Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1638/2022 15.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1 və Dövlət ittihamçısı Thir oğlunun, müdafiəçi «Yusifbəyli və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunması, işləməyən, Bakı şəhəri Yasamal rayonu, 4-cü ünvan 1 ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan «Məhəmməd» adlı şəxsə 200 manat ödəməklə sonuncudan qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda bir bükümdə təmiz çəkisi 7,632 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini və külli miqdarda bir bükümdə təmiz çəkisi 3,980 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıyaraq yaşadığı Bakı şəhəri Yasamal rayonu, 4-cü Nərimanov döngəsi 22 saylı evə gətirdikdən sonra, 28 aprel 2022-ci il tarixdə bir bükümdə İçərisində külli miqdarda təmiz çəkisi 7,632 qram psixotrop maddə olan metamfetamini satmaq üçün müştəri axtarmaq məqsədi ilə üstündə daşıyaraq yaşadığı qeyd olunan ünvanın qarşısına gətirmiş və həmin gün saat 11:20 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb, üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsinin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 7,632 qram təşkil edən ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürüldükdən sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, həmin gün saat 13:20-də yaşadığı ünvan 2 ünvanda yerləşən evinə keçirilmiş baxış zamanı qonaq otağındakı divanda olan döşəyin arasından bir bükümdə təmiz çəkisi 3,980 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 2022-ci ilin mart ayının axırlarında «Məhəmməd» adlı şəxslə sosial şəbəkədə tanış olmuşdur. Sosial şəbəkədə «Məhəmməd»lə tanış olduqdan sonra “Məhəmməd» adlı şəxs ona İran İslam Respublikası vətəndaşı olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olduğunu demişdir. Məhəmmədlə sosial şəbəkədə danışanda ona demişdir ki, narkomandır, narkotik vasitə və psixotrop maddələri qəbul edir, ona da psixotrop maddə və narkotik vasitə satsın, belə fikriləşmişdir ki, “Məhəmməd" adlı şəxsdən ucuz qiymətə narkotik vasitə və psixotrop maddə alıb qəbul edər. 27 aprel 2022-ci il tarixdə sosial şəbəkə “Whatsapp” proqramı vasitəsilə aralarında olan danışıqları zamanı «Məhəmməd» adlı şəxsdən bir bükümdə psixotrop maddə metamfetamin və bir bükümdə narkotik vasitə heroini ona satmasını istəmişdir. «Məhəmməd» adlı şəxs özündə olan bir bükümdə olan narkotik vasitə heroini və bir bükümdə olan psixotrop maddə metanfetamini 200 manata satacağını bildirmiş, o da onunla razılaşmışdır. «Məhəmməd» adlı şəxs də Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerə həmin miqdarlarda bir bükümdə narkotik vasitə və bir bükümdə psixotrop maddə metanfetamini qoyacağını demişdir. O da həmin narkotik vasitəni və psixotrop maddəni həmin yerdən götürüb ora 200 manat pulu qoyacağını bildirmişdir. Narkotik vasitənin və psixotrp maddənin pulunu ödəmişdir. Əldə etdiyi bir bükümdə narkotik vasitə olan heroini və bir bükümdə psixotrop maddə olan metamfetamini yaşadığı ünvan 3 ünvana gətirmiş, bir bükümdə olan narkotik vasitə olan heroini yaşadığı evdə qonaq otağındakı divanda olan döşəyin arasına elektron tərəzinin yanına qoyub saxlamışdır. Bir bükümdə olan psixotrop maddə olan metamfetamin isə əynimdə olan şalvarımın sağ cibində saxlamışdır, 28 aprel 2022-ci il tarixdə saat 11-də ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxıınlaşaraq özlərini ona polis əməkdaşları kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrp maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək,barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu yaxınlıqda olan Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etməmiş, həmin polis əməkdaşları ilə birlikdə Yasamal RPl-nin 26-cı Polis bölməsinin inzibati binasına gəlmişdir. Baxış zamanı, əynində olan şalvarının cibindən 1 ədəd bükümdə, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşduri. Sonra evinəə baxış keçirilmiş evindən saxdladığı heroin aşkar olunmuşdur. O heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi elan olunarkən müəyyən olunmuşdur ki, özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvandan ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda məhkum olmuşdur, sonuncu dəfə xx.xx.2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2021-ci ilin fevral ayında cəzasının sonu ilə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra fərdi əməklə məşqud olmağa başlamışdır. Təxminən 20 ildən artıqdır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 2022-ci ilin mart ayının axırlarında «Məhəmməd» adlı şəxslə sosial şəbəkədə tanış olmuşdur. Sosial şəbəkədə «Məhəmməd»lə tanış olduqdan sonra “Məhəmməd1' adlı şəxs ona İran İslam Respublikası vətəndaşı olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olduğunu demişdir. Məhəmmədlə sosial şəbəkədə danışanda ona demişdir ki, narkomandır, narkotik vasitə və psixotrop maddələri qəbul edir, ona da psixotrop maddə və narkotik vasitə satsın, belə fikriləşmişdir ki, “Məhəmməd" adlı şəxsdən ucuz qiymətə narkotik vasitə və psixotrop maddə alıb bir hissəsini özü qəbul edər, qalan hissəsini də baha qiymətə satıb pul əldə edib öz ehtiyaclarını ödəyər. “Məhəmməd” adlı şəxsdən narkotik vasitə və psixotrop maddəni alanda nəğd olaraq ödəniş etmişdir. Belə ki, o, “Məhəmməd” adlı şəxsdən narkotik vasitə və psixotrop maddəni almamışdan əvvəl həmin narkotik vasitə və psixotrop maddəni ona hansı qiymətə satacağını bildirmiş, o da narkotik vasitə və psixotrop maddəni hansı qiymətə alacağını ona bildirmişdir. Aralarında razılıq əldə ediləndən sonra “Məhəmməd” adlı şəxs ona satacağı narkotik vasitə və ya psixotrop maddəni təyin olunmuş yerə qoymuşdur, o da həmin təyin olunmuş yerdən narkotik vasitə və pisxotrop maddəni götürüb yerinə pulu qoymuşdur. 27 aprel 2022-ci il tarixdə sosial şəbəkə “Whatsapp” proqramı vasitəsilə aralarında olan danışıqları zamanı «Məhəmməd» adlı şəxsdən bir bükümdə psixotrop maddə metamfetamin və bir bükümdə narkotik vasitə heroini ona satmasını istəmişdir. «Məhəmməd» adlı şəxs özündə olan bir bükümdə olan narkotik vasitə heroini və bir bükümdə olan psixotrop maddə metanfetamini 200 manata satacağını bildirmiş, o da onunla razılaşmışdır. «Məhəmməd» adlı şəxs də Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerə həmin miqdarlarda bir bükümdə narkotik vasitə və bir bükümdə psixotrop maddə metanfetamini qoyacağını demişdir. O da həmin narkotik vasitəni və psixotrop maddəni həmin yerdən götürüb ora 200 manat pulu qoyacağımı bildirdim. Sosial şəbəkədə danışdıqları kimi «Məhəmməd» adlı şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerə bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamini qoymuş, o da həmin yerdən bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamini götürüb əldə etmiş və yerinə 200 manat pul qoymaqla əldə etdiyi narkotik vasitənin və psixotrp maddənin pulunu ödəmişdir. Əldə etdiyi bir bükümdə narkotik vasitə olan heroini və bir bükümdə psixotrop maddə olan metamfetamini yaşadığı ünvan 3 ünvana gətirmiş, bir bükümdə olan narkotik vasitə olan heroini yaşadığı evdə qonaq otağındakı divanda olan döşəyin arasına elektron tərəzinin yanına qoyub saxlamışdır. Bir bükümdə olan psixotrop maddə olan metamfetamin isə əynimdə olan şalvarımın sağ cibində saxlamışdır, xx.xx.2022-ci il tarixdə saat 11:20-də ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxıınlaşaraq özlərini ona polis əməkdaşları kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrp maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək,barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu yaxınlıqda olan Yasamal RPl-nin 26-cı Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etməmiş, həmin polis əməkdaşları ilə birlikdə Yasamal RPl-nin 26-cı Polis bölməsinin inzibati binasına gəlmişdir. Həmin Polis bölməsində təhqiqatçı tərəfindən hüquqlarımın izah edilməklə hüquqlarının müdafiə olunması üçün “Mərkəz” Vəkil Bürosunun vəkillərin siyahısı təqdim edilmiş, o, vəkil siyahısında olan vəkillərdən istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmiş və bu barədə protokol tərtib edilmişdir. Həmiçinin bu barədə ərizə yazdırıb imzalamışdır. Az sonra oraya özünü göstərilən büronun vəkili Leyla Şəmmədova kimi təqdim edən şəxs gəldiyi üçün təhqiqatçı həmin vəkili ona təqdim etmiş və o da, etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə onu və vəkil Leyla Şəmmədovanın iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə təhqiqatçı video kameradan istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyə başlayarkən üstündə qanunla qadağan olunmuş əşyalar saxlanılırsa, həmin əşyaları təqdim etmək ona təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibindən 1(bir) ədəd bükümdə, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşduri. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən içərisində 050-330-61- 64 simkart nömrəsi olan “Huawei" markalı mobil telefon, 5 (beş) manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya maddə və ya predmet aşkar edilməmişdir. Sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişi və çəkisi qablaşdırma ilə birlikdə 8 (səkkiz) qram olmuşdur. Daha sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş, həmin zərfin üzərini o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalamışlar. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd “Huawei” markalı mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 5 (beş) manat pul özünə geri qaytarılmışdır. Sorğu zamanı üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamin bükümünü sosial şəbəkədə tanıdığı İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsdən 1 (bir) gün bundan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 200 (iki yüz) manata satmaq məqsədi ilə əldə etdiyii.i onu təxminən 1 (bir) aya yaxın müddətdir ki, tanıdığını bildirmişdir. Həmçinn üzərimə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarına yaşadığı Yasamal rayonu, 4-cü Nərimanov döngəsi, ev 22 ünvanında narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi saxladığımı bildirmişdir. Ona evdə saxladığı narkotik vasitəni təqdim etmək təklif olunduqda heç bir etiraz etməmiş və bu barədə ərizə yazdırıb imzalamışdır. Yaşadığı evə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən qərar qəbul edilmiş və həmin qərarla onu tanış edib hüquqları ona izah olunmuşdur. O, müdafitəçisi və polis əməkdaşlarının iştirakları ilə yaşadığı Yasamal rayonu, 4-cü ünvan 6 ünvana gəlmişlər. Təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona izah edilməklə videoçəkilişlə mənzilinə baxış keçiriləcəyi elan edilmiş, onun və digər iştirakçılar tərəfindən etiraz olunmamışdır. O, evin giriş qapısının sağ tərəfində yerləşən güldanın alt hissəsindən evin açarlarını götürüb evin qapısını açmış və evə daxil olmuşlar. O, evdə qonaq otağında yerləşən divanda olan döşəyin arasından saxladığı 01 ədəd bükümdə narkotik vasitə olan heroini və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 8 (səkkiz) qram olmuşdur. Daha sonra təhqiqatçı həmin kütlə və elektron tərəzini içərisi boş olan ağ rəngli kağız zərfə qoyaraq qablaşdırmış və Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürləmiş, zərfin üstü onun, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmişdir. Evdə qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya, predmet aşkar edilməmişdir. Sorğu zamanı yaşadığı evdə aşkar edilmiş bir bükümdə narkotik vasitə olan heroini və üstündə aşkar edilmiş psixotrop maddə olan metamfetamini ondan almışdır, sosial şəbəkədə tanış olduğum "Məhəmməd” adlı şəxsdən saxlanılmadan 1 (bir) gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 200 (iki yüz ) manata satmaq məqsədi ilə əldə etdiyini bildirmiş, “Məhəmməd” adlı şəxsin anket məlumatlarını, onun xarici görünüşünü və xüsusi əlamətlərini bilmir. İstifadə etdiyi “Huawei” markalı mobil telefonunun üzərində ***-***-**-** simkart nömrəsi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı fiziki zor tətbiq olunmamış və sair təzyiqlər göstərilməmişdir. Məhəmməd adlı şəxsdən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərkən narkotik vasitə qəbul etmişdir, narkotik vasitənin təsiri altında olmuşdur, «Məhəmməd» adlı şəxs ona satdığı bir bükümdə olan pisixotrop maddə metamfetamini və bir bükümdə narkotik vasitə heroini Binəqədi rayonu ərazisində qoyduğu yeri dəqiqliklə xatırlaya bilmir, ancaq onu yadına gətirə bilir ki, tutulmamışdan bir gün əvvəl, yəni 27 aprel 2022-ci il tarixdə əldə etmişdir, lakin vaxtını xatırlaya bilmir. Narkotik vasitə və psixotrop maddəni əldə edəndən dərhal sonra “Whatsapp” proqramı vasitəsilə «Məhəmməd» adlı şəxslə apardığı danışıqların hamsını silib atmışdır. «Məhəmməd» adlı şəxslə heç bir yerdə görüşməmişdir. «Məhəmməd» adlı şəxsin təyin etdiyi yerdən 200 manat müqabilində əldə etdiyi qeyd olunan narkotik vasitə və psixotrop maddəni həmin yerə özü və ya başqa şəxs tərəfindən qoyulub-qoyulmaması barədə heç bir məlumatım yoxdur. «Məhəmməd» adlı şəxsin anket məlumatlarını və yaşadığı ünvanı, Məhəmmədin narkotik vasitə və psixotrop maddələri haradan əldə etməsini bilmir və bu barədə «Məhəmməd» adlı şəxs ona heç bir məlumat verməmişdir, o, sadəcə olaraq Məhəmməddən narkotik vasitəni və psixotrop maddə almışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 aprel 2022-ci il tarixdə xidmət etdiyi idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşqul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də, həmin əməliyyat məlumatı haqqında dərhal onun tərəfindən raport əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkil polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 11-də zahiri görünüşünə görə İlqar adlı şəxs Bakı şəhəri Yasamal rayonu, 4-cü Nərimanov döngəsi ev 22 ünvanın yaxınlığında piyada hərəkət etdiyini gördükdə dərhal saxlayıb Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin inzibati binasına getməsini tələb etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə oradan Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin inzibati binasına gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanıb 26-cı Polis bölməsinə gətirildikdən sonra otaqların birində Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılacağını bildirərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütəlnin özünə məxsus olmasını, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Məhəmməd» adlı şəxsin vasitəsi ilə bir gün bundan əvvəl Bakı şəhəri Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 200 manata satmaq məqsədi ilə əldə etdiyini, həmçinin yaşadığı Bakı şəhəri Yasamal rayonu, 4-cü Nərimanov döngəsi ev 22 ünvanda narkotik vasitə saxladığını və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməklə həmin narkotik vasitənin götürülməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, 4-cü Nərimanov döngəsi ev 22 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə yazdırıb imzaladı. Təqsirləndirilən şəxs evin giriş qapısının sağ tərəfində yerləşən güldanın alt hissəsindən 01 ədəd açar çıxararaq evin giriş qapısının açın olduğunu, evin bir ədəd açarı olduğu üçün həmin yerdə saxladığını bildirmiş və evin qapısını açaraq evə daxil olduqda qonaq otağında divanda olan döşəyin arasından 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin büküm içərisində olan heroinə bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 8 qram olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 da da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. Məhkəmə istintaqı xamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 6/2455 nömrəli xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar olunub götürülmüş bir ədəd bir ədəd bükümdə təmiz çəkisi 7,632 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub-götürülmüş bir ədəd təmiz çəkisi 3,980 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmamış və və digər bir bükümdə olan heroin ilə müqayisəli tədqiqatı aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 7,632 qram psixotrop maddə metamfetamin və onun yaşadığı evə keçirilmiş baxış zamanı götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,980 qram narkotik vasitə heroin və səthində narkotik vasitə heroinin izləri olan tərəzi aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmalı, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış bir ədəd bükümdə təmiz çəksi 7,582 qram psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 3,930 qram narkotik vasitə heroin və elektron tərəzi saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılarkən götürülmüş bir ədəd «Huawei» markalı mobil telefona keçirilmiş baxış protokolundan görünür ki, həmin mobil telefonun üz və arxa hissələrində «Huawei» sözünün yazılması, 2 sim-kart nömrəsi ilə işləməsi, telefonun **********37492 və **********437427 imei kodlu olması, üzərində bir ədəd 050-330-61- 64 simkartı, bir ədəd yaddaş kartının olması, telefonun korpusu və ekranının qara rəngli olması, arxa hissəsində 1 ədəd işıq, 1 ədəd foto və videokamera obyektivlərinin olması, sağ hissəsində 2 ədəd düymələri olması, enerji daşının üzərində olması, telefon elektrik cərəyanına qoşulduqda çərəyanı qəbul etməsi müəyyən olur. Zənglər bölməsində xx.xx.2022-ci il tarixdə saat 11:06 və 11:08-də ***-***-**-** nömrəsinə, 21 aprel 2022-ci il tarixdə saat 23:46-da Rəcəb adlı şəxsin ***-***-**-** nömrəsinə, 28 aprel 2022-cİ il tarixdə saa 11:05-də Xələc adlı şəxsin ***-***-**-** nömrəsinə 4 dəfə, 28 aprel 2022-ci il tarixdə saa 10:23 və 10:48-də Qaqaş adlı şəxsin ***-***-**-** nömrəsinə 2 dəfə, xx.xx.2022-ci il tarixdə saat 00:27-də Soma adlı şəxsin ***-***-**-** nömrəsi ilə əlaqə saxlanması müəyyən olunmuş, “kontaktlar” bölməsində 96 abonentinin telefon nömrələri və qısaca yazılmış adların qeyd edilməsi, həmin amonentlərin arasında Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi psixotrop maddəni və narkotik vasitəni əldə etdiyi “Məhəmməd”adh şəxsin adının qeyd olunmaması, “Foto” bölməsində müxtəlif məzmunlu fotoşəkillərin olması, lakin narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə əlaqdar fotoşəkillər aşkar olunmaması, telefonun yaddaşında olan “Whatsapp” proqramı mövcud olması, həmin “Whatsapp” proqrmında mövcud olan yazışmalarda Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi psixotrop maddəni və narkotik vasitəni əldə etdiyi "Məhəmməd ”adlı şəxsin adının qeyd edilməməsi, həmçinin narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar və iş üçün sübuti əhəmiyyəti olan yazışma, fotoşəkil, audiosəslər və videogörüntülər aşkar olunmamışdır. “Azercell Telecom” Məhdud Məsuliyətli Cəmiyyətdən xx.xx.2022-ci il tarixli 13708 saylı məktubla istintaqa təqdim olunmuş 01 ədəd «CD» disk elektron maqnit daşıyıcısının yaddaşına yazılmış fayllara xx.xx.2022-ci il tarixli protokol əsasında keçirilmiş baxış zamanı, həmin CD diskdə olan məlumatlarla Təqsirləndirilən şəxs adına olan 050 ***-**-** saylı sim-kart nömrəsindən istifadə etməklə onun tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövrlyəsl ilə məşqul olması aparılmış danışıq və SMS yazışmaların məzmunu görə öz təsdiqini tapmışdır. Eyni zamanda, anten məlumatlarına əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il saat 11:08-ədək olan müddət ərzində Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olması təsdiq olunmuşdur. Azercell Telecom” Məhdud Məsuliyətli Cəmiyyətdən istintaqa daxil olmuş, yuxarıda göstərilən hadisəyə aid məlumatları özündə əks etdirən 1 ədəd CD disk elektron maqnit məlumat daşıyıcısı obyektiv həqiqəti təsdiq etdiyindən xx.xx.2022-ci il tarixli qərarla tərəfimdən iş üzrə maddi sübut kimi tanınınaraq cinayət işinin materiallarında saxlanılmışdır. "Azercell Telecom” Məhdud Məsuliyətli Cəmiyyətdən götürülmüş məlumatlara əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı sim-kart nömrəsi ilə bir sıra şəxslərlə müvafiq telefon danışıqları və SMS yazışmaları aparmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması təsdiq edildiyindən həmin sim-kart nömrəsi ilə birlikdə xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokol əsasında Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd üzərində ***-***-**-** saylı sim-kart nömrəsi olan «Huawei» markalı **********37492 və **********437427 imei kodlu mobil telefon xx.xx.2022-ci il tarixli qərarla tərəfimdən iş üzrə maddi sübut kimi tanınınaraq məhkəmə baxışınadək saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin "maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Məhkəmə istintaqı xamanı tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin Ambulator Məcburi- X4 xx.xx.2022-ci il tarixli, 4140 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin hansı müddətə təyin edilməsi ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı xamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X2 Publik Hüquqi şəxsin məhkəmə- psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1971 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləriAzərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazıda öz hərəklərini ölçüb biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onda narkotik vasitəni satış məqsədi ilə əldə eptməməsini, şəxsi istifadəsi üçün əldə etdiyni bildirməkdə özünü müdafiə üçün gətirdiyi digər dəlillər iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, sms danışıq mətnləri və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur, odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və onun ifadəsinə tənqidi yanaşır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, sms danışıq mətnləri və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə və məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Qüvvədə olan Cinayət Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayə törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəza qalmamış, lakin, məhkumluğu ödənilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və o, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin yarısından aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu, 28 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,582 qram təşkil edən ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, qalıq çəkisi 3,930 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və səthində heroin izləri olan 1 ədəd elektron tərəzi məhv edilməlidir. Üzərində ***-***-**-** nömrəli SİM danışıq kartı olan 1 ədəd «Huawei» markalı **********37492 və **********437427 imei kodlu mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. 02 ədəd DVD-R və 1 ədəd CD-R markalı disk elektron maqnit məlumat daşıyıcıları iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Yusifbəyli və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Yusifbəyli və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat pul ödənilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,582 qram təşkil edən psixotrop maddə-metamfetamin, qalıq çəkisi 3,930 qram təşkil edən narkotik vasitə olan heroin və səthində heroin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin. Üzərində ***-***-**-** nömrəli SİM danışıq kartı olan 1 ədəd «Huawei» markalı **********37492 və **********437427 imei kodlu mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. 02 ədəd DVD-R və 1 ədəd CD-R markalı disk elektron maqnit məlumat daşıyıcıları iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1638/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1638/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver