Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1637/2024 14.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X4 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2005-ci ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, heç bir yerdə işləməyən, subay, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 31 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 avqust 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 21 fevral 2024-cü il tarixdə barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə saat 02 radələrində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs olduğu “Kia Ceed” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid2 ilə cinsi əlaqədə olmasını görüb, Zərərçəkmiş şəxs buna görə öz iradını bildirərkən sonuncunun ona təhqiramiz cavablar verib “sən məni tanımırsan, buranın vəziyyətinə mən baxıram” kimi özündən razı sözlər deməsinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla onun üz nahiyəsinə zərbələr vurub dərəcəsinə görə sağlamlığına yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirməsindən sonra əsəbləşərək üzərində olan bıçaqla dörd dəfə Zərərçəkmiş şəxs qəsdən vurub mədənin, çənbər bağırsağın, dalağ əyriliyinin və S-vari bağırsağın yaralanması ilə müşayiət olunan qarın nahiyəsinin sol arxa divarının vir ədəd və döş qəfəsinin sol yan səthinin aşağı şöbəsininn daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yaraları (cəmi 2 ədəd), sağ bel nahiyəsinin bir ədəd və sol qoltuqaltı nahiyənin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd) ilə nəticələnən, həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 30 iyul 2023-cü il tarixdə saat 02 radələrində dostları ilə görüşdüyü Əmircan qəsəbəsində yerləşən “Orman restoranı”dan yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 149-a gedirdi. Yaşadığı evin yaxınlığında olan zaman bir ədəd ağ rəngli avtomobilin orada dayandığını görmüşdür. Avtomobilin içərisindən qəribə səslər gəldiyini eşitmişdir. Əvvəlcə içəridə qızların olduğundan şübhələnmişdir. Sonuncuların səsləmiş və onlar qapını bağlayıb, işığı söndürmüşdürlər. Daha sonra içəri baxdıqda içəridə oğlanla qızın cinsi əlaqədə olduğunu görmüşdür. Sonuncuları səsləmiş, avtomobildəki oğlan onun yanına gəlmiş və sonuncu ilə mübahisə etməyə başlamışdır. Həmin oğlandan bu barədə soruşduqda istirahət etdiyini, Təqsirləndirilən şəxs onun istirahətini pozduğunu bildirmişdir. O da sonuncuya istirahətin yerinin bura olmadığını, burada ana-bacılarının yaşadığını və cinsi əlaqə ilə başqa yerdə məşğul olmalarını bildirmişdir. Həmin şəxs ona buranın “vəziyyətinə” baxdığını, onu tanımadığını bildirmiş və əli və ayaqları ilə onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməyə başlamışdır. O, hadisə yerindən uzaqlaşmış, evlərinə yaxın yerdə qardaşını görmüş, fikrini dəyişmiş, az sonra qardaşı ilə birlikdə yenidən həmin yerə qayıtmışdır. Onlar yenidən mübahisə etməyə başlamış, sonrada adını bildiyi Firdovsi adlı şəxs onu buraxmış və qardaşının üzərinə getmişdir. Sonuncu yumruq ilə qardaşının üz nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra o da Firdovsinin yanında olduğu üçün onun da üz nahiyəsinə bir yumruq zərbəsi endirmişdir. O, zərbənin təsirindən yerə yıxılmış və Firdovsi qardaşı ilə əlbəyaxa olaraq, əli və ayaqları ilə qardaşının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Bunu görən zaman belində saxladığı düyməli, qəhvəyi rəngli tutacağı olan bir ədəd bıçağı çıxardaraq Firdovsiyə xəsarət yetirmişdir. Xəsarət yetirməzdən qabaq orada olan qız araya girmiş və o, ehtiyatsızlıqdan onun qol nahiyəsini kəsmişdir. Firdovsini qardaşından ayırmaq üçün ilk zərbəni bıçağı yellətmə üsulu ilə onun arxa tərəfdən qolunun alt hissəsinə yetirmişdir. Daha sonra Firdovsi onun tərəfinə dönmüş və onu qaldıraraq səkinin üzərinə yıxmışdır. Firdovsi onun bədənini qolları ilə tutduğu üçün o da sağ əlində saxladığı bıçaqla sonuncunun arxadan böyrək nahiyəsinə qəsdən xəsarətlər yetirmişdir. Daha sonra Firdovsi onu buraxmışdır və o, sonuncunun qızla birlikdə çıxıb getdiyini görmüşdür. O da yerə düşən telefonunu götürmüş və yerə yıxılan qardaşını qaldıraraq onunla birlikdə yaşadıqları evə qayıtmışdır. Təxminən 02 dəqiqə sonra evdən çıxmış, Heydər Əliyev prospekti 310 ünvanının yaxınlığında yerləşən boş həyət sahəsinə getmiş və bıçağı oraya atmışdır. Daha sonra evə gəlmiş və heçnə olmamış kimi yatmışdır. Səhər oyandıqda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan nənəsigilə getmiş və polisin onun tutmaması üçün orada qalmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, onun niyyəti zərər çəkmiş şəxslə etdiyi bu hərəkətə görə söhbət edib daha sonra oradan uzaqlaşmaq olmuşdur. Sonuncuya məhz özünü qorumaq məqsədi ilə xəsarət yetirmişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şabran rayonu, Gəndab kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 30 iyul 2023-cü il tarixdə xalası oğlu olan Rasimdən **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə saatlığına götürmüş, qeyri-rəsmi münasibətdə olduğu Aygünlə görüşmək üçün Binəqədi rayonunda onun yaşadığı evə getmiş və sonuncunu oradan götürmüşdür. Aygünlə birlikdə ünvan 4 ünvanında yerləşən marketdən öz üçün su, günəbaxan tumu və çipsi almışdır. Buradan çıxıb Bülbülə qəsəbəsində yerləşən “Arka” kimi adlandırdıqları yerə getmişdir. Onlar Aygünlə tez-tez burada görüşüb söhbətləşirdilər. Burada olduqları zaman Aygünlə avtomobildə çips yeyərkən çipslər yerə dağılmış və o da çipsini yığmaq üçün avtomobildən düşmüşdür. Bu zaman avtomobilin arxa hissəsində dayanan zaman tanımadığı şəxs onu səsləmişdir. Aygün avtomobilin qapısını açıb onun gələcəyini bildirmişdir. Həmin şəxs isə Aygünə “söhbət edəcək kişi yoxdur ki sən mənə cavab verirsən” ifadəsini işlətmişdir. Aygün avtomobilin qapısını açıb onun gələcəyini bildirmiş, bu zaman həmin şəxs orada yerləşən pilləkənlərə doğru geri çəkilmişdir. Onlar orada mübahisə etməyə başlamış, bu zaman Fəridə dediyi sözə görə şilə ilə vurmuş, bundan sobra sonuncu oradan qaçıb uzaqlaşmışdır. O, yenidən maşına oturmuş, təxminən 5 dəqiqə sonra Fərid yanında qardaşı ilə gələrək ona yaxınlaşıb maşının pəncərəsini döyüb onu səsləmişdir. Bundan sonra o, Fərid və sonuncunun qardaşı ilə əlbəyaxa olmuşdur. Bu zaman Aygün qışqıraraq Fəridin əlində bıçaq olduğunu bildirmişdir. O, Aygünün qolunda qanı görmüşdür. Bundan sonra o, Fəridin qardaşın vurmuş və Fərid isə arxadan bıçaq ilə onu vurmuş, lakin həmin an bıçaq ilə vurulduğunu hiss etməmiş, bunu yalnız maşında başa düşmüşdür. Avtomobilin mühərrikini işə salmış və xəstəxanaya doğru getmək istəmişdir. Lakin avtomobili biraz idarə etdikdən sonra İ.Məmmədov küçəsi ünvanında “Atef” idman zalının qarşısında özünü pis hiss etmiş və huşunu itirmişdir. Bu sırada avtomobil də bordyura dəyərək daşın üzərinə çıxmışdır. Daha sonra Aygün onu avtomobildən çıxarmış və yoldan keçən “Mercedes E class” markalı avtomobili dayandıraraq onları TTYS-ə aparmasını xahiş etmiş, həmin şəxs onları TTYS-ə çatdırmış və oradan da 3 saylı ŞKX-na gətirilmişdir. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını, sonuncu ilə aralarında barışıq əldə etdiklərini bildirmiş, buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 iyul 2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evin yaxınlığında olan zaman qardaşı Fəridin bir nəfər hündür boylu, iri bədənli biri ilə mübahisə etdiyini, daha sonra isə həmin şəxsin qardaşının bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirməsini görmüşdür. O, dərhal qaçaraq qardaşının yanına gəlmiş və sonuncuları ayırmağa çalışmışdır. Bu zaman adını sonradan bildiyi “Firdovsi” adlı şəxs qardaşını buraxmış və onun üzərinə gəlmişdir. Firdovsi yumruqla sonuncunun üz nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra Fərid də onun yanında olduğu üçün sonuncuya da yumruq zərbələri endirmiş və Fərid zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman onlar Firdovsi ilə əlbəyaxa olmuş, lakin Firdovsi ondan daha iri və hündür olduğuna görə o, Firdovsiyə xəsarət yetirməyə macal tapmamışdır. Firdovsi onu yerə yıxmış və əli və ayaqları ilə onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Daha sonra qardaşı ona kömək etmək üçün arxadan Firdovsiyə xəsarət yetirmiş, lakin o, xəsarətin bıçaq xəsarəti olduğunu bilməmişdir. Bu zaman Firdovsi onu buraxmış və qardaşını tutaraq səkinin üzərinə yıxmışdır. Yerdə olan zaman da Fəridə yumruq zərbələri endirmişdir. O, yerdən qalxıb Fəridə kömək üçün gələn zaman Firdovsinin “məni bıçaqla vurdular” deməsini eşitmişdir. Firdovsi qardaşını buraxmış və sonuncu qızla avtomobilə doğru getmişdirlər. Fərid də yerdən mobil telefonunu götürmüş və onlar evə getmişdirlər. O, Fəridin qızı bıçaqla vurmasını və Firdovsini arxa tərəfdən bıçaqlamasını görməmişdir. Həmin zaman o, əlbəyaxa olduğu üçün və yerə yıxıldığı üçün həmin səhnələri görməmişdir. Evə qayıtdıqda o, paltarını dəyişmiş, Fərid isə evdən çıxaraq getmişdir. O, səhər yuxudan durub işə getmiş, qalan hadisələr barədə isə məlumatı olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 30 iyul 2023-cü il tarixdə qeyri-rəsmi münasibətdə olduğu Firdovsi ilə görüşmək qərarına gəlmiş və Firdovsi, avtomobil götürərək onu götürmək üçün Binəqədi rayonunda onun yaşadığı yerə gəlmişdir. Onlar birlikdə ünvan 4 ünvanında yerləşən marketdən özləri üçün su, günəbaxan tumu və çipsi almışlar. Buradan çıxıb Bülbülə qəsəbəsində yerləşən “Arka” kimi adlandırdıqları yerə getmişdirlər. Onlar Firdovsi ilə tez-tez burada görüşüb söhbətləşirlər. Burada olduqları zaman Firdovsi ilə avtomobildə çips yeyərkən çipslər yerə dağılmış və Firdovsi də çipsiləri yığmaq üçün avtomobildən düşmüşdür. Bu zaman avtomobilin arxa hissəsində dayanan tanımadığı şəxs onu səsləmişdir. Həmin şəxs ona “söhbət edəcək başıpapaqlı yoxdur ki sən mənə cavab verirsən” ifadəsini işlətmişdir. O da pəncərəni endirib “başıpapaqlının olduğunu, indi gəlib sənə göstərəcəyini” bildirmişdir. Firdovsi ondan nə olduğunu soruşduqda məsələni danışmış və Firdovsi, əlindəki işi yarımçıq qoyaraq həmin şəxsə tərəf addımlamışdır. Firdovsi sonuncudan onu tanıyıb tanımamağını soruşmuş və həmin şəxs də orada yaşadığını bildirmişdir. Bu zaman sonuncular mübahisə etməyə başlamışdırlar. Həmin şəxs Firdovsini təhqir etmiş və Firdovsi əli ilə sonuncunun üz nahiyəsinə zərbə endirmişdir. Daha sonra həmin şəxs qaçaraq uzaqlaşmış və bir neçə dəqiqə sonra yanında bir nəfər şəxslə yaxınlaşmışdır. Sonuncular avtomobilin qapısın açmaq istəmiş, Firdovsi isə pəncərəni endirmiş və həmin şəxslərə getmələrini, daha sonra söhbət edəcəklərini bildirmişdir. Lakin sonuncular getmədikləri üçün Firdovsi avtomobildən düşmüş və birlikdə Arkanın yaxınlığına getmişdirlər. Bu zaman o, sonuncuların əlbəyaxa olduqlarını, bir-birlərinə xəsarət yetirdiklərini görmüşdür. O, avtomobildən düşmüş və sonradan gələn şəxsin Firdovsi ilə əlbəyaxa olduğunu görmüşdür. Həmin zaman Firdovsi adını sonradan Fərid kimi bildiyi şəxsə isə əlinin arxası ilə zərbə endirmiş, Fərid yerə yıxılmış və əlinə bıçaq götürmüşdür. Bu zaman Fərid bıçaq götürmüş və Firdovsinin üzərinə hücum çəkmişdir. Bu zaman o, Fəridin qarşısına keçmiş və sonuncunu tutmağa, onları ayırmağa çalışmışdır. Fərid isə Firdovsinin üzərinə hücum etmişdir. Fərid onu itələmiş və bıçaq zərbəsi vurmaq istəyən zaman o, qolunu qaldırmış və Fərid onun sol qoluna xəsarət yetirmişdir. Daha sonra isə o, yerə yıxılmış və Fərid Firdovsinin kürəyinə bıçaqla zərbələr vurmuşdur. Bu zaman Firdovsi adını sonradan bildiyi Ruhəddin adlı şəxslə dava edirdi. O, Firdovsiyə “məni vurdular” deyən zaman Firdovsi həmin şəxslərin hər ikisini əli ilə vurmuş və sonuncular uzaqlaşmışdır. Fərid Ruhəddinə “onu bıçaqlamışam” ifadəsini demiş və sonuncular oradan uzaqlaşmışdır. Daha sonra onlar Firdovsi ilə avtomobilə oturmuş və Firdovsi bu zaman bıçaqlandığını hiss etmişdir. Sonuncu avtomobilin mühərrikini işə salmış və xəstəxanaya doğru getmək istəmişdir. Lakin avtomobili biraz idarə etdikdən sonra İ.Məmmədov küçəsi ünvanında “Atef” idman zalının qarşısında Firdovsi huşunu itirmişdir. Bu sırada avtomobil də bordyura dəyərək daşın üzərinə çıxmışdır. Daha sonra o, Firdovsinin huşunu itirdiyini görüb onu avtomobildən çıxarmış və yoldan keçən “Mercedes E class” markalı avtomobili dayandıraraq onları TTYS-ə aparmasını xahiş etmişdir. Həmin avtomobil onları TTYS-ə çatdırmış və oradan da 3 saylı ŞKX-na gətirilmişdirlər. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 noyabr 2023-cü il tarixli 1029 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs mədənin, çənbər bağırsağın, dalağ əyriliyinin və S-vari bağırsağın yaralanması ilə müşayiət olunan qarın nahiyəsinin sol arxa divarının bir ədəd və döş qəfəsinin sol yan səthinin aşağı şöbəsininn daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd), sağ bel nahiyəsinin bir ədəd və sol qoltuqaltı nahiyənin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd) müəyyən edildi. Xəsarətlər deşici- kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar hər biri ayrıayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar hər biri ayrı- ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə görə həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Cinayət işinin materiallarında olan 04 avqust 2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, cinayətlərdən biri təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədedilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yaşını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, aralarında barışıq əldə etdiklərini, hərbi xidmət keçdiyi yerdən şəxsiyyətinin müsbət xarakterizə olunmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 4-cü tabor rabitə taqımının xətt nəzarətçisi vəzifəsində xidmət etdiyi müddətdə özünü nizam intizamlı, bacarıqlı bir hərbi qulluqçu kimi göstərmişdir. Xidməti vəzifəsini tələb olunan səviyyədə yerinə yetirməyi bacarır. Xidməti müddətində komandanlıq tərəfindən verilən əmr və tapşırıqları vaxtında icra edir. Şəxsi nizam-intizam səviyyəsi yaxşıdır. Bilik səviyyəsini artırmaq üçün daima öz üzərində çalışır. Hərbi xidmətə münasibəti yaxşıdır. Hərbi nizamnamələrin qaydalarını bilir və gündəlik xidmətini onların tələbləri əsasında qurmağa çalışır. Ona təhkim olunmuş silahını daim təmiz, döyüşə hazır vəziyyətdə saxlayır. Dövlət sirrini qoruyub saxlamağı bacarır, fiziki cəhətdən sağlam və mənəviyyatca safdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını, cinayəti törədən zaman yenicə yetkinlik yaşına çatmasını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, aralarında barışıq əldə etdiklərini və hazırda müddətli həqiqi hərbi xidmət keçməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayəti törədən zaman yenicə yetkinlik yaşına çatmasını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, aralarında barışıq əldə etdiklərini, hərbi xidmət keçdiyi yerdən şəxsiyyətinin müsbət xarakterizə olunmasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il şübhəli şəxs qismində tutulduğu müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. Həmçinin qətimkan tədbirinə münasibətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Hazırki cinayət işi üzrə müsadirə edilməli hər hansı əmlak müəyyən edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, hərbi hissə dəyişdirildiyi halda həmin hərbi hissənin komandanlığına həvalə edilsin. Təqsirləndirilən şəxs müddətli hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Müddətli hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqan olan Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1637/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1637/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver