Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-164/2023 31.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:25-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1973-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Bəhruz” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 10313,396 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 52708,31 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 1005,2 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 2144,3 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 18 qram təşkil edən, üzərlərində “F/M40” yazısı həkk olunmuş 450 ədəd narkotik vasitə metadon həbini istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə psixotrop maddə metamfetaminin 165,896 qramını ayrı-ayrılıqda 36,023 qram, 67,085 qram, 52,033 qram və 10,755 qram çəkidə olan hissələrə bölüb dörd ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroinin 7,110 qramını bir bükümdə və qeyd edilən sayda narkotik vasitə metadon həbini qablaşdırıb ağ rəngli sellofan torbanın içərisində olmaqla üzərində, psixotrop maddə metafetaminin 10147,5 qramını ayrı-ayrılıqda 1022,8 qram, 1008,3 qram, 1010,4 qram, 1010,1 qram, 1010,7 qram, 1013,7 qram, 1018,6 qram, 1019,6 qram, 1009,6 qram və 1023,7 qram çəkidə olan hissələrə bölüb on ədəd bükümdə, narkotik vasitə heroinin 52701,2 qramını ayrı-ayrılıqda 2070,3 qram, 2011,6 qram, 2013,9 qram, 1006,2 qram, 2036,8 qram, 1000,5 qram, 1000,5 qram, 2030,6 qram, 2017,2 qram, 1000,7 qram, 1000,3 qram, 1015,5 qram, 1015,2 qram, 1015,8 qram, 2014,8 qram, 2026,5 qram, 2017,2 qram, 1019,2 qram, 1017,8 qram, 2035,3 qram, 1014,2 qram, 1006,8 qram, 1015,8 qram, 2015,2 qram, 1010,3 qram, 1016,8 qram, 1010,7 qram, 2057,5 qram, 1010,6 qram, 2048,8 qram, 1002,9 qram, 2056,5 qram, 2013,8 qram, 1008,9 qram, 1027,2 qram, 1010,8 qram və 1008,5 qram çəkidə olan hissələrə bölüb otuz yeddi ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə tiryəki bir bükümdə və qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı 1095,1 qram və 1049,2 qram çəkidə olan hissələrə bölüb iki ədəd bükümdə qablaşdırıb yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 20:40-da Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 85A ünvanının yaxınlığında saxlanılaraq ünvan 3erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 165,896 qram çəkidə psixotrop maddə metamfetamin 36,023 qram, 67,085 qram, 52,033 qram və 10,755 qram olmaqla dörd ədəd bükümdə, külli miqdarda 7,110 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə və külli miqdarda tərkibində təsiredici maddəsinin ümumi miqdarı 18 qram təşkil edən 450 ədəd narkotik vasitə metadon həbi sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2022-ci il tarixdə saat 23:40-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına öz razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 10147,5 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 1022,8 qram, 1008,3 qram, 1010,4 qram, 1010,1 qram, 1010,7 qram, 1013,7 qram, 1018,6 qram, 1019,6 qram, 1009,6 qram və 1023,7 qram olmaqla on ədəd bükümdə, külli miqdarda 52701,2 qram çəkidə narkotik vasitə heroin 2070,3 qram,2011,6 qram, 2013,9 qram, 1006,2 qram, 2036,8 qram, 1000,5 qram, 1000,5 qram, 2030,6 qram, 2017,2 qram, 1000,7 qram, 1000,3 qram, 1015,5 qram, 1015,2 qram, 1015,8 qram, 2014,8 qram, 2026,5 qram, 2017,2 qram, 1019,2 qram, 1017,8 qram, 2035,3 qram, 1014,2 qram, 1006,8 qram, 1015,8 qram, 2015, 2 qram, 1010,3 qram, 1016,8 qram, 1010,7 qram, 2057,5 qram, 1010,6 qram, 2048,8 qram, 1002,9 qram, 2056,5 qram, 2013,8 qram, 1008,9 qram, 1027,2 qram, 1010,8 qram və 1008,5 qram olmaqla otuz yeddi ədəd bükümdə, külli miqdarda 1005,2 qram çəkidə narkotik vasitə tiryək bir ədəd bükümdə, 1095,1 qram və 1049,2 qram olmaqla iki ədəd bükümdə külli miqdarda, ümumilikdə 2144,3 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi iki ədəd sellofan torbada olmaqla mənzilin girişdən sol tərəfdə yerləşən otağındakı taxta masanın yanından aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun qonşuluğunda adını dəqiq xatırlamadığı Elşad və ya Elşən adlı biri olmuş, o, öz evində olan zənbili onun evinə qoymağı xahiş etmiş, o da onunla razılaşmışdır. Bundan sonra axşam saat təxminən 19:30 radələrində polis əməkdaşları onu evinin qarşısında saxlamışlar. Onu saxlayan zaman hava qaranlıq olmuş, evin açarı əlindən yerə düşmüş, açarı götürməyə imkan olmadan onu polis əməkdaşları avtomobilə əyləşdirmiş və evində zənbil saxlayıb-saxlamadığını soruşmuşlar. O, polis əməkdaşlarının konkret olaraq nə barədə danışdıqlarını anlamamış, ondan adını dəqiq xatırlamadığı Elşad və ya Elşən adlı şəxslə tanışlığını soruşmuşlar. O da onunla yaxın münasibətləri olmadığını bildirib, sadəcə qonşu olduğu üçün “salam-sağol” əlaqələri olduğunu, özünün isə qonşu binada qaldığını bildirmişdir. Daha sonra o, bölməyə gətirilmiş, həmin zaman onun üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis bölməsində onun qarşısına təxmini 70 qram olan kiçik bağlamada narkotik vasitə qoyub, ondan həmin bağlamanın özünə məxsus olduğunu bildirməyini istəmişlər. Bundan sonra polis əməkdaşları onu evinə gətirmiş, evinin açarını yerdən tapmışlar. Onlar evə daxil olduqdan sonra onun evində olan zənbili tapıb, çıxarmış, o da həmin zənbili ona adını dəqiq xatırlamadığı qonşuluqda olmuş Elşad və ya Elşən adlı şəxsin verdiyini, həmin zənbilin ona məxsus olmadığını bildirmişdir. Bu zaman ona adını dəqiq xatırlamadığı qonşuluqda olan Elşad və ya Elşən adlı şəxs zəng etmiş, müstəntiq onunla danışmış və həmin şəxs müstəntiqə zənbili ona özünün verdiyini etiraf etmişdir. Daha sonra o, yenidən bölməyə gətirilmiş, onunla digər prosessual hərəkətlər keçirilmişdir. Sonradan onun xəbəri olmuşdur ki, bu hadisədən təxmini 20 gün sonra adını dəqiq xatırlamadığı qonşuluqda olan Elşad və ya Elşən adlı şəxs Gürcüstanda polis əməkdaşları tərəfindən tutulmuşdur. O, müalicə məqsədi ilə bir neçə dəfə İran İslam Respublikasına gedib-gəlmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 30 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il tarixdə, saat 20:40-da Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 85A ünvanınında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o, vəkillə təmin edilmiş, bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içindən 4 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə narkotik vasitə olan heroin, 450 ədəd metadon həbi və narkotik maddələrin dövriyyəsi ilə bağlı qeydlər etdiyi 2 ədəd kağız vərəq aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, 3 ədəd açar və 42 AZN pul aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 190 qram olmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 9 qram olmuş, sonra həmin kütlələr qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, 2 ədəd kağız vərəq götürülmüş, 3 ədəd açar, siqaret qutusu, sellofan torba və 42 AZN pul ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə Səbail rayonu ərazisində gizlədilən yerdən götürüb, deyiləcək ünvanlara çatdırıb əvəzində şəxsi istifadəsi üçün metadon həbləri və tiryək əldə etmək məqsədi ilə götürdüyünü, 077 *** ** ** mobil nömrəsini işlətdiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Nərimanov rayonunda yerləşən kirayə yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı Təqsirləndirilən şəxs razılıq ərizəsi alınmışdır. Bundan sonra şübhəli şəxsin, müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarış və götürmənin nəticələri rəsmiləşdikdən və tərtib edilmiş protokol imzalandıqdan sonra birlikdə ünvan 2 ünvanına getmişlər. Həmin mənzilin girişidən sol tərəfdə yerləşən otaqdakı taxta konusturuksiyalı masanın yanında gizlətdiyi 2 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 10 bükümdə psixotrop maddə metamfetamin, 37 bükümdə narkotik vasitə heroin, 1 bükümdə narkotik vasitə olan tiryək, 2 bükümdə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 10 kq 42 qram olmuşdur. Ardınca heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 52 kq 168 qram olmuşdur. Sonra tiryək elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi1 kq 35 qram olmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 315 qram olmuş, daha sonra aşkar olunmuş predmetlər qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Ardınca mənzilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq Təqsirləndirilən şəxs məxsus sürücülük, şəxsiyyət vəsiqələri, bir ədəd “Poco” markalı, bir ədəd “Nokia” markalı mobil telefonlar və bir ədəd “Samsung” markalı planşet aşkar olunaraq götürülmüşdür. Bundan sonra mənzilə baxış keçirilməsi barədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Zakif oğlu ifadəsində göstərdi ki, 30 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il tarixdə, saat 20:40-da Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 85A ünvanınında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o, vəkillə təmin edilmiş, bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içindən 4 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə narkotik vasitə olan heroin, 450 ədəd metadon həbi və narkotik maddələrin dövriyyəsi ilə bağlı qeydlər etdiyi 2 ədəd kağız vərəq aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, 3 ədəd açar və 42 AZN pul aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 190 qram olmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 9 qram olmuş, sonra həmin kütlələr qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, 2 ədəd kağız vərəq götürülmüş, 3 ədəd açar, siqaret qutusu, sellofan torba və 42 AZN pul ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə Səbail rayonu ərazisində gizlədilən yerdən götürüb, deyiləcək ünvanlara çatdırıb əvəzində şəxsi istifadəsi üçün metadon həbləri və tiryək əldə etmək məqsədi ilə götürdüyünü, 077 *** ** ** mobil nömrəsini işlətdiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Nərimanov rayonunda yerləşən kirayə yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı Təqsirləndirilən şəxs razılıq ərizəsi alınmışdır. Bundan sonra şübhəli şəxsin, müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarış və götürmənin nəticələri rəsmiləşdikdən və tərtib edilmiş protokol imzalandıqdan sonra birlikdə ünvan 2 ünvanına getmişlər. Həmin mənzilin girişidən sol tərəfdə yerləşən otaqdakı taxta konusturuksiyalı masanın yanında gizlətdiyi 2 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 10 bükümdə psixotrop maddə metamfetamin, 37 bükümdə narkotik vasitə heroin, 1 bükümdə narkotik vasitə olan tiryək, 2 bükümdə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 10 kq 42 qram olmuşdur. Ardınca heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 52 kq 168 qram olmuşdur. Sonra tiryək elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi1 kq 35 qram olmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 315 qram olmuş, daha sonra aşkar olunmuş predmetlər qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Ardınca mənzilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq Təqsirləndirilən şəxs məxsus sürücülük, şəxsiyyət vəsiqələri, bir ədəd “Poco” markalı, bir ədəd “Nokia” markalı mobil telefonlar və bir ədəd “Samsung” markalı planşet aşkar olunaraq götürülmüşdür. Bundan sonra mənzilə baxış keçirilməsi barədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 Cəmyət oğlu da şahidlər Şahid1 və Şahid2 Zakif oğlu ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/93 №li rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən ...” sözləri yazılmış 1 ədəd göy rəngli polietilen torbada iki ədəd üzəri skoçla bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1095,1 qram və 1049,2 qram olmaqla ümumi çəkisi 2144,3 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Təqdim olunmuş 2 ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. (iş vərəqə 53-56) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/613№li rəyində göstərilir ki, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 36,023 qram, 67,085 qram, 52,033 qram və 10,755 qram olmaqla ümumi təmiz çəkiləri 165,896 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 7,110 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərilərində “Methadone 40..Faran” göstəriciləri olan 45 blisterdə ümumilikdə 450 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş bozumtul- qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 18 qram olan narkotik vasitə - metadon müəyyən edildi. - Üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən ...” sözləri yazılmış torbalarda ümumilikdə on ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1022,8 qram, 1008,3 qram, 1010,4 qram, 1010,1 qram, 1010,7 qram, 1013,7 qram, 1018,6 qram, 1019,6 qram, 1009,6 qram və 1023,7 qram olmaqla ümumi təmiz çəkisi 10147,5 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 37 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2070,3 qram, 2011,6 qram, 2013,9 qram, 1006,2 qram, 2036,8 qram, 1000,5 qram, 1000,5 qram, 2030,6 qram, 2017,2 qram, 1000,7 qram, 1000,3 qram, 1015,5 qram, 1015,2 qram, 1015,8 qram, 2014,8 qram, 2026,5 qram, 2017,2 qram, 019,2 qram, 1017,8 qram, 2035,3 qram, 014,2 qram, 1006,8 qram, 1015,8 qram, 2015,2 qram, 1010,3 qram, 1016,8 qram, 1010,7 qram, 2057,5 qram, 1010,6 qram, 2048,8 qram, 1002,9 qram, 2056,5 qram, 2013,8 qram, 1008,9 qram, 1027,2 qram, 1010,8 qram və 1008,5 qram olmaqla ümumi təmiz çəkisi 52701,2 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 1005,2 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. 01 ədəd “SF-400” markalı elektron tərəzinin səthində heroin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş heroin kütlələri tərkiblərinə görə öz aralarında, metamfetamin kütlələri də həmçinin öz aralarında eynilik təşkil edir. (iş vərəqə 57-63) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 25 aprel 2022-ci il tarixli 2051 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 184-185) İş materiallarında olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə”, eləcə də “mənzilə baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 20:40-da saxlanılaraq ünvan 5 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əlindəki ağ rəngli sellofan torbanın içərisindən külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə olan metadon, külli miqdarda psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman iki ədəd sellofan torbanın içində külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə olan marixuana, külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (iş vərəqə 31-41) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Biləsuvar sərhədkeçmə məntəqələrindən İran İslam Respublikası istiqamətində səkkiz dəfə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək geri qayıtmışdır. (iş vərəqə 182-183) İş materiallarında olan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 52708,31 qram çəkidə narkotik vasitə olan heroin, 1005,2 qram çəkidə narkotik vasitə olan tiryək, 10313,396 qram çəkidə psixotrop maddə olan metamfetamin, 450 ədəd metadon tabletləri, 2144,3 qram çəkidə narkotik vasitə marixuana və 01 ədəd elektron tərəzi 31 yanvar 2022-ci il tarixli qərara əsasən maddi sübut hesab edilməklə tədqiqatdan sonra qalıq qalan və üç ədəd sintetik kisədə qablaşdırılan 52708,105 qram çəkidə narkotik vasitə olan heroin, 1005,1 qram çəkidə narkotik vasitə olan tiryək, 10313,256 qram çəkidə psixotrop maddə olan metamfetamin, 444 ədəd metadon tabletləri, 2144,2 qram çəkidə narkotik vasitə marixuana və 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmışdır. (iş vərəqə 92-94) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun “Whatsapp” tətbiqində İran İslam Respublikasının mobil operatoruna məxsus +98 914 *** **** və +98 939 *** **** saylı nömrələrlə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə çoxlu sayda danışıqlarının olduğu və aralarında olan yazışmaların silindiyi müəyyən edilmişdir. Həmçinin mobil telefonun “Foto” bölümündə müxtəlif işarələnmiş fotoşəkillərin olduğu, həmin işarələrlə narkotik vasitələrin gizlədildiyi yerlərin istiqaməti və yerləşdiyi məkanların göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda telefonun həmin bölümündə özündə narkotik vasitələrin və psixotrop maddələrin bükümlər, bağlamalar halında elektron tərəzilərdə çəkilmiş, eləcə də onların yan-yana düzülmüş fotoşəkillərin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd “Redmi” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmışdır. (iş vərəqə 145-152) İş materiallarında olan Təqsirləndirilən şəxs aşkar edilmiş iki vərəqdəki məlumatlara baxış keçirilmişdir. Baxış zamanı vərəqlərdə şifrələnmiş adlar və rəqəmlər göstərilmişdir. Belə ki, “Qol 1 ..10+492-1.500 kq”, “Döyüş-100 ədəd”, “Təpik 1.11+10,09+10,01...=101,05”, “Şilə 6,11+10,06+10,09..=4,643”, “Otur 10,24+849=1,873”, 131 daş, 21 daş və sair kimi yazılar qeyd edilmişdir ki, istintaqla həmin məlumatların narkotik vasitələrin qanunsuz dövriyyəsini özündə əks etdirir. Göstərilən əsasla Təqsirləndirilən şəxs aşkar edilmiş vərəqlər və orada göstərilən məlumatlar iş üzrə maddi sübut hesab edilməklə cinayət işi materiallarına əlavə edilmişdir. (iş vərəqə 135-138) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunlu ittiham elan edilərkən o, özünü təqsirli bilməyərək, elan edilmiş ittihamla razı olmamış və sənədləri imzalamaqdan imtina etmiş, həmçinin əlavə ifadəsində törətmədiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən fiziki və psixi formada işgəncəyə məruz qaldığını göstərmişdir. (iş vərəqə 208-219) İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs törətmədiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən fiziki və psixi formada işgəncəyə məruz qalması barədə göstərdikləri toplanmış materiallarla təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (iş vərəqə 279-282) Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, içərisində narkotik vasitələr və psixotrop maddələr olan zənbilin özünə məxsus olmaması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı və digər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər Cinayət Məcəlləsinin 178.3.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə iki dəfə məhkum olunmuş, 2019-cu il tarixdə azadlığa çıxmışdır. O, psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə edir. Sonuncu dəfə külli miqdarda narkotik maddələrin satışı ilə bağlı həbsdə olan zaman cəzaçəkmə müəssisəsində İran İslam Respublikasının vətəndaşı Bəhruz adlı şəxslə tanış olmuşdur. Həmin şəxs də onun kimi narkotiklə bağlı cinayət törətdiyinə görə məhkum olunmuşdur. Sonradan Bəhruz İİR-na ekstradisiya olunmuşdur. O, cəzasını çəkib qurtardıqdan sonra bir müddət balıq məhsullarının alqı-satqısı ilə məşğul olmuşdur. Sonradan həmin Bəhruz onun telefon nömrəsini tapıb “Whatsapp” proqramı vasitəsi ilə ona zəng etmişdir ki, yenidən əlaqələri yaranmışdır. O, Bəhruzla görüşmək üçün İrana da getmişdir ki, orada Tehran və Təbriz şəhərlərində görüşmüşlər. Bəhruz ona təklif etmişdir ki, Azərbaycan ərazisində narkotik və psixotrop maddələrin dövriyyəsində ona köməklik etsin. Onun maddi vəziyyəti pis olduğu üçün razılıq vermişdir. Təxminən 2 ay əvvəl Bəhruz ona məxsus ***-***-**-** saylı nömrəmə “Whatsapp” proqramı vasitəsi ilə zəng edib demişdir ki, Dərnəgül adlanan ərazidə yerləşən kondisioner zavodunun yaxınlığında narkotik maddələrin olduğu torba var və onu götürmək lazımdır. Onun telefonuna göndərilən lokasiya və işarələnmiş şəkillə o, həmin narkotiki tapıb bir gün hazırkı yaşadığı evdə saxlayıb Bəhruzun sözü ilə 2 yerə bölüb birinci bağlamanı Keşlə qəsəbəsi, ikinci bağlamanı isə Dərnəgül adlanan yerdə gizlədib həmin yerin şəkillərini Bəhruza göndərmişdir. Bunun əvəzində o, müəyyən qədər psixotrop maddə olan metamfetamin götürüb öz istifadəsi üçün özündə saxlamışdır. Təxminən 1 ay əvvəl Bəhruz ona yenə narkotik göndərdiyini demişdir ki, o, gedib həmin maddələri Xırdalan şəhəri tərəfdə şəkildə göstərilən yerindən götürmüşdür. Həmin maddələri 3 gün evdə saxlayıb Bəhruzun onun üçün göndərdiyi metadon dərmanları özündə saxlamaqla narkotik maddələrin olduğu bağlamanı 20 yanvar metrostansiyası yaxınlığında gizlədib həmin yerin şəkilini çəkib Bəhruza göndərmişdir. O, Bəhruzun etibarını qazanmaq üçün sonuncudan pul istəməyib əvəzində narkotik tərkibli dərman və psixotrop maddə istəmişdir. 29 yanvar 2022-ci il tarixdə Bəhruz ona zəng edib demişdir ki, külli miqdarda və böyük çəkidə ona narkotik maddələr və psixotrop maddələr göndərəcəkdir və o, həmin maddələri götürüb evində saxlayıb sonradan deyilən yerə qoymalıdır. O, da Səbail rayonu ərazisində torbalarda olan narkotik maddələri götürüb yaşadığı evə gətirib gizlətmişdir. 30 yanvar 2022-ci il tarixdə axşam saat 20:40 radələrində evdən üzərində bir qədər narkotik vasitə və psixotrop maddələr götürüb çölə çıxmışdır. Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, sağ əlində saxladığı ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 4 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə heroin, 450 ədəd metadon həbi və narkotik maddələrin dövriyyəsi ilə bağlı qeydlər etdiyi 2 ədəd kağız vərəq aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, 3 ədəd açar və 42 AZN pul aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 190 qram olmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 9 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, 2 ədəd kağız vərəq götürülmüş, 3 ədəd açar, siqaret qutusu, sellofan torba və 42 AZN pul ona geri qaytarılmışdır. O, üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə Səbail rayonu ərazisində gizlədilən yerdən götürüb, deyiləcək ünvanlara çatdırıb əvəzində şəxsi istifadəsi üçün metadon həbləri və tiryək əldə etmək məqsədi ilə götürdüyünü, 077 *** ** ** mobil nömrəsini işlətdiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Nərimanov rayonunda yerləşən kirayə yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun razılıq ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 2 ünvanına getmişdir. Həmin mənzilin girişindən sol tərəfdə yerləşən otaqdakı taxta konusturuksiyalı masanın yanında gizlətdiyi 2 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 10 bükümdə psixotrop maddə metamfetamin, 37 bükümdə narkotik vasitə heroin, 1 bükümdə narkotik vasitə olan tiryək, 2 bükümdə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 10 kq 42 qram olmuşdur. Ardınca heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 52 kq 168 qram olmuşdur. Sonra tiryək elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 35 qram olmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 315 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Ardınca mənzilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq ona məxsus sürücülük, şəxsiyyət vəsiqələri, bir ədəd “Poco” markalı, bir ədəd “Nokia” markalı mobil telefonlar və bir ədəd “Samsung” markalı planşet aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, “Bəhruz” adlı şəxsin deməsinə görə üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə respublika ərazisinə daxil olmuşdur. Lakin həmin maddələrin nə vaxt və kim tərəfindən keçirilməsi barədə məlumatı olmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilsə də, onun AR CM-in 32.5, 206.3.2-ci maddəsinə nəzərdə tutulan əməli törətməsi sübuta yetirilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülərək göstərilmişdir ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik edərək cinayət törətmişdir. Lakin məhkəmə istintaqında aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində köməkçi qismində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əslində bütövlükdə narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməmiş, narkotik vasitəni və psixotrop maddəni bəlli bir yerdə qəbul etməkdən – satışda yalnız bu funksiyanı həyata keçirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə qəbul etmə ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə köməkçi qismində iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə narkotik vasitənin və psixotrop maddənin satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Ona görə də X2 qaçaqmalçılıq cinayətini törətməkdə köməkçi kimi iştirak etməsi ilə ittiham edilməsi yalnız fərziyyələrə söykənir. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X6 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X6 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən götürülmüş 165,896 qram çəkidə psixotrop maddə metamfetamin 36,023 qram, 67,085 qram, 52,033 qram və 10,755 qram olmaqla dörd ədəd bükümdə, 7,110 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə və tərkibində təsiredici maddəsinin ümumi miqdarı 18 qram təşkil edən 450 ədəd narkotik vasitə metadon həbi və Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən aşkar edilmiş 10147,5 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 1022,8 qram, 1008,3 qram, 1010,4 qram, 1010,1 qram, 1010,7 qram, 1013,7 qram, 1018,6 qram, 1019,6 qram, 1009,6 qram və 1023,7 qram olmaqla on ədəd bükümdə, 52701,2 qram çəkidə narkotik vasitə heroin 2070,3 qram, 2011,6 qram, 2013,9 qram, 1006,2 qram, 2036,8 qram, 1000,5 qram, 1000,5 qram, 2030,6 qram, 2017,2 qram, 1000,7 qram, 1000,3 qram, 1015,5 qram, 1015,2 qram, 1015,8 qram, 2014,8 qram, 2026,5 qram, 2017,2 qram, 1019,2 qram, 1017,8 qram, 2035,3 qram, 1014,2 qram, 1006,8 qram, 1015,8 qram, 2015, 2 qram, 1010,3 qram, 1016,8 qram, 1010,7 qram, 2057,5 qram, 1010,6 qram, 2048,8 qram, 1002,9 qram, 2056,5 qram, 2013,8 qram, 1008,9 qram, 1027,2 qram, 1010,8 qram və 1008,5 qram olmaqla otuz yeddi ədəd bükümdə, miqdarda 1005,2 qram çəkidə narkotik vasitə tiryək bir ədəd bükümdə, 2144,3 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 1095,1 qram və 1049,2 qram olmaqla iki ədəd bükümdə və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda Dövlət ittihamçısı çıxışında AR CPM-in 39.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadığından Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş AR CM-in 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamdan imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 31 may 2002 və 19 sentyabr 2008-ci il tarixli hökmlərindən və Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən, AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67-ci maddəsi tətbiq edilməklə ona qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsi tətbiq edilməklə o, cəzanın 03 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və xx.xx.2019-cu il tarixdə cəzası başa çatmışdır. (iş vərəqə 168-181) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin xüsusilə təhlükəli residivi halını yaradır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi halı mövcuddur. İş materiallarında olan AR Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş xx.xx.2022-ci il tarixli 260 və 261 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşamış, ailə tərkibi bacısı X1 ibarətdir. (iş vərəqə 130-132) İş materiallarında olan Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş xx.xx.2022-ci il tarixli 262 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (iş vərəqə 133) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmadığını qeyd edərək, AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin xüsusilə təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(005)-115/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 yanvar 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 14, 101-106) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 2051 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 182 (yüz səksən iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 52.708,31 qram çəkidə narkotik vasitə olan heroindən ekspertiza tədqiqatından sonra qalıq qalan və üç ədəd sintetik kisədə qablaşdırılan 52.708,105 qram çəkidə narkotik vasitə olan heroin, 1.005,2 qram çəkidə narkotik vasitə olan tiryəkdən ekspertiza tədqiqatından sonra qalıq qalan 1.005,1 qram çəkidə narkotik vasitə olan tiryək, 10.313,396 qram çəkidə psixotrop maddə olan metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalan 10.313,256 qram çəkidə psixotrop maddə olan metamfetamin, 450 ədəd metadon tabletlərindən ekspertiza tədqiqatından sonra qalıq qalan 444 ədəd metadon tabletləri, 2.144,3 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalan 2.144,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Redmi” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 02 ədəd CD disk və 02 ədəd əlyazma vərəq hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 52.708,105 qram narkotik vasitə heroin, 1.005,1 qram narkotik vasitə tiryək, 10.313,256 qram psixotrop maddə olan metamfetamin, 444 ədəd metadon tabletləri, 2.144,2 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Redmi” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 02 ədəd CD disk və 02 ədəd əlyazma vərəq hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 182 (yüz səksən iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-164/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-164/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver