Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1642/2021 18.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər - “Kredo” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işsiz, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Aşağı Yaycı kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1ci mədən korpus 10 ünvanında nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işsiz, ünvan 2 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 63 ünvanında nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını talamaq məqsədi ilə 17 mart 2021-ci il tarixdə, saat 05:00 radələrində tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 25 ünvanında yerləşən fərdi evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən birlikdə hasardan aşmaqla evin həyətinə qanunsuz daxil olub, qeyrisi evin pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb açdıqdan sonra birlikdə evin içərisinə qanunsuz daxil olaraq evin mətbəxindən bir ədəd 1100 manat dəyərində “Samsung” markalı soyuducu, bir ədəd 180 manat dəyərində “Regular” markalı plitəni, hamamdan 15 manat dəyərində üzərində “Ecce” yazısı olan 3-lü dəmir hamam künc rəfini, yataq otağından 200 manat dəyərində komplekt qazan dəstini, 120 manat dəyərində dəst hamam kranını, duşu, 50 manat dəyərində ayaqaltı kovraliti və 50 manat dəyərində dəsmalları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1715 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 26 may 2021-ci il tarixdə saat 15:00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 4,152 qram narkotik vasitə olan heroini 70 manat pul müqabilində alaraq əldə edib daşıyaraq üzərində saxlamış, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 may 2021-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 10 ünvanının yaxınlığında saxlanılaraq Polis Bölməsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 4,152 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını talamaq məqsədi ilə 17 mart 2021-ci il tarixdə, saat 05:00 radələrində tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 25 ünvanında yerləşən fərdi evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən birlikdə hasardan aşmaqla evin həyətinə qanunsuz daxil olub, qeyrisi evin pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb açdıqdan sonra birlikdə evin içərisinə qanunsuz daxil olaraq evin mətbəxindən bir ədəd 1100 manat dəyərində “Samsung” markalı soyuducu, bir ədəd 180 manat dəyərində “Regular” markalı plitəni, hamamdan 15 manat dəyərində üzərində “Ecce” yazısı olan 3-lü dəmir hamam künc rəfini, yataq otağından 200 manat dəyərində komplekt qazan dəstini, 120 manat dəyərində dəst hamam kranını, duşu, 50 manat dəyərində ayaqaltı kovraliti və 50 manat dəyərində dəsmalları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1715 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 01 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 3,138 qram çəkidə narkotik vasitə olan heroini 60 manat pul müqabilində əldə edib daşıyaraq üzərində saxlamış, 02 aprel 2021-ci il tarixdə saat 17:10 radələrində Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 63 ünvanının yaxınlığında saxlanılıb Polis Bölməsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 3,138 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən - yalnız oğurluq cinayətini törətməkdə təqsirli bilərək göstərdi ki, tutulmazdan bir neçə ay əvvəldən başlayaraq narkotik vasitələrdən istifadə edir. Amma tutularkən üstündə heç bir halda narkotik vasitə olmamış, yalnız polis əməkdaşları özləri bildikləri qaydada sənədləşdirmə apararaq guya üstündən narkotik vasitə aşkar olunmasını rəsmiləşdirmişlər. Oğurluq cinayətini həqiqətən törədib və onu etiraf edir və bunda heç bir problem görmür. Amma narkotiklə bağlı məsələnin ona heç bir aidiyyəti yoxdur. Heç olmazsa bir insaflı tərpənib istifadəçi kimi ona ittiham verilsə idi, öz daxilində anlayardı və özünü birtəhər sakitləşdirərdi ki, onsuz da istifadə edənidir. Amma belə bir şey olmayıb, oğurluqla bağlı əldə etdiyi gəlirdən həqiqətən narkotik vasitə almışdır, amma tutulan anda artıq aldığını istifadə edib qurtarmışdı, üstündə heç nə qalmamışdı. Həqiqətən 26 may 2021-ci il tarixdə saat 21:10 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 10 ünvanının yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və 43-cü Polis Bölməsinə aparmışlar. Orada söhbət zamanı ona təklif olunmuşdur ki, bir neçə başqa xırda açılmamış oğurluq hadisələri də var və onları da öz üzərinə götürsün, əks təqdirdə narkotik vasitə satıcısı kimi sənədləşdirmə aparılacaqdır. Amma o buna qəti etiraz etmiş, üzərinə etmədiyi heç bir oğurluğu götürməyəcəyini bildirmişdir. Bundan sonra narkotiklə bağlı məlum məsələ rəsmiləşdirilmişdir. Videoçəkiliş təşkil olunmuş, şəxsi axtarış keçirilmiş, guya üzərində qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, o da qabaqcadan ona tapşırılmış şəkildə şalvarının cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuş, həmin bükümün içərisində olan maddənin heroin olduğunu, günorta saatlarında Binəqədi qəsəbəsi, DSK yolunda tanımadığı şəxsdən 70 manata şəxsi istifadə məqsədi ilə aldığını tapşırılan şəkildə kameraya demişdir. Bir daha qeyd edir ki, əslində onun həmin narkotik vasitəyə heç bir aidiyyəti yoxdur. İstifadəçi olduğunu, oğurluqla bağlı əldə etdiyi pulla da narkotik vasitə əldə edib çəkdiyini etiraf edir, amma üstündən çıxan kimi rəsmiləşdirilən heroin onun deyil. Ümumiyyətlə heç vaxt narkotik vasitə satmamışdır. Oğurluqla bağlı isə səmimi qeyd edə bilər ki, 2021-ci ilin mart ayının ortalarında qohumu Kamil və ortaq tanışları Bəhramla birlikdə Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 25-də yerləşən həyət evindən oğurluq etmişlər. Bəhram onlara təklif etmişdir ki, həmin evdən oğurluq etsinlər. Gecə saat 05:00 radələrində onlar sərxoş vəziyyətdə həmin evin qarşısına gəlmişlər, hasardan aşaraq həyətə daxil olmuşlar. Bundan sonra Bəhram pəncərədən dəmir barmaqlıqlar vasitəsi ilə 2-ci mərtəbəyə qalxmış, 2-ci mərtəbənin plastik pəncərəsini özü ilə götürdüyü dəmir parçası ilə sındırıb açaraq evə daxil olmuş və daha sonra aşağı düşüb qarajın darvazasını içəridən açmış, Kamillə o evə daxil olmuşlar. Bundan sonra onlar evi axtarmağa başlamışlar. 2-ci mərtəbədə olan mətbəxdən qaz plitəsini və “Samsung” markalı soyuducunu, hamamdan duş krantını və divarda olan asılqanı, yataq otağından qazan dəstini, dəsmalları, ayaqaltı xalçanı oğurlamışlar. Bəhram bildirmişdir ki, oğurladıqları əşyaları onun yaşadığı evə aparsınlar, o, həmin əşyaları valideynlərinə satacaq, əldə olunan pulu böləcəklər. Səhəri gün Bəhram 300 manat pul gətirmiş, həmin pulun 40 manatını Bəhram özünə götürmüş, qalan 260 manatı isə Kamillə ona vermişdir. Əldə etdikləri pulu Kamillə birlikdə yeyib-içməyə xərcləmişlər. Həm də yuxarıda etiraf etdiyi kimi həmin puldan tanımadığı şəxsdən narkotik vasitə də əldə edib qəbul etmişdir. Ona görə də məhkəmədən əməlinin düzgün qiymətləndirilməsini, insaflı davranılmasını, etmədiyi əmələ görə cəzalandırılmamasını xahiş edir. İbtidai istinaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs1 ifadəsində oğurluq cinayəti ilə bağlı eyni məzmunlu ifadə vermiş, amma digər cinayət epizodu ilə bağlı isə göstərmişdir ki, 26 may 2021-ci il tarixdə saat 21:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 10 ünvanının yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasında şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparılmış və orada ona hüquq və vəzifələri izah edilmiş, o müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir, dəvət olunmuş müdafiəçi Emil Aslanov ona təqdim edilmiş və müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda o, əynində olan qara rəngli idman üslublu şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra ayağında olan qara rəngli ayaqqabılarının içərisinə baxılması üçün çıxarmışdır. Ayaqqabılarının içərisindən hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra ona üst-başını səliqəyə salmağı tələb edilmişdir. O, həmin bükümün içərisində olan maddənin heroin olmasını, həmin narkotik vasitəni həmin gün günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda tanımadığı şəxsdən 70 manata şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir (cild 2, iş vərəqə 162-164). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, həqiqətən oğurluq cinayətini törətmişdir, amma narkotik vasitə ilə bağlı hissədə özünü yalnız istifadəçi kimi təqsirli bilir. Həm də onun üstündə ittihamda qeyd olunduğu miqdarda deyil, cəmi 0,5 qram heroin olmuşdur. Belə ki, 02 aprel 2021-ci il tarixdə saat 17:10 radələrində yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 63 ünvanının yaxınlığında qardaşı Əbdüləli ilə dayanan zaman iki nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmiş və üzərlərində narkotik vasitə olmasında şübhəli olduqlarını bildirməklə onları 43-cü Polis Bölməsinə aparmışlar. Orada ona hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, üzərində qanunsuz əşyanın olubolmadığı soruşulmuşdur. Bundan sonra o, gödəkçəsinin cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuş, üzərində başqa qanunsuz əşya olmadığını bildirmişdir. O, həmin bükümün içərisində olan maddənin heroin olduğunu, bir gün əvvəl saat 15:00 radələrində “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən cəmi 10 manata, qardaşı Əbdüləlinin isə 20 manata şəxsi istifadələri üçün aldıqlarını bildirmişdir. Amma sonradan ona məlum olmuşdur ki, üstündən təxminən 0,5 qram çıxmalı olduğu halda, 3,138 qram çəkidə heroin çıxması rəsmiləşdirilib. Əməlini səmimi etiraf edir, amma miqdar heç bir halda düz deyildir, bu məsələni onu rəsmiləşdirənlərin insafına buraxır. Amma heç vaxt satışla məşğul olmayıb və bu ağlından da keçməyib, yalnız imkanı olanda bu işin xəstəsi kimi narkotik vasitə taparaq qəbul edib. Artıq neçə ildir ki, narkotik vasitələrdən istifadə etdiyinə görə onda asılılıq yaranıb və xəstədir, müalicə də oluna bilmir, narkotiki atmağa da iradəsi çatmır. Oğurluqla bağlı məsələ isə tam həqiqətdir və səmimi də etiraf edir. Belə ki, 2021-ci ilin mart ayının ortaralarında Mirsadıq və Bəhramla Binəqədi rayonu, 1-ci mədən, korpus 25 ünvanındakı ikimərtəbəli həyət evindən oğurluq etmək qərarına gəlmişlər. Onlar həmin gün saat 05:00 radələrində həyət evinin darvazasından aşmaqla həyətə düşmüşlər. Bundan sonra Bəhram pəncərədən dəmir barmaqlıqlar vasitəsi ilə 2-ci mərtəbəyə qalxmış, 2-ci mərtəbənin plastik pəncərəsini özü ilə götürdüyü dəmir parçası ilə sındırıb açaraq evə daxil olmuş və daha sonra aşağı düşüb qarajın darvazasını içəridən açmış, o, Mirsadıqla içəri daxil olmuşdur. Onlar evin ikinci mərtəbəsinə qalxmışlar. Sonra mətbəx otağında yerləşən bir ədəd “Samsung” markalı soyuducunu, bir ədəd qaz plitəsini, duş və divar asılqanı olmaqla hamam aksesuarını, komplekt qazan dəstini, bir ədəd xalçanı, dəsmal dəstlərini oğurlamışlar. Həmin oğurladıqları əşyaları Bəhramın Binəqədi qəsəbəsindəki evinin həyətinə yığmışlar. Bəhram həmin əşyaları öz valideynlərinə satacağını demişdir. Həmin gün saat 11:00 radələrində o, Mirsadıqla birlikdə Bəhramla görüşmüş və Bəhram onlara ümumilikdə 300 manat pul vermişdir. Bəhram özünə 40 manat götürmüş, qalan 260 manatı o, Mirsadıqla aralarında bölmüşlər. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Həm də yuxarıda qeyd etdiyi kimi bir hissəsinə də 1 qram narkotik vasitə əldə edib yarısını istifadə etmiş, qalan 0,5 qramını isə polislər onu tutarkən aşkar edib götürmüşlər. Ona görə də məhkəmədən işinə ədalətli baxılmasını, cavan olmasının, narkomaniyadan əziyyət çəkməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri ilə bağlı qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 17 mart 2021-ci il tarixdə saat 13:00 radələrində yaşadığı evin yaxınlığında yerləşən qardaşına məxsus evə gəlmiş və evin çöl qapısının açıq olduğunu görmüşdür. O, qapının açıq olmasından şübhələnmiş və dərhal evə daxil olub ətrafa baxmağa başlamışdır. Həyətə daxil olduqda evin qaraj qapısının da açıq vəziyyətdə olduğunu görmüşdür. Evi axtarmağa başladıqda naməlum şəxslər tərəfindən oğurluq edilməsini aşkar etmişdir və qohumu X1 polisə müraciət etməsini xahiş etmiş, o da mobil telefonu ilə 102 xidmətinə məlumat vermişdir. O, evə baxdıqda evdən bir ədəd 2000 manat dəyərində “Samsung” markalı soyuducunun, qiymətini dəqiq bilmədiyi “Ecce” markalı asılqanın, 120 manat dəyərində duş və divar asılqanı olmaqla hamam aksesuarının, 01 ədəd qiymətini dəqiq bilmədiyi ayaqaltı xalçanın, 200 manat dəyərində qazan dəstinin, 450 manat dəyərində “Öztürklər” firmasına məxsus “Regular” markalı qaz pilitəsinin, təxminən 50 manat dəyərində dəsmalların oğurlanmasını müəyyən etmişdir. Oğurluq baş verən ev qardaşı ilə ona məxsus ikisinin mülkiyyətində olan evdir. Evin içərisindən oğurlanan məişət əşyaları ona aiddir. Yaşadığı evdə yer az olduğundan o, həmin əşyaları alıb oğurluq hadisəsi baş verən evdə saxlamışdır. Hadisə nəticəsində ona təxminən 2000 manata yaxın, bəlkə də daha çox maddi ziyan dəymişdir. Onun üçün bu məsələdə əsas maraq bu uşaqları evə girmələri üçün kimin istiqamət verdiyini bilmək olmuşdur. Onun fikrincə həmin şəxs mütləq var və hal-hazıradək müəyyənləşdirilməmiş qalmışdır. Hazırda ona dəymiş ziyan tutulan şəxslər tərəfindən tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavanlıqlarına görə bağışlayır. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 26 may 2021-ci il tarixdə xidmət etdiyi bölməyə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 26 may 2021-ci il tarixdə saat 21:00 radələrində ünvan 7 ünvanın yaxınlığında zahiri əlamətləri əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs1 yaxınlaşıb, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, həmin şəxsdən də özünü təqdim etməsini istəmişlər. Ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib Polis Bölməsinə dəvət etmişlər. Orada ona hüquq və vəzifələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 istəyi ilə vəkil dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilmişdir. Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, üzərində başqa heç bir əşya olmadığını demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükülünün içərisində heroin olduğunu, heroini həmin gün saat 15:00 radələrində Binəqədi rayonu, DSK yolu adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 70 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, zərf və tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 63 ünvanındakı fərdi həyət evində yaşayan Təqsirləndirilən şəxs2 oğlu və qardaşı Əbdüləlinin narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Əbdüləli Nadirovun zahiri əlamətləri və tez-tez harada olmaları müəyyən edilmişdir. 02 aprel 2021-ci il tarixdə saat 17:10 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və qardaşını yaşadığı evin yaxınlığındakı «Lallar» fabrikinin yanında olduqlarını müşahidə etmişlər. Onlar həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, həmin şəxslərdən də özlərini təqdim etməsini istəmişlər. Onlar Təqsirləndirilən şəxs2 və Nadirov Əbdüləli olduqlarını dedikdən sonra onlara qanunsuz olaraq narkotik vasitələri əldə etmələri və üzərində gəzdirmələrində şübhəli olduqlarını bildirib Polis Bölməsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya olduğu halda həmin əşyaları təqdim etməsi təklif olunmuş, o da gödəkçəsinin cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulduqda, o hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan bükümün heroin olduğunu, 01 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində « Kubinka» adlanan ərazidən 60 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. X3 Nadirovun da üzərindən narkotik vasitə aşkar edilmişdir və bu barədə təhqiqatçı tərəfindən müvafiq sənədləşdirmə aparılaraq cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaları, o cümlədən üstlərindən tapılmış narkotik vasitələri satış məqsədilə əldə etmələri ilə bağlı heç bir məlumat olmamışdır. Amma bu şəxslərin hər ikisinin narkotik vasitələrdən müntəzəm istifadə etmələri, narkoman olduqları təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 26 may 2021-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 26 may 2021-ci il tarixdə saat 21:00 radələrində ünvan 7 ünvanın yaxınlığında zahiri əlamətləri əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs1 yaxınlaşıb, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, həmin şəxsdən də özünü təqdim etməsini istəmişlər. O, Təqsirləndirilən şəxs1 olduğunu dedikdən sonra ona qanunsuz olaraq olaraq narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsində şübhəli olduğunu bildirib Polis Bölməsinə dəvət etmişlər. Bölmədə ona hüquq və vəzifləri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 vəkil təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilmiş, ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş, üzərində başqa heç bir əşya olmadığını demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükülünün içərisində heroin olduğunu, həmin gün saat 15:00 radələrində DSK yolu adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 70 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaları, o cümlədən üstlərindən tapılmış narkotik vasitələri satış məqsədilə əldə etmələri ilə bağlı heç bir məlumat olmamışdır. Yalnız hər iki şəxsin narkotik vasitələrdən istifadə etmələri və narkotik vasitə aludəçiləri olduğu müəyyənləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid2 da Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə aşkar olunması ilə bağlı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İfadənin yerində yoxlanılması haqqında 04 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq etdiyi Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 25-də yerləşən həyət evini və həmin evdən oğurladıqları əşyaları götürdüyü yerləri ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 27-31). İfadənin yerində yoxlanılması haqqında 29 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq etdiyi Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 25-də yerləşən həyət evini və evə daxil olmaq üçün həmin evin üzərindən aşaraq həyətinə düşdüyü çöl qapısını əyani surətdə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 54-55). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması barədə 26 may 2021-ci il tarixli və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi barədə 27 may 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş əşya və sənədləri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim edib, həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, heroini həmin gün saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 70 manata aldığını bildirmişdir (cild 1, iş vərəqə 31-33,58). Şəxsi axtarış və götürülmə aparılması barədə 02 aprel 2021-ci il tarixli və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi barədə 03 aprel 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş əşya və sənədləri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim edib, həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini bir gün əvvəl saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 60 manata aldığını bildirmişdir (cild 1, iş vərəqə 164-166,192). Məhkəmə-kimyəvi ekspertizasının 27 may 2021-ci il tarixli 6/2095 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan zərfdəki 01 ədəd bükümdə, təmiz çəkisi 4,152 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 4,102 qram təşkil etmişdir (cild 1, iş vərəqə 39- 44). Məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2021-ci il tarixli 6/1308 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan zərfdəki 01 ədəd bükümdə, təmiz çəkisi 3,138 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,038 qram təşkil etmişdir (cild 1, iş vərəqə 176- 181). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2021-ci il tarixli 9/2026 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd istifadədə olmayan vəziyyətdə “Samsung” markalı RT43K6000S8 modelli soyuducunun, 01 ədəd istifadədə olmayan vəziyyətdə olan üzərində “Ecce” yazısı olan üçlü dəmir hamam künc rəfinin, istifadədə olmayan vəziyyətdə hamam kranı, duşun, istifadədə olmayan vəziyyətdə boz rəngli ayaqaltı kovralitin 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyərləri 1465,00 manat müəyyən edilmişdir (cild 2, iş vərəqə 43-46). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2021-ci il tarixli 1450 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 61-62). Məhkəmə-psixiatrik ekspertizasının 09 iyun 2021-ci il tarixli 1232 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 ona ittiham elan edilmiş əməl dövründə, hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 58-60). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 avqust 2021-ci il tarixli 2896 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 117- 118). Məhkəmə-psixiatrik ekspertizasının 03 avqust 2021-ci il tarixli 1698 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və.s psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xrakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 114-116). Maddi sübutun götürülməsi haqqında 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 25-də yerləşən evdən “Samsung” markalı RT43K6000S8 modelli soyuducu, 01 ədəd üzərində “Ecce” yazısı olan üçlü dəmir hamam künc rəfi, 01 ədəd duş dəsti, 01 ədəd su şırnağı dəsti, 01 ədəd üzərində “Regular” yazısı olan qaz sobası, 01 ədəd boz rəngli ayaqaltı kovralit götürülmüş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 19-22). Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına 04 sentyabr 2021-ci il tarixli ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tam ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir (cild 2, iş vərəqə 186). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün ibtidai istintaq orqanının 01 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 142-143). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək yaşayış yerinə qanunsuz daxil olmaqla oğurluq etdikləri qeyrisinin müəyyən edilməsi məqsədilə ibtidai istintaq orqanının 01 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 145-146). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqə 119-120,223). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə əldə etmələri barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitələrin satış məqsədi ilə əldə etmələri, saxlamaları və daşımalarını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmələri və saxlamaları ilə bağlı ittihamların əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında 01 sentyabr 2021-ci il tarixli qərarında da elan edilmiş ittihamın təsdiqi kimi təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, baxış protokolunu, ekspertiza rəylərini sübut növü kimi qiymətləndirmək barədə yekun qənaətə gəlmişdir (cild 1, iş vərəqə 125). Halbuki, həmin sübutların heç biri elan edilmiş ittihamı təsdiq etmir. Əksinə, bu sübutlar yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş əməlin törədildiyini təsdiq edən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyətləri ilə bağlı hər hansı məlumat və ya material mövcud olmamışdır. Saxlandıqları andan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni şəxsi istehlakları üçün əldə etdiklərini etiraf etmişlər. İbtidai araşdırmanın sonrakı bütün müddəti ərzində də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni ardıcıl olaraq özlərinin şəxsi istehlakı üçün əldə etdiklərini bildirmələrinə, polis əməkdaşları olan şahidlərin də ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etmələrinə dair mötəbər sayıla biləcək heç bir məqam olmamasına, əksinə, bu şəxslərin istehlakçı kimi müəyyənləşdirilməsinə dair birmənalı qənaətin olmasına baxmayaraq qeyd olunan ifadələrin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərdən aşkar edilib götürülmüş narkotik vasitələrin yalnız çəkilərinin külli miqdar təşkil etmələri xüsusatı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələrini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolları, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəylərini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxslərə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmələri, saxlamaları və daşımaları barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxslərin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlardan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə prosesində onların üzərilərində tapılmış narkotik vasitənin- maddi sübutların mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etmələrini, üzərlərində saxlamalarını və daşımalarını səmimi etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etmələrinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxslərə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs1 oğlundan 4,152 qram heroin, Təqsirləndirilən şəxs2 3,138 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilən narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlamaları onların özlərinin məhkəmədəki qismən, ibtidai istintaq mərhələsindəki isə tam etiraf ifadələri, şəxsi axtarış və götürmə barədə protokollar, onları saxlamış polis əməkdaşlarının ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyləri ilə tam sübuta yetirilir. Onların həmin narkotik vasitəni satış məqsədi ilə əldə etmələri, narkotik vasitələrin satışı ilə məşğul olmaları ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmalarını, üzərlərində aşkar olunan narkotik vasitələri satmaq məqsədi ilə əldə etmələrini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid2 da məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaları, o cümlədən üstlərindən tapılmış narkotik vasitələri satış məqsədilə əldə etmələrini təsdiq edə biləcək hər hansı məlumat belə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələrin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onların əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsləin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və onlara həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri qəsdən törətmişlər, həmin əməllər başa çatmış cinayətlərdir, təsnifata görə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs1 tutularkən üzərində narkotik vasitə olmaması barədə, Təqsirləndirilən şəxs2 isə üstündən 0,5 qram çıxmalı olduğu halda 3,138 qram çəkidə heroinin çıxdığı barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiələri üçün verdikləri həmin ifadələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Ona görə də təqsirləndirilən şəxslərin narkotik vasitələri şəxsi istehlak məqsədi ilə əldə etmələrinə dair ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə tam təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmələrini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, onların gənc olmalarını, özlərini qismən təqsirli bilərək səmimi peşman olmalarını, əvvəllər məhkum olunmamalarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 26 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 may 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs2 02 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 02 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21-22, 91-95, 154-155,217-219). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 may 2021-ci il, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 4,102 qram və 3,038 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 139 (bir yüz otuz doqquz) manat olmaqla cəmi 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 40,177,206). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq olaraq “Kredo” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına hər biri üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 4,102 qram və 3,038 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 139 (bir yüz otuz doqquz) manat olmaqla cəmi 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Kredo” Vəkil Bürosunun hesabına Müdafiəçi2 və Müdafiəçi1 hər biri üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1642/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1642/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver