Məhkəmə qərarları › İş №1(101)-164/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-164/2020

17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-164/2020 17.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X7 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1983-cü il iyulun 08-də DQMV-nin Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 mənzil 31 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan bir qrup şəxslə əlbir olub külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər İran İslam Respublikasının vətəndaşının müəyyənləşdirdikləri ünvandan 500 ABŞ dolları müqabilində aparmaqla digər şəxsə təhvil verməsi barədə razılaşmış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsinin yaxınlığından keçən şosenin kənarındakı yol nişanının yanında başqasının qoyduğu yerdən həmin maddəni götürməkdən ötrü 2019-cu il mayın 01-də taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi «Daewoo Gentra» markalı 90PG982 dövlət qeydiyyat nişanlı avtomobil ilə göstərilən ünvana getdikdə bir ədəd qara sellofan torbanın içərisində olan iki ədəd şəffaf plastik qutunun hər birində bir ədəd sellofan bükümdəki ayrı-ayrılıqda külli miqdarda, yəni təmiz çəkiləri 524,0 qram və 524,0 qram olub ümumilikdə təşkil edən 1.048,0 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra özündə saxlamaqla sərnişin olduğu həmin taksi avtomaşında daşımış, daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il mayın 01-də saat 1915-də Bakı şəhərinin Yasamal rayonundakı xarici dairəvi yolun «Şamaxinka» adlanan ərazidən keçən yola birləşdiyi hissədə göstərilən avtomobildə olduğu zaman saxlananda əyləşdiyi qabaq sağ oturacaqdan polis əməkdaşlarının təklifinə əsasən düşərkən əlindəki qeyd edilən qaydada qablaşdırılan, təqdim etdiyi həmin çəkidə göstərilən psixotrop maddə aşkar edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, Şuşa şəhərindən məcburi köçkündür, ailəsini dolandırmaq məqsədi ilə fərdi qaydada qara un işi ilə məşğul olduğundan İran İslam Respublikasının vətəndaşı Əmir adlı şəxslə un nümunəsini başqa şəxsdən götürməsi barədə razılaşmışdır. 2019-cu il mayın 01-də saat 17 radələrində özünün ***-***-**-** mobil nömrəsinə «WhatsApp» proqramı ilə sonuncu zəng etməklə ona Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsinə gedib təxminən 500 metr kənardakı «radar» olmasını bildirən yol nişanının altından içində qara rəngli sellofan torbanı götürməsini istədikdə saat 18 radələrində qeyd olunan yerə «Daewoo Gentra» markalı 90PG982 dövlət qeydiyyat nişanlı avtomobillə getmiş və tapşırığı icra etmişdir. Bağlamada narkotik olmasını bilməmişdir. Özü heç bir vaxt narkotik vasitələri və ya psixotrop maddələri qəbul etməmiş və satmaq niyyəti olmamışdır. İstintaq gedişində ona qarşı heç bir zor və təsir tətbiq edilməmişdir. Şok vəziyyətində olduğundan hadisə ilə bağlı tərtib edilən protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, idarə etdiyi ağ rəngli «Daewoo Gentra» markalı 90PG982 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2019-cu il mayın 01-də saat 18 radələrində bir nəfər cavan oğlan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsinə aparmağını, həmin ünvana çatdıqda sərnişin telefonla danışaraq ona Lökbatan yolu ilə sürməyini, «60» sürət həddinə aid yol nişanı olan yerdə saxlamağını istəmişdir. O da hərəkəti davam etdirməklə radarın olmasını bildirən yol nişanını 30-40 metr irəli keçib avtomaşını yolun kənarında saxlayanda sərnişin aşağı düşmüş, bir müddət sonra gələrək əlində tutduğu qara rəngli sellofan torbanı dizlərinin üstünə qoymuş və ona geri qayıtmağı demişdir. Saat 1915 radələrində Bakı şəhərinin Yasamal rayonundakı xarici dairəvi yolun «Şamaxinka» adlanan ərazidən keçən yola birləşdiyi hissəyə çatarkən yolun kənarında dayanan iki-üç nəfər əl etməklə avtomobili saxlatmış, yaxınlaşıb özlərini Baş X1 İdarəsinin əməkdaşları, yanlarında olan iki nəfər şəxsi hal şahidi kimi təqdim edərək ona və sərnişinə anket məlumatlarını bildirməyi və yerə enmələrini təklif etmişdir. Amir adlı şəxs bərk həyəcanlı olduğundan sonuncunun qanunsuz bir əməl törətdiyini anlamışdır. Polis işçilərinin təklifinə əsasən Amir əlindəki qara sellofan torbanı könüllü təqdim etməklə içərisindəki iki ədəd şəffaf plastmas qabda psixotrop maddə, «şüşə» deyilən metamfetamin olmasını bildirmişdir. Torba onların hamısının və vəkilin iştirakı ilə açıldıqda qabların içərisindəki sellofana bükülü vəziyyətdə kristal formasında şüşə qırıntısına oxşar ağ-şəffaf rəngli iysiz maddə olduğu müəyyən edilmişdir. Amir aşkar edilən maddəni qara sellofan torbada Bakı-Lökbatan yolundakı yol nişanının altından götürdüyünü, bunu ona Əmir adlı İran vətəndaşının vasitəsi ilə tanış olduğu, adını bilmədiyi digər İran vətəndaşının tapşırdığını, göstərdiyi xidmətə görə 500 ABŞ dolları alacağını söyləyib bundan savayı əynindəki şalvarın sağ cibindən özünə məxsus «Samsung» markalı mobil telefonu çıxararaq təhvil vermişdir. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, polis polkovnikleytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2019cu il mayın 01-də Təqsirləndirilən şəxs adlı şəxsin Bakı şəhəri ərazisində külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatları əsasında Bakı şəhərinin Qaradağ rayonundan «Şamaxinka» ərazisi istiqamətində hərəkətdə olan «Daewoo Gentra» markalı 90PG982 dövlət qeydiyyat nişanlı taksi avtomobilindəki Amir adlı şəxsin ifşa edilməsi üçün hal şahidləri ilə birlikdə saat 1900-da gəldikləri Bakı şəhərinin Yasamal rayonunda xarici dairəvi yolun kənarında dayanıb göstərilən avtomaşını əl işarəsi ilə saxlatmışlar. Özlərini təqdim edərək avtomobildəki şəxslər anket məlumatlarını bildirdikdən sonra Amir adlı şəxsə üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunanda sonuncu əlindəki qara rəngli sellofan torbanın içərisindəki iki ədəd şəffaf plastmas qutuda yerləşdirilən «şüşə», yəni psixotrop maddə metamfetamin olduğunu söyləməklə həmin torbanı 500 ABŞ müqabilində Əmir adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə tanış olduğu digər İran vətəndaşının tapşırdığı ilə Bakı-Lökbatan yolundakı yol nişanının altından götürdüyünü bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi torbanı hal şahidlərinin iştirakı ilə açıb baxdıqda iki ədəd şəffaf plastik qutuda şəffaf sellofana bükülü vəziyyətdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristal və toz formasında iysiz maddələrin olması müəyyən edilmişdir. Bundan başqa Amir adlı şəxs əynindəki şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefonu da çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanarkən, baxış keçirilərkən və Baş X1 İdarəsinə dəvət edilməklə gətirilərkən sonuncuya qarşı heç bir təzyiq və zorakılıq edilməmişdir. İş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkilləri polis kapitanı X4 və polis leytenantı Şahid3 Şahid2 ilə analoji ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid5 və Şahid6 2019-cu il mayın 01-də saat 19 radələrində Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etdiklərini bildirib Şahid2 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı, 2019-cu il mayın 03-də və 2019-cu il avqustun 24-də təqsirləndirilən şəxs qismində ifadə verərkən Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.cü maddələrində nəzərdə tutulan ittiham üzrə özünü tam təqsirli bilərək törətdiyi cinayəti təfsilatı ilə izah etmişdir (iş vərəqi 69-75 və 193-196). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin tərtib etdiyi 2019-cu il 01 may tarixli raportdan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2019-cu il 02 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (iş vərəqi 5-6 və 36). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin tərtib etdiyi 2019-cu il 01 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı vaxt üzərindən iki ədəd şəffaf plastmas qutudakı psixotrop maddə metamfetaminə bənzər kütlə hal şahidlərinin və vəkilin iştirakı ilə götürülmüş, protokol hamı tərəfindən imzalanarkən heç bir şikayət, etiraz və təklif irəli sürülməmişdir (iş vərəqi 14-16). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin tərtib etdiyi 2019-cu il 01 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 1915-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 18). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 01 may tarixli 11556 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd paketdə, içərisindəki ayrı-ayrılıqda təmiz çəkiləri 524,0 qram və 524,0 qram, ümumi təmiz çəkisi 1.048,0 qram olan iki büküm rəngli kristallik və tozşəkilli maddələr dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamindir, xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir, qalıq 1.047,8 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 93,40 manatdır (iş vərəqi 33-35). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 03 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 61-62). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 03 may tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il mayın 01-dən hesablanmaqla 04 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 86-88). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 06 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olmaqla sonuncunun ***-***-**-** nömrə ilə istifadə etdiyi, ondan götürülən bir ədəd «Samsung» markalı mobil telefon aparatının yaddaşına baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır (iş vərəqi 89). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixatriya Xəstəxanasının 2019-cu il 21 may tarixli 3637 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicədə olmamışdır (iş vərəqi 117). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2019cu il 21 may tarixli 14084 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı bir nömrə qeydiyyatda deyildir (iş vərəqi 118). İş materiallarındakı Şuşa Rayonu İcra Hakimiyyəti başçısının Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2019-cu il 19 iyun tarixli xasiyyətnamədən, AZ-İ seriyalı 374646 №-li nikah, Vİİİ-JQ seriyalı 478335 №-li və AZ-İİİ seriyalı 796599 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 1983-cü il iyulun 08-də Şuşa şəhərində anadan olmaqla məcburi köçkün olan Təqsirləndirilən şəxs ailəsi 1980-ci il 08 avqust təvəllüdlü arvadı X5 və 2016-cı il 12 dekabr təvəllüdlü övladı X6 ibarətdir; Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, nümayəndəliyə onun barəsində hər hansı bir şikayət daxil olmamışdır (iş vərəqi 126 və 178-180). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 2019-cu il iyunun 22-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 127-128). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 15 iyul tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən 2019-cu il 09 iyul tarixli BKC/LGL-14951 nömrəli müşayiət məktubu ilə təqdim edilən 01 ədəd CD diskinə baxış keçirildikdə iş üzrə əhəmiyyət kəsb edən məlumat müəyyən olunmamışdır (iş vərəqi 136-172). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 2019-cu il 24 iyul tarixli 1768 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır; məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 182-183). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2019-cu il 24 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (iş vərəqi 185-186). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2019-cu il 16 sentyabr tarixli sübutların qiymətləndirilməsi, habelə 2019-cu il 19 sentyabr tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilmədən qüvvəsində saxlanılmış, iki ədəd şəffaf plastik qutudakı ümumilikdə 1.047,8 qram çəkidə psixotrop maddə metamfetaminin qalığı maddi sübut kimi tanınmış və saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasına təhvil verilmiş; Təqsirləndirilən şəxs məxsus olmaqla sonuncunun ***-***-**-** nömrə ilə istifadə etdiyi, ondan götürülən bir ədəd «Samsung» markalı mobil telefon aparatının onun ailə üzvlərinə qaytarılması qərara alınmış; Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci maddəsinin, Şahid1 əməlində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü və 307.1.-ci maddələrinin tərkibi mövcud olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş; cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan «Əmir» adlı şəxs və qeyriləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1.048,0 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və Təqsirləndirilən şəxs göndərilməsi faktı üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqi 215-231 və 233-234). İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülən bir ədəd «Samsung» markalı mobil telefon aparatı anası X2 qaytarılmışdır (iş vərəqi 235 «a»). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə dair məhkəmədə verdiyi ifadələrə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə bu ifadələri özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı tam etirafedici ifadələri, maddi sübutun mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, məcburi köçkün olmasını, ailə vəziyyətini, müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasına təhvil verilməklə iki ədəd şəffaf plastik qutudakı ümumilikdə 1.047,8 qram çəkidə psixotrop maddə metamfetaminin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs götürülən bir ədəd «Samsung» markalı mobil telefon aparatının anası X2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 93,40 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 16 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 96 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işləəlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il mayın 01-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il mayın 01-dən hesablansın. Ekspertiza tədqiqatının dəyəri – 93,40 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 96 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasına təhvil verilməklə iki ədəd şəffaf plastik qutudakı ümumilikdə 1.047,8 qram çəkidə psixotrop maddə metamfetaminin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs götürülən bir ədəd «Samsung» markalı mobil telefon aparatının anası X2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar