Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1642/2023 04.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri Binəqədi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 15-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Məscidin yaxınlığında başqa şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 5,598 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 07 mart 2023-cü il tarixdə saat 17:30 radələrində ünvan 1 ünvanın qarşısında Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PBnin inzibati binasına gətirilmiş, orada saat 19:20-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,004 qram, 1,976 qram, 1,618 qram olmaqla ümumi təmiz çəkisi 5,598 qram olan külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, hadisə olan günü üç-dörd gün olardı ki, o mədə-bağırsaq əməliyyatı olunduqdan sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasından çıxmışdır. Narkotik vasitə qəbul etməyə halı yox olmamışdır. 07 mart 2023-cü il tarixdə polislər onu öz evindən götürüb apardılar. Polis bölməsində beş qram narkotik vasitəni polislər cibindən çıxartdılar. Həmin narkotik vasitə ona aid olmayıb. O, özü narkotik istifadəçisidir, lakin ittiham aktında göstərilən narkotik vasitə ona aid olmayıb. O, özündə olmadığına görə polis bölməsində məcbur olub ittiham aktlarında yazılanları qəbul etmişdir. Narkotik vasitə dedikdə metamfetamini nəzərdə tututr. Özü əvvəllər məhkum olunmuşdur. Beş ilə yaxın cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Bölmədə polislər onun üzərinə narkotik vasitə qoydular. Polislərin nəyə görə onun üzərinə narkotik vasitə qoyduqlarını bilmir. Son dəfə narkotik vasitəni əməliyyat olunduqdan bir ay əvvəl istifadə etmişdir. O, “patı” adlanan psixotrop maddədən heç vaxt istifadə etməmişdir. O özündə olmadığına görə polis bölməsində məcbur olub ifadələrində yazılanları qəbul etmişdir. Polis əməkdaşları ilə heç bir ədavəti olmayıb. Özündə olmadığını dedikdə xəsətəlikdən sonra zəif olmasını nəzərdə tutur. Ona fiziki təsir olmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, qeyd olunan ünvanda yaşayır. Əvvəllər məhkumluğu olmamışdır. Daimi olaraq iş yeri yoxdur. 06 mart 2023-cii il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində “Məscidin” yanında tanımadığı şəxsdən 20 manata “Patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin alıb üzərində saxlamışdır ki, sonaradan istədiyi zaman istifadə etsin. Daha sonra 07 mart 2023-cü il tarixdə saat təxminən 17:30 radələrində ünvan 5 ünvanın yaxınlığında olan zaman ona iki nəfər mülki geyimdə şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş və onun qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİnin 43-cü PB-nə dəvət etmişdirlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və ona təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofan bükümü və şalvarımın sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Alkatel” markalı mobil telefonu təqdim etmiş və etiraf edərək təqdim etdiyi həmin bükümlərin içərisində “patı” kimi bildiyi psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra onun üzərinə axtarış aparılmış, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi maddələr təhqiqatçı tərəfindən götürülərək zərfdə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı tərtib olunmuş protokolun doğruluğunu və zərfi öz imzası ilə təsdiq etmişdir. O, polis bölməsinə gətirilərkən və həmçinin də, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir formada fiziki zor tətbiq edilməyib. Şahid1 ifadələrində göstərdi ki, ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Onlara dəfələrlə anonim mənbədən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq üzərində psixotrop maddə metamfetamin əldə etməsi və satması barədə məlumat daxil olurdu. Təqsirləndirilən şəxs tutulmazdan əvvəl onun əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradıldı və təxirəsalınmaz tədbirlər görüldü. 07 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 17:30-da saxlanıldı. Təqsirləndirilən şəxs ünvan 6 ünvanda saxlanıldı. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilərək təhvil verildi. Orada Məzahirin üzərinə şəxsi axtarış keçirildi. Axtarış video çəkiliş aparmaqla həyata keçirildi. Onlarda Məzahirin xəstəxanada əməliyyat olunduqdan iki gün sonra xəstəxanadan qaçması barədə məlumat olmuşdur. Narkotik vasitəni istifadə edənlər Məzahirdən narkotik vasitə əldə etmək üçün vasitəçi kimi istifadə edirdilər, lakin Məzahir narkotik vasitənin satışı ilə məşğul olmurdu. Məzahirin heroin və metamfetamin istifadə etdiyi barədə məlumat var idi. Məzahir saxlanıldıqda ona nə fiziki, nə də psixi təsir göstərilməyib. Halsız da olmayıb. Özü hər şeyi etiraf etdi və imzaladı. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantıdır. Təqsirləndirilən şəxs üzərindən çıxan psixotrop maddə metamfetamın barədə göstərmişdir ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, Abbasqulu Ağa Bakıxanov küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Bakı şəhər ərazisində qanunsuz olaraq üzərində psixotrop maddə metamfetamin əldə etməsi və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında tərəflərindən əməliyyat qrupu təşkil edilmiş və 07 mart 2023-cü il tarixdə Binəqədi RPİ-nin 43cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri gəzdirməkdə şübhəli bilinən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, Abbasqulu Ağa Bakıxanov küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi ev 90-da saat 17:30-da saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tərəflərindən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilərək təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirildir və hüquqları izah olunaraq üzərinə axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı X2 üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşuldur. Həmin vaxt o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd şəffaf rəngli sellefona bükülmüş bükümləri və sol yan cibindən isə bi ədəd “Alkatel” markalı mobil telefonu cibindən çıxararaq təqdim etmişdir. Həmin şəffaf rəngli selefonların içərisinə nə olması sual edildikdə Təqsirləndirilən şəxs həmin bükülülərdə padı adlanan təsir edici maddə olmasını bildirdim Həmçinin Təqsirləndirilən şəxs bildirdi ki, həmin patı adlanan maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi Məscidin yaxınlığında tanmadığı şəxsdən 20 manat almışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadələrində göstərdi ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs Bakı şəhər ərazisində qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə etməsi və daşıması barədə dəfələrlə anonim mənbədən məlumat daxil olurdu. Məlumutın yoxlanılması üçün əməliyyət qrupu yaradıldı. 07 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində təxminən saat 17:30-da Təqsirləndirilən şəxs Binəqədi qəsəbəsi, Ramazanov küçəsi ev 90-da sazlanıb 43-cü PB-nə gətirildi. Bölmədə onun üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın cibindən üç ədəd sellefona büküm çıxarıb təqdim etdi. Məzahirdən bükümlərin içərsində nə olduğu soruşulduqda o, həmin bükülülərdə patı adlanan metamfetamin olduğunu, patını tanmadığı şəxsdən 20 manata aldığını dedi. Məzahirə heç bir fiziki və psixi təzyiq göstərilməyib. Üzərinə şəxsi axtarış video çəkiliş vasitəsilə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı o da iştirak etmişdir. Məzahir də səhətindən şikayət etməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ifadələrində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantıdır. Təqsirləndirilən şəxs üzərindən çıxan psixotrop maddə metamfetamın barədə göstərmişdir ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, Abbasqulu Ağa Bakıxanov küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Bakı şəhər ərazisində qanunsuz olaraq üzərində psixotrop maddə metamfetamin əldə etməsi və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında tərəflərindən əməliyyat qrupu təşkil edilmiş və 07 mart 2023-cü il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri gəzdirməkdə şübhəli bilinən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, Abbasqulu Ağa Bakıxanov küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi ev 90-da saat 17:30-da saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tərəflərindən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilərək təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirildir və hüquqları izah olunaraq üzərinə axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşuldu. Həmin vaxt o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd şəffaf rəngli sellefona bükülmüş bükümləri və sol yan cibindən isə bi ədəd “Alkatel” markalı mobil telefonu cibindən çıxararaq təqdim etmişdir. Həmin şəffaf rəngli selefonların içərisinə nə olması sual edildikdə Təqsirləndirilən şəxs həmin bükülülərdə padı adlanan təsir edici maddə olmasını bildirdim Həmçinin Təqsirləndirilən şəxs bildirdi ki, həmin patı adlanan maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi Məscidin yaxınlığında tanmadığı şəxsdən 20 manat almışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 07 mart 2023-ci il tarixli şəxsi axtarış və götürmə aparıması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhələnilərək Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və saat 19:20 radələrində üzərində «Panasonic» videokamerası vasitəsi ilə videoçəkiliş keçirilərək şəxsi axtarış keçirilərkən, o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üç ədəd şəffaf rəngli sellefon bükümü və həmin şalvarın sol yan cibindən 1 ədəd “Alkatel” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin üç ədəd bükümdə olan maddə psixotrop maddə metamfetamindir və həmin maddələri bir gün əvvəl Binqədi rayonu Binqədi qəsəbəsi “Məscidin yanında tanmadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Axtarış və götürmə haqqında protokol tərtib olunmuş və imzalarla təsdiq olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 07 mart 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, üzərində markası olmayan, ağ rəngli 1 ədəd DVD diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd videofayl olması myəyyən edilmişdir. Həmin videofayla keçirilmiş baxış zamanı çəkilişin xidməti otaqda aparıldığı, otaqda ümumilikdə Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru X7, 43-cü PB-nin C/A üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, 43-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 və barəsində şəxsi axtarış aparılacaq Təqsirləndirilən şəxs olduğu görünür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 08 mart 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 6/1415-saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər üçün N°243» dairəvi möhürü əksi olan, « Təqsirləndirilən şəxs (imza)...» sözləri, yazılmış zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,004qr, 1,976 qr, 1,618 qr, ümumi təmiz çəksi 5,598 qram olan ağ rəngli kristallik hissələrdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 5,598 qram olmuş, tədqiqata 0,100 qram sərf olunmuş, tədqiqatdan sonra 5,498 qram qalmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd şəffaf rəngli sellefon bükümdə ümumi ilkin çəkisi 5,598 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 5,498 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizanın 12,06.2023-cü il tarixli 1623-№-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə Öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan psixotrop maddənin ona aidiyyəti yoxdur, o, ibtidai istintaq zamanı etirafedici ifadələr verməsinin səbəbi kimi onun xəsətilikdən sonra özündə zəifliyindən olmamasını göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 onun ifadələrinində göstərilən halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitutsiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə bunu etmədi və həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, biləbilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmənin qənaətinə görə bu hallar özlüyündə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halları inkar edir. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri əsas götürür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili X8 tərəfindən hüquqi yardım göstərilməsi və buna görə ona 30 (otuz) manat, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) saat hüquqi yardım göstərilməsi və buna görə ona 240 (iki yüz qırx) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81 (səksən bir) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sonra qalıq qalmış, saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş üç ədəd şəffaf sellofan bükümdə, ümumi çəkisi 5,498 qram olan psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarına əlavə olunmuş hökümün sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2,' 177.2.3, 177.2.4, 29.177.2.2 və 29,177.2.3-cü maddələri ilə Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-23/2020 nömrəli hökümünə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəsası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya aktının 2.4-cü bəndi tətbiq olunmaqla 03 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. Həmin Amnistiya aktının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin müvafiq hökmü ilə məhkum olunduğu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29.177.2.2 və 29,177.2.3cü maddələrində nəzərdə tutulan əməllərin az ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunmalı və o, məhkumluğu olmayan kimi qəbul edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 07 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 3091-saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbul nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 81 (səksən bir) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili X6 ödənilməsi üçün 30 (otuz) manat, məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 240 (iki yüz qırx) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçilərə ödənilən məbləğləri ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 81 (səksən bir) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 03 ədəd şəffaf sellefon bükümdə ümumi ilkin çəkisi 5,598 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 5,498 qram sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1642/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1642/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver