Məhkəmə qərarları › İş №1(101)-1637/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1637/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1637/2023 18.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşamış və hal-hazırda barəsində Nərimanov Rayon Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə “Babək” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Babək” adlı şəxs və qeyrilərinin satış məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 8634,453 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində qanunsuz daşımaqla **-HF-*** nömrə nişanlı “Hyundai İ30” markalı avtomobildə qanunsuz saxlamış, qeyd edilən narkotik vasitədən bir ədəd bükümdə 24,453 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayırıb satış məqsədilə üzərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 00:20-də Bakı şəhəri, Qaradağ rayonu, Şonqar qəsəbəsində yerləşən Daş Karxanası yolunda **-HF-*** nömrə nişanlı “Hyundai İ30” markalı avtomobildə saxlanılaraq Baş İdarəyə gətirilib 08 yanvar 2023-cü il tarixdə saat 02:00-də keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxlağı bir ədəd bükümdə 24,453 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, daha sonra sonuncunun razılığı və iştirakı ilə **- HF-*** nömrə nişanlı “Hyundai İ30” markalı avtomobildə 08 yanvar 2023-cü il tarixdə saat 03:15-dən etibarən keçirilmiş baxış zamanı avtomobilin yük hissəsindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı dörd ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 2050 qram, 2260 qram, 2125 qram və 2175 qram, ümumi təmiz çəkisi 8610 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadə verərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Narkotik vasitənin “marixuana” növündən istifadə edir. Narkotik vasitəni şəxsi istifadəsi məqsədilə bir qayda olaraq 10-20 qram miqdarında şəhərdən alır. 7 yanvar 2023-cü il tarixdə axşam təxminən saat 9-11 radələrində adlarını bilmədiyi üç nəfər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılmamışdan 2 saat əvvəl narkotik vasitə qəbul etmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində üzərindən və avtomobilindən qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşlarından biri mobil telefonla danışdıqdan sonra digər əməkdaşlarla onun olduğu yerə gəlmiş, kiçik bir kisə onun avtomobilinə qoyulmuş və həmin kisənin ona aid olduğu bildirilmişdir. Polis idarəsində isə sürücünün sərbəst buraxılması şərtilə, həmçinin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif ediləcəyi barədə polis əməkdaşlarının vədinə aldanaraq onların dediklərini qəbul etmişdir. İstintaq Təcridxanasına keçirildikdən sonra Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirildiyini bilmişdir. Onda 8-9 kiloqram narkotik vasitə olmamışdır. Babək adlı şəxsi tanımır. İranda tanışı, qohumu yoxdur, İrana yalnız 2013-cü ildə bir dəfə müalicə məqsədilə getmişdir. Tutulmasının səbəbini bilmir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək xx.xx.2023-cü il tarixli şübhəli şəxs və xx.xx.2023-cüq il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o arada narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə etmişdir. Təxminən tutulmamışdan 10 gün əvvəl o, sosial şəbəkələr vasitəsilə İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxslə tanış olmuşdur. Həmin şəxslə telefonla əlaqə saxlayarkən Babək ona narkotik vasitə göndərəcəyini, onun həmin narkotik vasitəni Babəkin dediyi yerə çatdırmasını və əvəzində Babəkin də ona pul göndərəcəyini təklif etmiş, o də buna görə Babəklə razılaşmışdır. İlk olaraq təqribən tutulmamışdan bir neçə gün qabaq Babək ona müəyyən yerə qoyması üçün təxminən 40 qram narkotik vasitə qurudulmuş marixuana göndərmişdir. O həmin narkotik vasitəni götürüb Babəkin ona dediyi yerə qoymuş və əvəzində həmin “nəşə”-nin üzərindən bir qədər çəkmək üçün götürmüşdür. 07 yanvar 2023-cü il tarixdə Babəklə telefonla danışarkən Babək Qaradağ rayonu ərazisində onun götürməsi üçün narkotik vasitə qoyduracağını, onun da həmin narkotik vasitəni aparıb Babəkin dediyi yerlərə qoymasını bildirmişdir. O gedib Babəkin dediyi yerdən bağlamaları götürmüş və heç kimin görməməsi üçün maşında saxlamışdır. Bir bükümdə olan onun üçün qoyduğu “nəşə”-ni isə gödəkçəsinin cibinə qoymuşdur. Razılaşmaya əsasən Babəkin bu işin müqabilində ona 500 manat pul verməli olduğunu bildirmişdir. 08 yanvar 2023-cü il tarixdə saat təxminən 00:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Şonqar qəsəbəsində yerləşən Daş karxanası yolunda tanışı X1 idarə etdiyi **-HF- *** dövlət qeydiyyat nişanlı “Hyundai İ 30' markalı avtomobildə olan zaman bir neçə nəfər mülki geyimli şəxs avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində olan əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu İsmayıl İsgəndərov ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdir. Burada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər-hansı əşya var isə təqdim etməsi xahiş edilmişdir. Bu təklifdən sonra o əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və 100 manat pul aşkar edilərək götürülmüşdür. Sonra üzərindən aşkar edilmiş qurudulmuş marixuana tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Sübut əhəmiyyəti kəsb etdiyi üçün mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı o narkotik vasitəni İran İslam Respublikası vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiyini, həmin narkotik vasitəni deyilən ünvanlara qoyması müqabilində “Babək’in ona 500 manat pul verəcəyini, taksi sürücüsünün idarə etdiyi avtomobildə də əlavə olaraq narkotik vasitə olduğunu və həmin narkotik vasitəni də təqdim edə biləcəyini demişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra o və İsmayıl İsgəndərov ərizə verərək avtomobilə baxış keçirilməsinə etirazları olmadığını bildirmişlər. Avtomobilə baxış keçirilən zaman yük yerindən bir ədəd kisədə 4 ədəd bağlamadakı qurudulmuş marixuananı təqdim etmişdir. Həmin maddələr də elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu zamanı o narkotik vasitəni İran İslam Respublikası vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiyini, həmin narkotik vasitəni deyilən ünvanlara qoyması müqabilində “Babək”-in ona 500 manat pul verəcəyini, bu əməlindən İsmayıl İsgəndərov da daxil olmaqla heç kimin məlumatının olmamasını, saxlanılan zaman, eləcə də, Baş İdarədə ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş narkotik vasitəni “Babək” adlı İran İslam Respublikasının vətəndaşının göstərişi ilə müəyyən edilmiş yerlərə qoymaq məqsədilə əldə etmişdir. O, narkotik vasitə qurudulmuş marixuanadan arada istifadə etdiyini bildirmişdir. İsmayıl İsgəndərovun onun narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə hər-hansı məlumatı olmamışdır. Belə ki, o İsmayıl İsgəndərovla sinif yoldaşı olmuşdur, İsmayıla taksi olaraq onunla birlikdə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən psixi və ya fiziki təzyiqə məruz qalmadığını bildirsə də həmin ifadələri təkzib edərək bildirmişdir ki, tanımadığı şəxslə telefonda “Whatsapp” sistemi vasitəsilə danışmış, ondan öz istifadəsi üçün narkotik vasitə marixuana almaq istəmiş, həmin şəxsə 200 manata yaxın pul verdiyi təqdirdə ona təqribən 30-40 qrama yaxın narkotik vasitə marixuana göndərməli idi. Danışdıqları zaman o marxuananı bəyəndiyi təqdirdə ona pul vuracağını bildirmişdir. Daha sonra həmin şəxs ona “location”, yəni narkotik vasitənin qoyulduğu yerin koordinatlarını göndərmişdir. O da tanışı İsmayılla birlikdə həmin yerə getmişdir. O, deyilən yerə getsə də həmin yerdən narkotik vasitəni tapa bilməmişdir. O, həmin yerdən təqribən 500 metr uzaqlaşmış, polislər maşını saxlamışdırlar. Onlar onu öz maşınlarına əyləşdirmiş, daha sonra onun telefonunu yoxlamışdırlar. Telefonda həmin koordinatları və danışığını görmüşdürlər. Daha sonra polis əməkdaşları gedib həmin yeri axtarmış, ancaq hər hansı narkotik vasitə tapmamışdırlar. Daha sonra həmin əməkdaşlardan biri telefonla danışmış və həmin yerdən 500-600 metr aralıda olan torbanı götürüb gətirərək özlərinin idarə etdiyi maşına qoymuşdur. Həmin torbanın içərisini boşaltdıqda içərisində 4 ədəd kiçik bağlama olması aşkar olunmuşdur. Onu orada 1 saat gözlətdikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışdırlar. Baş idarədə çəkiliş aparılmış və çəkiliş zamanı maşından həmin götürdükləri kisə deyil, böyük bir ağ kisə çıxmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir ( cild 1, iş vərəqə 165). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 8 yanvar 2023-cü il tarixində, Şahid1 əməliyyat məlumatı daxil olduqdan sonra digər əməkdaşlarla birlikdə axşam saatlarında Qaradağ rayonu ərazisində keçirdilmiş əməliyyat tədbiri nəticəsində gecə saat 12-1 aralığında təqsirləndirilən şəxs və onun içərisində olduğu avtomobilin sürücüsü saxlanılaraq Polis İdarəsinə dəvət edilmişdir. Baş İdarədə videoçəkiliş vasitəsilə təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilərkən üzərində narkotik vasitə olan “marixuana” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin zaman onunla birgə idarəyə gətirilən şəxsin taksi sürücüsü olduğunu bildirmiş, narkotik vasitənin qalan hissəsinin avtomobildə olduğunu bildirmiş və könüllü sürətdə narkotik vasitələri təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Güzdək tərəfdə 08 yanvar 2023-cü il tarixdə gecə radələrində keçirdilmiş əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxsin üzərindən “marixuana” narkotik vasitəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin yanında taksi sürücüsü də olmuş və həmin maşından külli miqdarda “marixuana” aşkar olunmuşdur. Əməliyyat tədbirində onunla birgə Bəylər, Azər adlı əməkdaşlar və o iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, o taksi sürücüsü işləyərkən Şahin ona Güzdəyə getməli oduğunu bildirmiş, o Şahinin xahişi ilə taksi xidməti kimi sonuncunu apardığı Güzdək ərazisində polis əməkdaşları tərəfindən saxlamışdır. Polis əməkdaşları hər ikisinin üzərini və avtomobilini yoxlasalar da nə maşından, nə də üzərlərindən heç nə aşkar olunmamışdır. Daha sonra saxlandıqları yerdən 500 metr kənardan polis əməkdaşları bir paket gətirmiş, onları isə Baş Narkotiklərlə Mübarizə İdarəsinə təhvil vermişdirlər. Baş İdarədə onun maşınına sonradan baxış keçirilərkən oradan narkotik vasitə aşkar olunmuşdur. İfadəsində qeyd etdiyi sellofan paket sonradan polislər tərəfindən onun maşınına qoyulmuşdur. Hadisə ilə əlaqədar onun tutulmamasının səbəbi İdarədə onlara narkotik vasitəni ikisindən birinin öz üzərinizə götürməli olması tələbinə əsasən Şahinin narkotik vasitəni öz üzərinə götürməsi olmuşdur. Narkotik vasitəni öz üzərinə götürməsi barədə söhbət Şahin və polis əməkdaşları arasında olmuş, özünə qarşı hər hansı təzyiq olunmamış, bu barədə ondan nəsə tələb edilməmişdir. O, Şahinin narkotik vasitəni öz üzərinə götürdüyünü elə oarada olarkən bilmişdir. Şahin isə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığı və döyüldüyü üçün onların tələbi ilə razılaşmışdır. Şahin narkotik vasitəni öz üzərinə götürməsəydi onların ikisi də narkotik vasitələrin dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunacaqdı. Məhkəmə iclasında elan edilərək tədqiq edilən X1 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o hər-hansı formada narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. 08 yanvar 2023-cü il tarixdə saat 00:20 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Qaradağ rayonu ərazisində olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman o və Şahin onun idarə etdiyi “Hyundai İ30” markalı **-HF-*** nömrə nişanlı avtomobildə olmuşlar. Polis əməkdaşları Şahinin narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib Şahin barəsində qəbul edilmiş “əməliyyat -axtarış tədbilərinin keçirilməsi barədə” qərarla Şahini tanış etmişlər. Daha sonra onun idarə etdiyi avtomobillə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. Həmin idarədə onun iştirakı ilə maşına baxış keçirilmişdir. Baxış zamanı maşının yük yerindən 1 ədəd kisədə 4 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu zamanı Şahin həmin kütləni İran vətəndaşı Babək adlı şəxsin göstərişi ilə əldə etdiyini, həmin kütləni Babəkin dediyi yerə qoyması müqabilində Babəkin Şahinə 500 manat verəcəyini, onun maşında narkotik vasitə olmasından məlumatı olmadığını demişdir. Həqiqətən də onun maşında narkotik vasitə olmasından məlumatı olmamışdır. Yalnız Şahin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bu barədə məlumatı olmuşdur. Tutularkən onlara qarşı hər-hansı təsir və ya təzyiq olmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadələr ilə məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyət müəyyən edilərkən İsmayıl İsgəndərov gah ibtidai istintaq dövründə izahat vermədiyini, gah da cinayət işi materiallarında dindirmə protokolunda və maşına baxış keçirilməsi haqqındakı ərizədəki imzaların ona məxsus olduğunu bildirsə də həmin ifadələri oxumadan imzaladığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsindən görünür ki, Şahin adlı şəxs barəsində ona əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri o olmuşdur. Əməliyyat məlumatı narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində saxlanılaraq polis idarəsinə gətirilmiş, polis idarəsində şəxsin üzərinə baxış keçirilmiş və onun üzərindən narkotik vasitə olan “marixuana” aşkar olunaraq götürülmüşdür. Çəkiliş zamanı təqsirləndirilən şəxs avtomobildə ona məxsus olan narkotik vasitə olduğunu bildirmişdir. İdarənin həyətində avtomobilə baxış keçirildikdə, avtomobilin yük hissəsində 4 bükümdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Onlar təqsirləndirilən şəxsi Qaradağ rayonu ərazisində gecə saat 12-1 radələrində saxlamış, şəxsin üzərinə Polis İdarəsində baxış keçirilmişdir. Daha sonra narkotik vasitələrin satışı ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edə bilməmişdirlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 yanvar 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətlərinin videogörüntülərini əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisində satış məqsədilə narkotik vasitələin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 08 yanvar 2023-cü il tarixdə, saat 00:20-də Bakı şəhəri, Qaradağ rayonu, Şonqar qəsəbəsində yerləşən Daş Karxanası yolunda saxlanılaraq Baş İdarəyə gətirilmiş, keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 24,453 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 30-31). Şifahi sorğu zamanı o narkotik vasitəni İran İslam Respublikası vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiyini, həmin narkotik vasitəni deyilən ünvanlara qoyması müqabilində “Babək’in ona 500 manat pul verəcəyini, taksi sürücüsünün idarə etdiyi avtomobildə də əlavə olaraq narkotik vasitə olduğunu və həmin narkotik vasitəni də təqdim edə biləcəyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmadığını, barəsində zor tətbiq edilmədiyini bildirmişir. X1 və Təqsirləndirilən şəxs “Hyundai İ30” markalı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməməsi barədə ərizələrinə əsasən (cild 1, iş vərəqə 33-34) **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə aparılmış baxış və götürmə istintaq hərəkətinin məzmununu əks etdirən 08 yanvar 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətlərinin video görüntüsünə aid DVD diskdən görünür ki, İsmayıl İsgəndərovun idarə etdiyi **-HF-*** nömrə nişanlı ‘'Hyundai İ30” markalı avtomobilə baxış zamanı avtomobilin yük hissəsindən dörd ədəd bağlamada ümumi təmiz çəkisi 8610 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikası vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiyini, həmin narkotik vasitəni deyilən ünvanlara qoyması müqabilində “Babək”-in ona 500 manat pul verəcəyini, Babək adlı şəxsi 10 gün olar ki, tanıdığını, İsmayıl İsgəndərovun avtomobilindən taksi kimi istifadə etdiyini, Bakı şəhəri, Qaradağ rayonundan yük götürəcəyini bildirərək təqdim etdiyi narkotik vasitələri götürüb onun idarə etdiyi avtomobilin yük hissəsinə qoyaraq avtomobilə oturduqdan sonra polis əməkdaşlarının onları saxladığını İsmayıl İsgəndərovun avtomobilin yük hissəsinə qoyduğu kütlənin narkotik vasitə olmasından xəbəri olmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını da daxil olmaqla heç kimin məlumatının olmamasını, saxlanılan zaman, eləcə də, Baş İdarədə ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir (Cild 1, iş vərəqə 37-38). Məhkəmə-bioloji ekspertizanın 08 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd sellofan bağlamada təmiz çəkisi - 24,453 qram və üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan sintetik torbadakı 4 ədəd polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 2050 qram, 2260 qram, 2125 qram və 2175 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 8633, 553 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 48-50). Azərfon MMC-dən 13 mart 2023-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə 2 yanvar 2023-cü il tarixdə **********72 saylı mobil telefon nömrəsindən “Qaqaw menem zohrab... Qaqaw kanalın reski dayanmaqi bizə bərk udar vurdu əlimizdə nə vardısa necə gundu gündə 80 dad 90san təkcə mal a gedir oznuzcun... Karoçi əlimiz təmiz bowdi Şahin imkan varsa bu axırıncı Danışdığıviz məsələ vardiya 30 söhbəti sen ondan 3.4” məzmunda sms aşkar edilmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 8633,553 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, iş vərəqə 99-101). “Sübutların qiymətləndiirlməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarına əsasən tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 8633,553 qram qalmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən götürülən 1 ədəd “Samsung” markalı mobil telefonun onun yaxın qohumlarına qaytarılması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobilə baxış keçirilməsinin videogörüntələrini özündə əks etdirən 02 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur (Cild 1, iş vərəqə 137-148). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın Siyahıların 1-ci Siyahısının 12-ci bəndinə əsasən (köhnə redaksiyada) - təmiz halda 500 (beş yüz) qram və ondan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, ümumiyyətlə şəxsi axtarış və götürmə, avtomobilə baxış keçirilməsi zamanı aşkar edilmiş narkotik maddələrin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini, məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti psixi təzyiqə məruz qalması ilə məzmununda izahlarını, onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində 08 yanvar 2023- cü il tarixdə video-çəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən üzərindən özünün “marixuana” adlandırdığı narkotik vasitə aşkar edilmiş, məhz həmin zaman onun hərəkətdə olduğu avtomobildə də narkotik vasitə olduğu barədə verdiyi məlumata əsasən “Hyundai İ30” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində də marixuana aşkar edilərək götürülmüş, narkotik vasitəni İran İslam Respublikası vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiyini, həmin narkotik vasitəni deyilən ünvanlara qoyması müqabilində “Babək”-in ona 500 manat pul verəcəyini, Babək adlı şəxsi 10 gün olar ki, tanıdığını, İsmayıl İsgəndərovun avtomobilindən taksi kimi istifadə etdiyini, Bakı şəhəri, Qaradağ rayonundan yük götürəcəyini bildirərək təqdim etdiyi narkotik vasitələri götürüb onun idarə etdiyi avtomobilin yük hissəsinə qoyaraq avtomobilə oturduqdan sonra polis əməkdaşlarının onları saxladığını, İsmayıl İsgəndərovun avtomobilin yük hissəsinə qoyduğu kütlənin narkotik vasitə olmasından xəbəri olmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, törətdiyi əməldən heç kimin məlumatının olmamasını, saxlanılan zaman, eləcə də, Baş İdarədə ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə əvvəla qeyd edir ki, təqsirləndirilən şəxs psixi təzyiqə məruz qalmasına görə şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə zamanı həmin narkotik vasitənin ona aid olduğunu, ibtidai istintaqın əvvəlində etiraf edici ifadələr verdiyini bildirdiyini qeyd etsə də psixi təzyiqə məruz qalması barədə heç bir dövlət orqanına müraciət etməmiş, habelə məhkəmə iclasında da həmin psixi təzyiqin nədə ifadə olunmasını izah edə bilməmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxsə 07 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilərkən isə o, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri təkzib etsə də əvvəlki ifadələri fiziki və ya psixoloji təzyiqə məruz olması ilə əlaqələndirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıl İsgəndərov təqsirləndirilən şəxsin ifadələrini təsdiq edərək idarəyə gətirilməmişdən əvvəl keçirilmiş baxış nəticəsində nə üzərlərində, nə də avtomobildə narkotik vasitənin aşkar edilməməsini, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə verilməsini və avtomobilə qoyulmasını göstərsə də özünün fiziki və ya psixi təzyiqə məruz qalmamasını bildirərək avtomobilə baxış zamanı verdiyi izahatı, habelə şahid qismində ibtidai istintaq dövründə verdiyi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsini isə özü imzaladığını, lakin oxumadığını qeyd etməklə təkzib etmək üçün tutarlı əsaslar gətirə bilməmişdir. Belə ki, şahid İsgəndər İsgəndərovun iş üzrə sübuti əhəmiyyət kəsb edən yalnız onun dindirilmə protokolları deyil, həmçinin idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə istintaq hərəkəti zamanı verdiyi şifahi izahatıdır ki, həmin izahat da “oxunularaq imzalanmasına ehtiyac olmadan” müvafiq istintaq hərəkətinin videogörüntüsü ilə rəsmiləşdirilmişdir. Şahidin təqsirləndirilən şəxsin narkotik vasitələri öz üzərinə götürməsini sonununcunun onun yanında döyülməsi səbəbindən, həmçinin özünün də(İsmayıl İsgəndərovun) cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə əlaqələndirməsi barədə ifadəsi də iş materialları ilə təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələri məhkəmənin ilk baxış iclasında dindirildiyi zaman təkzib edərkən fiziki təzyiqə məruz qalmamasını bildirdiyinə görə onun tutularkən döyülüb-döyülməməsi faktı araşdırılmamışdır, lakin şahid İsmayıl İsgəndərovun ifadəsinə əsasən məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən 31 oktyabr 2023-cü il tarixli müşaiyət məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi müayinə sənədlərindən görünür ki, təcridxanaya daxil olarkən keçirildiyi ilkin tibbi müayinə zamanı xəsarət almadığını bildirmiş və üzərində xəsarət olmamışdır. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitələrin əsas hissəsinin İsgəndər İsgəndərovun avtomobilindən aşkar edilməsinə baxmayaraq nə üçün sonuncunun ümumiyyətlə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınmaması, onun deyil məhz özünün tutulması barədə verilmiş sualları cavablandıra bilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, avtomobilə baxış istintaq hərəkətinin nəticələrini özündə əks etdirən protokollar və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən CD diskdə əks edilən məlumatların mötəbərliliyinin şübhə altına alınması üçün Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitə heroin və marixuana bükümlərinin ona məxsus olması işin mübahisəsiz halını təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin üzərindən və **-HF-*** dövlət qeydiyyat nişanlı “Hyundai İ30” markalı avtomobildən aşkar edilən narkotik vasitənin ekspertiza rəyinə əsasən eynilik təşkil etməsini, həmin narkotik vasitənin şəxsi istehlakı miqdarının yuxarı həddindən 16 dəfə artıq olmasını, şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən həmin narkotik vasitələri 500 manat müqabilində “Babək” adlı şəxsin göstərişi ilə ayrı-ayrı ünvanlara çatdıracağını bildirməsi barədə ifadələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına daxildir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 avqust 2011 və 14 iyul 2012-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən, əvvəllər məhkum edilməməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 112-113). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, əvvəllər məhkum edilməməsi kimi cəzasını yüngülləşdirici halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 8 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 21), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 8 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 90-95). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 8 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 fevral 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı 20 yaşından narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir (Cild 1, iş vərəqə 135-136). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8633,553 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobildə baxış aparılmasının videogörüntülərini özündə əks etdirən iki ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 48). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Müsaməddin qızı tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 Müsaməddin qızının vəkil işlədiyi Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 8 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8633,553 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobildə baxış aparılmasının videogörüntülərini özündə əks etdirən iki ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 48 (qırx səkkiz) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 Müsaməddin qızı üçün 48 ( qırx səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar