Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1637/2022 01.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 25 avqust 1975-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, 09 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 iyun 2022-ci il tarixli 4(005)-684/2022 nömrəli qərarına əsasən barəsində 4 ay müddətə həbs qətimkan qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İş məhkəməyə 24 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş, məhkəmənin hazırlıq iclası 01 sentyabr 2022-ci il tarixə təyin edilmiş və məhkəmə hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı vəsatət qaldırıb, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Hacıqabul rayonunun ərazisindən keçən Bakı-Qazax yolunun 99-cu kilometrliyində idarə etdiyi Peugeot-407 markalı **-XY-*** dövlət nömrə nişanlı avtomobildə saxlanıldığını və baxış zamanı ittihamda qeyd olunan narkotik vasitənin və elektron tərəzinin aşkar olunduğunu bildirib, cinayət hadisəsinin Hacıqabul rayonunun ərazisində baş verdiyini və Hacıqabul rayonunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırkı cinayət işinin həmin məhkəmədə baxılmalı olmasını qeyd edib, işin məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Müdafiə tərəfi vəsatəti əsaslı hesab edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qaldırılan vəsatəti müzakirə edib, bununla bağlı cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun ərazisindən keçən Bakı-Qazax yolunun 99-cu kilometrliyində idarə etdiyi Peugeot-407 markalı **-XY-*** dövlət nömrə nişanlı avtomobildə saxlanıldığı və baxış zamanı ondan narkotik vasitənin və elektron tərəzinin aşkar olunduğunu görünür. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nın 8.8-ci bəndində Hacıqabul rayonu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddəsinin tələbinə görə məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması barədə məsələyə baxmaq məhkəmənin hazırlıq iclasında baxılmalı olan ilk məsələdir. Həmin Məcəllənin 300.1 və 300.1.4-cü maddəsinə əsasən, müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Həmin Məcəllənin 302.3-cü maddəsində göstərilir ki, məhkəmə hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə, belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1, 300.1.4 və 302.3-cü maddərinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-1637/2022 nömrəli cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan məhkəmə aidiyyəti üzrə həmin məhkəməyə göndərilsin.
2. Qərarın surəti cinayət prosesinin iştirakçılarına və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməklə icrasının təmin olunması üçün onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev