Məhkəmə qərarları › İş №1(101)-1641/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1641/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1641/2024 16.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X1, müdafiəçi: “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Mehdiabad qəsəbəsi, Babək küçəsi ev 5/2-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, o xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi «Xəzər İnşaat» yaşayış kompleksi, blok 1, 92 nömrəli mənzilin yerləşdiyi dəhlizdə həmin mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs «İnstagram» sosial şəbəkəsində intim münasibət müqabilində ona vəd etdiyi 300 (üç yüz) manat məbləğində pul vəsaitini tam həcmdə verməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qeyd olunan mənzilin mətbəxindən götürdüyü istintaqa məlum olmayan bıçaqla qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs qara ciyərin, sağ böyrəyin və qalxançənbər bağırsağın zədələnməsi, eləcə də retroperitonial sahənin hematoması ilə müşayiət olunan qarının sağ ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü yalnız zərərçəkmiş şəxsə xəsarət yetirməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun 18 yaşı var, lakin cinayət əməlini törədən zaman 17 yaşı olmuşdur. Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, o, cinsi azlıqlar qrupuna aiddir, transvestitdir. Yaşayış tərzinə uyğun olaraq Bakı şəhəri Nərimanov rayonu, F.Yusubov küçəsində kirayə ev tutaraq sosial şəbəkələrdə tanış olduğu kişilərlə intim əlaqədə olmaqla pul qazanır. xx.xx.2023-cü il tarixdə təxminən saat 22:30 radələrində hal-hazırda məhkəmə zalında gördüyü Zərərçəkmiş şəxs zəng edərək intim əlaqədə olmaq üçün yaşadığı ünvana dəvət etmiş, hətta demişdir ki, bir nəfər də özü ilə götürsün. O da onunla razılaşaraq hər biri üçün 150 manat pul Rasimdən istəmiş, sonuncu da buna razı olmuşdur. Zərərçəkmiş şəxslə görüşə özü kimi transvestit olan və onunla bir evdə kirayə yaşayan X11 və X12 ilə birlikdə getmiş, Rasimin ünvanını bildirdiyi binaya çatdıqda səhvən qonşu bloka daxil olmuşlar və Rasimə zəng edib aşağı düşərək onları qarşılamasını demişlər. Rasim çölə çıxıb onları gördükdə onlarla olmaqdan imtina etmiş, 100 manat verərək çıxıb getmələrini istəmişdir. Lakin o bununla razılaşmamış, danışdıqları kimi 300 manat tələb etmiş, əks təqdirdə polisə zəng edib ondan şikayət edəcəyini bildirmişdir. Sonuncu qalan pulunu ödəmək üçün mənzilə qalxmağı təklif etmiş və onlar hamısı birlikdə Rasimin yaşadığı mənzilə qalxmışlar. Rasim evin zal otağına gedib divanın altından 100 manat pul götürüb Seydağaya verərək çıxıb getmələrini tələb etmişdir.O isə Rasimdən daha 100 manatda verməsini tələb etmiş, Rasim isə təkrarən getmələrini bildirdikdə o, və yanındakı dostları səs-küy salmağa başlamış, Rasim onun yaxasından tutaraq onunla dartışmış, bu zaman o, evin mətbəxinə keçərək mətbəx şkafının siyirməsindən mətbəx bıçağı götürərək öz boyun nahiyyəsinə qoyub özünü doğrayıb sonradan isə DİN-nin 102 məlumat mərkəzinə xəbər verəcəyi ilə Rasimi hədələmiş, lakin sonuncu israrlı şəkildə onlardan çıxıb getmələrini tələb etdikdə və onu itələyərək mənzildən çıxarmağa çalışdıqda o, Rasimə bir dəfə sağ qarın boşluğundan bıçaqla zərbə vurmuşdur. Bundan sonra Rasim 100 manat pulu ona vermiş və onlar mənzili tərk edib taksi ilə yaşadıqları ünvana yollanmışlar. Etdiyi əməldən qorxduğu üçün o, Rasimə zəng etmiş, pulu qaytarmaq istədiyini, ona kartın şəklini atmasını demişdir. Rasim də ona kartın şəklini atdıqdan sonra o, Rasimdən aldığı 300 manatu pulu sonuncunun kart hesabına köçürmüşdür.O,xəsarət yetirdiyi həmin bıçağı öz müvəqqəti yaşadığı evdəki zibil torbasının içərisinə qoyub məhəllədəki zibil yeşiklərinin içinə atmışdır.Etdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi ilə qismən razıdır, ondan o dediyi kimi 1.000 manat pul istəməmişdir. Anası Zərərçəkmiş şəxs müalicəsi üçün 4.000 manat pul ödəmişdir, Rasim də müstəntiqə barışıq ərizəsini yazıb vermişdir. Etdiyi əməldən peşmandır.Ona verilmiş suallara cavab olaraq bildirir ki, Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımış, Rasim ona “Whatsapp” sosial şəbəkəsi ilə zəng edərək görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs onun “İnstagram” sosial şəbəkəsindəki “Nurlana” adı ilə profil şəklini görmüşdür.Həmin profildə özünü transvestite olmasını göstərmiş, onunla social şəbəkədə əlaqə saxlayan istənilən şəxs onun transvestite olmasını görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, işi ilə əlaqədar rayondan Bakı şəhərinə gələrək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» massivi Xəzər inşaatın binasında kirayə mənzil tutaraq orada tək yaşamışdır. 25 noyabr 2023-cü il tarixində təxminən saat 22 radələrində kirayə yaşadığı evdə olan zaman «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə xidmət qarşılığında tanımadığı bir qızla əlaqə saxlayıb pul qarşılığında, evinə gəlməyi təklif etmişdir. Lakin o, bir nəfərin gəlməsini həmin qıza demişdir. Həmin qız da 150 manat pul veriləcəyini bildirərək onunla görüşməyə razılaşmışdır. Həmin ünvanın lokasiyasını da həmin qıza göndərmişdir. Təxminən 1 saatdan sonra həmin şəxs ona zəng edərək təyin olunmuş yerdə olduğunu, lakin səhv bloka girdiyini bildirmişdir. O,telefonla danışan şəxsin səsindən şübhələnib ona trans olduğunu bildirdikdə o, qız olduğunu söyləmişdir. O,evdən aşağı düşən zaman hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs və yanında olan daha 2 nəfər şəxsin trans olduğunu görüb onlara getmələrini bildirmişdir.Lakin onlar səs-küy salaraq bura qədər gəldiklərini , onun onlardan imtina etməsinə baxmayaraq ondan 300 manat pul istəmişlər. O da elə orda 100 manatı Nurlana vermişdir. Nurlan isə razılaşmayaraq ondan 1000 manatdan çox pul istəmiş, lakin o, onlara yalnız daha 100 manat verəcəyini demiş və pul vermək üçün özünün mənzilə qalxacağını, onların isə binanın qarşısında gözləmələrini demişdir. Lakin bu şəxslər onunla razılaşmayaraq onunla bərabər mənzilinə qalxmışlar. Orada o, Nurlana yenidən 100 manat vermiş və çıxıb getmələrini əks təqdirdə DİN-nin 102 zəng mərkəzinə müraciət edəcəyini bildirdikdə aralarında mübahisə yaranmışdır. Bu zaman Nurlan onun kirayə yaşadığı mənzilin mətbəxinə gedib bıçağı götürüb özünə xəsarət yetirəcəyini bilidrmişdir. O, Nurlanın əlindən bıçağı almaq istədikdə Nurlan əlindəki bıçaqla onun sağ tərəf boşluğundan bir dəfə vurmuş və bıçağı götürüb digər iki şəxslə birlikdə çıxıb getmişlər. Qeyd etmək istəyir ki, Nurlanla gələn digər iki nəfər şəxs ona qarşı heç bir zorakı hərəkət etməmişlər. Aldığı xəsarətdən o, yerə uzanmış,təxminən 5 dəqiqədən sonra yerdən qalxıb qapını örtmüş və təxminən 2 saata yaxın evdə olmuşdur. Bundan sonra bu barədə qardaşına zəng edib evə gəlməsini bildirmişdir.Bir qədər sonra Nurlan ona zəng edib və ondan aldığı pulu geri qaytarmaq istədiyini, kart atmağını demişdir. O, da Nurlana kart atmış və Nurlan ondan aldığı 300 manat pulu kart hesabına köçürməklə qaytarmışdır. Nurlanın anası ona müalicə olunmaq üçün 4.000 manat pul vermişdir. O da bunun qarşılığında ona barışıq ərizəsini vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs taneıyır, onunla yaxın dostdur və baş vermiş hadisəyə qədər sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən müvəqqəti kirayə tutduqları evdə yaşamışlar. O da Nurlan kimi transvestitdir. Zərərçəkmiş şəxs isə hadisə günü tanımışdır. 25 noyabr 2023-cü il tarixində saat təxminən 22:30 radələrində evdə olan zaman gəzmək qərarına gəlmişlər. Həmin vaxt Nurlana zəng gəlmiş, Nurlan telefonda müşətəri ilə danışdıqdan sonra özü müştərinin yanına gedib xidmət göstərdikdən sonra birlikdə gəzməyə getmələrini təklif etmişdir. O da razılaşmış, yolda olan zaman ortaq tanışları olan, onlar kimi transvestit olan X2 zəng edərək özü Bakı şəhəri, Nərimanovda yerləşən “Clear” hotelində olduğunu və müştəriyə xidmətini bitirib onlarla gəzməyə getmək istədiyini bildirmişdir. Onlar Seydağanı da özləri ilə götürüb Zərərçəkmiş şəxs bildirdiyi ünvana, yəni Bakı şəhəri, Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsinə getmişlər. Orada onlar səhvən başqa bloka daxil olmuş və Nurlan zərərçəkmiş şəxsə zəng vuraraq onları qarşılamağını demişdir. Nurlan küçəyə çıxaraq onları gördükdə görüşməkdən imtina etmiş, çıxıb getmələrini demişdir. Bu zaman Nurlan razılaşdıqları 300 manat pulu ondan tələb etmişdir. Zərərçəkmiş şəxs 100 manat verərək çıxıb getmələrini demişdir. Lakin Nurlan səsküy salacağını deyərək qalan pulları da tələb etmişdir. Bundan sonra hamısı birlikdə Rasimin yaşadığı mənzilə qalxmışlar. Onlar yuxarı qalxdıqdan sonra Rasim daha 100 manat pulu gətirib Nurlana verən zaman Nurlan səs-küy salaraq yenidən 100 manat pul istəmişdir.Bu zaman Rasim artıq onu bezdirdiyini bildirmiş, onların çıxıb getməsini istəmiş, lakin Nurlan evin mətbəxinə keçib oradan bıçaq götürüb otağa qayıdaraq həmin bıçağı öz boğaz nahiyyəsinə tutaraq sonuncu pulu vermədiyi təqdirdə özünə xəsarət yetirəcəyini demişdir.Rasim bıçağı ondan almaq istədikdə Nurlan Rasimin qarnın sağ tərəf boşluğuna bıçaqla bir dəfə zərbə vurmuşdur. Aldığı zərbədən Rasim yerə yıxılmışdır. O, Seydağa və Nurlan tələsik olaraq evdən çıxıb getmişlər.Bu zaman Nurlan bıçağıda özü ilə götürüb aparmışdır.Onlar yolda olan zaman Nurlana Rasimdən aldığı 300 manat pulu qaytarmasını təklif etmişlər. Belə ki, Nurlan Rasimə zərər yetirmişdir. Nurlan da Rasimə zəng edərək öz kartından sonuncunun kartına 300 manat pul köçürmüşdür. Daha sonra onlar yaşadıqları evə çatdıqda Nurlan bıçağı çıxararaq ağlamağa başlamış və bıçağı yuduqdan sonra qara rəngli sellofana qoyub zibil qutusuna atmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsilə verilmiş ittiham öz təsdiqini tapmamışdır, bununla belə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirliliyi zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixlii raportdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs naməlum şəxs tərəfindən qarının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə tibb bacısı Əfəndiyeva məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» Y/S, Xəzər İnşaat yaşayış kompleksi, blok 1, mənzil 92 ünvanında yerləşir. Yaşayış evinin dəmir qapıdan ibarət giriş qapısı var. Mənzil iki otaqdan, 1 mətbəxdən və hamamdan ibarətdir. Yaşayış evində yataq dəsti və mebel vardır. Baxış zamanı hadisə yerində xəsarət alan Zərərçəkmiş şəxs əynində olmuş və üzərində qana bənzər ləkələr olduğu, həmçinin üzərində zədə izi olduğu 1 ədəd ağ rəngdə mayka və boz rəngli qısaqol köynək müəyyən olundu. Qeyd olunan əşyalar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhəri Sabunçu tibb mərkəzinin cərrahiyyə şöbəsində qarın boşluğuna izləyən kəsilmiş deşilmiş yara diaqnozu ilə cərrahi əməliyyata məruz qalmış və hal-hazırda müalicəsini davam etdirir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli «Tutma haqqında» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» Y/S, ünvan 3 ünvana gedilmiş və ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il axşam saatlarında Bakı şəhəri Nərimanov rayonu, F.Yusubov küçəsində müvəqqəti yaşadığı ünvanımda olarkən nömrəsini dəqiq xatırlamadğı şəxs tərəfindən ona zəng gəldiyini , telefonda zəng edən bir nəfər şəxsin onun nömrəsini «İnstagram» sosial şəbəkəsindən götürdüyünü və onunla görüşmək istədiyini bildirmişdir. Sonrdan isə ona rəfiqəsi varsa gətirməyini bildirmiş o da rəfiqəsi Şahidda özü ilə aparmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxslə aralarında hər birinə 150 manat olmaqla 300 manat məbləğində razılaşma olmuş və Rasim ona konum atmışdır. Təyin olunmuş ünvana gedəndə əvəllər tanıdığı X12 ona zəng edərək bekar olduğunu, onlarla birlikdə getmək istədiyini bildirmişdir. Onlar qeyd olunmuş ünvana çatdıqda üçü birlikdə səhvən başqa bloka qalxmışlar.Zərərçəkmiş şəxs zəng etmiş və o, səhv bloka girdiklərini deyib özüdə aşağı düşəcəyini bildirmişdir. O, və tanışları Rasimin yaşadığı binanın blokunda görüşəndə Rasim onlara 100 manat verərək çıxıb getmələrini bildirmişdir.O,isə ödənişini tam etməyini bildirmiş və ödənişi tam etməsə binanın həyətində səs- küy salacağını söyləmişdir. Bundan sonra Rasim sakit olub yaşadığı evə gəlmələrini təklif edib pulun qalan hissəsinidə evdə ödəyəcəyini bildirmiş və onlar 4 nəfər 13-cü mətəbəyə qalxaraq mənzil 92 ünvanına yaxınlaşmışlar.Həmin zaman X3 Rasim ilə birlikdə evə daxil olmuş, amma evin qapısı açıq olmuş, o, və İlkin blokun qarşında dayanmışlar.Lakin sonrdan onlar da içəri daxil olub gözləməmiş və Rasim evin zal otağına gedib divanın altından 100 manat pul götürüb Seydağaya verərək çıxıb getmələrini tələb etmişdir.O,da 100 manatda verməsini tələb etmiş Rasim isə təkrarən getmələrini bildirdikdə o, və yanındakılar səs-küy salmağa başlamışlar.Bu zaman o, evin mətbəxində yerləşən şkafın siyirməsindən mətbəx bıçağı götürərək öz boyun nahiyyəsinə qoyub özünü doğrayıb sonradan isə DİN-nin 102 məlumat mərkəzinə xəbər verəcəyini bildirmişdir. Rasim isə israrən evindən çıxmalarını tələb etdidkdə o, bıçağı boynundan çəkərək qoluna qoyanda Rasim onu itləməyə başlamışdır.Həmin zaman o, Rasimə 1 dəfə olmaqla sağ qarın boşluğundan bıçaqla zərbə vurmuş və 100 manat pulu Rasim özü ona verdikdən sonra bıçağı götrüb dərhal liftdən enərək taksi sifariş verib Nərimanovdakı yaşadığı evə getmişdir. Yol ilə gələrkən o, qərara gəlmişdir ki, Rasimdən aldığı pulu geri qaytarsın və Rasimə zəng edib pulu qaytarmaq istədiyini, ona kart atmasını demişdir. Rasim də ona kart atmış və o, Rasimdən aldığı 300 manatu pulu kart hesabına köçürmüşdür.O,xəsarət yetirdiyi həmin bıçağı öz müvəqqəti yaşadığı evdəki zibil torbasının içərisinə qoyub məhəllədəki zibil yeşiklərinin içinə atmışdır. Məhkəmədə elan edilib araşdırılmış Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(010)-451/20203 saylı qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs oğlunun barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 noyabr 2023-cü il tarixdən, saat 18:30-dan hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış 72 №-li xx.xx.2024-cü il tarixli “Respublika Psixiatriya Xəstəxanası” X20 daxil olmuş arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı qeyd olunan xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 18 yanvar 2024-cü il tarixli 34 №-li rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir - qara ciyərin, sağ böyrəyin və qalxançənbər bağırsağın zələnməsi, eləcə də retroperitoneal sahənin hematoması ilə müşayiət olunan qarının sağ ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə əyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 dekabr 2023-cü il tarixli 3586 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hərhansı bir Psixi xəstəlikdən əziyyət çəkmir.Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Məhkəmədə elan edilib araşdırılmış kompleks tibbi-kriminalistik ekspertizasının 09 fevral 2024-cü il tarixli 33-MTKŞ/2024 №-li rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön yuxarı səthində cırılma zədəsi aşkar olundu. Bu cırılma küt yaranma mexanizminə malikdir, köynəyin müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gələ bilməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-bioloji ekspertizasının 08 fevral 2024-cü il tarixli 39/2024-MTKŞ №-li rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB) sistemi üzrə qrupu tədqiq olunduqda A və B antigenləri alınır.Beləliklə bu qan ləkələri AB) sistemi üzrə AB (İV) qruplu bir şəxsə məxsus ola bilər. Elektron portaldan olan çıxarışdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs qan qrupu İVplus olmaqla ona məxsus olan köynək üzərində ekspertiza ilə aşkar olunmuş qanın qrupu da AB (ıv) qrupa aiddir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəisinə ərizə formasında edilən xx.xx.2024-cü il tarixli müraciətdən müəyyən olunur ki, o oğlu Təqsirləndirilən şəxs cəzasının daha yüngül maddəyə tövsüf edilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxsin ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli qəbzindən müəyyən olunur ki, ona vurulmuş ziyan, 4000 manat ona ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən müəyyən olunur ki, o təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxsin notarial qaydada təsdiq olunmuş 26 mart 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış, təqsirləndirilən şəxsi səciyyələndirən sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxx 2006-cı il tarixdə doğulmuş, cinayət əməlinin baş verdiyi xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmamış, subaydır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə istintaqının gedişatında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilmiş, istintaq zamanı əldə etdiyi məbləqdən əlavə olaraq 2000 manat dəyərində ona ödəniş edilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə elan edilmiş Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməklə o bu maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatda o məhkəməyə CM-nin 126.1-ci maddəsilə təqsirləndirilən şəxs kimi təqdim edilmiş və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində məhz CM-nin 126.1-ci maddəsi ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, o əri X9 ilə Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında nikahını pozmuş, Təqsirləndirilən şəxs və bundan savayı digər az yaşlı 4 uşağını təkbaşına saxlamaqla böyütmüş, əri Elşan Məhərrəmov onunla nikah qurduğu 16 noyabr 2005-ci il tarixdən ona böyük problemlər yaşatmış, oğlu Təqsirləndirilən şəxs qarşı şiddət göstərdiyi üçün ərindən boşanmışdır.Hazırda 5 uşağı onun himayəsindədir. Uşaqlardan az yaşlı Röyalın səhhətində ciddi problemlər var. Uşaqların saxlanılması üçün ərindən aliment ala bilməmişdir. Ali təhsili və peşəsi olmadığı üçün günə muzd işləyərək uşaqlarını saxlayır, ev təmizliyinə, xalça yumaq kimi və sair işlərdə işləyərək uşaqlarını saxlayır. Oğlu Təqsirləndirilən şəxs nevroloji problemləri vardır. Hər dəfə onu müalicə etdirməyi planlaşdırsada maddi imkanı ona yol verməmişdir. Oğlu bu yaşına kimi heç bir xuliqanlıq əməli törətməmiş, heç kimə ziyan vurmamış, o yalnız qarşı tərəfi qorxutmaq niyyəti ilə bıçaqı əlinə almış, ona xəsarət yetirmək istəməmişdir.Zərərçəkmiş şəxs bıçaqı ondan almaq istəyərkən ona xəsarət yetirmişdir.Yetkinlik yaşına çatmayan oğlu əvvəl qorxmuş, aşağı düşmüş daha sonra özü zərərçəkmiş şəxsə zəng edərək, nə kömək lazım olduğunu soruşmuş, eyni zamanda aldığı pulu dərhal həmin şəxsin kartına atmışdır. Bunu məhkəmə zalında zərərçəkmiş özüdə etiraf etmişdir. Onun bu elədiklərində hasnı xuliqanlıq əməli var ki? Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cavablandırılmış tələbnamədən müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmiş, tövsif etmənin əsasları göstərilməmiş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə CM-nin 126.1-ci maddəsi ilə verilmiş ittihamın ağırlaşdırılmasına dair müraciəti olmamış, əksinə təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin anasının yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs barəsində verilmiş ittihamın yüngülləşdirilməsinə dair müraciəti olmuşdur. Həmin qərardan həmçinin müəyyən olunur ki, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxsə məxsus bir ədəd mayka və bir ədəd qısaqol köynək saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinin motivi, xx.xx.2023-cü il tarixdə təxminən saat 22:30 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən edilmiş zəngə əsasən o sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» Y/S, Xəzər İnşaat yaşayış kompleksi, blok 1, mənzil 92 ünvanına yollanmışdır. Aralarında isə qabaqcadan telefon zəngi zamanı razılıq olmuşdur ki, Zərərçəkmiş şəxs ona özündən əlavə də bir nəfəri gətirməsini istədiyi üçün Təqsirləndirilən şəxs bu zaman intim əlaqə üçün hər birinin ayrılıqda qiymətinin 150 manat olacağını bildirmiş, ümumilikdə isə ikisi üçün 300 manata razılığa gəlmişlər. Həmin ünvana təqsirləndirilən şəxs özündən əlavə Zərərçəkmiş şəxsdə istədiyi kimi öz tanışları X12 və Şahid ilə birlikdə yollanmışdır. Qeyd olunan ünvana çatdıqda səhvən başqa bloka girmişlər. O, Zərərçəkmiş şəxs zəng etmiş və o, səhv bloka girdiklərini deyib özüdə aşağı düşəcəyini bildirmişdir.O, və tanışları Rasimin yaşadığı binanın blokunda görüşəndə Rasim onlara 100 manat verərək çıxıb getmələrini bildirmişdir. O,isə ödənişini tam etməyini bildirmiş və ödənişi tam etməsə binanın həyətində səs- küy salacağını söyləmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında başlanan mübahisə ikisi arasında ünvana gəlməmişdən qabaq razılaşdıqları qiymətə əsasən Zərərçəkmiş şəxs göstərəcəkləri olduğu xidmət müqabilində təqsirləndirilən şəxs və onun tanışına vəd etdiyi 300 manat pulu ödəməkdən imtina edərək 100 manat verərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» Y/S, Xəzər İnşaat yaşayış kompleksindən getmələrini tələb etməsi olmuş və bu mübahisələri şəxsi münasibətlər zəminində yaranmış və baş vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü olmaqla zərərçəkmiş şəxsdən 13 yaş kiçik olmuşdur. xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs heç bir tanışlığı, ədavəti və düşmənçiliyi olmamışdır, sonuncunu telefonuna zəng ilə əlaqədar tanıdığı, zərəçəkmiş şəxsin telefonla danışdıqdan sonra onunla intim əlaqəyə girməsi üçün özündən əlavə bir nəfərlə görüşə çağırmasını, zərərçəkmişin qabaqcadan razılaşdıqları pulu ödəmyərək 100 manat təklif etməsini mübahisənin başlanması səbəbi kimi nəzərə alır. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı evinə çağırdığı şəxslə ilk danışıq zamanı qız səsi olduğunu, lakin bloku səhv salan zaman edilən zəngdə qız səsinin olmadığı və ondan 1000 manat pul istəməsinə dair verdiyi ifadəsini həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir və ona xəsrət yetirildikdən sonra Təqsirləndirilən şəxs onun kartına öz istəyi ilə 300 manatı qaytarması ilə təkzib olunur. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarın 6-cı bəndinə əsasən Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarından müəyyən olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralarında olan mübahisə zamanı mətbəxdən götürdüyü bıçaqla özünə xəsarət yetirmək istəyərkən sonuncu onu itələyərək mənzildən çıxaran zaman bıçaqla xəsarət yetirmiş və bu hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, habelə CM-nin 59.2ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs X10 məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən CM-nin 126.1-ci maddəsi ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 28 noyabr 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X6 təməl prinsiplərindəndir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Suraxanı RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd mayka və 01 (bir) ədəd qısaqol köynək məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd mayka və 01 (bir) ədəd qısaqol köynək məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar