həqiqətən də Təqsirləndirilən şəxs qızının ayağına zərbə endirərək xəsarət yetirmiş, həmçinin, Təqsirləndirilən şəxs üzərində olan bıçağı tətbiq edəcəyini bildirirərək onu nümayiş etdirməklə onları hədələmiş, hasardan aşıb qaçarkən belində olan həmin bıçaqla özünə xəsarət yetirmiş, onun qan izləri isə hasarın yanına tökülmüşdur. Bundan başqa Təqsirləndirilən şəxs və ailə üzvləri qızına şikayətinin geri götürülməsini tələb edərək ona hədə-qorxu gəlməklə təhdid edirlər. Fərahimlə barışmadığını, şikayətçi olduğunu və ona cəza verilməsini məhkəmədən xahiş etdi. Həmçinin Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona cəza verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin İ cild 60-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin İ cild 142-144-cü vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 02 ay 26 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 203-207-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 26-28-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ-ci cild 12-13-cü vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi Birliyinin xx.xx.2023-ci il tarixli, 944 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – sol budun hematoması bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin İ-ci cild 14-15-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi Birliyinin xx.xx.2023-ci il tarixli, 943 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – sol bazunun qançırları bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin İ-ci cild 85-88-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və müvafiq fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş dörd nəfər şəxsin arasından soldan dördüncü yerdə dayanmış Təqsirləndirilən şəxs göstərək xx.xx.2023-cü il tarixdə saat 07 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi, ev 18-də yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq ona zərbə endirərək bədən xəsarəti yetirməsini, daha sonra fərdi yaşayış evinin mətbəxində bıçaqla hədələyərək ona məxsus “İphone 7” markalı mobil telefonu əldə edən şəxsin həmin şəxs olduğunu bildirmişdir. Cinayət işinin İ-ci cild 89-93-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və müvafiq fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs E.Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş, dörd nəfər şəxsin fotoşəkli arasından üçüncü sırada olan Təqsirləndirilən şəxs fotoşəklini göstərərək xx.xx.2023-cü il tarixdə saat 07 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1ci Vağzal küçəsi, ev 18-də yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub qızı Nuraya zərbə endirərək bədən xəsarəti yetirmiş və daha sonra fərdi yaşayış evinin mətbəxində onları bıçaqla hədələyərək qızına məxsus “İphone 7” markalı mobil telefonu əldə edən şəxsin həmin şəxs olduğunu bildirmişdir. Cinayət işinin İ-ci cild 118-121-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilir və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs qarşı söyləyərək bir daha təsdiq etmiş, lakin sonuncu protokolu imza etməkdəm imtina etmişdir. Cinayət işinin İ-ci cild 122-125-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilir və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs qarşı söyləyərək bir daha təsdiq etmiş, lakin sonuncu protokolu imza etməkdəm imtina etmişdir. Cinayət işinin İ cild 160-162-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 606 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmənin təşəbbüsü ilə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 xx.xx.2024-cü il tarixli, 448/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - boyun nahiyyəsinin və hər iki saidin kəsilmə xarakterli yaraları iti kənara malik əşyanın (alətin) təsirindən müayinədən təxminən 8-12 gün əvvəl əmələ gəlmişdirlər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. – boyun nahiyəsinin və hər iki saidin kəsilmə xarakterli yaraların izləri olan çapıqları iti kənara malik əşyanın (alətin) təsirindən müayinədən təxminən 1-2 ay əvvəl əmələ gəlmişdirlər; ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur: - sağ dirsək oynağı, bel, sağ bud-çanaq oynağı və sol diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əçyanın (əşyaların) təsirindən müayinədən təxminən 1-2 həftə əvvəl əmələ gəlmişdirlər; ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur; - döş qəfəsinin ön səthinin sıyrıq izi bərk küt əşyanın təsirindən müayinədən təxminən 2-3 həftə əvvəl əmələ gəlmişdirlər; sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur; - sol əlin, sol əlin 1 barmağının, sağ qasıq nahiyəsinin və sağ bud-çanaq oynağı nahiyəsinin çapıqları müqayinədən təxminən 1-1.5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. - bel nahiyyəsinin sağ yarısının çapığı müayinədən təxminən 6 ay- 1.5 il əvvəl əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. - Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş bel nahiyəsinin çapığının xx.xx.2023-cü il tarixdə yaranması inkar edilmir; həmin xəsarət ilkin morfoloji əlamətlərini dəyişdiyindən törədici alətin (əşyanın) konstruksion xüsusatları haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş kəsilmə xarakterli xəsarətlər iti kənara malik əşyanın (alətin), ola bilsin bıçağın tiyəsinin kəsərinin təsirindən törənə bilmələri inkar edilmir. Cinayət işinin İ cild 158-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 il 06 ay şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır 2) Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Beləliklə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah və ya silah qismində istifadə edilən əşya tətbiq edilməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməsi cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış keçirilməsinə dair, şəxsi tanımaya təqdilm edilməsi haqqında, üzləşdirmə protokolları, foto-şəkillər və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında üzərində olan bıçağı nümayiş etdirməklə onu tətbiq etməsi və telefonu zərəçəkmiş şəxslərdən tələb etməklə onları hədələməsi epizodu üzrə verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, istər məhkəmə iclasında istərsə də məhkəməyədək istintaq dövründə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verdikləri ifadələrindən, həmçinin zərəçəkmiş şəxslərin ifadələrinin yerində yoxlanılması haqqında və üzləşdirmə haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi, ev 18-də yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşaraq onu boğazından tutaraq boğmağa başlamış, sonuncu qışqırarkən onun ayağına zərbə endirmiş, bu zaman Zərərçəkmiş şəxs1 həyəcandan və qorxudan müvazinətini itirərək yerə yıxılmış, bundan sonra təqsirləndirilən şəxs onu qucağına alıb evin mətbəxinə aparmış, orada bıçağı nümayiş etdirməklə onu tətbiq edəcəyi ilə hədələmiş və Zərərçəkmiş şəxs1 istifadəsində olan “İphone 7” markalı mobil telefonunu onun iradəsinə zidd olaraq ondan alaraq evin hasarından aşmaqla oradan uzaqlaşmışdır (i/v İ cild 21-23, 35-38,39-40, 51-54). Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 xx.xx.2024-cü il tarixli, 448/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan - bel nahiyyəsinin sağ yarısının çapığı müayinədən təxminən 6 ay- 1.5 il əvvəl əmələ gəlmişdir, sonuncunun bədən səthində aşkar edilmiş bel nahiyəsinin çapığının xx.xx.2023-cü il tarixdə yaranması inkar edilmir və aşkar edilmiş kəsilmə xarakterli xəsarətlər iti kənara malik əşyanın (alətin), ola bilsin bıçağın tiyəsinin kəsərinin təsirindən törənə bilmələri inkar edilmir. Bununlada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bel nahiyəsinin sağ yarısının çapığı hadisənin baş verdiyi xx.xx.2023-cü il tarixdə uyğun gəlməklə zərərçəkmiş şəxslərin ifadələri ilə də onun üzərində bıçağın olması öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs bədənin müxtəlif yerlərində bıçaq xəsarətlərinin olması, həmçinin istintaq təcridxanasında özünə xəsarət yetirilməsi onun şəxsiyətininin ictimai təhlükəliliyini səciyələndirməklə sonuncunun daim üzərində kəçici alətin və ya bıcağın gəzdirilməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Həmin Qərarda qeyd olunur ki, şəxs silahı yalnız nümayiş etdirmişsə, digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinə girərək onun sağlamlığına yüngül xəsarət yetirməsi, üstündə gəzdirdiyi bıçağı nümayiş etdirməklə sonuncunun telefonunu tələb edərək bıçağı tətbiq edəcəyi hədəsi ilə ona qarşı hücum etməsi, bundan başqa Zərərçəkmiş şəxs2 itələyərək yıxması faktları sübut edir ki, təqsirləndirilən şəxs özündə olan bıçağı sadəcə nümayiş etdirmək görüntüsü yaratmamış, onu tətbiq edəcəyinə zərərçəkmiş şəxsləri inandırmış, onları qorxutmaqla Zərərçəkmiş şəxs1 əmlakını talamışdır. Həmçinin həmin qərarda qeyd olunur ki, yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. -yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. -şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Bütün qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərin icazəsi olmadan onların yaşayış sahəsinə qanunsuz daxil olması, Zərərçəkmiş şəxs1 telefonunu tələb edərək, sonuncunun müqavimətini qırmaq məqsədi ilə üstündə gəzdirdiyi bıçağı nümayiş etdirməklə onu tədbiq edəcəyi hədəsi ilə onlara hücum edərək sonuncunun əmlakını ələ keçirməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq edildiyini bildirsə də, bununla bağlı hər hansı orqana vəsatət və ya şikayət verməmişdir. Yuxarıdakılara əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrinə əsasən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cavan olmasını, onun zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər də talama və digər növ cinayətlərə görə məhkum olunmasına baxmayaraq islah olunmamasını, zərərçəkmiş şəxslərin şikayətçi olmalarını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1636/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1636/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver