Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1638/2023 12.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1992-ci ildə Kürdəmir rayonunun Mürtülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu, Mürtülü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 8,320 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daşkarxanası yaşayış massivinə daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 21:30 radələrində özünü şübhəli apardığına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X7 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü polis bölməsinə aparılmış, polis bölməsində onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 8,320 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Kürdəmir rayonu Mürtülü kəndində doğulmuş və həbs olunanadək Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Çöllük küçəsində yerləşən nömrəsiz evdə yaşamış, iki azyaşlı uşaqları vardır. O, cəzaçəkmə müəssisəsindən təzə azad olunmuşdur. Belə ki, o, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını bu ilin may ayında çəkib qurtararaq azadlığa çıxmışdır. Tutulmamışdan əvvəl də o, gündəlik olaraq “kokos” adı ilə tanıdığı narkotik vasitə heroindən istifadə etmiş, heroini Bakı şəhərində tanımadığı ayrı-ayrı şəxslərdən almışdır. Sonuncu dəfə o, 12 sentyabr 2022-ci il tarixdə günorta saatlarında sosial şəbəkələrdən tanıdığı şəxslə razılaşaraq onun telefon vasitəsi ilə göndərdiyi «Leobank» -a məxsus bank kartının fotoşəklinə əsasən həmin karta 02 qram heroinə görə 70 manat pulu Suraxanı rayonu ərazisində yerləşən adını xatırlamadığı marketdə olan terminal vasitəsilə ödəmiş, bundan sonra həmin şəxs telefona narkotikin olduğu yerin şəklini atmışdır. Həmin şəkil əsasında o, 12 sentyabr 2022-ci il tarixdə saat 21:30 dəqiqədə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivinə getmiş, lakin həmin ərazidə narkotik vasitə axtarmasına baxmayaraq tapa bilməmiş, oradan qayıtmaq istəyən zaman ondan şübhələnən iki nəfər X7 əməkdaşları tərəfindən saxlanılmışdır. Onlar ondan burada nə axtardığını soruşduqda onlara səmimi etiraf etmişdir ki, pulunu ödədiyi narkotikin yerini müəyyən edə bilmir. Bundan sonra polislərə telefonunda olan fotoşəkli təqdim etmişdir. Polis əməkdaşları həmin şəkil əsasında borunun dibindən bir ədəd sellofan bükümü taparaq həmin bükümü və onu Sabunçu RPİ-nin 14-cü polis bölməsinə aparmışlar. Orada artıq onu saxlayan polis əməkdaşları deyil, digər tanımadığı polis əməkdaşı həmin sellofan bükümünü ona qaytararaq cibinə qoymasını bildirmişdir. Büküm onun axtardığı büküm olduğu üçün etiraz etməyərək cibinə qoymuş, bundan sonra o, təhqiqatçıya təqdim edilmiş, sonuncu müdafiəçi dəvət etmiş və ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı o, əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoyduğu bir ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Lakin həmin heroinin çəkisi ödədiyi 70 manat müqabilində 2 qram heroin olmamış, daha çox olmuşdur. Hesab edir ki, bu heroin onun əldə etdiyi heroin deyil. Ona qarşı PPX-nin əməkdaşları tərəfindən və 14-cü PB-nin əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməmişdir. Lakin bölmənin tanımadığı əməkdaşı ona psixoloji təsir edərək PPX-nin əməkdaşlarının borunun altından aşkar etdikləri bükümü cibinə qoymasını məcbur etmişdir. Bundan sonra təhqiqatçı içərisində olan narkotik vasitəni bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş, həmin zərfi o da imzalamışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və o həmin protokolu da imzalamışdır. O, özünü ona görə təqsirli bilir ki, tanımadığı şəxsə pul köçürməklə narkotik vasitə əldə etmişdir. Lakin həmin narkotik vasitəni o deyil, PPXnin əməkdaşları tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X7 8-ci patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 12 sentyabr 2022-ci il tarixdə saat 21:30 radələrində o, iş yoldaşı polis nəfəri Şahid2 ilə birlikdə inzibati ərazi olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daşkarxanası yeni yaşayış massivində xidmət apararkən hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşdür. Həmkarı Şahid2la birlikdə Təqsirləndirilən şəxs bu hərəkətinin qarşısını alaraq ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini tələb etmişlər. Onlar Təqsirləndirilən şəxs sorğu sual edərkən onun narkotik vasitənin təsiri altında olduğunu görmüşlər. Təqsirləndirilən şəxs üzərində sənədinin olmadığını demiş və bu səbəbdən onun şəxsiyyətini müəyyən etmək üçün, həmçinin üzərində hər ansı qanunsuz əşyanın olub-olmamasını yoxlamaq üçün onu Sabunçu RPİ-nin 14-cü PB-nə aparıb təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması polis bölməsinin təhqiqatçısı, polis mayoru Şahid4 həvalə edilmiş, sonuncu Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və ona müdafiəçi dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, o və həmkarı Şahid2 həmin baxışda iştirak etmişlər. Təhqiqatçı Şahid4 Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya və predmet olduğu halda təqdim etməsini təklif etmiş və Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki qara rəngli cins şalvarının cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş, xatırladığı qədər şalvarının digər cibindən isə mobil telefon çıxarıb masanın üzərinə qoymuşdur. Artıq uzun müddət keçdiyi üçün bükümü şalvarın hansı cibindən çıxarmasını xatırlamır. Xatırladığı qədər Təqsirləndirilən şəxs bükümdə kakos olduğunu, onu şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manat pula əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı istər saxlanıldığı, istərsə də üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı fiziki zor və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin baş təhqiqatçısı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 12 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X7 8-ci patrul bölüyünün polis nəfərləri Şahid1 və Şahid2 tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daşkarxanası yaşayış massivində saxlanılaraq 14-cü polis bölməsinə gətirilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilərək onun tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs öz razılığı ilə üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Samsung” markalı bir ədəd mobil telefon və bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Həmin telefon və bir büküm maddə iki ədəd zərfdə ayrı-ayrılıqda qablaşdırılıb götürülmüşdür. Ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bu iki bükümdəki heroini Suraxanı rayonu, Balaxanı qəsəbsində üzdən tanıdığı, lakin adsoyadını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata əldə etmişdir. Narkotik vasitəsi ilə bağlı ekspertiza rəyi aldıqdan sonra, yəni 13 sentyabr 2022-ci il tarixli qərarla materialı istintaq aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X7 8-ci patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, o, 12 sentyabr 2022-ci il tarixdə saat 21:30 radələrində xidmət yoldaşı polis nəfəri Şahid1la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yeni yaşayış massivində xidmət apararkən hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs hərəkətləri və davranışından şübhələnərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs sanki narkotik təsiri altında olduğu kimi görünür, qeyri-adekvat hərəkətlər edirdi. O və həmkarı Şahid1 Təqsirləndirilən şəxs harada yaşadığını, kimi gözlədiyini soruşmuş və şəxsiyyət vəsiqəsini təqdim etməsini demişlər. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin olmadığını demiş, onlar Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə olmasından şübhələnərək onu Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nə apararaq Növbətçi Hissəyə təhvil vermişlər. Bundan sonrakı təhqiqat və istintaq hərəkətlərində iştirak etməmişlər. O və həmkarı Şahid1 Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etməmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi işləmiş və polis kapitanı rütbəsində olmuşdur. Təqsirləndirilən şəxs üzərindən 8,320 qram miqdarında narkotik vasitə heroinin aşkar edilməsi faktı ilə bağlı Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsində toplanaraq göndərilmiş HK-1/2437 nömrəli material üzrə onun tərəfindən 13 sentyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs onun tərəfindən 14 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Lakin, həmin qərar texniki cəhətdən səhv olaraq 14 avqust 2022-ci il yazılmışdır. Cinayət işi üzrə onun tərəfindən istintaq hərəkətləri aparılmış və prosessual qərarlar qəbul edilmişdir. Bundan başqa 8,320 qram miqdarında narkotik vasitə heroin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən aşkar olunsa da o, cinayət işinin başlanması haqqında, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlarda və digər sənədlərdə texniki cəhətdən səhv olaraq heroinin Əhmədin əynində olan şalvarın sağ yan cibindən aşkar edildiyini qeyd etmişdir. Bundan başqa heroin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar olunsa da, o, sonuncunun ifadəsində və bəzi sənədlərdə həmin şalvarın göy rəngli olduğunu səhv olaraq yazmışdır. İstintaq zamanı Əhmədin üzərindən aşkar edilmiş bir ədəd mobil telefon sonuncunun qardaşı X4 təhvil verilmiş, bu barədə onun tərəfindən qəbz alınmışdır. Həmin qəbzi o, yadından çıxarıb cinayət işinin materiallarına əlavə etməmişdir. O, həmin qəbzi ifadəsinə əlavə etmişdir. 09 yanvar 2023-cü il tarixdə onun tərəfindən ittiham aktı tərtib edilərək cinayət işi Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilmişdir. İttiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən 10 yanvar 2023-cü il tarixdə təsdiq edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İstintaq zamanı onun tərəfindən tərtib edilmiş protokollar və qəbul edilmiş qərarlar istintaq şöbəsində olan “Qərar və protokolların qeydiyyatı kitabı”nda qeydiyyata alınmışdır. Lakin, həmin qeydiyyat nömrələrini o, yadından çıxarıb cinayət işində olan qərar və protokollara qoymamışdır. Cinayət işinin materiallarında olan bütün qərar və protokollar onun tərəfindən vaxtında qeydiyyat kitabında müvafiq qaydada qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, DİN-nin ƏÇPA-nın 8-ci PB-nin polis nəfərləri Şahid1 və Şahid2 Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin rəisinə ünvanladıqları raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 21:30-da Sabunçu rayonu Maştağa qəsəbəsi, Daş karxanası adlanan inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görərək həmin şəxsdən şəxsiyyət vəsiqəsini istədikdə sonuncu üzərində şəxsiyyət vəsiqəsi olmadığını bildirərək yayınmaq istəmişdir. Həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nə gətirmişlər. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin rəisinə ünvanlanmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, üzərinə axtarış zamanı müdafiəçinin iştirakını tələb etmir və onun iştirakı olmadan şəxsi baxış keçirilməsini xahiş etmidir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, video çəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə heroinə bənzər maddə və “Samsung” markalı mobil telefon təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddəni 12 sentyabr 2022-ci il tarixdə Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi məqsədi aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 12 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılmış, söhbət əsasında sonuncu üzərində narkotik vasitə olduğunu və narkotik vasitəni üzərində gəzdirdiyini etiraf etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 4(008)-782/2022 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının «polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» 01 iyun 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 6/5133 nömrəli rəydən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8,320 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 06 yanvar 2023-cü il tarixli, 34 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispenserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 3726 saylı aktından müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin müəssisənin qeydiyyatındadır və sidik analizinin cavabı narkomaniya yoxlamasına münasibətdə müsbətdir Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli protokodan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Samsung J2” markalı mobil telefona baxış keçirilmiş və sübut əhəmiyyətinə malik ola biləcək məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 12 oktyabr 2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Samsung J2” markalı mobil telefon qardaşı X4 qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 01 iyun 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 8,270 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlama otağına verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin videoçəkilişini özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, hökmdən və 5 saylı CÇM-dən alınan arayışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 1(001)-453/2022 saylı hökmü ilə 2022-ci ilin fevral ayında törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, üzərində qəti olaraq 6 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs baxılan iş üzrə cəza təyin etdikdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 06 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu üzrə vahid cəza təyin etməli, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispenserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi qismən olaraq özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşıması tam təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni tapmadığı, narkotik vasitənin polis əməkdaşları tərəfindən tapılaraq onun üzərinə qoyulması, həmin narkotik vasitənin sifariş verdiyindən daha artıq çəkidə olması barədə ifadələri polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun səzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmşdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan hesablamalı, CM-nin 56.1.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalığı qalmış 8,270 narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və təqsirləndirilən şəxsin baxış zamanı üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefonun qardaşına qaytarılması nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 240 AZN (iki yüz qırx) manat Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin edilmiş cəzadan 07 ay çıxılmaqla ona qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,270 qram narkotik vasitə heroin məhv edilsin və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus “SamsungJ2” markalı mobil telefonun qardaşına qaytarılması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 240 AZN (iki yüz qırx) manat pul Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1638/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1638/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver