Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1639/2022 19.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Sergeyevna və tərcüməçi-mütəxəssis X6 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ev 25, mənzil 117-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Sergeyevnanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Sergeyevna təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Sergeyevna 20 aprel 2022-ci il tarixdə səhər saatlarında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan İİR-nın vətəndaşının hesab kartına 150 manat ödəmək şərti ilə külli miqdarda 11 (on bir) ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,04 qram, 0,05 qram, 0,015 qram, 0,025 qram, 0,035 qram, 0,019 qram, 1,290 qram, 0,790 qram, 0,205 qram, 0,20 qram, 0,205 qram olmaqla, ümumi çəkisi 2,874 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 (beş) ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,093 qram, 0,062 qram, 0,085 qram, 1,405 qram, 1,435 qram olmaqla, ümumi çəkisi 3,08 qram olan ağ rəngli kristalşəkilli maddələr, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 20 aprel 2022-ci il tarixdə, saat 17:10 dəqiqədə Suraxanı RPİ-nin 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq 31-ci Polis bölməsinə aparılmış, orada videoçəklişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman üzərində olan qara rəngli çantanın içərisində saxladığı çəhrayı rəngli plastik qutunun içərisindən 1 (bir) ədəd elektron tərəzi, 11 (on bir) ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,04 qram, 0,05 qram, 0,015 qram, 0,025 qram, 0,035 qram, 0,019 qram, 1,290 qram, 0,790 qram, 0,205 qram, 0,20 qram, 0,205 qram olmaqla, ümumi çəkisi 2,874 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 (beş) ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,093 qram, 0,062 qram, 0,085 qram, 1,405 qram, 1,435 qram olmaqla, ümumi çəkisi 3,08 qram olan ağ rəngli kristalşəkilli maddələr, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Sergeyevna ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, gün ərzində ən azı 2 (iki) qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Onun anası və bacısı onun narkotik vasitə istifadə etməsindən xəbərdar olmuşlar. Lakin o, evdə narkotik vasitə istifadə etməmişdir. O, anası ilə birgə yas mərasimlərində qab yumuş, habelə təmizlik işləri ilə məşğul olmuşdur. İş olmayanda o, küçələrdən plastik qabları yığaraq təhvil vermiş və bunun müqabilində pul almışdır. O, işdən qorxmamış, çətinliklə pul qazanmış, qazandığı bütün pulları narkotik vasitə və psixotrop maddələrə xərcləmişdir. Kiminsə evində iş görmək lazım olanda, onu çağırmışlar. O da gedib həmin şəxslərin evində iş görmüşdür. O, tutulmamışdan əvvəl bir dəfə polis əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində, daha doğrusu isə mütəmadi narkotik vasitə aldığı şəxsin evində tutulmuşdur. Həmin vaxt polis əməkdaşlarının ona yazıqları gəlmiş və onu buraxmışlar. Lakin polis əməkdaşları həmin vaxt ona demişlər ki, “bir də səni Suraxanıda görsək, səni narkotik vasitələrin satışı ilə tutub həbsə göndərəcəyik”. Onun keçmiş ərinin evi Suraxanıda yerləşmişdir. O, Suraxanıda hər kəsi tanıyır. Ona narkotik vasitə və psixotrop maddə lazım olduqda, o, narkotik vasitə və psixotrop maddələri oradan şəxsi istifadəsi üçün almışdır. O, hazırki iş üzrə tutulmamışdan bir gün əvvəl Suraxanı rayonuna gedərək oradan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 2 (iki) qram psixotrop maddə metamfetamin, yarım qram da “kakos” kimi tanıdığı narkotik vasitə heroin almışdır. Psixotrop maddə metamfetamin 2 (iki) ədəd bükümdə olmuşdur. Hər bükümdə 1 (bir) qram psixotrop maddə metamfetamin olmuşdur. Narkotik vasitə heroin isə 1 (bir) ədəd bükümdə olmuşdur. Bükümlərin ümumi sayı 3 (üç) ədəd olmuşdur. O, ümumiyyətlə iranlı şəxsi tanımır. O, tutulduğu gün üzərində 2 (iki) ədəd bükümdə 2 (iki) qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə yarım qram narkotik vasitə heroin olmuşdur. Onun telefonu olmamışdır. O, telefondan istifadə etməmişdir. İttiham aktında yazılan çəkidə və sayda onun üzərində büküm olmamışdır. O, narkotik vasitə və psixotrop maddəni Suraxanı rayonu ərazisindən almışdır. Onun üzərində elektron tərəzi olmamışdır. O, heç vaxt iranlı şəxsdən telefon vasitəsi ilə narkotik vasitə almamışdır. Polis əməkdaşları onu tutduqdan sonra Polis bölməsinə aparmışlar və orada onu qorxutmuşlar ki, “bu narkotik vasitə və psixotrop maddəni sənə məxsus olmasını etiraf etməsən, səni daha çox narkotik vasitə ilə rəsmiləşdirəcəyik”. O da bundan qorxaraq polislərin dediyi kimi ifadə vermişdir. Halbuki onun üzərində ittiham aktında qeyd edilən sayda və çəkidə narkotik vasitə və psixotrop maddə olmamışdır. Onun üzərində olan narkotik vasitə və psixotrop maddəni o, şəxsi istifadəsi üçün almışdır. O, heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Polis bölməsində onu polis əməkdaşı Şahid3 rezin dəyənəklə kürəyinə, ayaqlarına və belinə vurmuşdur. Lakin onun bədənində xəsarətlərin izi qalmamışdır. O, Bakı İstintaq Təcridxanasına daxil olarkən onun üzərində görünən xəsarətlər olmamışdır. O, xəsarətlərin yetirilməsi ilə bağlı müstəntiqə, eləcə də barəsində qətimkan tədbiri seçilərkən işə baxan məhkəmədə hakimə məlumat vermişdir. Lakin müstəntiq və hakim onun dediklərinə əhəmiyyət verməmişlər. Təqsirləndirilən şəxs Sergeyevna ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini, şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı obyektiv sübutları məhkəmə ayrı-ayrılıqda və məcmu halda təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Sergeyevna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddədsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hazırda Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 aprel 2022-ci il tarixində “Yelena” adlı şəxsin narkotik vasitələri qanunsuz saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonra o, bu barədə rəisə raportla məruzə etmişdir. Bundan sonra ondan və Suraxanı RPİ-nin 31 -ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17:10 radələrində onlar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində xarici əlamətlərinə görə “Yelena” adlı şəxsə oxşayan bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlamasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib həmin şəxsi 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etməyərək onlarla birlikdə Polis bölməsinə getmişdir. 31-ci Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri Yelenaya izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Lakin şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs belində olan qara rəngli çantanı masanın üzərinə qoyaraq çantanın böyük cibindən üzərində “Exsplore” yazısı olan ətiri, açar dəstini, çantanın böyük cibinin içərisində olan balaca cibinin içindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd elektron tərəzini və plastik qutunu təqdim etmişdir. Baxış zamanı 6 ədəd içərisində qəhvəyi rəngli maddə olan bükümlər, 3 ədəd içərisində ağ rəngli kristal formalı maddə olan ağ rəngli kağıza bükülmüş bükümlər, 2 ədəd içərisində ağ rəngli kristal formalı maddə olan şəffaf sellofana bükülmüş bükümlər və 5 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümlər və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamini saxlanılmamışdan bir gün əvvəl onlayn qaydada İran İslam Respublikasında yaşayan şəxsdən 150 manat ödəməklə öz şəxsi istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər və elektron tərəzi götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, “Yelena” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs Sergeyevnanın ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs Sergeyevnanın şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Sergeyevna şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 38) görünür ki, Təqsirləndirilən şəxs Sergeyevnanın üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 41-42) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Sergeyevnanın üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Sergeyevna belində olan qara rəngli çantanın böyük cibindən üzərində “Explore” yazısı olan ətiri, açar dəstini, çantanın böyük cibinin içərisində olan balaca cibinin içindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd gümüşü rəngli elektron tərəzi və çəhrayı rəngli plastik qutu, həmin çəhrayı rəngli qutunun içərisindən isə 6 ədəd içərisində qəhvəyi rəngli maddə olan bükümlər, 3 ədəd içərisində ağ rəngli kristal formalı maddə olan ağ rəngli kağıza bükülmüş bükümlər, 2 ədəd içərisində ağ rəngli kristal formalı maddə olan şəffaf sellofana bükülmüş bükümlər və 5 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümləri aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 45) görünür ki, Təqsirləndirilən şəxs Sergeyevnanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi qəsəbəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 47) görünür ki, X1 Yelena Sergeyevnanın onunla birlikdə yaşadığını bildirmiş, habelə yaşadıqları ünvanda axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 48-50) görünür ki, Təqsirləndirilən şəxs Sergeyevnanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi qəsəbəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində axtarış aparılmış, lakin sübut əhəmiyyətinə malik hər hansı əşya və ya sübut aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2268 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 56-59) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 195" dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər və elektron tərəzi...." yazı və imzalar olan zərfdə 11 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,04 qram, 0,05 qram, 0,015 qram, 0,025 qram, 0,035 qram, 0,019 qram, 1,290 qram, 0,790 qram, 0,205 qram 0,20 qram və 0,205 qram olmaqla, ümumi təmiz çəkisi 2,874 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustarü sulla hazırlanmış narkotik vasitə - heroindir, 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,093 qram, 0,062 qram, 0,085 qram, 1,405 qram və 1,435 qram olmaqla, ümumi təmiz çəkisi 3,08 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdə olan 1 ədəd 6*11 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 69) görünür ki, Təqsirləndirilən şəxs Sergeyevnanın əməlinin Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 71-72) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Sergeyevna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-238/2022 saylı qərarından (cild 1, iş vərəqə 96-98) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Sergeyevnanın barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 aprel 2022ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4224 nömrəli rəyindən (cild 1, iş vərəqə 118-119) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 122-123) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 12 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə üzrə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2009-cu il tarixli Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 1(003)-440/2009 saylı hökmündən (cild 1, iş vərəqə 124-126) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə cəzasının əvvəli xx.xx.2009-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 129-139) görünür ki, Təqsirləndirilən şəxs Sergeyevnaya Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Sergeyevnanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,764 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 2,93 qram təşkil edən psixotrop maddə metamfetaminin və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs Sergeyevnanın üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut qismində tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-492/2022 saylı qərarından (cild 1, iş vərəqə 175-178) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Sergeyevnanın həbsdə saxlanılma müddəti 09 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə əldə olunmuş sübutları, habelə ona qarşı irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs Sergeyevnanın əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Sergeyevnanın üzərindən aşkarlanmış külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə narkotik vasitə və psixotrop maddəni qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki ona satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etməsi ilə bağlı hissədə ittiham irəli sürüldüyündən, qeyd edilən xüsusatın tam şəkildə araşdırılıb müəyyən edilməsi Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ən əhəmiyyətli məsələlərdən birini təşkil etmişdir. Belə ki, qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin (müstəntiqin) üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Bu səbəbdən də məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və aparılmış ibtidai istintaqı natamam və qüsurlu aparılmış ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Sergeyevnanın qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, əldə etdikdən sonra üzərində saxlaması və daşıması, habelə 20 aprel 2022-ci il tarixdə 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində saxlanılaraq 31-ci Polis bölməsinə aparılması, orada onun üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt üzərində olan qara rəngli çantanın içərisində saxladığı çəhrayı rəngli plastik qutunun içərisindən 1 ədəd elektron tərəzinin, 11 (on bir) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,04 qram, 0,05 qram, 0,015 qram, 0,025 qram, 0,035 qram, 0,019 qram, 1,290 qram, 0,790 qram, 0,205 qram, 0,20 qram, 0,205 qram olmaqla, ümumi təmiz çəkisi 2,874 qram olan narkotik vasitə heroinin, 5 (beş) ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,093 qram, 0,062 qram, 0,085 qram, 1,405 qram, 1,435 qram olmaqla, ümumi təmiz çəkisi 3,08 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini kiməsə satması, ümumiyyətlə onun həmin vasitə və maddələrin “alqı-satqısı” barədə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması təsdiq edilməmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsdən külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin, habelə 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsini, həmin vasitə və maddənin çoxsaylı bükümlərdə saxlanılmasını, aşkarlanmış narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin məhz güclü təsir edən vasitə/maddəyə aid edilməsini, hər bir bükümdə olan vasitə/maddənin istifadə üçün hazırlanmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sergeyevna həqiqətən də həmin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs bu əməlləri isə özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Sergeyevnanın törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs Sergeyevnanın əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs Sergeyevna cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sergeyevna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Sergeyevnaya cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Sergeyevnanın cavan olmasını və himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs Sergeyevnanın əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Sergeyevnanın şəxsiyyətini, ələlxüsus da onun qadın olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyaya əsasən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Sergeyevnaya Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs Sergeyevna barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sergeyevna ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindormu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Suraxanı rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,764 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2,93 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs Sergeyevnanın üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs Sergeyevnadan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Sergeyevna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sergeyevnanın həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sergeyevna cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Sergeyevna barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs Sergeyevnaya cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Suraxanı rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,764 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2,93 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs Sergeyevnanın üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Sergeyevnadan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Sergeyevnaya isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1639/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1639/2022
19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver