Məhkəmə qərarları › İş №1(101)-164/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-164/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-164/2025 03.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 nümayəndəsi X9, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «ƏDALƏT» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını tələb etmiş, pornoqrafik materialları reklam məqsədi ilə qanunsuz hazırlamış, yaymış, reklam etmiş, pornoqrafik xarakterli video materiallar və şəkillərlə qanunsuz ticarət etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə pul tələb etmək və bu yolla əldə edəcəkləri pul vəsaitlərini aralarında bölmək məqsədi ilə Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 məxsus pornoqrafik xarakterli, yəni cinsi ehtirası sağlam olmayan şəkildə oyadan, seksuallığı müstəsna olaraq cinsi aktın həyata keçirilməsi ilə bağlayan, ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfi qıcıqlandırmaq, başqalarında ikrah hissi oyatmaq məqsədi daşıyan, primitiv hisslər yaradan çoxsaylı fotoşəkilləri və pornoqrafik xarakterli 1 ədəd videogörüntünü özünün və Şahid2 idarə etdiyi “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu" adlı pornoqrafik məzmunlu teleqram sosial şəbəkəsindəki kanallarında qanunsuz yaymaqla reklam etmiş, həmin pornoqrafik xarakterli fotoşəkil və videogörüntülərin yer aldığı eyni xarakterli qeyd edilən teleqram sosial şəbəkəsindəki kanalları izləyici sayını artırmaqla yayıb reklam etmiş, habelə pornoqrafik xarakterli həmin video material və şəkillərlə qanunsuz ticarət etmiş, Şahid2 həmin materialları digər internet saytlarında da nümayiş etdirməklə haqqında rüsvayedici məlumatları yayacağı hədəsi ilə 2021-ci ilin avqust ayında yaşadığı ünvan 2 ünvanında mobil telefonla əlaqə yaradaraq Münəvvər Davudovadan hədə-qorxu ilə 500 manat məbləğində pul vəsaiti tələb edib həmin pul vəsaitini Təqsirləndirilən şəxs istifadəsində olan bank kartı hesabına göndərməsini tapşırmış, Münəvvər Davudova barəsində rüsvayedici məlumatların yayılmaması üçün qeyd edilən pul vəsaitinin ödənilməsinə məcbur olub qohumu Şahid1 vasitəsi ilə 15 avqust 2021-ci il tarixdə saat 14:59-da "xxxx" ASC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov branch” ödəmə terminalından 500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs bacısı X5 "xxxx" ASC-ə aid 540408****9150 nömrəli bank kartı hesabına göndərmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs qeyd edilən pul vəsaitini Şahid2lə aralarında bölməklə ələ keçirmişdir. 3.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə pul tələb etmək və bu yolla əldə edəcəkləri pul vəsaitlərini aralarında bölmək məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus çılpaq görüntülü bir ədəd fotoşəkli özünün və Şahid2 idarə etdiyi “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram sosial şəbəkəsindəki kanallarında nümayiş etdirmiş, Şahid2 haqqında rüsvayedici məlumatları yayacağı hədəsi ilə 2021-ci ilin noyabr ayında yaşadığı ünvan 2 ünvanında mobil telefonla əlaqə yaradaraq Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə 500 manat məbləğində pul vəsaiti tələb edib həmin pul vəsaitini Təqsirləndirilən şəxs istifadəsində olan bank kartı hesabına göndərməsini tapşırmış, Zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatların yayılmaması üçün qeyd edilən pul vəsaitinin ödənilməsinə məcbur olub 16 noyabr 2021-ci il tarixdə saat 21:32-də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Grandmart” adlı marketdə quraşdırılmış “emanat” ödəmə terminalından 500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs bacısı X5 "xxxx" ASC-ə aid 540408****9150 nömrəli bank kartı hesabına göndərmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs pul vəsaitini Şahid2lə aralarında bölməklə ələ keçirmişdir. Sübutların tədqiqi: 4.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 242-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək ifadəsində qeyd etmişdir ki, Faiqlə tanışlığı olmamış, o, Faiqə panel xidməti göstərərək suni izləyici artırmışdır. Faiq ondan kart istəyərək “sənə pul gələcək reklam pulu, onun hamısını yollayarsan mənə” demişdir. Faiqin ona paneldən 140 manat arası qalıq bocu olmuş, Faiq onun həmin pulu özünə götürməsini və qalanını göndərməsini demişdir. Bu 21 avqustda olmuş və həmin vaxt yetkinlik yaşına çatmadığından öz adına kart olmamışdır. Pul atdığı axşam 470 manatı Faiqin balansına köçürmüşdür. Amma ittiham aktında 250 manatın ona, 250 manatın isə Faiqə çatdığı yazılmışdır. Təqdim olunan bank çıxarışlarında reallıq əks olunmuşdur. O, sentyabr ayında Türkiyəyə getmişdir. Noyabr ayında Faiqə ona pul gələcəyini və həmin pulu atmasını demişdir. Onda da 470-460 manatı Faiqin özünə atmışdır. Pulun hansı mənbədən gəlməyindən xəbəri olmamışdır. Faiq kartı ondan reklam adı ilə istəmişdir. 5.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Faiqi tanımamış, onunla görüşməmiş, sadəcə sosial şəbəkə üzərindən danışmışlar. Faiqlə tanışlıqları müştəri kimi olmuş, Faiq ondan panel xidməti almışdır. O, özü sosial şəbəkələrin idarə edilməsi işi ilə məşğul olmuşdur. Onun fəaliyyəti hansısa kanallar üzərindən yox, “instagram” səhifəsi vasitəsilə olmuş, onun “telegram” səhifəsi olmamışdır. İttiham aktında göstərilən kanallarla heç bir əlaqəsi olmamış, onunla bağlı heç bir sübut da olmamış, sadəcə Faiq ilkin izahatında işini yüngülləşdirmək üçün onun adını hallandırmışdır. Üzləşdirmə zamanı Faiq özündə olmadığını, işini yüngülləşdirmək üçün onun adını verdiyini bildirmişdir. O, adıçəkilən kanallarda foto və videoların kimin tərəfindən yayılmasını bilməmişdir. Faiq ona kanallarda foto və videoların kim tərəfindən yayılması barədə heç bir məlumat verməmişdir. O, zərərçəkmiş şəxslərin heç birini tanımamış və zərərçəkmiş şəxslərin fotolarının kanallara kim tərəfindən necə daxil olduğunu bilməmişdir. Yetkinlik yaşına çatmadığından öz adına hansısa kartı olmamışdır. Panel xidməti göstərəndə Faiq pulu karta köçürəcəyindən bacısının kartını vermişdir. Faiq də pulu həmin karta köçürə biləcəyi barədə soruşmuş, o da “problem yoxdur, köçür göndərərəm sənə” demişdir. Faiqin ona verdiyi pulları bank köçürməsi yolu ilə qaytarmışdır. Faiq ona “E-manat”la pul gəlmir mənim balansıma, “E-manat”la sənə pul yollasınlar, mobil şəbəkə üzərindən göndərərsən mənə” demişdir. Faiqin ona panel xidməti göstərdiyi vaxtı 30-40 manat borcu qalmış, tam dəqiq yadında qalmamış, 30-40 manatı götürərək qalan məbləği Faiqin kartına göndərmişdir. İttiham aktında 250 manatın onun balansında qaldığı deyilir, bank sorğusunda da nə qədər pul qaldığı görsənmişdir. O, Abdəni də tanımamış, Abdəyə məxsus fotoların kimin tərəfindən yayıldığından xəbəri olmamışdır. Ona gələn puldan məlumatı olmamış, Faiq ona “sənə keçən dəfə pul yollamışam reklam üçün, o puldan bir dəfə də gələcək, onu yollayarsan” demişdir. Tam dəqiq yadında qalmamış, həmin məbləğ təxminən 500 manat olmuşdur. O, 470 ya 480 manatı Faiqin kartına köçürmüş, qalan məbləğə isə Faiq həmin miqdarda səhifəyə panel yükləməsini demişdir. O, “Jayhunluna” adlı profilin kimin tərəfindən yayılmasını bilməmişdir. Sosial şəbəkələrin idarə edilməsi onun fəaliyyət istiqamətidir. O, “İnstagram” sosial şəbəkələrin izləyicisinin artırılması xidməti ilə məşğul olmuş, suni izləyici artırmışdır. Faiq müştəri kimi bir-iki ilə yaxın ondan panel xidməti almışdır. Onların “instagram” üçün izləyici sayını artırmaqdan ötrü reklam verdikləri səhifələri olmuşdur. Faiq reklamı görərək “whatsapp” üzərindən səhifəni artırmaq üçün ödəniş etmək istədiyini yazmış, onlar problem olmadığını demiş, ödənişi elədikdən sonra “instagram” səhifəsinin izləyicisini artırmışlar. Faiq davamlı olaraq ondan alış-veriş edərək panel xidməti almışdır. Panel xidməti suni izləyici artırma xidməti olmuşdur. Stabil qiymət olmamış, amma Faiqin davamlı aldığı qiymət 30,40 maksimum 50 manat aralığında olmuşdur. O, Faiqə əlli manatlıq xidmət göstərmiş və ödənişlər kartla olmuşdur. Faiqə pullar “Mostbet” və “1xbet” qumar saytlarının, mərc saytlarının reklamına görə gəlmişdir. Ona iki dəfə pul gəlmişdir. 500 manatdan 30 manat çıxmış, 470 ya da 460 manat Faiqin özünə göndərmişdir.Avqust ayında da nağdlaşdırdığı pulu Faiqin kartına qoymuşdur. O, Türkiyədə iki il yaşamış və “instagram” səhifələrini Türkiyədə dostu ilə şərik işlətmişdir. 27 sentyabr 2021-ci ildən Türkiyədə olmuşdur. Səhifəni işlətdiyi türklə çoxdan tanış olmuş və səhifəni çoxdan işlətmişlər. Səhifələrinin adı süni izləyici artırma olmuşdur. Universitetə başladıqdan sonra bütün səhifəsini bağlamışdır. O, axtarışda olduğunu bilməmişdir. Faiqin ondan kart istəməsi “whatsapp” üzərindən olmuşdur. O, nömrəsini dəyişmiş və Türkiyə nömrəsinə keçid etmişdir. Faiqlə türk nömrəsi ilə danışmamışdır. O, nömrəni tullamış, telefonu da dəyişmişdir. Faiq onlardan səhifəsinin artımı üçün nömrə istəmiş, nömrə ilə “whatsapp” üzərindən danışıq olmuş, kart istəməsi də “whatsapp” üzərindən olmuşdur. O, bütün sosial şəbəkələr üçün xidmətlər göstərmişdir. O, “bax amma sil” kanalına panel xidməti göstərmiş, kanallara daxil olmadığı üçün məzmununu bilməmişdir. “Telegram” işlətmədiyindən nə məzmunlu kanal olduğunu bilməmişdir. Faiqlə yazışması barədə təqdim edə biləcəyi heç bir şey yoxdur. Köçürmələr bankın mobil şəbəkəsi üzərindən olmuşdur. Saytdan onun heç bir məlumatı olmamışdır. Bacısının kart hesabına köçürülən pulun 450-470 manatını Faiqə qaytarmışdır. İzləyici sayını “media bay” saytı vasitəsilə artırmışdır. İzləyici sayını artırdığı səhifələr “instagram” hesabındakı xəbər portalı və “telegram”daki “bax amma sil” kanalı olmuşdur. “Jayhunluna” telegram adı olmuş, o, Faiqlə “whatsapp” üzərindən danışmışdır. O, xəbər portalındakı kanalın izləyici sayını artırmışdır. Faiqə pulları “Birbank” vasitəsilə yollamışdır. Yetkinlik yaşına çatmadığından bankda hesab aça bilməmiş, kart bacısının adına olsa da, faktiki onun istifadəsində olmuşdur. Bank hesabı onun telefonunda olmuşdur. Bacısı ara-sıra həmin kartdan istifadə etsə belə, əsasən o, istifadə etmişdir. kart onun istifadəsi üçün açılmışdır. Bank kartı 16 yaşında açılmış, hadisə olanda isə onun 17 yaşı olmuşdur. Panel xidmətləri ilə bağlı gördüyü işlərdən onun ailəsinin məlumatı olmamışdır. Gəliri olan pulları öz şəxsi istifadəsi üçün xərcləmişdir. “Telegram” səhifəsində Faiq üçün suni izləyicini iki dəfə artırmışdır. Deyəsən “bax amma sil” “telegram” səhifəsi üçün izləyici sayını artırmışdır. Bundan əlavə Faiqin “instagram”da olan səhifəsi üçün izləyici sayını artırmışdır. Onu özünün “telegram” səhifəsi olmamışdır. Oraya daxil olmadan izləyici sayının artırılması mümkündür. O, “Telegram” səhifələrinin içində paylaşımların məzmunun nə olmasını bilməmişdir. Link olaraq səhifənin adını kopyalayıb ona yollamış, o da saytda yerləşdirəndə avtomatik artmışdır. Bu proseslərlə bağlı “telegram” səhifəsinə daxil olmağa ehtiyac olmamışdır. O, Faiqə hansısa sayt satmamış, Faiqə heç bir sayt hazırlamamış, ancaq panel xidməti göstərmişdir. “Jayhunluna” profilinin kimin yaratmasından onun məlumatı olmamışdır. Faiqlə tanışlıqları internet üzərindən olmuşdur. Faiq “instagram” üzərindən yazıb ona müraciət etmişdir. Onun həmin dövrdə “instagram” səhifəsinin adının tam dəqiq forması hazırda yadından çıxmış, izahatında qeyd etmişdir. O, Faiq üçün təxminən 6-7 ay, 2021-ci ilin yanvar-fevral ayından panel xidməti göstərmişdir. 2021-ci ilin noyabr ayına kimi Faiqə panel xidmətləri göstərmişdir. Faiq 2021-ci ilin dekabrında tutulmuş və panel xidmətləri dayandırılmışdır. Onun Faiqin tutulmasından məlumatı olmuşdur. Faiqin tutulmasını “Polis Azərbaycan” səhifəsində görmüş, həmin səhifədə üç nəfər tutulmuşdur. O, Azərbaycandan 2021-ci ilin sentyabr ayında çıxmışdır. Azərbaycandan çıxma səbəbi təhsillə bağlı olmuşdur. Hər dəfə panel xidməti etdikcə Faiq ödəniş etmiş, hər xidmətə görə qiymət dəyişmişdir. Təxminən on min nəfər izləyicisini artıranda 30-40 manat almışdır. Faiq də davamlı olaraq ondan on min nəfər izləyici almışdır. Uşaqlığından bu sahə ilə məşğul olduğundan izləyici sayını artırmağı öyrənmişdir. Faiqin ödəmələri hər dəfə ona yollaması şübhə yaratmamış, belə bir hadisə ola biləcəyini düşünməmişdir. O, Faiqə özünün də “Milliön” vasitəsilə pul köçürə biləcəyini demiş, amma Faiqə yalnız “Birbank” üzərindən pul köçürmək mümkün olduğunu bildirmişdir. 21 avuqst tarixində “Milliön”lə onu hesabına pul köçürülmüş, o da həmin pulu bank tətbiqi vasitəsilə Faiqin kartına köçürmüşdür. Ona beş yüz manat məbləğində pul gəlmiş, həmin məbləğin 470 ya da 460 manatını köçürmüşdür. 16 noyabr tarixində 440 manat köçürmə etmişdir. İzahatında türk şirkətinin adını qeyd etmiş, şirkətə də ödəniş etmiş və şirkətə pulu Faiqə panel xidmətini göstərmək üçün köçürmüşdür. Ona əsasən özünün xidmət haqqı maraqlı olduğundan, Faiqin pulu haradan alması çox da maraqlı olmamış, belə bir hal ola biləcəyindən şübhələnməmişdir. Onun Faiqdən başqa yüzlərlə müştəriləri olmuşdur. Həmin müştəriləri ilə Faiqdə olduğu formada ödənişlər olmamışdır. Faiqdən başqa olan müştəriləri sırf xidmət haqqı nə idisə həmin məbləği də ona yollamışlar. O, “telegram”da olan kanala bir-iki dəfə xidmət göstərmişdir. Faiqin “instagram”da olan səhifəsi xəbər portalı olmuşdur. Faiqlə olan yazışmaları əsasən “whatsapp” üzərindən olmuş, Faiq xidmət göstərməyi ona “instagram”da təklif etmişdir. Öz adına “instagram” açanda telefon nömrəsi ilə açmışdır. Həmin dövrdə onun istifadə etdiyi telefon nömrəsi öz adına olmamış, evindəkilərin adına olmuşdur. O, həmin səhifəsini bağlamışdır. Təhsil üçün Türkiyəyə gedəndən sonra hesabında nə var idisə hamısını silmiş, ona görə də onun bərpa edilməsi mümkün olmamışdır. Başı təhsilinə qarışdığından və xidmət göstərmədiyidən, səhifəsini tam şəkildə silmişdir. Açdığı təzə “instagram” səhifəsi onun özünün şəxsi istifadəsi üçün olmuşdur. O, oktyabr-noyabr ayında olan xidmətləri Türkiyədə olarkən etmişdir. Səhifəsini 2022-ci ilin yanvar-fevral aylarında bağlamış, Faiqin belə yollara əl atdığını görərək səhifəni bağlamışdır. O, Türkiyəyə gedəndə profilini hələ də bağlamamışdır. Polis əməkdaşı ona zəng edərək axtarışda olduğunu demiş, o da təhsilini yarım qoya bilmədiyini və vaxt edib gələcəyini bildirmişdir. Ona axtarışda olmağı ilə bağlı 2022-ci ilin mart ayında zəng etmişlər. Onun sənədində problem yarandığından Türkiyədən deportasiya etmişlər. Sənədinin vaxtından bir ay keçmişdir. 2022-ci ilin mart ayında Qaradağdan polislər ona zəng edəndə şahid qismində ifadə verəcəyini demişlər. Fikirləşə bilməmişdir ki, Faiqlə bağlı problem olsa yazışmalara dair sübutları özündə saxlasın. Faiqin belə yollara əl atacağını və onun da ortada gedəcəyini düşünməmişdir. Onun profilinin bərpası ilə bağlı mütəxəssisin dəvət edilməsinə ehtiyacı yoxdur. O, öz telefonunu da dəyişmişdir və həmin telefon Türkiyədə qaldığıdan təqdim edə bilmir. Onun “whatsapp” nömrəsi anasının adına olmuşdur. O, “mediabaym” panel xidmətləri sistemindən istifadə etməklə izləyici sayını artırmışdır. Ona göndərilən “link” çağırış linki olmuş, həmin link onu “telegram”a yönləndirmiş, əgər istifadəçisi deyilsə həmin link onda açılmamışdır. O da “telegram” istifadə etmədiyi üçün birbaşa panel xidmətini göstərmişdir. “Telegram” üzərindən iş görmədiyindən istifadə etməmiş, bütün sosial şəbəkələr üzərindən “panel” satışları etmişdir. “Telegram” istifadəçisi olmadığı üçün ancaq açıq səhifələrə və ya qruplara girə bilmək mümkün olmuş, “telegram kanal”ına isə mümkün olmamışdır. Səhifə və kanal bağlı olduqda qeydiyyatdan keçmədən oraya daxil olmaq mümkün olmamışdır. Mesajlar nömrənin deyil, telefonun yaddaşında arxivləndiyindən onların bərpası qeyri mümkündür. 6.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, sosial şəbəkələrdə kanalların izləyici sayını süni şəkildə artırmaq üçün “panel” xidmətləri göstərmişdir. O, izləyici sayını türk saytı olan “medyabayım” adlı kanaldan artırmışdır. Həmin vaxt onun 18 yaşı tamam olmadığı üçün öz adına bank kartı olmamışdır. Ona görə də bacısı Aytac İsmayılovaya məxsus olan Kapital Bank kartından istifadə etmişdir. Belə ki, Şahid2 hər dəfə panel xidmətlərinə görə həmin karta pul göndərmişdir. O, təkcə Faiqin səhifələrinə deyil, başqa səhifərə də izləyici sayını artırmaq xidməti göstərmişdir. Faiqin telegramda işlətdiyi “bax amma sil” adlı kanalına bir neçə dəfə panel vurmuşdur. O, kartına göndərilən pulların mənbəyi barədə heç nə bilməmişdir. Belə ki, o heç kimdən hədə-qorxu ilə pul tələb etməmişdir (İİ cild, səh. 197-200, İİİ cild, səh. 29-33). 7.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 12 avqust 2021-ci ildə o, özünün istifadə etdiyi “İ Phone” markalı mobil telefon vasitəsi ilə teleqram proqramına daxil olmuş, teleqram proqramında “Bədbəxt kişilər klubu”, “Azeri qızlar ifşa”, “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” adlı teleqram kanallarında özünün çılpaq fotoşəkillərinin və çılpaq videosunun yayıldığını görmüş, həmin səhifələrin hamısının adminin adı “Jayhunluna” olmuşdur. O, sonradan “Jayhunluna” adlı adminin əsl sahibinin Şahid2 olduğunu bilmişdir. O, həmin səhifələrin admininə mesaj yazıb nə üçün onun çılpaq videosunun və fotoşəkillərinin paylaşıldığını soruşmuş, həmin şəkillərin və videonun silinməsini xahiş etmiş, lakin adminin sahibi onun şəkillərini və videosunu silməyəcəyini demişdir. O da yalvarmış, həmin şəkillərin və videonun silinməsini xahiş etmiş, yoxsa rüsvaycılıqdan özünü öldürəcəyini demişdir. Faiq də həmin şəkil və videonun silinməsi üçün 500 manat istəmiş, həmin pulu verməyəcəyi halda onun şəkillərini və videosunu silməyəcəyini, əksinə, başqa teleqram kanallarında da yayacağını bildirmişdir. Onun çılpaq şəkillərinin və videonun həmin kanallarda paylaşılması və yayılması onun üçün utancverici bir məsələ olmuş, həmin şəkillər və video başqa kanallarda da yayıldığı halda o, hətta utancdan özünü öldürməyi də fikirləşmişdir. Ona görə də Faiqin istədiyi 500 manat pulu ona verməyi qərara gəlmiş, Faiqə həmin pulu verməyə razı olmuşdur. Faiq 500 manatlıq “500K” instaqram səhifəsi olduğunu bildirmiş, həmin instaqram səhifəsini almasını tələb etmişdir. O da əmisi oğlu Şahid1 başına gələnləri danışmış, X2 adına olan bank kartına 500 manat göndərmişdir. Sonra həmin instaqram səhifəsini o, Faiqə göndərmiş, Faiq də onun çılpaq şəkillərini və videonu silmişdir. Əmisi oğlu Rüstəm Faiqlə «whatsapp» proqramı vasitəsi ilə də danışmış, həmin danışıqlarda da Faiqin ondan hədə-qorxu ilə pul tələb etməsi açıqaydın görünmüşdür. O, Faiqin hədələrini həqiqi qəbul etmiş, Faiqin istədiklərini vermədikləri halda Faiqin onun çılpaq şəkillərini və videosunu paylaşacağını bilmişdir (İ cild, səh. 15-18). 8.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında rəfiqəsi Gülarə ona zəng edib “Teleqram” sosial şəbəkəsində “Tərbiyəsiz qızlar ifşa” adlı səhifədə onun çılpaq şəklinin paylaşdığını bildirmiş, o da tez “Teleqram” sosial şəbəkəsində “Tərbiyəsiz qızlar ifşa” adlı səhifəyə daxil olmuş və həqiqətən də onun çılpaq vəziyyətdə olan şəkli paylaşılmışdır. Həmin şəkildə onun yataqda uzanmış vəziyyətdə, sol əlində telefonla danışarkən çəkilmiş şəkli paylaşılmışdır. O, həmin səhifənin admini kimi bildiyi "Jayhunluna" adlı hesaba yazmış və həmin şəklini səhifədən silməsini xahiş etmişdir. Həmin şəxs onun şəklinin silinməsi müqabilində pul tələb etmiş, həmin şəxsin adının Faiq olduğunu sonradan bilmişdir. O da şəkillər bir az da yayılsa, insan içinə çıxa bilməyəcəyini, qohumlarının, tanışlarının üzünə baxa bilməyəcəyini bilmiş, ona görə də Faiqin istədiyi pulu verməyi qərara almışdır. Faiq isə şəklini silməyinin müqabilində ondan 500 manat istəmiş və ona hesab nömrəsi göndərmiş, hesab nömrəsi Aytac adlı qızın adına olmuş, o da 16 noyabr 2021-ci ildə 500 manat pul vəsaitini ödəmə terminallarından biri vasitəsi ilə göndərmişdir. Zərərçəkmiş şəxs2 Şahid2 yaydığı ona məxsus çılpaq fotoşəkli istintaqa təqdim etmişdir (İ cild, səh. 227-230). 9.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, Faiqi tanımışdır. “Telegram”da əmisiqızı Zərərçəkmiş şəxs1 şəkli ona gəlmiş, bundan sonra Faiqlə danışaraq şəkilləri silməsini xahiş etmişdir. Faiqə şəkilləri silməsi üçün pul atmalı olmuşdur. Faiqi bu şəxsin kartını ona göndərmiş və pulu həmin karta yollamasını demişdir. O da pulu həmin karta yükləmişdir. 10.Şahid1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, həmin şəkillər barəsində həm əmisi qızı özü ona demiş, həm də şəkillər onun qabağına çıxmışdır. Faiq özü ona “telegram”dan yazmış, daha sonra səhv etmirsə rus nömrəsi vermiş və həmin nömrə vasitəsilə ancaq telefonla danışmışlar. O, dəfələrlə Faiqə görüşməyi təklif etmiş, lakin Faiq Rusiyada qaldığını bildirmişdir. Sonra o, Faiqə demişdir ki, “pulu atım karta şəkillər silinsin, bu biabrçılıqdır”. Pul barədə söhbət onların arasında təxminən bir həftə çəkmişdir. O, pulu birdəfəlik ödəmiş, ayın neçəsi olması yadından çıxmışdır. Daha sonra şəkillər silinmişdir. Səhv etmirsə kart Ayxanın bacısının adına olmuşdur. Hansı karta pul köçürməsini ona Faiq demişdir. O, Ayxan adlı şəxsi tanımamış, aralarında hansısa telefon danışığı olmamışydır. “Milliön”də kartı daxil edəndə ad çımış, oradan Ayxanın bacısı olduğunu bilmişdir. Faiq ona demişdir ki, “bu oğlan sayt satır, sən bunun müqabilində pulu vur onun adına”. O, Faiqə iki dəfə pul ödəmişdir. Birinci dəfə 500 manat ödəmiş, daha sonra şəkil yenə yayılmışdır. Faiq ona “şəkil yayılsa mənə deyin sildirim” demiş, onda da yenidən 50 manat ödəmişdir. İkinci əlli manatı hara ödədiyini unutmuşdur. İkinci dəfə pulu Ayxanın kartına ödəməmişdir. O, hər dəfə ödənişlərlə bağlı Faiqlə danışmış, Faiqlə danışıqları bir həftə çəkmişdir. Bu barədə birinci dəfə əmisi qızı özü ona demiş və şəkilləri Faiq adlı oğlanın yaydığını bildirmişdir. Əmisi qızı kimləsə sevgili olmuş, şəkilləri həmin adama yollamış və həmin adam da Faiqə göndərmişdir. O, Ayxanla bu barədə nə isə danışmamışdır. Əmisi qızından Ayxan adını eşitməmiş, Ayxanı Faiq ona deyəndən sonra eşitmişdir. Faiq Ayxanın barəsində konkret olaraq “o sayt satır, pulu vurun ona, o da saytı satacaq mənə” demişdir. Faiq şəkillərin silinməsi üçün saytı almaq lazım olduğunu bildirmişdir. Pulu göndərəndə Faiqin məqsədi saytı almaq olmuşdur. Faiq ona saytı almaq istədiyini demiş, o da Faiqə “sən şəkilləri sil, mən sənə pulu göndərəcəm” demişdir. Faiq də orada nə isə oynayacağını və ayda beş yüz manat pul qazanacağını bildirmişdir. O, pulu Faiqə şəkilin silinməsi üçün vermişdir. Faiq ona “siz pulu vurun saytı satana, o da saytı satacaq mənə” demişdir. Sayt şəkillərin yayıldığı yox, başqa sayt olmuşdur. Şəkilləri silməli olan Faiq özü olmuşdur. Ayxanı telefonda görməmiş, ancaq telefonda pulun saytı satan oğlana verilməsi deyilmişdir. O, Faiqlə Ayxanın əlaqələrinin nədən ibarət olmasını bilməmişdir. 11.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2021-ci ilin avqust ayında «tərbiyəsiz qızlar ifşa» adlı teleqram saytında əmisi qızı Zərərçəkmiş şəxs1 açıq-saçıq şəkillərinin paylaşıldığını eşitmiş, əvvəlcə Münəvvər həmin şəkilləri paylaşan Faiqlə danışmış və həmin şəkilləri silməsini xahiş etmiş, lakin Faiq həmin şəkilləri silmək üçün 500 manat pul istəmişdir. Faiq həmin səhifəni «Jayhunluna» adlı profillə işlətmiş, Faiq 500 manat pul verilməsə, o, həmin şəkilləri başqa səhifələrdə də paylaşacağını bildirmişdir. O da Faiqlə telefon əlaqəsi saxlamış, Faiqdən həmin şəkilləri silməsini xahiş etmiş, Faiq şəkillərin silinməsi üçün 500 manat pul istəmişdir. Faiq pul verildiyi halda şəkilləri siləcəyini bildirmiş, lakin pul verməsə, şəkilləri silməyəcəyini, şəkilləri başqa saytlarda da yayacağını demişdir. Amma Faiq pulu əlbəəl almayacağını, kart vasitəsi ilə alacağını demişdir. Faiq ondan ya 500 manat verməsini, ya da həmin məbləğdə instaqram səhifəsi almasını tələb etmiş, o isə pul verməyə razılaşmışdır. Faiq də ona Musayeva Aytac adlı şəxsin adına olan kart hesabının nömrəsini göndərmiş, o da 500 manat pulu həmin hesaba göndərmişdir. O, Faiqlə arasında olan səs yazıları və mesajlaşmalan istintaqa təqdim etmiş, həmin səs yazılarından və mesaj mətnlərində Faiqin onlara hədə-qorxu gəlməsi və pul tələb etməsi aydın olmuşdur (İ cild, səh. 85-87). 12.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Ayxanla sosial şəbəkədən tanış olmuşdur. O, “telegram” və “instagram”da səhifələr işlətmiş, Ayxan özü “panel”lə “like” vurmuşdur. Ayxanla bir-iki dəfə işlər görmüş, Ayxan pul müqabilində onun üçün bəyən sayı toplamışdır. O, Ayxana borclu qalmışdır. O, özü “telegram”da 242 və 182 maddələrlə məşğul olmuşdur. Ayxana pul verməli olmuş, öz adı bilinməsin deyə öz kartından yox, Ayxanın kartından istifadə etmiş, Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid1 həmin karta beş yüz manat miqdarında pul atmışdır. Ayxanın həmin puldan məlumatı olmamış və ona “bu nə puldur sənin mənə verəcəyin əlli manat olub” demişdir. O da Ayxana bildirmişdir ki, “əlli manat sənə qalsın, dörd yüz əllini mənim kartıma at”. Ayxan ondan nə pul olduğunu soruşmuş, o da “motsbet” və “xbet” saytlarında reklam etdiyini, onların pulu olduğunu demişdir. Ayxanın həm yaşı az olmuş, həm də Türkiyədə tələbə olduğuna görə Ayxandan istifadə etmişdir. Ayxanın alınan pullardan xəbəri olmamışdır. Sübut kimi onlar birlikdə iş görürürlərsə pulu şərik bölməli idilər. Əgər 500 manat pul idisə həmin pulun 250 manatı mütləq şəkildə Ayxana çatmalı idi. Gördüyü işlə bağlı Ayxana 50 manat borcu olmuş və həmin pulu vermişdir. 13.Şahid2 Nağı oğlu məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, “tərbiyəsiz qızlar ifşa”, “bax sonra sil” saytları onun saytları olmuşdur. Abdənin şəkilləri ondan əvvəl başqa səhifələrdə yayılmış, daha sonra da Abdə və bacısının həmin şəkillərin silinməsi barədə müraciətləri olmuş, o da silmək üçün beş yüz manat istəmiş, razılaşdıqlarından Ayxanın kartını vermişdir. Ayxan yenə nə pul olduğunu soruşmuş, o da “motsbet” pulu olduğunu demiş, 20-30 manat borcu olmuş, Ayxana həmin pulu götürməsini və qalanını ona verməsini demişdir. Ayxanlıq heç bir şey olmamış, alınan pullardan və gedişlərdən Ayxanın məlumatı olmamışdır. Buna da səbəb onun döyülməsi faktı olmuş, Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciəti olmuşdur. Onu dekabrın ikisində karona xəstəsi ola-ola evdən götürmüşlər, ittiham aktında isə dekabr ayının üçü şikayət əsasında tutulması yazılmışdır. Pulları necə aldığını Ayxan bilməmişdir. Münəvvərin yolladığı 500 manatın 450 manatını özünə göürmüş, əlli manatı Ayxanın olmuşdur. Ayxanın istifadə etdiyi Musayev Aytac adlı kartın Ayxanın ailə üzvü olduğunu bilməmiş, bilsə idi heç onu etməzdi. Sosial şəbəkədən tanış olduğu üçün Ayxanın Türkiyədə tələbə olduğunu bilmişdir. O, pulu Ayxana üzbəüz görüşüb vermək istəmiş və Ayxan isə Türkiyədə olduğunu demişdir. Altı ay onu Bakı şəhərində tanımamışlar, gizli şəkildə Ceyhun adı ilə səhifə işlətmişdir. Səhifədə şəkillər, videolar paylaşılıb və ifşalar olmuşdur. Abdə tərəfindən 500 manat göndərilmiş, Ayxanın kartında 200 manat pul qalmış, 300 manatını həmin an götürtmüşdür. O, kimdən pul tələb etmişsə onlar onun kimliyini bilməmişlər. Ayxan 300 manatı yollamış, o, pulu adminlərə paylamış və şəkillər silinmişdir. Yerdə qalan 200 manatdan 30 manat Ayxana borcu olmuş, 170 manatını yenidən götürmüşdür. Ayxan onun üçün suni izləyici yığmış və həmin borc olmuşdur. Onlar şantajla məşğuldurlarsa bir insan nəyə görə öz bacısının kartını verir. Ona gələn puldan Ayxana heç nə qalmamış, hamısını o, götürmüş, Ayxana ancaq olan borcunu qaytarmışdır. Həmin dövr üzrə onun özünün şəxsi bank kartı olmuş, lakin şəxslərə həmin kartı verməmişdir. Çünki bank kartı onun öz ad soyadına olmuşdur. O, bu işlə məşğul olduğunu Ayxana deməmişdir. Ayxan onun səhifəsinə saxta izləyici yığmışdır. “Tərbiyəsiz qızlar” səhifələrinə Ayxanın aidiyyatı olmamışdır. İzləyici çoxalanda səhifənin reytinqi artır, axarışda birinci onun səhifəsnin adı çıxır. Şantaj səhifələrini “telegram”da işlətmiş, Ayxan onları bilməmişdir. “Telegram” səhifələrində izləyici sayı yığma barədə Ayxana müraciət etməmiş, çünki “telegram”da saxta izləyici yığmaq olmur. 14.Məhkəmə iclasında Şahid2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(101)-1207/2022 nömrəli hökmündə olan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, onun heç bir günahı yoxdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. 15.Məhkəmə iclasında Şahid2 1(101)-1207/2022 nömrəli cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi 04 dekabr 2021-ci il tarixli və 14 may 2022-ci il tarixli ifadələri elan və tədqiq olunmuşdur. Həmin ifadələrində o, göstərmişdir ki, “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram kanalların səhifəsinin admini olaraq işləmiş, “Jayhunluna” adlı profili özü yaratmış, həmin profili də tanışı Təqsirləndirilən şəxs ilə birlikdə işlətmişdir. O və Ayxan “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram kanallarında qızların çılpaq və açıq-saçıq şəkillərini paylaşmış, Ayxanla birlikdə həmin kanallarda qızların açıq-saçıq şəkillərini paylaşmağı, daha sonra şəkillərini paylaşdıqları qızları şantaj edib onlardan pul almağı qərarlaşmışlar. 2021-ci ilin avqust ayında o və Ayxan Bakı şəhəri sakini Zərərçəkmiş şəxs1 çılpaq şəkillərini və çılpaq videosunu əldə etmiş, Ayxanla birlikdə həmin çılpaq videonu və çılpaq şəkilləri teleqram kanallarında paylaşmağı və şantaj yolu ilə Münəvvərdən pul istəməyi qərara gəlmişlər. Beləliklə də, Münəvvərin çılpaq şəkillərini və çılpaq videosunu “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram kanalların səhifəsində paylaşmış, sonradan Münəvvər onunla əlaqə saxlamış və həmin şəkillərin silinməsini və yayılmamasını xahiş etmişdir. O da həmin şəkillərin və videonun silinməsi üçün və başqa kanallarda daha da yayılmaması üçün 500 manat pul istəmiş, daha sonra Münəvvərin Rüstəm adlı qohumu onunla əlaqə saxlamış, o da həmin çılpaq şəkilləri və çılpaq videonu kanallardan silməsini xahiş etmişdir. O, bunun üçün 500 manat pul istəmiş, əgər 500 manat pul verəcəkləri halda həmin çılpaq şəkilləri və çılpaq videonu kanallardan siləcəyini, bundan sonra yaymayacağını bildirmişdir. Münəvvər və Rüstəm də həmin pulu verməyə razı olmuş, bundan sonra o, Ayxana bu barədə bildirmiş, Münəvvərin həmin çılpaq şəkillərin və videonun daha da yayılmaması üçün və həmin görüntülərin silinməsi üçün 500 manat pul verməyə razı olduğunu bildirmişdir. O və Ayxan əlbəəl həmin pulu götürməyin riskli olduğunu düşünmüş, polis tərəfindən tutulmaqdan qorxmuşlar. Ona görə də Münəvvər həmin pulu Ayxanın kart hesabına göndərməsi, Ayxanın da 500 manatın 250 manatını özünə götürməsi, qalan 250 manatı isə onun hesab kartına göndərməsini qərara gəlmişlər. Ayxan bacısı Aytacın adına olan "xxxx" hesab kartının nömrəsini ona vermiş, o da həmin hesab kartını Münəvvərin qohumu Rüstəmə vermiş, 500 manat pulu həmin karta köçürməsini demişdir. Münəvvərgil də 15 avqust 2021-ci ildə həmin karta 500 manat pulu köçürmüş, sonra Ayxan onunla danışmış və karta 500 manat pul vəsaiti köçürüldüyünü bildirmişdir. Aralarındakı razılığa görə də Ayxan həmin 500 manatdan 250 manatı özünə götürmüş, qalan 250 manat pulu isə onun "xxxx" ASC-də olan **********365596 nömrəli hesab kartına köçürmüşdür. O da hesab kartından həmin 250 manatı çıxartmış və şəxsi məqsədlərinə sərf etmişdir. Sonra söz verdiyi kimi o, həmin teleqram səhifələrindən Münəvvərin çılpaq şəkillərini və çılpaq videosunu silmişdir. O və Ayxan Münəvvərin və ya onun yaxın qohumlarının üzərində zor göstərməmiş və zor göstərməklə hədələməmişdir.2021-ci ilin yanvar ayında o, teleqram saytlarının birində Zərərçəkmiş şəxs2 lüt şəklini görmüşdür. Həmin şəkildə Abdə lüt formada yataqda uzanmış vəziyyətdə telefonla danışırmış. O, həmin şəkili admini olduğu “tərbiyəsiz qızlar ifşa” səhifəsində paylaşmışdır. Həmin ərəfədə bir nəfər qadın onun «Jayhunluna» profilinə mesaj yazıb bildirmişdir ki, həmin şəkildəki qızın, yəni Abdənin bacısıdır, şəklin bütün səhifələrdən silinməsi üçün ona hədə-qorxu gəlmiş və sonra onu təhqir etmişdir. O da təhqirə və hədələrə görə cavab verməmiş və həmin şəxsi bloka atmışdır. Sonradan Abdənin özü onun profilinə yazıb ondan nömrəsini istəmişdir. O da mobil nömrəsini vermişdir, Abdə də “whatsapp” proqramı vasitəsi ilə ona mesaj yazıb bildirmişdir ki, həmin şəkli silsin. O da Abdəyə bildirmişdir ki, o, ancaq özünün admini olduğu «tərbiyəsiz qızlar ifşa» adlı səhifədən silə bilərmiş. Həmin vaxtı Abdə ona qarşı söyüşlər söymüşdür. Həmin şəkil müxtəlif teleqram səhifələrində də yayılmışdır, o, həmin səhifələrdən silinməsi üçün həmin səhifələrin adminləri ilə danışmışdır. Həmin adminlər də şəklin silinməsi üçün təxminən 300 manat pul istəmişdirlər, o da həmin sözü ona zəng edən şəxsə demişdir. Həmin şəxs də razılaşmışdır. O, Ayxana bildirmişdir ki, ona bir kart nömrəsi versin, həmin karta pul yüklənəcək. Ayxan da ona bacısı Aytacın adına olan bank kartını göndərmiş, o da kartın nömrəsini həmin şəxsə vermiş, həmin şəxs də karta 500 manat göndərmişdir (İ cild, səh. 69-73, İİ cild, səh. 32-37). 16.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, qardaşı ilə aralarında iki yaş fərq olmuş, həmin dövrdə onun adına kart açılanda qardaşına vermiş və kart onun istifadəsində olmuşdur. 17.Şahid X10 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, onun 2021-ci ilin yayından etibarən kartı olmuşdur. Kart onun istifadəsində olmadığından neçə dəfə, kim tərəfindən köçürmələr olmasından məlumatı olmamışdır. Həmin müddət ərzində onun elə də bir xərci olmamış, Ayxan isə həmin vaxtlarda ofisiant kimi işləmiş, Ayxan da gündəlik və aylıq maaşını istifadəsi üçün orada saxlamışdır. Həmin 2021-ci il ərzində Ayxan ancaq dərsdən sonra ofisiant işləmişdir. Kart "xxxx"ın kartı olmuş, 2021-ci ilin iyun ayından əvvəlki aylarda almışdır. Qardaşı Türkiyəyə gedəndə kart onlarda evdə olmuş, sadəcə olaraq proqram Ayxanda olmuşdur. Qardaşı ona heç vaxt gedib kartdan pul çıxarmağı barədə nə isə deməmişdir. Karta pul gələndə və çıxanda onun bundan məlumatı olmamışdır. Həmin dövrdə onun istifadə etdiyi kart ancaq “ABB”-dən olmuş, həmin kartı da ona “ASAN” Xidmətdə könüllü işlədiyi üçün vermişlər. Qardaşı onlarla olduğu vaxtlarda, işsiz olduğu dövrlərdə əlavə olaraq izləyici sayı artırma işi ilə məşğul olmuş, qardaşına bəzi blogerlər və s. bununla bağlı müraciət etmişlər. Həmin məbləğlər də cuzi məbləğlər olmuşdur. Gələn pullar 25-30 manat kimi məbləğlər olmuşdur. Daha çox “instagram” şəbəkəsində izləyicini artırmış, “telegram” və “tiktok” izləyicisi artırmasını eşitməmişdir. O, "xxxx" kartından heç vaxt istifadə etməmiş, heç bir əməliyyat həyata keçirməmişdir. Qardaşı 2021-ci ilin sentyabr ayında Türkiyəyə getmişdir. 18.Məhkəmə istintaqı zamanı mütəxəssis qismində dindirilmiş, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X4 Xidmətində kiber təhlükəzilik üzrə aparıcı məsləhətçi vəzifəsində işləyən X1 cavab olaraq bildirmişdir ki, “İnstagram” sosial şəbəkəsindən hesablardan silinmiş məktubların tam olaraq bərpası dəqiq deyil, necəsə qaytarıla biləcəyi ehtimal olunur. O, silinmiş hesabın, məlumatların və mesajların tam olaraq bərpa edilməsini dəqiq deyə bilmir, bu ancaq ehtimaldır, hüquq mühafizə orqanlarının köməkliyi ilə “instagram” kimə məxsusdursa onlara müraciət edərək, bəlkə də bərpa edilməsi mümkündür. Özlərinin telefon vasitəsi ilə həmin məlumatların bərpa edilməsi mümkün deyildir. Panellər vasitəsilə “telegram” sosial şəbəkəsində saxta izləyici sayının artırılması mümkündür. Panel xidməti ilə izləyicini artıran zaman səhifədə paylaşınları görmədən izləyici sayını artırmaq həmin “qrup”un tənzimləmər bölməsindən bunun necə tənzimləndiyindən asılıdır. Bunu tənzimləmələr bölməsindən seçmək olar ki, paylaşımların məzmunun qrupda olmayanlar görsün və ya görməsin. Ehtimal var ki, “telegram” sosial şəbəkəsinin istifadəçisi olmadan da həmin sosial şəbəkədə olan hər hansısa bir “qrup”un izləyici sayını artırarkən paylaşımların məmzunu görünməsin. Bunu tam dəqiq deyə bilmir, yoxlamaq lazımdır. “Link”in göndərilməsi yolu ilə “telegram” kanalı olmadan da izləyici sayının artırılmasının mümkün olub-olmadığını dəqiq deyə bilmir. Deyilənlərin mümkün olub-olmadığını ancaq panel vasitəsilə, onların işləmə prinsiplərini yoxlama yolu ilə müəyyən etmək olar. Təqsirləndirilən şəxsin dediyi kimi panel xidmətlərində belə bir şey olması mümkündür. Belə olan halda şəxsə həmin səhifənin məzmununda nəyin olması maraqlı olmur, sadəcə panelindən istifadə maraqlı olur. Göndərilən “link” əgər “telegram” kanalı ilə bağlıdırsa əlbətdə ki, oraya daxil olub baxmaq mümkündür. Link əgər göndərilibsə açılıb baxıla bilər, amma qısaldılmış linkdə açılmaya da bilər. Qısaldılmış link göndərilibsə, istifadəçidirsə daxil olmaq mümkün olur. “Telegra kanal”ı, “telegram səhifəsi” hər ikisi eyni şeydir. “Telegram” kanalında mobil nömrə ilə qeydiyyatdan keçirilir. Əgər həmin kanalın inzibatçısı olsa nə vaxtsa kimlərin qeydiyyatdan keçdiyini görə bilər. Əgər yazışmalar arxivə göndərilibsə bərpa etmək mümkündür. 19.Məhkəmə iclasında dövlət ittihamçısının vəsatətinə əsasən şahid qismində dindirilmiş Ramil Mamedov suallara cavab olaraq bildirmişdir ki, o, heç vaxt polisə və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmamışdır. Aytac Musayevanı tanımır, dörd yüz manat məbləğində pulu Aytaca Musayevaya məxsus bank kartına nə üçün köçürdüyünü bilmir. O, hazırda da, 2021-ci ildə də telefon mağazası işlətmişdir. O, “telegram” istifadəçisidir, amma orada konkret izlədiyi kanal yoxdur. Təqsirləndirilən şəxs tanımır, Təqsirləndirilən şəxs ondan heç bir vaxt pul tələb etməmişdir. Təqsirləndirilən şəxs ondan hədə qorxu ilə dörd yüz manat tələb etməmişdir. Onun “tərbiyəsiz qızlar ifşa”, “bax, sonra sil”, “bədbəxt kişilər klubu” kimi “telegram” kanallarından məlumatı olmamış və bu kanallarla bağlı onun hansısa yaxınından pul tələb edilməmişdir. Onun izləyici sayının artırılması ilə bağlı panel xidməti göstərilməsi üçün müraciəti olmamışdır. O, fotoşəkili nümayiş etdirilən Şahid2 tanımır. 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2022-ci il tarixli 11/202 nömrəli ekspert rəyindən görünür ki ekspertə təqdim olunmuş ayrı-ayrı zərflərdə olan Zərərçəkmiş şəxs2 və X8 fotoşəkilləri, 01 ədəd fleşkartda “Bağırova Dinarə” adlı qovluğun içərisində olan fotoşəkillər və videogörüntü pornoqrafik xarakterli deyildir. 01 ədəd fleşkartda “Zərərçəkmiş şəxs1” adlı qovluğun içərisində yer alan fotoşəkillər və videogörüntü pornoqrafik xarakterlidir (İİ cild, səh. 57-63). 21.«Təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında» 03 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 istintaq orqanına təqdim etdiyi 01 ədəd diskdə olan səs yazısından görünür ki, Şahid2 Yusif oğlu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qardaşı X6 ünvanladığı səsli mesajda «bayaq Rüstəmə də dedim, sənə də deyirəm, 5 dənə yerdə paylaşılmışdı, buraxana, az 18 plyus, hamısının da linklərini ata bilərəm, özün baxa bilərsən, «bax amma sil», «tərbiyəsiz qızlar ifşa», «bir də ki bədbəxt kişilər klubu bkk», beş yerdən də silindi, başqa səhifələrdə də paylaşılmayıb qardaşım, mən səmimi deyim də, bu 5 dənə yerdə (söyüş söyür) bir də paylaşılmayacaq, başqa yerdə də yoxdur, görsəz də mən sildirəcəm, kişi kimi söz verirəm» məzmunlu ifadələr işlətmişdir. Şahid2 Yusif oğlu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid1 ünvanladığı səsli mesajda “Rüstəm belə deyim də sənə 3-4 gündür onsuz da bunun söhbəti gedir, yenə də deyirəm, mənə Münəvvər lazım deyil, silməyi də ki özün bilirsən ki, əvvəldən hazıram, razıyam, yenə də sənə deyirəm, mənim 5 dənə kanalım var, “Az 18 +", “Buraxana”, “Tərbiyəsiz qızlar”, “Bax amma sil”, “Bir də ki bkk” başa düşdün? mənə kanal alınıb veriləndən sonra o kanallarda paylaşılmayacaq”, “bax Rüstəm sənə belə deyim də mən o dəfə telefonla danışanda mən sənə qayıtdım dedim ki, qız səhvdi eliyib, filan, bu söhbətləri öldürək getsin, bundan sonra bir də eləməsin, sən də dedin bir də eliyən deyil, düzdümü? O ki qaldı silmək məsələsinə mənimçün o post orada qaldı qalmadı önəmi yoxdu, başa düşürsən? Sən kişi kimi verdiyin sözü tutassan, mən də kişi kimi verdiyim sözü tutacam siləcəm, sizin üçün önəmi var, mənim üçün həqiqətən önəmi yoxdu, başa düşürsənmi”, “Rüstəm sənə belə deyim də mən, sənin mənimlə aramda olan mübahisələrdi, bunları yaşına görə hörmət edib keçirəm, belə bir şey deyim sənə, bu da yaşına görə deyirəm sənə, yəni pis insan deyilsən, ürəyin bəlkə də təmizdi, mən bütün kanallarda varam, Azərbaycanda “+18” 75 dənə kanal var, 75 ya 80 belə, hamısında da varam, haradasa görsəm də, harada görsəm də narahat olma sildirəcəm”, “sənə nə qədər vaxt verim?, mənə dəqiq bir vaxt de, səbrim tükənir”, “nə qədər səbr edim müəyyən vaxt de”, “sən tapatapa dollar tapırsan?, yəni ordan manat tapmadın? Dəyişdir dolları nə bilim, nəsə elə”, “bədbəxt kişilər klubundan sildim”, “qaqa deyəsən məzələnirsən mənlə, dollar götürür aparat?”, “şəkilə qalanda, biz də çox adamın səkilini götürə bilirik”, “elə şəxsən bax Münəvvərin səkilləri pavlaşılacaq” məzmunlu ifadələr işlətmişdir. Səfərəliyev X13 Dadaşova “Süleyman salam, bir dənə bura baxarsan, səni narahat edən bkk+tərbivəsiz qızlar ifsa+bax ama sil kanalının rəhbəridir, sənin Rüstəm adlı qohumun var, Münəvvər sənin bacındır?”, “bütün +18 yerlərdə bacının şousu başlıyır, hazır ol”, “bundan sonra qaqaş incimə hər yerdə pavlaşılacaq, burda 59 dənə admin var, hərəsində 2-3 kanalı hamısında paylasılsın bax”, “qaqaşım. Rüstəm bombalıq edirdi, pul heç nədi mənimçün, əlimdədi filan, incimə, pavlasılır, burda 59 dənə admin var, hərəsində 2-3 kalan, indi atıram bura paylaşsınlar”, “buyur qaqa bədbəxt kişilər klubundan silinir” məzmunlu mesaj göndərmişdir (İ cild, səh. 38-40). 22.«Baxış keçirilməsi haqqında» 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 17 yanvar 2022-ci il tarixli məktubla daxil olmuş bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Şahid2 Yusif oğlunun adına rəsmiləşdirilmiş 055 809-12-02 nömrəsindən 050 821-16-76 nömrəsinə “Nunuya de ki, şəkillərini paylaşıram cavab verərsiniz özünüz, görüm əri ola-ola (söyüş söyür) nə deməkdir” məzmunlu mesaj göndərilmişdir (İ cild, səh. 161). 23.İş materiallarında olan "xxxx" ASC-yə məxsus bir ədəd 30219 nömrəli qəbzdən görünür ki, 15 avqust 2021-ci il tarixdə saat 14.59-da X5 adına olan hesab kartına 500 manat pul vəsaiti köçürülmüşdür (İ cild, səh. 60). 24.İş materiallarında olan 4408 nömrəli “e Manat” qəbzindən görünür ki, 16 noyabr 2021-ci il tarixdə saat 21.32-də X5 adına olan hesab kartına 500 manat pul vəsaiti köçürülmüşdür (İ cild, səh. 115). 25.İş materiallarında olan "xxxx" ASC-dən 29 aprel 2022-ci il tarixli məktubla daxil olmuş bir ədəd 30219 nömrəli qəbzdən görünür ki, 15 avqust 2021-ci il tarixdə saat 14.59da X5 adına olan hesab kartına 500 manat pul vəsaiti köçürülmüşdür (İ cild, səh. 60). 26.İş materiallarında olan "xxxx" ASC-dən 29 aprel 2022-ci il tarixli məktubla daxil olmuş Şahid2 Yusif oğlunun adına aşkar olunmuş hesablardan çıxarışlar və nağdlaşdırma əməliyyatlarına dair məlumatlardan görünür ki, X5 hesab kartından Şahid2 hesab kartına 23 avqust 2021-ci il tarixdə 430 manat, 02 sentyabr 2021-ci il tarixdə 430 manat, 06 sentyabr 2021-ci il tarixdə 300 manat, 30 sentyabr 2021-ci il tarixdə 400 manat, 21 oktyabr 2021-ci il tarixdə 500 manat, 01 noyabr 2021-ci il tarixdə 340 manat, 10 noyabr 2021-ci il tarixdə 250 manat, 17 noyabr 2021-ci il tarixdə isə 440 manat pul vəsaiti köçürülmüşdür (İ cild, səh. 231-250). 27.İş materiallarında olan X5 adına olan bank kartının çıxarışından görünür ki, 16 avqust 2021-ci il tarixdə kart hesabına 500 manat daxil olmuş, 16 avqust 2021-ci il tarixdə 450 manat nağdlaşdırılmış, 16 noyabr 2021-ci il tarixdə 500 manat daxil olmuş, 17 noyabr 2021-ci il tarixdə bir bank vasitəsilə Şahid2 hesab kartına 440 manat köçürülmüşdür. 28.Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(101)-1207/2022 nömrəli hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 151, 182.2.1, 182.2.2 və 242-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2-ci maddələri ilə 07 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 29.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 14 dekabr 2021-ci il tarixli, 1849 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 116). 30.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 fotoşəkilləri və videosu, Şahid2 Şahid1 və X6 göndərdiyi səsli mesajlar və mətn mesajlarının əks olunduğu bir ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (İİİ cild, səh. 1-10). 31.«Axtarışda olanın tutulması ilə bağlı» 15 sentyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə gətirilmişdir (İ cild, səh. 184). 32.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 4(005)- 853/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu tarixdən hesablamaqla 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 174-178). 33.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 97-98). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 34.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 35.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 36.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 37.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 38.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 39.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəyinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin olunmalıdır. 40.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinin dispozisiyasına görə, hədə-qorxu ilə tələb etmə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmədə ifadə olunur. Həmin Məcəllənin 182.2.1 və 182.2.2-ci maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar hədə-qorxu ilə tələb etməni nəzərdə tutur. 41.Məhkəmə hesab edir ki, cinayət işi üzrə sübutlar qiymətləndirilərkən iş materialları ilə birlikdə ilk növbədə Təqsirləndirilən şəxs verilmiş ittihamda istinad edilən cinayət əməli təhlil edilməlidir. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulan hədə-qorxu ilə tələb etmə cinayətinin ictimai-təhlükəliliyi ondan ibarətdir ki, təhlil edilən maddədə nəzərdə tutulmuş əməlləri törətməklə təqsirkar zərərçəkmiş şəxsin nəinki əmlakına və əmlaka olan hüququna qəsd edir, həm də onun və ya onun yaxın qohumlarının sağlamlığını, şərəf və ləyaqətini təhlükə altına alır. Şərh olunan cinayətin bilavasitə obyektini mülkiyyət hüququ və başqa əmlak xarakterli mənafelər, əlavə obyektini isə şəxsiyyətin sağlamlığı, habelə şərəf və ləyaqəti təşkil edir. Hədə-qorxu ilə tələb etmənin predmetini yalnız əmlak deyil, həm də əmlaka olan hüquq (məsələn, borcun mövcudluğunu təsdiq edən sənəd və ya müqavilə) və əmlak xarakterli hərəkətlər təşkil edir. Hədə-qorxu ilə tələb etmənin obyektiv cəhəti aşağıdakı əlamətləri özündə əks etdirir: 1) özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmədə ifadə olunan əməl; 2) belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə. Təhlil edilən cinayətin obyektiv cəhətini təşkil edən əməl hədələmə ilə birləşmiş tələb etmədən ibarətdir. Həmin tələb özgənin əmlakını, əmlaka olan hüquqlarını ələ keçirməyə və ya zərərçəkmiş şəxsin təqsikarın xeyrinə müəyyən əmlak xarakterli hərəkətlər etməsinə nail olmağa yönəlmişdir. Belə tələb təhlil edilən maddədə nəzərdə tutulmuş hədələmə üsulları ilə birlikdə ifadə olunur. Hədə-qorxu ilə tələb etmə hədənin aşağıdakı növləri ilə törədilir: 1) zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə hədələmə; 2) zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yaymaqla hədələmə; 3) zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının əmlakını tələf etməklə hədələmə. Hədə-qorxu ilə tələb etmənin üsullarından biri olan zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsində məlumatların həqiqətən rüsvayedici olub-olmamasının, onun həqiqətə uyğun olub-olmamasının əhəmiyyəti yoxdur. Başlıcası odur ki, zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır və onların yayılacağı halda isə özünün ləkələnəcəyini düşünür. Belə məlumatlara şəxsin intim həyatı ilə bağlı məlumatlar, onun törətdiyi müxtəlif hüquq pozuntuları barədə məlumatlar və s. aid edilə bilər. Hər bir halda zərərçəkmiş şəxs tərəfindən real və həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Belə hədə zərərçəkmiş şəxsə müxtəlif üsullarla və formalarda çatdırıla bilər. Hədə-qorxu ilə tələb etmə cinayəti Cinayət Məcəlləsinin 182-ci maddəsində göstərilmiş tələblərlə birləşmiş hədənin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Burada tələbin yerinə yetirilib-yetirilməməsinin cinayətin başa çatması üçün əhəmiyyəti yoxdur. Şərh edilən cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, subyekti isə 14 yaşına çatmış hər hansı anlaqlı fiziki şəxsdir. 43.Hədə-qorxu ilə tələb etməni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməl kimi tövsif edərkən, bilavasitə hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıları, təhrikçiləri, köməkçilərinin) barəsindəki sübutlara hökmdə qiymət verilməlidir. 44.Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. 45.İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə pul tələb etmək və bu yolla əldə edəcəkləri pul vəsaitlərini aralarında bölmək məqsədi ilə Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, rüsvayedici məlumatları yayacağı hədəsi ilə özgənin yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmlaklarını tələb etməsi barədə ittihamı əsas götürdükləri dəlillərlə öz təsdiqini tapmır, ehtimallara əsaslanır ki, bu hal da təqsirləndirilənin xeyrinə həll olunmalıdır. 46.Hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 242-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi Şahid2 03 dekabr 2021ci il tarixli şübhəli şəxs qismində, 04 dekabr 2021-ci il və 14 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tərəflər arasında keçirilmiş üzləşmə istintaq hərəkətlərinin protokolları, “baxış keçirilməsi haqqında" protokol, məhkəmə-sənətşünaslıq ekspertizasının rəyi, "xxxx" ASC-dən sənədlərə baxış keçirilməsi haqqında protokol, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (101)-1207/2022 nömrəli hökmü, iş üzrə maddi sübutlar və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir». İstintaq orqanının gəldiyi göstərilən ümumi sözlərdən ibarət olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etməsi faktına rast gəlinməmişdir. 47.Məhkəmənin irəli sürülmüş ittiham üzrə ittiham aktında qeyd edilən sübutları məhkəmə araşdırması zamanı bir-biri ilə müqayisəli şəkildə təhlil etmiş və nəticədə həmin sübutlar aşağıda qeyd edilən şəkildə qiymətləndirilmişdir. 48.İlkin olaraq təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə ifadəsi nəzərdən keçirilir. Hər iki ifadədə təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamda özünü təqsirli bilməmiş, rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə pul tələb etmək və bu yolla əldə edəcəkləri pul vəsaitlərini aralarında bölmək məqsədilə Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmədiyini, yalnız Şahid2 məxsus sosial səhifələrdə izləyici sayını artırdığını bildirmişdir. 49.Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə münasibətdə bildirir ki, təqsirləndirilən şəxsin rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə pul tələb etmək və bu yolla əldə edəcəkləri pul vəsaitlərini aralarında bölmək məqsədilə Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməməsi barədə ifadəsi araşdırılmış sübutlarlarla öz təsdiqini tapır. 50.İrəli sürülmüş ittihama əsasən sübut olaraq qiymətləndirilmiş Şahid2 03 dekabr 2021-ci il tarixli şübhəli şəxs qismində, 04 dekabr 2021-ci il və 14 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələrini təhlil etdikdə həmin ifadələrdə Şahid2 Ayxanla qabaqcadan aralarında olan razılaşmaya əsasən rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə əldə etdikləri pul vəsaitinin Ayxanın bacısının adına olan karta göndərilməsi, daha sonra həmin vəsaitin bərabər şəkildə bölünməsini bildirməsi müəyyən olunur. 51.Məhkəmə həmin ifadələri digər sübutlarla müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Şahid2lə birlikdə qabaqcadan aralarında olan razılaşmaya əsasən rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə pul tələb etməsi, Təqsirləndirilən şəxs bacısının adına olan karta göndərilmiş pul vəsaitinin daha sonra bərabər şəkildə bölünməsi ilə bağlı ifadəsi həqiqəti əks etdirmir. 52.Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(101)- 1207/2022 nömrəli hökmündə olan ifadəsində də cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanların həqiqəti əks etdirmədiyini bildirmiş, həmin ifadəsində Təqsirləndirilən şəxslə bağlı ibtidai istintaq dövründə bildirdiyi xüsusatları təsdiq etməmişdir. Eyni zamanda hazırki iş üzrə məhkəmə iclasında ifadə vermiş Şahid2 Ayxanla aralarında rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə pul tələb etmə barədə razılaşmanın olmadığını, əldə olunmuş vəsaitin bərabər bölünmədyini, Ayxan tərəfindən ona məxsus sosial səhifələrdə süni izləyici sayının artırıldığını bildirmişdir. 53.Məhkəmə başqa qərara gəlmək üçün əsaslı səbəblərin olmadığı qənaətinə gələrək hesab edir ki, çəkişmə prinsipinə uygun məhkəmə ittiham tərəfinin təqdim etdiyi məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəsinə əhəmiyyət verməlidir. Məhkəmə araşdırmasının vəzifəsi faktiki olaraq təqdim edilmiş məhkəməyə qədər toplanmış ittihamın irəli sürdüyü sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsirliliyi məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. 54.Məhkəmənin Şahid2 Təqsirləndirilən şəxslə birlikdə qabaqcadan aralarında olan razılaşmaya əsasən rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə pul tələb etməsi, həmin pulun bərabər şəkildə bölünməsi ilə bağlı 03 dekabr 2021-ci il tarixli şübhəli şəxs qismində, 04 dekabr 2021-ci il və 14 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələrini yox, məhz məhkəmə iclasında verdiyi ifadələrini əhəmiyyətli hesab edərək sübut kimi qiymətləndirməsi qənaətinə gəlməsi üçün əsaslar mövcuddur. 55.Həmin əsaslardan birincisi ittihamda sübut kimi qiymətləndirilmiş zərərçəkmiş şəxslərin ifadəsidir ki, həmin ifadələrə əsasən yalnız Şahid2 zərərçəkmiş şəxslərdən rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə pul tələb etməsi müəyyən olunur. 56.Digər əsas Şahid1 ifadəsidir ki, həmin ifadəsində şahid Aytac Musayeva adına olan karta pulu Şahid2 tələbinə əsasən göndərmiş və bu vəsait göndərilərkən sonuncu ona həmin şəxsdən sayt alacağını dediyini bildirmişdir. 57.Eyni zamanda iş materiallarında olan Aytac Musayeva adına olan bank kartının çıxarışından görünür ki, ittihamda qeyd edilən tarixdə və müəyyən edilən miqdarda pul vəsaiti karta mədaxil olmuş, lakin subut kimi məhkəməyə təqdim edilən Şahid2 03 dekabr 2021-ci il tarixli şübhəli şəxs qismində, 04 dekabr 2021-ci il və 14 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələrində göstərildiyi kimi bərəbər şəkildə hər birinə 250 manat olmaqla bölünməmişdir. 58.Beləliklə məhkəmə Şahid2 03 dekabr 2021-ci il tarixli şübhəli şəxs qismində, 04 dekabr 2021-ci il və 14 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələrini Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittihamın əsaslı olmasını təsdiq edən sübut kimi qiymətləndirməməsi qənaətinə gəlir. 59.İttiham tərəfinin təqdim etdiyi digər sübut, təqsirləndirilən şəxsin bacısı Aytac Musayeva adına olan karta 16 noyabr 2021-ci il tarixdə və 15 avqust 2021-ci il tarixdə iş üzrə Şahid2 rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə tələb etdiyi pul vəsaitinin göndərilməsi təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə ittiham olunduğu əməldə təqsirli olmasını hesab etmək üçün yetərli deyildir. 60.Belə ki, iş materiallarında olan Aytac Musayeva adına olan bank kartının çıxarışından görünür ki, 16 avqust 2021-ci il tarixdə kart hesabına 500 manat daxil olmuş, 450 manat 16 avqust 2021-ci il tarixdə nağdlaşdırılmış, 16 noyabr 2021-ci il tarixdə 500 manat daxil olmuş, 17 noyabr 2021-ci il tarixdə bir bank vasitəsilə 440 manat köçürülmüşdür. 61.İş materiallarında olan Şahid2 adına olan bank kartından görünür ki, 16 avqust 2021-ci il tarixdə 394 manat daxil olmuş, 23 avqust 2021-ci il tarixdə 430 manat, 17 noyabr 2021-ci il tarixdə bir bank vasitəsilə 440 manat Aytac Musayeva adına olan bank kartından köçürülmüşdür. 62.İş materiallarında olan bank çıxarışlarından görünür ki, yalnız ittiham verildyi tarixdə deyil, digər tarixlərdə də təqsirləndirilən şəxsin bacısı Aytac Musayeva adına olan karta vəsaitlər daxil olmuş, daha sonrakı tarixlərdə ardıcıl olaraq həmin vəsaitlərdən 40- 50 manat çıxılmaqla qalan vəsait Şahid2 adına olan bank kartı hesabına köçürülmüşdür. 63.Beləliklə məhkəmə təqsirləndirilən şəxsə qalan vəsaitin Şahid2 rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə tələb etdiyi pul vəsaitinin aralarındakı razılaşmaya əsasən bölünməsi kimi yox, məhz təqsirləndirilən şəxsin göstərdiyi sosial şəbəkələrdə süni izləyici sayı artırılması xidmətinin müqabilində ona çatacaq vəsait kimi qiymətləndirilməsi nəticəsinə pulun onun istifadəsində olan bank kartına köçürülməsinə dair sübutun digər sübutlarla birlikdə (təqsirləndirilən şəxsin ifadəsi, Şahid2 məhkəmə iclasındakı ifadəsi, şahid ifadəsi və bank çıxarışları) təhlili zamanı gəlməyə əsas verir. 64.Məhkəmə hesab edir ki, ittiham tərəfi bu sübuta əsaslanmaqla ehtimal irəli sürmüşdür. 65.Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. Ehtimal və fərziyyə ilə irəli sürülən ittiham təqsirsizlik prezumpsiyasının pozulması kimi qiymətləndirilməlidir. 66.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlllənin 21.2-ci və 21.3maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 67.Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən məhkəmə araşdırması zamanı təqsirsizlik prezumpsiyasının əsası sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşərək , irəli sürülmüş ittiahmın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasındadır. 68.Eyni zamanda məhkəmənin şəxsin təqsirliliyi barədə gəldiyi nəticə yetərlilik tələblərinə uyğun olmalı və sual doğurmayan hüquqi müəyyənlik olmalıdır. 69.Qanunvericiliyin tələbinə əsasən təqsirləndirilən şəxsin əməlinin cinayət hadisəsi olub-olmamasının müəyyən edilməsi, barəsində ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun. 70.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas vermir. 71.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin hər hansı iştirakçıları ilə aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmiş, Şahid2 hədə-qorxu ilə tələb etməyə dair Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olmaları barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Şahid2 ilə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirlik nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. 72.Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(101)-1207/2022 nömrəli hökmü ilə bağlı məhkəmə Təqsirləndirilən şəxs münasibətdə qeyd edir ki, həmin hökmün preyudisiallığı hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşmaqla, təqsirsizlik prezumpsiyasına, çəkişmə və cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsiplərinə uyğun qiymətləndirilməlidir. 73.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli qərarında göstərilir ki, 1.Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. 2.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. 74.«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında göstərilmişdir ki, Konstitusiyanın 63cü maddəsinə, habelə Cinayət-Prosessual Məcəllənin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirlərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsaitləri əsasında sübutun qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Cinayət- Prosessual Məcəllənin 33.4, 33.8, 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tətbiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tətdiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlar istinad edilə bilməz. 75.Məhkəmə belə qənaətə gəlir ki, cinayət işinin materiallarına və toplanmış sübutlara əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından ona, həmin maddələrə aid hissədə verilən ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. 76.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 77.Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. 78.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. 79.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 80.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. 81.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. 82.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 83.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 84.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 85.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X11rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 86.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 87.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 88.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi pornoqrafik materialları reklam məqsədi ilə qanunsuz yaymaması, reklam etməməsi, pornoqrafik xarakterli video materiallar və şəkillərlə qanunsuz ticarət etməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu həmin cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş zərərçəkmiş şəxslərin və dindirilmiş şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 89.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 90.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 91.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 92.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. 94.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 95.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 96.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 97.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 98.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 99.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 13 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. 100.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 101.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 102.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 fotoşəkillərinin və videosunun, Şahid2 Şahid1 və X6 göndərdiyi səsli mesajlar və mətn mesajlarının əks olunduğu bir ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 103.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 104.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrinə aid hissədə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar - Zərərçəkmiş şəxs1 fotoşəkilləri və videosu, Şahid2 Şahid1 və X6 göndərdiyi səsli mesajlar və mətn mesajlarının əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Mahirə Kərimova

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar