Məhkəmə qərarları › İş №1(101)-1641/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1641/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1641/2022 15.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 17 iyul 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, ev 39, mənzil 312-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 22, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanusuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əlipənah” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2022-ci ilin aprel ayının ortalarında axşam saatlarında Cəlilabad şəhərində avtovağzalın yaxınlığında 350 manat ödəməklə satış məqsədi ilə qanunsuz olaraq 2 ədəd şəffaf rəngli sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,318 qram və 2,757 qram olmaqla ümumi təmiz çəkisi 10,075 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edərək saxlamaqla daşımış, 21 aprel 2022-ci il tarixdə saat 13:30-da Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 22 ünvanının qarşısında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş və həmin gün saat 15:10-da üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd şəffaf rəngli sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,318 qram və 2,757 qram olmaqla ümumi təmiz çəkisi 10,075 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamin və üzərində psixotrop maddə metafetaminin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin aprel ayının ortalarında Cəlilabad rayonuna getmiş, həmin gün saat 19 radələrində Cəlilabad şəhərində avtovağzalın yaxınlığında özünü Əlipənah kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə rastlaşıb tanış olmuş, söhbət zamanı Əlipənah onda psixotrop maddə olan metafetamin olduğu bildirmiş, qarşılıqlı razılıq əsasında 2 ədəd şəffaf rəngli sellofana bükülümüş psixotrop maddəni ondan 350 manata almışdır. Hər bir qramını 15 manata aldığı psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. 21 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 22-də evində olan zaman polis əməkdaşları yaşadığı evə daxil olub narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonunculara etiraz etməyinə baxmayaraq onu və həmin vaxt evdə olan oğlunu Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. Bölmədə olarkən üzərində olan 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefonu, həmin gödəkcənin sağ yan cibindən içərilərində ağ rəngli kütlə olan 2 ədəd şəffaf rəngli sellofan bükülüləri çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları bundan sonra elektron tərəzi də gətirib üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını, çəkiliş zamanı həmin tərəzinin özünə məxsus olmasını, üzərindən aşkar olunan bükümləri də həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə əldə etməyini bildirməsini tələb etmişlər. Polis əməkdaşları ilə razılaşmadıqda onu oğlunu da işə cəlb edəcəkləri ilə hədələmişlər. Buna görə də məcbur qalıb videoçəkiliş zamanı tərəzinin ona məxsus olduğunu və üzərindən aşkar olunan bükümləri isə həm satmaq, həm də şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 22, nömrəsiz evə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Tutulan zaman oğlu da evdə olmuşdur. Üzərindən aşkar edilən psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün almışdır. Heç vaxt psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. X2 2-ci X6 rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilmiş, fiziki təsir olmamışdır. İbtidai istintaq zamanı yazılan ifadələrə ona psixi təsir göstərildiyi üçün imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğundan əvvəllər üzərində narkotik vasitə gəzdirməyə görə bir neçə dəfə məhkumluq həyatı yaşamış, mütəmadi olaraq “şüşə” və “kakos” kimi tanıdığı narkotik vasitə heroin və psixotrop maddə metafetamindən istifadə etmiş, həmin maddələri tanımadığı müxtəlif şəxslərdən eldə etmişdir. Maddi çətinlikləri ilə əlaqədar narkotik vasitə və psixotrop maddə satmaq qərarına gəlmiş, şəxsi işi ilə əlaqədar tutulamamışdan bir həftə əvvəl, təxminən 2022-ci ilin aprel ayının ortalarında Cəlilabad rayonuna getmiş, həmin gün saat 19 radələrində Cəlilabad rayonunda, daha doğrusu Cəlilabad şəhərində avtovağzalın yaxınlığında özünü Əlipənah kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə rastlaşıb, tanış olmuş, söhbət zamanı Əlipənah onda satmaq üçün psixotrop maddə olan metafetamin olduğu bildirmiş, qarşılıqlı razılıq əsasında 2 ədəd şəffaf rəngli sellofana bükülümüş psixotrop maddəni ondan 350 manata almış, hər bir qramını 15 manata aldığı psixotrop maddənin bir hissəsini özü istifadə edəcəyini, bir hissəsini isə hər bir qramını 20 manatdan satıb qazanc əldə etməyi planlaşdırmış, psixotrop maddəni kiçik bükümlərdə qablaşdırmaq üçün mağazadan 1 ədəd elekrton tərəzi də almışdır. 21 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1ci mədən, korpus 22-də evin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək, üzərində psixotrop maddə olmasından şübhə etdikləri üçün üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Polis bölməsində özünün razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd boz rəngli elektron tərəzi, 1 ədəd qara rəngli “Nokia” markalı mobil cihaz, həmin gödəkcənin sağ yan cibindən içərilərində ağ rəngli kütlə olan 2 ədəd şəffaf rəngli selofan bükülüləri çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa qeyri-qanuni hər hansı bir əşya olmadığını, ondan götürülmüş 2 ədəd şəffaf rəngli sellofan bükülüdəki kütlənin psixotrop maddə metafetamin olduğunu, həmin psixotrop maddəni saxlanılmamışdan təxminən bir həftə əvvəl saat 19 radələrində Cəlilabad şəhərindən özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Əlipənah adlı şəxsdən 350 manat pul müqabilində aldığını, həmin psixotrop maddəni həm özü istifadə edəcəyini, həm də bir qramını 20 manatdan satacağını, bunun üçün psixotrop maddəni bükülü şəklində ayırmaq üçün mağazadan elektron tərəzi də aldığını bildirmişdir. Qeyd etdikləri ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, ondan götürülmüş 2 ədəd şəffaf rəngli sellofan bükülüdəkı kütlə qablaşdığılmış, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, özünün razığı ilə polis əməkdaşları onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 22, nömrəsiz evə baxış keçirmiş, qanunsuz hər hansı bir əşya və predmet aşkar edilməmişdir (cild 1, iş vərəqə 57-60 və 83-86). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 aprel 2022-ci il tarixdə qərəzsiz mənbədən xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 4 ünvanında pasport qeydiyyatında olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 22, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq, Təqsirləndirilən şəxs ifşa etmək, ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Binəqədi RPİ- nin 43-cü PB-nin rəhbərliyinə raport və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar yazmışdır. Ondan və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 22, nömrəsiz evin qarşısında müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini ona təqdim edərək üzərində və ya paltarında narkotik vasitə, psixotrop maddə və digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olması barədə şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 43-cü polis bölməsinə dəvət etmişlər. Bununla bağlı rəhbərliyə raportla müraciət etmiş, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Alıyev qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Şahid2 iştirakı ilə videoçəklişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd boz rəngli elektron tərəzi, 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, həmin gödəkcənin sağ yan cibindən içərilərində ağ rəngli kütlə olan 2 ədəd sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, bundan başqa üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən şalvarının və gödəkcəsinin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükülüdəki kütlənin psixotrop maddə olan metafetamin olduğunu, həmin psixotrop maddəni təxminən tutulmamışdan 1 həftə əvvəl saat 19 radələrində Cəlilabad rayonunda avtovağzalın yaxınlığında özünü Əlipənah kimi təqdim edən İran İslam Respublikası vətəndaşından 350 manat pul müqabilində özü istifadə etmək və satışını təşkil etmək üçün aldığını, 1 qramını 15 manatdan alıb 20 manata satmaq istədiyini, bunun üçün də 1 ədəd elektron tərəzi də aldığını bildirmişdir. Bundan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olan 2 ədəd şəffaf rəngli sellofan bükülü və 1 ədəd elektron tərəzi zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənmiş, təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara oxunmuş, möhürlənmiş zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün öz razılığı ilə polis bölməsinin rəisinin adına ərizə yazılmış, Təqsirləndirilən şəxs özünün iştirakı ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 22, nömrəsiz evə də baxış keçirilmiş, evdən qanunsuz hər hansı bir əşya, predmet aşkar edilməmiş, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara oxunmuş və imzalanmışdır. Təqsirləndirilən şəxs oğlu onunla birlikdə və ya daha sonra polis bölməsinə gətirilməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir hədə olmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs elektron tərəzidən psixotrop maddənin satışını həyata keçirmək üçün istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış və evə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Aliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd boz rəngli elektron tərəzi, 1 ədəd qara rəngli “Nokia” markalı mobil cihaz, həmin gödəkcənin sağ yan cibindən içərilərində ağ rəngli kütlə olan 2 ədəd şəffaf rəngli selofan bükülüləri çıxarıb masanın üzərinə qoymuş, üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmiş, Təqsirləndirilən şəxs qara rəngli şalvarının və qara rəngli gödəkcəsinin ciblərini açması tələb olunmuş, onların ciblərindən, həmçinin qara rəngli ayaqqabısının içindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin şəffaf rəngli selofan bükülüdəki ağ rəngli kütlənin nə olduğu soruşulduqda o həmin ağ rəngli kütlənin psixotrop maddə olan metafetamin olduğunu, həmin psixotrop maddəni saxlanılmamışdan təxminən bir həftə əvvəl saat 19 radələrində Cəlilabad rayonunda özünü Əlipənah kimi təqdim edən İran İslam Respublikası vətəndaşından 350 manat pula aldığını, həmin psixotrop maddəni həm özü istifadə etdiyini, həm də pul əldə etmək məqsədilə satışı ilə məşğul olduğunu, qramını 15 manatdan alıb 20 manata satdığını bildirmiş, aşkar olunmuş bükülü qablaşdırılmaqla götürülmüşdür (cild 1, iş vərəqə 35-36). Cinayət işinin materiallarında olan “videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Binəqədi RPl-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd boz rəngli elektron tərəzi, 1 ədəd qara rəngli “Nokia” markalı mobil cihaz, həmin gödəkcənin sağ yan cibindən içərilərində ağ rəngli kütlə olan 2 ədəd şəffaf rəngli selofan bükülüləri çıxarıb masanın üzərinə qoyur, üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirir, Təqsirləndirilən şəxs qara rəngli şalvarının və qara rəngli gödəkcəsinin ciblərini açması tələb olunur, onların ciblərindən, həmçinin qara rəngli ayaqqabısının içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmur. Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükülüdəki ağ rəngli kütlənin nə olduğu soruşulduqda o həmin ağ rəngli kütlənin psixotrop maddə olan metafetamin olduğunu, həmin psixotrop maddəni saxlanılmamışdan təxminən bir həftə əvvəl saat 19 radələrində Cəlilabad rayonunda özünü Əlipənah kimi təqdim edən İran İslam Respublikası vətəndaşından 350 manat pula aldığını, həmin psixotrop maddəni həm özü istifadə etdiyini, həm də pul əldə etmək məqsədilə satışı ilə məşğul olduğunu, qramını 15 manatdan alıb 20 manata satdığını bildirir, aşkar olunmuş bükülü qablaşdırılaraq götürülür (cild 1, iş vərəqə 87). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kimyəvi Ekspertizasının 22 aprel 2022-ci il tarixli 6/2284 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-in Zəriflər üçün №243 möhür əksi, ... Təqsirləndirilən şəxs.. və s. yazılar və imzalar olan kağız paketdəkı 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 7, 318 qram və 2,757 qram, ümumi təmiz çəkisi 10,075 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 2 ədəd bükümdəki metafetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Elekrton tərəzinin üzərində metafetamin izləri vardır. Tərəzinin üzərində metafetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə təhqiqatın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 10,075 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 9,975 qram, cild 1, iş vərəqə 53-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 24 iyun 2022-ci il tarixli 1676 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları düzgün qavrayıb təsvir etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 134-135). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 4 iyul 2022-ci il tarixli 3625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 136-137). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 9,975 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 143-153). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 17 iyul 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 121-131). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2371 nömrəli sərancamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 1, iş vərəqə 120). Məhkəmə Təqsirləndirilən şəxs X2nun “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23- 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 99-104). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 9,975 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -şəxsi axtarış keçirilməsinin görüntülərinin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 9,975 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -şəxsi axtarış keçirilməsinin görüntülərinin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar