Məhkəmə qərarları › İş №1(101)-1642/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1642/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1642/2022 13.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:00-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçilər X2 və X3 iştirakları ilə, xx xxx 1966-cı il tarixdə Kürdəmir rayonunun, Qaraqocalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, korpus 15, ev 18 yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs daha əvvəl intim münasibətdə olduğu və birlikdə yaşadığı Zərərçəkmiş şəxs2 birlikdə yaşadıqları müddətdə Zərərçəkmiş şəxs1 ilə sevgi və intim münasibəti olduğunu bilib, Zərərçəkmiş şəxs2 ilə mübahisə edib ayrıldıqdan sonra sonuncu ilə bir neçə dəfə barışmağa cəhd göstərsə də, buna nail ola bilməmiş, Zərərçəkmiş şəxs2 ilə aralarındakı münasibətlərin Zərərçəkmiş şəxs1 görə pozulduğunu hesab edərək ondan qisas almaq niyyəti ilə sonuncunun Zərərçəkmiş şəxs2 evində olacağını qabaqcadan bilib, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən marketdən bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı alıb üzərində saxlayaraq saat 22 radələrində ünvan 1 ünvana daş hasar üzərindən keçməklə daxil olaraq üzərində gətirdiyi mətbəx bıçağını sağ əlində, istintaqa məlum olmayan, üzərində gəzdirdiyi, qatlanan cib bıçağını isə sol əlində tutub evin giriş qapısını təpik vurub açaraq içəri daxil olub, Zərərçəkmiş şəxs1 qəsdən öldürüb həyatdan məhrum etmək niyyəti ilə onun üstünə gedərkən ona mane olmaq üçün qarşısına keçmiş, Zərərçəkmiş şəxs2 qarın nahiyəsindən bir dəfə sağ ayağı ilə təpik vurub yıxdıqdan sonra Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək ona çatıb, sonuncuya sağ əlində olan mətbəx bıçağı ilə, ardıcıl olaraq, üz hissəsindən, ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid sol yanağın, alt çənənin və sol qulağın kəsilmiş yarası, sol əlində olan bıçaqla boyunun kəsilmiş yarası, daha sonra sağ əlində olan mətbəx bıçağı ilə sinə nahiyəsindən vuraraq sol tərəfli hemopnevmotoraksla və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd kəsilmişdeşilmiş yarası xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs1 müqavimət göstərərək geri çəkilib otaqdakı stolun üzərindəki boşqabları ona atdığından, eləcə də Zərərçəkmiş şəxs2 yerdən qalxaraq onun Zərərçəkmiş şəxs1 bıçaqla hücum etməsinə yenidən mane olmaq üçün qarşına keçdikdə Zərərçəkmiş şəxs2 sağ əlində olan bıçaqla zərbə vurmaq istəyərkən sonuncu sağ qolunu qatlayaraq üzünə tutduğundan bıçaqla Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ bazu nahiyəsinin kəsilmiş yarası xəsarəti yetirdikdən sonra sonuncu onun qollarından və sonuncunun qızı Şahid1 onun gödəkcəsindən tutub onun irəliləməsinə mane olduğundan, Zərərçəkmiş şəxs2 onu evdən çıxartmaq üçün evin giriş qapısına tərəf apardığı müddətdə Zərərçəkmiş şəxs1 vəziyyətdən istifadə edərək hadisə yerindən uzaqlaşdığından, iradəsindən asılı olmayaraq öz hərəkətlərini başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs1 Kəribala oğlunu qəsdən öldürməyə cəhd etmiş və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1 və 128-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, əvvəllər Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşamış, təxminən 10 ildir ki, Azərbaycana qayıtmış və Bakı şəhərində yaşamışdır. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzindən qutab alıb “Lökbatan dairəsi” adlanan yerdə əlində satmaqla çörək pulu qazanmışdır. Zərərçəkmiş şəxs2 təxminən 2 ilə yaxındır tanımış, Zərərçəkmiş şəxs2 ilə “Binə” Ticarət Mərkəzində kafedə işləyən zaman tanış olmuşlar. Zərərçəkmiş şəxs2 tanıdıqdan sonra ondan xoşu gəlmiş, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kirayəşin yaşadığı evdə birlikdə yaşamışlar. Onlar birlikdə yaşadığı vaxtı Qalina ona artıq əxlaqsız işlərlə məşğul olmayacağına dair söz vermişdir. Qalina ilə yaşadığı müddətdə ona hər bir işdə kömək və dayaq olmuş və o, öz pulu ilə Qızıldaş qəsəbəsində kirayə ev tutmuşdur. Hadisədən təxminən 2 həftə əvvəl hiss etmişdir ki, Qalina ondan başqa bir nəfər şəxslə də intim əlaqəsində olur. O, bunu bildikdən sonra Qalinaya xəbərdarlıq etmişdir ki, əgər şübhələri doğrudursa ona çox pis olacaqdır. Qalina isə ona bildirmişdir ki, belə bir düşüncəni heç xəyalına gətirməsin, ona xəyanət etməz. Sonra o, Qalinanın ona yalan danışdığını və onun adını hazırda istintaq zamanı öyrəndiyi Zərərçəkmiş şəxs1 ad-soyadlı şəxslə birlikdə gəzdiyini bilmişdir. O, Zərərçəkmiş şəxs2 ayrıldıqdan sonra bir neçə dəfə onunla telefonla danışanda Zərərçəkmiş şəxs1 telefonu götürüb, ona Zərərçəkmiş şəxs2 ilə onun münasibəti olduğunu demiş, Zərərçəkmiş şəxs2 sonuncu, yeni doğduğu, Süleymanın atasının özü olduğunu bildirmiş və bununla onun Zərərçəkmiş şəxs2 uzaq durmağını istəmişdir. Hətta Zərərçəkmiş şəxs1 ona danışıqlarının birində bildirmişdir ki, o, evdə olmadığı müddətdə o, onun Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadıqları evə gəlib və orada Zərərçəkmiş şəxs2 ilə intim əlaqəsində olmuşlar. Qalinanın bu hərəkəti ona çox pis təsir bağışlamış və Qalinanın ona qarşı xəyanətini özü-özünə bağışlaya bilməmişdir. Qalina sonuncu uşağının atasının o, olduğunu bildirib, onu aldatmış, o da mübahisələrdən əvvəl Zərərçəkmiş şəxs2 üçün ünvanlı sosial yardım almağa çalışmışdır . Bunun üçün lazım olan bütün sənədləşmələri etmiş və ünvanlı sosial yardımı almağa nail olmuşdur. Sosial yardım ayrıldıqdan sonra bu barədə Zərərçəkmiş şəxs2 sms bildirişi gəlmiş, Bundan sonra Zərərçəkmiş şəxs2 ona qarşı soyuq münasibət göstərmiş, o da artıq başa düşmüşdür ki, Zərərçəkmiş şəxs2 ondan istifadə etmişdir. Bütün bunlar Samirin planları olmuş, odur ki, Zərərçəkmiş şəxs1 cəzalandırmaq qərarına gəlmişdir. Amma Qalinanı sevdiyi üçün əvvəlcə düşünmüşdür ki, bazarlıq edib kirayə tutduğu evə gedib, Qalina ilə barışsın. Bu səbəbdən 16 may 2022-ci il tarixdə, saat 13 radələrində o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Kingsmart” adlı supermarketə gedib, oradan 700 qram həcmli “Şamaxı” konyakı, 2 litr həcmli “Coca Cola”, 400 qramlıq şokolad və 1,5 kq banan meyvəsi alıb, Qalinanın yanına, yəni Qızıldaş qəsəbəsində ünvanını bilmədiyi, kirayə tutduğu evinə getmişdir. O, aldığı əşyaları verdikdən sonra Qalinanın ona qarşı soyuq münasibət göstərdiyini görmüş, görüş zamanı o, Qalinaya onun hissləri ilə oynadığını bildirmiş və ondan etdiyi hərəkətlərindən qorxub-qormadığını soruşmuşdur. Zərərçəkmiş şəxs2 isə özünü “qalib” kimi apararaq ondan nə edə biləcəyini soruşmuş, sonra Qalina, ona Zərərçəkmiş şəxs1 sevdiyini, bu gün Zərərçəkmiş şəxs1 onlara gələcəyini demişdir. O, danışıq aparmağın mənasız olduğunu görmüş, həmin vaxt evə Zərərçəkmiş şəxs2 bacısı gəlmiş, odur ki, o, yerindən qalxaraq getmişdir. O, oradan çox əsəbi halda Lökbatan qəsəbəsinə qayıtmış, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” adlı supermarketə gedib oradan 1 litr həcmli fanta, 500 qram çəkidə toyuq və 500 qram həcmli “Organic” markalı araq alıb Binə Ticarət Mərkəzinə getmişdir. Orada aldığı toyuqu tanımadığı kafelərin birində bişirtdirmiş və “Binə” Ticarət Mərkəzinin hasarının kənarında oturub həmin arağı içmişdir. İçdikdən sonra o, çox aqresiv olmuş və bir anlıq düşünmüşdür ki, Qalinadan uzaq durması üçün gedib Zərərçəkmiş şəxs1la görüşsün. Həmin gün saat 20 radələrində o, təkrar Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” adlı supermarketə gedib oradan 1 ədəd bıçaq və “GO Silver” alkoqol enerji içkisi almış, Qızıldaş qəsəbəsinə getmişdir. Bıçağı almaqda məqsədi Samir adlı şəxsi qorxutmaq olmuş, onun üzərində balaca qatlanan cib bıçağı da olmuşdur. Samirin həmin bıçaqdan qorxmayacağını düşünmüşdür. O, tualet evin həyətində yerləşdiyi üçün düşünmüşdür ki, Qalina və ya Samir həyətə çıxar o da onları tutub özündən üzr istədər. Bundan sonra o, Qızıldaş qəsəbəsində ünvanını bilmədiyi kirayə tutduğu evinə getmiş, təxminən saat 22 radələri olmuşdur. Həmin evin həyətinin qapısı bağlı olduğu üçün o, hasarın üzərindən aşmaqla həyətə daxil olmuş, həyətdən, evin pəncərəsindən evin içərisinə baxdıqda orada Zərərçəkmiş şəxs1 və Qalinanın divara söykənib yerə uzanmış vəziyyətdə olduqlarını görmüşdür. Samirin onun kirayə tutduğu evdə olduğunu görüb, Samiri cəzalandırıb ona niyə belə davrandığını öyrənmək istəmişdir. O, üzərində olan böyük bıçağı sağ əlində, balaca qatlanan cib bıçağını isə sol əlində tutub evə daxil olmuş, tək məqsədi Samirin hər üzünə “əclaf” və “alçaq” şıramları atmaq və diz çökdürüb özündən üzr istətmək olmuşdur. Evdə Qalinanın azyaşlı uşaqları da olmuş, Qalina onun hər iki əlində bıçaq olduğunu görüb Samiri vuracağını bildiyi üçün üzərinə gəlmişdir ki, bıçağı ondan alsın. O, isə Qalinanın qarnının sağ tərəfindən təpiklə vurub yerə yıxdıqdan sonra Samirin ayaq üstə durduğunu görüb onun sifət nahiyyəsinə və boynuna sağ əlindəki bıçaqla vurmuşdur. Çox əsəbi olduğu üçün demək olar ki, gözünü hirs bürümüş, o, sağ əlində tutduğu bıçaqla Samirin sol döş qəfəsinə, yəni ürək istiqamətinə bir bıçaq zərbəsi vurmuşdur. Bu zaman Qalina araya girib onu Samirdən ayırmağa çalışmış, həmin vaxt bıçaq ehtiyatsızlıqdan Qalinanın sağ qolundan dəymişdir. O, Xəsarətləri yetirdikdən sonra özü kənara çəkilmiş, Samiri öldürmək niyəti olmamış, həmin vaxt Samir oradan qaçıb getmişdir. Onun bu hərəkətini görən Qalina möhkəm qışqırmağa başlamış və səs-küyə tanımadığı insanlar evə daxil olmuş, onun əllərində olan bıçaqları alıb onu bayıra çıxartmışlar. Bundan sonra o, oradan Lökbatan qəsəbəsinə qayıtmış, düşünmüşdür ki, polis onu axtarıb tapmaqdansa, özü könüllü təslim olsun. Bu məqsədlə o, könüllü olaraq Qaradağ RPİ 10-cu PB-nə gedib bir nəfər şəxsi bıçaqla vurduğunu bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, hadisədən əvvəl Təqsirləndirilən şəxs Lökbatan qəsəbəsində görmüş, onun Zərərçəkmiş şəxs2 ilə münasibəti olduğunu bilmiş, amma bu barədə aralarında söhbət olmamışdır.16 may 2022-ci il tarixdə, saat 21 radələrində o, Zərərçəkmiş şəxs2 yaşadığı evə getmiş, həmin vaxt evdə Zərərçəkmiş şəxs2 və beş azyaşlı uşaqları olmuşdur. Onlar evdə birlikdə yemək yemiş, daha sonra o, yerdə oturmuş, həmin vaxt Zərərçəkmiş şəxs2 qızı 12 yaşlı Səbinə və oğlu 7 yaşlı Sultan onun yanında olmuş, uşaqlar onun telefonu ilə oynamış, Qalina isə kiçik oğlu Süleymanla məşğul olmuşdur. Birdən evin taxta materialdan olan qapısı açılmış, qapının açılmağından hiss olunmuşdur ki, qapını təpiklə açmışlar. Həmin vaxtı İçəri Təqsirləndirilən şəxs girmiş, o, Kamilin sağ əlində bıçaq görmüş, bıçaq mətbəx bıçağı olmuşdur. Təqsirləndirilən şəxs ona tərəf gəlməyə başlayanda Zərərçəkmiş şəxs2 onun qarşısına keçmiş və onu saxlamağa çalışmış, lakin Təqsirləndirilən şəxs təpiklə Qalinanın qarnından vurmuş və nəticədə Zərərçəkmiş şəxs2 arxası üstə yerə yıxılmışdır. Təqsirləndirilən şəxs hərəkətini davam etdirmiş və onun üstünə gəlmiş, eyni vaxtda isə Zərərçəkmiş şəxs2 rus dilində “onu yəni Samiri “öldürəcəm” sözlərini demişdir. O, yerindən qalxan anda Təqsirləndirilən şəxs ona çatmış və sağ əlində olan bıçaqla onun boynuna sol tərəfdən bıçaqla zərbə endirmiş, o, başını qaçırdığı üçün bıçaq onun üzünü sol tərəfdən kəsmişdir. O, onun sol əlində bıçaq olduğunu bilməmiş, ona görə də sol əli ilə zərbə gözləməmişdir. Özünü Kamilin sağ əlində olan bıçaqdan qoruyan anda birdən Təqsirləndirilən şəxs sol əlini arxadan gətirmiş və boynuna həmin əlində olan bıçaqla zərbə endirmişdir. O, onda bilmişdir ki, Təqsirləndirilən şəxs sol əlində də bıçaq vardır. Həmin bıçaq kiçik ölçülü, qatlanan cib bıçağına oxşamış, nəticədə boğazının sağ tərəfi damarların üstündən uzun və dərin kəsmişdir. O, dərhal əllərilə üzünü tutmuş, bu vaxt Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirib üstünə gəlmiş və sağ əlində olan bıçaqla onun ürəyinin üstündən zərbə vurmuşdur. Bıçaq zərbəsi onun ağciyərlərinə zərər yetirmiş o, dərhal geri çəkilmişdir. Təqsirləndirilən şəxs yenidən onun üstünə gəlməyə başlayanda o, yaxınlıqda olan masanın üzərindən boşqabı götürüb Kamilə tərəf atmış, boşqab Kamilin sinəsindən dəymiş və yerə düşmüşdür. Buna baxmayaraq Təqsirləndirilən şəxs yenidən üstünə gəlmişdir. Bu vaxt Zərərçəkmiş şəxs2 və Şahid1 Kamilə çatmış, Zərərçəkmiş şəxs2 qarşısına keçib qollarından tutub Kamili evin çıxış qapısına tərəf aparmışlar. O, artıq özünü itirmiş, onlara baxa bilmirmiş, bir az sonra Qalina və Şahid1lar Təqsirləndirilən şəxs evdən bayıra çıxartmış, o, imkan yaranan anda evdən çıxmışdır. O, həmin vaxt hadisələri izləmədiyi üçün kimin hadisə yerinə nə vaxt gəldiyini bilməmiş, o, xəstəxanadan çıxdıqdan sonra bilmişdir ki, Zərərçəkmiş şəxs2 ikinci dəfə Təqsirləndirilən şəxs qarşısına keçib onu saxlamağa çalışanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qoluna bıçaqla zərbə vurub və ona xəsarət yetirmiş, eləcə də Şahid1 başından bıçağın arxası ilə vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, təxminən 2 il əvvəl Təqsirləndirilən şəxs ilə sonuncunun işlədiyi kafedə tanış olmuş, sonrakı müddətdə bir-birləri ilə əlaqə saxlamışlar. Təxminən 2020-ci ilin sonlarında Kamillə münasibətləri yaxınlaşmış, daha sonra aralarında intim münasibət olmuş, ilkin müddətdə onlar Kamilin evində görüşmüşlər. X4 Qaradağ rayonu, Buta qəsəbəsində kiçik torpaq sahəsi olmuş, onlar orada ev tikmək istəmişlər. Bunun üçün müxtəlif dövlət orqanlarına müraciət etmiş, müraciət əsasında edilən kömək əsasında həmin torpaq sahəsində kiçik təmir işləri görülmüşdür. Həmin işlərdə usta kimi Zərərçəkmiş şəxs1 iştirak etmiş, o, Zərərçəkmiş şəxs1la həmin dövrdə tanış olmuşlar. Daha sonra onunla aralarında intim münasibəti olmuş, həmin dövrdə o, Təqsirləndirilən şəxsla da görüşmüş, amma görüşləri Kamilin evində olmuş, o, anasının Buta qəsəbəsindəki evində dörd uşağı ilə birlikdə yaşamışdır. 2021-ci ilin may ayından sonra, dəqiq xatırlamadığı tarixdə, Təqsirləndirilən şəxs ona uşaqları ilə ayrıca yaşaya biləcəyi evə köçməyi təklif etmiş, o, Kamillə razılaşmış və bundan sonra onlar Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində kirayə həyət evi tutmuşlar. Həmin vaxtdan sonra onlar birlikdə orada yaşamağa başlamış, Təqsirləndirilən şəxs sözlərindən bilmişdir ki, o, evli olmamış, uşağı yoxdur, onun bir bacısı və bir qardaşı vardır, onlar Sahil qəsəbəsində yaşayırlar. Təqsirləndirilən şəxs onlar ev tutduqdan sonra davamlı olaraq onlarla bir ünvanda yaşamış, evin bazarlığını etmiş, münasibətləri normal olmuşdur. Kamilin sözlərindən bilmişdir ki, onun uşağı olmur, sağlamlığı ilə bağlı problemi vardır. Bundan başqa o, Kamillə münasibətdə olduğu müddətdə o, qorunmamış və ondan heç vaxt hamilə qalmamışdır. 2021-ci ilin iyun ayında o, hamilə olduğunu bilmiş, başa düşmüşdür ki, o, Zərərçəkmiş şəxs1 hamilədir, bir müddət sonra o, Kamilə hamilə olduğumu demişdir. Onlar əvvəl uşağı abort etdirmək istəmiş, lakin sonradan o, bu fikrindən daşınmışdır. Kamil də uşağı qəbul edəcəyini bildirmiş, o, hamilə olmağı barədə Zərərçəkmiş şəxs1 da demişdir. xx.xx.2022-ci il tarixdə o, doğuş etmiş, doğuşdan sonra Kamillə münasibətləri soyumağa başlamışdır. Belə ki, doğuşdan sonra onda ginekoloji problemlər yaranmış, buna görə Təqsirləndirilən şəxsla aralarında intim münasibətlər olmamış, Kamil isə buna görə onu günahlandırmışdır. Bir müddət sonra aralarındakı söz-söhbət daha da pis hal almış, odur ki, o, Kamildən ayrılmış, hətta Kamil, evdən getmiş, bir neçə gün sonra isə əşyaları yığaraq köçmüşdür. O, hamilə olduğu müddətdə Samirlə görüşmüş, amma bu barədə Təqsirləndirilən şəxs bilməmişdir. Görüşlər adətən Kamil, işdə olduğu müddətdə olmuş, amma Təqsirləndirilən şəxsla münasibətləri qurtardıqdan sonra Zərərçəkmiş şəxs1 onlara sərbəst və istədiyi vaxtda gəlməyə başlamışdır. Zərərçəkmiş şəxs1la görüşsələr də Samir, daimi olaraq onlarla birlikdə yaşamamış, Təqsirləndirilən şəxs evdən getdikdən bir müddət sonra ona zəng etməyə başlamışdır. Danışıqları zamanı Kamil, onu günahladırmış, ondan izahatlar istəmiş, o, isə Kamilə onu narahat etməməsini deyib telefonu söndürmüşdür. xx.xx.2022-ci il tarixində, səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng vurmuş, o, Kamilin zənginə cavab verməmiş və həmin günü onun nömrəsini telefonda qara siyahıya əlavə etmişdir ki, daha Kamil, ona zəng vura bilməsin. Bir neçə saat sonra, təxminən 11 radələrində Təqsirləndirilən şəxs onların yaşadıqları evə gəlmiş, Kamil, onlar üçün bazarlıq da etmiş, onlara çipsi, banan, “Coka-Cola”, konfet, toyuq əti və şərab almışdır. O, Kamilin gətirdiklərini götürmədən onunla danışmaq istəmədiyini demiş, Kamil isə ona sözü olduğunu bildirmişdir. O, bir az düşündükdən sonra Kamilə danışmasını, sözlərini deməsini və birdəfəlik getməsini demiş, onlar evdə oturmuş, o, Təqsirləndirilən şəxs danışmasını demişdir. Həmin vaxt onun bacısı gəlmiş, onların oturduqları otağa daxil olmuş, Təqsirləndirilən şəxs isə onu görüb heç bir söz demədən getmək üçün yerindən qalxmışdır. O, Kamilə sözünü deməsini, sonra getməsini, bir daha onunla görüşmək istəmədiyini, özü ilə gətirdiyi bazarlığını da götürüb getməsini bildirmişdir. Təqsirləndirilən şəxs heç bir söz demədən bazarlığı qoyub evdən getmiş, həmin günü, yəni xx.xx.2022-ci il tarixində, dəqiq bilmədiyi axşam saatlarında Zərərçəkmiş şəxs1 onlara gəlmiş, evdə o və beş uşağı olmuşdur. Onlar iki otaqlı evin bir otağında yaşamış və evdə əşyaları tam olmamışdır. Zərərçəkmiş şəxs1 evə gələndən sonra onlar birlikdə yemək yemiş, yemək zamanı spirtli içki qəbul etməmişlər. Daha sonra Zərərçəkmiş şəxs1, o və 7 yaşlı oğlu Sultan Ömərov və 12 yaşlı qızı Şahid1 birlikdə yerdən uzanıb televizora baxmağa başlamışlar. O, Zərərçəkmiş şəxs1 narahat olduğunu bildirmiş, bir neçə saniyə sonra birdən Zərərçəkmiş şəxs1 və uşaqlar bayırdan tappıltı səsi gəldiyini demişlər. O, həmin vaxt Zərərçəkmiş şəxs1 yanından qalxıb eyni otaqda yataqda yatmış 5 aylıq oğlu Süleyman Ömərovun yanına keçmişdir. O, səsi eşitməmiş, səsin nə səsi olduğunu soruşan anda birdən evin taxta qapısı bərk zərbənin təsirindən içəri açılmışdır. Evin qapısı taxta materialdan olmuş, kilidi yaxşı işləməmiş və qapı evin içinə tərəf açılmışdır. Qapı açılan kimi Təqsirləndirilən şəxs içəri daxil olmuş, onun hər iki əlində bıçaq olmuş, onun sağ əlində böyük ölçülü mətbəx bıçağı, sol əlində isə kiçik ölçülü, qatlanan və həmişə üzərində gəzdirdiyi cib bıçağı olmuşdur. O, Kamili görən kimi ayağa qalxmış, sonuncunun qarşısına keçmiş, iki əli ilə onun hər iki qollarından tutmuşdur. O, Kamilin qollarından tutan kimi Təqsirləndirilən şəxs ayağı ilə onun qarnından zərbə vurmuş, Kamilin onu sol və ya sağ ayağı ilə vurduğunu dəqiq xatırlamamışdır. O, zərbənin təsirindən arxası üstə yerə yıxılmış, yıxılan kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üstə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 yerdə oturmuşdur. O, yerdən qalxıb geri çevriləndə yerin və Samirin üzünün qan içində olduğunu, Səbinənin onların arasına girib Təqsirləndirilən şəxs tutmağa çalışdığını görmüşdür. O, dərhal Kamil tərəfə getmiş, onların arasına girmiş, Təqsirləndirilən şəxs qollarından tutmaq istəmiş, bu vaxt Təqsirləndirilən şəxs sağ əlində olan böyük ölçülü bıçaqla onu üz nahiyəsindən vurmaq istəmişdir. O, dərhal sağ qolunu büküb üzünə tutmuş, nəticə də bıçaq onun sağ qolunun dirsək nahiyəsindən kəsmişdir. Təqsirləndirilən şəxs ona bir dəfə bıçaqla zərbə vurmuş, zərbəyə baxmayaraq o, iki əli ilə Kamilin hər iki qolundan tutmuş və yalvar-yaxar edərək sonuncunu bayıra çıxartmağa çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs “öldürərəm, öldürərəm” sözlərini dəfələrlə təkrarlamış və onu irəli itələmədən xırda addımlarla geri getmişdir. Kamil, “öldürərəm” sözlərini Zərərçəkmiş şəxs1 barəsində demiş, bu vaxt qızı Şahid1 da yanında olmuşdur. Həmin vaxt o, geri çevrilmiş və Zərərçəkmiş şəxs1 üzündəki bıçağın kəsilmiş xəsarətlərini, onun sol tərəfdən ürəyinin üstündən əli ilə tutduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 həmin vaxt çaşqın vəziyyətdə dayanmış o, Təqsirləndirilən şəxs yavaş-yavaş itələyərək evin çıxış qapısına tərəf çatdıranda geri çevrilib Zərərçəkmiş şəxs1 qaçmasını bir neçə dəfə qışqırıb demişdir. Evin giriş qapısına çatanda o, Təqsirləndirilən şəxs qollarını buraxmış, həmin vaxt qızı Şahid1 da yanında dayanmışdır. Təqsirləndirilən şəxs qolunu buraxan kimi o, anidən Şahid1 başından sol əlində olan bıçağın arxa hissəsi ilə zərbə vurmuş və “sən mənim birinci düşmənimsən” sözlərini demişdir. O, dərhal onların arasına girmiş və Kamilə uşaqları ilə işi olmamasını, onu öldürməsini demişdir. Daha sonra Təqsirləndirilən şəxs tamamilə evdən bayıra çıxartmış, həmin vaxt səs-küyə qonşular və tanımadığı şəxslər də gəlmişdir. Onlar Kamilə çatan kimi hadisəni başa düşüb sonuncunun qolarından tutmuş və onu həyətdən kənarlaşdırmışlar. O, geri çevriləndə Samir artıq evdən çıxmış, sonuncunun evdən necə çıxdığını görməmişdir. O, evə girmiş, Şahid1 sözlərindən bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzünü iki tərəfdən kəsib və daha sonra ürək nahiyəsindən bıçaqla bir dəfə vurmuşdur. O, bayıra çıxmış, o zaman görmüşdür ki, səs-küyə gəlmiş şəxslər Təqsirləndirilən şəxs ərazidən uzaqlaşdırmışlar. Bir az sonra o, anasına zəng vurmuş, bir qədər sonra anası və bacısı gəlmiş, bir müddət sonra isə X15 gəlmişdir. X15ı kimin çağırdığını bilməmiş Gələn həkimlər onu xəstəxanaya aparmaq istəmiş, amma o, uşaqları tək qoya bilmədiyi üçün bundan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında yaşayır, Tələt Məstiyev onların qəsəbə sakinidir. Tələt Məstiyevin onların evinin yaxınlığında evi vardır, sonuncu, həmin evi kirayə vermişdir. O, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdə olmuş, evdən həyətə çıxıb siqaret çəkən zaman qonşuluqda möhkəm qışqırıq səsləri eşidib həmin istiqamətdə getmişdir. X13 kirayə verdiyi evdən gəlmiş, o, həmin ünvana yaxınlaşanda çoxlu adam görmüş, orada toplaşanlar bir nəfər şəxsin əlindən hansısa bir aləti almaq istəmişlər. Hava qaranlıq olduğu üçün orada olan şəxslərin üzlərini görmək mümkün olmamışdır. İstintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşıb bıçağı almaq istəyərkən ona gücü çatmamışdır. Daha sonra oraya yığışmış şəxslər Kamilin arxası ilə getmişdir. Tələt Məstiyevin evində kirayəşin yaşayan Zərərçəkmiş şəxs2 qışqırıq səsləri davam etmiş, o, orada olarkən Qalinanın sağ qolundan qan axdığını görmüşdür. Daha sonra hadisə yerinə X15 maşını gəlmiş və hadisə yerində Qalinaya ilkin tibbi yardım göstərmişlər. Orada olarkən öyrənmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı evə gələrək Qalinanın qeyri-rəsmi yaşadığı adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs1 bıçaqla vurmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və həmin ünvana baxış keçirməyə başlamışlar. O, baxışda iştirak etmiş, daha sonra yaşadığı ünvana qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, atasının Şahid3 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, korpus 15, ev 18 ünvanında fərdi yaşayış evi vardır. Həmin evi atası Zərərçəkmiş şəxs2 adlı qadına kirayəyə vermişdir. O, universitet tələbəsi olduğu üçün həmin evdə kimlərin yaşadığını bilməmiş, çünki o, təsadüfən Qızıldaş qəsəbəsində öz evlərində gəlmişdir. Çox vaxt Bakı şəhərində qohumlarının evində qalmışdır. xx.xx.2022-ci il tarixdə o, yaşadıqları Qızıldaş qəsəbəsinə gəlmiş, evdə darıxdığı üçün bayıra çıxmışdır. Küçədə olarkən 15-ci korpus tərəfdən qışqırıq səsləri eşidib həmin ünvana getmiş, təxminən saat 22 radələri olmuşdur. Həmin yerə çatan zaman atası Tələt Məstiyevə məxsus kirayə verdiyi evin qarşısında X15 maşının dayandığını görmüşdür. O, həmin ünvana çatanda Qalinanın sağ qolundan qan axdığını görmüş, həmin vaxt hadisə yerinə gəlmiş X15 işçiləri Qalinaya ilkin tibbi yardım göstərmişlər. Orada olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı evə gələrək Qalinanın qeyri-rəsmi yaşadığı, adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs1 bıçaqla vurduğunu bilmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və həmin ünvana baxış keçirməyə başlamış və o, həmin baxışda iştirak etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailə üzvləriylə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Lakin günü 25 manat icarə haqqı ödəməklə “Toyota Pirius” markalı avtomobili ilə taksi kimi fəaliyyət göstərərək çörək pulu qazanır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Qızıldaş qəsəbəsində olan zaman qonşusu Şahid3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 15-ci korpus, 18 nömrəli fərdi yaşayış evi istiqamətində qışqırıq səsləri eşidib həmin ünvana getmişdir. Həmin ünvana çatan zaman görmüşdür ki, Tələt Məstiyevə məxsus kirayəyə verdiyi evin qarşısında X15 maşını dayanıb. O, həmin ünvana çatan zaman orada Qalinanm sağ qolundan qan axdığını görmüşdür. Həmin vaxt hadisə yerinə gəlmiş X15 işçiləri Qalinaya ilkin tibbi yardım göstərirmişlər. Orada olarkən öyrənmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı evə gələrək Qalinanm qeyri rəsmi yaşadığı adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs1 bıçaqla vurmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və həmin ünvana baxış keçirməyə başlamışlar. Daha sonra yaşadığı ünvana çıxıb getmişdir Məhkəmədə ifadəsi elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Vətən Müharibəsi iştiraçısıdır. Belə ki, Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə vuruşmuş, Şuşa uğurunda gedən döyüşlərdə ayaqlarından yaralanmışdır, qazidir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Qızıldaş qəsəbəsində olan zaman qonşusu Şahid3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 15-ci korpus, 18 nömrəli fərdi yaşayış evi istiqamətində qışqırıq səsləri eşidib həmin ünvana getmişdir. Həmin ünvana çatan zaman görmüşdür ki, Tələt Məstiyevə məxsus kirayəşin verdiyi evin qarşısında X15 maşını dayanıb. O, həmin ünvana çatan zaman orada Qalinanm sağ qolundan qan axdığını görmüşdür. Həmin vaxt hadisə yerinə gəlmiş X15 işçiləri Qalinaya ilkin tibbi yardım göstərirmişlər. Orada olarkən öyrənmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2nm kirayədə yaşadığı evə gələrək Qalinanm qeyri rəsmi yaşadığı adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs1 bıçaqla vurmasını eşitmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və həmin ünvana baxış keçirməyə başlamışlar. Daha sonra yaşadığı ünvana çıxıb getmişdir. Məhkəmədə ifadəsi elan edilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, o, daha əvvəllər anası ilə birlikdə Qusar rayonunda babasının evində yaşamışlar. Bir neçə il sonra Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yaşayan nənəsinin yanına köçmüşlər, bundan sonra bir neçə dəfə başqa evlərdə kirayə yaşamışlar, amma sonradan yenidən nənəsinin evinə geri qayıtmışlar. Onun 12 yaşı vardır. Onun iki qardaşı və iki bacısı var - 7 yaşlı Sultan, 6 yaşlı Zümrüd, 3 yaşlı İlahə, 5 aylıq Süleyman. Onlar nənəsinin evində yaşayanda anası ilə nənəsi tez-tez dalaşmışlar, onların mübahisələri olmuşdur. Ona görə də 9 ay əvvəl (2021-ci ilin dekabr ayında) onlar Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə köçmüşlər. Həmin evdə anası, o, iki bacısı və qardaşları birlikdə yaşamışlar. Onlarla birlikdə Kamil də yaşamışdır, sonuncu, onlara yemək almışdır. Kamillə anası Qalina mehriban olmuşlar, onlar heç vaxt mübahisə etməmişlər. Anası Qalina hamilə olmuşdur və uşaq dünyaya gəldikdən sonra Kamillə anası tez-tez mübahisə etməyə başlamışlar. Onların niyə mübahisə etdiklərini bilməmişdir. Amma Kamil işdən gələndən sonra evdə söyüş söyməyə başlamışdır. 2022-ci ilin aprel ayında (hadisədən 1 ay əvvəl) Kamillə anası Qalina evdə mübahisə etmişlər, anası Qalina ona evdən getməsini demişdir. Kamil evdən gedəndə anası ona paltarlarını da aparmasını bildirmişdir. Kamil getmiş amma paltarlarını bir müddət sonra aparmışdır. Onun Kamildən xoşu gəlməmiş, Kamilin onlarla birgə yaşamasını istəməmişdir. Çünki Kamilin onlara qışqırdığı üçün pis adam olduğunu düşünmüş və Kamil evdən getdiyi zamanlar buna görə sevinirmiş. Kamil onların evindən getdikdən bir neçə gün sonra yenidən anası Qalinaya zəng vurmuş, onunla barışmaq istədiyini demişdir. Anası isə onunla danışmaq istəmədiyini bildirmişdir. Bir dəfə Kamil anasına zəng vurmuşdur, anası ilə görüşmək istədiyini demişdir. Anası da Kamilə sonuncu dəfə gəlib sözünü deyib getməyini bildirmişdir. Həmin günü Kamil nahar saatlarında onlara gəlmişdir. Kamil, onlar üçün bazarlıq da etmişdir, əlində olan paketdə toyuq əti, “Coka-Cola”, konfet və başqa nəsə olmuşdur. Kamil evdə anası söhbətə başlayanda xalası evə gəlmişdir. Kamil xalasını görüb getmək üçün yerindən qalxmışdır. Kamil evdən çıxanda anası ondan birdə gəlib-gəlməyəcəyini soruşmuş, Kamil isə bilmədiyini deyib getmişdir. Həmin günü axşam saatlarında Samir onlara gəlmişdir. Samir onun balaca qardaşı Süleymanın atasıdır. Samir onlarla yaxşı rəftar etdiyindən, onları incitmədiyindən, onların yanında söyüş söymədiyi üçün onun yaxşı adam olduğunu düşünür. Həmin günü Samir onlarla birlikdə yemək yemiş, daha sonra o və qardaşı 7 yaşlı Sultanla birlikdə yatağın üstündə oturub, telefonla oynamağa başlamışlar. Birdən onlar kiminsə hasardan evin həyətinə tullandığını hiss etmişlər. O və Samir bu barədə anasına bildirdikdə, Qalina onların səhv hiss etdiklərini bildirmişdir. Həmin vaxt anası yerdən qalxıb Süleymanın yanına getmişdir. Birdən evin taxta qapısı qırılmış və Kamil içəri girmişdir. Kamil qapını təpiklə açmışdır. Onun hər iki əlində bıçaq olmuşdur. Sağ əlində böyük bıçaq, sol əlində isə balaca bıçaq var imiş. Kamilin sağ əlində olan bıçaq mətbəx bıçağına oxşayırmış. Onu sol əlində olan bıçaq isə balaca bıçaq imiş. Balaca bıçağı o, daha əvvəl Kamil bizdə qalanda onun cibində görmüşdür. Kamil içəri girən kimi anası Qalina yerindən qalxmış və Kamilin qarşısına keçib onu tutmaq istəmişdir. Kamil təpiklə anasının qarnından vurmuş, anası isə arxası üstə yerə yıxılmışdır. Kamil içəri girəndə bacıları yatmış, qardaşı və o telefonla oynayırmışlar. O, dərhal qaçaraq anasını yerdən qaldırmaq üçün getmişdir. Həmin vaxt Kamil Samirin üstünə getmişdir. O, anasına yerdən qalxmağa kömək etdikdən sonra geri çevriləndə Samirin üzündən qan axdığını görmüşdür. O, Kamilin Samiri bıçaqla necə vurduğunu görməmişdir. Amma Kamil əlində olan bıçaqla Samirin üzünü və boynunu kəsdiyini, həm də Samirin sinəsindən vurduğunu başa düşmüşdür. Çünki Samirin üzündən qan axırmış, həmçinin o, əli ilə ürəyini tutmuşdur. Buna baxmayaraq, Kamil Samirin üstünə getməyə davam etmişdir. Ona görə də, Samir stolun üstündə olan boşqab və balonu Kamilin üstünə atmağa başlamışdır. Bu vaxt anası və o onlara arxadan çatmış, o arxadan Kamilin gödəkcəsindən tutub onu dartmışdır, anası isə onun qarşısına keçib Kamili dayandırmağa çalışmışdır. Anası Kamilin qarşısına keçəndə Kamil sağ əlində olan bıçaqla onu vurmaq istəmişdir. Bu vaxt anası sağ qolunu bükərək üzünə tutduğundan, bıçaq anasının sağ qolunu dirsək hissədən kəsmişdir. Buna baxmayaraq, anası qolunu açıb Kamilin qollarından tutmuş və onlar Kamili bu formada saxlaya bilmişlər. Anası Kamilin qollarından tutub onu geri aparmışdır. Bu formada anası və o Kamili evdən bayıra çıxartmışlar. Onlar evin giriş qapısının qarşısına çatanda o, anasını itələməyə başlamışdır ki, o getsin. O, Kamilin anasını bıçaqla vurmağından qorxmuşdur. Bu vaxt Kamil onu təpiklə vurmuşdur, o, anasının üstünə yıxılmış, bu anda Kamil ona “mənim birinci düşmənim sənsən” sözlərini deyib, sağ əlində olan bıçağın arxa hissəsi ilə onun başından vurmuşdur. Bu vaxt səs-küyə tanımadıqları şəxslər gəlmiş, onlar Kamili tutub bayıra çıxartmışlar. Eyni müddətdə Samir də evdən çıxıb getmişdir. Samir gedəndə yaralarını dəsmalla tumuşdur. Bir az sonra Kamili məhəllədən səs-küyə gələn adamlar uzaqlaşdırmışlar. Ondan sonra o, Kamili görməmişdir. Bir az sonra onlara X15 xidməti gəlmiş, anasının qoluna baxmış, onu xəstəxanaya aparmaq istəmişlər, amma anası Qalina onlarla getməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əridir. 2019-cu il tarixdə Samirlə nikaha daxil olmuş, həmin nikahdan iki yaşında bir oğlan övladları var. O, Samirlə birlikdə atası Əligümanın evində yaşayırlar. xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində həyat yoldaşı Samir köynəyi qana boyanmış vəziyyətdə yaşadıqları evə gəlmişdir. Samirin üzündə və boynunda çox ciddi xəsarətlər olduğunu, yəni üzünün və boyunun kəsilmiş halda olduğunu görmüşdür. Həmin vaxt atası Əligüman evdə olmuşdur. Onlar Samiri bu vəziyyətdə görən kimi dərhal onun paltarlarını dəyişdirmişlər. Atası Əligüman isə X15 çağırmışdır. Həmin vaxt o, Samirdən harada xəsarət almasını soruşsa da, Samir ona cavab verməmişdir. Bundan sonra X15 maşını yaşadıqları evə gəlib, Samiri xəstəxanaya aparmışdır. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Samir xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 15-ci korpus, 18 nömrəli fərdi yaşayış evində kirayəşin yaşayan Zərərçəkmiş şəxs2 evində olan zaman həmin ünvana bir nəfər şəxs gələrək Samiri bıçaqla vuraraq bədən xəsarətləri yetirmişdir. Hadisədən sonra polis əməkdaşları onların yaşadıqları ünvana gəlmiş və o, Samirin üzərində olmuş bir ədəd köynəyi və bir ədəd maykanı polis əməkdaşlarına təhvil vermişdir. Həmin vaxt paltarları təhvil verməyi ilə bağlı protokol tərtib olunmuşdur, o da həmin protokolu imzası ilə təsdiq etmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 normal həyat tərzi keçirmiş, ailəyə normal münasibət göstərirmiş. Samir ev təmiri ilə məşğul olub və ailəsini dolandırmışdır. Həyat yoldaşı Samirin Zərərçəkmiş şəxs2 ilə hər hansı bir münasibət qurması barədə heç bir məlumatı olmamışdır. Hadisədən sonra Samirin Qalina ilə münasibəti olduğunu öyrənmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, rəsmi olaraq "xxxx" ASC-nin X6 Şəbəkəsi MMC-də sürücü işləyir. Şahid6 onun doğma qızıdır. Gülxanım Zərərçəkmiş şəxs1la 2019-cu il tarixdə nikaha daxil olmuş, həmin nikahdan iki yaşında bir oğlan övladları vardır. Gülxanım Samirlə birlikdə onun evində yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində kürəkəni Samir köynəyi qana boyanmış vəziyyətdə yaşadığı evə gəlmişdir. Həmin vaxt Samirin üzündə və boynunda çox ciddi xəsarətlər olduğunu, yəni üzünün və boyunun kəsilmiş halda olduğunu görmüşdür. Həmin vaxt o, özü də evdə olmuşdur. Onlar Samiri bu vəziyyətdə görən kimi dərhal onun paltarlarını dəyişmişlər. Bundan sonra o, X15a zəng vurub Samirin xəsarət almasını və evimizə gəlmələrini bildirmişdir. Həmin vaxt onlar Samirdən harada xəsarət almasını soruşsalar da Samir cavab verməmişdir. Bundan sonra X15 maşını yaşadıqları evə gəlib Samiri xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, kürəkəni Samir xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 15-ci korpus, 18 nömrəli fərdi yaşayış evində kirayəşin yaşayan Zərərçəkmiş şəxs2 evində olan zaman həmin ünvana bir nəfər şəxs gələrək Samiri bıçaqla vuraraq bədən xəsarətləri yetirmişdir. Hadisədən sonra polis əməkdaşları onların yaşadığı ünvana gəlmişlər. X11 üzərində olmuş bir ədəd köynəyi və bir ədəd maykanı polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 kompleks məhkəmə-bioloji və kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 325/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu B-alfa/İİİ/-dur. (portal məlumatları əsasında) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qısaqol mayka, köynək və bir ədəd bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qurub mənsubiyyəti tədqiq olunduqda B antigeni və bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alınmışdır. Beləliklə bu qan ləkələri B-alfa /İİİ / qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. (iş vərəqə: 207-210) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 xx.xx.2022-ci il tarixli, 264/MTKŞ-2022 nömrəli rəyi əsasında müəyyən edilmişdir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qısaqol koftanın ön səthinin sol yarısında, ön səthinin yuxarı hissəsində və sol qolunun ön səthində çoxsaylı, qolsuz maykanın ön səthinin sol yarısında isə bir ədəd dəlib-keçən zədələr vardır, zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici aləti təsirindən törənmişdir. Zərərçəkmiş şəxs1 məxsus qısaqol koftanın sol qolunun arxa səthində bir ədəd cırılmış zədə var, zədə küt mexanizmdən, paltarın həmin nahiyəsinin dartılması nəticəsində törənmişdir. Zərərçəkmiş şəxs1 məxsus paltarın (kofta və maykanın) üzərində olan deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (iş vərəqə: 211-214) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 xx.xx.2022-ci il tarixli, 328 nömrəli rəyindən görünür ki, məhkəmətibbi ekspertizasında Təqsirləndirilən şəxs başın ənsə nahiyəsinin və sağ baldır nahiyəsinin sıyrıqları xəsarətləri vardır, həmin xəsarət küt əşyanın təsirindən, xx.xx.2022-ci il tarixdə törənə bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyədə olsa da, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. (iş vərəqə: 140-142) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 Qaradağ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 332 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizasında Zərərçəkmiş şəxs2 sağ bazu nahiyəsinin kəsilmiş yarası xəsarətləri vardır, həmin xəsarətlər kəsici-deşici alət tərəfindən, ola bilsin bıçağın təsirindən, xx.xx.2022-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. (iş vərəqə: 146-149) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 Qaradağ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 382 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs1 sol tərəfli hemopnevmotoraksla və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd kəsilmiş – deşilmiş yarası, sol yanağın və alt çənənin, boyunun, sol qulağın kəsilmiş yaraları xəsarətləri vardır, həmin xəsarətlər kəsici-deşici alət və ya alətlərin təsirindən yaranmışdır, xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilərlər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. (iş vərəqə: 152-155) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 xx.xx.2022-ci il tarixli, 2131 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. O, hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları normaya uyğundur. Kinlilik, inadkarlıq, qıcığa həssaslıq, özünə qarşı hörmət tələb etmək və s. fərdi-psixi xüsusiyyətlər malikdir. Cinayət əməlini törətdiyi zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtlənmişdir. (iş vərəqə: 235-239) İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/10982 nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 02:00-da Təqsirləndirilən şəxs müayinəsi aparılmış və onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. (iş vərəqə: 14) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatrik Xəstəxanası” X9 xx.xx.2022-ci il tarixli, 4882 nömrəli cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə almamışdır. (iş vərəqə: 205) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, korpus 15, ev 18 ünvanında yerləşən fərdi tikili evidir. Evin yerləşdiyi məhəlləyə giriş qapısı taxta materialdandır, məhəllə daş hasarla əhatə edilmişdir, daş ev bir mərtəbəlidir, bir otaqlıdır, həmin otaqda taxta materialdan olan döşəmə üzərində qanabənzər ləkələr vardır. Evdən 30 metr aralıda, həyətdə bir ədəd tiyəsinin üzərində qanabənzər ləkələr olan bıçaq aşkar edilərək götürülmüşdür. (iş vərəqə: 8-13) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Şahid6 hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd ağ rəngli mayka götürülmüş və baxış zamanı həmin paltarların üzərində qanabənzər ləkələr aşkar edilmişdir. (iş vərəqə: 17) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, hadisə yerindən götürülmüş bir ədəd bıçaq xx.xx.2022ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs tanımaya təqdim edilmişdir. O, bıçağı əlamətlərinə görə tanımışdır. (iş vərəqə: 46-47) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerini və hadisənin mexanizmini əyani olaraq göstərmişdir. (iş vərəqə: 61-65) İş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırıqlarına cavabdan görünür ki, Təqsirləndirilən şəxs qısqanclıq zəminində xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, korpus 15, ev 18 ünvanında Zərərçəkmiş şəxs1 bıçaqla dərəcəsinə görə ağır bədən xəsarətləri yetirməsi faktı üzrə əməliyyat tədbirləri keçirilmiş, hadisənin qeyd edilən ünvanda, evdə baş verdiyi, odur ki, hadisənin birbaşa şahidlərinin ancaq hadisə zamanı evdə olmuş şəxslər olduğu, hadisə yerinə gəlmiş digər şəxslərin hadisədən sonra oraya gəldiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hadisə yerinə gəlmiş şəxslər hadisə zamanı səsküyə gəlmiş həmin vaxt ətraf ərazidən keçən təsadüfü şəxslər olmuşdur, həmin şəxslərin şəxsiyyətinin dəqiqləşdirilməsi mümkün olmamışdır. Bundan başqa hadisədən dərhal sonra Təqsirləndirilən şəxs əlindən bıçaqları kimlərin almasını, eləcə də Təqsirləndirilən şəxs sol əlində olmuş qatlanan cib bıçağının Təqsirləndirilən şəxs əlindən kimin almasını, bıçağın hazırda harada olmasını dəqiqləşdirmək mümkün olmamışdır. (iş vərəqə: 233-234) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, məqsədinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 diz çökdürərək sadəcə özündən üzr istətmək olması, Zərərçəkmiş şəxs1 bıçaqla zərbələr vuranda onu öldürmək məqsədinin olmaması, Zərərçəkmiş şəxs2 bıçağın təsadüfən dəyməsi, marketdən aldığı bıçağı Zərərçəkmiş şəxs1 qorxutmaq üçün əldə etməsi, Şahid1 sağ əlində olan bıçağın sapının arxası ilə baş nahiyəsindən zərbə vurduğunu xatırlamaması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirmir, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, ekspertiza rəyləri və iş üzrə digər mötəbər sübutlarla təkzib edilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (iş vərəqə: 82-84) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (iş vərəqə: 173-175) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. X10 21-ci bəndinə əsasən, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 128-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kursk vilayətinin Şiqvorsk Xalq Məhkəməsinin xx.xx.1987-ci il tarixli hökmü ilə RSFSR-in CM-in 89-cu maddəsinin 3-cü hissəsi ilə üç il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.1988-ci ildə azad edilmişdir. (iş vərəqə: 134) İş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin məsul növbətçisinin xx.xx.2022-ci il tarixli raportu əsasında tərtib olunmuş həmin tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 23:20-də Təqsirləndirilən şəxs 10-cu Polis Bölməsinə könüllü gələrək bir nəfər şəxsə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. (iş vərəqə: 5, 204) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını cəzanı yüngülləşdirən hal kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun yetkinlik yaşına çatmayan uşaqlarının qarşısında yüngül bədən xəsarətləri yetirməsini, yəni cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla törədilməsini Azərbaycan Respublikası CMin 61-ci maddəsinə əsasən AR CM-nin 128-ci maddəsinə münasibətdə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. AR CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və AR CM-in 29, 120.1-ci maddəsinə dair hissədə ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarın 9-cu bəndinin 2-ci və 3-cü abzasına əsasən, Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-in 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayətlər daxil olunduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 4(002)-94/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 17 may 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə: 32-33,123-125) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Qaradağ rayon Prokurorluğunda saxlanılan bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı, bir ədəd qısaqol köynək və bir ədəd ağ rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona AR CM-nin 29, 120.1-ci maddəsi ilə 07 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Qaradağ rayon Prokurorluğunda saxlanılan bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı, bir ədəd qısaqol köynək və bir ədəd ağ rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar