Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1640/2024 16.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X18 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 30 avqust 1983-cü ildə Saatlı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu Beyi kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X15 nömrəsiz evdə yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlamış və satmışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satışını həyata keçirmək üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən naməlum şəraitdə 150 manat müqabilində sonuncu tərəfindən gizlədilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “DSK” yolu adlanan yerdə yol hərəkəti nişanının yanında bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,081 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 17 oktyabr 2023-cü il tarixdə saat 22-23 radələrində, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Fab Boya” zavodunun yaxınlığında üç ədəd bükümdə təmiz çəkisi 0,898 qram narkotik vasitə - heroini Şahid4 50 manata və təkrarən üç ədəd bükümdə təmiz çəkisi 0,999 qram narkotik vasitə - heroini Şahid3 Mübariz oğluna 30 manata satmış, 18 oktyabr 2023-cü il tarixdə saat 00:05 radələrində Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Şahid4 Bakı şəhəri Binəqədi rayonu “DSK yolu” adlanan ərazidə saxlanılaraq həmin polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 02:20-də Şahid4 üzərində axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən üç ədəd sellofan bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,299 qram, 0,298 qram, 0,301 qram olmaqla ümumi təmiz çəkisi 0,898 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, 18 oktyabr 2023-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Şahid3 Mübariz oğlu və Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu “DSK yolu” adlanan ərazidə yerləşən “Fab Boya” zavodunun yaxınlığında saxlanılaraq həmin polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 02:00-da Şahid3 üzərində axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üç ədəd sellofan bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,407 qram, 0,295 qram, 0,297 qram olmaqla ümumi təmiz çəkisi 0,999 qram kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüş və saat 02:35-də Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən dörd ədəd sellofan bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1,382 qram, 0,305 qram, 0,299 qram, 0,198 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2,184 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, himayəsində 5 azyaşlı uşağı vardır. narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Yaşadığı məhəllədə narkotik vasitələrin satışına imkan verməmişdir. Əvvəllər narkotik vasitə satanları vurduğuna Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə aparılmışdır. Bu səbəbdən də tutulmuşdur. Bölmədə eynək qabında xırda bükümlərdə üstünə narkotik vasitə qoyulmuşdur. Barəsində 234.1-ci maddə ilə cinayət işi açılsa da, əməli 234.4.3-cü maddəyə tövsif edildiyindən etiraz olaraq özünə xəsarət yetirmişdir. Polis əməkdaşları tərəfindən döyülmüşdür. Döyülmə faktı ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılmışdır. İttihamla razılaşmadığını bildirərək İran İslam Respublikası vətəndaşından 4 qram çəkidə narkotik vasitə almamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İttiham aktında adı şahid kimi qeyd edilmiş şəxslərdən Zauru əvvəllər tanımışdır. Samiri isə heç vaxt görməmişdir. Zaurla Samiri MSY-də görmüşdür. Birlikdə narkotik vasitə alaraq istifadə etmişlər. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmşdir ki, Saatlı rayonu Nərimankənd kəndində anadan olmuş, Kürdəmir rayonu Beyi kəndində qeydiyyatda olmuş və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X15 yerləşən fərdi yaşayış evində yaşamışdır. O, fərdi əməklə məşğul olmuşdur. O, narkotik vasitə heroin istifadə etmişdir. 18 oktyabr 2023-cü il tarixdə saat 00:10 radələrində o, yaşadığım Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “DSK yolu” adlanan yerdə olan “Fab boya” zavodunun yaxınlığında olduğu zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu avtomobilə əyləşdirib Binəqədi rayon polis idarəsinə, xatırladığı rəis müavininin otağına aparmışlar. Orada onu həmin yerə gətirməli olmadıqlarını demişlər. Bu səbəbdən onu oradan Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinə aparmışlar. Orada polis əməkdaşları ondan yaşadığı ərazidə narkotik satanları hansı səbəblə döydüyünü soruşmuşlar. O, polis əməkdaşlarına həmin şəxslərin onun yaşadığı ərazidə narkotik satmamaları, həmin ətrafda insanları narkotik vasitələrə qurşandırmamaları üçün döydüyünü demişdir. Bundan sonra orada olan tanımadığı ağ saçlı polis əməkdaşı ona sənədlərin hazır olmasını, həmin sənədləri imzalamağını və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə onun istintaqa veriləcəyini demişdir. O, buna etiraz etmişdir. Həmin polis əməkdaşı otaqda olan siyirməni açmış, iri bükümü göstərmiş, lakin o, həmin bükümün içərisində nə olduğunu bilməmişdir. Həmin polis əməkdaşı ona həmin bükümü onun yaşadığı evə qoyacağını, sonra yaşadığı evə baxış keçirib həmin bükümü oradan çıxaracağını, həmin bükümdə 2 kq narkotik vasitə olduğunu, bundan sonra onunla birlikdə ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb olunacağını demişdir. O, da bu səbəbdən ailə üzvlərinin ləkələnməməsi üçün, həmçinin yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkar olunmaması üçün həmin polis əməkdaşının dediyi ilə razılaşmış, yəni Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirləndiriləcəyinə razılıq vermişdir. Bundan sonra həmin polis əməkdaşı ona dörd büküm və bir ədəd pul qabı verib həmin dörd bükümü pul qabıya qoymasını, pul qabını da şalvarının cibinə qoymasını, biraz sonra videoçəkiliş vasitəsilə üzərində axtarış aparılacağını, həmin vaxt həmin pulqabını çıxarıb könüllü polis əməkdaşına təqdim etməyini, həmin pul qabının içərisində də olan dörd bükümdə narkotik vasitə heroinin olmasını deməsi bildirmişdir. O, həmin polis əməkdaşının dediyi ilə razılaşmış, ancaq o, həmin 4 bükümdə olan narkotik vasitənin çəkisini bilməmişdir. Bundan sonra o, həmin polis əməkdaşının dediyi kimi etmiş, videoçəkilişlə üzərində axtarış aparılan zaman həmin polis əməkdaşının ona dediklərini icra etmişdir. Həqiqətdə isə o, polis tərəfindən saxlanılıb 4-cü polis şöbəsinə gətirilən zaman üzərində narkotik vasitə olmamış, həmin narkotik vasitəni polis əməkdaşlarının deməsi ilə o, razılaşıb götürərək cibinə qoymuşdur. O, həmin polis əməkdaşının ona vermiş olduğu dörd büküm narkotik vasitənin miqdarının 2,184 qram, yəni külli miqdar olmasını işinin istintaqa verilməsində sonra bilmişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində 4-cü polis şöbəsində olduğu zaman polis əməkdaşının ona narkotik vasitə heroini sosial şəbəkədə tanış olduğu özünü Məhəmməd adlı şəxs kimi təqdim edən iran İslam Respublikası vətəndaşının ona deməsi ilə “DSK yolu” adlanan yerdə yol nişanının yanından bir bükümdə götürdüyünü, həmin bükümdən bir hissəsini Şahid4 və bir hissəsini də Şahid3 satdığını dediyindən, ona həmin məzmunda ifadə verməsini, əks halda yaşadığı evə baxış keçirəcəyini və yaşadığı evdən 2 kq narkotik vasitə aşkar edəcəyini dediyindən həmin məzmunda ifadə verdiyini, həqiqətdə isə saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, Şahid3 tanımadığını, Samirə narkotik vasitə satmadığını və vermədiyini, Şahid4 isə tanıdığını, Zaura da narkotik vasitə satmadığını və vermədiyini, o, narkotik vasitə ilə məşğul olmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 17 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun rəhbərliyi ilə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışını həyata keçirərkən narkotik vasitə satdığı şəxslərlə birlikdə saxlayaraq bölməyə aparmışlar. Bölmədə Kamilin üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı satışa hazır vəziyyətə gətirilmiş bükümlər aşkar edilmişdir. Kamilin narkotik vasitə satdığı şəxslər də tutulmuşdur. İbtidai istintaq zamanı sonuncuya qarşı heç bir təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 17 oktyabr 2023-cü il tarixdə əməliyyat qrupunda olarkən əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildikdən sonra Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Məlumat əsasında oktyabr ayının 17-dən 18-ə keçən gecə Təqsirləndirilən şəxs Binəqədi rayonu DSP yolunda, “Fab boya” yaxınlığında saxlanılaraq 4-cü PŞ-ə aparılmışdr. Bölmədə sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şəxsi axtarış təhqiqatçı tərəfindən keçirilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə tərəzidə çəkilmişdir. Sonuncunun cibinə narkotik vasitə qoymamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı məhəllədən keçərkən polislər tərəfindən tutulmuşdur. 15 mart 2024-cü il tarixdə tutulmuşdur. Tutulduqdan sonra üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Polis Bölməsində edilən təzyiqlər nəticəsində narkotik vasitələri Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Lakin sonuncudan narkotik vasitə almamışdır. Həmin gün Kamil borc pul istədiyi üçün kartına 50 manat atmışdır. Bir-birilərinə narkotik vasitə satmamış, narkotik vasitələri birlikdə əldə etmişlər. İbtidai istintaq zamanı aralarında üzləşmə aparılmamışdır. İbtidai istintaq zamanı təzyiq altında olduğu üçün ifadəsini təsdiq etməmişdir. Şahid4 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu Mərkəzi küçəsi ev 217 mənzil 10-da qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən nömrəsiz evdə yaşamışdır. O, iki il müddətdir narkotik vasitə heroin istifadə etmişdir. 18 oktyabr 2023-cü il tarixdə saat 00:05 radələrində o, yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “DSK yolu” adlanan ərazidə piyada hərəkət edən zaman zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitə istifadə etməyində şübhəli olduğunu bildirib onu Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən otaqların birində saat 02:20-də polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olubolmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O, üzərində olan tünd boz rəngli şalvarın sağ yan cibindən üç ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümlərin içərisində narkotik vasitə heroin olmasını demişdir. Həmin bükümlərin içərisi açılıb baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Onun polis əməkdaşına təqdim etdiyi üç ədəd bükümdə narkotik vasitə heroin ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. O, üzərindən axtarış zamanı aşkar edilmiş ona məxsus narkotik vasitə heroinin təmiz çəkisinin 0,898 qram olmasını bilmişdir. Şahid4 həmçinin, ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Kamil adlı tanışından almışdır. Belə ki, o, həmin gün telefon vasitəsi ilə Kamillə əlaqə saxlayıb narkotik vasitə heroin lazım olmasını demişdir. Kamil ondan nə qədər lazım olduğunu soruşmuşdur. O, 50 manat pul verə biləcəyini demiş, Kamil də narkotik vasitə olduğunu demişdir. Kamil onun mobil telefonuna “Leobank” kart hesabı göndərib həmin hesaba 50 manat göndərməsini bildirmişdir. O, öz adına olan “Leobank” kart hesabından Kamilin ona göndərmiş olduğu bank kartı hesabına 50 manat pul göndərmişdir. Bir müddət sonra Kamil ona zəng edib narkotik vasitə heroinin hazır olduğunu, üç ədəd bükümdə narkotik vasitə heroini bir ədəd siqaret qutusunun içərisində “Fab Boya” zavodunun yaxınlığında olan elektrik dirəyinin yanına qoyduğunu, oradan götürməsini demişdir. O, Kamilin bildirdiyi yerdən bir ədəd siqaret qutusunun içərisində olan üç ədəd bükümdə narkotik vasitə heroini götürmüş, siqaret qutusunu kənara atmış, üç ədəd bükümdə narkotik vasitə heroini istifadə etmək məqsədi ilə şalvarının cibinə qoymuşdur. O, 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Kamilin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edib əlaqə saxlamışdır. O, Kamillə təxminən iki il əvvəl “DSK yolu” adlanan yerdə olan kafelərin birində tanış olmuş, həmin vaxtdan etibarən Kamillə münasibəti yaranmışdır. O, kamilin narkotik vasitə istifadəçisi olduğunu bilmiş və narkotik vasitə lazım olduqda tapmasını bilmişdir. O, əvvəllər də Kamil adlı şəxsdən narkotik vasitə almamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Mübariz oğlu ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Mübariz oğlu ifadəsində göstərdi ki, qanunsuz olaraq narkotik vasitə əldə etdiyi üçün məhkum edilmiş, hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Tutulmazdan əvvəl gündəlik 1-1,5 qram narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs 1-2 dəfə Binəqədi rayonu ərazisində kafedə görmüşdür. Narkotik vasitələrlə əlaqədar alış-verişləri olmuşdur. Birinci dəfə Kamilin hesabına narkotik vasitə aldıqda ona da verməsi üçün 30 manat məbləğində pul atmışdır. Həmin pulu atmasını Kamil ona demişdir. Narkotik vasitəni Kamildən götürməyi planlaşıdrmışdır. Pul atdıqdan sonra narkotik vasitəni Binəqədi rayonu ərazisindən götürməyə getmişdir. Narkotik vasitənin yerini ona kimin deməsi yadında olmasa da, Kamil ona “konum” atmışdır. Bölmədə tutularkən üzərində olan narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirməmişdir. Həmin narkotik vasitəni kimdən aldığını xatırlamır. Bölmədə olarkən polislər tərəfindən döyülmüş, müxtəlif kağızlara qol çəkməsini istəmişlər. Həmin kağızlarda nə yazıldığını bilməmişdir. İbtidai istintaq zamanı aralarında üzləşdirmə aparılmamışdır. Şahid3 Mübariz oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini 17 oktyabr 2023-cü il tarixdə axşam saat 23:45 radələrində Kamil adlı tanışından almışdır. Belə ki, o, həmin gün saat 22:30 radələrində Kamillə telefonda əlaqə saxlayıb narkotik vasitə heroin lazım olmasını demiş, sonuncu ondan nə qədər pulunun olduğunu soruşmuşdur. O, Kamilə 30 manat pulunun olduğunu demişdir. Kamil ona hazır edib xəbər verəcəyini demişdir. Bundan sonra Kamil onun mobil telefonunun “WhatsApp” bölməsinə “Leobank” kart hesabı göndərmiş və həmin hesaba 30 manat pul göndərməsini bildirmişdir. O, qardaşı X7 məxsus, lakin onun istifadəsində olan “Kapital Bank” kart hesabından Kamilin ona göndərmiş olduğu bank kartı hesabına 30 manat pul göndərmişdir. Bir müddət sonra Kamil ona zəng edib narkotik vasitə heroinin hazır olmasını, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “DSK yolu” adlanan ərazidə olan “FAB Boya” adlı zavodun yanına gəlməyini, orada görüşmələrini demişdir. O, razılaşmış və saat 23:45 radələrində Kamillə həmin yerdə görüşmüşdür. Kamil ona üç bükümdə narkotik vasitə heroin vermişdir. O, üç ədəd bükümdə narkotik vasitə heroini istifadə etmək məqsədi ilə şalvarının yan cibinə qoymuş, sonra oradan uzaqlaşıb getmişdir. O, 17 oktyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Kamilin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edib əlaqə saxlamışdır. O, Kamili təxminən bir il əvvəl tanımış, həmin vaxtdan etibarən münasibətləri yaranmışdır. O, Kamilin narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitə lazım olduqda tapdığını bilmişdir. O, əvvəllər 2-3 dəfə Kamildən narkotik vasitə heroin almış, həmin vaxtlarda da Kamilinin istifadəsində olan mobil nömrəyə zəng edib sonuncu ilə eyni qaydada görüşüb narkotik vasitə heroin almışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ilə Təqsirləndirilən şəxs arasında tərəfimdən üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 18 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1 i.v. 3) 18 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 01:45-də (faktiki tutulma 00:10-da) Qarayev X10 rayon polis idarəsinin 4-cü polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X20 tərəfindən Azərbaycan Resbulikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1 i.v. 21) 19 oktyabr 2023-cü il tarixli Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1 i.v 113-115) 13 fevral 2024-cü il tarixli Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 18 aprel 2024-cü il tarixədək uzadılmışdır. (Cild 2 i.v 53-56) 18 oktyabr 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 02:35 dəqiqədən saat 02:50 dəqiqəyədək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin inzibati ərazisində xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılmış, həmin istintaq hərəkəti “Panasonic” markalı video kamera ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı X17 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona üzərində olan əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının qabaq sağ cibindən bir ədəd çəhrayı rəngli qutunu çıxarıb içərisində saxladığı dörd ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin bükümlərdə qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Kamil bükümlərdəki maddənin heroin olduğunu, 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində Məhəmməd adlı İran vətəndaşından 120 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd ədəd şəffaf sellofan bükümdə olan büküm X17 tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, “Zərflər üçün 173” saylı möhürlə möhürlənmiş, zərfin üzəri imzalanmış və götürülmüşdür. (Cild 1 i.v. 35-37) 18 yanvar 2024-cü il tarixli diskə baxış keçirilməsi protokoldan görünür ki, "xxxx" Telekom MMC-dən göndərilmiş bir ədəd CD diskə baxış zamanı CD diskdə “505273127 SMS”, “**********27", “abuneciler”, “antena” adlı dörd ədəd qovluğun olduğu müəyyən edilmişdir. “505273127 SMS” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı həmin qovluqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 11 oktyabr 2023-cü il tarixdə saat 16:46 dəqiqədə **********53 saylı nömrəyə “Dunen sencun 3 kram kol 1 qr daw qoymwdum var yoxun neqeder gozdedim gelmedun sagavet pulu vermey lazimdi” məzmununda sms göndərilmişdir. Digər sms-lərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. “**********27” adlı qovluğa baxış keçirilmiş və həmin qovluqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 03 sentyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə danışıq, sms yazışması apardığı təsbit edilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 03 oktyabr 2023cü il tarixdə saat 02:49 dəqiqədə bir dəfə və 16 oktyabr 2023-cü il tarixdə saat 19:09 dəqiqədə bir dəfə danışıq aparılmış, “antena” adlı qovluqlara baxış keçirilmiş və həmin qovluqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin əhatə dairəsi 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Mədən 1 ünvanında olduğu təsbit edilmişdir, “abuneciler” adlı qovluğa baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 03 sentyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində danışıq, sms yazışması apardığı ayrı-ayrı şəxslərin anket məlumatları göstərilmişdir. (Cild 1 i.v. 194-202) 19 yanvar 2024-cü il tarixli diskə baxış keçirilməsi protokoldan görünür ki, baxış zamanı CD diskdə “01.09.-xx.xx.2023 Zenglerin Detallasmasi ********* 231”, “01.09,xx.xx.2023 Zenglerin Detallasmasi ********* 231”, “01.09-xx.xx.2023 Zenglerin Detallasmasi ********* 231”, “01.10.-xx.xx.2023 Zenglerin Detallasmasi ********* 231”, “01.10,- xx.xx.2023”, Zenglerin Detallasmasi ********* 231”, “01.10 xx.xx.2023 Zenglerin Detallasmasi ********* 231”, “Anten ********* 231”, “Anten ********* 231”, “Anten ********* 231”, “X4 **********4656 704406666”, “X4 **********4811 776046626”, “X4 **********4927 703936565”, “X2 **********2920 ********* NAR 231”, “X2 **********2928 ********* NAR 231” və “X2 **********2946 ********* NAR 231” adlı on beş ədəd qovluğun olduğu müəyyən edilmişdir. “01.09.-xx.xx.2023 Zenglerin Detallasmasi ********* 231” və “01.10-xx.xx.2023 Zenglerin Detallasmasi ********* 231" adlı qovluqlara baxış keçirilmiş və baxış zamanı həmin qovluqda Şahid3 Mübariz oğlunun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 sentyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə danışıq, sms yazışması apardığı təsbit edilmişdir. Şahid3 Mübariz oğlunun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 11 sentyabr 2023-cü il tarixdə iki dəfə, 20 sentyabr 2023-cü il tarixdə üç dəfə, 23 sentyabr 2023- cü il tarixdə iki dəfə, 07 oktyabr 2023-cü il tarixdə bir dəfə, 12 oktyabr 2023-cü il tarixdə bir dəfə və 14 oktyabr 2023-cü il tarixdə üç dəfə danışıq aparılmışdır. “01.09.-xx.xx.2023 Zenglerin Detallasmasi ********* 231” və “01.10.-xx.xx.2023 Zenglerin Detallasmasi ********* 231” adlı qovluqlara baxış keçirilmiş və həmin qovluqda Şahid4 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 02 sentyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə danışıq, sms yazışması apardığı təsbit edilmişdir. Şahid4 istifadə etdiyi ***-***- **-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 09 sentyabr 2023-cü il tarixdə dörd dəfə, 10 sentyabr 2023-cü il tarixdə bir dəfə, 15 sentyabr 2023-cü il tarixdə bir dəfə, 30 sentyabr 2023-cü il tarixdə bir dəfə, 01 oktyabr 2023-cü il tarixdə bir dəfə, 11 oktyabr 2023-cü il tarixdə bir dəfə və 16 oktyabr 2023- cü il tarixdə üç dəfə danışıq aparılmışdır. Şahid4 istifadə etdiyi 077- 604-66- 26 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 03 oktyabr 2023-cü il tarixdə bir dəfə və 16 oktyabr 2023-cü il tarixdə bir dəfə danışıq aparılmışdır. “01.09-xx.xx.2023 Zenglerin Detallasmasi ********* 231” və “01.10.-xx.xx.2023 Zenglerin Detallasmasi ********* 231” adlı qovluqlara baxış keçirilmiş və həmin qovluqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 sentyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə danışıq, sms yazışması apardığı təsbit edilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 09 sentyabr 2023-cü il tarixdə dörd dəfə, 10 sentyabr 2023-cü il tarixdə bir dəfə, 15 sentyabr 2023-cü il tarixdə bir dəfə, 30 sentyabr 2023-cü il tarixdə bir dəfə, 01 oktyabr 2023-cü il tarixdə bir dəfə, 11 oktyabr 2023-cü il tarixdə bir dəfə və 16 oktyabr 2023-cü il tarixdə üç dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid3 Mübariz oğlunun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 11 sentyabr 2023-cü il tarixdə iki dəfə, 20 sentyabr 2023-cü il tarixdə üç dəfə, 23 sentyabr 2023-cü il tarixdə iki dəfə, 07 oktyabr 2023-cü il tarixdə bir dəfə, 12 oktyabr 2023-cü il tarixdə bir dəfə və 14 oktyabr 2023-cü il tarixdə üç dəfə danışıq aparılmışdır. “Anten ********* 231” adlı qovluqlara baxış keçirilmiş və həmin qovluqda Şahid3 Mübariz oğlunun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin əhatə dairəsi 01 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonunun ərazisində olmuşdur. “Anten ********* 231” adlı qovluqlara baxış keçirilmiş və həmin qovluqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin əhatə dairəsi 01 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonunun ərazisində olmuşdur. ‘Anten ********* 231” adlı qovluqlara baxış keçirilmiş və həmin qovluqda Şahid4 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin əhatə dairəsi 01 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonunun ərazisində olduğu təsbit edilmişdir. “X4 **********4656 704406666” adlı qovluğa baxış keçirilmiş və müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri Biləcəri qəsəbəsi məh 5057/68 ev 9 m 83-də qeydiyyatda olan 02 noyabr 1987-ci il təvəllüdlü X8 məxsus olmuşdur. “X4 **********4811 776046626” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri Binəqədi rayonu Mərkəzi küçəsi ev 217 mənzil 10-da qeydiyyatda olan xx xxxxxx 1991-ci il təvəllüdlü Şahid4 məxsus olmuşdur. “X4 **********4927 703936565” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 070-393-65- 65 saylı mobil telefon nömrəsi Ağdam şəhəri 1 May küçəsi ev 44-də qeydiyyatda olan 14 avqust 1993-cü il təvəllüdlü X7 məxsus olmuşdur. “X2 **********2920 ********* NAR 231” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 sentyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində danışıq, sms yazışması apardığı ayrıayrı şəxslərin anket məlumatları göstərilmişdir. “X2 **********2928 ********* NAR 231” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Şahid4 istifadə etdiyi ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə 02 sentyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində danışıq, sms yazışması apardığı ayrı-ayrı şəxslərin anket məlumatları göstərilmişdir. “X2 **********2946 ********* NAR 231" adlı qovluğa baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 Mübariz oğlunun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 sentyabr 2023-cü il tarixdən 18 oktyabr 2023cü il tarixədək olan müddət ərzində danışıq, sms yazışması apardığı ayrı-ayrı şəxslərin anket məlumatları göstərilmişdir. (Cild 1 i.v. 206-247) 25 dekabr 2023-cü il tarixli Binəqədi RPİ-nin 4-cü PŞ-dən daxil olmuş cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs düzgün ifadə vermişdir. Belə ki, onun üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi - 4,081 qram narkotik vasitə heroin ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs həm heroin istifadə etmiş, həm də satışı ilə məşğul olmuş və üzərindən aşkar edilmiş heroini həm satmaq, həm də istifadə etmək üçün əldə etmişdir. Təqsirləndirilən şəxs 17 oktyabr 2023- cü il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Fab Boya” zavodunun yaxınlığında Şahid4 50 manat pulun müqabilində üç ədəd bükümdə və Şahid3 Mübariz oğluna 30 manat pulun müqabilində üç ədəd bükümdə narkotik vasitə - heroin satmışdır. Həmin heroinlər Şahid4 və Şahid3 üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslə Şahid4 və Şahid3 arasında tanış münasibət olmuş, bir-biri ilə bəzi vaxt mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həm üzərindən aşkar edilmiş heroini və həm də Şahid4 və Şahid3 satdığı heroinləri aldığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. (Cild 1 i.v. 147) 18 oktyabr 2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,064 qramı çəkidə narkotik vasitə heroin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 № 60” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. (Cild 1 i.v. 62-64) 18 oktyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/5535 nömrəli rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün № 173” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd qırmızı rəngli pul qabına qoyulmuş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,382 qram; 0,305 qram; 0,299 qram; 0,198 qram; ümumilikdə təmiz çəkiləri 2,184 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 04 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (Cild 1 i.v. 43-47) 18 oktyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/5534 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası “Zərflər üçün № 173” möhür əksi, “..Şahid3 (imza) ...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,407 qram, 0,295 qram, 0,297 qram ümumi təmiz çəkisi 0,999 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1 i.v. 67) 18 oktyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/5533 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN “Zərflər üçün № 173” möhür əksi, “Şahid4” və s. sözlər, imzalar olan bir ədəd zərfdə təqdim olunmuşdur. Zərfdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,299 qram; 0,298 qram; 0,301 qram; ümumilikdə təmiz çəkiləri 0,898 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (Cild 1 i.v. 72) 18 oktyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/5533 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Şahid3 Mübariz oğlunun, Şahid4 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (Cild 1 i.v. 251-252) 26 dekabr 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 8451 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 116-117) 26 dekabr 2023-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının 3611 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixiopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. (Cild 1 i.v. 180-183) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 dekabr 2001 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 05 oktyabr 2004-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1 -ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəza müddəti 13 yanvar 2021-ci il tarixdə başa çatmışdır. (Cild 1 i.v. 188-190) 18 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış dörd ədəd bükümdə olan ümumilikdə təmiz çəkiləri 2,184 qram miqdarında narkotik vasitə heroin maddi sübut hesab edilmiş, heroinin 0,12 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 2,064 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 № 60” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. (Cild 2 i.v. 62- 64) Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən hər saiddə, sol döş nahiyəsində çoxsaylı köhnə çapıqlar, sağ dirsək nahiyəsində üzəri qartmaqlı yara aşkar edilmişdir. (Cild 2 i.v 2-8) 24 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmsının rədd edilməsi haqqında qərardan görünür ki, 572-C-23 nömrəli materiala əlavə edilmiş məhkəmə-tibb ekspertizasının rəyində Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində olmuş xəsarətlərinrəngi və digər xarakterik xüsusiyyətləri ətraflı təsvir olunmadığından onun əmələ gəlmə müddəti, alət və sağlamlığa zərər vurma dərəcəsi barədə fikir söyləmək mümükün olmadığı qeyd edilmiş, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanmsının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. (Cild 2 i.v 10-11) Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 iyul 2012-ci il təvəllüdlü X12, 15 dekabr 2007-ci il təvəllüdlü X9, 31 avqust 2009-cu il təvəllüdlü X19, 12 aprel 2016-cı il təvəllüdlü X13, 27 oktyabr 2020-ci il təvəllüdlü X6 adlarında iki yetkinlik yaşına çatmayan və üç azyaşlı övladı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs təhqiqatçının təklifi ilə əynində olan şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli qutu çıxarmış və həmin qutunun içərisindən dörd ədəd şəffaf rəngli sellofan bükümü götürüb masanın üzərinə qoymuşdur. Əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən başqa maddə, əşya aşkar edilməmişdir. X17 dörd ədəd sellofan bükümü qayçı vasitəsi ilə kəsib bir-bir açaraq içərisini göstərmişdir. Hər bir bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdəki maddənin heroin- kokos olduğunu, ayın 17-si axşam saat 10-11 radələrində Məhəmməd adlı İran vətəndaşından aldığını, həmin şəxslə yazışdığını, həmin şəxsin maddəni DSK yoluna atdığını, o da oradan götürdüyünü, şəxsi istifadəsi üçün əldə etdiyini, təxminən 15-20 gündür istifadə etdiyini bildirmişdir. X17 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümləri elektron tərəzidə çəkmiş, ümumilikdə çəkisinin 2,46 qram olduğu müəyyən edilmişdir. Bundan sonra X17 tərəfindən içərisində heroinə bənzər maddənin olduğu dörd ədəd bükümü qırmızı qutunun içərisində ağ rəngli kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən anda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, 18 oktyabr 2023-cü il tarixli şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində olan heroini könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirsə də, ittiham aktında qeyd edilmiş miqdarda narkotik vasitə əldə etmədiyini, narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı çıxdığı üçün həbs edildiyini, narkotik vasitələri satmadığını, polis əməkdaşları tərəfindən edilən fiziki təzyiqlər nəticəsində narkotik vasitələri boynuna götürdüyünü bildirərək ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs istintaq zamanı, o cümlədən tutularkən, şəxsi axtarışa məruz qalarkən, dindirilərkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb-qalmamasını, daha sonra üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olub-olmamasını, eləcə də, satış məqsədinin sübuta yetirilməsini araşdırmalıdır. Təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən üzərində xəsarətlər aşkar olunmuş, həmin xəsarətləri polis əməkdaşlarının tutularkən döyülməsi nəticəsində almasını göstərmişdir. Göstərilən halın araşdırılması üçün Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanmış, Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərin rəngi və digər xarakterik xüsusiyyətləri təsvir olunmadığından onun əmələ gəlmə müddəti, aləti və sağlamlığa zərərvurma dərəcəsi barədə fikir söyləmək mümkün olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olub-olmaması ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan xx.xx.2023-cü il şəxsi şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni könüllü təqdim etmiş və onlar qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin qablaşdırmanı imzalamış və məkəməkimyəvi ekspertizasına göndərilmişdir. Məhkəmə kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 173 №-li dairəvi möhür əksi… “Təqsirləndirilən şəxs...” yazısı və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdə təqdim olunmuşdur. Zərfdə 01 ədədə qırmızı rəngli pul qabına qoyulmuş 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,382 qram, 0,305 qram, 0,299 qram, 0,198 qram; ümumilikdə təmiz çəkisi 2,184 qram qəhvəyi rəngli maddə kütlələri müəyyən edildi. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin aşkar edilərək götürüldükdən sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizasına göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması öz təsdiqini tapmamış və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, üzərindən heroin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu həmin ifadələri digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolları, ondan narkotik vasitələri alan şahidlərin ifadələri ilə də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, inandırıcılığın ən önəmli meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı yuxarıda qeyd olunan ifadələrində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan və evindəki narkotik vasitəni təqdim etmişdir. Şahid4 məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, həmin ifadələr digər sübutlarla dəstəklənməmişdir. Belə ki, Şahid4 məhkəmə baxışı zamanı həqiqətə uyğun olmayan ifadə verməklə əvvəllər narkotik vasitələri əldə etmək üçün əlaqə saxladığı Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməsinə, buna nail olmadıqda isə məsuliyyətini yüngülləşdirməyə nail olmaq istəmişdir. Odur ki, Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadələr daha mötəbər hesab edilməlidir. Bundan başqa Şahid3 Mübariz oğlunun ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsindən də aydın olur ki, o, narkotik vasitə əldə etmək üçün Təqsirləndirilən şəxs məxsus bank kartına pul atmış, sonuncu ilə əvvəlcədən razılaşdıqları yerdən görüşmüş və narkotik vasitəni ondan almışdır. Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəyə baxış keçirərkən çoxlu sayda mesajlar aşkar olunmuş, həmin mesajlar isə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı olmuşdur. Göstərilən mesajların mahiyyəti və məzmunu ona dəlalət edir ki, təqsirləndirilən şəxs külli miqdarda heroini satış məqsədilə əldə etmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin ayrı-ayrı xırda bükümlərə ayrılması, həmin narkotik vasitələrin satış üçün hazır vəziyyətə gətirilməsi onun satış məqsədinə təsdiq edən haldır. Həmçinin Şahid3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs 30 manata almasını bildirmiş və Kamillə əvvəllər də narkotik vasitələrin alış verişini etməsini qeyd etmişdir. Digər Şahid4 də Təqsirləndirilən şəxs narkotik vasitə almasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən də aydın olur ki, o, İran İslan Respublikasının Məhəmməd adlı vətəndaşı ilə tanış olmuş, Həmin İİR vətəndaşı ilə “WhatsApp” vasitəsilə əlaqə saxlamış, sonuncunun göndərdiyi narkotik vasitə heroinin 4 qramı üçün 150 manat ödəmiş, həmin 4 qram heroinin müəyyən hissəsini Zaur və Samir adlı şəxslərə satdığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Məhəmməd adlı şəxslə narkotik vasitəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncudan götürməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarına göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarında üç ədəd bükümdə təmiz çəkisi 0,898 qram narkotik vasitə heroini Şahid4 və üç ədəd bükümdə təmiz çəkisi 0,999 qram narkotik vasitə heroini Şahid3 Mübariz oğluna satması ona dəlalət edir ki, onun əməlində təkrarlıq əlaməti vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarına göstərilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, narkotik vasitənin satışı ilə məşğul olmamasına dair verdiyi ifadəsini törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, buna nail olmadıqda isə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olmasını özündə əks etdirən sms yazışmalarının məzmunları ilə təsdiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, iki yetkinlik yaşına çatmayan övladının olmasını 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 oktyabr 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri nin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 18 oktyabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Binəqədi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2,064 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, 3 (üç) disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılmaılıdır. İş üzrə məhkəmə fiziki-kimyəvi və məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş ümumilikdə 220 (iki yüz iyirmi) manat manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 74 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi üçün vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 444 (dörd yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Binəqədi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2,064 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 3 (üç) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 444 (dörd yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1640/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1640/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver