Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1637/2025 02.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Tərtər rayonu Səhləbad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 3050 qram (3 kq 50 qr) çəkidə narkotik vasitə heroin və 1500 qram (1 kq 500 qr) çəkidə psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Ayşə” adlı və İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək istintaqa şəxsiyyəti məlum olmayan şəxs vasitəsi ilə ünvan 2 ünvanının qarşısında gizlədilməsini təşkil etdiyi narkotik vasitələri və psixotrop maddələri 500 manat pulun müqabilində ünvan 3 ünvanına daşımaqla orada “Ayşə” adlı şəxsə verilməsinə dair 2025-ci ilin fevral ayının ortalarında sonuncu ilə razılığa gələrək “Baba” adlı İran İslam Respublikası vətəndaşının mobil telefonun “WhatsApp” proqramı vasitəsi ilə narkotik vasitə və psixotrop maddələrin gizlədildiyi yer barədə ona məlumatları göndərdikdən sonra o, 18 fevral 2025-ci il tarixdə saat 21:39 radələrində ünvan 2 ünvanının qarşısında yerləşən yaşıllıq zolağındakı ağacın altında gizlədilmiş 1 ədəd sellofan torbanın içərisindəki 1 ədəd bağlamada xüsusi ilə külli miqdarda, təmiz çəkisi 3050 qram (3 kq 50 qr) tünd qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd bağlamada xüsusilə külli miqdarda, təmiz çəkisi 1500 qram (1 kq 500 qr) ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə üzərində saxlayaraq daşımaqla oradan uzaqlaşarkən, 18 fevral 2025-ci il tarixdə saat 21:39 radələrində Nizami RPİ-nin 23-cü PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda üstü yoxlanılarkən onun əlində olan 01 ədəd sellofan torbadan 1 ədəd bağlamada xüsusi ilə külli miqdarda, təmiz çəkisi 3050 qram (3 kq 50 qr) tünd qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bağlamada xüsusilə külli miqdarda, təmiz çəkisi 1500 qram (1kq 500 qr) ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatda “Əyyub” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri (və ya psixotrop maddələri) satış (istifadə) məqsədi ilə əldə edib Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin üzərində daşıması bildirilmişdir (cild 1, iş vərəqi 3).
4. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “Əyyub” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri (və ya psixotrop maddələri) satış (istifadə) məqsədi ilə əldə edib Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin üzərində daşıması barədə Nizami RPİ-nin 23-cü PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1, iş vərəqi 5-6).
5. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol, diskə baxış keçirilməsinə haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində 01 ədəd qara rəngli sellofan paketə bükülü şəkildə olan ağ kristallik psixotrop maddəyə bənzər maddə və 01 qara rəngli sellofan paketə bükülü şəkildə olan spesifik iyə malik, boz rəngli narkotik vasitəyə bənzər maddə olmaqla, hər ikisi 01 ədəd göy rəngli sellofan paketin içərisində təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd göy rəngli “Redmi Note 11” markalı mobil telefon və 1 ədəd “Birbank” bank kartı və 1 ədəd "Bakıkart” nəqliyyat kartı götürülmüşdür. Əlavə sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 02 ədəd qara rəngli sellofan paketlər göy rəngli sellofan paketə qablaşdırılmış və DİN-in 163 saylı möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 9- 10, 64).
6. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 1 ədəd göy rəngli sellofan paketə baxış keçirildi, sellofan paket bağlı vəziyyətdədir, paketin üzərində 03 ədəd üzərində Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 163 № möhürlə möhülənmiş vəziyyətdədir, zərfin üzərində saxlanılan Təqsirləndirilən şəxs və imza, həmçinin zərfin üzərində iştirakçılar sözləri yazılaraq imza Şahid1, imza Şahid2, imza Şahid3 yazıları yazılmış, paketin tamlığı pozulmamışdır. Daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə və psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin narkotik vasitə olması barədə bildirməsi əksini tapmışdır (cild 1, iş vərəqi 14).
7. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/781 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan göy rəngli polietilen paketdəki, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 3050 qram 3 kq 50 qr tünd qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bağlamada təmiz çəkisi 1500 qram (1 kq 500 qr) ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 46-51).
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(007)- 200/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 89).
9. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 195 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır (cild 1, iş vərəqi 139-141).
10. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 965 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halı olub. Lakin, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 142-143).
11. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1111 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs X4 göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilmir. Adaptivlik, ünsiyyətçillik, özünməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. (cild 1, iş vərəqi 144-147).
12. 12.06.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etdiyi “Baba” adlı İran İslam Respublikası vətəndaşının və “Ayşə” adlı şəxslərin barəsində CM-in 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 158-159).
13. Diskə baxış keçirilməsi haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 994-55-964-78-58 saylı mobil nömrəsinin anten məlumatlarına dair Bakcell MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 994-55-964-78-58 saylı mobil nömrə sonuncu dəfə hadisə günü, lakin hadisədən 22 dəqiqə əvvəl, yəni xx.xx.2025-ci il tarixdə, saat 21:17:11 radələrində ünvan 4 ünvanın qarşısında istifadə olunması müəyyən edilmişdir (cild 1, iş vərəqi 187-193)
14. İfadənin yerində yoxlanılması barədə tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək 500 manat müqablində narkotik vasitələri və psixotrop maddələri götürdüyü yeri və aparıb çatdıracağı yerləri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 198- 202)
15. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilmiş yoxlama zamanı aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1 ədəd bağlamada təmiz çəkisi (3050 qram, 3 kq 50 qr) tünd qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bağlamada təmiz çəkisi 1500 qram (1 kq 500 qr) ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 3049,8 qram heroin və 1499,8 qram qalıq qalmış metamfetamin saxlanılması üçün Bakı şəhər Nizami rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 203-211).
16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs Keşlə qəsəbəsi ərazisində narkotik vasitələrin əldə olunması və dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur və tərəflərindən əməliyyat qrupu yaradılmışdır, qrupun rəhbəri o, təyin olunmuşdur. 18 fevral 2025-ci il tarixdə, saat 21 radələrində ünvan 5 ünvanının qarşısında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Təqsirləndirilən şəxs əlində göy rəngli sellofan torba olmuşdur. Onlar sonuncuya yaxınlaşıb suallar vermişlər, suallarından yayınmağa çalışmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini soruşmuşlar və sonuncu isə şəxsiyyət vəsiqəsinin olmadığını demişdir. Həmin ərazidə yaşamadığına görə və kifayət qədər etibarlı, dürüst mənbələr olduğuna görə onlar Təqsirləndirilən şəxs əlində tutduğu sellofan torba ilə maraqlanmışlar və sonuncu özü sonradan könüllü şəkildə torbanın İran vətəndaşından götürdüyünü demişdir. Göy rəngli paket idi, içərisində 2 ədəd qara rəngdə bağlama var idi. Narkotik vasitə olduğunu onlara bildirmişdir. Tərəflərindən yoxlama prosesi keçirilmişdir. Yoxlama prosesi CPM-nin 86.8 və 445-ci maddələrinin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra Sabir küçəsi 4-cü Köndələn ünvanında video çəkiliş aparmışlar. Haradan və nə üçün əldə etdiyini özündən soruşduqda tanımadığı bir İran vətəndaşından götürməsi barədə onlara məlumat vermişdir. Bağlamaların hər ikisinin də spesifik qoxusu var idi. Bağlamalardan biri ağ kristalik maddə, digəri isə qəhvəyi rəngli maddə idi və narkotik vasitə olduğunu onlara bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, şəxsi saxladıqları yerdə axtarış prosesini həyata keçirmişlər. 3 əməkdaş olmuşlar, rəhbəri o, olmuşdur. Onlara heç bir müqavimət göstərməmişdir. Şəxsə yaxınlaşarkən 3 nəfər əməkdaş olmuşlar, onlar suallarını vermişlər, könüllü surətdə cavablandırmışdır. Təqsirləndirilən şəxs yalan ifadə bildirir, onlara daxil olan məlumat idi. Video çəkiliş zamanı özü etiraf edir, ona da baxa bilərlər. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün yalan ifadə verir. Şəxsə qarşı heç bir fiziki zorakılıq və təsir olmamışdır.
17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 fevral 2025-ci ildə inzibati ərazidə xidmətdə olan zaman daxil olan əməliyyat məlumatına əsasən, Sabir küçəsi 4-cü Köndələn ünvanında şəxsə yaxınlaşmış, narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsində şübhəli şəxs olduğunu bildirmişlər. Üzərinə baxışın keçirilməsini Təqsirləndirilən şəxs bildirmişlər, üzərinə yoxlama baxışı keçirəcəklərini bildirdikdə şəxs etiraz etməmişdir. Üzərinə yoxlama keçirilən zaman onun üzərindən telefon, bank kartı və göy rəngli sellofan torba çıxmışdır. Torbanın içərisində 2 ədəd qara rəngli büküm olmuşdur. Onun nə olduğunu soruşanda İran vətəndaşından aldığını, hansısa ünvanlara aparıb çatdıracağını bildirmişdir. Onlar video şəkiliş etmişlər. Göy rəngli bağlamanı Daxili İşlər Nazirliyinin 160 saylı möhürü ilə möhürləyərək tərkibinin müəyyən olunması üçün məhkəmə tibbi ekspertizasına göndərmişlər. Çəkilişi bitirmişlər, protokolun davamı 23-cü polis bölməsinin inzibati binasında davam etdirilmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, şəxsi saxlayarkən 3 nəfər əməkdaş olmuşlar. Təqsirləndirilən şəxs qarşı güc tətbiq etməmişlər, özü könüllü etiraf etmişdir. O, görəndə sellofan torba onun əlində olmuşdur. O, şəxsə narkotik vasitə ilə dolu hər hansı torba verməmişdir. Təqsirləndirilən şəxs fiziki və psixi təsir etməmişdir. Təqsirləndirilən şəxs telefonunda İran vətəndaşları ilə danışıqları var idi, istintaq materiallarında var. Şəxsi hədələmək kimi bir hal baş verməmişdir.
18. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 18 fevral 2025-ci il tarixdə ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib Nizami rayonu Keşlə qəsəbəsi ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar bölmənin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvləri ondan, Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin Bölmənin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirlərini həyata keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 18 fevral 2025-ci il tarixdə, saat 21:39 radələrində ünvan 5 ünvanın qarşısında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmiş və özünü şübhəli apardığından ona yaxınlaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofanın içərisində nə olduğunu soruşduqda o, sellofanın içərisində İran vətəndaşından əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onların təklifi ilə Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan paketin içərisindən bükülmüş vəziyyətdə 2 ədəd qara sellofan paketləri çıxararaq təqdim etmişdir. Elə orada bükülü vəziyyətdə olan 2 ədəd qara sellofan paketlər kəsilərək baxıldıqda müəyyən edilmişdir ki, hər ikisinin spesifik qoxusu vardır və narkotik vasitə həmçinin psixotrop maddələrə oxşardır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama aparılacağı barədə bildirildikdə sonuncu etiraz etməmiş və adları göstərilən əməkdaşların iştirakı ilə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol yan cibindən 1 ədəd göy rəngli “Redmi” markalı mobil telefon, 1 ədəd bir bank kartı və Bakı kartı aşkar edilmişdir. Qanunla qadağan olunmuş digər əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin 2 ədəd qara sellofan paketlər qablaşdırılaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 163 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra baxış keçirmənin çəklişi dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı “İphone” markalı mobil telefonun videoçəkmə funksiyalarından istifadə edilməklə video çəkiliş aparılmışdır. Bundan sonra araşdırmanın aparılmasından ötrü Təqsirləndirilən şəxs Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilərək barəsində toplanmış material aidiyyəti üzrə təhvil verilmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əlində saxladığı narkotik vasitə heroni və psixotrop maddə metamfetamini İran vətəndaşından əldə etdiyini və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:
19. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ona Nizami RPİ-nin 23-cü PB-nin polis əməkdaşları yaxınlaşmışlar. O, özünü narkotik vasitə istifadəçisi olmaqla təqsirli bilir. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Keşlə qəsəbəsində yerləşən Heydər Əliyev parkının, 4-cü Köndələn ünvanının yaxınlığında yaxınlaşmışlar. Yaxınlaşan şəxslər ondan burada nə etdiyini soruşmuşlar. O da narkotik vasitə istifadəçisi olduğunu və ona görə gəldiyini demişdir. O da narkotik vasitə götürməmişdir, dönüb geri qayıdanda 1 nəfər şəxs qolundan tutmuş və qolunu qandallamışdır. Ona malı götürməli olduğunu demişlər, o da götürməyəcəyini demişdir. Bu söhbətlərin hamısı qaranlıq bir küçənin ortasında baş vermişdir. O, polis əməkdaşlarına o qədər narkotik vasitənin arxasınca gəlmədiyini, istifadəçi olduğu üçün istifadəsi üçün lazım olan qədərin arxasınca gəldiyini demişdir. Narkotik vasitəni götürmədiyi təqdirdə 1 kiloqram narkotik vasitəni yaşadığı evdən çıxaracaqlarını demişlər. Anası və atası xəstə olduqları, atası qazi olduğu üçün yaşadığı evə narkotik vasitə qoymaqlarına razı olmamışdır. Ona görə də, narkotik vasitəni öz üzərinə götürmüşdür. Onu döymüşlər, təhqir etmişlər. Hətta onu elektrikə belə vermişlər. O da məcbur olub narkotik vasitəni öz üzərinə götürmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, o, narkotk vasitə istifadəçi olmuşdur. Ona görə də, qram yarım narkotik vasitə götürməyə getmişdir. İranlı Baba adlı şəxslə danışıb öz istifadəsi üçün qram yarım narkotik vasitə götürəcəkdi, çünki istifadə etməyəndə əsməyə başlayır. Qram yarım narkotik vasitəni saxlanıldığı yerdən götürəcəkdi. İlk dəfə idi ki, Baba adlı şəxsdən narkotik vasitə götürəcəkdi. Narkotik vasitə ilə bağlı Baba adlı şəxslə həmin gün axşam danışmışdır. Digər şəxslərlə bu məsələ ilə bağlı əlaqə saxlamamışdır. Əldə etdiyi narkotik vasitənin pulunu Ayşə adlı xanım vermişdir. Qram yarım narkotik vasitə üçün 70 manat pul atmışlar. Hansı karta pul atıldığı yadında deyil. Narkotik vasitənin pulu telefonda olan mobil bank tətbiqi ilə göndərilmişdir. Deyilən ünvana getmişdir, narkotik vasitəni götürməmiş və onu saxlamışlar. Tutulduğu yerdə üzərinə baxış keçirtmişlər, amma üzərindən ancaq telefon və atasına məxsus, istifadə etmədiyi bank kartı aşkar olunmuşdur. Saxlanıldığı yerdə onu qolları qandallı vəziyyətdə döymüşlər. Hal-hazırda da ayağında göyümtül izlər var. Getdiyi yerdə 1 ədəd özlərinin gedib götürdükləri bağlama var idi. Özləri gedib götürüb ona verdilər ki, bunu götürməlisən. O da verilən bağlamanın arxasınca gəlmədiyini demişdir. Bağlamanı ağacın altından çıxartmışlar. Ona deyilən məkan bağlama götürülən ağacın altı deyildir. Ona deyilən məkanla altından bağlama götürülən ağac arasında 50 metr məsafə olardı. Bakı şəhəri, Sabunçu rayonunda valideynləri ilə birgə yaşayır. Əzizbəyov metrostansiyası yaxınlığında Şərq Sarayı adlanan restoranda və Paşa Holdingdə işləyirdi. İşlədiyi yerlərdə narkotik vasitə istifadə edib işləyirdi. Narkotik vasitə istifadə etməyə yeni başlamışdır. Onu 7-8 nəfər polis əməkdaşı saxlamışlar. Saxlayan polis əməkdaşlarını əvvəllər tanımamış, amma adlarını ona deyirdilər. O, heç kimə narkotik vasitə almağını deməmişdir. Sadəcə onu narkotik vasitə ilə bağlı müayinəyə apardıqdan sonra üzərindən nəsə çıxmalı olduğunu demişlər. Narkotik vasitənin pulunu Ayşə ödəmişdir, o da gedib götürmüşdür. Ayşə ona narkotik vasitə götürməyi xahiş etməmiş, sadəcə o, Ayşəyə ona pul verməyi xahiş etmişdir. Ayşə ilə münasibəti çoxdan var idi. Ayşənin belə işlərlə məşğul olduğunu bilmirdi, sadəcə o, sonuncudan borca pul götürmüşdür. Həmin ərəfədə pulu, narkotik vasitəsi yox idi. Ayşədən borca pul istəmişdir. Pul Ayşənin kartında idi. Ayşə pulu atmaq üçün ondan kart istəmişdir. O da Baba adlı şəxsin kartını vermiş və Ayşə pulu həmin karta atmışdır. O da gedib narkotik vasitə götürmüşdür. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki, psixoloji təsir və təzyiqlər olunmuşdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, etirafedici ifadələri ona dedikləri üçün imza etmişdir. İfadəsini oxumamışdır, ümumiyyətlə oxumağı bacarmır, çünki məktəbi 6-cı sinifə qədər oxumuşdur. İbtidai istintaq zamanı “sənə malın götürəcəyin yer barədə konum atacam həmin yerdən malı götürüb Ayşəyə çatdırarsan” ifadəsi doğrudur, amma danışıq zamanı 1,5 qram narkotik vasitədən söbət gedirdi. İbtidai istintaq zamanı “konumun məni gətirdiyi ünvanda 01 ədəd göy rəngli sellofan paket aşkar etdim. Mən həmin sellofan paketi götürdüm və ərazini tərk etməyə başladım.” Kimi ifadələr verməmişdir. O, ümumiyyətlə narkotik vasitəni götürməmişdir. İş materiallarında olan sənədlərə imzanı o, etmişdir. MSY-də olan zaman öz-özünə xəsarət yetirmişdir. Xəsarəti barəsində olan cinayət işi ilə bağlı yetirmişdir. O, evin tək oğludur, ata-anasına o, baxır. Əgər o, tutulsa sonunculara baxan olmayacaq. Etdiyi əməldən peşmandır. O, deyilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir.
20. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda heç bir xəstəlik bildirməmiş, xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq təcridxanasından Nizami RPİ-nin MSY-dən aparılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə Nizami RPİ-nin MSY-dən 3 saylı İstintaq təcridxanasına gətirilmişdir. Daxil olarkən Nizami RPİ-nin MSY-də olarkən oradan tapdığı metal qırığı ilə özü-özünə xəsarət yetirdiyini bildirmişdir. Bədən baxışı zamanı sol saidin ön və bayır səthində səthi cızılmış qərtməkli yaralar aşkar olunmuşdur.
21. Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması müəyyən edilmiş və 303-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
22. CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
24. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir.
28. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
29. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
31. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
32. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
33. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
34. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
36. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
37. Maddə 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
38. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə heroin təmiz halda 800 qram və ondan artıq olduqda xüsusilə külli miqdar, psixotro maddə metamfetamin təmiz halda 400 qram və ondan artıq olduqda xüsusilə külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
40. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
41. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
42. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
43. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
44. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
45. Qərarın 9-cu bəndi. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
46. Qərarın 16-cı bəndi. Bundan başqa qeyd olunan qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
47. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
48. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
49. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
50. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin xüsusilə külli miqdarda olub şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə olması və digər sübutlar narktoik vasitə və psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
51. Narktoik vasitə və psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. (qərarın 30-cu bəndi)
52. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narktoik vasitə və psixotrop maddənin növləri qadağan olunmuş əşya olduğundan və miqdarları qüvvədə olan qanunvericiliyə əsasən xüsusilə külli miqdarlar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (bax: qərarın 40-43-cü bəndləri)
53. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Beləki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən, həmçinin təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, ifadəsi yerində yoxlanılarkən verdiyi ifadəsində dəfələrlə bildirmişdir ki, xx.xx.2025-ci il tarixində tanışı Ayşə adlı qadın ona pul qazanmağı təklif etdikdə o, təklif edəcəyi işin nə olduğunu soruşduqda sonuncu bir nəfər üzcə görmədiyi və adının Baba kimi bildiyi İran İslam Respublikasının vətəndaşına məxsus bir neçə bükümdə narkotik vasitəni Babanın deyəcəyi yerdən götürüb ona gətirməsini bildirmişdir. O, pula ehtiyacı olduğundan və Ayşənin həmin işi görməyin müqabilində 500 manat verəcəyini nəzərə alıb həmin işi görməyə razılıq vermişdir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs bildirmişdir ki, Ayşədən borca pul istəmiş, Ayşə pulu atmaq üçün ondan kart istədikdə o, da Baba adlı şəxsin kartını vermiş və Ayşə pulu həmin karta atdıqdan sonra o da gedib narkotik vasitə götürmüşdür. Digər tərəfdən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi narkotik vasitəni və psixotrop maddəni ünvan 7 ünvanının qarşısında götürməsinə dair xüsusatın istifadəsində olan mobil nömrənin anten məlumatları ilə təsdiq olunması, onların artıq qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlmələrinə dəlalət edir.
54. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, narkotik vasitə götürmədiyini, dönüb geri qayıdanda saxlanıldığını, polis əməkdaşları narkotik vasitəni götürmədiyi təqdirdə 1 kiloqram narkotik vasitəni yaşadığı evdən çıxaracaqlarını bildirdiklərini, ana və atası xəstə olduqları, atası qazi olduğu üçün yaşadığı evə narkotik vasitə qoymaqlarına razı olmadığı üçün narkotik vasitəni öz üzərinə götürdüyünü, polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərildiyini və s. bildirərək özünü təqsirli bilməmişdir.
55. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslərə bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda heç bir xəstəlik bildirməmiş, xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması müəyyən edilmiş və 303-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 32, 44-48-ci bəndlərindəki normativ aktlara əsasən).
56. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə olması habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narktoik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.
57. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. (qərarın 29-cu bəndi).
58. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
59. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 23, 24, 25, 26-cı bəndləri).
60. Təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir.
61. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 119).
62. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
63. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 27-ci bəndi).
64. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə, saat 21:39 radələrində saxlanılaraq 19 fevral 2025-ci il tarixdə, saat 00:12-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 20 fevral 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25-26, 81-88, 175-177). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 28, 33 və 34-cü bəndləri).
65. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 18 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
66. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
67. İş üzrə maddi sübut olan, Bakı şəhər Nizami rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra 3049,8 qram heroin və 1499,8 qram qalıq qalmış metamfetamin məhv edilməlidir (qərarın 35-ci bəndi).
68. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
69. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 38-ci bəndi).
70. Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 33 saat vaxt sərf etmişdir.
71. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 33 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 33 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 363 manat məbləğində pul köçürülməlidir (qərarın 36, 37-ci bəndləri).
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Nizami rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3049,8 qram heroin və 1499,8 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 33 (otuz üç) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 363 (üç yüz altmış üç) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Mahirə Kərimova
Hakimlər: Fəxri Məmmədov
Anar Sadıqov