Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1637/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev X7 Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi və tərcüməçi X3 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 214 ünvanında qeydiyyatda olan və halhazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 02 mart 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən klubun həyətində “Emin” adlı şəxsdən hər bükümünə 5 manat ödəməklə 4 ədəd qızılı-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,017 qram, 0,514 qram, 0,514 qram və 0,461 qram olmaqla ümumi çəkisi 2,506 qram psixotrop maddə metamfetamini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 02 mart 2021-ci il tarixdə saat 10:45-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılmaqla ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki göy rəngli şalvarının sağ yan cibindən 4 ədəd qızılı-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,017 qram, 0,514 qram, 0,514 qram və 0,461 qram olmaqla ümumi çəkisi 2,506 qram, yəni külli miqdarda xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Belə ki, narkotik vasitələri Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən alıb istifadə emişdir. 02 mart 2021-ci il tarixdə təxminən saat 10 radələrində psixotrop maddə olan metamfetamini almaq üçün ünvan 4 ünvanının qarşısına klubun həyətinə getmiş və Emin adlı şəxsdən öz istifadəm üçün 01 ədəd siqaret kağızı bükümündə heroin və 04 bükümdə metamfetamini 5 manata almışdır. Sonra aldığı heroini istifadə etmiş, aldığı 04 büküm metamfetamini isə sonra istifadə etmək üçün cibində saxlamışdır. 02 mart 2021-ci il tarixdə təxminən saat 10:30 radələrində ünvan 5 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onu Suraxanı RPİ-nə aparmışlar. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman əynində olan göy rəngli şalvarın cibindən 04 ədəd qızılı siqaret kağızı bükümündə olan psixotrop maddələri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, eyni zamanda, kiməsə vermək niyyəti olmamışdır. Həmin maddələri aldığı şəxs hündür boylu, arıq bədən quruluşuna malik, qarayanız şəxs olmuşdur. Onun harada yaşaması barədə hər hansı məlumatı yoxdur. O, saxlanılan zaman üzərində bir büküm narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında mövcud digər sübutlarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 02 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə raportla məruzə olunduqdan sonra ondan, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, Roman və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 11 radələrində ünvan 6 ünvanın qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra ondan özünü təqdim etməsini istəmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nə dəvət etmişlər. O, da razı olaraq birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən dörd ədəd qızılı siqaret kağızı bükümündə olan bükümləri çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində şüşə kimi tanıdığı narkotik maddə olduğunu və onların hər bükümünü 5 manata Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən klubun həyətində Emin adlı şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin dörd ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid1 X2 ifadəsinə uyğun ifadə vermişlər. 02 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki göy rəngli şalvarının sağ yan cibindən 4 ədəd qızılı- ağ rəngli kağız büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə İstintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ümumi təmiz çəkisi 2,506 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatına 0,12 qram (hər bir obyektdən 0,03 qram olmaqla) sərf edildikdən sonra qalıq 2,386 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün istintaq sənədi kimi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/861 saylı 03 mart 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 45” dairəvi möhür əksi olan, üzərində “İştirakçılar 1) Təqsirləndirilən şəxs imza, 2) müdafiəçi F.Yadigarov imza...” yazı və imzalar olan zərfdə ümumi çəkisi 2,506 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olub, xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 1209 saylı 22 aprel 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ifadəsində öz müdafiəsi üçün dəlil kimi üzərindən aşkar olunmuş narkotik vasitənin bir bükümdən ibarət olması və narkotik vasitənin satışı ilə məşğul olmamasını bildirsə də onun həmin maddəni satış məqsədilə üzərində saxlayaraq daşıması məhkəmə istintaqı zamanı toplanmış sübutlarla tam öz təsdiqini tapmışdır. Məhkəmə onun ibtidai istintaqdan fərqli ifadə verərək narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığı barədə vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun istintaqdan fərqli ifadə verməsi yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 02.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 23 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 2 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 2,506 qram, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 2,386 qram psixotrop maddə metamfetamin məhv edilməli. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski isə iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 88,70 ( səksən səkkiz manat yetmiş qərik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 2,386 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski isə iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 88,70 ( səksən səkkiz manat yetmiş qərik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1637/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1637/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver