Məhkəmə qərarları › İş №1(101)-1640/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1640/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1640/2022 15.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X1 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvəllər nəhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni,1108,14 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, 25 aprel 2022-ci il tarixdə saat 17:30 dəqiqədə Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Abdullayev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Suraxanı rayon polis idarəsinin 31-ci PB-nə aparılmış, videoçəklişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə hərəkətlərini həyata keçirən zaman onun əynində olan tünd göy rəngli kətan şalvarının sol yan cibindən 03 ədəd kibrit qutusunun içərisində hər biri ayrı-ayrılıqda təmiz çəkisi 3,28 qram, 2,27 qram, 2,59 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, onun yaşadığı ünvan 4 ünvanda yerləşən evinə baxış zamanı həmin evdə divanın alt hissəsində saxladığı bir ədəd sellofan bağlamada təmiz çəkisi 1100 qram, üzərindən aşkar edilərək götürülmüş 3 ədəd kibrit qutusunun içərində olan qurudulmuş marixuanalar ilə eyni tərkibli bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir neçə il olar ki, narktoik vasitələrdən istifadə edir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Tutulmamışdan bir neçə gün əvvəl gizli nömrədən ona telefon zəngi gəlmiş, tanımadığı bir şəxs telefonda onun narkotik istifadəçisi olduğunu bildiyi üçün ona onlayn yolla narkotik vasitə sata biləcəyini demişdir. O da narkotik vasitə istifadə etdiyi üçün həmin şəxslə razılaşmışdır. O öz istifadəsi üçün 650 manata onlayn vasitəsi ilə təxminən 300 qram narkotik vasitəni almış və istifadə etmək üçün evində saxlamışdır. 25 aprel 2022-ci il tarixdə saat 17.30 radələrində yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Abdullayev küçəsində yaşadığı evdə yatarkən polis əməkdaşları evə daxil olaraq onu saxlayıb polis bölməsinə aparmışlar. Onun evində cəmi 300 qram marixuana olmuşdur, lakin ittihamda göstərilən 1100 qram narkotik vasitə marixuana olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, bir müddət olar ki, narktoik vasitələrdən və maddələrdən istifadə edir. 25 aprel 2022-ci il tarixdə tarixdə saat 17.30 radələrində yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Abdullayev küçəsində yaşadığı evin qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib şübhəli şəxs qismində RPl-nin 31-ci PB-nə dəvət etmişdir. Ona Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki tünd göy rəngli kətan şalvarın sol yan cibindən 3 (üç) ədəd üzərində “ spiçka ’’ sözləri yazılmış içərisində yaşıl rəngli qurudulmuş bitki mənşəli ot kütləsi olan kibrit qutusu və həmin şalvarın sol yan cibindən “ Mİ ” markalı mobil telefon aşkar edilərək götürülmüş və üzərindən aşkar olunmuş 3 (üç ) ədəd kibrit qutusunun içində olan qurudulmuş kütlə marixuana olduğunu, qalan hissəsini yaşadığı evdə saxladığını, öz istifadəsi üçün 650 manata onlayn vasitəsi ilə aldığını, üzərindən aşkar olunmuş qutuların içində olan marixuananı evdə saxladığı marixuananın üstündən istifadə etmək üçün götürərək üzərində gəzdirdiyini bildirmişdir. Bundan əlavə evinə baxış zamanı yaşadığı otaqdan divanın altına qoyduğu şəffaf sellofanın içində olan bitki mənşəli bağlamanı təqdm etmişdir. Üzərindən və evindən aşkar olunmuş maddi sübutlar qablaşdırılaraq rəy alınması üçün MEM-na göndəriləcəyi ilə bağlı prtokollaşdırılmışdır. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələrin formal olaraq yazıldığını, həmin ifadələri oxumadan imza etməyə məcbur qaldığını, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı rəisə raportla məruzə olunduqdan sonra o və digər polis əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17:30 radəsində ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və həmin şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək, onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. 31-ci PB-də xidməti otaqların birində müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli kətan şalvarın sol yan cibindən 03 ədəd üzərində “spiçka” sözləri yazılmış kibrit qutusunu və əynindəki tünd göy rəngli kətan şalvarın sağ yan cibindən “Mi” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Həmin kibrit qutularını açıb içinə baxdıqdan sonra ondan təqdim etdiyi kibrit qutularının içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin 03 ədəd kibrit qutusunun içərisində nəşə kimi tanıdığı qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitənin qalan hissəsini də yaşadığı evdə saxladığını, həmin narkotik vasitəni öz istifadəsi üçün 650 manata onlayn qaydada aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 03 ədəd kibrit qutusu və 01 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra Təqsirləndirilən şəxs razılığı və müdafiəçinin də iştirakı ilə yaşadığı ünvan 5 ünvanında yerləşən evinə gedilərək həmin evə baxış keçirilmişdir. Baxış zamanı həmin evdə divanın altından bir ədəd sellofan bağlama aşkar edilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bağlamanın içərisindəki bitkinin marixuana olduğunu, həmin narkotik vasitəni öz istifadəsi üçün 650 manata onlayn qaydada aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bir ədəd sellofan bağlama götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilmiş və həmin evdən başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 fadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması qismən özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 25 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan məlum olur ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli kətan şalvarın sol yan cibindən 03 ədəd üzərində “spiçka” sözləri yazılmış kibrit qutusu və əynindəki tünd göy rəngli kətan şalvarın sağ yan cibindən “Mi” markalı mobil telefon aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan 25 aprel 2022-ci il tarixli şəxsi evə baxış protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evdə divanın altından bir ədəd sellofan bağalama aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 25 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi haqqında 27 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli kətan şalvarın sol yan cibindən 03 ədəd üzərində “spiçka” sözləri yazılmış kibrit qutusunu və əynindəki tünd göy rəngli kətan şalvarın sağ yan cibindən “Mi” markalı mobil telefonu çıxararaq təqdim etmiş, həmin kibrit qutularını açıb içinə baxıldıqdan sonra ondan təqdim etdiyi kibrit qutularının içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin 03 ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitənin qalan hissəsini də yaşadığı evdə saxladığını, həmin narkotik vasitəni öz istifadəsi üçün 650 manata onlayn qaydada aldığını bildirmişdir. Sonra aşkar edilmiş həmin 03 ədəd kibrit qutusu və 01 ədəd mobil telefonun götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilmişi, əvvəlcə ondan yaşadığı evdə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs isə həmin evdə divanın altından bir ədəd sellofan bağlamanı çıxararaq təqdim etmiş, həmin sellofan bağama açılaraq içinə baxıldıqda sonra Rəşid Hüsyenovdan təqdim etdiyi bağlamanın içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan bağlamanın içərisində qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni öz istifadəsi üçün 650 manata onlayn qaydada aldığını bildirmiş, sonra aşkar edilmiş həmin sellofan bağlamanın götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxışın davam etdirilməsi və həmin evdən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Məhkəmədə hər iki diskə baxış keçirilmiş, həmin disklərdə yuxarıda göstərilənlər öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 7/401 saylı 26 aprel 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 3 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,28 qram, 2,27 qram və 2,59 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs oğunun yaşadığı evdən ...” sözləri yazılmış sellofan bağlamada təmiz çəkisi 1100 qram qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd sellofan bağlamada və üç ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 3920 saylı 19 iyul 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop madələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdən aşkar edilərək götürülmüş maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 1107,94 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD disklər cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilməsi, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmaması, polislərin onu yaşadığı evin qarşısında yox, evin içərisindən tutmaları, evində 1100 qram yox, cəmi 300 qram narkotik vasitə olması kimi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə verilmiş ekspertiza rəyinə görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq 1107,94 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 25 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunmasın, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq 1107,94 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar