Məhkəmə qərarları › İş №1(101)-164/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-164/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-164/2022 18.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X4, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları: X12, Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X10 və «BHM və Partnyorları» Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləmiş, əvvəllər məhkum olunmamış,Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., H.B. Əliyev küçəsi, ev 50, mənzil 49-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsindəhəbs qətimkan tədbiri seçilməkləhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, 1988-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləyərkən qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə işlədiyi həmin məktəbin direktoru vəzifəsində işləmiş və barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Başİdarəsində mənimsəmə və digər faktlarla bağlı ********* nömrəli cinayət işi istintaq olunan Şahid1 2020-ci ilin may ayında özünün genişəlaqələrə malik olduğunu və həmin əlaqələrindən istifadə edərək qeyd edilən cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini təmin edə biləcəyini ünvan 1 ünvanda yerləşən evində görüşləri zamanı ona yalandan vəd edib, bunun üçün özünün əlaqələri vasitəsilə Korrupsiyaya qarşı Mübarizə Başİdarəsinin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun barəsində cinayət təqibi üzrə icraata hüquqi əsaslar olmadan xitam verilməsinə görəözü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, sonuncu ilə razılaşmaqla sövdələşərək, həmin adla 2020-ci ilin may ayından 2021-ci ilin fevral ayınadək olan müddətdə hissə-hissə olmaqla Yasamal rayonu, S.Salayev, küçəsi, ev 19-da yerləşən evində və evinin qarşısında ümumilikdə 168.300 (bir yüz altmış səkkiz min üç yüz) manat məbləğində pul vəsaitini Şahid1 alıb, şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 168.300 (bir yüz altmış səkkiz min üç yüz) manat məbləğində pul vəsaitini vahid niyyətləələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, iyirmi ilə yaxın müddət ərzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləmişdir. Məktəbin direktoru Şahid1 idi. Şahid1 ilə aralarında yaxşı münasibət olduğundan bir çox yerə birlikdə gedib-gəlmişlər, hətta onun qızı Şahid2 bağçaya aparıb-gətirmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar müalicə və müayinə məqsədilə bir neçə dəfə xarici ölkəyə getmiş, nəticədə ağciyərində xərcəng xəstəliyi aşkar olunmuşdur. Bu səbəbdən bir müddət Mehribangillə əlaqəsi olmamış, sonradan Mehriban ona bildirmişdir ki, barəsində cinayət işi var, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində onun əmək haqqı kartı da daxil olmaqla otuz yeddi nəfər müəllimin maaş kartı aşkarlanmışdır. Onun «KapitaBank»a olan borcu maaş kartından çıxıldığı üçün Mehriban bir müddət sonra kartını özünə qaytarmış və verilməli olan məzuniyyət pulunun yarısını ona vermişdir. Mehriban ona barəsindəki cinayət işi və özünə məxsus olan mülklərin satılması ilə bağlı köməyinə ehtiyacı olduğunu deyib, kömək etməsini xahiş etmişdir. Mehribanın barəsində 1.000.000 (bir milyon) manat məbləğində pulu mənimsəməsinə dair cinayət işi vardır. Həmin vaxtlar əlində olan pullarını müalicəsinə xərclədiyi üçün Mehribana pul verə bilməmişdir. Mehribanın mülklərinin siyahısında Novxanıda torpaq sahəsi, «28 May» ərazisində üçotaqlı mənzil, bunlardan başqa ona demədiyi digər mülkləri də olmuşdur. Mehribana kömək məqsədilə onun öz xahişi ilə onu ev alqı-satqısı ilə məşğul olan dostu Salman Hüseynov ilə tanış etmişdir. Salman satılacaq əmlaka qiymət müəyyən etməli idi. Salman və Mehribanla birlikdə sonuncunun «28 May» ərazisində olan evinə qiymət təyin etmək üçün həmin ünvanda olmuşlar və Salman sözügedən evi 200.000-250.000 (iki yüz min-iki yüz əlli min) manata sata biləcəyini demişdir. Evə gəlib arvadı Şücayət Rəhimova ilə məsləhətləşdəkdən sonra uzun müddətdir kirayədə qaldıqlarından həmin evi almağı qərarlaşdırmışlar və bu məqsədlə öz evində Salmanın iştirakı ilə Mehribana 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vermişdir. Daha sonra Mehribanla birlikdə Bakı şəhəri, Xətai rayonunda yerləşən «BeynəlxalqBank»ın filialında həmin pulu dəymiş ziyanın aradan qaldırılmasından ötrü banka ödəyərək qəbzi götürüb, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedərək müstəntiq Zaur Qasımova pul vəsaitini ödəmələri barədə bildirmişlər. Zaur müəllim ödənilən vəsaitin az olduğunu bildirmiş, buna görə də, Mehribana kömək məqsədilə bir neçə gündən sonra 25.000 (iyirmi beş min) manat, bundan üç-beş gün sonra isə 5.000 (beş min) manat pul vermişdir. Beləliklə, Mehribana cəmi 114.000 (bir yüz on dörd min) manat pul vermişdir. Buna baxmayaraq Mehriban ona «Nizami» metrosunun yaxınlığındakı notariusda həmin evi artıq satmaq istəmədiyini, evi baha qiymətə satacağını, onun pulunu isə hissə-hissə qaytaracağını demişdir. Həmin vaxtdan bu günə kimi Mehriban ona hər dəfə 4.000 (dörd min) manat olmaqla iki dəfəyə cəmi 8.000 (səkkiz min) manat pul ödəmiş, qalan pulunu isə verməmişdir. Buna görə də, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi yazmış və ona şikayətin aidiyyatı üzrə Bakı Şəhər Prokurorluğuna göndərildiyi barədə məlumat verilmiş, bir neçə gündən sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağrılmış, orada şikayəti onun yazmasına baxmayaraq Mehribanın ondan şikayətçi olduğudeyilmişdir. Dəfələrlə Mehribana borca pul vermiş, bir iş yoldaşı kimi dayaq olmuş, lakin Mehriban ona böhtan ataraq, guya onun pulunu aldadaraq əldə etdiyini demişdir. Həqiqətdə isə o Mehribana pul vermişdir və tələb hüququ onundur. Mehriban ondan borclarını ödəmək məqsədilə istifadə etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində ona elan olunan Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, 1988-ci ildən 7 saylı Musiqi Məktəbində qarmon müəllimi işləyir. Şahid1 2000-ci ildən, yəni, müsiqi məktəbinə direktor vəzifəsinə təyin olunandan tanıyır. Mehribanın dedikləri yalan və böhtandır. Təqribən 2020-ci ilin may ayında Mehriban hüquq mühafizə oqranları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmışdır. Bir müddət sonra Mehriban yaşadığı evə gələrək ona maddi köməklik etməyini xahiş etmiş, bununla bağlı «28 May» metrostansiyasının yaxınlığında üçotaqlı mənzilinin olduğunu və həmin evi satıb cinayət işi ilə bağlı ziyanıödəmək niyyətinin olduğu bildirmişdir. Mehribana 50.000 (əlli min) ABŞ dolları pulu borca vermək imkanının olduğunu demiş və Mehriban həmin evi ya onun adına keçirməyə, ya da evi satıb onun borcunu verəcəyinə söz vermişdir. 2020-ci ilin yay aylarında evində olan 50.000 (əlli min) ABŞ dolları pulu tanışı, ev alqı-satqısı ilə məşğul olan Salman Hüseynovun, arvadı Şücayət Rəhimovanın yanında Mehribana vermişdir. Həmin günü Mehribanın avtomobili ilə Salmanla birlikdə köhnə Bakı Şəhər Polis İdarəsinin yerləşdiyi binanın yaxınlığında yerləşən «BeynəlxalqBank»a getmiş, Mehriban banka daxil olub, həmin pulu cinayət işi ilə bağlı dəymiş ziyan üçün ödəmişdir. Bir müddət sonra Mehriban ziyanın ödənilməsi üçün pul lazım olacağını, bunun üçün də Novxanı qəsəbəsində gölün ətrafında torpaq sahəsinin olduğunu, həmin torpağıda satıb ziyana görə ödəniləcəyini demiş, torpağı ucuz qiymətə satmamaq üçün ondan borca pul istəmişdir. Mehriban həmin vaxtı yaşadığı evə gələrək 25.000 (iyirmi beş min) manat pulu borca ondan götürərək ziyanın ödənilməsi üçün banka köçürdüyünü demişdir. 2021-ci ilin əvvəllərində ona iki dəfə 4.000 (dörd min) manat olmaqla, cəmi 8.000 (səkkiz min) manat pul qaytarmış, qalan pulu isə hazıradək qaytarmamışdır. Şahid3 uzun müddətdir tanıyır, vergi orqanlarında işləmişdir. Mehribanı Seyhunla tanış etmişdir ki, onun barəsində olan cinayət işinin həll edilməsi üçün köməklik etsin. Onları «Altun Buta» restoranında tanış etmiş, Seyhun işdən xəbərdar olduqdan sonra ziyanın ödənilməli olduğunu bildirmişdir. Bundan sonra Seyhunla Mehriban görüşməmişdir. Səs yazılarını diqqətlə dinləmiş, Mehribandan borca verdiyi pulunu almaq üçün Mehribana müxtəlif yalanlar demişdir. Həmin səs yazılarında da guya onun işini həll edəcəyini, cinayət işini qısa müddətdə bağladacağını bildirmişdir ki, onun borc pulunu qaytarsın. Mehribandan Seyhuna verilməsi üçün hər hansı bir məbləğdə pul almamışdır (iş vərəqi 42-45, 71- 73, 83-86, 205-207). Təqsirləndirilən şəxs elan olunan ifadə ilə məhkəmədə verdiyi ifadə arasındakı fərqə aydınlıq gətirmədən məhkəmədə verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini nəzərə alaraq, şahidləri dindirərək, habeləişüzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1998-ci ildən 2020-ci il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində direktor vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, belə ki, o, direktoru olduğu məktəbdə qarmon ixtisası üzrə müəllim işləmişdir, aralarında yaxşı münasibət vardı. Direktor işlədiyi müddətdə məktəbdə baş vermiş qanunsuzluqlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılmış və həmin işartıq yekunlaşdırılmış, barəsində ittiham hökmü çıxarılmışdır. Həmin cinayət işinin istintaqı müddətində Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu da ona barəsində olan cinayət işini müəyyən ödəmə müqabilində qısa müddətdə xitam etdirmək imkanının olduğunu bildirmişdir. Sahib ailəvi dostu olan Şahid3 yuxarı vəzifəli şəxslərlə geniş əlaqələrinin olduğunu, bu işi də Seyhunun vasitəsilə həll edəcəyini demişdir. Sahibdən əvvəllər də Seyhunun barəsində eşitmişdir. Belə ki, beş-altı il öncə yaxınlarından biri vəzifəli işə keçməyinə kömək etməyi xahiş etmiş, o da Sahibdən bu barədə soruşanda, sonuncu veri orqanlarında işləyən Şahid3 adlı tanışı olduğunu və onun vasitəsilə kömək edə biləcəyini demişdir. Seyhunla ilk dəfə həmin işlə bağlı beş-altı il bundan əvvəl Sahibin iştirakı ilə görüşmüşdür. Öz işi barədə də Sahibə müraciət etməkdə məqsədi o idi ki, Seyhunun vasitəsilə məsələ həll olunsun. Barəsində olan cinayət işinin həlli ilə əlaqədar Sahibə 2020-ci ilin may ayından etibarən pul verməyə başlamış, pulları ona müxtəlif vaxtlarda, ayrı-ayrı məkanlarda vermişdir. Pulun verilməsi zamanı adətən Sahiblə ikisi olmuş, Sahibə evində pul verdikdə isə arvadı Şücayət Rəhimova yanlarında olmuşdur. Bir dəfə də bu işlə bağlı Seyhunla Razində yerləşən restoranların birində görüşdükləri vaxt Sahib onun yanında 10.000 (on min) manatı pulu Seyhuna vermişdir. Özü şəxsən Seyhuna pul verməmiş, Sahibin vasitəsilə pulları ona vermişdir. 2020-ci ilin mayayında ilkin olaraq Sahibə evinin yaxınlığında, yəni ünvan 2 ünvanında özünə məxsus avtomobildə 10.000 (on min) manat, sonradan isə 2020-ci ilin may-iyul aylarında 15.000 (on beş min) manat, 10.000 (on min) manat olmaqla müxtəlif məbləğlərdə pulu onun yaşadığı evin qarşısında vermişdir. Həmin müddət ərzində Sahib və Seyhunla birlikdə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən «Altun Buta» restoranında görüşləri olmuş və Seyhunun da bu məsələni həll edəcəyini demişdir. Seyhunun öz tələbi ilə Sahibə verdiyi bütün pulları zəng edərək Seyhuna demişdir. 2020-ci ilin avqust ayında Sahib bu işin həll edilməsi üçün ümumilikdə 130.000 (bir yüz otuz min) manat pul lazım olacağını evində demiş və həmin vaxta qədər Sahibə hissəhissə 70.000 (yetmiş min) manat pul verilmişdir. 2020-ci ilin avqust ayında qızının evini sataraq 60.000 (altmış min) manat pulu da Sahibə hissə-hissə evində və evinin qarşısında vermiş vəbununla da Sahibin dediyi 130.000 (bir yüz otuz min) manat pulu tamamlamışdır. Bundan sonra Seyhun Sahibin mobil telefonu ilə ona zəng edib, əlavə olaraq 30.000 (otuz min) manatda lazım olduğunu demiş, 2020-ci ilin sentyabr-oktyabr aylarında həmin məbləğdə pulu hissə-hissəolmaqla Sahibə onun evinin qarşısında vermiş və hər dəfə də Seyhuna zəng edərək bu barədə məlumat vermişdir. Sahibə sonradan əlavə olaraq 10.000 (on min) manat da vermiş və beləliklə, 2020-ci ilin may ayından 2021-ci ilin yanvar ayına kimi olan müddət ərzində 168.300 (bir yüz altmış səkki min üç yüz) manat pul vermiş olmuşdur. Həmin məbləğdə pulu hissə-hissə verməsinə səbəb o idi ki, hər dəfə hansısa əmlakını satmaqla pul əldə edə bilirdi, özü ilə qızının evlərini, avtomobilini belə satmış, hətta bankdan kreditə pul götürmüşdür. Əmlakının bəzisini Sahibin tanışı Salman Hüseynovun köməyi ilə satmışdır. Salman ev alqı-satqısı ilə məşğul olurdu. Artıq satmağa əmlakı qalmamışdır. Şikayətində ona vurulmuş ziyanı yuvarlaqlaşdıraraq 170.000 (bir yüz yetmiş min) manat olduğunu bildirmişdir. Sahibin deməsinə görə ona verdiyi pulların hamısı Seyhuna verilmişdir. Sahibə verdiyi 168.300 (bir yüz altmış səkki min üç yüz) manatdan başqa barəsində olan cinayət işi üzrə dəymiş ziyanın ödənilmsi məqsədilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 90.000 (doxsan min) manat pul ödəmişdir. Əlavə olaraq Sahib ona kömək etmək üçün guya evindən öz pulunu aparıb verməsini, başqa adamlardan da ona görə pul almasını demiş, bir müddətdən sonra isə həmin şəxslərin pullarını istədiklərini deyib, heç olmasa o pulların faizini ödəməyi tələb etmişdir. Həmin vaxtlar artıq işdən çıxmış, maddi vəziyyəti çox aşağı olmuş, qohumları onun dolanışığına köməklik göstərmişlər.Sahib ona cəmi bir dəfə borc olaraq 3.000 (üç min) manat pul vermiş, həmin pulu da qısa müddətdə Sahibin özünə qaytarmışdır. Sonralar məlum olmuşdur ki, Sahib heç bir zaman onun ödənişlərini özünün vəsaiti hesabına ödəməmişdir. İbtidai istintaq zamanı barəsindəki iş ilkin olaraq müstəntiq Haqverdi Mehrəliyevin, sonradan isə Zaur Qasımovun icraatında olmuşdur. Sahibin dedikləri müstəntiqin sözləri ilə üst-üstə düşdüyünə görə ona inanmışdır. Əvvəllər Sahib özü ona zəng edib görüşə çağırar, görüşərək oturub işin həlli barədə danışarmışlar. Bir müddətdən sonra barəsində olan cinayət işi məhkəməyə verildiyi üçün Sahibləəlaqə saxlayıb, işinin həll edilməməsinin səbəbini soruşmuş, həmin vaxtdan Sahib və Seyhun müxtəlif bəhanələrlə onu aldatmağa çalışmışlar. Belə ki, onlar ona deyirdilər ki, barəsində olan işi guya məhkəmədən ibtidai istintaqa qaytartdıracaqlar. Daha sonralar isə Sahib onun zənglərinə cavab verməməyə başlamış, onunla heç bir vasitə ilə əlaqə saxlaya bilməmiş, ən sonda isə ondan heç bir vaxt pul almadığını bildirmişdir. Halbuki, Sahibdən pullarını geri tələb etdikdə onun arvadı və oğlu ilə birlikdə borc müqaviləsi bağlamaq üçün notariat kontorunda görüşləri olmuş, onlar ona ilkin olaraq 40.000 (qırx min) manat pul verib, qalan 128.300 (bir yüz iyirmi səkkiz min üç yüz manatı da yetmiş gün ərzində qaytaracaqlarına söz vermişlər, bu barədə notariusdan ona sənəd də təqdim olunmuşdur. Həmin müqavilə bağlanarkən qardaşının iki dostu da onların yanında olmuşlar. Bütün bunlara baxmayaraq Sahibin onu aldatmasına tam əmin olduqdan sonra onun barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə şikayət etmiş, lakin sübutlar kifayət etmədiyindən barəsində cinayət işi başlamamışdır. Sahib vəzifəli şəxsin adınıçəkməsəydi,ona həmin məbləğdə pul verməyəcəkdir. Hazırda Təqsirləndirilən şəxs pulunu geri tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anası Şahid1 uzun illər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində direktor vəzifəsində işləmişdir. Təhsili vokal üzrə olduğundan həmin məktəbdə müəllimə işlədiyi dörd ay müddətində məktəbdə baş vermiş qanunsuzluqlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində anası haqqında aparılan cinayət işinin istintaqı müddətində musiqi məktəbinin müəllimi Təqsirləndirilən şəxs onlara söz vermişdir ki, anasının barəsində olan cinayət işini qısa müddətdə xitam etdirmək imkanı var, yuxarı vəzifəli şəxslərlə geniş əlaqələrindən istifadə edərək onu işlədiyi vəzifəsinə qaytaracaqdır. Anası Təqsirləndirilən şəxs iyirmi iki ildir tanıyır, özü də onunla dəfələrlə bir yerdə məclislərdə olmuşdur, aralarında yaxşı münasibət vardı. Sahib anasına görə söz verdiyi işlərin görülməsindən ötrü vəzifəli şəxslərə təcili pul verilməli olduğunu, bununla əlaqədar anasını ayrı-ayrı vəzifəli şəxslərlə görüşdürəcəyini bildirdiyi üçün anası pul toplamaq məqsədilə evlərini, avtomobilini satmış, qohumlarına müraciət edərək borc almış, ayrı-ayrı banklardan kreditlər götürmüşdür. Anası Sahibə 2020-ci ilin may ayında ilkin olaraq ünvan 1 ünvanında özünə məxsus olan avtomobildə 10.000 (on min) manat, sonradan isə həmin ilin may-iyul aylarında 15.000 (on beş min) manat, 10.000 (on min) manat olmaqla müxtəlif məbləğlərdə pul vermişdir. Anası Sahibə hər dəfə pul aparanda evdə onun da bu barədə bilmiş, hətta özü də əksər görüşlərdə anasının yanında olmuşdur. Anası Sahibin özünün iştirakı ilə hüquqşünas kimi təqdim etdiyi Şahid3la Bakı şəhəri, Sabunçu rayonunda yerləşən «Altun Buta» restoranında görüşmüş, Seyhun anasının barəsində aparılan cinayət işinin istintaqında köməklik göstəriləcəyini söyləmişdir. Həmin görüşdə o da iştirak etmişdir. Anası Sahibə çox güvənib etibar etdiyindən o, işin yekunlaşdırılması üçün ümumilikdə 130.000 (bir yüz otuz min) manat pul lazım olacağını deyəndə tərəddüd etmədən razılaşaraq hissə-hissə olmaqla 70.000 (yetmiş min) manat, 2020-ci ilin avqust ayında ona məxsus evini sataraq 60.000 (altmış min) manat pulu verməklə onun dediyi 130.000 (bir yüz otuz min) manat pulu tam olaraq vermişdir. Bundan sonra anası 2020-ci ilin sentyabr-oktyabr aylarında 30.000 (otuz min) manat, daha sonra isə 10.000 (on min) manatı Sahibə onun evinin qarşısında vermiş və hər dəfə bu barədə Seyhuna zəng edərək məlumat vermişdir. Beləliklə, anası Sahibə istintaqda olan işinin həll edilməsi ilə bağlı ümumilikdə 168.300 (bir yüz altmış səkkiz min üç yüz) manat məbləğində pul vermiş, lakin iş həll olunmamış, bir müddətdən sonra anasının barəsidə olan cinayət işi məhkəməyə verilmiş, Sahib və Seyhun müxtəlif bəhanələrlə anasını yenə aldatmağa çalışmışlar. Özü də dəfələrlə Sahiblə telefon əlaqəsi saxlayaraq anasının işi ilə maraqlanmış, Sahib məsələnin telefon söhbəti olmadığını deyib, müzakirə etmək istəmədiyini, hər şeyin yaxşı olacağını deməklə, bu günə kimi onları aldatmış, anasının nə işini həll etmiş, nə də aldığı pulları tam olaraq qaytarmışdır. Sahib aldığı pullardan yalnız anasının şikayətindən sonra az bir hissəni qaytarmış, qalanını isə hələ də qaytarmamışdır. Sahibin onun anasının işi ilə bağlı onların əvəzindən kiməsə pul verib-verməməsini xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir, 2013-cü ildən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X13 üzrə Baş İdarəsində baş dövlət vergi müfəttişi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs bir qonşu kimi 2001-ci ildən tanıyır, münasibətləri həmişə yaxşı olmuş, hər hansı bir düşmənçiliyi, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon müəllimi işləyirdi. Həmin məktəbin direktoru Şahid1 idi. Şahid1 Təqsirləndirilən şəxs vasitəsi ilə tanımış, onunla arasında əvvəllər heç bir düşmənçilik, ədavət olmamışdır. 2020-ci ilin fevral-mart aylarında Təqsirləndirilən şəxs ona demişdir ki, iyirmi ildir bir yerdə işlədiyi Şahid1 qanunla bağlı problemələri var, bir hüquqşünas kimi ondan məsləhət almaq istəyir və bu məqsədilə Şahid1 ilə birlikdə görüşməyi xahiş edir. Təqsirləndirilən şəxs xahişini yerə salmamaq üçün bir neçə gündən sonra onlarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Altun Buta» şadlıq evinin yanında yerləşən kafedə görüşmüşlər. Şahid1 ilk dəfə olaraq həmin vaxt görmüş, Təqsirləndirilən şəxs Mehriban xanıma onu hüquqşünas kimi təqdim etmişdir. Həmin vaxt Şahid1 bildirmişdir ki, barəsində məktəbində işlədiyi direktorluq fəaliyyəti ilə bağlı aparılmış araşdırma nəticəsində mənimsəmə faktları ilə birbaşa əlaqəsinin olmasına dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır və vurmuş olduğu ziyan ümumilikdə 1.000.000 (bir milyon) manata yaxındır. Şahid1 qeyd olunan əməlin mülkiyyət əleyhinə cinayət olduğundan cəzasının yüngülləşdirilməsi üçün ziyanı ödəməli olmasını bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs söhbətə qoşularaq bildirmişdir ki, onun özü də Mehriban xanıma kömək edəcək və ziyanı əllərində olan pullarla ödəməyə çalışacaqlar. Şahid1 xahişi ilə bu işlə əlaqədar ortaya çıxacaq məsələlərlə bağlı məsləhət almaq üçün daim onunla əlaqə saxlamasına etiraz etməmişdir, çünki, Təqsirləndirilən şəxs iş yoldaşı onun üçün də yaxın adam hesab olunurdu. Bu görüşdən sonra Şahid1 onunla bir neçə dəfə telefonla əlaqə saxlayaraq məsləhət almış, hətta bir dəfə Bakı şəhəri, Binəqədi rayonunda işdən çıxdığı vaxt qızı və Təqsirləndirilən şəxsla birlikdə iş yerinin qarşısına gəlmiş, ayaqüstü maksimum beş-on dəqiqə söhbətləşəndən sonra oradan uzaqlaşmışlar. Hər dəfə Şahid1 ziyanı ödəməli olduğunu demiş, Mehriban da Təqsirləndirilən şəxsla çalışıb pulları toplayıb ziyanı hissə-hissə ödəyəcəklərini bildirmişdir. Onlara verdiyi bu məsləhətlərin müqabilində heç birindən hər hanı məbləğdə pul almamış, sözü gedən cinayət işi ilə bağlı kömək edəcəyinə, yaxud kimlərdənsə işlə bağlı xahişlər edəcəyinə söz verməmişdir. Bir müddətdən sonra Şahid1 ilə Təqsirləndirilən şəxs arasında ziyanın ödənilməsi üçün pul söhbətləri yarandığını eşitmiş, hətta bir dəfə Mehriban ona zəng vuraraq ödədiyi pulları geri istəmiş, ondan konkret olaraq həmin pulları kimə verməsini soruşmuş, Mehriban da bildirmişdir ki, pulları işinin həll olunmasıüçün Təqsirləndirilən şəxs vermişdir. Şahid1 deməsinə görə Təqsirləndirilən şəxs qeyd olunan pulları ziyanın ödənilməsinə deyil, cinayət işinin istintaqının onun xeyrinə həll olunmasıüçün vəzifəli şəxslərə verəcəyi adı ilə almış, lakin cinayət işində onun xeyrinə heç bir iş görülməmişdir və bu səbəbdən də pullarını geri tələb edir. Şahid1 bildirmişdir ki, ona konkret olaraq heç kim heç bir məbləğdə pul verməmişdir, onun adından kimsə pul almışdırsa gedib pullarını geri tələb etsin, əgər ondan pul almaq fikri olsaydı şəxsən onun özünə bunu deyərdi. Bundan sonra Şahid1 ilə aralarında soyuqluq yaranmış, Mehriban ona, «Sən Sahibin tanışısan və mən pulları Sahibə vermişəm, ona görə də, hər ikinizdən şikayət edəcəyəm» demişdir. Konkret olaraq Təqsirləndirilən şəxs Şahid1 pul alıb-almaması barədə məlumatı olmamış, Mehribanın deməsinə əsasən Sahibin Mehribana 168.000 (bir yüz altmış səkkiz min) manat borcu olduğunu bilmişdir. Şahid1 Təqsirləndirilən şəxs onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan işi yüksək vəzifəli şəxslərin vasitəsilə həll etmək məqsədilə ondan həmin məbləğdə pul aldığını demişdir. Həmçinin Təqsirləndirilən şəxs Şahid1 50.000 (əlli min) ABŞ dolları verməsini də görməmiş, bunu da Sahibin özünün deməsinə görə bilmişdir. Onların arasında olan pul söhbətlərinin şahidi olmadığından düşünür ki, onlar məsələni öz aralarında həll etməlidirlər. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə eyni ərazidə yaşamışlar, üç ildən çoxdur bir-birlərini tanıyırlar, aralarında yaxşı münasibət yaranmışdır, yaxınlıqdakı parkda gəzib günlərini keçirirmişlər. Özü uzun müddət ev alqı-satqısı ilə məşğul olmuş, Sahib isə Musiqi Kollecində müəllim kimi çalışırdı. Sahib ona işlədiyi kollecin direktoru Şahid1 barəsində prokurorluqda cinayət işi olduğu barədə danışıb, bununla əlaqədar Mehribanın evini satmağa kömək etməyi xahiş etmiş, o da etiraz etməmişdir. Sahib ondan buna qədər əvvəllər hər hansı evin satılmasına kömək etməsini xahiş etməmişdir. Başa düşdüyü qədər Mehriban haqqında olan cinayət işi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi məqsədilə əmlakını satırdı. İlk olaraq Mehribanın Biləcəridə yerləşən evinin satılmasına kömək etmişdir. Bundan sonra onu «28 May» ərazisinin yaxınlığında yerləşən yeni tikilidəki evə satış qiyməti qoymaq üçün dəvət etmişlər, həmin evin 200.000 (iki yüz min) manata satıla biləcəyini demişdir. Bunun səhəri Sahib onu öz evinə dəvət etmiş, Mehriban da Sahibgildə olmuşdur. Sahibin arvadı Şücayət Rəhimova da evdə idi. X14 50.000 (əlli min) ABŞ dolları məbləğində pul verməsinin şahidi olmuş, lakin pulu nə məqsədlə verməsini bilməmişdir. Hesab edir ki, Sahibin onu çağırmaqda məqsədi Mehribana pul verməsinə şahidlik etməsi idi. Elə həmin vaxt Sahib Mehribana verdiyi pulu hansısa hesaba ödəmək üçün notariusa, bankın «Beşmərtəbə» adlanan ərazinin yaxınlğında olan filialına gedəcəklərini demiş, işləri olduğu üçün onlarla gedə bilməmişdir. Bundan bir neçə gün sonra parkda gəzişdikləri vaxt Sahib demişdir ki, Mehriban «28 May» adlanan ərazinin yaxınlığındakı evini onun adına keçirəcəyi üçün bir neçə gün əvvəl evində ona həmin məbləğdə pul vermişdir. Bundan başqa, iş materiallarındakı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 20.04.2021-ci il tarixli təqririndən görünür ki, «Qaynar xətt» əlaqə mərkəzinə Hüseynqulu Sarabski adına 7 saylı Musiqi Məktəbinin müəllimi Təqsirləndirilən şəxs həmin məktəbin sabiq direktoru X1 onun barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan ibtidai araşdırmanın dayandırılması və onun vəzifəsinə bərpa edilməsi müqabilində 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul almasına dair məlumat daxil olmuşdur (iş vərəqi 10). İş materiallarındakı epikriz və ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs səhhətində sağ ağciyərin bilinməyən törəməsi dioqnozu ilə problem var və o, 18.09.2017-ci il tarixdən sağ ağciyərin xərçəngi dioqnozu ilə Bakı şəhəri Nəsimi rayonu 20 nömrəli şəhər poliklinikasında onkoloqun dispanser qeydiyyatındadır (iş vərəqi 15-16). İş materiallarındakı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 23.04.2021-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Şahid1 Təqsirləndirilən şəxs ilə arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə demişdir (iş vərəqi 46-50). İş materiallarındakı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 23.04.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:30-da Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 52-53). İş materiallarındakı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 24.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (iş vərəqi 76-77). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-383/2021 nömrəli 24.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (iş vərəqi 94-98). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin 26.06.2021-ci il tarixli 74115-1221 nömrəli məktubundan görünür ki, Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (iş vərəqi 135). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (iş vərəqi 139). İş materiallarındakı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 09.06.2021-ci il tarixli protokolundan görünür ki, Şahid1 istintaqa təqdim etmiş olduğu bir ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin çarxda üç ədəd qeydiyyata alınmış səs yazısı vardır və həmin səs yazılarında keçən dialoqlar aşağıdakı kimdir. A. Salam Sahib müəllim necəsiz? S. Salam, salam şükür Allaha babatam A. Bağışlayın sizi narahat edirəm çox vaxtınızı almayacam. Mamanın işi nə vəziyyətdədi? S. Mamanın işi? Gətirdilər bura korrupsiyadadı A. Çünki özündən soruşuram elə neçə aydı eyni şeyi mənə deyir mən başa düşə bilmirəm S. Məhkəmədəydi, məhkəmədədi hə indi gətirdilər korrupsiyaya A. İndi bu hara doğru gedəcək? S. Onu deyəcəklər onu deyəcəklər yaxşıya doğru A. Yaxşıya doğru bu mən bir şeyi başa düşə bilmirəm ey indi ikinizdə birləşdiniz, Sizdə çırpındınız ordan borca girdiniz, mamada borca girdi pulu aldınız, o ailənində adı var yox, indi üstüörtülü deyirəm. Necə olur ki, bu məsələ hələdə həll oluna bilmir, mənəçatmır ordanda mənim dostlarım, bir dostum var hansı ki, atası az vəzifədədi amma əli girir də öyrənir məlumatları, oda çoxdan necə ay bundan qabaq öyrənib mənə demişdi ki, yox e məhkəmə olacaq belə olacaq belə olacaq. İ sizdə mənə deyirdiniz ki, məhkəmə zad olmayacaq prosta başa düşə bilmirəm mən doğurdan uje partlayıram. Çünki mən necə biz necə bir ilə yaxındı ki, siz özünüzdə zülümdəsiz, Biz özümüz də zülümdəyik bu hara gedir? Bu necə iş görür mənə çatmır. S. Bunu görüşəndə mamandan bir yerde danışar, maman onunla onu mənlə telefonda belə söhbətlər eləmə. A. Bilirəm e prosta onu siz bilirsiz axı her şeyi başa düşürəm e telefon söhbəti deyil S. Onu mamanda bilir gedib üzbəüz görüşəndə mamanla görüşüb danışıb mamana deyərəm, danşar, görüşər, özü danışıb görüşəcək narahat olma özü danışıb görüşəcək çağıracaq mamanı görüşəcək bu yaxın günlərdə A. Sizdə olasız da orda S. Hə yəqin ki A. Hə okey S. Yaxın günlərdə çağırıb görüşəcək. Sən mamaya denən eşidirsən? A. Bəli S. Mənim o götürdüyüm faizlər vardı ee onları tez tapıb gətirsin çünki o adam mənə ikinci gününə vaxt verib gəlib həyasızlıq eləməsin evdə. Çox-çox xahiş edirəm Aydan bunu sənə demek istəmədim yəni demək istəmirdim yox e sən uşaqsan mamıya demişəm yəni elə vəziyyətdi ki, A. Mən başa düşürəm, mən bilirəm mama özü mənə deyib ki Sahib mənə görə nəəziyyətlərə girib amma iş ondadı ki, Mehriban işində işləmir deyə buna heç kim pul verən deyil ki, borc kimi bu borcunu başqa borcunu ödəsin S. Onu mənə deyərdin mən götürməzdim də o vəziyyətdə A. Yox e mən onu demirəm çox sağ olun mən bilirəm siz zəhmət cəkirsiz görürdüm sizin bütün vəziyyətinizi mən onu demirəm, mən bir dənə onu deyirəm ki, bu nətəri iş görür mənə o catmır. Bu insanın vicdanı rahatdı ki bu iş olunacaq? O bilmir ki, siz ikiniz nə zülüm çəkirsiz? S. Aydan Allah haqqı o iş alınacaq, alınacaq özüdə yüksək səviyyədə amma mamaya denən sənə and verirəm Allaha ona elesin indi mən bir az babat olsam sabahda zadda sizə gəlib söhbət edərik oturub özün görərsən ki nədir vəziyyət nə deyil A. Mən uje neçə aydı başa düşə bilmirəm ki Allah bəlasını versin onun əgər bu işə yalandan girişibsə, Allah baxır göydən bu qədərdə insafsızlıq olmaz belə şey olar Sahib müəllim. Bu pulu götürüb nətəri bunu eləmir ordanda adı familyası var bu nə deməkdi adam dolamaqdı, siz ona nece güvənirsiz? Niyə ona güvənirsiz necə aydı heç nə olmur. S. Heç nə olmur Aydan? A. Neçə aydı mənim dostumun atası mənə demişdi ki, yox e məhkəmə olacaq məndə sakit dururam indi heç nə demirəm də S. Dostunun atasına deyərsən ki, getsin maraqlansın ki, məhkəməyə gedən iş qayıdırsa yerinə gör bunu iş görürlər görmürlər A. Yox e mən sizdən bir dənə bunu eşitmişəm ki, filankəsin stolunun üstundədi, filankəsin stolunun üstündədi rahat ol, rahat olun, rahat olun S. Bu iş özün bilirsən ki o iş deyil maman deyilənləri niyə başa düşmək istəmirsən elə belə gəlmir e stolun üstünə niyə başa düşmək istəmirsiz A. Başa düşmək yox e yaxşı sabah gələrsiz danışarıq mən tupoy insanda deyiləm mamada tupoy deyil bizə deyiləndə ki, stolunun üstündədi flandı, flandı onlar sizə deyirlər sizdə bizə deyirsiz, başa düşürəm S. Dövlətə olan borcu ödənməlidi niyə başa düşmək istəmirsiz, mən sənə demirəm ey tupoysan A. Bildim e yəni ki, anlayıram bəs bu pul ödənilib ordan da əgər bunun hamısını eləmək lazım olardısa bu birisinin nə köməyi var. S. Mən elə bildim zəng eləmisən mənim halımı əhvalımı soruşmağa A. Mən mamadan soruşuram sizin hal əhvalınızı mama deyir yazıq necə olsun mənə görə nələrə girişib yazıq necə olsun deyir S. Sabah gələrəm söhbət eləyərik maman gələr söhbət eləyərik telefon söhbəti deyil bala mamana denən məni padvadit eləməsin bircə onu bilirəm ondan sonra hər şey yaxşı olacaq hər şey yaxşı olacaq, məni pis vəziyyətdə qoymasın A. Allah sizin zəhmətinizi yerdə qoymasın ikinizində sağ olun S. Sağ olun Bundan başqa 2-ci səs yazısında dialoq aşağıdakı kimidir: S. Salam M. Salam, Söhbət eləyim? Sürüm? S. Yox söhbət elə. M. Hm. S. Mən İndi maşın gələcək. Mən gedəcəm müəlimlə görüşməyə . M. Hm S. Mənə zəng eləyibdi. Sabah sənə deyəcəm. Sabah səni görüşdürəcəm . M. Kiminlə ? S. İndi hansıynan desən. Nə məsləhət bilsən . M. Hm. S. Hə belə M. Sahib Seyhun nə iş görür voobşe? Nağayrdı? Neynədi mənim məsələmi? S. İndi sabah özü deyəcək də sa neynədi? Nətər oldu? Görüşəciyik deyəcəklər də. Narahat olma. Özləri deyəcək də . M. Sabah verir kağızımı ? S. Ay balam sabah gedib görüşəssən sən. Görüşəssən. Mənə pul gətirmisən? M. Yox. S. Niyə ? M. Mənim al sənədimi. Mən də axtarım da. S. Mehriban demək sən mənnən buna görə görüşmüsən M. Allah haqqı yox. Yox Sahib. S. Hə, hə, aydındır M. Sən mənə yox. Hələ dalaşmıyaq. Sən dünən ağzına gələni dedin mənə S. Yo yox qulaq as da qulaq as. M. Mənə S. Mən? Qulaq as. Mən hələ belə günə düşməmişdim. Sən, sən görürsən fikir verirsən belə deyirsən ki al mənim bəraətimi. M. hm S. Mən sa pul verim. İndi mən belə eləyək. Mən ayın 28-i qəhrəmana pul çatdırmalıyam. Mən gedib indi bu gün məllimə deyəcəm ki, mənim pulumu, mən sənə heç nə demirəm vsyo qurtardı. Heç sa demirəm mənə bais oldun bu pulu? Onu elədin, bunu elədin. Onu indi mənə yaxşı elədin, Allah köməyində olsun. Gedib deyəcam ki, mənim o pulumu Qəhrəman da özu də məni elə tanıyır, qəşəng tanıyır. M. Sahib 28 nə var ey. Mənim. Sən mənə diqqətlə qulaq as S. Yox qulaq as M. Qulaq as. Həmişə sən gedirsən mənim üstümə S. Mən 28-i Qulaq as da gör nə deyirəm. 28 i mən şəxsiyyət vəsiqəmi vermişəm . M. Hə xeyirli olsun, xeyirli olsun S. Sağ ol, o adam onu yazıb. Olmasa mən hələ ona 1500 də borcluyam. Uje M. Olmasa götürərsən. S. Yox indi. Nəyi götürərəm? M. Kişidən alarsan . S. Gedim kişidən. Yox kişidən alaram söz yoxdu. Kişi ma bu saat götürüb pul verməyəcək. O mənim o pulum onda qalacaq. Başqa şeylərlə raşot eliyəcək. M. Sahib ay Sahib gəl konkret danışaq. S. Ondan sonra sənin işin M. Bir dəqiqə S. Hə de M. Bax sən mənə qardaşlıq eləmisən. Dünən mənim qardaşım da çox narahat oldu. S. Hə, hə M. Bilirsən nətər. Mən ona inanmadım, onun tərəfinə də otkaz verdim. Mən sənə sığındım S. Hə, hə M. Sən də mənim qabağıma duz çörək qoymusan. Biz sənnən elə eləməliyik ki, burda Seyhunun məsuliyyətsizliyidi nəyidi, nədi S. Seyhunun heç bir məsuliyyətsizliyi yoxdu. M. Nətər 9 ayı nətər S. Yox sənnən ilişən adamlar hamısı içəridədir. Sən bilirsən sənin işin nə forma, sən bura ilişməsəydin qardaşın yox ey, bilirsən nətər kaş Allahın altında başqa yerə gedərdin M. hm S. ilişərdin, sonra gələrdin mənim yanıma. Kaş, onda qədrimi bilərdin, onda bilərdin, Seyhun sa nələr iş görüb M. Sahib sən mənə qulaq as, gəl sənnən, Sən mənim tutulmağımı istəmirsən də S. Yo yox M. Bağışlamarsan da özünə S. Yo yox. Mən M. Qulaq as mənə S. Hə, hə M. Mən də, mən də sənin xətrini doğurdan çox istəyirəm S. Hə sağ ol M. Bax Allah haqqı istəyirəm. Mən bunu qəsdən eləmirəm, ay qəsdən, mənim pulum varsa başıma daş düşsün elə gedən yerdə, əgər tapıram, tapa bilirəmsə daş düşsün qalım orda S. indi sən qulaq as yaxşı M. Mən də o 8000 var a, gördün, onu bir təhər elədim gətirdim, sonra dedim ki, gözlə filan vaxta pul olacaq da mən başa düşdüm səni İndi bunu gətirmişəmsə o demək döyül ki, mən tapa bilirəm. Başa düşürsən? S. Mən demirəm sən tapa bilirsən M. Deyirsən ki, vermirəm S. Mehriban xanım mən necə tapdım verdim. Mənim pul. Mən evimin pulu. Bu faizlər gəlib M. Sən kişisən, kişisən, sənin başqa əlaqələrin var. Mən amma işdən çıxmış bir adamam. Özü də o vəziyyətdə. Sən özünlə məni bir tutma S. Yaxşı bəs niyə mənə demədin ki, Sahib mən sənə işim düzəlmiyincə aparıb vermə bu 30-u ora. Mənim işim düzəlmiyincə mən saa pul verə bilməyəcəm. Mən də o adama deyərdim ki, qardaş 5 aydan sonra verəcək . M. Ay bu demədi ki, 30-nan qurtarır? S. Ay balam o dedi. Yenə deyirəm ey işin içindən işlər çıxdı, elə deyil ey işin içindən işlər çıxır. Deməynən döyül ey M. Desin niyə məni bloka qoyur. Bax düz adamdırsa S. Sabah aparacam özün danış onunla M. Bax düz adamdırsa Mehribanı niyə bloka qoyur? S . Sabah aparacam danış onunla P. O qədər mənim pulum gedib S. Mehriban sabah mənə pul gətir. Gətirməsən görüşmüyəssən. M. Yox mən hardan tapım pulu? Bir dəqiqə. Bir dəqiqə S. Bilmirəm M. Yox mən hələ qurtarmamışam ki S. hə de M. Qulaq as. Bax S. hə, hə M. Bax Aydanın canı, bax bir dənə gözümün ağı qarası qızım var . S. Hə hə M. Mən, əslində mən prosto mən səni o qədər çox istəyirəm ona görə heç nə danışmadım, çox böyük bir səviyyədə çıxıblar. S. Hə hə hə M. Dedi ki, mən ad zad verməmişəm. Heç nə deməmişəm. Demişəm ki, gözləyək. Bu həftə mən kağızımı alıram. S. Hə hə M. Almasaq biz nəisə eliyərik . S. Hə hə M. Çox narahat olublar . S. ha ha M. Qulaq as ey mənə Allah haqqı. Mən heç nə danışmamışam. Çünki, danışsam bu aləm dəyəcək bir-birinə. Burda Rafiq var, burda Seyhun var, burda sən varsan. Hamı dəyəcək bir birinə S. Mehriban M. Vallah danışmamışam. Amma S. Orxanın canı bir qram əgər mənim ürəyim düşüb qorxuramsa? M. Yox qorxutmuram, qorxutmuram səni. Amma mən də sözümü, qoy deyim qurtarım da S. Vüqar, ay Vüqar. Vüqar.Vüqar, ay Vüqar neyniyə bildin? Vüqar. V. Gətirmişdi ağından S. Yo yox V . Götürmədim. Bu gün 2 ci gündür də sabah yox birisigünə deyir S. Yo yox helədirsə lazım deyil pulu qaytar . V. Qaytarsın? S. Yo yox verirsə bu gün versin, vermirsə qaytarsın. Mən ayrı adam var alıram. Ona deyirəm gətirər V. Əgər şey olsa mən qohumlarıma deyərəm gətirər. S. Yox ey mən deyirəm gətirirlər mənə . Narahat olma V. Onda mən də pul vermişəm. Mən öz pulumu götürüm? S. Götür, götür M. Sahib S. Hə M. Təkəbbürlük sənə yaraşmır. Sən başını yerə qoyub namaz qılan adamsan. Təkəbbürlük eləmə, mənə də o sözü demə, lap fağır adamdan da çox şey gözləmək olar . S. Yox mən mən bir söz demirəm M. Mənim ağzımdan vurdun S. Yox ey sən, yox ey elə döyül ey M. Vurma ağzımdan. S. Yox ey sən mənə elə pislik eləmisən ki, heç onu deyiləsi döyül M. Mən sənə neyləmişəm. Sahib Seyhun eliyib ey pisliyi S. Yox ey sən məni mən M. 250 000 pulumu alıb ey. S. Sən pulu verə bilməyəssən. sən ayın 28 i də verə biləcəysən 30 da verə bilməyəsən M . Niyə? S. Elə. verə bilməyəssən M. Yox ey dayan da S. Mən əlimi üzdüm mən qurtardım M. Hara gedirsən? S. Gedirəm Rafiqin yanına. Gedirəm deyəm qardaş mənim pulumu ver. Pulumu qaytar geri M. Tək Rafiq yox. Hamısını qaytarsınlar. S. Nə hamısın? Ə Sabah gedib görüşşəssən də. Sabah gedib nətər bu 7 ay sən çöldə qalmısan camaat M. Mən pul vermişəm çöldə qalım? Sonra tutulum? S. Yox ey, yox. Sən görürsən nə qədər alçaqsan. M. Mən alçağam? S. Sözə bax ey Alçaqsan ki, sağ ol əvəzinə gör nə deyirsən ey. M. Mən sağ ol demişəm də Nə qədər sağ ol deyim. Mebelini almışam S. Mehriban, Mehriban? M. Sağ ol demişəm S. Sənin tayların içəridədir. Səni isə hələ heç kim tutmur, salmır içəri, Səni bambaşqa bir iş görmək istəyirdim mən ancaq sən qoymadın, imkan vermədin. Mən indi gedib deyəcəm ki, mən özüm. Deyəcəm o pulu mənə vermiyib, çatdıra bilmir, verə bilmir mənim o pulumu. Nətər, deyəcək ya gəl götür get, ya da başqa iş eliyərəm bunu eləyərəm. Onu eləyərəm. Vsyo qurtardıq. Mən pox yedim böyüyümnən. Şücaəti doğanın ağzına itin poxu olsun. M. Ay Sahib bir dəqiqə dayan ey S. Məni Şücaət eliyib. Mən sənə pul verməzdim ,verməzdim M. Bir dəqiqə dayan, bir dəqiqə dayan S. Verməzdim M. Sahib sən niyə belə hərəkət eləyirsən? S. Nətər eliyirəm ki? Mən gedib camaata faizi cibimdən pul alıb vermişəm, faizi də özümdən verirəm M. Yox ey Qaytaracam də, qaytaracam S. Ay qaytaracam, qaytaracam ay qız, kişinin qızı M. a bu tez iş görsəydi belə olmayacayıdı axı S. sən ma bu şərti deyərdin, belə deyərdin. Deyərdin bu iş belə olacaq, belə olacaq. Mən çox axmaq adamam M. Sən axmaq döyülsən ey S. Yox axmağın axmağıyam M. Axmaq mənəm S. Yo, yo, yo, yo. Sən axmaq deyilsən. Sənin işin görülüb. Sən axmaq deyilsən. Axmaq mənəm M. Axmaq zad deyilsən. Sənin də pulun qayıdacaq hamısı S. Mən çox əclaflıq elədim ki, dedim baldızımdı M. Yox bir dəqiqə S. Qurtardıq, qurtardıq M. Sahib S. İndi gedirəm deyəm ki, mənim pulumu ver. Başqa heç nə yox Bundan başqa 3-cü səs (AUD-20210614-WA0007) yazısında dialoq aşağıdakı kimidir: M. Alo . Salam ALO? Seyhun müəllim sizsiz Seyhun müəllim? Biz nə vaxt görüşəciyik siznən? Alo, harda? S. Yəqin məhkəmədə görüşəciyik siznən. Siz məni yığdız. Şikayət vermisiz mənim haqqımda prokuraturaya, ora bura. Allah köməyiniz olsun. Başqa formada həll edəcəyik yaxşı? M. Hansı formada? S. Necə? M. Hansı formada? S. Problem yoxdu. M. Niyə Seyhun müəllim mən pulumu istəyirəm də, pulumu verin mənim. Nə prokuratura? S. Necə ? M. Nə prokuratura? Mənim pulumu verin? S. Necə Başa düşmədim? Pul deyirsiz, nə deyirsiz? M. Mənim pulumu verin hə S. Bir dənə sizə söz deyim də. Məndən Sahib xahiş eliyibdi. Düzdümü? Mənim qohumumdu, baldızımdı. Sahib deyir ki, mən evimi satmışam 50.000 $ pul vermişəm M. Mənə? Nə vaxt veribdi mənə? S. 19.000 manat bir veribdi M. Nə vaxt veribdi ? S. Siz də məndən şikayət eləmisiz düzdümü? M. Hara şikayət eləmişəm? S. Prokurorluğa eliyibsiz, ora eliyibsiz, bura eliyibsiz , korrupsiyaya demisiz M. Deməmişəm, korrupsiyaya deməmişəm mən S. Vüqara deyibsiz, demisiz korrupsiyaya şikayat eliyəcəm M. Demişəm eliyəcəm, hə S. Belə deyim də sizə. Mən orda yoxam. Mən sabah gələcəm. Mən heç kim nə oyun qura bilməz, nə də M. Amma siz qura bilərsiz də oyun? Hə Seyhun müəllim mənə qura bilərsiz S. Belə deyim də sizə. Mən sizi bir hörmətli qadın bilirdim M. Hörmətli bilsəydiz mənim pulumu verərdiz, qaytarardiz. Pulumu qaytarın. Mənim pulumu qaytarın, mənim pulumu qaytarın S. Mən bu gündən sonra nə sizinlə danışacam, nə də telefonunuza cavab verəcəm M. Necə? S. Mən bu gündən sonra nə sizinlə danışacam, nə də telefonunuzu açacam. Yaxşı ? M. Niyə? Seyhun müəllim niyə? Niyə? Pulu alanda yaxşıyıdı. Amma indi qaytarmaq istəmirsiz. Mən küçələrdə qalmışam S. Kim alıb pulu? Başa düşmədim? M. Siz almısız S. Mən sizdən pul almışam? M. Bəli, Siz 1-ci dəfə, restoranda, Sahib verdi qoyduz cibinizə, sonra da Sahib gətirdi sizə. Evinizin yanında da gətirmişəm. Maşını saxlamışam, Sahib girib verib pul S. Konkret danışaq. Siz mənə pul vermisiz, yoxsa yox? M. Sahib verib, mən vermişəm Sahibə, Sahib verib sizə, siz də cibinizə qoymusuz gözümün qabağında. Seyhun müəllim. S. Bəli M. Siz mənə belə balta vurmuyun, mənə balta vurulub onsuzda. Mənim pulumu qaytarın Sizin də balanız var. Allah saxlasın S. Onu bura qatmayın xahiş edirəm. Sahib məndən xahiş edib, kömək eləmişəm M. Nə xahiş eliyib? Sahib pulla xahiş edib. Sahib pulnan danışıb S. Sahibi tanıyırsız? Sahibi tanıyırsan M. Hə S. Sahibə pul vermisiz, yoxsa yox? Vüqara demisiz ki, mənim köməkçimə demisiz ki, mənim səs yazısı var o var, bu var. Gedib şikayət eləyəcəm. Gedin şikayət edirsiz edin M. Ay Seyhun müəllim düşmənçilik eləmiyək. Mənim pulumu qaytarın. Mənim pulumu qaytarın S. Bir də mənə bu sözü desəz, yenə deyirəm ey......kimə vermisiz pulu inşallah ondan alarsız. Sahibə pul vermisiz yoxsa yox? Nə pul? Pul nəyə deyirsiniz? Üzbəüz qoyacam sizi mən. Nə pul? Pul nəyi deyirsiz? M. Kiminlə üzbəüz qoyassız? Sahiblə? S. Bəli M. Sahib də deyir ki, pul almayıb da məndən? S. Sahib deyir pul almayıb da sizdən düzdürmü? M. Yox Sahib sizə deyir ki, məndən pul almayıb da elə deyir sizə. S. Sahib deyir ki, mən ona 50.000 dollar pul vermişəm . M. Sahib verib mənə? Sahib mənə verməyib. Rafiq Əyyubova verib, Sahib mənə deyib ki, mən Rafiq Əyyubova vermişəm pulu. Sahib mənə pul verməyibdi S. Deyir kimə vermişəm ? M. Rafiq Əyyubova S. Rafiq Əyyubova M. Bəli. Sahib mənə elə deyibdir. Mənə deyib ki, mən aparıb vermişəm sənin işini düzəltmək üçün, mən evimdən aparmışam Rafiq Əyyubova pul vermişəm. Sən də işinə qayıdasan. İşinə qayıdandan sonra mənim borcumu verərsən. Mən sənin yerinə verirəm. S. Rafiq Əyyubovun adı hallanırsa, bunun hamısını qanun müstəvidə həll eliyəcəm M. Ay Seyhun müəllim mənə hədə qorxu gəlməyin ey siz. Mən qorxmuram, pulumu verin, mənim pulumu verin S. Mən sizə hədə qorxu gəlmirəm M. Yox siz deyirsiz ki, qanuni müstəvi? Hə qanuni müstəvi hə Sahib pulu alıb məndən verib sizə. S. Nə qanuni müstəvi, demirsən Sahib alıb sizdən pulu. Deyirəm bunu qanuni müstəvidə hall edək . M. Seyhun müəllim, siz mənimlə nətər danşmışdınız? Dediz ki, işinə də bərpa olassan, 130.000 nən qurtarırıq. Bunun hamısını telefonla mənnən, niyə özünüzü qırağa çəkirsiz? Seyhun müəllim qırağa çəkmiyin özünüzü. Qırağa çəkmiyin. Gəlin, kişi kimi bu pulumu qaytarın mənim. Mənim uşağım küçədə qalıbdı. Mən tutuluram amma mənim uşağım küçəda qalıbdır. O uşağa yazığınız gəlsin. Belə hərəkət eləmiyin. Sizin də balanız var. Siz özünüzü qırağa çəkmiyin. Şəxsən mənə demisiz ki, Seyhun müəllim, qulaq asın mənə, qulaq asın mənə S. Mən sizə qulaq asdım. İndi siz mənə qulaq asın. Ayıbdı. Rafiq müəllimin adı çəkilir. Sahib mənə deyib ki, bizim qohumdu, baldızımdı. Mən o səviyyədə sizə addım atmışam M. Nətər addım atmısız ki, S. Qulağ asın. Rafiq Əyyubovun adıçəkilir, Bəylər müəllimin adı hallanır. Onda mən məcburam M. Qulaq asıram S. M. Ay Seyhun müəllim bəs bilmirdiz ki, bu dərəciyəçatanda gələr belə olar? Bəs mən pulumu istiyirəm də. Pulumu istəyirəm sizdən. Mənim pulumu verin S. M. Ay Seyhun müəllim, Seyhun müəllim S. Sahibə görə addım atmışam. M. Sahib müəllim insan olsaydı Sahib bu hərəkəti eləməzdi. S. Bəylər müəllim adı çəkilib, Rafiq müəllim adı çəkilib, mən bir insan kimi yanaşdım qoy gəlsin. Söhbətlər var. Biz indi başqa hərəkət edəcəyik. M. Nə söhbətlər var? S Siz mənə deyirsiz ki, pul vermişəm. Siznən oturmuşuq bir tikə çörək yemişik, çay içmişik. deyirsiz ki, mənə 168 000 pul vermisiz . M. Cəmi =, cəmi Seyhun müəllim elədi 168.000. Bəli S. Cəmi nəyə deyirsiz? M. Ay Seyhun müəllim hissə-hissə olub də, 10.000, 30.000, 20.000 olub də, olubdu S. Ə hara belə olubdu? Hara vermisiz 10.000, 20.000? M. Onda Sahib sizə verməyib onları? Helə demək istəyirsiniz? S. Mən bilmirəm onları M. Seyhun müəllim bəs yaxşı telefonda niyə deyirdiz mənə ki, nə qədər vermisən Sahibə? Niyə açot hesabını alırdız məndən? S. Demişəm? M. Hə demisiz . S. Onda atın da mənə M. S. Siz deyirsiz mənim səs yazım var da sizdə, düzdümü? Atın da mənə M. Demisiz ki, yemişəm yaxşı eləmişəm. Pulu yemişəm yaxşı eləmişəm. Niyə elə deyirsiz? Hə? S. Kimə demişəm? M. Sahibə S. Mən demişəm? M. Hə siz demisiz. Yaxşı eləmişəm. Yemişəm yaxşı eləmişəm S. Mehriban xanım mən heç nə başa düşə bilmirəm M. Niyə başa düşmürsüz? Seyhun müəllim mənim pulumu qaytarın. Mən heç nə istəmirəm, mənim pulumu verin. Mən verdiyim pulu qaytarın mənə. Xahiş eliyirəm. Gəlin S. M. Sizə pul verilmiyib də? Bəs siz niyə mənnən hesabat aparırdınız ki, Sahib nə götürüb səndən? De görüm? S. Nə hesabat aparırdım? M. Siz mənnən telefonla danışırdınız. Hesabat aparmısınız mənnəm S. Bir dənə zəhmət olmazsa var o səs yazısı sizdə? Atın mənə M. Mən onu ataram sizcə? S. Yox niyə? Niyə narahat olduz? Hələ mənə cındır da demisiz. Cındır, dövlətin pulunu yeyibdi, xalq düşmənidi. Sahib o xalq düşməni kimi bir şeydi. Bunlar hamısı sizin sözlərinizdi Seyhun müəllim, demisiz onları, mənim pullarımın hamısını alandan sonra elə demisiz. Mənim pulumu qaytarın. Mən sizdən əl çəkməyəcəm. Vallah ölsəm də əl çəkməyəcəm. Mənim 2 dənə qardaşım var, 2 dənə bacım var. Onlar da əl çəkməyəcək sizdən. Qızım da. Mənim pulumu qaytarın. S. Allah saxlasın M. Allah sizə dəyməsin. Pulumu verin. Heç nə istəmirəm sizdən. Pulumu verin. S. Pulu kimə vermisiz ondan da alın. M. Elə o pulu gətirən adam var ey sənə, onun üzünə tüpür qaytar mənim pulumu. Mənim pulumu qaytar ey. Ta. Pis olacaq Seyhun müəllim, vallah pis olacaq S. Heç vaxt pis olmayacaq mənə qarşı yalan yerə yaxşımı? M. Yalan yerə heç nə yoxdu, heç nə yalan deyil. Özünüz bilirsiz yalan deyil. S. Mən heç nə də bilmirəm Bizdə alınmır ey söhbət M. Seyhun müəllim mənim pulumu qaytarın, pulumu verin. Mən sizdən heç nə istəmirəm. Pulumu qaytar mən əl çəkim gedim. Pulumu qaytar. S. Pulumu qaytar, pulumu qaytar deyirsiz, problem yoxdur. Mən sizi yığdım hörmət xətrinə danışdım. Yəqin telefonunuz da yazır. M. Mən yazmıram heç nə? S. Mənim telefonum da yazır. M. Bilirəm, sizin telefonunuz yazır, Sahibinki yazır. Hamısını bilirəm mən S. Yox mənimki yazmır, nə istəyirsiz edin. Mənim üstümə gedin, Sahibin üstünə gedin, nə istəyirsizsə edin. Problem yoxdur M. Seyhun müəllim mən bilirəm ki, siz güclü adamsız. Bilirəm kiminlə də nə danışıram. S. 168.000 hara verilibdi? Mən Sahibə demişəm ki, gəlsin 168.000 dən 90.000 hara veribdi? M. Yox 90.000 əlavə olubdu ey, Seyhun müəllim qarışdırmayın 90.000 başqadır. 90.000 köçürülüb korrupsiyaya. Amma 168.000 mən pul vermişəm S. Kimə vermisiz? M. 1-ci sifdə sizə verildi, mənim gözümün qabağında S. Harda? M. Sifdə, restoranda verildi 10.000 iş başlayanda sonra hissə hissə verildi S. M. Mən deyim də, icazə verin deyim (iş vərəqi 140-149). İş materiallarındakı Şahid1 Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 25.06.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi zərər tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir iddia, şikayət və ya tələbi yoxdur və gələcəkdə də olmayacaqdır (iş vərəqi 162). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/849 nömrəli 08.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bir ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir və tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur; aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat müəyyən edilmişdir (iş vərəqi 165- 174). İş materiallarındakıAzərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin sübutların qiymətləndirilməsi haqqında 26.07.2021-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrəöz xüsusiyyətinə, əlamətlərinə vəüzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrəəhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Şahid1 təqdim etdiyi bir ədəd səs yazıları qeydə alınmış CD disk cinayət işinin materiallarında saxlanılmaqla maddi sübut kimi tanınmışdır (iş vərəqi 177-184). İş materiallarındakı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 26.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə yenidən ittiham elan edilməklə, ona ittihamın mahiyyəti elan edilmişdir (iş vərəqi 195-197). İş materiallarındakı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin ********* nömrəli cinayət işi üzrə arayışından görünür ki, iş üzrə dələduzluq cinayət əməli nəticəsində vurulmuş ziyan 168.000 (bir yüz altmış səkkiz min) manatdır və ödənilmişdir (iş vərəqi 234). Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir (müddətsiz). Məhkəməyə daxil olmuş Akademik N.Qoxua adına Qan Damar və X3 №061 əməliyyat protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20.01.2017-ci il tarixdə 3 dərmanla örtülmüş stentlə FNSG96 koronor stent əməliyyatı keçirmişdir. Məhkəməyə Şahid1 tərəfindən nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Verdiktum» Vəkil Bürosunun üzvü X9 imzası ilə 16.09.2021-ci il tarixdə daxil olmuş ərizə, iddia ərizəsi və dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə mülki iddiaçı qismində tanınması barədə qərar qəbul olunması və ona vurulmuş ziyanın əvəzi olaraq 168.300 (bir yüz altmış üç min üç yüz) manat, 16.830 (on altı min səkkiz yüz otuz) manatın vurulmuş zərərin əvəzi olaraq təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş edir. Məhkəməyə təqdim olunmuş 25.06.2021-ci il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X6 aktı imza edən şahidlərin iştirakı ilə Şahid1 olan 168.300 (bir yüz altmış səkkiz min üç yüz) manat pul borclarından 40.000 (qırx min) manat ödəmiş, qalan 128.300 (bir yüz iyirmi səkkiz min üç yüz) manatı isə yetmiş gün ərzində qaytarmağın məsuliyyətini üzərinə götürmüşdür. Məhkəməyə daxil olmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-500/2021 nömrəli 08.10.2021-ci il tarixli hökmünün surətində görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 179.4, 308.2, 313-cü maddələri ilə təqsirli bilinərək, 179.4-cü maddə ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər və maddi məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə; 308.2-ci maddə ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər və maddi məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə; 313-cü maddə ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmaqla, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 03 (üç) il müddətə dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər və maddi məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 02.03.2022-ci il 1445 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi tibbi sənədlərə və ilkin tibbi müayinənin nəticəsinə əsasən ona, «sağ ağ ciyərin aşağı payında keçirilmiş cərrahiyə əməliyyatından sonrakı qalıq əlamətləri», «ürəyin işemik xəstəliyi, ürəyin stendləşmə cərrahiyə əməliyyatından sonrakı vəziyyəti», «xroniki ürək çatmamazlığı İİ funksional sinif», «hipertoniya xəstəliyi İİ dərəcə» diaqnozları qoyulmuş, təcridxanada saxlanıldığı müddətdə səhhəti həkim nəzarətində olmaqla dövri olaraq müayinələrə cəlb olunmuş, ultrasəs müayinəsində böyrəklərində polikistoz aşkarlanmış, xroniki xəstəliklərinin kəskinləşməməsi üçün ona dəstəkləyici təyinatlar verilmişdir, hazırda səhhəti həkim nəzarətindədir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X7 məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarıonun tərəfindən 10 (on) saat müddətində müdafiə olunmuşdur. Məhkəməmövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri AzərbaycanRespublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə özünü qismən təqsirli bilməsinə, yəni Şahid1 onun barəsində olan cinayət işi ilə bağlı heç bir məbləğdə pul almaması, onu aldatmaması, ona borca verdiyi pulu sonuncudan almaq məqsədi daşıdığınına dair dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadə verməsi qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə görə iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 32.1 və 32.4-cü maddələrində qeyd olunur ki, cinayətin icraçısı ilə birlikdə təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Ələ alma, sövdələşmə, hədəqorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayətin təşkilatçısı, təhrikçisi, və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 64.1-ci maddəsində göstərilir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakının əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 nömrəli Qərarına əsasən dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 36-cı bəndində göstərilir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş («rüşvətxorluqda yalançı vasitəçi») şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından suiistifadə edilmiş vəöz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərərçəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakıələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakınıələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsəçatdırılmasıüçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinəəməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərərçəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakıələ keçirilmişşəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə həm də mülki iddiaçı kimi tanınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış özünün qismən etirafedici, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə və sair istintaq hərəkəti protokolları, ekspert rəyi və iş üzrə başqa mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar törətdiyi əməl nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, ikinci dərəcəli əlil (müddətsiz) olması, 3 dərmanla örtülmüş stentlə FNSG96 koronor stent əməliyyatı keçirməsi, hazırda «sağ ağ ciyərin aşağı payında keçirilmiş cərrahiyə əməliyyatından sonrakı qalıq əlamətləri», «ürəyin işemik xəstəliyi, ürəyin stendləşmə cərrahiyə əməliyyatından sonrakı vəziyyəti», «xroniki ürək çatmamazlığı İİ funksional sinif», «hipertoniya xəstəliyi İİ dərəcə» diaqnozları ilə təcridxanada həkim nəzarətində olmasıdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq etməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.3.2 və 32.4,312.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla, onun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şahid1 nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Verdiktum» Vəkil Bürosunun üzvü X9 imzası ilə məhkəməyə iddia ərizəsi ünvanlayaraq iş üzrə mülki iddiaçı qismində tanınmasını və ona vurulmuş ziyanın əvəzi olaraq 168.300 (bir yüz altmış üç min üç yüz) manat, 16.830 (on altı min səkkiz yüz otuz) manatın vurulmuş zərərin əvəzi olaraq təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin şahidin hüquqlarından bəhs edən 95.6-cı maddəsinə əsasən şahid məhkəmədən xahiş etmək hüququna malikdir. Həmin Məcəllənin 119.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduqda hər bir şəxs özünün zərərçəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə əizə ilə cinayət prosesini həyata keçirən orqana müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 120.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqan cinayət prosesində iştirak edən hər bir şəxsə hüquq və vəzifələrini izah etməli, onların həyata keçirilməsinə imkan yaratmalıdır (bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsə onun hüquq və vəzifələri sadalanan yaddaş vərəqinin verilməsi cinayət prosesini həyata keçirən orqanı həmin şəxsin xahişi ilə müvafiq izahlar verməkdən azad etmir). Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Həmin Məcəllənin 187-ci maddəsinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354-cü maddəsində göstərilir ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması kimi qərarlardan biri qəbul olunur. Bu mənada məhkəmə hesab edir ki, Şahid1 nümayəndəsi Zaur İbadovun imzası ilə məhkəməyə ünvanladığı iş üzrə mülki iddiaçı qismində tanınması və ona vurulmuş ziyanın əvəzi olaraq 168.300 (bir yüz altmış üç min üç yüz) manat, 16.830 (on altı min səkkiz yüz otuz) manatın vurulmuş zərərin əvəzi olaraq Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinin təmin edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmalı və Şahid1 Azərbaycan Respublikası CPM-nin 119.1, 180.3-cü maddələrində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. İş üzrə 168.000 (bir yüz altmış səkkiz min) manat məbləğində ziyan ödənilmişdir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə və üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi bir ədəd səs yazılarının qeydə alındığı CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Azərbaycan RespublikasıVəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.03.2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 23 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344-347, 349, 351-353, 356, 358 və384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 178.3.2-ci maddəsi ilə 2(iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, 32.4,312.2-ci maddəsi ilə 2(iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 aprel 2021-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Azərbaycan RespublikasıVəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə 60 (altmış) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə və üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi bir ədəd səs yazılarının qeydə alındığı CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar