Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-164/2021 26.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Eldar Mikayılov Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikası Gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Belə ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni İran İslam Respublikasında əldə etmə, saxlama, Azərbaycan Respublikasınadək daşıma və Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu il ilin noyabr ayının sonları-dekabr ayının əvvəllərində Bakı şəhərində telefon vasitəsilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasında yaşayan üzvü istintaqa məlum olmayan yerdə və mənbədən satış məqsədilə qəsdən qanunsuz olaraq külli miqdarda, 220,666 qram heroin narkotik vasitəsini əldə etmiş, ayrı-ayrılıqda çəkiləri 42,396 qram və 178,270 qram olmaqla iki bağlamada qablaşdırmış, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə minik maşınları üçün nəzərdə tutulmuş 1 ədəd qırmızı rəngli ağırlıq qaldırıcının daxilindəki boşluqda yerləşdirib saxlamış, Azərbaycan Respublikasına daşınması üçün 04.12.2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində cinayətdən xəbərsiz olan Azərbaycan Respublikası vətəndaşı Şahid1 təqdim etmiş və həmin şəxsin vasitəsilə 04 dekabr 2019-cu il tarixdə, saat 22 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş və qeyd edilən narkotik vasitə gömrük nəzarəti zamanı aşkar edilərək götürülmüş, ardınca gömrük əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yerləşən „Görüş“ kafesində əməliyyat tədbirində taksi sürücüsü qismində iştirak edən DGK Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməliyyat müvəkkili Şahid4 05.12.2019-cu il tarixdə, saat 20 radələrində həmin narkotik vasitəni təhvil alarkən gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 1 ay əvvəl, ayıq sürücü xidmətində sürücü kimi işləyir. İki ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Heroini yandırıb tüstüsünü çəkərək qəbul edir. Əvvəllər, az miqdarda qəbul etməyə başlamış, son 6 ayda istifadə miqdarını bir az artırıb 1-2 qrama çatdırmışdır. Son vaxtlar demək olar ki, həftədə iki-üç dəfə heroin istifadə etmişdir. İlham adlı tanışı vasitəsilə tanıdığı iranlı Mehdi adlı şəxslə telefonla danışmış, həmin şəxsə heroin sifariş vermiş, Mehdi adlı şəxsdə ona heroin göndərmişdir. Bir neçə müddətdir ki, Mehdi ilə narkotik vasitə barədə danışıqları olmuşdur. Belə ki, ilk dəfə Mehdi özü ona “+**********88” saylı mobil telefon nömrəsindən zəng etmişdir. Birinci dəfə zəng edəndə ona demişdir ki, nömrəni İlham verib. İlham onun dostu olduğuna görə, Mehdi ilə danışmağa davam etmişdir. Mehdinin narkotik satışı ilə məşğul olduğunu, İlham İranda olan zaman narkotik vasitənin Mehdidən aldığı barədə məlumatı olmuşdur. Mehdi onunla danışanda demişdir ki, narkotik lazım olsa xəbər etsin. Lakin, o, İrandan narkotik almaqdan qorxmuşdur. Dostu İlham da İrandan gələndə narkotiklə tutulduğu üçün qorxusu bir azda artmışdır. 2019-cu ilin oktyabr ayının sonlarına yaxın Mehdi ilə danışan zaman Mehdi ona qramı 10-20 manata heroin təklif etmiş, lakin, o, qorxduğu üçün bu barədə fikirləşib sonra danışacağını demişdir. Azərbaycanda heroinin 1 qramı 50-60 manat olduğuna görə, bir müddət olar ki, iranlı Mehdidən ucuz qiymətə heroin almaq ağlına gəlmişdir. Buna görə də, 2019-cu ilin noyabr ayının axırlarında Mehdi ilə “Whatsapp” mobil proqramı vasitəsilə danışanda heroin barədə söhbət edərkən, Mehdi ona nə qədər lazımdırsa heroin göndərə biləcəyini demişdir. O da 100 qram heroin göndərməyini istəmişdir. Mehdi də problem olmadığını, göndərəcəyini demişdir. O, gömrükdən özü keçməyə qorxduğu üçün Mehdiyə demişdir ki, necə edirsə etsin, heroini kimləsə Bakıya qədər göndərsin ki, o, Bakıda götürsün. Beləliklə, noyabrın sonu, dekabrın əvvəlləri bir neçə dəfə bu məzmunda '‘Whatsapp” danışıqları və zəngləri olmuşdur. Mehdi ilə danışanda hətta heroini hansı formada göndərəcəyini də demişdir. Belə ki, ona maşın ağırlığını qaldırmaq üçün alətin nə olduğunu soruşmuş və o da demişdir ki, “biz ona “domkrat” deyirik”. Mehdi də ona demişdir ki, “malı domkrat içərisində göndərəcək”. Dekabrın 3-ü Mehdi ilə danışan zaman İrandan ona 2000 manatlıq heroin göndərəcəyini demişdir. Mehdi ona heroinin 280 qram olduğunu demişdir. O, 2000 manat pul çox olduğuna görə, Mehdiyə demişdir ki, ona 100 qram heroin göndərsin, lakin, Mehdi demişdir ki, “mal 280 qramdır və ayıra bilmir”. Son olaraq Mehdi ilə belə razılaşmışlar ki, heroin nə qədərdirsə göndərsin və o da 2-3 həftəyə Mehdiyə pulu göndərəcək. O, Mehdidən heroini kimlə göndərəcəyini soruşanda heroini bu barədə xəbəri olmayan şəxslə gömrükdən keçirəcəyini demiş və bildirmişdir ki, Bakıda “Caspian Plaza”nın yanına çatacaq və həmin binanın yanından Bakı-Astara istiqamətində hərəkət edən taksi maşınlarının toplaşdığı yerdən götürə biləcək. Mehdi, həmçinin, ona həmin narkotik vasitə qeyd edilən yerə qoyulduqdan sonra, bu barədə ona “Whatsapp” mobil proqramı vasitəsilə məlumat verəcəyini bildirmişdir. 4 dekabr 2019-cu il tarixdə Mehdi özünün “+**********88” saylı İİR nömrəsilə onun “**********” saylı mobil nömrəsinə “Whatsapp” vasitəsilə mesaj yazaraq narkotik vasitənin göndərildiyini demişdir. 5 dekabr 2019-cu il tarixdə isə, ona mesaj yazaraq narkotik vasitənin ölkə ərazisinə keçirildiyini, narkotikin minik maşınları üçün nəzərdə tutulmuş ağırlıq qaldırıcının daxilindəki boşluqda, yəni əvvəl danışdıqları kimi “domkratt”-ın içində gizlədildiyini demişdir. Daha sonra, ona göndərilən “kakosu” götürmək üçün Bakı Beynəlxalq Avtovağzalına getməyini “Whatsapp” mobil proqramı vasitəsilə mesaj yazaraq xəbər vermişdir. Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yerləşən “Görüş” kafesində görüş təyin edilmişdir. Mehdi ona həmin taksi sürücüsünün adının Abbas olduğunu bildirmiş və Abbasın içərisində heroin olan həmin qurğunu “Görüş” kafesinə qoyacağını, onun da, həmin qurğunu, yəni “domkrat” kafedən götürəcəyini əlavə etmişdir. Bundan sonra, o, “Uber”-lə taksi çağırmış və təyin edilmiş məkana doğru, yəni Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yerləşən “Görüş” kafesinə yola düşmüşdür. Həmin gün, yəni 05.12.2019-cu il tarixdə, təqribən saat 20 radələrində “Görüş” kafesinə daxil olmuş və 1 ədəd qara rəngli sellofan torbada olan 1 ədəd qaldırıcı qurğunu təhvil götürərkən kənardan ona bir sıra şəxslər yaxınlaşmışlar. Özlərinin gömrük xidmətinin əməliyyatçıları olduqlarını bildirib onu Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında 1 ədəd qara rəngli sellofan torbada olan 1 ədəd qırmızı rəngli qaldırıcı qurğunun içərisindəki təqribi çəkiləri 58 (əlli səkkiz) və 182 (yüz səksən iki) qram olan 2 (iki) ədəd bağlamada olan ümumi çəkisi 240 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddəyə baxış keçirilmiş və aşkar olunmuş heroin narkotik vasitəsi protokol əsasında qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Astara rayonu, Məçitməhəllə kəndində qeydiyyatda olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Daimi olaraq heç bir yerdə işləmir. X13 Respublikasının Astara şəhərinə gedərək oradan ərzaq və bir sıra məişət əşyaları gətirərək Azərbaycan Respublikasında satmış və bu yolla pul qazanmışdır. Həmçinin, X5rşısında olan ərzaq, qab-qacaq və sair malların satıldığı dükanlara İrandan satılası əşyalar gətirmişdir. Gətirdiyi yüklər müqabilində hər kiloqramına 2-3 manat pul almışdır. 04.12.2019-cu il tarixdə yenə bu məqsədlə İranın Astara şəhərinə getmişdir. Həmin gün axşam İrandan geriyə qayıdarkən İran gömrüyünün qapısında əvvəlcədən tanıdığı “Nadir” adlı bir şəxslə qarşılaşmış və bir qədər söhbət etmişdir. Nadiri təqribən 1-2 il olar ki, tanımışdır. Nadir İran gömrük postunun qapısında piştaxta qoyaraq siqaret satmışdır. Nadirlə bir qədər söhbət etdikdən sonra, Nadir ona əlində olan 1 (bir) ədəd minik maşınları üçün nəzərdə tutulmuş qırmızı rəngli ağırlıq qaldırıcını verib demişdir ki, bunu Azərbaycan Respublikası Astara şəhərində yaşayan Elşada çatdırsın. Əvəzində ona 5 (beş) manat pul vermişdir. İrandan Azərbaycana əşya aparmağı peşə etdiyi üçün və bu yolla pul qazandığı üçün, həmçinin Nadiri tanıdığına görə, demişdir ki, “problem yoxdur”. Həmin vaxt, o, Nadirdən Elşadın telefon nömrəsini alaraq öz telefonundan Elşada zəng edib Nadirin 1 (bir) ədəd minik maşınları üçün nəzərdə tutulmuş qırmızı rəngli ağırlıq qaldırıcı göndərmək istədiyini bildirmişdir. Elşad ona demişdir ki, “problem yoxdur”, həmin aləti götürüb gətirsin. O, Elşadı da 1-2 il olarmış ki, tanımışdır. Elşad Azərbaycan gömrüyünün qapısında olan “çayxana’-nı icarə əsasında işlətmişdir. Elşadla danışandan sonra, həmin aləti Nadirdən götürüb Azərbaycan Respublikasına qayıtmaq məqsədi ilə İran gömrük məntəqəsinə gəlmişdir. 04.12.2019-cu il tarixdə, saat təqribən 21 radələrində piyada yolla Azərbaycan gömrük məntəqqəsinə daxil olmuşdur. Yoxlama xəttində bir nəfər gömrük işçisi onu saxlayıb onunla şifahi sorğu-sual apararaq üstündə, əl yükündə və ya daxili orqanlarında qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, habelə gömrük nəzarətindən gizlədilmiş mallar-narkotik vasitələr, psixotrop maddələr, silah-sursat, qızıl və digər zinət əşyaları, dərman peraparatları və s olubolmadığını soruşmuşdur. O da öz növbəsində onda belə şeylərin oladığım bildirmiş və əl yükünü rentgen qurğusuna qoymuşdur. Yükü rentgendən keçdikdən sonra, saxlayaraq açıb yoxlamışlar. Yoxlama zamanı ona məxsus 1 (bir) ədəd qara rəngli sellofan torbada olan 1 (bir) ədəd qırmızı rəngli minik maşınları üçün nəzərdə tutulmuş ağırlıq qaldırıcının daxilindəki boşluqdan, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş 2 (iki) ədəd bağlama aşkar edilərək çıxarılmışdır. Həmin bağlamalara baxış zamanı, 2 (iki) ədəd bağlamada açıq qəhvəyi rəngli maddə olduğu məlum olmuşdur. Gömrük işçiləri ona demişdir ki, həmin maddə narkotik vasitə heroinə oxşayır. Daha sonra, gömrük işçisi ona üzərində şəxsi yoxlama aparılacağını bildirmişdir. Bu məqsədlə onu yoxlama yerində olan bir otağa aparmışlar, iki nəfər hal şahidi dəvət edib onların iştirakı ilə üstünü yoxlamışlar. Şəxsi yoxlama zamanı onun üzərində heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra gömrük işçiləri onun və şahidlərin iştirakı ilə əl yükündə olan 1 (bir) ədəd qırmızı rəngli minik maşınları üçün nəzərdə tutulmuş ağırlıq qaldırıcının daxilindəki boşluqdan aşkar olunmuş həmin bağlamanı götürmüş, gömrük idarəsində bir otağa gətirmiş, orada onun və şahidlərin iştirakı ilə bağlamalar elektron tərəzidə çəkilmiş, 2 (iki) ədəd bağlamada olan açıq qəhvəyi rəngli maddənin çəkilərinin müvafiq olaraq təqribən 58 (əlli səkkiz) və 182 (yüz səksən iki) qram olmaqla, ümumi təqribi çəkisinin 240 (iki yüz qırx) qram olması məlum olmuşdur. Sonda gömrük işçiləri onun və şahidlərin iştirakı ilə müvafiq sənədləşmə aparılmaqla həmin maddəni qablaşdırıb möhürləmiş, o da sənədlərə imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 4 ünvanda yaşamışdır. Hal-hazırda Astara şəhərində, gömrük məntəqəsinin yaxınlığında yerləşən Şahid3 məxsus çayxananı icarə əsasında işlədir. 04.12.2019-cu il tarixdə axşam saatlarında İran İslam Respublikasının Astara şəhərində yaşayan və ticarətçi kimi tanıdığı Çingiz adlı şəxs ona zəng edərək bir nəfər vasitəsilə 1 ədəd minik maşınları üçün nəzərdə tutulmuş ağırlıq qaldırıcı qurğu, yəni el arasında domkrat deyilən alət göndərəcəyini demiş və bildirmişdir ki, həmin aləti bir nəfər şəxs gətirib onun işlətdiyi çayxanaya verəcəkdir. Bundan başqa, axşam saatlarında çayxananın sahibi Şahid3 da ona zəng edib bu məsələ ilə bağlı məlumat vermiş və “domkratın” gətirilib-gətirilmədiyini soruşmuşdur. O, isə, yükün hələ gəlmədiyini demişdir. 05.12.2019-cu il tarixdə səhər saatlarında bir neçə nəfər şəxs onun işlətdiyi çayxanaya gələrək gömrük işçiləri olduqlarını bildirmişlər və işlətdiyi çayxanaya göndərilmiş 1 ədəd qara rəngli sellofan torbada olan 1 ədəd minik maşınları üçün nəzərdə tutulmuş qırmızı rəngli ağırlıq qaldırıcının daxilindəki boşluqdan, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş 2 (iki) ədəd bağlamada açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edildiyini demişlər və bununla əlaqədar olaraq onun X10 izahat verməyə getməli olduğunu bildirmişlər. O, gömrük işçilərinə bildirmişdir ki, həmin alətin içərisindən aşkar edilmiş maddədən xəbəri olmayıb. Həmin alətin göndərilməsi barədə ona Çingiz və Ceyhun adlı şəxs məlumat veriblər və Ceyhun bildirmişdir ki, aləti sahibi gəlib təhvil götürənə kimi özündə saxlasın. Daha sonra, o, Ceyhunla (***-*******) əlaqə saxlayıb həmin aləti kimə verməli olduğunu soruşmuş. Ceyhun ona demişdir ki, həmin alətin kimin götürəcəyini bilmir, demişdir ki, qoy qalsın çayxanada gəlib götürərlər. Sonra, Ceyhun gömrük işçilərinin dəvəti ilə X10 gələrək izahat vermişdir. Daha sonra, gömrük işçiləri içərisində açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olan 2 (iki) ədəd bağlamanı 1 (bir) ədəd minik maşınları üçün nəzərdə tutulmuş qırmızı rəngli ağırlıq qaldırıcının daxilindəki boşluğa yerləşdirmişlər və ona verərək bildirmişlər ki, bunu işlədiyi çayxanaya aparıb orada gözləsin. O, gömrük işçiləri ilə razılaşmış və içərisində açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olan həmin aləti, yəni “dankratı” götürüb gömrük işçilərinin nəzarəti altında işlədiyi çayxanaya gətirmişdir. Çayxanada olarkən Ceyhunun qohumu Ziya Çingizə zəng edərək, Ceyhunun Bakı şəhərinə getdiyini, həmin aləti kimə verməli olduğunu soruşmuşdur. Çingiz Ziyaya bildirmişdir ki, həmin aləti də, telefon nömrəsini də bir taksi sürücüsünə versin və taksi sürücüsünə desin ki, Çingizlə əlaqə saxlasın. Ziya onunla razılaşmış və özünə məxsus digər telefon nömrəsini Çingizə göndərərək, həmin nömrənin taksi sürücüsünə aid olduğunu bildirmişdir. Daha sonra, Çingiz göndərilən nömrəyə zəng etmiş, həmin telefona başqa bir nəfər cavab vermiş və Çingiz həmin aləti Bakı şəhərində yerləşən “İran qarajı”-nda qoymasını tapşırmışdır. Bundan sonra, gömrük əməliyyatçıları narkotiki təhvil almalı olan şəxsi saxlamaq məqsədilə əməliyyat tədbirlərini davam etdirmişlər. və nəticədə Bakı şəhərində içərisində heroin narkotik vasitəsi olan aləti təhvil alan zaman Təqsirləndirilən şəxs adlı şəxsi saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Ayxan oğlu ifadəsində göstərdi ki, Astara gömrük postu yaxınlığında ona məxsus olan çayxananın sahibidir. Çayxananı icarə əsasında Elşad adlı şəxs işlədir. 4 dekabr 2019-cu il tarixdə İran İslam Respublikasında ticarət əlaqələrinə görə tanıdığı Çingiz adlı şəxs “Vatsap” proqramı vasitəsi ilə ona səs yazısı göndərək 1 nəfər vasitəsi ilə 1 ədəd minik maşınları üçün qaldırıcı qurğu göndərəcəyini, həmin qurğunun ona çayxanada kiməsə verilməsini tapşırmağını xahiş etmiş, o da öz növbəsində bu barədə çayxananı icarəyə işlədən Elşad adlı şəxsə bildirmişdir ki, 1 nəfər şəxs qaldırıcı qurğu gətirsə qurğunu alıb çayxanada saxlasın və sahibi gələndə sahibinə versin. O, danışan zaman Çingizə həmin yükdə təhlükəli nəsə olub-olmadığını soruşmuş, Çingiz isə ona demişdir ki, yükdə heç bir təhlükə yoxdur, qaldırıcının Çingizin çoxdankı tanışı Mehranın xahiş etdiyini bildirmişdir. 5 dekabr 2019-cu il tarixdə isə 1 nəfər şəxsin qaldırıcı qurğunu çayxanaya Elşadın yanına qoyduqdan sonra onu gömrük idarəsinə dəvət edərək həmin qurğunun içərisində gömrük nəzarətindən gizlədilmiş şəkildə 2 ədəd bağlamada narkotik maddəyə bənzər açıq qəhvəyi şəkildə olan narkotik maddə heroinə oxşar maddə olması bildirilmiş, o isə həmin yükün nə məqsədlə gətirilməsi və daxilində narkotik olması barədə məlumatsız olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DGK-in Cənubi Ərazi Baş İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, 2009-cu ildən gömrük orqanlarında çalışır. 5 dekabr 2019-cu il tarixdə Astara şəhərində piyada yolla Şahid1 İran İslam Respublikasından Azərbaycan ərazisinə keçən zaman əl yükündə olan minik avtomobillərinin qaldırıcısı kimi nəzərdə tutulan qurğunun içərisinə kustar üsulla hazırlanmış narkotik maddə olan heroini gömrük nəzarətindən gizli şəkildə görünməsi çətinləşdirilən üsullarla yerləşdirilmiş ağırlıq qaldırıcısı keçəndə idxal xəttində qurşadırılmtş HEİMANN markalı aparatda aşkar olunmuşdur. Buna dair müvafiq sənədləşdirməni Astara postunda olan DGK-in əməkdaşı sənədləşdirmə aparmışdır. O da buna dair müvafiq əməliyyat sənədləşdirməsi apardıqdan sonra Şahid1 həmin əl yükünü kimə aparması müəyyənləşdirildikdən sonra Əflatun həmin əl yükündə gizlədilmiş maddənin narkotik maddə olmasından, ümumiyyətlə, həmin əl yüklünün içərisində nəinsə gizlədilməsindən xəbərsiz olduğunu bildirmişdir. Əflatun həmin qaldırıcının İrandan “Nadir” adlı şəxsdən götürərək 5 manat müqabilində Azərbaycana keçirdiyini, Azərbaycanda Astara şəhərində “Elşad” adlı şəxsə verməli olduğunu bildirmişdir. Əflatunla birlikdə Elşad adlı şəxsin işlədiyi çayxanaya getmiş. Çayxanada Elşadı müəyyənləşdirmişlər. Elşad da demişdir ki, həmin əşyanı qəbul edəcəyini icarəyə götürdüyü çayxananın sahibi Ceyhun adlı şəxs tapşırmışdır. Onlar birlikdə Şahid2 ilə X10 getmişlər. Orada Şahid3 izahat verməsi üçün dəvət olunmuşdur. Elşad izahatında göstərmişdir ki, çayxana işlədir, çayxananın sahibi Ceyhun tapşırmışdır ki, “əl yükü gələcək, al çayxanaya qoy, mən sənə deyəndə dediyim adama verərsən”. Elşad əl yükünün içərisində nəyinsə olmasından, ora gizli yolla qanunsuz nakrotik maddə yerləşdirilməsindən məlumatsız olduğunu bildirmişdir. Bundan sonra Şahid3 gömrük postuna gəlib bildirmişdir ki, “ondan İran İslam Respublikasına məxsus Astara şəhərində olan adını Çingiz kimi bildiyi İranlı xahiş etmişdir ki, dostu üçün ağırlıq qaldırıcı qurğu göndərəcək, o qurğunu qəbul edib, çayxanada saxlasın, Çingizin ona dediyi adama versin. O, Çingiz adlı şəxsin anket məlumatlarını bilmədiyini, yalnız Çingizin istifadə etdiyi İran İslam Respublikasına məxsus +**********78 nömrəsini bildirmişdir. Onlar da müvafiq əməliyyat axtarış tədbirləri nəticəsində Ceyhunun həmin Çingizlə əlaqəyə çıxmasını təmin etmişlər. Ceyhun Çingizlə əlaqə saxlayaraq əl yükünü götürdüyünü bildirmişdir. Çingiz adlı şəxs Ceyhuna bildirmişdir ki, “həmin əl yükünü taksiyə qoy, göndər Bakı şəhərində İran Qarajı deyilən yerə”. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində əvvəlcədən müəyyən edilmiş əməliyyat planına əsasən o, Ceyhunun Çingizə göndərəcəyi əl yükünü çatdıracaq taksi sürücüsü qismində tədbirə cəlb olunmuş, xidməti istifadədə olan telefon nömrəsi İran islam Respublikasının vətəndaşı, anket məlumatlarını bilmədiyi şəxsə ötürülmüş, həmin şəxs onu taksi sürücüsü qismində qəbul etdiyinə görə ona əl yükünü Bakı Beynəlxalq Avtovağzalda yerləşən İran Qarajı deyilən yerə aparmalı olduğunu, ora qoyacağını, götürən adamın ona taksi pulu kimi 15 manatı verəcəyini bildirmişdir. O, deyilən yerə yükü apardıqdan sonra həmin şəxsə orada olduğunu, həmin yerin bağlı olduğunu bildirmişdir. İranlı ona orada olan Görüş kafesinə getməyini, ona yükü götürəcək şəxsin zəng vuracağını demişdir. O, Görüş kafesində olan zaman İranlıya bildirmişdir ki, oradadır. 5 dəqiqə sonra ona adını sonradan bildiyi Təqsirləndirilən şəxs zəng vurmuş, bildirmişdir ki, “yoldayam, gəlirəm, gözlə”. O, kafedə olan zaman təxminən 15-20 dəqiqə sonra 5 dekabr 2019-cu il tarixdə saat 20:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yerləşən “Görüş” kafesində olan vaxtı Təqsirləndirilən şəxs içəri daxil olmuş, onun nömrəsinə vhatsap vasitəsi ilə zəng vurmuşdur. Zəngə onun cavab verdiyini görüb, onun masasına yaxınlaşmış, Kamran demişdir ki, ona çatası içərisində qaldırıcı qurğu olan yük var”, o da həmin yükü Kamrana vermiş, Kamran yükü alıb torbanın ağzını açıb içərisində qaldırcı qurğu olmasına əmin olmuş, ona taksi pulunu vermək istəyən zaman digər gömrük əməkdaşları Kamrana yaxınlaşmışlar, onlar xidməti vəsiqələrini Kamrana təqdim edərək DGK-nə gəlməli olduğunu bildirmişlər. Birlikdə DGK-də yenidən əl yükünə baxış keçirilmiş, Kamran həmin yükün içərisində olan maddə barədə xəbəri olduğunu, narkotik olmasını bildirmişdir. Müvafiq baxışdan sonra istintaqa təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, istifadəsində olan “Ravon” markalı, Az99-PC- 943 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə sərnişin daşıma ilə məşğul olmuşdur. “Bolt” və "Uber” proqramları vasitəsi ilə sərnişinlərə xidmət göstərir. 5 dekabr 2019-cu il tarixdə saat 20 radələrində “Uber” mobil tətbiqi vasitəsi ilə sifariş ötürülmüşdür. Sifarişə əsasən Nizami metrosu yaxınlığında “Qoçət” mağazasının qarşısında avtomobilinə orta yaşlı bir kişi əyləşmişdir. Ona “Bakıxanov” körpüsü ilə “Tbilisi” prospektinin kəsişməsi hissəsinə gedəcəyini demişdir. Deyilən ünvana getmişlər. Həmin adam telefonla danışa-danışa maşından düşmüş, maşından 1-2 m kənara çəkilib telefonla danışmağa başlamış, bundan sonra yenidən avtomobilə qayıdaraq əyləşib “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”nin yaxınlığında olan “Görüş” kafesinə aparmalı olduğunu demişdir. Orada gözləyəcəyini və yenidən oradan götürərək Yasamal rayonu ərazisinə aparmalı olduğunu demişdir. O da razılaşmışdır. Birlikdə “Görüş” kafesinin yanına getmişlər, həmin şəxs taksidən düşüb kafeyə girmiş, təxminən 5-6 dəqiqə sonra onun maşınına özlərini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq ondan həmin müştərini tanıyıb-tanımadığını, nə məqsədlə gəldiyini soruşduqlarında o, əməkdaşlara şifahi olaraq müştərini tanımadığını, müştəri qismində Yasamal ərazisindən götürüb gətirdiyini və geri aparmalı olduğunu bildirmişdir. Əməkdaşlar ona faktla bağlı müvafiq izahat verməsi üçün DGK-nə dəvət etmiş, o da etiraz etməmişdir. DGK-nə getdikdən sonra müştərinin adının soyadının və atasının adının Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Kamranın “Görüş” kafesindən götürməli olduğu qara rəngli torbanın içərisində qaldırıcı qurğunun daxilinə baxış keçirilmiş. Qurğu daxilində narkotik maddəyə bənzər qəhvəyi rəngli maddə aşkar olunmuş, götürülmüş, qablaşdırılmış və protokollaşdırılmışdır. Cinayət işinin 1-ci cildinin 15-18-ci vərəqlərində olan 4 dekabr 2019-cu il tarixli, “malların və nəqliyyat vasitələrinin yoxlanılması” barədə protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1966-cı il tarixdə Azərbaycan Respublikası, Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası, Astara rayonu, Məçitməhəllə kəndində qeydiyyatda olan və yaşayan (PasportN- C********) Şahid1 məxsus əl yükü idxal xəttində quraşdırılmış “HEİMANN” markalı rentgen aparatından keçirilən zaman əl yükünün içərisində rəngli formada şübhəli cizgilər müşahidə edildiyindən əl yükü saxlanılmış və çıxarılaraq içərisinə baxış zamanı 1 (bir) ədəd qara rəngli sellofan torbada olan 1 (bir) ədəd qırmızı rəngli, minik maşınları üçün nəzərdə tutulmuş ağırlıq qaldırıcının daxilindəki boşluqdan, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə, gömrük nəzarətindən gizlədilmiş 2 (iki) bağlama aşkar edilmiş, həmin bağlamalara baxış zamanı açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar maddə olması məlum olmuşdur. Cinayət işinin 1-ci cildinin 59-61-ci vərəqlərində olan protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ƏİBİ-in keçirmiş olduğu bir sıra təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində 5 dekabr 2019-cu il tarixdə saat 20:40-dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yerləşən “Görüş” kafesində Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 1 ədəd qara rəngli sellofan torbada içərisində ümumi təxmini çəkisi 240 qram olan narkotik vasitə heroinə oxşar maddənin qablaşdırıldığı 1 ədəd qaldırıcı qurğunu taksi sürücüsü qismində Cənub Ərazi Baş Gömrük İdarəsininin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat müvəkkili, Şahid4 yaxınlaşaraq təhvil alarkən əməliyyat müvəkkilləri tərəfindən saxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 62-64-cü vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təhvil aldığı bağlamaya yenidən Əməliyyat İstintaq Baş İdarəsində 05 dekabr 2019-cu il tarixdə baxış keçirilmiş, baxış zamanı təqribən çəkiləri 58 ( əlli səkkiz ) və 182 ( yüz səksən iki ) qram təşkil edən 2 ədəd bağlamada olan açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddələrin tamlığının pozulmadıqları müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 92-93-cü vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq götürülmüş sonuncuya məxsus “İPHONE 6” markalı mobil telefona baxış keçirilmiş, telefonun “Watsapp” mobil əlavəsində olan siyahıda “İran” adı ilə qeyd edilmiş +98***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +99-***-***-**-** saylı gsm mobil nömrəsi arasında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni İran İslam Respublikasında əldə etməsi, saxlaması, Azərbaycan Respublikasınadək daşıması və AR gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməsi və gələcəkdə yenidən aralarında alqı-satqı barədə razılaşmaları, 2019-cu ilin noyabr ayının sonları-dekabr ayının əvvəllərində Bakı şəhərində telefon vasitəsilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasında yaşayan üzvü istintaqa məlum olmayan yerdə və mənbədən satış məqsədilə qəsdən qanunsuz olaraq külli miqdarda, 220,666 qram heroin narkotik vasitəsini əldə etməsi, ayrı-ayrılıqda çəkiləri 42,396 qram və 178,270 qram olmaqla iki bağlamada qablaşdırmış, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə minik maşınları üçün nəzərdə tutulmuş 1 ədəd qırmızı rəngli ağırlıq qaldırıcının daxilindəki boşluqda yerləşdirib saxlanılmasını, aralarında 1-ci alqısatqının uğurlu keçdiyi halda ardınca yenidən sifariş verəcəyi barədə razılığın olması barədə yazışmalar aşkar olunmuşdur. Cinayət işinin 1-ci cildinin 107-111-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 dekabr 2019-cu il tarixli 30096 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 200222 nömrəli politilen paketdəki 2 ədəd bükümdə ayrı-ayırlıqda təmiz çəkiləri 42,396 qram və 178,270 qram, ümumi təmiz çəkisi 220,666 qram qəhvəyi rəng maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Hər iki bükümdəki heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’-in siyahısına (siyahı İ) daxildir. Cinayət işinin 1-ci cildinin 201-202-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Ambulator X1 tərəfindən verilmiş 12 fevral 2020-ci il tarixli 368 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 210-213-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Texniki ekspertizası üzrə 28 fevral 2020-ci il tarixli 2850 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd həssas təzyiqlə ( sensorlu ) çalışan “İOS” əməliyyat sistemi ilə təchiz edilmiş “İPHONE6” ( 16gb ) markalı, “A1586” modelli, “**********66554” İMEİ kodlu mobil smartfon telefon olmaqla, hal-hazıradək işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır ( mobil telefonun proqram təminatında olan İmei kodla arxa tərəfindənki markirovka göstəricilərindəki imei kodu fərqlənir. Təqdim edilmiş bir ədəd həssas təzyiqlə ( sensorlu ) çalışan “İOS” əməliyyat sistemi ilə təchiz edilmiş “İPHONE6” ( 64gb ) markalı, “A1586” modelli, “**********51394” İMEİ kodlu mobil smartfon telefon olmaqla, hal-hazıradək işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır ( mobil telefonun proqram təminatında olan İmei kodla arxa tərəfindənki markirovka göstəricilərindəki imei kodu fərqlənir. Təqdim edilmiş “İPHONE6” ( 16gb) markalı, “A1586” modelli mobil (smartfon) telefonun yaddaşında olan və yaddaşından pozulmuş “Cellebrite” firmasının “UFED TOUCH2” markalı qurğunun tərtib etdiyi ( hesabat Report-Otçet məlumat və səlinmiş faylların izləri “UFED TOUCH2” markalı qurğunun proqram təminatının funksiyanal imkanlarının nəticələridir) 62.5 KB həcmdə məlumatlar müəyyən olunmuş, həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza2850” adlı iş çantasında üzərində “PRİNCO BUDGET DVD-R” yazısı olan diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Təqdim edilmiş “İPHONE6” ( 64gb) markalı, “A1586” modelli mobil (smartfon) telefonun yaddaşında olan və yaddaşından pozulmuş “Cellebrite” firmasının “UFED TOUCH2” markalı qurğunun tərtib etdiyi ( hesabat Report-Otçet məlumat və səlinmiş faylların izləri “UFED TOUCH2” markalı qurğunun proqram təminatının funksiyanal imkanlarının nəticələridir) 59.3 KB həcmdə məlumatlar müəyyən olunmuş, həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza2850” adlı iş çantasında üzərində “PRİNCO BUDGET DVD-R” yazısı olan diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 214-215-ci vərəqlərində olan “PRİNCO BUDGET DVD-R” yazısı olan diskə tərəfimdən baxış keçirilmiş, baxış zamanı diskin 2019-12-31.18-27-24 (16 gb) qovluğununun, Apple-İphone 6 (A1586) qovluğunun, Chats qovluğunun, Whatsapp qovluğunun, Chats-28 sənəd bölməsinə daxil olduqdan sonra 05.12.2019-cu il saat 13:42:48 saniyədən 07.12.2019-cu il saat 19:51:27 saniyəyə qədər olan müddət ərzində +98***-***-**-** saylı nömrədənadı nömrələr siyahısında “İRAN” adı ilə qeyd olunmuş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +994-55-422-77-65 nömrəsi arasında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni İran İslam Respublikasında əldə etməsi, saxlaması, Azərbaycan Respublikasınadək daşıması və AR gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməsi və gələcəkdə yenidən aralarında alqı-satqı barədə razılaşmaları, 2019-cu il ilin noyabr ayının sonları-dekabr ayının əvvəllərində Bakı şəhərində telefon vasitəsilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasında yaşayan üzvü istintaqa məlum olmayan yerdə və mənbədən satış məqsədilə qəsdən qanunsuz olaraq külli miqdarda, 220,666 qram heroin narkotik vasitəsini əldə etməsi, ayrı-ayrılıqda çəkiləri 42,396 qram və 178,270 qram olmaqla iki bağlamada qablaşdırmış, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə minik maşınları üçün nəzərdə tutulmuş 1 ədəd qırmızı rəngli ağırlıq qaldırıcının daxilindəki boşluqda yerləşdirib saxlanılmasını, aralarında 1-ci alqısatqının uğurlu keçdiyi halda ardınca yenidən sifariş verəcəyi barədə razılığın olması barədə yazışmalar aşkar olunmuşdur. Diskə baxış zamanı yazşmaları özündə əks etdirən məlumatlar A4 formatında çap olunaraq baxış protokoluna əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 4-6-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Publik hüquqi Şəxsin 7 mart 2020-ci il tarixli 656 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansısa bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansısa bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 40-41-ci vərəqlərində olan protokoldan görünür ki, “xxxx” MMC-dən 23,04.2020-ci il tarixdə BKC/LGL-5301/20 saylı məktubla daxil olmuş 1 ədəd SD diskə baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin istifadə etməsi ilə bağlı sms mətnləri, zəngləri aşkar edilmiş, CD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 38-39-cu vərəqlərində olan protokoldan görünür ki, “xxxx” MMC-dən 23.04.2020-ci il tarixli AZF/LGL-2275/20 saylı məktubla daxil olmuş 1 ədəd SD diskə baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən hər hansısa bir məlumat aşkar olunmamışdır. SD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 58-59-cu vərəqlərində olan qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınan “Təqsirləndirilən şəxs məxsus ilkin çəkisi 220,666 qram təşkil edən ekspertiza tədqiqatından sonra qalıq 220,566 qram heroin narkotik vasitə” həmçinin, “aşkar edilmiş vasitənin içərisində yerləşdirilməklə gizlədildiyi minik maşınları üçün nəzərdə tutulmuş qırmızı rəngli ağırlıq qaldırıcı alət”, Təqsirləndirilən şəxs məxsus saxlanılan zaman üzərindən götürülmüş 1 ədəd “İPHONE6” ( 16gb ) markalı, “A1586” modelli, “**********66554” İMEİ kodlu mobil smartfon telefon aparatı və 1 ədəd “İPHONE6” (64gb) markalı, “A1586” modelli, “**********51394” İMEİ kodlu mobil smartfon telefon aparatı saxlanılması üçün Binəqədi RPİ- nin NH-nə təhvil verilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2016-cı il tarixli qərarında göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlil- qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmiş olduğu külli miqdarda narkotik vasitə olan heroini gələcəkdə istifadə məqsədi ilə gətirdiyini, satış məqsədinin olmadığını göstərməsi özünü müdafiə xarakteri daşıdığından özünü müdafiə kimi qiymətləndirilməklə, təqsirləndirilən şəxsin özünün qismən etirafı, şahid ifadələri, telefonuna keçirilmiş baxış protokolu, məhkəmə texniki ekspertizası üzrə telefon aparatlarında olan vhatsap yazışmalarından çıxarışa baxış protokolu, “xxxx” MMC-dən daxil olmuş CD diskdə olan sms mətnlərinə baxış protokolu, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilir. Cinayət işinin 2-ci cildinin 58-ci vərəqində olan 23 aprel 2020-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından fakta görə ayrıca cinayət işi ayrılmışdır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün qismən etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 66-67, 161-162-ci vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2019-cu il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 204-205-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 04.06.2002-ci il tarixdə Ağdaş rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-n 321.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Əməlindən səmimi peşman olması və məhkumluğunun olmaması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 05 dekabr 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 12 fevral 2020-ci il tarixli, 368 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 141,76 AZN (bir yüz qırx bir manat yetmiş altı qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Binəqədi RPİ-nin NH-də saxlanılan “Təqsirləndirilən şəxs məxsus ilkin çəkisi 220,666 qram təşkil edən ekspertiza tədqiqatından sonra qalıq 220,566 qram heroin narkotik vasitə məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, qırmızı rəngli ağırlıq qaldırıcı alət”, Təqsirləndirilən şəxs məxsus saxlanılan zaman üzərindən götürülmüş 1 ədəd “İPHONE6” ( 16gb ) markalı, “A1586” modelli, “**********66554” İMEİ kodlu mobil smartfon telefon aparatı və 1 ədəd “İPHONE6” ( 64gb ) markalı, “A1586” modelli, “**********51394” İMEİ kodlu mobil smartfon telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X2 ödənilməli haqq 360 AZN (üç yüz altmış manat) Bakı şəhəri 11 saylı vəkil bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 05 dekabr 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 141,76 AZN (bir yüz qırx bir manat yetmiş altı qəpik) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Binəqədi RPİ-nin NH-də saxlanılan “Təqsirləndirilən şəxs məxsus ilkin çəkisi 220,666 qram təşkil edən ekspertiza tədqiqatından sonra qalıq 220,566 qram heroin narkotik vasitə məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, qırmızı rəngli ağırlıq qaldırıcı alət”, Təqsirləndirilən şəxs məxsus saxlanılan zaman üzərindən götürülmüş 1 ədəd “İPHONE6” ( 16gb ) markalı, “A1586” modelli, “**********66554” İMEİ kodlu mobil smartfon telefon aparatı və 1 ədəd “İPHONE6” ( 64gb ) markalı, “A1586” modelli, “**********51394” İMEİ kodlu mobil smartfon telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Eldar Mikayılov
3. Siyavuş Hacıyev